Mövzu 2: Donmalar,dərəcələri,ilk tibbi yardım
Mənfi temperaturun təsirindən toxumalarda iltihab və nekrotik dəyişikliklərin əmələ gəlməsinə donma deyilir.
Şiddətli donma əmələ gətirən mənfi amillər aşağıdakılardır:
meteoroloji şəraitiin pisləşməsi;
donan şəxsin uşaq yaxud qoca yaşda olması;
uzun yoldan sonra yorulmaq;
sərxoş hal;
yaralanmadan sonra əmələ gələn anemiya və zəiflik;
donmazdan əvvəl şəxsin az qalması;
ayağın tərləməsi,ayaqqabının dar və yararsız olması;
ətrafların hərəkətsiz qalması;
soyuqda rütubətli səngərdə qalmaq və s.
Müharibə dövründə donmaya tez-tez rast gəlinir.Bəzən də kütləvi xarakter alır.Dinc dövrdə isə nadir hallarda rast gəlinir.+5 +7 dərəcədə yuxarıda qeyd edilən amillərdən birinin olması donmaya səbəb olur ki,buna da “səngər” xəstəliyi deyilir.sıravi əsgərlər uzun müddət səngərdə hərəkətsiz qaldıqda hər iki ayağında donma müşahidə edildiyindən ingilislər buna “səngər ayağı” adı vermişlər.
Donmanın baş verməsinin əsas səbəbi qan dövranının pozulmasıdır ki, bu da toxumalarda oksigen azlığı törədir,onları işemik hala gətirir və toxumaların nekrozu baş verir.
Donmanın 90-95%-i aşağı və yuxarı ətrafların barmaqlarında olur.Bədənin açıq səthində isə yəni üz,burun və qulaqlarda az təsadüf olunur.
Klinik gedişinə görə donmalar 2 dövrə ayrılır:
Toxuma hiperemiyası – bu dövrdə toxumalardakı dəyişiklikləri,yerli ölümün dərinliyini təyin etmək mümkün olmur.
İstiləşmədən sonrakı dövr – bu dövrdə xəstələr əvvəlcə soyuqluq hiss edirlər,sancılı və yandırıcı ağrı,sonra hissiyyatın itməsi baş verir.Donmuş nahiyyənin dərisi ağarır,yaxud göy rəngdə olur.
Zədələnmənin dərinliyinə görə donma 4 dərəcəyə bölünür:
I dərəcəli donmada gizli dövr az olur.Xəstə qaşınmadan,yandırıcı ağrıdan şikayətlənir,sonra həmin nahiyyədə hissiyyat itir.Dəri alabəzək,qərməzə,bənövşəyi,avazımış ləkələrlə örtülür.
I dərəcəli donmadan sonra dəridə heç bir iz qalmır.Ancaq həmin nahiyyə soyuğa davamsız olur,ikinci dəfə soyuğa düşdükdə həmin nahiyyə həssas olur,soyuğu tez hiss edir.
II dərəcəli donmada gizli dövr çox davam edir,dəridə suluqlar əmələ gəlir,suluqların ətrafındakı dəri göyümtül rəngə çalır.Bu donmadan sonra sağalan barmaqlar öz funksiyasını itirmir.İkincili infeksiya baş verdikdə donma yerində çapıq toxuması əmələ gəlir və donmanın izi qalmır.
III dərəcəli donmada gizli dövr uzanır,yerli ölüm dərinin bütün qatlarını əhatə edir,suluqların içərisi hemorragik maye ilə dolur,suluqların dibi mexaniki qıcıqlara həssas,suluqların əsası isə göy rəngdə olur.
Çürümüş toxumalar qismən qopub ayrılır ki,bu da irinləşmə ilə keçib gedir.Sağalma müddəti 1,5-2 aya qədər davam edir.
IV dərəcəli donmada dəri əvvəl soyuq,göy rəngə çalır,üzəri tünd suluqlarla örtülür,8-10 gündən sonra yenidənsuluqlar meydana çıxır,içərisi hemorragik maye ilə dolur.Dəridə,əzələ qatında,sümüklərdə kömürləşmə gedir,sağlam toxuma ilə ölmüş toxuma arasında 15 gündən sonra sərhəd əmələ gəlir.Bu kəskin sərhədə demarkasion xətt deyilir.Xəstə ağrı hiss etmir.Ətrafın demarkasion zonadan ayrılıb düşməsindən 7-8 ay sonra çapıq toxuma əmələ gəlir.
Dostları ilə paylaş: |