Azərbaycan döVLƏt pedaqoji



Yüklə 94,5 Kb.
səhifə6/7
tarix02.01.2022
ölçüsü94,5 Kb.
#42525
növüMühazirə
1   2   3   4   5   6   7
18.Yanıqlar, donmalar, elektrozədələr

Mövzu 3: Elektrozədələr

Elektrotravma böyük sənaye mərkəzlərində ümumi travmaların 0,83%-ni təşkil edir.Bu travmalar başqa zədələnmələrə nisbətən daha çox və daha tez-tez ölümlə nəticələnir.

Elektrotravma ən çox bədbəxt hadisələr nəticəsində və ya elektrik cərəyanı mənbələrindən ehtiyyatsız davrandıqda baş verir.

Nadir hallarda atmosfer elektriki – ildırım da səbəb olur.

Müharibə dövründə elektrik yaralarının mənbəyi telefon,teleqraf,radio və s. Hərbi rabitə vasitələrini elektrik qüvvəsi ilə təmin edən qurğulardan olur.

Elektrik cərəyanının göstərdiyi təsir və vurduğu yara cərəyanın fiziki xassələrindən və orqanizmin bioloji xüsusiyyətlərindən asılıdır.

Elektrik cərəyanı bədənə keçdikdə toxumaların hamısından çox dəri zədələnir.Dərinin müqaviməti güclü olduqda elektrik cərəyanı orqanizmə çox keçə bilmir və təhlükə də az olur.İnsan zəif,yorğun,xəstə olduqda elektrik cərəyanına çox müqavimət göstərə bilmir.Reflekslər təbii surətdə ləngidikdə sinir sisteminin müqavimət dərəcəsi dəyişir.Məsələn,insan yatmış və yuxulu olduqda cərəyanın təsir qüvvəsi azalır.Elektrik cərəyanının göstərdiyi təsir iki amilin birləşməsi nəticəsində əmələ gəlir,biri cərəyanın fiziki xassəsi,digəri isə orqanizmin fizioloji vəziyyətidir.

Zədələnməni müəyyən edən bu iki amilin qarışlıqlı təsiridir.

Belə ki,2-5 volt gərginkiyə malik zəif cərəyan adamı öldürdüyü halda 30000 volt cərəyandan sonra əksinə adam salamat qala bilər.Cərəyanın öldürücü qüvvəsi 0,1-0,3 amper hesab olunur,lakin 0,002-0,005 amper güclü elektrik cərəyanından ölüm hadisəsi olmuşdur. Bunun səbəbi Om qanununa görə cətrəyanın güclü gərginliklədüz,müqavimətlə tərs mütənasibdir.

Elektrotravma nəticəsində yerli və ümumi əlamətlər müşahidə olunur.Yerli təsir zamanı istilik dəriyə təsir edib,eyni zamanda toxumaların daxilində də dəyişikliklər törədir.

Cərəyan nişanlarının klinik şəkli dəridə sarımtıl-boz-qırmızı ləkələrin əmələ gəlməsindən ibarətdir.Ləkələrin mərkəzi batıq,kənarları oval şəklində qalın olur.Bəzən dərin çuxurlu,sümüyə qədər işləyən yaralar da olur.Spesifik elektrik yanıqlarının mühüm xüsusiyyətlərindən biri ağrı hissinin olmamasıdır.

Yerli təsirlərdən biri də elektrik ödemidir.

Atmosfer elektrikinin-ildırımın təsiri nəticəsində yerli dəyişikliklər “ildıırm nişanları” kimi özünü göstərir.İldırım nişanları dəridə ağac kimi budaqlanmış,hiperemiyaya uğramışizlərdən ibarət olur.

Bu izlər əllə basıldıqda itir.Bu dəri damarlarının divarlarında iflic əlaməti kimi üzə çıxır və bir neçə gün sonra yox olur.

Elektrotravmam zamanı əmələ gələn ümumi təsir cərəyanın mərkəzi və vegetativ sinir sisteminə göstərdiyi təsirdən asılıdır.Bu təsir həyati əhəmiyyətə malik olan mühüm mərkəzləri zəiflədir və pozğunluqlar törədir,sinirlərin əzələlərin tonusunu yüksəldir.

Ümumi reaksiya yüngül hallarda şəxsin qorxmasından,onun bayılmasından ibarətdir.Ağır elektrotravma hallarında şok və əzginlik elə kəskin olur ki,elektrik vurmuş şəxs meyitdən seçilmir,bu zaman “yalançı ölüm” adlanan vəziyyət əmələ gəlir.Belə halda xəstəni ölmüş bilirlər,lakin patoloji-anatomik müayinə qan dövranının davam etdiyini göstərir.Həkim təcili surətdə lazımi tədbir gördükdə yalandan ölmüş şəxsi diriltmək mümkün olur.

Elektrotravma nəticəsində 4 növ ölüm hadisəsi fərq edilir:


  1. Qəflətən ölmək

  2. “Gecikən ölüm” – yəni,travmadan sonra elektrik vurmuş şəxs özünü yaxşı hiss edib,lakin bir müddətdən sonra qəfildən ölür.

  3. “Arasıkəsilmiş ölüm” – xəstəni şok və “yalançı ölüm” halından qurtarmaq olur,lakin diriləndən bir qədər sonra xəstə qəfildən ölür.

  4. “Uzun sürən ölüm” – xəstə travmanın bilavasitə təsirindən tam qurtarıb sağalır,lakin bir neçə gün sonra ürək iflicindən ölür.

Elektrik cərəyanı vurduqdan sonra əmələ gələn ümumi hallardan başqa,ağır yerli zədələnmələr və ya yaralardakı toksinlərin sorulması,yaxud da yaraların infeksiyalaşması halları da müşahidə olunur.

Əksər hallarda elektrik yanıqları yaxşı sağalır,ağırlaşmır.Elektrik yanıqlarının üstü nekrotik maddələrdən tez təmizlənir və yara epitellə örtülüb sonra onun yerində yalnız nazik,zərif çapıqlar qalır.Bir sıra hallarda yerli və ümumi ağırlaşmalar törənir:

Yerli ağırlaşmalar:


  1. Elektrik yanıqları spesifik olmayan termik yanıqlarla birləşdikdə,infeksiya əmələ gəlir;

  2. Damar divarında əmələ gələn dəyişikliklər nəticəsində ikincili qanaxma və bundan sonra damar divarının nekrozu baş verir;

  3. Trofik pozğunluqlar – yəni elektrik şişkinliyi,sümüyün atrofiləşməsini və tezsınma xasiyyətini,kövrəkliyini göstərmək olar.

Ümumi ağırlaşmalar:

Toxumaların parçalanması və intoksikasiya nəticəsində əmələ gələn ikincili şoku və psixi pozğunluqları göstərmək olar.Psixi pozğunluqlar bir neçə həftə və ya ay davam edir.Bəzi hallarda psixika həmişəlik pozulmuş və zəifləmiş olur.




Yüklə 94,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin