Azərbaycan Dövlət



Yüklə 4,71 Mb.
Pdf görüntüsü
səhifə13/21
tarix24.04.2020
ölçüsü4,71 Mb.
#30961
1   ...   9   10   11   12   13   14   15   16   ...   21
mulki az03032016


2. Əhalinin mühafizəsinin əsas prinsipləri: 
 
1.  Mühafizə  Azərbaycan  Respublikasının  bütün  ərazisində  ərazi-istehsalat  prinsipi  üzrə 
təşkil edilir.  Respublikanın bütün əhalisi mühafizə edilməlidir, mülki müdafiənin mühafizə 
tədbirləri  respublikanın  ərazisindəki  digər  ölkə  vətandaşlarını  da  əhatə  edə  bilər;  bu 
tədbirlər fasiləsiz xarakter daşıyır, həm sülh, həm də müharibə dövrlərində yerinə yetirilir. 
2.  Əhali  yerləşən  rayonların  hərbi-siyasi  və  təbii  xarakterindən,  burada  ehtimal  edilən 
fövqəladə halların növündən, təhlükənin dərəcəsindən asılı olaraq mühafizə tədbirləri fərqli 
sürətdə planlaşdırılır və həyata keçirilir. 
Bu  məqsədlə,  sülh  dövründə  baş  verə  biləcək  fövqəladə  halların  miqyası  və  xarakteri 
barədə  proqnozlar  əsasında,  habelə  müasir  müharibənin  xüsusiyyətləri,  başlaması 
variantları,  müxtəlif  növlü  qırğın  vasitələrinin  işlədilməsi  imkanları  nəzərə  alınmaqla 
respublikanın  əraziləri  zonalaraayrılır.  Mülki  müdafiə  tədbirləri  hərbi  komandanlıq 
orqanları ilə sıx əlaqədə yerinə yetirilir. 
3.  Əhalinin  mühafizəsinə  müxtəlif  mühafizə  üsullarından  kompleks  halında  istifadə 
edilməklə nail olunur ki, bu üsullardan ən əsasları- əhalinin müxtəlif mühafizə qurğularında 
daldalandırılması,  təhlükəli  rayonlardan  köçürülməsi  və  eyni  zamanda  fərdi  mühafizə 
vasitələrindən istifadə olunmasıdır. 

4.  Əhalinin  mühafizəsi  üzrə  tədbirlər  sülh  dövründə  əvvəlcədən  hazırlanır,  iqtisadi  və 
inkişaf  planlarında  nəzərdə  tutulur  və  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 
müəyyən olunmuş qaydada yerinə yetirilir. 
5. Əhalinin mühafizəsi üzrə planlaşdırılan tədbirlərin həcmi “məqsədyönlü və kifayətdir” 
prinsipi ilə müəyyən edilir. 
“Məqsədyönlü və kifayətdir” prinsiplərdə aşağıdakılar nəzərdə tutulur: 
-  fövqəladə  hallarda  gözlənilən  nəticələrin  elmi  proqnozu  əsasında  mühafizənin  optimal 
variantlarının seçilməsi; 
- mülki müdafiə vəzifələrinin xalq təsərrufatı mənafeləri ilə əlaqələndirilməsi; 
-  təhlükə  yaranan  dövrdə  qabaqcadan  təşkilatı  və  mühəndis-texniki  tədbirlərin  yerinə 
yetirilməsi; 
- mülki müdafiə obyektlərinin tikintisində yüksək keyfiyyətli parametrlərin tətbiq edilməsi; 
-  mühafizə  vasitələrinin  həm  sülh,  həm  də  müharibə  şəraiti  üçün  yararlığının  təmin 
olunması; 
-  iqtisadi  və  sosial  inkişaf  planlarının  tərtibində  və  yerinə  yetirilməsində  mühafizə 
məsələlərinə üstünlük verilməsi. 
3.  Əhalinin  mühafizəsi  üzrə  mülki  müdafiə  tədbirlərində  respublikanın  bütün 
vətəndaşlarının  iştirakı  prinsipial  şərtdir.  Bu  hər  bir  insandan  öz  təhlükəsizliyi  üçün  şəxsi 
məsüliyət  daşımağı,  mülki  müdafiə  siqnallarını  bilməyi  və  bu  siqnallar  üzrə  düzgün 
fəaliyyət  göstərməyi,  kollektiv  və  fərdi  mühafizə  vasitələrindən  istifadənibacarmağı, 
fövqəladə hallarda davranış və fəaliyyət qaydalarına riayət olunmasını tələb edir. 
Buna mülki müdafiə biliklərinin əhaliyə müntəzəm və fasiləsiz syrətdə öyrənməklə nail 
olmaq mümkündür.  
 
3. Əhalinin mühafizəsi sistemi 
 
1.  Əhalinin  mühafizəsi  məsələləri  daha  səmərəli  həll  etmək  məqsədilə  ümumdövlət  və 
ə
razi mühafizə sistemləri yaradılır ki, onlar aşağıdaki tədbirləri həyata keçirirlər:  
- ehtimal olunan fövqəladə halların və onların nəticələrinin proqnoz və təhlil edilməsi; 
- fövqəladə halların baş verməsi barədə əvvəlcədən xəbərdar edilməsi; 
-  kütləvi  qırğın  basitələri  işlədilməsinin,  həmçinin  güclü  qəzalar  və  təbii  fəlakətlərin 
nəticələrinin zəiflədən qabaqlayıcı tədbirlər; 
- mühafizə üsullarının və vasitələrinin hazırlanması və vaxtında istifadə edilməsi üzrə mülki 
müdafiə tədbirləri; 
- fövqəladə hallar yaranmış rayonlarda xilasetmə və təxirəsalınmaz bərpa işlərinin təşkili və 
yerinə yetirilməsi. 
2. Fövqəladə halların nəticələrini və təhlükənin dərəcəsini zəiflədən qabaqlayıcı tədbirlər 
ə
halinin mühafizəsi üçün böyük əhəmiyyətlərə malikdir. 
Belə tədbirlərin ən vacibləri aşağıdakilərdir: 
-  yaşayış  məntəqələrinin  salınması    və  şəhər  tikintisi  üzrə  baş  planlar  tərtib  edilərkən 
təhlükə ehtimallı bölgələrdə və sahələrdə yerli xüsusiyyətlərin nəzərə alınması; 
-  təhlükə  potensiallı  obyektlərdə  ehtimal  olunan  qəzaların  nəticələrindən  əhalinin  və  ətraf 
mühitin təhlükəsizliyini təmin etmək üçün belə obyektlərin səmərəli yerləşdirilməsi; 
-  binaların,  qurğuların,  mühəndis  şəbəkələrinin  nəqliyyat  kommunikasıyalarının  müəyyən 
edilmiş təhlükəsizlik normalarına müvafiq tikilməsi; 
- təhlükə potensiallı obyektlərin qəzasız fəaliyyətini təmin edən tədbirlərin görülməsi; 
-  yaşayış  məntəqələrinin  və  xalq  təsərrufatı  obyektlərinin  təhlükəli  təbii  hadisələrdən 
kompleksi mühafizə sistemlərinin işlənib hazırlanması; 
-  yerlərdə  fövqəladə  halların  qarşısını  almaq  və  nəticələrini  aradan  qaldırmaq  məqsədi  ilə 
planların işlənib hazırlanması və həyata keçirilməsi; 
- xüsusi mühəndis qurğularının (sel, sürüşmə əleyhinə) əvvəlcədən tikilməsi; 

- respublika ərazisində sanitariya mühafizəsi tədbirlərinin yerinə yetirilməsi. 
Bütün bunlar müvafiq səlahiyyətli təşkilatlar tərəfindən yerinə yetirilir və həmin işlərin 
icrasına mülki müdafiə orqanları nəzarət edirlər. 
 
4. Fövqəladə hallarda əhalinin mühafizəsini təmin edən mülki müdafiə tədbirləri 
 
1. Sülh və müharibə dövlərindəki fövqəladə hallarda əhalinin mühafizəsini təmin etmək 
üçün görülən mülki müdafiə tədbirləri kompleksinə aşağıdakilər daxildir: 
-  fövqəladə  hallar  barədə  əhalinin  xəbərdar  edilməsi  və  yaranmış  vəziyyət  barədə  ona 
müntəzəm məlumat verilməsi; 
-  ərzaq  mühitin,  ərzaq  məhsullarının,  suyun  radioaktiv,  kimyəvi  və  bakterioloji  (bioloji) 
zəhərlənməsinə nəzarət edilməsi; 
- əhalinin təhlükəsiz rayonlara və ya sahələrə köçürülməsi (çıxarılması); 
- müvafiq tibbi mühafizə tədbirlərinin görülməsi; 
- əhalinin radiasiyadan və kimyəvi zəhərlənmədən mühafizəsi; 
-  müxtəlif  fövqəladə  hallarda  fərdi  mühafizə  vasitələrindən  istifadə  edilməsi,  mühafizə 
rejimləri qoyulması və əhalinin davranış qaydaları barədə təkliflərin hazırlanması; 
-  zədələnmə  ocaqlarında  xilasetmə  və  digər  təxirəsalınmaz  işlərin  (qəza  işlərinin)  yerinə 
yetirilməsi, fövqəladə hallar yaranmış rayonlarda əhalinin həyat təminatının saxlanması; 
- fövqəladə hallarda mühafizə və fəaliyyət qaydalarının bütün əhaliyə öyrədilməsi. 
2. Fövqəladə hallar barədə əhalinin xəbərdar edilməsi və yaranmış vəziyyət barədə ona 
müntəzəm məlumat verilməsinə aşağıdakı yollarla nail olunur; 
-  əhalini  xəbərdar  edən  mərkəzləşdirilmiş  respublika  və  ərazi  avtomat  xəbərdarlıq 
sistemlərini əvvəlcədən yaratmaq və daim hazır vəziyyətdə saxlamaqla; 
-  mərkəzləşdirilmiş ərazi xəbərdarlıq sistemlərini və xalq təsərrufatı obyektlərinin məhəlli 
xəbərdarlıq sistemlərini təşkilati-texniki cəhətdən bir-birinə qoşub əlaqələndirməklə;
 
- ehtimal olunan fəlakətli daşqın zonalarında, radiasiya və kimyəvi zəhərlənmə zəhərlənmə 
təhlükəli  müəssisələr  və  yüksək  təhlükəli  digər  obyektlərdə  yerləşmiş  məhəlli  xəbərdarlıq 
sistemləri  yaratmaq  və  onları  təşkilati-texniki  cəhətdən  müşahidə  və  nəzarət  sistemlərinə 
qoşmaqla; 
-  ümumdövlət  və  sahə  rabitə  sistemlərindən,  radio,  televiziya  verilişləri  və  yerli  radio 
şə
bəkəsindən,  digər  texniki  informasiya  vasitələrindən  mərkəzləşdirilmiş  surətdə 
xəbərdarlıq üçün istifadə etməklə. 
3. Ətraf mühitə, ərzaq məhsullarına, suya müşahidə və nəzarət aşağıdaki yollarla edilir: 
-  sanitariya-epidemioloji  stansiyaları,  baytarlıq,  aqrokimyəvi  və  obyekt  laboratoriyalarını, 
Dövlət  Hidrometeorologiya  komitəsi  müəssisələrini,  +radiasiya  və  kimya  müşahidə 
postlarını  cəlb  etməklə  əvvəlcədən  ümumdövlət və  sahə  müşahidə  və  labaratoriya  nəzarət 
şə
bəkəsi yaratmaq və daim hazır vəziyyətdə saxlamaqla; 
- ətraf mühitin vəziyyəti barədə, eləcə də yeyinti məhsullarının və ərzaq xammalının, əlafın, 
suyun  radioaktiv,  kimyəvi  və  bakterioloji  (bioloji)  maddələrlə  çirklənməsi  haqqında 
məlumatları toplamaq, təhlili etmək və yaymaqla. 
4. Mülki müdafiənin mühafizə qurğuları (sığınacaqlar, radiasiya əleyhinə daldanacaqlar, 
sadə  daldalanacaqlar,  zirzəmilər  və  başqa  yeraltı  tikililər)  respublikanın  bütün  əhalisinin 
qorunmasını təmin etməlidir. 
Mühafizə qurğuları fondu aşağıdakı qayda üzrə yaradılır: 
-  şəhərlərdə  və  yaşayış  məntəqələrində  olan  yeraltı  qurğularda  kompleks  halında  istifadə 
etmək  hesabına;    burada  sosial-məişət,  istehsal  və  təsərrufat  təyinatlı  otaqlar,  binalar 
yerləşdirmək,  sülh  və  müharibə  dövrlərindəki  fövqəladə  hallarda  onların  bir  qisminin 
ə
halinin mühafizəsi üçün uyğunlaşdırılması və istifadə edilməsini nəzərdə tutmaqla; 
- mühafizə üçün yararlı yeraltı və yerüstü bina və qurğuları, dağ-mədən yerlərini təbii kaha 
və mağaraları yoxlamaq və qeydə almaqla; 

- yaranmış vəziyyəti nəzərə almaq, zirzəmiləri və digər yeraltı tikililəri daldalanacaq kimi 
düzəltməklə; 
-  xalq  təsərrufatı  təyinatlı  ayrıca  yeraltı  qurğular  tikmək,  lazım  gəldikdə  onları  mühafizə 
üçün uyğunlaşdırmaqla; 
- təhlükəli dövrdə kütləvi sürətdə sadə daldalanma yerləri düzəltməklə (tikməklə); 
- hökümətin qərarına əsasən əvvəlcədən sığınacaqlar və radiasiya əleyhinə daldalanacaqları 
tikməklə; 
-  bütün  mülki  müdafiə  mühafizə  qurğularını  əhalinin  dərhal  daldalanması  üçün  texniki-
istismar hazırlığı halında saxlamaqla. 
Ə
haliyə  şəxsi  və  kooperariv  mülkiyyət  formasında  mühafizə  qurğuları  tikmək,  tövsiyə 
edilir. Belə hallarda mülki müdafiə orqanları lazımi metodiki yardım göstərir. 
Mülkiyyət  formasından  asılı  olmayaraq,  bütün  mövcud  mülki  müdafiə  mühafizə 
qurğuları fondundan (sığınacaqlar və daldalanacaqlar) mülki müdafiə orqanlarının müəyyən 
etdiyi  qaydalar  üzrə  təsərrufat,  məişət  və  mədəni  məqsədlər  üçün  istifadə  edilir,  onların 
yenidən qurulmasına icazə verilmir. 
5.  Təhlükəli  rayonlarda  bütün  \əhali  və  ya  əhalinin  ayrı-ayrı  qrupları  (yaşına, 
məşquliyyətinə görə) köçürülür. 
Müharibə dövrü üçün səfərbərlik vərəqəsi olan şəxslər köçürülmür, onlar hərbi xidmətə 
çağırış və səfərbərlik xidmətinin sərəncamına gedirlər.  
Ə
hali hər növ nəqliyyat vasitələrindən istifadə etməklə qısa müddətdə kütləvi şəkildə, və 
ya yaranmış vəziyyətdən asılı olaraq mərhələ-mərhələ, həm bütün nəqliyyat vasitələrindən 
istifadə etməklə, həm də piyada surətdə köçürülə bilər. 
Köçürülməyin səmərəliyi üçün: 
- köçürülmə planlarını əvvəlcədən tərtib etmək; 
-  səhərdənkənar  və  məskunlaşdırma  rayonlarını  köçürülən  əhalinin  normal  həyatını  təmin 
etmək üçün hazırlamaq; 
- bütün nəqliyyat vasitəl\ərini köçürmə işlərinə hazırlamaq; 
- köçürmə dövrü üçün lazımi idarəetmə strukturları və köçürmə orqanları yaratmaq; 
- əhali arasında içtimai asayişin və mütəşəkkilliyin təmin edilməsi üzrə tədbirlər kompleksi 
həyata keçirmək lazımdır. 
Ə
hali  yerləşdiriləcək  rayonlar  və  köçürmə  qaydası  hərbi  komandanlıq  orqanları  və 
müvafiq idarə və müəssisələrlə razılaşdırılır. 
Köçürmə tədbirlərinin təşkili və yerinə yetirilməsi qaydaları fövqəladə hallarda əhalinin 
mühafizəsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə müəyyən 
edilir. 
6.  Əhalinin  mühafizəsi  üzrə  tibbi  tədbirlər-  insanların  zədələnməsinin  qarşısını  almaq, 
yaxud zədələnməni zəiflətmək, zərərçəkənlərə vaxtında yardım göstərmək və onları müalicə 
etmək,  fövqəladə  hallar  yaranmış  rayonlarda  epidemioloji  təhlükəsizliyi  təmin  etmək 
işlərindən ibarətdir. 
Bunun ücün: 
-  sahə  tabeliyindən  asılı  olmayaraq,  bütün  mövcud  səhiyyə  orqanları  qüvvələrinin  və 
vasitələrinin fəaliyyətini planlaşdırmaq və onlardan istifadə etmək; 
- fövqəladə vəziyyət yaranarkən kifayət qədər tibbi müəssisələri açmaq; 
- tibbi profilaktika vasitələrindən vaxtında istifadə etmək; 
- ərzaq mallarına və suya nəzarət etmək; 
- vaxtında ixtisaslı tibb dəstələri yaratmaq və onları fəaliyyətə hazırlamaq; 
 -  tibbi  mühafizə  vasitələri  ehtiyatları,  tibbi  və  xüsusi  avadanlıq  və  texniki  ehtiyatları 
yaratmaq; 
- tibb işçiləri hazırlamaq və bütün əhaliyə tibbi- sanitariya biliklərin öyrətmək lazımdır. 

7.  Bioloji  yoluxma  vasitələrindən  mühafizə-yoluxma  təhlükəsinin,  yaxud  faktının, 
yoluxmanın  növü  və  miqyasının  vaxtında  aşkar  edilməsindən,  habelə  inzibati-təsərrufat, 
rejimli-məhdudlaşdırma  və xüsusi tibb tədbirlərinin müəyyən edilməsindən ibarətdir. 
Bioloji zəhərlənmə vasitələrindən mühafizə üçün: 
- kollektiv və fərdi mühafizə vasitələrindən vaxtında istifadə etmək; 
- karantin və observasiya rejimləri qoymaq; 
- yoluxma ocağını zərərsizləşdirmək; 
- təcili və xüsusi (spesifik) profilaktika keçirmək; 
-  xalq  təsərrufatı  obyektləri,  tibb  müəssisələri  və  əhali  tərəfindən  epidemiya  əleyhinə 
rejimə riayət olunmasına nail olmaq lazımdır. 
8.  Əhalinin  radiasiyadan  və  kimyəvi  zəhərlənmədən  mühafizəsi-  radiasiya  və  kimyəvi 
şə
raiti  askar  edibqiymətləndirməkdən,  radiasiyadan  mühafizə  üzrə  birtipli  rejimlərin 
müəyyən  edilməsindən,  fərdi  mühafizə  vasitələri  ilə  təchizat,  xüsusi  təmizləmə  işlərinin 
təşkili və keçirilməsi tədbirlərindən ibarətdir.  
Ə
halinin radiasiya və kimyəvi zəhərlənmədən mühafizəsi üçün: 
-  əvvəlcədən  fərdi  mühafizə  vasitələri,  radiasiya,  kimyəvi  kəşfiyyat  və  dozimetrik nəzarət 
cihazları  ehtiyatları  yaratmaq,  bunları  qoruyub  işə  hazır  vəziyyətdə  saxlamaq  lazımdır-
həmin ehtiyatların həcmi və saxlama yerləri mövcud təhlükəli zonalara müvafiq olaraq fərdi 
surətdə  müəyyən  edilir.  Bu  zaman  həmin  avadanlıqla  ilk  növbədə-mülki  müdafiə 
dəstələrinin  şəxsi  heyəti,  zədələnmə  ocaqlarında  aparılan  xilasetmə  və  təxirəsalınmaz 
işlərdə  iştirak  edən  qüvvələr,  habelə  radiasiya  və  kimya  təhlükəli  xalq  təsərrufatı 
obyektlərinin  işçiləri  və  belə  obyektlərin  ətrafındaki  təhlükəli zonada  yaşayan  əhali  təmin 
edilir; 
-  radioaktiv  və  kimyəvi  zəhərlənmənin  miqyasını,  xarakterini  və  nəticələrini  aşkar  etmək 
məqsədilə vaxtında kəşfiyyat aparmaq; 
- düşmənin kütləvi qırğın vasitələrinin işlətdiyi, həmçinin radiasiya və kimyəvi zəhərlənmə 
təhlükəli xalq təsərrufatı obyektlərində qəzaları (dağıntıları) aşkar etmək, onların miqyasını 
və nəticələrini qiymətləndirmək üçün ən müasir vasitələrdən və üsullardan istifadə etmək, o 
cümlədən ərazidə  havadan  radiasiya  kəşfiyyatı  aparmaq  üçün mülki  aviasiya  təyyarələrini 
(helikopterlərini) bu işə cəlb etmək; 
-  həm  müharibə,  həm  də  sülh  dövrü  üçün  yararlı  olan  vahid  növlü  (unifikasiya  edilmiş) 
mühafizə  vasitələri,  radiasiya,  kimyəvi  kəşfiyyat  və  dozimetrik  nəzarət  cihazları  və  cihaz 
dəstləri (komplektləri) yaratmaq; 
-  əhaliyə  müəyyən  edilmiş  qaydada  şəxsi  istifadə  üçün  fərdi  mühafizə  vasitələri  və 
dozimetrlər almağa imkan yaratmaq; 
-  zəhərlənmiş  ərazidə  əhalinin  radiasiyadan  mühafizəsi  və  xalq  təsərrufatı  obyektlərinin 
fəaliyyəti üçün birtipli rejimlər işləyib hazırlamaq; 
-  kommunal-məişət  xidməti  və  nəqliyyat  müəssisələrini  insanların  sanitariya  
təmuizlənməsi,  paltarların,  avadanlığın  və  nəqliyyatın  xüsusi  təmizlənmə  işlərinə  
ə
vvəlcədən uyğunlaşdırmaq; 
-  radioaktiv  və  kimyəvi  zəhərlənmə  ocaqlarını  vaxtında  ləğv  etmək,  zəhərli  tullantıları  bu 
məqsədlə ayrılmış xüsusi yerlərdə basdırmaq lazımdır. 
9.  Zədələnmə  ocaqlarında,  qəza  və  təbii  fəlakət  rayonlarında  xəsarət  almış  insanlara 
vaxtında yardım göstərmək məqsədilə qısa müddətdə 
xilasetmə və digər təxirəsalınmaz işlər
 
təşkil edilir və yerinə yetirilir. 
Xilasetmə və digər təxirəsalınmaz işlər
 aşağıdakılardan ibarətdir: 
- zədələnmə ocaqlarında və fəlakət rayonlarında kəşfiyyat aparmaq; 
- zədələnmə ocağını məhdudlaşdırmaq; 
- axtarış və xilasetmə kompleks tədbirləri görmək; 

- zərərçəkənlərə yardım göstərmək; 
- təhlükəli rayonlardan əhalini çıxarmaq və ya köçürmək; 
-  karantin-observasiya  tədbirləri,  xilasetmə  işləri  aparılan  rayonlarda  içtimaiasayişi  təmin 
etmək; 
-  zərər  çəkmiş  rayonlarda  əhalinin  həyatının  təmin  edilməsi  üzrə  ilkin  tədbirləri  həyata 
keçirmək; 
- epidemiya əleyhinə və sanitariya-gigiyena tədbirləri görmək; 
-  zərər  şəkmiş  rayonlardakı  əhalinin  ruhi  sabitliyini  təmin  etmək  üçün  kompleks  tədbirlər 
həyata keçirmək. 
 
Xilasetmə və təxirəsalınmaz işlərin səmərəliyi bu tədbirlərlə təmin edilir: 
-  ixtisaslı  mülki  müdafiə  qüvvələrini  (qoşun  hissələri,  ştatda  olan  qəza-xilasetmə,  qəza-
bərpa  dəstələri  və  hərbiləşdirilməmiş  dəstələr),  habelə  ixtisaslı  sahə  dəstələri,  könüllü 
xilasetmə qüvvələrini əvvəlcədən yaratmqa və fəaliyyətə hazırlamaq; 
- sahə tabeliyindən asılı olmayaraq digər qüvvələri, müəssisələri, habelə könüllüləri lazım 
gəldikdə xilasetmə işlərinə cəlb etmək; 
-  əvvəlcədən  əldə  edilmiş  razılaşmalar  əsasında  xarici  ölkə  mütəxəssislərini  və 
xilasedicilərini işə cəlb etmək; 
- əvvəlcədən idarəetmə orqanlarını işə hazırlamaq, xüsusi fəaliyyət planlarını tərtib etmək; 
-  xilasetmə  və  digər  təxirəsalınmaz  işləri  aparmaq  üçün  texniki  avadanlıq  hazırlamaq  və 
istehsal etmək; 
-  zərərçəkənlərin  ərzaqla,  digər  gündəlik  tələbat  əşyaları  ilə  təchizatı,  həyati  təminatını 
təşkil etmək; 
-xilasetmə işlərində iştirak edən insanların təhlükəsizliyi üzrə tədbirlərə ciddi riayət etmək, 
fəlakət zonasında əhalinin davranış rejimini müəyyənləşdirmək; 
- fövqəladə halların xarakterini və miqyasını nəzərə almaqla xilasedici qüvvə və vasitələri 
tədricən artırmaq; 
-  xilasetmə  işlərində  iştirak  edən  qüvvələrin  mühəndis,  kimyəvi,  tibbi,  nəqliyyatla 
təminatını, maddi və texniki təminatını müntəzəm təşkil etmək. 
10.  Mühafizə üsulları  və  vasitələrindən istifadə etmək,  yaralılara  ilk  yardım  göstərmək, 
xilasetmə və digər təxirəsalınmaz işlərdə fəal iştirak etmək bacarığı işçilərə müəssisələrdə. 
Idarə  və  təşkilatlardahabelə  yaşayış  yerlərində  yarana  biləcək  real  təhlükənin  xarakterinə 
uyğun olaraq, öyrədilir.  Bu zaman əhalinin lazımi məsləhət və tövsiyələr almaq üçün hər 
cür şərait yaradılır. 
Yerlərdə  ehtimal  olunan  fövqəladə  hallar  zamanı  fəaliyyət  və  davranış  qaydaları 
qabaqcadan  kütləvi  informasiya  vasitələrilə,  yaxud  xüsusi  yaddaş  kitabçaları  paylamaqla 
bütün əhalinin nəzər-diqqətinə çatdırılır. 
 
5.  Sülh  dövründəki  fövqəladə  hallarda  əhalinin  mühafizəsini    təşkil  etməyin 
xüsusiyyətləri 
 
1. Sülh dövründə əhalinin mühafizəsinin əsasını fövqəladə halların qarşısını alan, yaxud 
azaldan təşkilati, mühəndis-texniki və digət tədbirlərin yerinə yetirilməsi, əhalinin vaxtında 
xəbərdar edilməsi və insanların təhlükəli zonadan çıxarılması; 
- əldə olan mühafizə vasitələrindən istifadə olunması; 
-  fövqəladə  hallar  yaranan  rayonlarda  xilasetmə  və  digər  təxirəsalınmaz  işlər  aparmaq 
üçün qüvvə və vasitələrin hazırlanması təşkil edir. 
Bu məqsədlə: 
- Azərbaycan Respublikasının ərazısındəki müvafiq obyektlərdə işin təhlükəsizliyini təmin 
etmək üçün dünya standartlarına uyğun vahid tələblər müəyyən edilir; 

-  təhlükə  potensiallı  obyektlərdə  qüsurlu  qovşaqları  aşkar  etmək  məqsədilə  istehsalatın 
təhlükəsizliyi müntəzəm surətdə araşdırılır və təhlil edilir; 
- qüsurların aradan qaldırılması üzrə əməli tədbirlər planı işlənir və yerinə yetirilir; 
-  yeni  tikilən  təhlükəli  istehsalatlar  hesablanıb,  elə  yerləşdirilir  ki  burada  qəzalar  baş 
verərsə, onun zədələyici amilləri insanlar yaşayan sahələrə yayıla bilməsin. 
2.  Fövqəladə  hallarda  mühafizə  tədbirləri  sülh  dövrü  üçün  müəyyən  edilmiş  xüsusi 
meyarlar nəzərə alınmaqla yerinə yetirilir. 
3.  Ehtimal  edilən  zəhərlənmə  zonalarında  yaşayan  əhaliyə  daimi  istifadə  üçün  fərdi 
mühafizə vasitələri respublika hökümətinin və yerli icra hakimiyyəti başçılarının qərarlarına 
ə
sasən pulsuz verilə bilər. Bu məqsədlə, müharibə dövrü üçün nəzərdə tutulmuş vasitələrin 
bir qismindən müəyyən edilmiş qayda üzrə istifadə etmək olar. 
 
6. Müharibə dövründə əhalinin mühafizəsini təşkil etməyin xüsusiyyətləri 
 
1.  Müharibə  dövründə  əhalinin  mühafizəsinin  əsasını  mühafizə  qurğuları  fondu,  fərdi 
mühafizə  vasitələri,  tibbi  avadanlığı  ehtiyatları  yaradılması  və  onlardan  istifadə  olunması, 
təhlükəli  rayonlardan  və  zonalardan  əhalini  köçürmək  üzrə  tədbirlərin  əvvəlcədən 
hazırlanması və yerinə yetirilməsi təşkil edir. 
2.  Respublikanın  iqtisadi  imkanlarına  müvafiq  olaraq,  “məqsədyönlü  və  kifayətdir” 
prinsipi  əsasında  əhalinin  mühafizəsi  üzrə  tədbirlərin  bir  qismi  (xəbərdarlıq  sisteminin, 
sığınacaqlar  və  daldalanacaqlar  fondunun  bir  hissəsinin,  fərdi  mühafizə  vasitələri 
ehtiyatının yaradılması) əvvəlcədən, hələ sülh dövründə həyata keçirilir, qalanı isə (kütləvi 
ssurətdə mühafizə vasitələrinin verilməsi) təhlükəli dövr yaranarkən və hərbi əməliyyatlar 
başlanarkən yerinə yetirilir. 
 
7. Əhalinin mühafizə prinsiplərinin həyata keçirilməsi qaydaları 
 
1. Əhalinin mühafizəsinin əsas prinsipləri Azərbaycan Respublikası Prezidentinin, Milli 
məclisin  və  Nazirlər  Kabinetinin  verdiyi  müvafiq  qərarlarla,  habelə  mühafizə  məsələləri 
üzrə normativ sənədlər sisteminə uyğun olaraq: 
- xalq təsərrufatı planlarına mülki müdafiə tədbirlərinin yerinə yetirilməsinə dair xüsusi 
bölmə daxil edilməsi; 
-  Naxçıvan  Muxtar  Respublikasında,  Azərbaycan  Respublikasının  digər  şəhər  və 
rayonlarında sülh və müharibə dövrlərindəki fövqəladə hallarda əhalinin mühafizə vasitəsi 
ilə təminatına dair xüsusi proqramlar hazırlanması və yerinə yetirilməsi (mühafizə qurğuları 
fondunun  yaradılması,  fərdi  mühafizə  vasitələri  ilə  təchizat,  xəbərdarlıq  sistemlərinin 
inkişaf etdirilməsi məsələlər üzrə əməli tədbirlərlə birlikdə); 
-  təhlükə  potensiallı  obyektlərdə  çalışan  işçilərin  və  belə  obyektlərin  yaxınlığında 
yaşayan əhalinin mühafizəsi üzrə birtipli planların işlənib hazırlanması; 
-  istehsalat-ərazi  mülki  müdafiə  orqanlarının  fəaliyyətə  hazırlanması.  Habelə  əhaliyə 
mühafizənin öyrədilməsi ilə həyata keçirilir. 
 
Yüklə 4,71 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin