2-ci sual. Mülki müdafiə xəbərdarlıq siqnalları, onların verilmə üsulları
və əhalinin davranış qaydaları.
Siqnalın
adı
Nə məqsədlə
verilir
Verilmə üsulu
Mülki müdafiə siqnalı ilə
əhalinin fəaliyyəti
1. “Diqqət
hamıya”
Əhalinin
diqqətini
cəlb etməli.
Sirenaların,
isteh-salın və
nəqliyyat
vasitələrinin
fitlə-rinin
səslənməsi.
Radionöqtələri, rsdioqəbulediciləri
və televizorları qoşmalı.
2. “Hava
Düşmən
Radiotranslyasiya
Əgər siqnalı eşitmisinizsə
həyacanı”
hücumu
təhlükəsinin
bilavasitə
yaranması
barədə
əhaliyə
xəbərdarlıq
etməli.
şəbəkələri, radio
və televiziya
stansiyaları,
səyyar
səsucaldan
qurğular vasitəsi
ilə mətnin
verilməsi.
1. İşdə.
Müəssisənin(sexin) xüsusi təlimatı
ilə bu hal üçün nəzərdə tutulmuş
tədbirləri yerinə yetirməli, dərhal
sığınacağa girməli. Fasiləsiz texnoloji
prosesə görə iş yerindən yayılmaq
olmaz, iş yeri yaxınlığında xüsusi
sığınacaqdan istifadə etməli.
2. Evdə.
İşıqları, qıxdırıcı cihazları, qaz və
suyu kəsməli. Özünüz ilə ərzaq
ehtiyatı,
dərmanlar,
içməli
su,
sənədlər, fərdi mühafizə vasitələri
götürməli.
3. Şəhər nəqliyyatında.
Dayanacaqda düşməli və polis
işçisinin göstərişinə əsasən hərəkət
etməli.
4. Xidmətdə.
Təlimata və müdiriyyətin göstərişi
üzrə hərəkət etməli.
5. İçtimai yerlərdə.
Müdiriyyətin və polis postlarının
göstərişinə əsasən hərəkət etməli.
Bütün hallarda yaxın sığınacaqlarda
gizlənməyə
imkan
tapmayan
vətəndaşlar
kanal,
təpə,
dərə,
xəndək və s. istifadə etməli. Siqnalın
verildiyi
vaxtdan
düşmənin
hücumunadək cəmi bir neçə dəqiqə
keçə bilər, ona görə də cəld və
mütəşəkkil hərəkət etmək lazımdır.
3. “Hava
həyacanı
keçdi”
Əhaliyə
“Hava
həyacanı”
siqnalı ilə
kəsilmiş və-
zifələri yeri-
nə yetir-
məklə da-
Radiotranslyasiya
şəbəkələri, radio
və televiziya
stansiyaları,
səyyar səsucal-
dan qurğular
vasitəsi ilə
mətnin verilməsi.
Əhali sığınacaqlardan çıxır və
vəzifələrinin
yerinə
yetirməkdə
davam edir. Əgər nüvə zərbəsi
endirilmişsə, “Hava həyacanı keçdi”
siqnalı verilmir.
vam etdir-
məyə icazə
verməli.
4.Radiasiya
təhlükəsi”
Radioaktiv
maddələrdən
mühafizə
tədbirləri
qəbul
etməyin
zəruriliyi
barədə
əhaliyə
xəbərdarlıq
etməli.
Radiotranslyasiya
şəbəkələri, radio
və televiziya stan-
siyaları, səyyar
səsucaldan
qurğu-lar vasitəsi
ilə mətnin
verilməsi.
Bütün
vətəndaşlar
tənəffüs
orqanlarını mühafizə vasitələrinin
geyməli,
ərzaq
məhsulları,
su
ehtiyatı götürməli və sığınacaqlara,
radiasiya əleyhinə daldalanacaqlara,
zirzəmilərə, sadə tipli örtüklərə,
xəndəklərə keçilməlidirlər.
.”Kimyəvi
təhlükə”
Zəhərləyici
maddələrdən
mühafizə
tədbirləri
qəbul
etməyin
zəruriliyi
barədə
əhaliyə
xəbərdarlıq
etməli.
Radiotranslyasiya
şəbəkələri, radio
və televiziya
stansiyaları
vasitəsi ilə
mətnin verilməsi.
Dərhal
əleyhqaz,
mühafizə
paltarlarını və sığınacağa girməli.
Çıxmaq üçün xüsusi icazə alınanadək
orada
qalmalı.
Sığınacaqlardan
kənarda qalan bütün vətəndaşlar
dərhal
əleyhqazları,
qoruyucu
paltarları geyməli və Mülki müdafiə
postlarının
göstərişlərini
rəhbər
tutaraq,
zəhərlənmiş
sahədən
tezliklə çıxmağa çalışmalıdırlar.
Yekun hissə - 5 dəq.
Dərsin mövzusunu təkrar edərək, qarşıda qoyulmuş məqsədə nail olunmasını
elan edirəm, tələbələrə ev tapşırığı verirəm.
Mövzuya aid yoxlama suallar:
1. Azərbaycan Respublikasının Dövlət sistemində fövqəladə hallarda
xəbərdarlıq sistemi nədir?
2. Mülki müdafiə rabitə və xəbərdarlıq sisteminin vəzifələri nədən ibarətdir?
3. Mülki müdafiənin idarə edilməsi üzrə əsas vəzifələr hansılardır?
4. İdarəetmə fəaliyyətinin qarşısında qoyulan tələblər hansılardır?
5. Mülki müdafiənin idarəetmə məntəqələri, onların təyinatı, yerləşdirilməsi?
6. Mülki müdafiənin idarəetmə məntəqələri, onların avadanlığı və işçi heyəti?
7. Mülki müdafiə sahəsində tabelikdəki qüvvələri idarə etmək üzrə MM
rəhbərinin və qərargahının iş qaydası necədir?
8. Mülki müdafiə rabitə və onun təyinatı nədən ibarətdir?
9. Mülki müdafiə sahəsində rabitənin və xəbərdarlığın təşkili qaydaları
hansılardır?
10. Mülki müdafiə sistemində siqnalların və xəbərlərin verilməsi qaydası
necədir?
11. Mülki müdafiə xəbərdarlıq siqnalları, onların verilmə üsulları və əhalinin
həmin siqnallar üzrə davranış qaydaları?
12. Sülh dövründə təbii fövqəladə hadisələr və istehsalat qəzaları barədə
xəbərdarlıq siqnallarını kim verir?
13. Müharibə dövründə düşmənin hücumu barədə xəbərdarlıq siqnallarını
kim verir?
14. Mülki müdafiənin hansı siqnalı ilə əhali mühafizə qurğularına daxil olur?
Mülki müdafiə fənninin müəllimi Neymət Lətifov
Azərbaycan Dövlət
İ
qtisad Universitetinin
tələbələri ilə keçirilən
Mülki müdafiə dərsinin
konspekti
Mövzu №8: “Fövqəladə hallardan
mühafizə sahəsində əhalinin
hazırlanmasının əsasları.”
“Təsdiq edirəm”
Mülki müdafiə
kafedrasının müdiri
___________ Elçin Əliyev
“___” yanvar 2015-ci il
Azərbaycan Dövlət İqtisad Universitetinin
t\ələbələri ilə keçirilən Mülki müdafiə dərsinin
konspekti
Mövzu № 8: “Fövqəlada hallardan mühafizə sahəsində əhalinin
hazırlanmasının əsasları.”
Keçirmə vaxtı: 2 saat
Keçirmə üsulu: mühazirə
Keçirmə yeri: sinif otağı
Dərsin məqsədi: Ali məktəblərin tələbələrinə Fövqəlada hallardan mühafizə
sahəsində əhalinin hazırlanması qaydaları, barədə onları
məlumatlandırmaq.
Dərsin sualları: 1 Fövqəlada hallardan mühafizə sahəsində əhalinin
hazırlanmasının əsasları.
2. Fövqəlada hallardan mühafizə sahəsində əhalinin
hazırlanmasının, mülki müdafiə təlimlərinin prinsipləri, forma və
metodları.
Ədəbiyyat: - Azərbaycan Respublikasının “Mülki müdafiə haqqında”
Qanunu;
- “Mülki müdafiənin təmin edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci tarixli, 193
nömrəli qərarı;
- H.Ocaqov - “Mülki Müdafiə”
- Fövqəladə hadisələr zamanı necə davranmalı;
- Fövqəladə Hallar Nazirliyinin qəzetləri.
I. Giriş hissə - 5 dəq.
T\ələbələrin dərsə hazırlığını yoxlayıram. Dərsin mövzusunu, məqsədini, sualları elan
edirəm.
II. Əsas hissə - 80 dəq.
1-ci sual. Fövqəlada hallardan mühafizə sahəsində əhalinin hazırlanmasının əsasları.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci tarixli, 193 nömrəli
qərarına əsasən, Azərbaycan Respublikasında fövqəladə hadisələrdən
müdafiə sahəsində əhalinin hazırlanması Qaydaları müəyyən edilib.
Bu qaydalarda aşağıdakilər öz əksini tapıb.
Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması mülki müdafiənin əsas
vəzifələrindən biridir.
Fövqəladə hadisələrdən müdafiəyə respublikanın bütün əhalisi hazırlanır.
Bu zaman 6-17 yaşlı şəxslərə - sülh və müharibə dövrlərindəki fövqəladə hadisələrdən
mühafizə üsulları, 17 yaşından yuxarı şəxslərə isə bundan əlavə, belə hadisələrin nəticələrini
aradan qaldırmaq üzrə fəaliyyət qaydaları da öyrədilir.
Fövqəladə hadisələrdən müdafiə qaydalarının və mülki müdafiənin əhaliyə öyrədilməsi
respublikanın bütün ərazisindəki nazirlik, komitə, idarə, müəssisələrin, təşkilatların
rəhbərləri tərəfindən təşkil edilir, kadrların hazırlanması sistemində işçilərin əsas vəzifələri
ilə yanaşı mülki müdafiə üzrə vəzifələr də nəzərə alınmaqla, fərdi və fasiləsiz yerinə
yetirilir.
Obyektlərdə mülki müdafiənin öyrədilməsi işləri tədris qruplarında məşğəl aparmaq,
mühafizə məsələlərini müstəqil surətdə öyrənmək üsulları ilə, məşq və təlimlər vasitəsi ilə
həyata keçirilir.
Məşğələlərin mövzuları, keçirilməsi qaydası və vaxtı (iş vaxtı və ya işdən sonra) yerli
şə
rait, istehsalın xüsusiyyətlərini və öyrədilən şəxslərin hazırlıq dərəcəsini nəzərə almaqla
müəyyən edilir.
İş
çilər fəaliyyətə hazırlanarkən onlara «Mülki müdafiə» mövzularının öyrədilməsi
nəzərdə tutulur, həmçinin təhlükəsizlik texnikası üzrə ilkin təlimat proqramlarına,
müəssisədə işin xüsusiyyətləri nəzərə alınmaqla mülki müdafiə məsələləri də daxil edilir.
Dövlət və qeyri-dövlət təhsil müəssisələrində şagirdlərin, tələbələrin və dinləyicilərin
mülki müdafiə hazırlığı proqramları, mövzuları və tədris saatlarının miqdarı müvafiq
nazirlik, dövlət komitələri, baş idarələr, təhsil müəssisələri tərəfindən yerli xüsusiyyətlər
nəzərə alınmaqla işlənib hazırlanır və Azərbaycan Respublikasının Fövqəladə Hallar
Nazirliyi ilə razılaşdırılır.
Ə
məli məşğələlər, mülki müdafiə təlimləri və məşqləri - sülh və müharibə dövrlərindəki
fövqəladə hallarda mülki müdafiə tədbirlərinin yerinə yetirilməsinə bütün əhali qruplarını
hazırlamağın əsas forması hesab edilir.
Respublikanın əhalisinə mühafizə biliklərinin öyrədilməsində mülki müdafiə təbliğatına
geniş yer verilir.
Mülki müdafiə təbliğatı sülh və müharibə dövrlərindəki fövqəladə hallarda mühafizənin
üsul və qaydalarını bütün əhaliyə öyrətməyin formalarından biridir.
Obyektlərdə müəyyən edilmiş qaydada və vaxtlarda mülki müdafiənin əməli
məşğələləri, təlimləri və məşqləri keçirilir.
Obyektlərdə keçirilən əməli məşğələlərin, mülki müdafiə təlimləri və məşqlərinin əsas
növləri bunlardır:
- mülki müdafiə normativlərinin yerinə yetirilməsi - normativlər adətən ayda bir dəfə
mülki müdafiə məşğələsi zamanı öyrədilir;
- rəhbər heyətin mülki müdafiə məşqləri - ildə bir dəfə keçirilir və belə məşqlər zamanı
rəhbər heyət obyektin mülki müdafiə planına əsasən özünün xidməti vəzifələrini dəqiq
öyrənir; məşqə obyektin MM qərargahı, MM xidmətlərinin rəhbər heyətləri və
hərbiləşdirilməmiş dəstələrin komandir-rəis heyəti cəlb edilir;
Kompleks mülki müdafiə təlimləri - hər üç ildən bir, 2-3 gün ərzində aşağıdakı
obyektlərdə keçirilir:
- işçilərinin sayından asılı olmayaraq, mülki müdafiə üzrə dərəcəli obyektlərdə və
kimyəvi, partlayış-yanğın təhlükəli digər obyektlərdə;
- işçilərinin sayı 300 nəfərdən artıq olan dərəcəsiz obyektlərdə;
- çarpayılarının sayı 200-dən artıq olan müalicə-profilaktika müəssisələrində.
Təlimə obyektin rəhbər, komandir-rəis heyətləri, hərbiləşdirilməmiş mülki müdadiə
dəstələrinin şəxsi heyəti, dəstələrə cəlb olunmayan işçilər cəlb edilir. Habelə obyektin
ə
trafında yaşayan əhali də təlimlərə cəlb edilə bilər.
Qalan obyektlərdə, o cümlədən təhsil müəssisələrində (ümumtəhsil məktəbləri, texniki
peşə, orta ixtisas məktəbləri və onlara bərabər tutulan digər məktəblərdən başqa) üç ildən
bir 8-10 saat davam edən obyekt mülki müdafiə məşqləri keçirilir.
Məşqlərə obyektin rəhbər, komandir-rəis heyətləri, hərbiləşdirilməmiş MM dəstələrinin
şə
xsi heyəti, dəstələrə cəlb olunmayan işçilər və təhsil alan gənclər cəlb edilir;
Hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə əməli məşğələlər - yüksək hazırlıqlı
dəstələrlə ildə bir dəfə, qalan dəstələrlə üç ildən bir - kompleks təlim və ya obyekt məşqi 8
saat həcmində keçirilir;
Ümumtəhsil məktəblərində, texniki peşə, orta ixtisas məktəblərində və onlara bərabər
tutulan digər təhsil ocaqlarında isə hər il «Mülki müdafiə» günü keçirilir və bu tədbir həmin
məktəblərin illik tədris planlarında da nəzərdə tutulur;
Hər bir hərbiləşdirilməmiş mülki müdafiə dəstəsi ilə xəbərdarlıq toplanış üzrə məşq ildə
iki dəfə keçirilir.
Obyekt işçilərinə mülki müdafiə bilikləri aşağıdaki qaydalarla öyrədilir:
Obyektin rəhbər heyəti, xidmət rəisləri, hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin
komandir-rəis heyəti və hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin üzvləri 15 saatlıq
proqram həcmində hazırlıq keçirlər.
İ
darə, müəssisə, təşkilat və digər obyektlərdə işləyən, lakin hərbiləşdirilməmiş mülki
müdafiə dəstələrinin, xidmətlərinin heyətinə cəlb olunmayan işçilərə mülki müdafiə bilikləri
hər il iş yerində, istehsalatdan ayrılmadan 12 saatlıq proqram həcmində öyrədilir.
Bu əhali qrupu üçün hazırlığın aşağıdakı növləri müəyyən edilir:
- mülki müdafiə məsələlərini müstəqil surətdə öyrənmək və hər ay sex, sahə, şöbə və
digər bölmə rəhbərlərinin keçirdiyi mülki müdafiə məşqlərində iştirak etmək;
- tədris qrupunun tərkibində, xüsusi hazırlanmış qrup rəhbərlərinin, yaxud bilavasitə öz
rəhbərinin başçılığı ilə müntəzəm məşğələ keçmək.
Obyektin ştatlı mülki müdafiə işçiləri belə məşğələ rəhbərləri ilə və ya təlimatçılarla
tədris ilinin əvvəlində bir iş günlük metodik toplanış keçirirlər.
Ş
tatlı mülki müdafiə işçiləri olmayan obyektlərdə belə toplanışlar zona, şəhər, rayon
mülki müdafiə icra orqanlarında və kurslarında təşkil edilir.
İ
stehsalat və xidmət sahələrində işləməyən əhaliyə
mülki müdafiə bilikləri yaşayış
yerlərində, kütləvi informasiya vasitələrinin, mənzil idarələrində yerli icra hakimiyyəti
orqanlarının yaratdığı məsləhət məntəqələrinin yardımı ilə müstəqil surətdə və təsərrüfat
müəssisələrində, mənzil istismarı orqanlarında keçirilən əməli məşğələlərə, mülki müdafiə
məşqlərinə cəlb edilməklə 12 saatlıq proqram həcmində öyrədilir.
Dövlət və qeyri-dövlət ali, orta ixtisas məktəbi tələbələrinə, texniki peşə və ümumtəhsil
məktəbləri şagirdlərinə mülki müdafiə
aşağıdaki qaydalarla
öyrədilir:
Mülki müdafiə - ali məktəblərdə əyani, qiyabi və axşam şöbələrinin bütün tələbələrinə
öyrədilməsi məcburi olan fənn sayılır və tədris planlarına xüsusi fənn kimi daxil edilir.
Ali məktəblərin tələbələrinə mülki müdafiə fənni qüvvədə olan proqramlara müvafiq
tədris edilir.
Tələbələrə mülki müdafiənin öyrədilməsi üzrə əsas vəzifələr aşağıdakılardır:
- sülh və müharibə dövrlərindəki fövqəladə hallarda fəaliyyət göstərmək və ali
məktəblərdə aldıqları ixtisasa müvafiq olaraq, obyektlərin sabit işinin təmin edilməsi
üsullarını öyrənmək;
- tibbi biliklərin əsaslarına yiyələnmək və fövqəladə hallarda əməli olaraq ilkin tibbi
yardım göstərməyi bacarmaq;
- ümumtəhsil məktəblərinin II, V, VI siniflərində mülki müdafiə hazırlığı fənni üzrə
məşğələlər aparmağı bacarmaq.
Ali pedaqoji məktəb tələbələrinə təcrübə keçən dövrdə onlarla mülki müdafiə fənni üzrə
məşğələlər aparılması planlaşdırılır.
Mülki müdafiə fənni imtahan verməklə qurtarır.
Ümumtəhsil, texniki peşə, orta ixtisas və onlara bərabər tutulan məktəblərin 10-11 sinif
ş
agirdlərinə, tələbələrinə mülki müdafiə «Gənclərin ibtidai hərbi hazırlıq proqramı»na bölmə
kimi daxil edilir və proqramda nəzərdə tutulan miqdarda hərbi rəhbər tərəfindən tədris
olunur.
Mülki müdafiə fənni 2-ci sinifdə 6 saat, 5-ci sinifdə 8 saat və 6-cı sinifdə 8 saat tədris
olunur. Saatlar bədən tərbiyəsi fənninin tədris saatlarına daxil edilir və sinif rəhbərləri
tərəfindən tədris olunur.
Mülki müdafiəni tədris edən sinif rəhbərləri tədris ilinin əvvəlində yerli mülki müdafiə
qərargahlarının nəzdində 3 günlük kurs keçirlər.
2-ci sual. Fövqəlada hallardan mühafizə sahəsində əhalinin hazırlanmasının, mülki
müdafiə təlimlərinin prinsipləri, forma və metodları.
Ə
halinin fövqəladə hallardan qorunması sahəsində hazırlığı
Ə
haliyə düşmən tərəfinin istifadə edə biləcək kütləvi qırğın silahlarının və digər
hücum vasitələrinin təsirindən qorunmasının öyrədilməsi Mülki Müdafiə orqanlarının
ümdə vəzifələrindən biridir.
Tədris işi Mülki Müdafiə və onun qərargahları rəhbərlərinin, eləcə də mülki müdafiə
məsələləri üzrə yerli orqanların göstərişləri əsasında təşkil edilərək keçirilir. Bu məsələ bu
gün də olduqca aktualdır.
Yerlərdə Mülki Müdafiənin rəhbər tərkibinin, eləcə də bu və ya digər obyektlərin fəhlə
və qulluqçularının, idarə evində yaşayan əhalinin öyrədilməsinə məsuliyyət obyektin Mülki
Müdafiə rəisinin üzərinə qoyulmuşdur. Mülki Müdafiə qərargahı vasitəsilə o, tədris
tədbirlərini təşkil və təmin edir, məşğələlərin, təlimlərin vaxtlı-vaxtında və yüksək
keyfiyyətlə keçirilməsinə rəhbərlik edir.
Fəhlə və qulluqçular obyektdəki mülki müdafiə üzrə funksional vəzifələrinə uyğun şərti
olaraq aşağıdakı kateqoriyalara bölünürlər: mülki müdafiənin rəhbər tərkibi; fəhlə və
qulluqçular; istehsalatda və xidmət sahələrində məşğul olmayan və idarə evində yaşayan
ə
hali. Hər bir kateqoriya xüsusi hazırlanmış proqram əsasında öyrədilir.
Ə
halinin mülki müdafiə əsaslarına öyrədilməsinin təşkilində və keçirilməsində əsas
prinsiplər aşağıdakılardır:
- Elmilik;
- Hərbi zaman şəraitinə uyğun zəruri biliklərin tədrisi;
- Sistemlilik və ardıcıllıq;
- Şüurluluq və fəallıq;
- Əyanilik və anlaşıqlılıq;
- Biliklərə və təcrübəyə mükəmməl yiyələnmə;
- Tədrisə kollektivlilik və fərdilik nöqteyi - nəzərindən yanaşma;
- Mənəvi-psixoloji dayanıqlığın tərbiyələndirilməsi.
Ə
halinin mülki müdafiəyə öyrədilməsi keyfiyyətli tədrisin düzgün istifadə edilən forma
və metodlarından asılıdır.
Tədrisin forması tədris prosesinin təşkilati tərəfini ifadə edir.
Tədrisin formaları aşağıdakılardır:
- Sinif məşğələsi;
- Məşqlər;
- Xüsusi taktiki təlimlər;
- Komanda-qərargah təlimləri;
- Obyekt məşqləri;
- Kompleks təlimlər.
Proqramın öyrənilməsi rəhbəredici tərkibin mülki müdafiə üzrə kompleks təlimdə iştirakı
ilə bitir. Bu təlimin gedişatında alınan nəzəri və praktik biliklər müxtəlif şəraitdə bir daha
təkmilləşdirilir və cilalanır.
Komanda heyətinin hazırlanmasında seminarlardan, sinif qrup və praktik məşğələlərdən,
eləcə də qərargah məşqlərdən və komanda-qərargah təlimlərindən, sıravi tərkibin
hazırlanmasında isə praktik məşğələlərdən istifadə edilir.
Praktik məşğələlər aşağıdakı bilik və vərdişlərə yiyələnmə məqsədlərini güdür:
- radiasiya və kimyəvi kəşfiyyat cihazları ilə işləmə və onlardan düzgün istifadə;
- radioaktiv çirklənməyə və şüalanmaya nəzarət;
- düşmən tərəfin tətbiq etdiyi kütləvi qırğın silahlarının, təbii fəlakətlərin, iri qəzaların və
faciələrin nəticələrinin ləğv edilməsi üzrə işlərinin aparılması;
- kütləvi qırğın silahlarından qorunmaya aid praktik tədris üzrə normativlərin işlənib
hazırlanması.
Obyektdə mülki müdafiə üzrə hazırlığın planlaşdırılması zamanı aşağıdakı sənədlərin
işlənib-hazırlanması tövsiyə edilir:
1. Obyektin MM rəisinin mülki müdafiə üzrə hazırlığın nəticələrinə dair ötən ilin
yekunlarına və yeni tədris ilinin vəzifələrinə aid əmri;
2. Rəhbər tərkibin, fəhlə və qulluqçuların hazırlanması, istehsalat və xidmət sahələrində
işləməyən və idarə evində yaşayan əhalinin öyrədilməsinin əsas tədbirlər planı;
3. Hər bir tədris qrupu ilə məşğələ cədvəli; MM üzrə qərargah məşq və təlimlərin mövzu
siyahısı;
4. Yeni tədris ilində MM kurslarında rəhbər və komanda heyətinin hazırlığı üzrə sifariş
planı.
Göstərilən sənədlərdən əlavə obyektdə digər sənədlər də tərtib edilə bilər. Bunlar:
- obyektin tədris-maddi bazasının istifadə cədvəli və obyektin Mülki Müdafiə
qərargahının aylıq fəaliyyət planıdır.
Mülki Müdafiə üzrə əmr, plan, proqram, rəhbəredici sənədlər əsasında struktur
bölmələrdə tədris qrupları yaradılır və hər bir tədris qrupu üçün məşğələlər cədvəli tərtib
edilir.
Yekun hissə - 5 dəq.
Dərsin mövzusunu təkrar edərək, qarşıda qoyulmuş məqsədə nail olunmasını elan
edirəm, tələbələrə ev tapşırığı verirəm.
Mövzuya aid yoxlama suallar:
1. Mülki müdafiə üzrə əhalininm hazırlanmasında məqsəd nədir?
2. Mülki müdafiə üzrə əhalininm hazırlanmasında hansı rəhbər sənədlər istifadə olunur?
3. Mülki müdafiə üzrə əhalininm hazırlanmasında əsas üsullar hansılardır?
4. Hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin təyinatı nədən ibarətdir?
5. Nə vaxt və kimlərdən hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri komplektləşdirilir?
6. Azərbaycan Respublikasında hansı yaşa kimi kişilər hərbiləşdirilməmiş mülki
müdafiə qüvvələrinə təyin edilirlər?
7. Azərbaycan Respublikasında hansı yaşa kimi qadınlar hərbiləşdirilməmiş mülki
müdafiə qüvvələrinə təyin edilirlər?
8.Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin
hansı Qaydalarla hazırlanırlar?
9.Mülki müdafiənin əməli məşğələləri, təlimləri və məşqləri, onların keçirilmə müddəti
və həcmi?
10. İşçilərə və işləməyən əhaliyə mülki müdafiə biliklərinin öyrədilməsi qaydaları
nədən ibarətdir?
11. Mülki müdafiə sahəsində əhali kimlər tərəfindən hazırlanır?
12. Təsərrufat obyektlərinin rəhbərləri mülki müdafiə sahəsində işçilərin
hazırlanması, öyrədilməsi üçün nələri bilməlidirlər?
13. Təsərrufat obyektlərində işçilər mülki müdafiə sahəsində hazırlanarkən, hansı
qruplara bölünməlidirlər?
14. Təsərrufat obyektlərində işçilərin mülki müdafiə sahəsində hazırlanmasını
təşkil etmək və həyata keçirmək üçün hansı sənədlər tərtib edilir?
15.Təsərrufat obyektlərində işçilərin mülki müdafiə sahəsində hazırlanmasında
hansı tədris formasından istifadə olunur?
16. Təsərrufat obyektlərində işçilərlə mülki müdafiə dərslərini kimlər keçirlər?
Mülki müdafiə fənninin müəllimi Neymət Lətifov
Dostları ilə paylaş: |