Azərbaycan Dövlət



Yüklə 4,71 Mb.
Pdf görüntüsü
səhifə17/21
tarix24.04.2020
ölçüsü4,71 Mb.
#30961
1   ...   13   14   15   16   17   18   19   20   21
mulki az03032016


2-ci sual. Dayanıqlığın artırılması məqsədi ilə mülki müdafiə mühəndis-texniki 
tədbirlərinin təyinatı və tətbiq olunması - 30 dəq. 
 
Mülki  müdafiə  orqanlarının  vəzifəsi  istehsalatın  tərkib  hissələrinin  -  işçi  qüvvəsinin, 
avadanlıqların,  xammalın,  hazır  məhsulların  müdafiəsinə  yönəldilmiş  mühəndis-texniki 
və  digər  tədbirlərin  işlənib  hazırlanması  və  yerinə  yetirilməsində  iştirak  etməkdir. 
Fövqəladə  hadisələr  zamanı  obyektdə  işin  dayanıqlığını  artıran  tədbirlər  kompleksində 
mühəndis  texniki  tədbirlərin  yerinə  yetirilməsi  xüsusən  böyük  əhəmiyyətə  malikdir. 
Yuxarıda deyildiyi kimi, belə tədbirlər bina və qurğuların, kommunikasiyaların müxtəlif 
dağıdıcı  təsirlərə  fiziki  davamlığının  artırmaq  üçün  görülür.  Yeni  müəssisələr,  digər 
müxtəlif  obyektlər  layihələşdirilərkən  və  tikilərkən  yerinə  yetirilən  mühəndis-texniki 
tədbirlər daha səmərəli və iqtisadi cəhətdən xeyli sərfəli olur.  
Bu  zaman  ilk  növbədə,  obyektin  ərazisində  bina  və  qurğuların  yerini  zonalar  üzrə 
planlaşdırmaq,  yəni  istehsalat  qurğularını,  ambarları,  zavod  idarəsi  binalarını  və  digər 
müxtəlif  məqsədli  tikililəri  ayrı-ayrı  qruplar  şəklində  (zonalarla)  yerləşdirmək  nəzərdə 
tutulur.  
Xüsusən  partlayış  təhlükəli  sexləri,  laboratoriyaları,  güclü  təsirli  zəhərli  maddə 
tutumlarını  ayrıca  yerləşdirmək  vacib  sayılır.  Təcrübə  göstərir  ki,  bütün  bunlar  həm  də 
qəzalar,  dağıdıcı  kortəbii  hadisələr,  başqa  kənar  təsirlər  şəraitində  ikinci  zədələyici 
amillər törəməsinin, uçqun qalaqları yaranmasının xeyli dərəcədə qarşısını alır.  
Obyektlər tikilən dövrdə həmçinin orada işləyəcək işçilərin müdafiəsi (mülki müdafiə 
qurğularının  tikilməsi)  məsələləri  də  həll  edilir.  Fəaliyyətdə  olan  obyektlərdə  isə  belə 
tədbirlər müəssisələrin yenidən qurulması vaxtı və itehsalatın təkmilləşdirilməsi qaydası 
ilə həyata keçirilir.  
Araşdırma  zamanı  obyektin  istehsal  prosesində  iştirak  edən  elementlərinin  mövcüd 
vəziyyəti  müasir  silahların  bütün  zəhərləyici  amillərinə,  ikinci  amillərə,  habelə  ehtimal 
edilən kortəbii hadisələrinin təsirinə davamlıq baxımından qiymətləndirilib təyin edilir. 
Bunda  məqsəd  –  obyektin  istehsal  fəaliyyətində  ən  zəif  sahələri  aşkara  çıxarmaq  və 
onların  etibarlığını,  eləcə  də  bütünlüklə  müəssisənin  sabit  işini  təmin  etmək  üçün  tələb 
olunan mühəndis-texniki, texnoloji və təşkilati tədbirləri müəyyənləşdirməkdir.  
Mühəndis texniki tədbirlər: 
-obyektdəki binaların, qurğuların, avadanlığın və kommunikasiyaların zədələyici təsirlərə 
fiziki davamlığını artırmaq üçün görülən tədbirlərdir.  
Texnoloci tədbirlər: 
-  ikinci  zədələyici  amillər  yaranması  ehtimalının  qarşısını  almaq  məqsədilə  obyektdə 
texnoloji rejimin dəyişdirilməsi nəzərdə tutulur.  
Təşkilatı tədbirlər:  
-  fövqəladə  hadisələr  zamanı  yaranan  şəraitdə  obyektdə  mülki  müdafiə  qərargahının, 
qüvvələrin,  habelə  işçilərin  ən  səmərəli  fəaliyyət  qaydalarını  müəyyən  etməkdən 
ibarətdir.  
Məhz  bütün  bu  tədbirləri  konkretləşdirmək  üçün  aparılan  araşdırmalar  mütəxəssislər 
tərfindən xüsusi metodika üzrə və müvafiq hesablama cədvəllərindən istifadə edilməklə 
aparılır. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  görüləcək  mühəndis  texniki  tədbirlərin  həcmi  və 
xarakteri obyektin vacibliyindən, dinc və müharibə dövrlərindəki fövqəladə hallar zamanı 

yarana biləcək təhlükənin dərəcəsi baxımından harada yerləşdiyindən, işçilərin sayından 
və digər şərtlərdən asılı olur. Hətta eyni bir ərazidə yerləşən müəssisələr belə, özlərinin 
təyinatına,  istehsalat  prosesinin  xarakterinə,  iş  şəraitinə  görə  bir  birindən  xeyli 
fərqlənirlər.  Buna  görə  də  bütün  obyektlər  üçün  yararlı  olan  eyni  bir  həcmdə  işlərin 
siyahısını tərtib etmək düzgün olmaz.  
Hər bir müəssisədə görülməli mühəndis-texniki tədbirlər konkret şəraitdən asılı olaraq 
müəyyən edilir. Lakin belə tədbirlərin bir qismi bütün obyektlər üsün ümumi sayılır və 
bunlar hər bir obyektdə yerinə yetirilə bilər.   
Sülh  dövründə  idarəetmə  üçün  inzibati  xidmət  binalarında,  dispetçer  məntəqələrində 
və  digər  otaqlarda  yerləşdirilmiş  texniki  rabitə  vasitələri,  nəzarət  -  ölçü  cihazları, 
məsafədən idarəetmə aparatları və sair cihazlar işlədilir.  
Ə
sas  idarəetmə  vasitələri  sayılan  bu  avadanlıqlar  müdafiə  üçün  nəzərdə  tutulmamış 
binalarda  qoyulduqda  kifayət  dərəcədə  fiziki  davamlılığa  malik  olmurlar.  Həmin 
avadanlıq yerləşdirilən tikililər obyektin əsas istehsal qurğularından daha tez sıradan çıxa 
bilər, bu isə müəssisədə idarəetmənin itirilməsi və istehsalın pozulması ilə nəticələnər. 
Buna  görə  də  müharibə  dövründə  müəssisənin  fəaliyyətinin  etibarlı  surətdə  idarə 
edilməsi  üçün  buradakı  sığınacaqların  birində  obyektin  idarəetmə  məntəqəsi  yaradılıb, 
lazımi rabitə və xəbərdarlıq vasitələrilə təmin edilməlidir.  
İ
darəetmənin  dayanıqlığını  artırmaq  məqsədilə  belə  mühəndis-texniki  tədbirlərlə 
yanaşı təşkilatı tədbirlər də nəzərdə tutulur:  
- işçilərin müxtəlif növbələrdə işləyəcək qruplara ayrılır, bu qrupları (növbələri) obyektdə 
işləyərkən və təhlükəsiz sahələrdə dincələrkən idarə etmək üçün onların sayına müvafiq 
idarəetmə qrupları, digər operativ qruplar təşkil edilib fəaliyyətə hazırlanır. 
Yanacaq,  güclü  təsirli  kimyəvi  maddələr  istehsal  edilən  və  digər  yüksək  təhlükəli 
zavodlarda bu tədbirlər obyektin dinc və müharibə dövrlərində  mülki müdafiə planında 
nəzərdə tutulur. Burada ehtimal olunan qəzaların, habelə yarana biləcək ikinci zədələyici 
amllərin  xarakteri  və  miqyası  göstərilir,  ainsanların  və  maddi  sərvətlərin  xilas  edilməsi 
üzrə  tədbirlər,  qəza  nəticələrinin  aradan  qaldırılması  yolları  və  üsulları,  bu  zaman 
ixtisaslaşdırılmış  qrupların,  xilasedici,  yanğınsöndürən  dəstələrin  fəaliyyət  qaydası 
müəyyən edilir. 
GTZM işlədilən və onların buxarları ilə zəhərlənmə təhlükəsi olan otaqlarda avtomat 
neytrallaşdırma  qurğusu  qoyulur.  Zərərli  buxarlar  müəyyən  təhlükəli  konsentrasiyaya 
çatanda  qurğu  avtomatik  olaraq  işə  qoşularaq  deqazasiya  mayesi  çiləyib,  zəhərli 
maddələri  neytrallaşdırır. İstehsal obyektlərində,  mürəkkəb  texnoloji qurğularda qəzalar 
adətən yanğınlarla müşayət olunur. Yanğın təhlükəsizliyini artırmaqdan ötrü obyektdəki 
alovlana bilən müxtəlif binaların divarlarına, konstruksiyaların səthinə odadavamlı boyaq 
çəkilir, yaxud superfosfat məhlulundan suvaq vurulur. 
Müharibə və dinc dövründəki fövqəladə hallar zamanı obyektlər tamamilə güclü, orta 
və  zəif  dərəcələrdə  dağıntılara  məruz  qala  bilər.  Tamamilə  və  güclü  dağılmış 
obyektlərdə, xüsusən müharibə dövründə istehsalın bərpa edilməsinə cəhdlər göstərilməsi 
adətən məqsədəuyğun sayılmır, çünki, iqtisadi cəhətdən özünü doğrultmur. Orta və zəif 
dərəcədə  zədələnən  müəssisələrdə  isə  müharibə  dövründə  belə,  məhsul  buraxılışının 
bərpa  olunması  real  sayılır,  lakin  o  şərtlə  ki,  bu  işlərə  obyektin  özü  və  onun  işçiləri 
ə
vvəlcədən hazırlaşmış olsun. 
İ
stehsalatın  bərpa  edilməsi  planları  və  layihələri  adətən  iki  variantda  zəif  və  orta 
dərəcələrdə zədələnmə halları üçün tərtib olunur. Bu zaman hər iki şərait üzrə ilknövbəli 
bərpaetmə işlərinin xarakteri və həcmləri müəyyənləşdirilir, tələb ediləcək işçi qüvvəsi, 
materiallar, avadanlıq və s. habelə onların qiyməti hesablanır, bərpa müddətləri göstərilir. 
Bu zaman o da nəzərə alınır ki, bəzi hallarda obyektin bərpa edilməsi müvəqqəti xarakter 

daşya  bilər.  Buna  görə  də  ən  vacib  məhsulların  qısa  müddətdə  istehsalına  nail  olmaq 
məqsədilə  müvafiq  normativ  sənədlərin  tələblərindən  müəyyən  dərəcədə  kənara  çıxma 
hallarına yol vermək mümkündür. 
Bərpa  müddətlərini  azaltmaqdan  ötrü  həmçinin  sadələşdirilmiş  tikinti  hissələrindən, 
yüngül karkaslardan, salamat qalmış konstruksiyalardan da geniş istifadə olunur. 
Müəssisənin  bərpa  olunması  üçün  əsas  şərtlərdən  biri  də  əvvəlcədən  işlənib 
hazırlanmış layihələrin, tikinti üzrə və texniki sənədlərin qorunub saxlanmasıdır. 
Beləliklə,  dinc  və  müharibə  dövrlərində  ekstremal  şəraitdə  iqtisadiyat  obyektlərində 
işin  dayanıqlığınin  yüksəldilməsi  üzrə  tədbirlər  işçilərin  etibarlı  müdafiəsinə,  xilasetmə 
işlərinin  qısa  müddətdə  icrasına,  istehsalın  bərpa  olunmasına  yönəldilməklə  bərabər, 
həmçinin dinc dövrdə də istehsalat qəzaları ehtimalının azaldılması və qəza nəticələrinn 
məhdudlaşdırılması üçün böyük əhəmiyyətə malikdir. 
 
3-cü sual. Fövqəladə hallarda obyektlərin işinin dayanıqlığınin yüksəltmə yolları 
və üsulları - 25 dəq. 
 
Fövqəladə  hadisələr  zamanı  işin  dayanıqlığını  yüksəldən  konkret  tədbirləri  müəyyən 
etməkdən ötrü əvvəlcə obyektdə bu sahə üzrə araşdırmalar (tədqiqatlar) aparılır. 
Müvafiq təşkilatlar tərəfindən aparılan araşdırmalar göstərir ki, dinc dövrdə istehsalat 
qəzalarının  xeyli  bir  qismi  “insan  amili”  sayəsində  baş  verir,  yəni  səbəb  işçinin  öz 
vəzifəsinin  öhdəsindən  gələ  bilməməsi,  yaxud  öz  işinə,  texnoloji  rejimin,  istehsalat 
təlimatı  tələblərinin  icrasına  səhlənkarlıqla  yanaşmasıdır.  Buna  görə  də obyektlərdə  hər 
bir işçini istehsalatda təhlükəsizlik qaydalarına riayyət edilməsinə məcbur edilməsi qəza 
ehtimalını  azaltmağın  və  ümumiyyətlə  təhlükəsizliyin  artırılması  yollarından  biri 
sayılmalıdır. 
Xarakterinə  görə  belə  tədbirlər  qruplaşdırılır,  bunlara  bəzən,  işin  dayanıqlığınin 
yüksəldilməsi yolları və ya istiqamətləri deyilir. 
Bunlar aşağıdakılardır: 
- fovqəlada hallar zamanı işçilərin müdafiəsinin təmin edilməsi; 
-  obyektin  ən  vacib  elementlərinin  möhkəmliyinin  artırılması  və  texnoloji  prosesin 
təkmilləşdirilməsi; 
- maddi texniki təchizatın dayanıqlığının artırılması; 
- ekstremal şəraitdə obyektin idarəetmə sisteminin etibarlığının yüksəldilməsi; 
-  müəssisədə  istehsalat  qəzaları  baş  verməsi,  ikinci  zədələyici  amillər  törəməsi 
ehtimalını və onların zərərini azaltmaq üzrə tədbirlərin işlənib hazırlanması; 
- obyektdə istehsalın bərpa edilməsi üçün hazırlıq işlərinin görülməsi. 
Bu  tədbirlər  əsasən  əvvəlcədən  işlənib  yerinə  yetirilir.  Bilavasitə  fövqəladə  hallar 
zamanı  görülməli  olan  əməliyyatlar  isə  qabaqcadan  planlaşdırılır,  onların  dərhal  icrası 
üçün hazırlıq görülür. 
Həmin tədbirlərin mahiyyətini nəzərdən keçirək: 
A) İşçilərin müdafiəsi hər hansı bir obyektdə işin dayanıqlığının yüksəltməyin ən vacib 
amilləridir,  çünki  aydındır  ki,  işçi  qüvvəsi  olmadan,  heç  bir  istehsalatın  fəaliyyəti 
mümkün  deyil.  Bu  məqsədlə  görülən  mühəndis-texniki  tədbirlərin  ən  başlıcası  bütün 
işçilərin mülki müdafiə mühafizə qurğuları ilə təmin edilməsidir. Təlimatda göstərilir ki, 
dərəcəli  şəhərlərdə  və  müharibə  dövründə  daha  ciddi  təhlükə  yaranan  sahələrdə  işini 
davam etdirən müəssələrin işçiləri sığınıcaqla, qalan bütün əhali isə daldalanacaqla təmin 
edilməlidir. 
B)  Obyektin  ən  vacib  elementlərinin,  bina  və  qurğuların  möhkəmliyinin  artırılması  – 
buradakı  avadanlığı,  dəzgahları,  texnogen  təhlükəli  xətlərin  müdafiəsi  üçün  vacibdir. 
Məlum  olduğu  kimi  tikilən  sənaye  binaları  və  qurğularının  ümumi  sabitliyi  hissələrin 
ağırlığına və külək nəticəsində yaranacaq əlavə yüklərə hesablanır.  

V)  Maddi-texniki  təchizat,  obyektdə  təchizatın  dayanıqlığı  xammal,  material, 
komplektləşdirici hissələr, avadanlıq və yanacaq ehtiyatlarını yaratmaqla artırılır. Bunlar 
həm  istehsalı  davam  etdirmək,  həm  də  fövqəladə  hallarda  istehsal  pozularsa,  onun 
bərpası  üçün  nəzərdə  tutulur.  Azalmayan  ehtiyatlar  halında  tədarük  görülən  həmin 
materialların  miqdarı  nazirliklərin  hər  bir  obyekt  üçün  təsdiq  etdiyi  normalar  üzrə 
müəyyən olunur. 
Müxtəlif  yerlərdəki  mal  göndərən  təşktlatlarla  istehsal  əlaqələrinin  variantlarını 
hazırlamaq,  digər  müəssisələrdən  alınan  bir  sıra  ən  vacib  hissələrin,  avadınlıqların 
obyektin özündəcə istehsal olunması tədbərlər də işin dayanıqlığını artırar. 
Hazır  məhsulların  vaxtında  və  dərhal  istehlakçıya  göndərilməsi  də  çox  vacibdir. 
Xüsusən,  neftayırma,  kimya  müəssisələrində  hazır  məhsulun  yığılıb  qalması  həm 
obyektin  özü,  həm  də  qonşu  obyektlər  və  yaşayış  sahələri  üçün  ciddi  təhlükə  yaradar, 
ikinci zədələyici amillərin ən qorxulu mənbəyinə çevrilə bilər.  
Q)  Ekstremal  şəraitdə  obyektdə  istehsal  prosesinin  və  mülki  müdafiəni  idarə  etmək 
rəhbər  heyətin  fəaliyyətində  ən  əsas  və  məsuliyyətli  işdir.  İdarəetmə  prosesi  hər  cür 
hallarda işçilərə, mülki müdafiə dəstələrinə daim rəhbərlik edilməsini nəzərdə tutur, əsas 
tələb  isə  onun  fasiləsizliyidir.  İdarəetmənin  rəhbər  heyət  rabitə  və  xəbərdarlıq 
vasitələrindən istifadə etməklə həyata keçirir.  
D) Müəsisələrdə istehsal qəzalarını və ikinci zədələyici amillər ehtimalını azaltmaq üzrə 
tədbirlər adətən birgə hazırlanıb, yerinə yetirilir.  
E)  Obyektdə  pozulmuş  istehsalın  bərpa  olunması  üçün  hazırlıq  işlərinin  görülməsi. 
Yuxarıda deyildiyi kimi, obyektin məhsul buraxmağa qısa müddətdə hazırlanması imkanı 
onun  işinin  sabitliyinin  vacib  göstəricisidir.  Belə  hazırlıq  nə  dərəcədə  yüksəkdirsə,  hər 
hansı bir səbəbdən zədələndikdən sonra müəssisədə istehsal prosesi bir o qədər tez bərpa 
olunar.  Həmin  işləri  obyektin  rəhbəri  təşkil  edir.  Bu  məqsədlə  onun  əmrinə  əsasən 
müxtəlif  sahələr  üzrə  (məsələn,  bina  və  qurğuların,  texnoloji  avdanlığın,  enerji 
təchizatının,  maddi  təchizat  və  nəqliyyatın  etibarlığını  təyin  etmək  üçün)  müvafiq 
araşdırma  qrupları  yaradılır,  onların  konkret  vəzifələri  və  iş  proqramları 
myəyyənləşdirilir.  Bu  qruplara  müəssisənin  mütəxəssisləri  ilə  yanaşı  elmi  tədqiqat 
idarələrinin  əməkdaşları  da  cəlb  oluna  bilər.  Tədbirlər  iqtisadi  cəhətdən  o  zaman 
ə
saslandırılmış  hesab  edilir  ki,  onlar  eyni  zamanda  əminamanlıq  dövründə  də  obyektin 
qəzasız  fəaliyyətinin tə’min  olunmasına,  əmək  şəraitinin  yaxşılaşdırılmasına  və  istehsal 
prosesinin təkmilləşdirilməsinə xidmət edir.  
Belə araşdırmalar nəticəsində iki cür plan tərtib edilir: 
- birincisi, dinc dövründə obyektdə işin dayanıqlığınin yüksəldilməsi üzrə tədbirlər planı; 
-  ikincisi,  müharibə  təhlükəsi  yaranan  dövrdə  obyektdə  işin  sabitliyini  artırmaq  üzrə 
tədbirlər planıdır.  
Obyektin  rəhbəri  tərəfindən  təsdiq  edilib  yuxarı  təşkilatlarla,  nazirliklərlə 
razılaşdırılandan sonra birinci plandakı tədbirlər obyektin iqtisadi və sosial inkişafı üzrə 
perspektiv  planlara,  ikinci  sənəddəki  işlər  isə  müəssisənin  müharibə  dövrü  üçün  mülki 
müdafiə planına daxil edilir. 
 
Yekun hissə– 5 dəq. 
Tələbələrə dərsin məqsədinə nail olunmasını elan edirəm, növbəti dərs üçün tapşırıqlar 
verirəm. 
 
Mövzuya aid yoxlama suallar: 
 
1. Təsərrufat obyektlərində hansı məqsədlə işin dayanıqlığı qiymətləndirilir? 

2. Obyektdə işin dayanıqlığını qiymətləndirmək nə deməkdir? 
3. İşin dayanaqlığının artırılması üçün obyektlərdə görülən mühəndis-texniki texnoloji və 
təşkilati tədbirlər kompleksinə nələr daxildir? 
4. Təsərrufat obyektlərinin hansı əsas elementlərinin vəziyyəti işin dayanıqlığını 
müəyyən edir? 
5. Təsərrufat obyektlərində işin dayanıqlığının artırılması məqsədi ilə mülki müdafiə 
mühəndis-texniki tədbirlərinin təyinatı və tətbiq olunmasına nələr aid edilir? 
6. Təsərrufat obyektlərində işin dayanıqlığının artırılması məqsədi ilə tərtib edilən 
tədbirlər planında hansı mühəndis-texniki göstərilir? 
7. Maddi qiymətli vəsaitlər istehsal etməyən (nəqliyyat, rabitə, tibb) obyektlərdə işin 
dayanıqlığının artırılmasında nələr nəzərdə tutulur? 
8. Nüxə silahının zərbə dalğasına qarşı dayanıqlıq hansı meyarlarla müəyyən edilir? 
9. Fövqəladə hadisələr zamanı işin dayanıqlığını yüksəldən mühəndis-texniki tədbirlərin 
həcmi nədən asılı olur? 
10. Yanma qabiliyyətinə görə tikinti materialları hansı qruplara bölünür? 
11. Fövqəladə hadisə baş verdikdə qiymətli və nadir avadanlıqlarının mühafizəsi üçün 
hansı xüsusi mühafizə qurğularından istifadə edilir? 
12. Kimyəvi xarakterli fövqəladə hadisə baş verdikdə işin dayanıqlığının artırılması 
məqsədi ilə hansı tədbirlər nəzərdə tutulur? 
13, yetirilən tapşırıqlardan asılı olaraq kəşfiyyat hansı növlərə bölünür? 
14. Azərbaycan Respublikasının istehsalat dayanıqlığı nədir? 
15. Hansı obyektlər potensial təhlükəli adlanırlar, sayılırlar?  
 
 
 
    Mülki müdafiə fənnini müəllimi                                    Neymət Lətifov 
 
 

 
 
 
 
 
Azərbaycan Dövlə
İ
qtisad Universitetinin 
tələbələri ilə keçirilə
Mülki müdafiə dərsinin 
konspekti 
 
 
 
 
Mövzu  6: “Fövqəlada halların  
nəticələrinin aradan qaldırılmasının nəzəri 
ə
sasları, bərpa işlərinin növləri, mərhələləri, 
cəlb edilən qüvvə və vasitələr. Xilasetmə və 
digər təxirəsalınmaz işlərin icra üsulları” 
 
 
 
 
 
 
 
 
 
 
 

                                                                                         “Təsdiq edirəm” 
                                                                                    Mülki müdafiə  
                                                                                    kafedrasının  müdiri   
                                                                                    ___________   Elçin Əliyev 
 
                                                                                    “___”  mart  2015-ci il 
 
 
Azərbaycan Dövləİqtisad Universitetinin 
t\ələbələri ilə keçirilən Mülki müdafiə dərsinin 
konspekti 
 
Mövzu 7: “Fövqəlada halların nəticələrinin aradan qaldırılmasının nəzəri        
                    əsasları, bərpa işlərinin növləri, mərhələləri, cəlb edilən  qüvvə və    
                    vasitələr. Xilasetmə və digər təxirəsalınmaz işlərin icra üsulları” 
 
Keçirmə vaxtı:        4   saat 
       
Keçirmə üsulu:       mühazirə 
 
  Keçirmə yeri:       auditoriya 
 
  Dərsin məqsədi: Tələbələrə fövqəladə halların nəticələrinin aradan qaldırılmasının   
                           nəzəri əsasları, bərpa işlərinin növləri, mərhələləri, cəlb edilən    
                           qüvvə və vasitələr barədə məlumatları çatdırıram, xilasetmə və    
                     digər təxirəsalınmaz işlərin icra üsulları, zərərsizləşdirmənin   
                     növləri, zərərsizləşdirici vasitələr və üsullar, tam və qismən   
                     sanitariya təmizlənməsi ilə tanış etmək. 
 
Dərsin sualları: 1 Fövqəladə halların nəticələrinin aradan qaldırılmasının   
                           nəzəri əsasları, bərpa işlərinin növləri, mərhələləri, cəlb edilən    
                             qüvvə və vasitələr. 
                             2. Xilasetmə və digər təxirəsalınmaz işlərin icra üsulları. 
                      3. Zərərsizləşdirmənin növləri, zərərsizləşdirici vasitələr və   
                      üsullar, tam və qismən sanitariya təmizlənməsi.  
 
  
   
Ə
dəbiyyat:      -  Azərbaycan Respublikasının “Mülki müdafiə  haqqında” Qanunu; 
                            -  “Mülki müdafiənin təmin edilməsi barədə”  Azərbaycan         
                            Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci tarixli, 193           
                            nömrəli qərarı; 
                            -  H.Ocaqov  -  “Mülki Müdafiə”  
                            -  Fövqəladə hadisələr zamanı necə davranmalı;                                                                          
                            -  Fövqəladə  Hallar Nazirliyinin qəzetləri. 
 
I. Giriş hissə - 5 dəq. 
 
T\ələbələrin dərsə hazırlığını yoxlayıram.  
Dərsin mövzusunu, məqsədini, sualları elan edirəm. 
 

II. Əsas hissə - 160 dəq. 
 
1-ci sual.  Fövqəladə halların nəticələrinin aradan qaldırılmasının nəzəri           
          əsasları, bərpa işlərinin növləri, mərhələləri, cəlb edilən qüvvə və   
          vasitələr. 
 
Zədələnmə  ocaqlarında,  habelə  təbii  fəlakət  rayonlarında  insanları  xilas  etmək,  onlara 
tibbi  yardım  göstərmək,  müalicə  ocaqlarına  çatdırmaq  və  qəzaların  məhdudlaşdırılması 
məqsədilə görülən işlərə xilasetmə və digər təxirəsalınmaz işlər deyilir. 
Qəza-xilasetmə  və  digər  təxirəsalınmaz  tədbirlər  FH  zonasında  ilk  növbədə  yerinə 
yetirilən  işlərin  məcmusudur.  İnsanların  xilas  edilməsi  və  onlara  yardım  edilməsi; 
zədələnmə  ocaqlarının  lokallaşdırılması  və  yayılmasının  qarşısının  alınması;  ikincili 
zədələyici  amillərin  əmələ  gəlməsinin  qarşısının  alınması;  maddi  və  mədəni  sərvətlərin 
xilas edilməsi və mühafizəsi; həyat fəaliyyətinin minimal ehtiyaclarının təmin edilməsi - bu 
işlərə aiddir. 
Qəza-xilasetmə  işləri  dedikdə  –  FH  baş  vermiş  zonada  insanların,  maddi  və  mədəni 
sərvətlərin  xilas  edilməsi,  təbii  mühitin  mühafizəsi,  FH  lokallaşdırılması,  FH  zədələyici 
amillərinin  təsirinin  qarşısının  alınması  və  ya  minimal  səviyyəyə  qədər  azaldılması  başa 
düşülür. 
Digər  təxirə  salınmaz  tədbirlər  dedikdə-qəza-xilasetmə  işlərinin  hərtərəfli  təmin 
olunması,  FH  zərərçəkmiş  əhaliyə  tibbi  yardım  və  başqa  yardımların  edilməsi,  insanların 
sağlamlığı  və  həyatını,  əmək  qabiliyyətini  təmin  edən  minimal  şəraitin  yaradılması  başa 
düşülür. 
Real  şəraitdə  qəza-xilasetmə  və  digər  təxirə  salınmaz  tədbirləri  bir-birindən  ayırmaq 
çətindir və bu bölgü şərtidir. Qısa olaraq həmin işləri Xİ (xilasetmə işləri) və DTT (digər 
təxirə salınmaz tədbirlər) adlandırılır. 
Xİ və DTT adətən, gecə-gündüz, hər bir havada fasiləsiz olaraq aparılır. Böyük qəzalar 
və fəlakətlər zamanı Xİ və DTT işlərinin həcmi böyük olduğu üçün işlər 2-3 növbədə təşkil 
olunur.  Növbələr  birbaşa  iş  yerlərində  dəyişdirilir.  Bu  zaman  ağır  mühəndis  texnikası 
ə
razidən  çıxarılmır,  yeni  gələn  növbəyə  iş  yerində  təhvil  verilir.  FH  nəticələri  o  zaman 
aradan  qaldırılmış  hesab  olunur  ki,  insanların  həyatına  və  sağlamlığına  təhlükə  yaradan 
amillər  aradan  qaldırılmış  olsun  və  ya,  təsiri  minimal  səviyyəyə  qədər  endirilsin. 
FH  nəticələrinin  aradan  qaldırılması  fövqəladə  hal  zonasındakı  bütün  vətəndaşlar  və 
təşkilatları üçün məcburidir. 
Zədələnmə ocaqlarında və fəlakət rayonlarında aparılan xilasetmə işlərinin növləri. 
Mülki  müdafiənin  ən  mürəkkəb  və  məsul  vəzifələrindən  biri  -  dinc  və  müharibə 
dövrlərindəki  fövqəladə  halların  nəticələri  aradan  qaldılarkən  xilasetmə  və  digər 
təxirəsalınmaz  işlərin  təşkili  və  yerinə  yetirilməsidir.  Bu  işlər  düşmən  basqını  nəticəsində 
yaranan  zədələnmə  (zəhərlənmə)  ocaqlarında,  eləcə  də  təbii  fəlakət  və  güclü  qəza 
rayonlarında  adamları  xilas  etmək,  onlara  yardım  gösətrmək  və  qəzaların  nəticələrini 
məhdudlaşdırmaq məqsədilə görülür. 
Qəza-xilasetmə işlərinə daxildir: 
- Hərəkət marşrutu yollarının və iş yerlərinin kəşfiyyatı; 
- hərəkət ediləcək yollarda və iş yerlərində yanğınların söndürülməsi; 
-  xilasetmə  işlərinin  aparılmasına  mane  ola  biləcək  mümkün  amillərin  aradan 
qaldırılması; 
- zədələnmiş, xarabalığa çevrilmiş, yanan binalardan, su basmış, qaz və tüstü ilə dolmuş, 
çökmüş otaqlardan zədələnmişlərin axtarışı və tapılıb çıxardılması; 

- zədələnmişlərə ilkin tibbi və həkim yardımının edilməsi və onların tibb müəssisələrinə 
köçürülməsi; 
- təhlükəli zonalardan əhalinin çıxarılması; 
-  insanların  sanitar  təmizlənməsi,  heyvanların  veterinar  təmizlənməsi,  texnikanın, 
mühafizə və geyim vasitələrinin dezaktivasiyası, dezinfeksiyası və deqazasiyası, ərazinin və 
tikililərin, ərzağın, suyun, ərzaq xammalın və yemin zərərsizləşdirilməsi. 
Qəza-xilasetmə işləri qısa müddətdə yerinə yetirilməlidir. Ona görə ki, zədələnmişlərə tez 
bir  müddətə  yardım  edilməlidir,  əks  halda  ikincili  zədələyici  amillərin  (yanğın,  partlayış, 
subasma və s.) təsirindən dağıntılar və itkilər arta bilər. 
Qəza-xilasetmə  işlərinin  aparılmasına  şərait  yaratmaq,  ikincili  zədələyici  amillərin 
(yanğın,  partlayış,  subasma)  təsirindən  sonrakı  dağıntı  və  itkilərin  qarşısını  almaq  üçün, 
həm  də  zərər  çəkmiş  əhalinin  və  iqtisadiyyat  obyektlərinin  fəaliyyətini  təmin  etmək  üçün 
təxirəsalınmaz tədbirlər yerinə yetirilir.  
Bura daxildir: 
- Dağıntı və zərər çəkmiş zonalarda yolların, keçidlərin salınması; 
- qaz, enerji, su kəməri, kanalizasiya, istilik və texnoloji sistemlərində xilasetmə işlərinin 
aparılması üçün təhlükəsiz şərait yaratmaq məqsədilə qəzaların lokallaşdırılması; 
- dağılmaq təhlükəsi olan və xilasetmə işlərinin aparılmasına mane olan bina və tikililərin 
konstruksiyaların bərkidilməsi və uçurulması; 
- xilasetmə işlərinin aparılmasınin təmin edilməsi üçün dağılmış və zədələnmiş komunal-
enerji xətlərinin təmiri və bərpa edilməsi; 
-  partlamamış  döyüş  sursatlarının  və  partlayış  təhlükəli  predmetlərin  aşkar  edilməsi, 
zərərsizləşdirilməsi və məhv edilməsi; 
-  zədələyici  amillərin  mümkün  təkrari  təsirindən  mühafizə  məqsədilə  zədələnmiş 
mühafizə qurğularının təmir və bərpa edilməsi; 
- fövqəladə hadisə baş verən ərazidə sanitar təmizləmə işlərinin aparılması; 
- zərərçəkmiş əhalinin həyat təminatının ilk növbədə təmin edilməsi. 
Bunlardan xilasetmə işlərinə aiddir: 
-  insanlara  bilavasitə  yardım  göstəriməsilə  əlaqədar  olan  işlər  -  fəlakət  yerlərində  və 
oraya gedən yollarda vəziyyəti öyrənmək üçün kəşfiyyatın aparılması; 
-  həmin  sahələrdə  işə  başlamaq  mümkün  olsun  deyə,  yanğınları  söndürmək,  yaxud 
məhdudlaşdırmaq; 
- zədələnmiş, yanan, tüstü, qaz bürümüş binalardan, uçqunlar altından insanların tapılıb 
çıxarılması; 
-  üstü  çökmüş  və  uçqun  qalaqları  altında  qalmış  mühafizə  qurğularının  açılıb  oradan 
insanların xilas edilməsi; 
- süzücü-ventilyasiya sistemi zədələnmiş sığınacaqlara hava verilməsi; 
- zədəlilərə ilk tibbi yardım göstərilməsi və onların müalicə müəssisələrinə göndərilməsi; 
-  insanların  təhlükəli  sahələrdən  çıxarılması,  lazımi  hallarda  sanitariya  təmizliyindən 
keçirilməsi, həmçinin avadanlığın, ərazinin, ərzaq və suyun zəhərsizləşdirilməsi. 
Fövqəladə hadisələr zamanı həyata keçirilən digər təxirəsalınmaz işlər. 
Digər  təxirəsalınmaz  işlər  -  xilasetmə  işlərini  sürətlə  və  təhlükəsiz  yerinə  yetirmək, 
habelə fəlakətin genişlənməsinin qarşısını almaq məqsədilə görülən tədbirlərə deyilir. 
Digər təxirəsalınmaz işlərə aiddir: 
- uçqunlarda və zəhərlənmə baş vermiş sahərlərdə maşın yolu və keçidlərin düzəldilməsi; 
-  qaz,  elektrik,  texnoloji  şəbəkələrdə,  su,  kanalizasiya  xətlərində  qəzaların 
məhdudlaşdırılması; 
-  xilasetmə  işlərinin  aparılmasına  mane  olan  və  ya  təhlükə  törədən  qurğü  və 
konstruksiyaların bərkidilməsi; 

- dağıdılmış - zədələnmiş rabitə, işıq, su xətlərinin müvəqqəti bərpa edilməsi. 
Bütün bu işlər eyni zamanda yerinə yetirilir. 
Hər bir konkret halda görüləcək xilasetmə və digər təxirəsalınmaz işlərin həcmi və növü 
dağıntı (zədələnmə) ocağını törədən fəlakətin xarakterindən asılı olur. 
Nüvə zədələnməsi ocağında və zəlzələ rayonlarında daha çətin və ağır işləri icra etmək 
lazım gələ bilər. Bu işlərin ehtimal olunan səciyyəsini və həcmini müəyyənləşdirmək üçün 
zərbə  dalğasının  ön  xəttindəki  izafi  təzyiqin  kəmiyyətinə  görə  nüvə  zədələnməsi  ocağını, 
yəni izafi təzyiq 0,1 kq/sm
2
-dən artıq olan sahələri şərti olaraq dörd zonaya ayırırlar.  
Bunlar:  
- tam; 
- güclü; 
- orta dərəcəli; 
- zəif dağıntı zonalarıdır. 
 
Zəlzələ  nəticəsində  yaranan  dağıntı  ocaqlarını  da  buradakı  bina  və  qurğuların 
zədələnməsinin xarakterinə görə nüvə zədələnməsi ocağı ilə müqayisə etmək mümkündür. 
Fərq yalnız ondan ibarətdir ki, bu zaman əsas meyar olaraq zərbə dalğasının yaratdığı izafi 
təzyiq deyil, zəlzələnin balla maksimal fəallığı götürülür.  
 Məlum olduğu kimi, maqnitudası 4-ə bərabər (M=4), yəni təxminən 4 ballıq zəlzələnin 
gücü trotil ekvivalenti 5 ton olan nüvə döyüş sursatının; 5 ballı zəlzələninki – 200 ton; 5,5 
bal – 1000 ton; 8,5 ballı zəlzələninki isə trotil ekvivalenti təxminn 32 milyon ton olan nüvə 
sursatının  gücünə  bərabərdir.  Buna  görə  də  6-7,5  bal  güclü  zəlzələ  nüvə  zərbə  dalğasının 
0,1-0,3  kq/sm
2
  izafi  təzyiqinə  oxşar  tə’sir  göstərir,  nəticədə  bina  və  qurğuların  zəif  və 
qismən  zədələnməsi  baş  verir.  7,5-9  bal  zəlzələnin  təsiri  0,3-1  kq/sm
2
  izafi  təzyiqinki 
kimindir - bunlar orta dərəcəli və güclü dağıntılar törədir. 
9 baldan güclü zəlzələ, eləcə də 1 kq/sm
2
-dən artıq izafi təzyiqə malik zərbə dalğası isə 
tam  və  güclü  dağıntılar  zonası  yaradır,  xüsusən,  seysmik  təsirə  hesablanmış  tikililərin 
tamamilə dağılmasına səbəb olurlar. 
Zəlzələnin dağıdıcı təsirini təhlil edərkən aydın surətdə nəzərə çarpır ki, onun məhvedici 
nəticələri nüvə partlayışının zərbə dalğasında olduğu kimidir. 
Bununla belə, onların arasında fərqlər də var. Zəlzələ zamanı işıq şüalanması, nüfuzedici 
radiasiya, ərazinin radioaktiv zəhərlənməsi və elektromaqnit impulsu mövcud olmur, uçmuş 
binaların  qırıntılarını,  daş-kəsəyi  və  yerli  əşyaları  kənara  atan  qüvvə  meydana  çıxmır, 
bunun  sayəsində  də  belə  binalardan  bir  qədər  uzaqda  açıq  sahələrdəki  adamlar 
zədələnmələrə  məruz  qalmırlar.  Zəlzələ  yerində  dağıdılan  tikililərin  hissələri  kənara 
atılmadan aşağı çöküb qalaqlanır, yəni yerli uçqunlar yaradır, nəticədə onların sahəsi nüvə 
zədələnmə  ocağındakına  nisbətən  az  olur.  Bu  zaman  adətən  küçələrin  orta  hissəsi  uçqun 
qalaqları  ilə  tutulmur,  burada  nəqliyyat  vasitələri,  xilasetmə  işlərinə  cəlb  edilən  digər 
texnika hərəkət edə bilir. 
Bütün  bu  oxşarlıq  və  fərqlər  zədələnmə  ocaqlarında  aparılan  xilasetmə  və  digər 
təxirəsalınmaz  işlərin  nəinki  növlərini,  həcmini  və  ardıcıllığını,  eləcə  də  ümumiyyətlə 
onların təşkili və icrası qaydalarını da xeyli dərəcədə müəyyən edir. 
Xilasetmə  tədbirlərinin  həyata  keəirilməsinə  başçılıq  etmək  üzrə  MM  rəhbərlərinin, 
qərargahının,  dəstə  komandirinin  fəaliyyəti  demək  olar  ki,  bütün  hallarda  prinsipcə 
eynididir.  Bu  məsələlər  MM-in  idarə  edilməsinə  dair  mövzularda  nəzərdən  keçirildiyinə 
görə  onların  üzərində  dayanmadan,  müxtəlif  xəsarət  ocaqlarında  xilasetmə  işlərinin  icrası 
üsullarına diqqət yetirək. 
Ə
n  əvvəl  bütün  xəsarət  ocaqlarında  xilasetmə  işlərinə  mümkün  qədər  tez  başlamaq, 
onları  hər  cür  şəraitdə  gecə-gündüz,  bütün  işlər  sona  çatanadək  fasiləsiz  davam  etdirmək 

lazımdır.  Bu  isə  MM  rəhbərliyindən,  qərargahlarından  və  dəstələrindən  böyük 
mütəşəkkillik, şəxsi heyətdən isə yüksək mənavi-psixoloci dəyanət, fiziki dözüm və bütün 
qüvvələrin səfərblər olunmasını tələb edir. 
Dağıntı  ocağında  xilasetmə  işlərini  təşkil  edən  şəxs  yaranmış  vəziyyəti  şəxsən  öyrənir, 
insanları xilas etmək üçün görüləcək işlərin həcmini və qaydasını müəyyən edir, dəstələrə 
tapşırıq verir və onların fəaliyyətini vahid məqsədə yönəldir. 
Dəstə komandirləri xilasetmə işlərinin aparılması haqqında sərəncamı alıb tabeliyindəki 
şə
xsi  heyəti  göstərilən  iş  yerlərinə  (uçqun  altında  qalmış  sığınacaqların, daldalanacaqların 
yanına,  çoxlu  zədəlilər  olan  digər  sahələrə)  aparırlar.  Xilasedici  dəstələrin  iş  qabiliyyətini 
artırmaq  üçün  onlara  xüsusi  texnika  (buldozer,  avtokran)  verilir,  həmçinin  sanitar 
drujinaları  və  kommunal-energetika  qurğularında  qəzaları  aradan  qaldıra  biləcək 
mütəxəssislər təhkim edilir. Lazımi hallarda yanğınsöndürən və zərərsizləşdirici dəstələr də 
xilasedicilərə yardım göstərirlər. 
Xilasetmə işlərinin təşkili və yerinə yetirilməsi qaydaları. 
Nüvə  zədələnməsi  və  zəhərlənmə  ocaqlarında,  təbii  fəlakət  və  qəza  rayonlarında 
xilasetmə  və  digər  təxirəsalınmaz  işlərin  təşkili  mülki  müdafiəni  idarə  etmək  prosesinin 
tərkib hissəsidir.  
Bu  işlər  dinc  və  ya  müharibə  dövrlərində  fəaliyyət  üçün  əvvəlcədən  tərtib  olunmuş 
müvafiq  mülki  müdafiə  planları  əsasında  təşkil  edilir.  Belə  planlarda  xilasetmə  işlərinin 
təşkili  üzrə  bütün  tədbirlər  -  MM  qüvvə  və  vasitələrinin  qruplaşdırılması,  hazır  vəziyyətə 
gətirilməsi,  dəstələrin  iş  yerlərinə  çıxarılması,  onların  fəaliyyətinin  hərtərəfli  təminatı  və 
digər məsələlər öz əksini tapmışdır. 
Uçqunlarda maşın yolu və keçidlərin düzəldilməsi. 
Zədələnmə və zəhərlənmə ocaqlarında xilasetmə işləri aparılarkən ilk növbədə mühafizə 
qurğularına, uçqun altında, yanan binalarda insanlar qalmış sahələrə, digər tə’xirəsalınmaz 
iş  yerlərinə  getmək  üçün  maşın  yolları  və  keçidlər  düzəldilir.  Bu  məqsədlə 
mexanikləşdirilmiş MM dəstələrinin qüvvələrindən istifadə edilir. 
Keçid yollarının düzəldilməsi ysulları uçqunların növündən və ölçüsündən asılı olur. Az 
və  qismən  uçqunlar  olan  sahələrdə  küçələrin  maşın  işləyən  hissələrini  və  məhəllə 
daxilandəki keçidləri uçqunların üzərində düzəltmək daha asan başa gələr. 
Bu  məqsədlə  uçqunun  üst  səthini  buldozer  vasitəsilə  təmizləyir,  hamarlayır  və  basıb 
bərkidirlər. 
Üçqunlarda texnikanın birtərəfli hərəkəti üçün 3-3,5 m, ikitərəfli hərəkəti üçün 6-6,5 m 
enində keçid düzəldirlər. Birtərəfli hərəkət üçün keçidlərdə hər 150-200 m-dən bir 15-20 m 
uzunluğunda yol ayrıcıları (ayırımlar) düzəldilməlidir. 
İş
 yerinə keçidlərdə yanğınları ilk növbədə söndürür, yaxud məhdudlaşdırırlar. 
Hərəkət  və  iş  vaxtı  uçub  tökülmək  qorxusu  yaradan  yaxınlıqdakı  zədələnmiş  bina  və 
qurğuları  ya  dayaqlarla,  dirəklərlə  bərkidir,  ya  da  texnika  vasitəsilə  tamamilə  dağıdıb 
təhlükəsiz vəziyyətə salırlar. 
Xilasedici  dəstələrə  təhkim  edilmiş  müvafiq  mütəxəssislər  qaz  və  elektrik  qurğularında 
və şəbəkələrində, kanalizasiya və su xətlərində qəzaları məhdudlaşdırır, yaxud bu şəbəkə və 
xətləri  müvəqqəti  bərpa  edərək  maşın  yollarında,  keçidlərdə  və  xilasetmə  işləri  aparılan 
sahələrdə  təhlükəsiz  şərait  yaradırlar.  Bütün  bu  tədbirlər  zədələnmiş  adailara  yardım 
göstərilməsi ilə birlikdə aparılır. 
Uçqun altında qalmış sığınacağın açılması və insanların oradan çıxarılması. 
İ
nsanlar  özləri  sığınacaqlardan  çıxa  bilmirlərsə,  belə  sığınacaq  uçqun  altında  qalmış 
qurğu  hesab  edilir.  Onları  qazıyıb  açmaqa  başlamazdan  əvvəl  içəriyə  qaz,  su  dolub-
dolmadığını, ümumiyyətlə oradakı vəziyyəti öyrənirlər. 
Xilasetmə işlərinin aparılması ardıcıllığı bundan asılı olacaqdır. 

Məsələn,  aşkar  edilsə  ki,  sığınacağı  açmağa  xeyli  vaxt  lazım  gələcək,  içəriyə  isə  hava 
verilmir,  onda  dərhal  sığınacağa  hava  keçməsini  tə’min  etmək  lazımdır.  Bu  məqsədlə  ilk 
növbədə hava kanallarının ağzı uçqun qırıltılarından, daş-kəsəkdən təmizlənməli və ya qəza 
çıxış yolunun qapağını aralamağa cəhd göstərilməlidir. Bu mümkün olmadıqda sığınacağın 
üst  örtüyündə,  yaxud  divarında  pnevmatik  cihaz,  burğu  və  ya  əl  alətləri  işlətməklə  baca 
açmaq  lazımdır.  Zəruri  hallarda  bu  bacadan  boru  keçirib  kompressor,  səyyar  ventilyator, 
körük vasitəsilə içəriyə hava vurulmalıdır. Sığınacağın su kəməri, kanalizasiya və elektrik 
xətləri  zədələnən  hallarda  suyu  müvvəqəti  arxlar  qazmaqla  kənara  axıdır,  elektrik  xəttini 
bağlayırlar. 
Bundan sonra qurğunu açmağa başlayırlar. 
Birinci  növbədə  yanğın  zonasında,  qaz  və  su  basan  sahələrdəki  sığınacaqları  açmaq 
lazımdır.  Qaz  dolmuş  sığınacaqları-içəriyə  hava  vurmaqla  təmizləyir,  suyu-  nasoslar 
vasitəsilə çölə vururlar. 
Üstündəki  uçqunların  hündürlüyündən,  zədələnmə  dərəcəsindən,  işlədilən  texnika  və 
mexanizmlərin imkanlarından asılı olaraq sığınacaqları bu üsullarda açmaq mümkündür: 
-giriş, yaxud qəza çıxış yolunun üzərindəki uçqunu təmizləyib qapını açmaqla;  
-  üst  örtüyün  bir  hissəsini  uçqundan  təmizləyib  baca  açmaqla;  divarın  dibini  uçqundan 
təmizləyib çala qazaraq buradan sığınacağın divarını deşməklə; 
- qonşu zirzəmidən sığınacağın divarını deşməklə. 
Uçqunların altından, zədələnmiş və yanan binalardan insanların xilas   
edilməsi. 
Daha  mürəkkəb  və  çətin  işdir.  Bu  işə  dağıdılmış  obyektin  bütün  sahələrini  nəzərdən 
keçirib insanlar qalmış sahələri müəyyən etməkdən başlayırlar. 
Dağıntı ocağında zədələnmişləri tapmağın əsas üsulu - uçqunlar yaranan sahədə başdan-
başa  axtarış  aparmaqdır.  Bu  zaman  xilasedicilər  elə  məsafədə  hərəkət  etməlidirlər  ki,  biri 
digərini görüb-eşidə bilsin, habelə bütün sahəni diqqətlə nəzərdən keçirmək mümkün olsun. 
Axtarış  zamanı  adamların  qala  biləcəyi  daha  çox  ehtimal  edilən  yerlərə-zirzəmilərə, 
binaların  divarlarının  dibinə,  pilləkən  yerlərinə  xüsusi  diqqət  yetirilməlidir.  Üçqunlarda 
nəzərə  çarpan  paltar  hissələri,  ayaqqabı,  bədənin  bir  qismi,  habelə  uçqun  altından  gələn 
hənirti – orada adam qaldığını göstərən əlamət ola bilər. 
Həmişə  çoxlu  insan  toplaşan  yerlərdəki  (bazar,  mağaza,  vağzal,  tamaşa  müəssisələri, 
məktəb)  uçqunlar  xüsusən  diqqətlə  yoxlanmalıdır.  Yanan,  tüstü  bürümüş  binalarda 
yaralıları  tapmaq  daha  çətindir.  Belə  binalar  sürətlə,  lakin  təhlükəsizlik  qaydaları  dəqiq 
gözlənilməklə araşdırılmalıdır. Tüstü dolmuş otağın qapılarını ehtiyatla və tədricən açmaq 
lazımdır,  çünki  içəriyə  birdən-birə  çoxlu  hava  keçməsi  alovlanmaya  səbəb  ola  bilər.  Belə 
binalarda  adətən  aşağı  əyilərək  hərəkət  edir,  insanları  səsləməklə  axtarırlar,  xüsusən 
uşaqları  diqqətlə  axtarmaq  tələb  insan  olunur,  onlar  qorxudan  ən  gözlənilməz  yerlərdə 
gizlənə bilərlər. 
Uçqun  altında  qalmış,  yaxud  yanan  binalardan  adamları,  xilas  etmək  üçün  konkret 
şə
raitdən  asılı  olaraq  elə  üsul  seçirlər  ki,  işin  sürətlə,  təhlükəsiz  aparılmasına  imkan 
yaratsın. 
Insan uçqunun üstünə yaxın yerdə qalıbsa - uçqunu üstdən, yaxud kənardan çox ehtiyatla 
sökməyə  başlayırlar.  İri  hissələri  qaldırıb  kənara  atmaq  üçün  avtomobil  kranından,  digər 
yükqaldırıcı mexanizmlərdən istifadə etmək olar. 
Uçmuş  binanın  zirzəmisndə  və  divarın  dibində  qalmış  insanı  arakəsmə  divarda  baca 
açaraq oradan çıxarmaq lazımdır. 
Bu üsullardan istifadə etmək mümkün olmayan hallarda uçqunun üstündən onun içərisinə 
doğru üfüqi, yaxud şaquli lağım-keçid düzəldirlər. Lağımın en kəsimi adətən 1x1 metr olur- 

uçqun  hissələri  sürüşməsin  və  çökməsin  deyə,  çökə  biləcək  hissələrin  altına  dirək  qoyur, 
lağımın üst və yan divarlarının içəridən dayaqlarla bərkidirlər. 
Uçqunda insan aşkar ediləndə əvvəlcə onun başının və döşünün üstünə düşmüş qırıntıları 
ehtiyatla kənar edir, ilk tibbi yardım göstərir və yararıları toplama məntəqəsinə aparırlar. 
Pilləkənləri  az  dağılmış  binanın  üst  mərtəbələrindən  zədəlilər  müvəqqəti  taxta  altlıq 
vasitəsilə düşürülürlər. Pilləkənlər tamamilə dağıldılğı hallarda belə binaların daxili divarını 
hər  hansı  üsulla  deşərək  oradan  insanları  qonşu  binaya  keçirmək,  söykəmə  nərdivan 
vasitəsilə pəncərədən çıxarmaq olar. 
Yuxarı  mərtəbələrdən  insanları  asma  beşiklər  və  səbətlər  vasitəsilə  də  düşürmək 
mükündür. 
Yanan binalardakı insanları  ilk  növbədə xilas  etmək  lazımdır.  Bu  işi xilasedici  dəstələr 
yanğınsöndürənlərlə birlikdə yerinə yetirirlər. 
Dağıntı  ocaqlarında  yaralılara  ilk  tibbi  yardımı  isə  sanitar  manqaların  şəxsi  heyəti 
göstərir. Belə yardım zədəli tapılan yerlərdəcə bilavasitə yerinə yetirilir. 
Manqaların  üzvləri  xilasedici  dəstələrlə  birgə  işləyirlər.  Onlar  tapılıb  xilas  edilmiş 
yaralılarda  qanaxmaları  müvəqqəti  dafandırır,  yaraya  sarğı  qoyur,  sınmış  sümükləri 
tərpənməz  hala  salır,  lazımi  hallarda  süni  nəfəs  verir,  şok  halına  qarşı  ən  sadə  tədbir 
görürlər. Bundan sonra xilasedici manqalar yaralıları toplanış, yaxud nəqliyyata mindirmə 
məntəqəsinə aparırlar. 
Təbii  fəlakətlər  zamanı  aparılan  xilasetmə  işlərinin  və  digər  təxirəsalınmaz  tədbirlərin 
xüsusiyyətləri: 
Təbii  fəlakətlər  zamanı  aparılan  xilasetmə  işləri  və  digər  təxirəsalınmaz  tədbirlər  nüvə 
zədə  ocağında  və  texnogen  xarakterli  FH  baş  verən  zədələnmə  zonalarındakı  tədbirlərdən 
ə
həmiyyətli dərəcədə fərqlənir. 
Subasma zamanı görülən işləri aşağızakı qruplara ayırd edirlər: 
- kəşfiyyaiın təşkili və su basmış zonaların sərhədlərinin müəyyən edilməsi; 
- zədələnmişlərin axtarışı və aşkar olunması; 
-  suda,  dağılmış  və  su  basmış  binalarda,  hündürlüklərdə  və  başqa  yerdə  olan 
zədələnmişlərə çatmaq üçün yolların təmin edilməsi; 
-  zərərçəkmişlərin  xilas  edilməsi  və  onlara  ilkin  tibbi  yardımın  və  digər  yardımların 
göstərilməsi; 
-  təhlükəli  zonalardan  əhalinin  köçürülməsi  və  onların  həyat  fəaliyyətinin  təmin 
olunması. 
Bu tədbirlərin yerinə yetirilməsi üçün FHN-nin regional və rayon səviyyəli dəstələrinin 
şə
xsi heyəti və axtarış-xilasetmə texnikası cəlb edilir. Ən mürəkkəb və çətin iş kəşfiyyatın 
aparılması, subasma zonasının sərhədlərinin təyini, zərərçəkmişlərin axtarışı və su ilə onlara 
çatmaq üçün yolların təmin olunmasıdır. 
Kəşfiyyat  və  sərhədlərin  müəyyən  edilməsi  hava  kəşfiyyaiı  vasitəsi  ilə  müəyyən  edilir. 
Helikopterlər  zərərçəkmişləri  axtarışı  və  aşkar  olunması,  onlara  çatmaq  üçün,  həm  də 
subasma  zonalarından  insanların,  maddi  sərvətlərin  və  müxtəlif  mülkiyyət  vasitələrinin 
təxliyyəsi üçün istifadə olunur. 
Zərərçəkmişləri  aşkar  etmək  və  onlara  yaxınlaşmaq  üçün  üzən  trasportyorlardan,  hava 
yastıqlı  qayıqlardan,  avarlı  qayıqlardan,  mühərrikli  katerlərdən  həmçinin  yerli  əhalinin 
müxtəlif üzmə vasitələrindən istifadə edilir. Helikopterlər ekipajı suda zərəçəkmişləri aşkar 
etdikdə,  xüsusi  qaldırıcı  qurğu  ilə  onlara  qayıq  sallanır,  xilasedici  aşağı  enərək  onların 
helikopterlərə qaldırılmasına yardım edir. 
Üzücü vasitələr zərərçəkmişə yaxınlaşdıqda səs və işıq siqnalları verilir, onlara xilasedici 
vasitələr  atılır.  Üzən  transportyorların  və  gəmilərin  göyərtəsinə  traplar  bərkidilir,  onların 

vasitəsilə  zərərçəkmişlər  müstəqil  olaraq,  ya  da  xilasedicilərin  köməyi  ilə  göyərtəyə 
qaldırılır. 
Sel  baş  verərsə,  onun  ləngidilməsi,  selin  axma  istiqamətinin  dəyişdirilməsi  xilasetmə 
işləri ilə yanaşı aparılır. 
 
 
Nüvə  zədə  ocağında  aparılan  xilasetmə  işləri  (Xİ)  və  digər  təxirəsalınmaz  tədbirlər 
(DTT). 
Nüvə  zədə  ocağı-elə  ərazidir  ki,  nüvə  silahının  zədələyici  amillərinin  təsirindən  binalar 
qurğular  dağılır,  yanğınlar  olur,  ərazinin  radioaktiv  zəhərlənməsi  və  əhalinin  zədələnməsi 
baş verir. 
Nüvə  zərbələri  endirildikdən  sonra  MM  rəhbərləri  və  xidmətlərinin  rəisləri  ərazidə 
yaranmış  vəziyyəti  aydınlaşdırmaq  üçün  müvafiq  işlər  görülür,  ocaqda  xilasetmə  işlərini 
(Xİ)  təşkil  edirlər.  İşlərin  görülmə  ardıcıllığını  ərazinin  və  obyektlərin  MM  rəhbərləri 
müəyyən edir. Onlar Xİ və DTT üçün məsuliyyət daşıyan şəxsləri təyin edirlər. Qüvvələrin 
yeridilməsi  əvvəlcədən  müəyyən  edilmiş  və  ya  konkret  şəraitdən,  xüsusilə  də  hərəkət 
ediləcək yollarda və obyektlərdə radiasiyanın səviyyəsindən asılı olaraq, yeni martşrutlarla 
aparılır. 
Ə
vvəlcə  kəşfiyyat  bölmələri,  sonra  yol  hərəkəti  təminatı  dəstələri,  yanğın  söndürmə 
bölmələri, MM xüsusi kəşfiyyat manqaları və ya qrupları yeridilir. 
Qəza  kimyəvi  təhlükəli  maddələrlə  zəhərlənmiş  ərazilərdə  aparılan  xilasetmə  və  digər 
təxirəsalınmaz tədbirlərin xüsusiyyətləri. 
Kimyəvi zədələnmə ocağında aparılan xilasetmə işlərinə aiddir: 
- kimyəvi və tibbi kəşfiyyatın aparılması; 
- profilaktik tədbirlərin, öz-özünə və qarşılıqlı yardımin edilməsi; 
- zədələnmiş insanların axtarışı və aşkar edilməsi, onlara ilkin tibbi yardımın edilməsi və 
tibb müəssisələrinə göndərilməsi; 
- zədələnməmiş əhalinin zədələnmə ocaqlarından köçürülməsi; 
-  insanların  sanitar  təmizlənməsi,  paltarların  və  ayaqqabıların,  mühafizə  vasitələrinin, 
ə
razinin, avadanlığın, texnikanın, nəqliyyatın deqazasiyası; 
- zəhərlənmiş ərzağın və su mənbələrinin aşkar olunması; 
- ərzağın, yemin zərərsizləşdirilməsi. 
Kimyəvi zədələnmə ocağında aparılan xilasetmə işlərinin spesifik xüsusiyyətləri GTZM 
yüksək  dərəcədə  zəhərliliyi,  zəhərlənmə  əlamətlərinin  tez  inkişaf  etməsi,  zərərçəkmişlərə 
ilkin tibbi yardım göstərilməsinə qısa müddətdə yerinə yetirilməsi ilə əlaqədardır. Bununla 
ə
laqədar  xilasetmə  işlərinin  effektliliyi  öz-özünə  və  qarşılıqlı  tibbi  yardımın  tez  müddətə 
göstərilməsi və zərərçəkmişlərin kimyəvi zədələnmə ocağının sərhədlərindən kənar yerlərə 
təcili təxliyənin aparılmasından asılıdır. 
Kimyəvi  zəhərlənmənin  aşkar  olunmasını  və  GTZM-nin  növünü  labarator  nəzarət  və 
müşahidə müəssisələri, həmçinin radiasiya və kimya nəzarəti postları yerinə yetirir. 
Xilasetmə  işlərinin  yerinə  yetirilməsi  üçün  MM  hərbi  hissələrinin  kimya  mühafizə 
dəstələri, təsərrüfat obyektlərinin xüsusi radiasiya əleyhi və kimya əleyhi xüsusi mühafizə 
dəstələri, tibb dəstələri, həmçinin xüsusi hazırlanmış və təchiz olunmuş dəstələr cəlb olunur. 
Kimyəvi  zədə  ocağına  yeridilən  dəstələrin  şəxsi  heyəti  tənəffüs  üzvlərinin  və  dərinin 
fərdi mühafizə vasitələri, antidotlar, fərdi kimya əleyhinə paketlərlə təmin olunurlar. 
İ
lk  növbədə  tənəffüs  üzvlərinin  mühafizə  vasitələri  olmayan  insanlar  təxliyyə  olunur. 
Sonra  əleyhiqazı  olan  ilk  tibbi  yardım  göstərilmişlər  köçürülür.  Ən  son  filtr-ventilyasiya 
qurğulu sığınacaqlarda sığınmış insanlar köçürülür. Ağır zədələnmiş insanlar tibbi heyətin 
müşayəti ilə köçürülür. Zədələnmişlərin və insanların təxliyyəsi çox böyük əmək tələb edir 

və  çoxlu  nəqliyyat  lazım  gəlir.  Zərərçəkmişlərin  axtarışı,  tapılıb  nəqliyyat  vasitələrinə 
yerləşdirilməsi və köçürülməsi üçün müxtəlif təyinatlı qüvvələr cəlb olunur. 
Ə
halinin  zərərçəkməmiş  hissəsi  müəyyən  edilmiş  yollarla  ya  piyada,  ya  da  mümkünsə, 
nəqliyyat vasitələri ilə ərazidən çıxarılır. 
Kimyəvi  mühafizə  bölmələri,  radiasiya  əleyhi  və  kimya  əleyhi  dəstələr  kimyəvi 
zədələnmə  ocağında  xilasetmə  işləri  ilə  yanaşı  ərazini  və  yolları,  binaları  və  qurğuları 
deqazasiya  edir,  hərbi  hissələrin  şəxsi  heyətini,  fəhlə  və  quluqçuları,  əhalini  sanitar 
təmizləmədən keçirir, onların mühafizə vasitələrini və paltarlarını zərərsizləşdirirlər. 
Kimyəvi  zədə  ocağından  köçürülənlərin  sanitar  təmixlənməsi  üçün  təxliyyə 
marşrutlarının  yaxınlığında,  ocaqdan  kənar  ynrdə  kimya  mühafizəsi  bölmələri  xüsusi 
təmizləmə məntəqələri qururlar. 
Kimya  zədə  ocağında  xilasetmə  işləri  əleyhiqazlarda  və  dərinin  mühafizə  vasitələrində 
aparılır.  Xilasetmə  işlərinin  aparılma  müddəti  fasiləsiz olaraq  fərdi  mühafizə vasitələrində 
yolverilən 
qalma 
müddəti 
ilə 
müəyyən 
edilir. 
Kimyəvi  zədələnmə  ocağı  o  zaman  ləğv  edilmiş  olur  ki,  orada  insanların  müdafiə 
vasitələrsiz qalması təhlükəsiz olsun. 
Zədələnmə və yoluxma ocaqlarından aparılan xilasetmə işlərinin xüsusiyyətləri. 
Xilasetmə  və  digər  təxirəsalınmaz  işlərin  təşkili  prinsipləri  və  ümumi  qaydaları  bütün 
xəsarət  ocaqlarında  eynidir.  İşlərin  məzmunu,  xüsusiyyətləri  və  ardıcıllığı  isə  xəsərət 
ocaqlarını yaradan amillərin növündən və buradakı konkret şəraitdən asılı olur. 
Düşmənin  zəhərləyici  və  bakterial  maddələr  işlətməsi  nəticəsində  törəyən  kimyəvi 
zəhərlənmə, yaxud bakterial yoluxma ocaqlarında adətən dağıntılar və yanğınlar baş vermir. 
Burada  xilasetmə  işləri  -  zədəlilərə  ilk  yardım  göstərib  tibb  məntəqəsinə  köçürməkdən, 
yoluxma 
ocaqlarının 
hüdudlarını 
müəyyənləşdirib 
çəpərləməkdən 
(giriş-çıxışı 
məhdudlaşdırmaq  üçün),  ərazini,  avadanlığı  zərərsizləşdirmək  və  insanları  sanitar 
təmizlənməsindən keçirməkdən ibarətdir. 
Kimyəvi  zəhərlənmə  ocağında işləyəcək dəstələrin  şəxsi heyəti  əleyhqazlarla,  mühafizə 
paltarları, fərdi kimyəvi paket və antidotlarla təchiz edilməli, bu vasitələrdən dəqiq istifadə 
qaydaları onlara öyrədilməlidir. 
Zəhərlənmə  ocağında  kəşfiyyat  bölmələrinin  ardınca  ilk  növbədə  adətən  sanitar 
manqaları, radiasiyadan və kimyəvi zəhərlənmədən mühafizə və zərərsizləşdirmə dəstələri, 
ictimai asayişi mühafizə bölmələri göndərilir. 
Mühafizə  və  zərərsizləşdirmə  dəstələri  manqaların  iş  yerlərinə  girməsi,  insanların 
sahələrdən  çıxarılması  üçün  yolları,  keçidləri  təmizləyir,  asayişin  mühafizə  bölmələri 
müvafiq  qayda-qanunların  gözlənilməsini  təmin  edir,  tibb  dəstələri  zədəlilərə  yardım 
göstərir,  əleyhqaz  geydirir,  zəhər  əleyhinə  dərman  vurur,  onları  zədələnmənin  ağırlığına 
görə qruplaşdırıb, tibb müəssisələrinə aparırlar. Bundan sonra zəhərlənməyə məruz qalmış 
ə
razi,  qurğular,  texnika  və  avadanlıq  deqazasiya  edilir  və  dəstələrin  şəxsi  heyəti  xüsusi 
təmizləmə məntəqələrində tam sanitar təmizlənməsində keçirilir. 
Yoluxma ocağında görülən əsas tədbirlər bunlardan ibarətdir: 
- bakterioloji kəşfiyyat və yoluxmanı törədən bakterial vasitələrin aşkar edilnəsi; 
-  respublika  orqanlarının  göstərişi  üzrə  karantin  və  ya  observasiya  rejiminin  tətbiq 
edilməsi; 
- ərzağın, suyun, yoluxmasına nəzarət və onların zərərsizləşdirilməsi; 
-  epidemiya  əleyhinə  tədbirlərin,  sanitariya-gigiyena,  xüsusi  profilaktika  və  müalicə-
köçürmə  tədbirlərinin  həyata  keçiriməsi,  habelə  əhali  arasında  geniş  sanitariya  izahat 
işlərinin aparılması. 
Yoluxma  baş  vermiş  rayonda  ancaq  sonuncu  xəstənin  sağalmasından  sonra  xəstəliyin 
gizli inkişaf dövründə bərabər müddət keçdikdə yoluxma ocağı ləğv olunmuş hesab edilir. 

Güclü  təsirli  zəhərli  maddələrin  törətdiyi  zəhərlənmə  ocağında  dağıntılar,  yanğınlar  da 
ola bilər, çünki bu maddələrin ətrafa axması adətən istehsalat qəzaları nəticəsində tutumlar, 
texnoloji avadanlıq sıradan çıxarkən baş verir. 
Belə hallarda xilasetmə işləri aparmaq üçün daha çox saylı yanğınsöndürmə qüvvələrini 
və  vasitələrini,  zəhərli  buludun  yayılmasını  məhdudlaşdıran  xüsusi  texnika  və  avadanlığı, 
eləcə də, texnoloji xətləri bağlamağı, neytrallaşdırıcı maddələrlə işləməyi bacaran heyətləri 
cəlb etmək lazım gəlir. 
Bütün bu heyət əleyhqazlarla, ya da xüsusi sənaye əleyhqazları ilə təchiz edilməlidir. 
Xilasetmə  işləri  aparılarkən  əsas  səylər  zədələnmiş  aldamlara  tibbi  yardımın 
göstərilməsinə,  onların, habelə  digər  şəxslərin təhlükəsiz sahələrə  çıxarılmasına,  həmçinin 
yanğınların, qəza yerlərinin məhdudlaşdırılmasına yönəldilir. Qəzaların məhdudlaşdırılması 
işlərini  əsasən  mütəxəssislər,  xüsusi  hazırlıqlı  işçilər  yerinə  yetirirlər.  Hər  bir  sahədə  belə 
işlərə  sahənin  texnologiyasını  yaxşı  bilən  mütəxəssislər,  sex,  qurğu  rəisləri,  rəhbərlik 
etməlidirlər. 
Zədələnmə  ocaqlarında  xilasetmə  işləri  aparılarkən  müvafiq  təhlükəsizlik  qaydalarına 
ciddi riayət edilməlidir.  
Bunlar əsasən aşağıdakılardır: 
- işlərin icrası ilə əlaqəsi olmayan şəxslərin xilasetmə işləri aparılan sahələrdə qalmasına 
icazə verilmir; 
-  icraya  başlamazdan  əvvəl  iş  yerini  diqqətlə  nəzərdən  keçirmək,  yenidən  zədələnmə 
qorxusu  olan  sahələrə  nişanlar  qoymaq,  iş  vaxtı  divarların  və  digər  hissələrin  uçulması 
təhlükəsi  olarsa,  onları  əvvəlcədən  tamamilə  dağıtmaq  və  ya  bərkidib  təhlükəsiz  etmək 
lazımdır; 
- binaların müxtəlif mərtəbələrində eyni zamanda iş aparılmasına yol verilmir; 
- xüsusi ehtiyac olmadan zədələnmiş binalara, xüsusən də tək başına girmək 
məsləhət görülmür; 
-  qaz  dolmuş  binalarda  iş  aparılarkən  kibritdən  və  digər  açıq  alovdan  istifadə  etmək, 
maşın  və  mexanizmlərin  mühərriklərini  işə  salmaq  olmaz,  işdən  əvvəl  binalar  küləyə 
verilməklə  qazdan  təmizlənməli,  lazımi  hallarda  yalnız  12  voltluq  akkumulyator-əl 
fənərlərindən  istifadə  olunmalı,  qığılcım  çıxarmayan  metaldan  düzəldilmiş,  yaxud  qalın 
yağlanmış alətlər işlədilməlidir; 
-  uçqunlardakı  elektrik  naqilləri  ilə  əlaqədar  bütün  işlər  rezin  əlcəklər,  çəkmələr 
geyəndən  sonra  aparılmalıdır,  mümkün  olan  hallarda  işə  başlamazdan  əvvəl  elektrik 
enerjisini kəsmək lazımdır; 
- zəhərli sahələrdə bütün xilasetmə işləri fərdi mühafizə vasitələrində aparılmalıdır. 
Burada icazəsiz əleyhqazı çıxarmaq, siqaret çəkmək, su içmək, qida qəbul yemək olmaz;  
- radioaktiv zəhərlənmə sahələrində işləyən adamları şüalanması dozalarına ciddi nəzarət 
edilməlidir; 
-  deqazasiya  və  dezaktivasiya  işləri  mühafizə  vasitələrini  çıxarmadan  və  bu  işlər  üçün 
ayrılmış yerlərdə yerinə yetirilməlidir. 
Təhlükəsiz  iş  qaydalarına  düzgün  əməl  etməklə  zədələnmə  ocaqlarında  əlavə  bədbəxt 
hadisələrin qarşısına almaq olar. 
 
Yüklə 4,71 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin