Zəhərlənmələrin nəticələrinin aradan qaldırılması.
Dezaktivasiya -
zəhərlənmiş sahələrin, texnikanın, əşyaların, paltarların və
ayyaqqabıların səthindən radioaktiv maddələri kənar etməklə zəhərlənmənin təhlükəsiz
dərəcəyədək azaldılmasıdır.
Dezaktivasiyanı 2 üsulla-fiziki və fiziki-kimyəvi üsulla aparmaq olar.
Fiziki üsul radioaktiv maddələri səthlərdən yumaq, silmək, süpürmək, zəhərli üst qatı
qazımaq və çırpmaqla kənar etməkdən ibarətdir.
Fiziki-kimyəvi üsul zəhərli səthləri turşu, qələvi və ya adi yuyucu məhlulları ilə yuyub
təmizləməkdən ibarətdir. Dezaktiıvasiya nəticəsində radioaktiv maddələr məhv olmur, onlar
yalnız əşyaların səthindən kənar edilir.
Ə
razini və ordakı obyektləri, nəqliyyatı və müxtəlif əşyaları 2 üsulla mexaniki və fiziki-
kimyəvi üsulla dezaktivasiya etmək olar. Mexaniki üsulun mahiyyəti zəhərlənmiş
obyektlərin, nəqliyyat vasitələrinin və əşyanın üzərindən radioaktiv tozu süpürərək,
çırparaq, silkələyərək, su şırnağı ilə yuyaraq kənar etməkdən ibarətdir.
Zəhərlənmə dərəcəsi yolverilən həddən yüksək oluqda dezaktivasiya aparılır.
Ə
razinin dezaktivasiyası aşağıdakı üsullarla aparılır:
- asfalt və beton örtüklü ərazilərdən küçəsüpürən-yığışdıran maşınların köməyilə
süpürülməsi;
- bərk örtüklü ərazilərdən yuyucu maşınların köməyilə radioaktiv tozun yüksək təzyiqlə
su şırnağı ilə yuyulması;
- buldozerlər vasitəsilə zəhərlənmiş qruntun 5-10 sm qalınlığında qazılıb
kənarlaşdırılması;
- zəhərlənmiş sahələrin 8-10 sm qalınlığında təmiz qruntla örtülməsi;
- zəhərlənmiş zonanın traktorlarla 20 sm dərinliyində şumlanması;
- əgər yuxarıdakı üsulları tətbiq etmək mümükün deyilsə, o zaman zəhərlənmiş zonadan
keçmək üçün xüsüsi örtüklü yolların salınması;
- qış vaxtı qar və buz örtüyü 20 sm qalınlığında qazılıb bir yerə buz qalağı kimi yığılır.
Binaların və tikililərin dezaktivasiyası su ilə yuyulmaqla aparılır. Ədatən, yuyulma
yuxarıdın aşağıya aparılır. Pəncərələr, qapılar, eyvanlar, karnizlər və binaların aşağı
mərtəbələri xüsusilə təmiz yuyulmalıdır.
Daxili otaqların dezaktivasiyası əsgilərin, süpürgələrin və fırçaların köməyilə, həmçinin
su ilə yumaqla apaparılır.
Yaşayış otaqları aşağıdakı qaydada dezaktivasiya edilir:
Tavan yaş əsgi ilə silinir, mebellər divarlardan kənara çəkilir və yaş əsgi ilə silinir,
yumşaq mebel xüsusi sahələrdə, həyətldərdə çırpılır, xalçalar və digər əşyalar tozsoranla
təmizlənir, döşəmə isti su və sabunla yaxud, 2-3%-li sodalı su ilə yuyulur, sonra radiometrlə
ölçmələr aparılır; tikililərin daxilində zəhərlənmə 90 mR/saatdan artıq olmamalıdır.
Müəssisələrin sexlərində və qarajlarda dezaktivasiya su ilə tavanların, divarların,
döşəmənin yuyulması ilə aparılır. Dəzgahlar və cihazlar su və ya sabunlu-sodalı məhlulla
yuyulur, hissələri benzin və ağ neftlə silinir.
Nəqliyyatın və texnikanın dezaktivasiyası radioaktiv maddələrlə zəhərlənmə 180 mR/saat
həddini keçdikdə aparılır. Texnika və nəqliyyat vasitələri qismən və ya tam dezaktivasiya
edilə bilər. Aşağıdakı üsullarla aparılır: radioaktiv maddələrin 2-3 atmosfer təzyiq altında su
ş
ırnağı ilə yuyulması; texnikanın 0,15-0,3%-li yuyucu toz məhlulları ilə yuyulması;
texnikanın benzində, ağ neftlə və dizel yanacağında isladılmış əsgi ilə silinir.
Qismən dezaktivasiya zamanı maşınların metaldan, plastik kütlədən və taxtadan
düzəldilən hissələrini yaş əski ilə silib, yuyub və fırça ilə təmizləyirlər. Brezentləri,
kabinanın parçadan tikilmiş içəri örtüklərini süpürür, fırça ilə təmizləyir, çırpırlar.
Deqazasiya-
zəhərləyici maddələrin neytrallaşdırılması və ya zəhərli səthlərdən kənar
edilməsindən ibarətdir.
Davamlı zəhərli birləşmələrlə: iprit, zarin, zoman V-qazlarla zəhərlənmiş obyektlərin
deqazasiyası aparılır.
Zəhərləyici və güclü təsirli zəhərli maddələrlə kimyəvi reaksiyalara girən, onları
zərərsizləşdirən, qeyri-toksik və zəif toksiki birləşmələrə çevirən kimyəvi birləşmələrə və
yaxud qarışıqlara deqazasiya maddələri deyilir.
Deqazasiya maddələri xassələrinə və hər hansı bir zəhərləyici və ya güclü təsirli maddə
ilə qarşılıqlı kimyəvi reaksiyaya girməsi xüsusiyyətlərinə görə 2 qrupa təsnif olunur:
1) oksidləşdirici və xlorlaşdırıcı təsirli deqazasiya maddələri;
2) hidroliz təsirli deqazasiya maddələri.
Birinciyə aiddir- kalsium hipoxlorid, dixloramin, heksaxlormelanin, kalsium hidroksid,
kalsium xlorid, kalsium karbonat.
İ
kinciyə aiddir- 2aş, 2bş №-li deqazasiya məhlulları, susuzlaşdırılmış kalsiumlu soda və
ammonium bikarbonat.
Deqazasiya
kimyəvi,
fiziki-kimyəvi,
fiziki
üsullarla
aparılır.
Deqazasiyanın kimyəvi üsulu deqazasiya maddələrinin zəhərlənmiş obyektlərin üzərindəki
zəhərləyici maddələrlə kimyəvi reaksiyaya girməsinə əsaslanır. Nəticədə qeyri-toksiki
birləşmələr əmələ gəlir. Bu üsul zəhərlənmiş yerləri deqazasiya məhlulları (suspenziya),
yaxud xlorlu əhəngin sulu sıyığı ilə təmizlənməsi ilə aparılır. Bu üsulla deqazasiya zamanı
xüsusi maşınların deqazasiya məhlullarında isladılmış fırçalardan, əsgilərdən istifadə
olunur.
Zəhərləyici maddənin növü müəyyən edilməmişsə, zəhərlənmiş obyektləri əvvəlcə 1№-li
deqazasiya məhlulul ilə təmizlənir, sonra isə 2-aq (ammonyak-qələvi) №-li (aq)
(ammonyaksız - qələvili) deqazasiya məhlulundan istifadə edirlər. 1№-li deqazasiya
məhlulunun hazırlanmasında dixloretandan DT-6 (heksaxlormelanin), həm də DT-2 üçün
həlledici kimi istifadə olunur. V-qaz və ipritlə zəhərlənmiş texnikanın deqazasiyası və
dezinfeksiyası üçün istifadə olunur.
2-aq №-li məhlulun tərkibi 2 faiz yeyici natrium, 5% monoetanolamin və 93%
ammonyaklı su təşkil edir.
2-aq №-li məhlulun tərkibi 10% yeyici natrium, 25% monoetanolamin və 65% sudan
ibarətdir. Güclü qələvi xassələrinə malik olduğuna görə, zarinin deqazasiyası üçün istifadə
edilir. Bu məhlullar boyaları yumşaldıb yuyur, aliminium səthlərin korroziyasına səbəb
olur, yun, dəri və xəz əşyaları dağıdır, insan dərisinə düşdükdə onu qıcıqlandırır.
1№-li və 2№-li deqazasiya məhlulullarından istifadə olunduqda səthi deqazasiyaya
dərhal nail olunur, amma dərin deqazasiyaya müəyyən vaxt tələb olunur. Məhz bundan ötrü
texniuka və avadanlığın deqazasiyasından sonra müəyyən müddət ərzində təhlükəsizlik
qaydalarına riayət etmək lazımdır.
Deqazasiyanın fiziki-kimyəvi üsulu yuyucu məhlullar, yaxud həlledicilər vasitəsilə
zəhərlənmiş səthdən zəhərli maddənin yuyulmasına əsaslanir. Yuyucu məhlullar deqazasiya
məhlullarına nisbətən zəifdir. Onlar vasitəsilə ancaq səthi deqazasiyaya nail olunur. Yuyucu
məhlullardan deqazasiya məhlulları olmadıqda, yaxud 1№-li və 2№-li məhlullarla
deqazasiya aparmaq mümkün olmadıqda (təyyarələr, optika, rabitə vasitələri) istifadə
olunur.
Həlledicilərlə deqazasiya zamanı ZM zəhərsizləşmir, amma həll olunub həlledici
maddələrlə səthdən xaric olunur. Həlledicilərdən benzin, ağ neft, dizel yanacağı, dixloretan,
spirt daha çox işlədilir.
Deqazasiyanın fiziki üsulu yüksək tempraturlu qaz axının təsiri şəraitində zəhərlənmiş
səthlərdən ZM-nin buxarlanması və qismən parçalanmasına əsaslanır. Bu üsul istilik
maşınları vasitəsilə aparılır.
Mexaniki üsulla torpağın və ya başqa müəyyən maddələrin üst qatını qazıb (kəsib) atırlar.
Nəqliyyatın və texnikanın deqazasiyasının tam aparılmasını yoxlamaq məqsədilə kimyəvi
kəşfiyyat cihazından istifadə olunur.
Dezinfeksiya -
xarici mühitdə infeksion xəstəlik törədicilərinin məhv edilməsi üçün
keçirilən xüsusi tədbirlər kompleksidir.
Dezinfeksiya - müxtəlif əşyaların səthindəki xəstəliktörədici mikrobların (bakteriyaların,
virusların) və toksinlərin məhv edilməsidir. Geniş mənada buraya həmçinin dezinseksiya,
deratizasiya daxildir.
Dezinfeksiya cari, son və profilaktik məqsədlə aparılır.
Cari dezinfeksiya xəstənin yatağı yanında yoluxmanın yayılmasının qarşısını almaq
məqsədilə keçirilir (xəstənin ifrazatını və onun istifadə etdiyi əşyaları).
Son dezinfeksiya yoluxma ocağında xəstə təcrid ediləndən, xəstəxanaya qoyulandan,
sağalandan və ya öləndən sonra yoluxma ocağını xəstəliktörədicidən tam təmizləmək
məqsədilə aparılır.
Profilaktik dezinfeksiya yoluxcu xəstəliklərin baş verməsi və ümumi istifadə olunan
əş
yalar vasitəsilə yoluxmanın keçməsi imkanlarının qarşısını almaq məqsədilə aparılır.
Zibil tökülən yerlər, ifrazat sularının axıdıldığı yerlər, insanların cəmləşdiyi yerlər
təmizlənir.
Dezinfeksiya əsasən 3 üsulla: mexaniki, fiziki və kimyəvi vasitələrlə aparılır. Hər bir üsul
sərbəst və ya digər üsullarla birlikdə aparıla bilər.
Mexaniki
- mənzilin nəm yığışdırılması, paltar, yatacaq dəstlərini çırpılması, tozsoranla
yığışdırma, havaya vermə, divarlarvn ağardılması, rənglənməsi, əllərin yuyulması aiddir.
Mexaniki üsul mikrobları məhv etmir, yalnız əşyaların üzərindən, səthlərdən, havadan
mikrobları uzaqlaşdırır. Bu üsulla bina və paltarlar mikroblardan 50-60% təmizlənir.
Fiziki
- günəş şüalarından, ultrabənövşəyi şüalardan, qızdırılmış ütüdən, zibilin
yandırılması üsulundan, quru qızmar havadan, su buxarlarından, habelə qaynatma
üsulundan istifadə olunur. Bu məqsədlə dezinfeksion kameralar və avtoklavlardan istifadə
olunur. Bu üsullar sadə və effektiv olduğu üçün geniş istifadə olunur. Bağırsaq və yuxarı
tənəffüs yolları infeksiyaları törədiciləri 60-800
○
S temperaturda 30 dəq. qaynatdıqda məhv
olur. Qaynatma üsulu ilə mətbəx ləvazimatı, qablar, xəstəyə qulluq əşyaları, tibbi alətlər,
həmçinin yataq ağları, alt paltarlar dezinfeksiya olunur. Qaynatmaq mümkün olmayan
ləvzimatlar və əşyalar quru isti hava vasitəsilə dezinfeksiya olunur. Su buxarlarında 100
○
S
hərarət olur və bundan xüsusi buxar kameralarında istifadə olunur.
Kimyəvi üsulla dezinfeksiya zamanı kimyəvi dezinfeksiyaedici maddələrdən istifadə
olunur. Kimyəvi üsul - turşu, qələvi, xlorlu əhəng, xloramin, fenol, formalin məhlulları
müxtəlif qatılıqlı məhlullar şəklində tətbiq edilir.
Xlorlu əhəng xlor iyi verən ağ tozdur, tərkibində 25-35% aktiv xlor vardır. Dezinfeksiya
üçün 0,2-5%-li məhlullarından istifadə olunur. Əvvəlcə 10%-li məhlul hazırlanır-bunun
üçün 10 litr suya 1kq və daha çox toz tökülür, qarışdırılır, bir sutka çökdürülür. Sonra
məhlulun üst duru hıssəsı götürülür, çöküntü hissəsi atılır. Durulaşmış məhlulundan yaşayış
yerlərini, ümumi istifadə yerlərini, qablar, qida qalıqlqrı və xəstənin ifrazatını dezinfeksiya
etmək istifadə olunur. 10-20%-li məhlulundan ayaqyollarının divarlarını, zibil yeşiklərini,
heyvandarlıq binalarının divarlarını ağartmaq üçün istifadə olunur.
Xlorlu əhəng metalların korroziyasına, rəngli əşyaların ağarmasına, pambıq parçaların tez
yeyilib xarab olmasına səbəb olduğu üçün bunların dezinfeksiyasında istifadə olunmur.
Kimyəvi dezinfeksiya üçün kalsium hipoxlorit duzundan, neytral kalsium hipoxloritdən
istifadə olunur.
Xloramin suda yaxşı həll olan, zəif xlor iyi verən ağ rəngli tozdur. 26-28% aktiv xlordan
ibarətdir. 0,2-10%-li məhlullarından xəstələrin ifrazatını, qabları və qida qalqlarini alt
paltarlar və yataq ağlarını binaları dezifeksiyası üçün istifadə olunur. Vərəm cöplərinə və
sibir yarası törədicilərinə qarşı az effektlidir.
Dezinseksiya -
infeksion xəstəlik törədicilərini yayan həşəratlar, məişət həşəratları,
buğumayaqlılar, həmçinin paltar və əmlaka ziyan vuran həşəratlara qarşı aparılan xüsusi
tədbirlər kompleksidir.
Məişətdə dezinseksiya milçəklərin, tarakanların, taxtabitilərin, birələrin məhv edilməsi,
həmçinin ağcaqanadların, gənələrin dişləməsindən müdafiə kimi başa düşülür.
Dezinseksiya həm sərbəst həm də dezinfeksiya, deratizasiya, sanitar təmizləməsi ilə
birlikdə həyata keçirilir. Mexaniki, fiziki, kimyəvi, bioloji, genetik və kombinə olunmuş
dezinseksiya üsulları vardır.
Dezinseksiya tədbirləri şərti olaraq profilaktik və məhvedici növlərə ayırd olunur.
Profilaktik tədbirlərə aiddir
- mexaniki dezinseksiya üsulunda yaşayış mənzillərinin,
təsərrüfat və əlavə otaqların təmiz saxlanması, müntəzəm nəm yığışdırılması, pəncərə və
qapılara tor setkaların çəkilməsi, qida məhsullarının xüsusi taralarda saxlanması, şəxsi
gigiyenanın gözlənilməsi, bədən və yatacaq ağlarının müntəzəm yuyulub təmizlənməsi və
dəyişdirilməsi, müntəzəm olaraq mənzillərdə zirzəmilərdə havanın dəyişdirilməsi, xüsusi
yapışdırıcı kağızlardan istifadə olunması, xırda su hövzələrinin, arxların təmizlənməsi, xırda
gölməçələrin, su çuxurlarının torpaqla doldurulması, su saxlanan sisternaların, bakların,
çəlləklərin, su quyularının qapalı saxlanması. Zibil və ərzaq tullantılarının vaxtında
təmizlənməsi də mexaniki dezinseksiyaya aiddir.
Məhvedici tədbirələrə aiddir:
- fiziki;
- kimyəvi;
- bioloji üsullar.
Fiziki üsullara aiddir- paltarların, yataq əşyalarının, xalçalarnı, pərdələrin silkələnib-
çırpılması, tozsoranla tozun, həşaratların sorulub təmizlənməsi, tarakanlar və milçəklər
üçün müxtəlif tələlərin, milçək və tarakanların qaynar su və dezinfeksion kameraların və
qaynar ütünün köməyilə məhv edilməsi. Fiziki dezinseksiya üsulunda oddan, yüksək və
aşağı temperaturdan, buxardan, quru isti havadan, dezinfeksiya kameralarından istifadə
olunur. Belə ki, 500
○
S temperaturdan yuxarı hərarət buğumayaqlı həşəratlara öldürücü təsir
göstərir. Yataq ağları, alt paltarları və başqa geyimlər 30 dəq. ərzində (1%-li soda məhlulu
ə
lavə etməklə) qaynatmaqla həşəratlardan təmizlənir. Həşəratların çox toplandığı yerlər,
əş
yalar (zibil, yararsız mebel və əşyalar) yandırılır. Döşəklər, çarpayılar, kiçik şkaflar buxar
vasıtısılə təmizlənir.
Dezinseksiyanın kimyəvi üsulu kimyəvi zəhərli maddələrin həşəratlara öldürücü təsirinə
ə
saslanır.
Kimyəvi
üsullara
aiddir
-xlorlu
məhlullar-heksaxloran,
DDT
(dixlordifeniltrixloretan), fosforlu üzvü birləşmələr-xlorofos, karbofos kimyəvi vasitələr,
yuyucu tozlar, məhlullar aerozol kimi tətbiq edilir.
Bioloji üsul
– “canlıya qarşı-canlı” prinsipi ilə həyata keçirilir.
Bura aiddir -gəmiricilərin fiziki və kimyəvi metodla artımının qarşısının alınması.
Deratizasiya -
epidemioloji təhlükə yaradan gəmiricilərlə mübarizəyə deyilir.
Gəmiricilər taun, tulyaremiya, quduzluq, yalançı vərəm, sibir yarası, ensefalit kimi
xəstəliklərin ötürücüsü ola bilər.
Epidemioloji təhlükədən savayı gəmiricilər iqtisadi ziyan da vururlar- qida maddələrini
xarab edir, yaşayış yerlərini və ərzaq anbarlarını çirkləndirir, rabitə və elektrik xətlərini
gəmirir, aparatları sıradan çıxarır. Yaşayış yerlərində və onlara yaxın ərazilərdə əsasən boz
siçovul və ev siçanlarına rast gəlinir. Açıq sahələrdə isə çöl və meşə siçanlarına rast gəlinir.
Deratizasiya-xalq təssərüfatına iqtisadi zərər vuran, həmçinin insanda yolxucu xəstəlik
törədən gəmiricilərin məhv edilməsidir.
Profilaktik tədbirlərə aiddir- gəmiricilərin yuva qurmasına, yemlənməsinə, artıb-
çoxalmasına şərait yaranmasının qarşısını almaq -bunun üçün yaşayış evlərinə daxil
olmasına mane olmaq, buğda, un, ət məhsullarının, tərəvəzin xüsusi taralarda saxlanması,
ventilyasiya yollarının xüsusi metal setkalarla örtülməsi, zirzəmilərin, çardaqların
pəncərələrinin şüşə ilə örtülməsi aiddir.
Məhvetmə metodoarı-bioloji, mexaniki, kimyəvi-profilaktik tədbirlərlə yanaşı
aparılmalıdır.
Bioloji metod-gəmiricilərə qarşı it, pişik, kirpilərdən istifadə etməklə aparılır. Təbiətdə
bu məqsədlə bir çox yırtıcı heyvanların tələlər vasitəsilə ovlanması qadağan edilir-gəlincik,
qunduz, qartal, bayquş, gecə quşu bunlara aididir.
Mexaniki vasitələr-müxtəlif tələlərin qurulmasıdır.
Kimyəvi üsul -müxtəlif zəhərlər qarışdırılmış qida maddələrin istifadə edilməsidir.
Kimyəvi üsulla mübarizə aparmaq üçün sink fosfid, zookumarin, ratindin kimi maddələrdən
istifadə olunur. Zəhərli qida tələləri hazırlamaq üçün çörək qırıntıları, müxtəlif yarmalardan
sıyıqlar, bitki yağı, şəkər, duz, tərəvəzlər istifadə olunur. Bu məhsulları qaba qoyub üzərinə
zəhərli maddə, bitki yağı qoyub qarışdırırlar və torbalarda siçan yuvaları, deşiklərə qoyulur
və ya açıq şəkildə divar diblərində, mebel altında qoyub gecə saxlayıb səhər təmizləyirlər.
Su şəklində olan zəhəli maddələrdən istifadə olunur. Krısid, sink fosfid, zookumarin və
rafindin kimi zəhərlərin sulu məhlulu siçan yuvalarından içəri tökülür. Çöl şəraitində
deratizasiya məqsədilə zəhərli dənli bitkilərdən, buğdadan istifadə olunur. Kiçik sahələr
ə
llə, böyük sahələr isə texnika ilə deratizasiya olunur.
Tam və qismən sanitariya təmizlənməsi.
Sanitariya təmizlənməsi - insanların bədənini və paltarlarını zəhərlənmələrdən
təmizləməkdən ibarətdir.
Radiasiyalı, kimyəvi və bioloji təhlükəli obyektlərdə qəzalar baş verdikdə və kütləvi
qırğın silahları (nüvə, kimyəvi, bioloji) tətbiq edildikdə insanların dərisi, paltarları, texniki
vasitələr, binalar, mühafizə qurğuları vasitələrlə zəhərlənə bilər.
Radioaktiv maddələrin təsiri bir-neçə gün ərzində, damcı şəklində olan zəhərləyici
maddələr bir-neçə gün, soyuq vaxtlarda isə bir-neçə həftə və ay davam edir. Bioloji
vasitələrin
təsir
müddəti
bir-neçə
gün
və
ay
ola
bilər.
İ
nsanlar zəhərləndikdə sanitariya təmizlənməsi, ərazilər, qurğular, binalar, texniki vasitələr
xüsusi təmizləmə keçməlidirlər.
Adamların sanitariya təmizlənməsi şəraitdən asılı olaraq tam və ya qismən aparılır.
Qismən sanitariya təmizlənməsi
zədələnmə sahəsində və sahədən çıxarkən hər bir adam
tərəfindən müstəqil olaraq apırılır.
Qismən sanitar təmizlənməsi bədənin açıq səthlərinə, paltara, ayyaqqabılara və fərdi
mühafizə vasitələrinə düşmüş radioaktiv maddələrin və bakterial vasitələrin kənar
edilməsindən və zərərsizləşdirilməsindən ibarətdir. Qismən təmizləmə zədələnmə
ocaqlarında və yaxud onlardan çıxandan sonra vaxt az olduqda bədənin açıq hissələrini
müstəqil təmizləməklə bitir.
Qismən sanitariya iəmizliyi keçirərkən aşağıdakı ardıcıllığa riayət dilməlidir.
Zəhərlənmə ocaqlarında:
- üst paltarı, dəri müdafiə geyimləri və ayaqqabını şotka və yaxud süpürgə ilə
təmizləməli;
- islanmış dəsmal (tampon) ilə əlin açıq yerlərini və əleyhqazın üz hissəsini silməli.
Zəhərlənmə ocaqlarından çıxdıqdan sonra:
- ehtiyatla üst paltarı və dəri müdafiə vasitələrini çıxarmalı (əleyhqaz çıxarılmır);
- arxası küləyə qarşı durub üst paltarı çırpmaq və təmizləmək;
- çüxarılmış paltarı kəndirin üzərinə asıb şotka və yaxud süpürgə ilə radioaktiv tozu
süpürməli, əleyhqazın çantasını təmizləməli və hissəsini islanmış əski ilə silməli;
- əleyhqazı çıxarılıb əlləri, üzü, gözləri yaş dəsmalla silməli, ağız, burun boşluğunu təmiz
su ilə yaxalamalı.
Bakterioloji vasitələrlə zəhərləndikdə:
- paltarı süpürgə ilə təmizləməli və yaxud çırpmalı;
- fərdi kimyəvi paketlə əleyhqazın üz hissəsini, boyun nahiyəsini və əlləri silməli.
Eyni vaxtda radioaktiv, kimyəvi və bakterioloji zədələnməyə məruz qaldaqda, birinci
növbədə kimyəvi, sonra isə radioaktiv və bakterioloji zəhərlənmənin qarşısını almaq
lazımdır.
Radioaktiv maddələrlə zəhərləndikdə qismən sanitariya təmizləmə bu ardıcıllıqla aparılır:
- əleyhqazı (respiratoru) çıxarmadan üst paltarları çıxarıb silirlər, süpürürlər və çırpırlar;
- ayaqqabıları yaş əski ilə silir və yaxud yuyurlar; qışda təmiz qarla təmizləmək olar.
- əleyhqazların (respiratoru) çantasını silirlər, üzun borucuğunu, qutusunu yaş əski ilə
silirlər;
- əleyhqazı (respiratoru), əlcəkləri çıxarıb üzü, boyunu, əlləri təmiz su ilə yuyub, ağızı və
boğazı qarqara edirlər.
Ə
gər su yoxsa dərinin açıq hissələri kimya əleyhi fərdi paketin daxilindəki maye ilə
silinir (qışda təmiz qarla). Daha sonra üst paltarları çıxarıb, arxası küləyə tərəf dayanaraq
onları çırpırlar, sonra kəndirdən asıb, süpürgə ilə yuxarıdan aşağıya doğru radioaktiv tozdan
təmizlənir və ya çubuqla çırpırlar.
Kimyəvi maddələr və bakterioloji vasitələrlə zəhərlənmə zamanı:
- kimya əleyhi fərdi paketi (İPP-8) açmalı, əski (tampon) hazırlamalı;
- dərinin açıq yerlərini, əleyhqazın üz hissəsini, paltarın yaxalarını və əl dəyən yerləri
silməli (bunu bir neçə dəfə təkrar etmək lazımdır).
İ
nsanların dərisi və paltarında damcı-maye halında olan zəhərləyici maddə damcılarını
aşkar etdikdə, bint salfetkası deqazasiya məhlulu ilə isladılır və onunla dərinin açıq
hissələri, paltarlar və əleyhiqazın üz hissəsi silinir.
Kimya əleyhi fərdi paket olmadıqda zəhərləyici maddə damcıları pambıq, bint, hər hansı
parça ilə ehtiyatla yuxarıdan aşağı istiqamətində silinir, hər dəfə onu yenisi ilə əvəz edirlər.
İ
mkan olan kimi isə həmin nahiyələri dərhal su ilə sabunla yuyurlər və təmiz dəsmalla
quruluyurlar.
Kimya zədə ocağından çıxan kimi xüsusi ayrılmış yerdə mühafizə vasitələri çıxarılır.
Sonra əleyhiqazı çıxartmadan dərinin açıq hissələri paltar və ayyaqqabılar yenidən gözdən
keçirilir, əgər zəhərləyici maddə damcıları aşkar olunarsa, onlar yenə də deqazasiya
məhlulu ilə təmizləyirlər.
Ayyaqqabılar əsgi, kağız və otla təmizlənir. Təmizləmə işlərini qurtardıqdan sonra, əllər
və bədənin açıq hissələri kimya əleyhi fərdi paketin məhlulu ilə silinir.
Qismən sanitariya təmizləməsi sayəsində bütün radioaktiv maddələri tamamilə kənar
etmək mümkün olmur. Buna görə də belə təmizləmədən keçmiş adamlar adətən fərdi
dozimetrik nəzarətdən keçirilir. Əgər məlum olsa ki, paltarın və bədənin radioaktiv
zəhərlənməsi yol verilən səviyyədən artıqdır, onda tam sanitariya təmizlənməsi aparmaq
lazımdır.
Tam sanitariya təmizləməsi
-bütün bədənin isti su, sabun və kisə ilə yuyulmasından,
habelə gözlərin, burun və ağız boşluğunun selikli qişalarının 2%-li soda məhlulu ilə
təmizlənməsindən ibarətdir.
Tam təmizləmə vaxt çox olduqda zədələnmə ocaqlarından çıxandan sonra, sanitar yuma
məntəqələrində (SUM) aparılır. Bu vaxt insanların bədəni isti su ilə, sabunla və hamam lifi
vasitəsilə yuyulur.
Tam sanitar təmizlənməsindən keçməli olanlar:
- qismən sanitar təmizləməsindən sonra radioaktiv maddə ilə zəhərlənmə səviyyəsi yol
verilən normadan (bədəndə 15mR/saat) artıq olan şəxslər;
- zəhərləyici maddələrlə və onların aerozolları ilə bilavasitə təmasda olan, bakterial zədə
ocağında olan bütün əhali;
- bakterial zədə ogağında, kimya zədə ocağında zərərsizləşdirmə tədbirlərini həyata
keçirən MM dəstələrinin şəxsi heyəti.
Tam sanitariya təmizləməsi mülki müdafiə qoşun bölmələrinin xüsusi təmizləmə
məntəqələrində, adi hamamlarda, sanitariya buraxıcılarında düzəldilən stasionar və səyyar
yuyunma məntəqələrində aparılır. Hər bir şəxsə 40 litr su və 25 mq sabun sərfi nəzərdə
tutlur.
Adamların tam sanitariya təmizlənməsi ilə birlikdə paltar zərərsizləşdirən stansiyalarda
alt və üst paltarlar, ayaqqabılar tam dezaktivasiya edilə bilər.
Xüsusi təmizləmə məntəqələrində nəzarət-bölüşdürmə məntəqəsi, adamların sanitariya
təmizlənməsi meydançası, habelə, paltar, ayaqqabı və fərdi mühafizə vasitələrinin
dezaktivasiyası meydançası düzəldidlir.
Hər bir sanitariya təmizləməsi məntəqəsində insanlar ardıcıl olaraq dozimetrik postdan,
soyunma yerindən, duş şöbəsindən keçirlər.
Yuyunduqdan sonra insanlar bir daha dozimetrik nəzarətdən keçirilir və yalnız bundan
sonra geyinmə şöbəsinə buraxılırlar.
Bütün təmizləmə meydançaları 2 hissədən: təmiz və çirkli hissələrdən ibarət olur.
Səyyar yuyunma məntəqələrinin, paltar zərərsizləşdirən stansiyaların şəxsi heyəti
tənəffüs üzvlərini mühafizə edən vasitələrdə, rezin çəkmələrdə, əlcəklərdə, döşlüklərdə və
ya qoruyucu kombinezonda işləməlidir.
Tam sanitariya təmizlənməsi hamamlarda, duşxanalarda, təmiz su hövzələrində və yaxud
da xüsusi düzəldilmiş yuyunma məntəqəsində keçirilir. Hökmən alt paltarını dəyişirlər.
Yuyunma məntəqəsində və ya meydançasında adətən üç şöbə olur:
- soyunma, yuyunma və geyinmə.
Lazımi hallarda paltar zərərsizləşdirmə şöbəsi də düzəldilə bilər. Soyunma şöbəsində
təmiz skamyalar qoyulmalıdır. Zəhərli paltarlar rezinli parçadan olan kisələrə yığılmalıdır.
Sənədlər və qiymətli əşyalar xüsusi yerdə saxlanmalıdır.
Geyinmə
ş
öbəsində
skamyalar,
təmiz
paltar
qoyulan
yer
olmalıdır.
Yuyunma məntəqəsinə xidmət edən həyət zəhərli paltarları, ayaqqabları və mühafizə
paltarlarını zəhərsizləşdirmə şöbəsinə aparıb orada təmizləməli, sonra geyinmə şöbəsinə
gətirməlidirlər. Sanitariya təmizlənməsinə göndərilən şəxslər soyunma məntəqəsində tibbi
müayinədən keçməli gözlərin, ağız/burun selikli qişalarını 2%-li çay sodası məhlulu ilə
təmizləməlidirlər. Yuyunma məntəqəsində ardıcıllıqla əlləri, üzü, başı və bütün bədəni iki
dəfə sabunlayıb və isti su ilə yuyurlar. Yuyunma 10-15 dəq. davam etməlidir. Yuyunduqdan
sonra bədənin radioaktiv tozdan tam təmizlənməsini dozimetrik cihazla yoxlamaq lazımdır.
Ə
gər bədənə qalmış zəhərlənmə normadan artıq olarsa, yuyunma təkrar edilməlidir.
Lazım olduqda əhali sanitariya təmizlənməsini öz evlərində də təşkil edə bilərlər.
Ə
rzaq və sənaye mallarında mühafizəsi və zərərsizləşdirilməsi.
Zəhərlənmiş yeyinti məhsullari, yem və su insanların və heyvanların kütləvi
zəhərlənməyi üçün mənbə ola bilər,
Buna görə də göstərilənlərin kütləvi zəhərlənmə vasitələrindən mühafizəsinin təşkili-
müvafiq xidmət dəstələrininin, eləcə də kənd təsərrüfatı və yeyinti sənayesi müəsslərinin ən
mühüm vəzifəsidir. Ərzaq məhsullarının, suyun və yemin mühafizə edilməsi
zəhərləndikdən sonra onları zərərləşdirməkdən asandır.
Birinci dərəcəli mühafizə tədbirlərinə ərzaq və yem ehtiyatının seyrəldilməsi, onların
mümkün ola bilən radiasiya kimyəvi zəhərlənmə obyektlərindən uzaqda yerləşdirilməsi,
ə
rzaq saxlamaq üçün yararlı olan zirzəmiləridən istifadə edilməsi və sığnacaqların, mühit
(əsas) anbarların, soyuducuların, müxtəlif anbarların hazırlanması və avadanlıqla təchiz
edilməsi, yanğın təhlükəsizliyinin gözlənilməsi, ərzaq məhsulları saxlanan rayonlarda
radiasiya, kimyəvi və bakterioloji kəşfiyyat aparılması, müsahidə və labəratoriya nəzarəti
daxildir.
Mühafizə üçün müxtəlif talvarlardan, kip taralardan (yeşik, kisə) və anbar binalarından
istifadə edirlər. İş yerlərində (təhlükə zamanı), mağazalarda bir günlük təlabat miqdarında
ə
rzaq saxlayır, qalan ərzağ isə sığınacaqlarda yerləşdirilir. Anbarların kipləşdirilməsi ilə
ə
laqədar mühafizədə tədbirləri xüsusi əhəmiyyətə malikdir.
Anbarlarda saxlanan yeyinti məhsullarını əsasən radioaktiv toz ilə, duman buxar və
damcı-maye şəklində zəhərləyici (GTZ) maddələrlə, habelə bakterioloji aerozollarla
zəhərlənmədən qoruyurlar. Anbarların damları axmamalı, yan divarları kip olmalıdır.
Pəncərələrin çoxunu kərpiclə tikir, az hissəsini lövhə ilə kip bərkidirlər. Qapılarına
rezinləşdirilmiş parça, polietilen pərdə, yaxud digər qalın material çəkirlər.
Yeyinti məhsulları və yem qəfəsələrdə saxlanırlır. Qalaq şəklində yığılmış məhsulun üstü
brezentlə örtülür. Yeyinti məhsullarını və dənli yemi açıq yerlərdə saxladıqda üzərini
polientilen pərdə/yaxud 20-25sm. qalınlığında ot və ya saman qatı ilə örtürlər.
Ə
rzağı daşımaq üçün divarları və damları saz olan, pəcərə lyukları kip bağlanan xüsusi
nəqliyyatlardan avtorefrijitorlardan, sistemlərdən, izotermik vaqonlardan istifadə edirlər.
Ümumi təyinatlı avtomobil nəqliyyatından istifadə etdikdə yeyinti məhsullarını və yemi
konteynerlərə, yeşiklərə, qalın parçadan tikilmiş kisələrə doldurulmuş halda maşınlara
yığmaq məqsədəuyğundur. Bunlar olmadıqda isə ərzağın üstünü brezentlə diqqətlə örtüb,
kəndir ilə bağlamaq lazımdır.
Taranın da böyük əhəmiyyəti vardır. Kip metal və şüşə taralar yükü etibarlı mühafizə
edirş. Konsentratları, suxarını, peçenye, qənd, çayı ikiqat kağıza bükməklə radioaktiv
maddələrlə zəhərlənmədən tamamilə qorumaq olur. Bağlamaları polietilen və digər
pərdələrlə, sellofan kisə, rezinləşdirilmiş parça ilə sandıqda saxladıqda, yaxud bir neçə qat
kağıza bükdükdə onların mühafizə qabiliyyıtlərini yüksəltmək olar. Belə yolla yeyinti
məhsulları zəhərləyici maddələrdən, zəhərlənmədən yaxşı mühafizə etmək olar.
Yeyinti məhsulunu bükdükdən sonra saz taralara qabladıqda daha yaxşı mühafizədə
etmək oar. Ən etibarlı tara - qalın kartondan hazırlanmış kip qutular, turşuya qoyulmuş
tərəvəz, duzlanmış ət, balıq saxlanan taxta çəlləklər, habelə bitki yağları üçün olan dəmir
boçkalar hesab edilir. Taxılı,yarmanı, unu ikiqat parçadan,yaxud kağiz və qoruyucu pərdə
qatı ilə kambinəli şəkildə tikilmiş kisələrə qabladıqda mühafizə qabiliyyət yüksək olur.
Kisələri, yeşikləri və digər bağlamaları üst-ustə kip yığmaq lazımdır ki, aralarındakı
boşluqlardan qalaqların içərisinə radioaktiv və zəhərləyici maddələr daxil ola bilməsin,
yeyinti məhsullarının üstünü brezentlə örtdükdə, brezentlə məhsulun arasına qalınliğı 10
sm-rə qədər olan ağac tircəklər qoyuuar.
Xüsusi qaydada mühafizə edilməyən yeyinti məhsulları və yem radioaktiv dumanın
hərəkəti, elecə də zəhərləyici maddələr, bakterioloji aerozol buxarlarının yayılması
nəticəsində, habelə zəhərlənmiş həşarat və gəmiricilər vasitəsilə zəhərlənə bilər. Buna görə
də FH təhlükəsi yaranqıda yeyinti məhsullarını, taxılı, tərəvəzi və yemi əl altında olan
vasitələrlə örtür, yaxud talvarlar düzəldir, taxılı, tərəvəzi, yemi onların altına yığıb üstlərini
örtürlər.
Yeyinti məhsulları ehtiyatı saxlanan anbarlar aerozolları, radioaktiv və zəhərləyici
maddələri keçiirmirsə, orada saxlanan ərzaqın və yemin mühafizəsi tələb olunmur. Ot
tayasının səthinə xırda samanla gil qarişiğinda hazırlanmış məhlul çəkdikdə ot yaxşi
mühafizə olunur. Heyvanların tövlələrində saxlanılan ot tayalarını xüsusi diqqətlə
qoruyurlar.
Fərdi yeyinti məhsulları və su ehtiyatının mühafizə edilməsi.
Durğun sulu nohurların, göllərin və hovuzların zəhərlənməsi çox təhlükəlidir.
Ev şəraitində fərdi yeyinti məhsulları ehtiyatinı mühafizə etmək üçün qutulardan,
yeşiklərdən və digər kip bağlanan qablardan, eləcə də soyuduculardan, ev anbalarindan
istifadə edirlər.
Kərə yağını, marqarini, çörəyi, əti və baliği şüşə bankalarda, yaxud kip bağlanan
yeşiklərdə, sellofana, perqament, yaxud adi qalın kağiza bükülmüş halda saxlayırlar.
Maye metal, yaxud şüşə qablarda, bidonlarda, termoslarda, butulkalarda, qrafinlərdə
saxlanılır. Hər bir ailənin konservləşdirilmiş minimum mıhsul ehtiyati olması məsləhət
görülür.
Radioaktiv, kimyəvi və bioloji zəhərlənmədən sonra yeyinti məhsullarından, yemdən və
sudan
istifadə edilmə qaydaları.
RM, GTZM və BV yerləşən rayonda yeyinti məhsullarının, suyun və yemin
zəhərlənməsində şübhə doğurur. Əgər bunlar kip bağalanan qablarda saxlanmayıbsa və
zəhərlənmə əlamətləri görünürsə, belə məhsulları tədqiq edilmədən istifadə etmək olmaz.
Zəhərləndiyi şübhə edilən yeyinti məhsullarından və sudan zərərsizləşdirildikdən sonra
istifadə edilməsinə tibbi xidməti, yemin və çiy heyvanı məhsulların istifadə edilməsinə
baytarlıq xidməti icazə verir.
Yeyinti məhsullarının, yemin və suyun əsas zərərləşdirilməsi üsullari-dezaktivasiya,
deqazasiya və dezinfeksiyadır.
Yeyinti məhsullarını və yemi dezaktivasiya etməzdən əvvəl onların radioaktiv
maddələrlə zəhərlənmə dərəcəsini müəyyənləşdirirlər. Əgər zəhərlənmə yolverilən
normadan artıqdırsa, onda yeyinti məhsulunu və yemi dezaktivasiya, yaxud öz-özünə
dezaktivasiya edirlər. Zəhərlənmə yolverilən normadan aşağı olduqda isə onları dəqiq
dozimetrik yoxlamadan keçirdikdən sonra istifadə etmək olar.
Birinci növbədə daha qiymətli, elecə də asanlıqla dezaktivasiya edilən məhsulları
dezaktivasiyadan kecirirler, iri bazalarda ve anbarlarda yerləşən zəhərlənmiş, gec xarab olan
məhsul ehtiyatını öz - özunə dezaktivasiya olunmaq ucun saxlayırlar. Dezaktivasiya
etdikdə adətən əvvəlcə taranı sonra ise məhsulu təmizləyirlər. Yeyinti məhsulunu
zəhərlənmiş taradan (kisədən, sandıqdan, yesikdən, çəlləkdən) götürüb, təmizinə də qoymaq
olar. İçərisində yarma, qənd və digər səpələnən məhsullar olan zəhərlənmiş taranı (kisəni)
radioaktiv toz əmələ gəlməsinin qarşısının almaq üçün əvvəlcə su ilə isladırlar. Un ilə dolu
kisələri əvvəlcə su ilə yuyub, qurutduqdan sonra unu təmiz kisələrə boşaldırlar.
Zəhərlənmiş undan yoğrulmuş xəmirin üst qatını məhv edirlər. Maye məhsulları 3-5 gün
ə
rzində çökdürüb, sonra çökdürürlmüş hissəni sifon vasitəsilə təmiz qaba axıdırlar.
Zəhərlənmiş ət məhsullarını (mal,qoyun və donuz ətini) bişirdikdə 1-ci 20-25 dəqiqədə
radioaktivliyin təxminən 50%-i ətin suyuna keçir .Sonraki qaynama praktik olaraq effekt
vermir.
Südü emal etdikdə radioaktiv izotop emal məhsuluna qeyri-bərabər keçir. Südün daha
tam təmizlənməsi üçün süd zavodlarından quraşdırılan xüsusi iondəyişən süzgəclərdən
istifadə edirlər.
Zəhərlənmiş ərazidə yetişdirilmiş kartofu təmizlədikdə onun radioaktivliyi iki dəfə azalir.
Şə
kər çugundurunu emal etdikdə radioaktiv maddələrin əsas hissəni çuğundur puçalarının
içərisində qalır. Qənd isə praktiki olaraq həmin maddələrdən azad olur.
Miqdarınndan, sığınacaqların növündən, zəhərlənmə xarakteri və dərəcəsindən asılı
olaraq yemi də dezaktivasiya edir, yaxud öz-özünə dezaktivasiya olunmaq üçün saxlayırlar.
Aşağıdakı dezaktivasiya üsulları mövcuddur. (bunların hamısı zəhərlənmiş yemin
zəhərlənməmiş yemdən ayrilmasına əsaslanır):
a) 10-15sm qalınlığında xarici qatın götürülməsi. bu qatı zəhərlənmə dərəcəsindən və
miqdarından asılı olaraq təbii dezaktivasiya üçün saxlayir, yaxud çuxur yerdə yandıraraq
üzərinə torpaq tökürlər;
b) zəhərlənmiş taranın təmiz tara ilə əvəz edilməsi. Bu zaman zəhərlənmiş kisənin səthini
isladır, dənin zəhərlənməmiş hissəsini təmiz kisəyə boşaldir, çirkli kisəni və bunun səthinə
yaxın dən qatını yandırırlar. Dezaktivasiya olunmuş yemi dozimetrik və radiometrik
yoxlamadan keçirirlər.
Preslənmiş ot tayasından üst və xarici zəhərlənmiş qatını götürürlər. Bir çox hallarda
(xüsusilə daldalandırılmiş) böyük həcmli və dənli yem ehtiyatı radioaktiv toz ilə çox dərin
zəhərlənə bilməz. Bəzən yemin üst qatını götürüb, qalan hissənin zəhərlənmədiyini, yaxud
yolverilən normda zəhərləndiyini müəyyənləşdirdikdən sonra təyinatına görə işlətmək olar
.Başqa halda isə yemi uzun müddət, təbii yol ilə zəhərlənmə səviyyəsi aşağı düşənə qədər
saxlayırlar. Bir müddətdən sonra saxlanmış yemi təkrar radiometrik yoxlamadan keçirib
işlətmək olar.
Suyu müxtəlif üsullarla dezaktivasiya edirlər: çökdürməklə, süzməklə və distillə etməklə.
Təbii ionitləri - gili, permutiti, qara torpağı - su ilə dolu qaba tökür və yaxşıca qarışdıraraq
çökməsini gözləyirlər. Çökdükdən sonra üst təmiz su qatı 50-70% və daha artıq stronsium -
90 digər radioktiv izotoplardan təmizlənmiş olur.
Zavod şəraitində hazirlandıqda süddəki radionuklidlərin müxtəlif süd məhlullarına payı
(süddəki radionukledlərin tərkibinə görə, % ilə).
Müxtəlif tutumlu bir neçə tip süzgəc mövcuddur. Xüsusilə gövdəsində mayenin axması
üçün ayrıca olan tutumdan geniş istifadə edilir. Onun içərisinə posa, koks və antrasiti qat-
qat tökürlər (qum, yerli, seolitlər yaxud ağac kömürü də tökmək olar). Su yuxarıdan süzgəc
vasitəsilə bu tutuma axaraq 85-90% radioaktiv maddələrdən təmizlənir və aşağı ayrıcıdan
süzülür.
Suyun çökdürülməsini süzülmə ilə eyni zamanda aparmaq yaxşi nəticə verir. Suyun
distillə edilməsi ən yaxşı təmizləmə üsulludur- ancaq bu proses çox yavaş gedir.
Suyu dezaktivasiya etdikden sonra dozimetrik yoxlamadan keçirirlər .
Ş
axta quyularını dezaktivasiya etdikde əvvəlçə qrunt qatını 5 sm dərinlikdə və 15-20m
radiusda kəsir, sonra içərisindəki suyu çəkib boşaldır və dibindəki lili yaxud qumu
təmizləyirlər. Eyni zamanda kəsilmiş hissənin xariçi və daxili tərəflərini də dezaktivasiya
edirlər
Nohurlardakı zəhərlənmiş suyu təmizləmək üçün sahildən 3-5 m aralı xüsusi xəndəklər
qazırlar. Əgər sahil su keçirəndirsə onda əlavə süzücü qurğu düzəltməyə ehtiyac qalmır.
Qrunt su keçirməyən olduqda süzücü lağım, yaxud boru düzəldilir, divarlarını quyunun
divarları kimi (dəmir-beton borular, daş,yaxud ağac kəsmələr) edirlər. Lağıma (sugötürən
yerinə) çınqıl, qum, quyunun dibinə və süzücü borunun quyuya girəcəyinə iri çınqıl
tökürlər. Süzücü lağımın orta hissəsində nəzarət quyusu düzəldirlər. Bundan süzücü qatı
dəyişdirib yenisi ilə doldurmaq üçün istifadə edirlər. Lazım gəldikdə buraya xüsusi əlavə
süzgəc qoymaq olar.
Su qülləsini belə kipləşdirirlər:
bankaların ağzını qapaqlarla bağlayır, ventilyasiya
borularına süzgəclər - pambıq ,tənzif, arasına kəpitkə, mamır, yun və s. doldurulmuş təlis
qoyurlar. Supaylaşdıran kolonkanı üzərinə tol, yaxud dəmir çəkilmiş qapaqlarla bağlayırlar.
Açıq nohurlardan naxır bulağı kimi istifadə etmək vacib olduqda nohuru elə düzəldirlər
ki, dibinə çökmüş radioaktiv tozun bulandırılmasına yol verılməsin. Bundan sonra
zərərsizləşdirilməsinin keyfiyyətini müəyyən etmək üçün dozimetrik yoxlama aparırlar.
Yeyinti məhlulunun və yemin deqazasiyası mürəkkəb prosesdir. Bəzi zəhərləyici
maddələrdə zəhərlənmiş ərzaq məhsulları zərərsizləşdirilməyib məhv edilir.
Məsələn, zoman və ipritlə zəhərlənmiş bitki yağlarının, süd məhsullarının (süd, xama,
kəsmik, kərə yağı və s.), tərəvəzin, çörəyin və s. içərisində bu zəhərləyici maddələrin
damcıları tamamilə,yaxud qismən həll olur və bütün məhsul kütləsini zəhərləyir.
İ
prit buxarının təsirinə məruz qalmış ərzağı bişirməklə, yaxud uzun müddət küləyə
verməklə deqazasiya aparırlar. Bərk konsistensiyalı yeyinti məhsullarının ancaq üst qatı
damcı-maye şəklində ipritlə zəhərlənir. Odur ki, belə məhsullardan zəhərlənmiş üst qatı
götürülür və məhv edilir. Taxıl, yarma, un damci-maye şəklində ipritlə zəhərlənikdə
zəhərlənmiş qatı götürlər, yenə də zəhərlənmə qaldıqda taxılı və yarmanı əvvəlcə isti
yuyucu məhlullarla sonra təmiz su ilə yuyub qurutmaqla təmizləyirlər.
Damcı-maye şəklində zəhərləyici maddələrlə zəhərlənmiş yemi deqazasiya etmək üçün
dənin,yemin zəhərlənmiş üst qatını 10-15 sm qalınlığında, otun, samanın üst qatını isə 20-
25 sm qalınğında götürürürlər. Yemin qalan hissəsini küləyə verirlər. Öz-özünə
deqzasiyanın sürətini artırmaq üçün temperaturu və rütubəti yüksəldir, habelə küləyin
sürətini artırırlar. İlin isti vaxtlarında çox böyük həcmli və dənli yemin öz-özünə
deqazasiyası - zarinlə zəhərlənmədə 2-4 gündən, üç xlor 3-etilaminlə zəhərlənmədə 15-40
gündən, zomanla zəhərlənmədə 20-45 gündən sonra başa gəlir.
Örtülü tikililərdə saxlanan yem dayanıqsız zəhərləyici maddələrdə, yaxud dayanıqlı
zəhərləyici maddələrin buxarları ilə zəhərləndikdə qapıları, pəncərələri, ventilyasiya
qurğularını açır, yaxud yemi açıq havaya çıxardıb küləyə verirlər.
Zəhərlənmiş su quyularından suyu boşaldır, dibinə xlorlu əhəng tökür, divarlarına xlorlu
ə
həng horrası çəkir, sonra dibindən 10 sm qalinlığında torpaq qatını çıxarırlar.
Quyu su ilə dolan kimi onu yenidən nasosla başaldırlar. Bundan sonra quyunu su ilə
doldurduqda suyun zərərsizliyini yoxlayırlar.
Su quyularını təmizləmək üçün 0.5 litr suya ən azı 5% aktiv xlor hesabından, sporlu
formalarla zəhərlənmə zamanı isə 1 m
3
suya 4 litr hesabindan xlorlu əhəng məhlullu
tökürlər, sonra suyu diqqətlə qarışdırır, 10-12 saat saxladiqda sonar çəkib boşaldırlar.
Bundan sonra, suyu yoxlayaraq işlədilməsinə icazə verirlər.
Suyun ən sadə zərərsizləşdirilməsi üsulu-qaynatmalıdır. Mikrobların sporlu formaları ilə
zəhərlənmə zamanı suyu ən azı iki saat qaynadırlar: toksinlər və vegetativ formalı
bakteriyalar 30 deq. ərzində məhb olu. Az miqdarda suyu tez zərərsizləşdirmək üçün parça-
kömür, asbest, yaxud
Dostları ilə paylaş: |