Alınmış tapşırığın aydınlaşdırılması.
Bu o deməkdir ki, mülki müdafiə rəhbəri yuxarı rəisdən iş tapşırığı (göstəriş)
alarkən, bu konkret məsələləri özü üçün tam aydınlaşdırılmalıdır:
- qarşıda duran işlərin məqsədi və yuxarı rəisin niyyəti;
- bu işlərin icrasında özünün tabeliyindəki qüvvələrin yeri və rolu;
- icra edilməli işlərin həcmi.
Tapşırığı aydınlaşdırıb, mülki müdafiə rəisi dəstələri fəaliyyətə hazırlamaq
məqsədilə dərhal görülməli tədbirləri müəyyənləşdirməli, tabelikdəkilərə bu
barədə ilkin sərəncam verməli və qərar qəbul etmək üçün lazımi məlumatları
cəmləşdirməyi mülki müdafiə qərargahına və xidmət rəislərinə (mütəxəssislərə)
tapşırmalıdır.
Vəziyyətin təhlil edilməsi və qiymətləndirilməsi.
Yaranmış vəziyyəti qiymətləndirərkən (fövqəladə hadisələr dövründə isə
vəziyyəti proqnoz edərkən) mülki müdafiə rəhbəri bu məsələləri araşdırıb dəqiq
öyrənməlidir:
- Tapşırılmış işləri hansı şəraitdə yerinə yetirmək lazım gələcəkdir (radiasiya
və kimyavi şərait, hava şəraiti), bu şərait işlərin gedişatına necə təsir göstərə
bilər?
- Tabeliyindəki qüvvələrin imkanları (heyəti, miqdarı, təchizatı, iş qabiliyyəti)
necədir?
- Hansı qüvvələrlə qarşılıqlı fəaliyyətdə olacaqdır və onların imkanları nədən
ibarətdir?
Bu məsələləri aydınlaşdırmaqdan ötrü mülki müdafiə rəhbəri lazımi hallarda
mülki müdafiə qərargahı və xidmətləri rəislərinin (baş mütəxəssislərin)
mə’lumatlarını dinləyə bilər.
Beləliklə, mülki müdafiə rəhbəri alınan tapşırığı aydınlaşdırmaq və vəziyyəti
qiymətləndirməklə sanki, qarşıda duran vəzifələri öz imkanlarını müqayisə edir
və çıxardığı nəticə əsasında müəyyən bir qərara gəlir.
Qərar qəbul edilməsi MM rəhbəri tapşırığın icrasını təşkil etmək üçün
qərar vərəkən (qərar qəbul edərkən) aşağıdakıları müəyyənləşdirir:
- tabeliyindəki qüvvələrin fəaliyyətinin əsas mahiyyətini (görüləcək işlərin
həcmi və icrasının ardıcıllığı, işə hansı qüvvə və vasitələr cəlb olunacaq, hansı
məsələyə xüsusən diqqət yetirilməlidir);
- hər bir dəstənin, bölmənin konkret vəzifələri və onun icra müddətləri;
- digər qüvvələrlə qarşılıqlı fəaliyyət qaydası;
- işlərin təchizatı və təminatı üzrə görülməli tədbirlər;
- iş prosesində idarəetmə necə təşkil ediləcək.
Bütün bunlar mülki müdafiə rəhbərinin idarəetmə üzrə zehin işindən ibarətdir.
Bir daha qeyd etmək lazımdır ki, qərar qəbul etmək idarəetmə prosesinin ən
çətin və çox məsuliyyətli mərhələsidir. Obyekt rəhbərinin sahə üzrə bilikləri,
təşkilatçılığ bacarığı, iş təcrübəsi və təzahürünü məhz bu mərhələdə tapır.
İ
darəetmə həmçinin irəlini görmək məharətidir. Mülki müdafiə rəhbəri icra
üçün qərar qəbul edərkən, icranın nəticələrini də əvvəlcədən görməyi, yaranacaq
şə
raiti proqnozlaşdırmasını bacarmalıdır: çalışmalıdır ki, onun qəbul etdiyi qərar
tabelikdəki işçilərin fəaliyyətini tamamilə məhdudlaşdırmasına və yerlərdə
təşəbbüs göstərilməsinə imkan qalsın. Təcrübə göstərir ki, idarəetmənin aşağı
pillələrində qəbul edilən qərarlar daha dəqiq olur və vaxtında yerinə yetirilir.
Həmin cəhətləri bacarıq dairəsində nəzərə almaqla qərar qəbul edəndən sonra
rəhbər icraçıları əməli işə cəlb etmək üçün öz qərarını onlara sərəncam (əmr)
formasında elan edir.
Tabelikdəkilərə iş tapşırığının verilməsi.
Vəziyyətdən asılı olaraq, tabelikdəkilərə iş tapşırığı əmr və ya sərəncam
formasında yazılı, yaxud, şifahi olaraq, şəxsən ya da qərargah vasitəsilə
çatdırılır. Mülki müdafiə rəhbərinin verdiyi bütün şifahi əmr, sərəncam yaxud
göstərişlər mülki müdafiə qərargahında yazılı surətdə rəsmiləşdirilib qeydə
alınır.
Ə
mr və ya sərəncamların mümkün qədər aydın, konkret və qısa olması
məsləhət görülür. Bu məqsədlə həmin sənədlərin prinsipcə, vahid forması
müəyyən edilmişdir.
Qısa və aydın olsun deyə, əmr müəyyən edilmiş ardıcıllıqla yazılır, onun hər
bir bəndində konkret göstərişlər verilir.
Ə
mri mülki müdafiə rəhbəri imzalayır (tədris məqsədilə tərtib olunan belə
sənədin variantını yaxud onun forması göstərilən plakatı dinləyicilərə nümayiş
etdirməк olar).
Məsələn, fövqəladə hadisələr dövründə təbii fəlakət və istehsalat qəzalarının
nəticələri aradan qaldırılarkən xilasetmə işlərinin təşkili üçün verilən əmrdə
bəndlərin ardıcıllığı və onların məzmunu belə ola bilər - sənədin adı, sayı,
verildiyi yer, tarixi (gün və saat) yazılandan sonra:
1-ci bənddə – baş vermiş təbii fəlakətin (istehsalat qəzasının) növü, yeri,
miqyası və nəticələri.
2-ci bənddə – fəlakətin nəticələrini aradan qaldırmaq və işçilərə yardım
göstərmək üçün cəlb olunan qüvvələrin tərkibi və sayı. Xilasetmə işlərinin
başlanması müddəti.
3-cü bənddə – «Əmr edirəm» ifadəsindən sonra, mülki müdafiə qərargahına,
hər bir mülki müdafiə xidmətinə, qüvvəsinə tapşırıq verilir və icra müddətləri
göstərilir.
4-cü bənddə – işlər aparılan dövrdə MM rəhbərlərinin harada yerləşəcəyi (İM-
in yeri) və icra barədə məlumat təqdim etmək qaydası.
5-ci bənddə – icra dövründə mülki müdafiə rəhbərinin müavinləri kimlər təyin
edildiyi göstərilir və əmr imzalanır.
Ə
mr icraçılara çatdırılandan sonra mülki müdafiə rəhbərinin və qərargahının
ə
n vacib vəzifələri – tabelikdəkilərin işlərini hərtərəfli təmin və təchiz etmək,
müxtəlif dəstələrin qarşılıqlı fəaliyyətini təşkil etmək, eləcə də tapşırıqların
vaxtında yerinə yetirilməsinə nəzarət etməkdir.
Texnikanı yanacaqla, şəxsi heyəti su və isti yeməklə, dəstələri rabitə,
mühafizə vasitəsilə və alətlərlə, işlərin aparılmasına cürbəcür lazımi
materiallarla və s. təmin etmək bilavasitə mülki müdafiə xidmətlərinin
(mütəxəssislərin) məsuliyyət daşıdığı sahələrdir.
Qarşılıqlı fəaliyyət dedikdə, müxtəlif təyinatlı dəstələrin eyni yerdə və eyni
vaxtda birgə işləyərək eyni məqsədə nail olmaq üçün bir-birinə yardım
göstərməsi nəzərdə tutulur.
Bu hər bir qüvvənin fəaliyyətinin daha da səmərəli etmək üçündür. Qarşılıqlı
fəaliyyət adətən, ən əsas vəzifəni (məsələn, adamların xilas edilməsi işlərini)
yerinə yetirən bölmələrin dəstəklənməsinə yönəldilir. Qarşılıqlı fəaliyyəti mülki
müdafiə rəhbəri təşkil etməli və bunun üçün qüvvələrin fəaliyyəti qaydaların,
onlar arasında rabitə, məlumat mübadiləsi üsullarını, ümumi siqnalları və s.
bütün qüvvə komandirlərinə izah etməlidir.
İ
craya nəzarət zamanı ilk növbədə elə tədbirlərin həyata keçirilməsinə diqqət
yetirmək lazımdır ki, bütün tapşırığın yerinə yetirilməsi daha çox onlardan
asılıdır.
Nəzarət, həmçinin qabaqlama xarakteri daşımalıdır ki, sərəncam və
göstərişlərin başdansovda, yanlış icrasının qarşısı vaxtında alınsın, eləcə də,
icraçılara kömək göstərilsin.
Mülki müdafiə rəhbəri icraya şəxsən və özünün mülki müdafiə qərargahı
vasitəsilə nəzarət edir. Bütün hallarda və ən öncə mülki müdafiə qərargahının
borcu – tabelikdəki şəxslərin sərəncam, göstəriş və siqnalların vaxtında aldığına,
düzgün başa düşdüklərinə- tədbirlərin vaxtında və tam həcmdə yerinə
yetirilməsinə icraçıların qərar və fəaliyyətinin verilən tapşırıqlara uyğun
gəlməsinə nəzarət etməkdir.
Mülki Müdafiə sistemində rabitənin və xəbərdarlığın təşkili. Mülki müdafiə
rabitə və xəbərdarlıq sisteminin vəzifələri və təşkili prinsipləri.
Mühafizə tədbirləri həyata keçirilərkən Mülki müdafiə qüvvələrinə rəhbərlik
üçün mülki müdafiə idarəetmə sistemi yaradılır. Bu sistemin məqsədi hər cür
şə
raitdə tabelikdəki qüvvə və vasitələrin fəaliyyətə hazırlanmasına və əməli
işlərinə daimi rəhbərliyi və nəzarəti təmin etməkdir.
Rabitə - idarəetmə sisteminin tərkib hissəsidir və onun əsas vasitələrindən
biridir.
Rabitə olmadan fasiləsiz və çevik idarəetmə mümkün deyil. Xüsusən
fövqəladə hadisələr yaranan dövrdə, çox böyük əhəmiyyət kəsb edir. Buna görə
də mülki müdafiəuin bütün vasilələrində, obyektlərdə, rayon və şəhərlərdə,
respublikada onların rəhbərlərinin qərarları ilə müvafiq rabitə və xəbərdarlıq
sistemləri təşkil edilir.
Mülki müdafiənin rabitə sistemi mövcüd olan bütün rabitə qüvvələri və
vasitələrinin, o cümlədən də obyekt daxili rabitə şəbəkəsinin vahid təşkilati-
texniki birliyinə deyilir.
Belə sistem ümumdövlət və sahə rabitə xətlərindən, radio, radio-rele və
məftilli rabitə qovşaqlarından və stansiyalarından eləcə də mülki müdafiə
qərargahlarının tabelli texniki rabitə avadanlığından, səyyar və siqnal
vasitələrindən istifadə edilməklə yaradılır.
Bütün səviyyələrdən olan rabitə sisteminin əsas vəzifələri
- tabelikdəkilərin
fasiləsiz idarə edilməsini, qarşılıqlı fəaliyyətin təşkil olunması və saxlanmasını
həmçinin sərəncəmların, siqnalların məlumatların vaxtında verilməsi və qəbul
olunmasını təmin etməkdən ibarətdir.
Rabitə - yuxarı təşkilatın rəhbəri, tabelikdəki qüvvələr və qoşunlar, həmçinin
qarşılıqlı fəaliyyət göstərən orqan və qüvvələr arasında təşkil edilir.
Rabitə sistemi işə daim hazır vəziyyətdə saxlanmalı, informasiyanın etibarlı
surətdə fasiləsiz, dəqiq və tez çatdırılmasına imkan verməlidir.
Buna nail olmaq üçün idarəetmə məntəqələrində rabitə qovşaqlarını
ə
vvəlcədən yaratmaq, bütün rabitə vasitələrindən kompleks halında istifadə
etmək, eləcə də rabitə vasitələrinin ehtiyatlarını yaratmaq lazımdır. Fövqəladə
hallarda rabitə sisteminin sabitliyini artıran tədbirlərin həyata keçirilməsi,
qərargah və xidmət işçilərinə texniki rabitə vasitələrini dəqiq işlətmək, onlara
vaxtında və düzgün xidmət göstərmək qaydalarının öyrədilməsi, şəxsi heyətin
və avadanlığın etibarlı müdafiəsinin təmin olunması da bu sahədəki əsas
tədbirlərdəndir.
Rabitənin təşkili üçün radio-telefon (məftilli rabitə), səyyar və siqnalla rabitə
vasitələrindən istifadə olunur. Bunlara rabitənin növləri deyirlər.
Radio və telefon növü ən mürəkkəb şəraitdə belə istənilən məsafədəki bir çox
orqanlarla eyni zamanda və dərhal rabitə yaradıb əlaqə saxlamağa imkan verir.
Məftilli rabitə vasilərindən isə fövqəladə hadisələr dövründə Mülki müdafiənin
bütün strukturlarında geniş istifadə olunur.
Səyyar rabitə vasitələri xüsusən xilasetmə işləri aparılan vaxt cürbəcür
operativ sənədləri, şifahi sərəncamları, məlumat və xəbərləri icraçılara, eləcə də
yuxarı qərargahlara çatdırmaq üçündür. Səyyar rabitə vasitəsi kimi
təyyarələrdən,
helikopterlərdən,
avtomobillərdən
və
digər
nəqliyyat
vasitələrindən, bir sıra hallarda isə hətta piyadalardan da istifadə edilə bilər.
Siqnalla rabitə vasitələrindən
- əhalini xəbərdar etmək, habelə göstəriş və
siqnalları təkrar vermək məqsədilə istifadə olunur. Siqnal vasitələri elektrik və
ə
l sirenalarından, siqnal raketlərindən, yeni işıq və səs siqnalı verən vasitələrdən
ibarətdir.
Mülki müdafiəin xəbərdarlıq sistemi də rabitə vasitələri əsasında təşkil
olunmuşdur.
Xəbərdarlıq sistemi dedikdə, mülki müdafiə orqanlarına əhaliyə siqnal və
göstərişləri çatdıran üsul və vasitələrin vahid sistemi nəzərdə tutulur.
Bu
sistemə
mərkəzləşdirilmiş
xəbərdarlıq
aparatları,
radio-yayım
(translyasiya) şəbəkəsi və sirenalar daxildir.
Sistemin əsas vəzifəsi
mülki müdafiəin rəhbər heyətinə, qərargahlar və
xidmətlərə idarəetmə orqanlarını, mülki müdafiə qüvvələrini, obyektləri
müxtəlif hazırlıq səviyyələrinə keçirmək haqqında sərəncamları vermək, eləcə
də bütün əhaliyə düşmən hücumu təhlükəsi, yaxud havadan basqın, zəhərlənmə,
təbii fəlakət və qəzalar barədə siqnalları, xəbər və məlumatları qısa müddətdə
çatdırmaqdır.
Xəbərdarlıq müvafiq mülki müdafiə rəhbərinin, yaxud yuxarı qərargahın
göstərişlərinə əsasən təşkil edilir. Xəbərdarlıq siqnalları bütün rabitə və yayım
vasitələri ilə növbədənkənar verilir və yerli mülki müdafiə qərargahları
tərəfindən təkrar etdirilir.
Rabitənin və xəbərdarlığın təşkilində MM qərarğahlarının rolu.
Qərarğah bütün mühafizə işlərinin təşkilatçısı, mülki müdafiənin əsas
idarəetmə orqanıdır. Etibarlı rabitə sisteminin yaradılmasına və xəbərdarlığın
vaxtında təşkil edilməsinə məhz qərarğah cavabdehdir. Bu, onun ən vacib
vəzifələri sırasına daxildir.
Qərarğah rabitəni və xəbərdarlığı mülki müdafiə rəhbərinin qərarı və yuxarı
qərarğahın rabitə haqqında sərəncamı əsasında təşkil edir. Rabitənin təşkilinə
ümumi rəhbərlik şəxsən mülki müdafiə qərarğahının rəisinə həvalə olunur.
O özünün tabeliyindəki rabitə qüvvələri və vasitələrinin vəziyyətini və
imkanlarını
bilməyə,
rabitənin
təşkili
üzrə
vəzifələri
vaxtında
müəyyənləşdirməyə və tabelikdə qərarğahlara, qüvvələrə rabitənin yaradılması
barədə sərəncam verməyə borcludur.
Rabitəni və xəbərdarlığı bilavasitə təşkil etmək və həyata keçirməkdən ötrü
şə
hərlərdə (rayonlarda, obyektlərdə) sülh dövründə mövcud olan müvafiq qüvvə
və vasitələrdən istifadə etməklə rabitə xidməti və hərbiləşdirilməmiş rabitə
dəstələri yaradılır. Xidmətin rəisi vəzifəsinə xidmət yaradılan müəssisənin,
bölmənin (rabitə qovşağı, telefon stansiyası) rəhbəri təyin olunur. Belə xidmət
yaratmaq üçün baza (rabitə qovşağı, telefon stansiyası) olmayan obyektlərdə
rabitə və xəbərdarlığın təşkil vəzifəsi mülki müdafiə qərargahı rəisinin
köməkçilərindən birinə həvalə edilə bilər. Xidmətin rəisi rabitə və xəbərdarlıq
üzrə tədbirlərin planlaşdırılması, vaxtında həyata keçirilməsi, qüvvə və
vasitələrin daim hazır vəziyyətdə saxlanması, avadanlığın təmir olunması üçün
cavabdehdir.
Rayonda, obyektdə rabitənin və xəbərdarlığın təşkili.
Şə
hərin (rayonun) ərazisində vahid mülki müdafiə rabitə sistemi
yaradılmalıdır. Buna bütün mövcüd qüvvə və vasitələri, o cümlədən də dolayı
rabitə xətlərini bir mərkəzdə (mülki müdafiə rabitə xidmətlərində) cəmləşdirmək
onlara rəhbərliyi mərkəzləşdirilmiş halda planlaşdırmaq və rabitənin bütün
növlərindən kompleks halında istifadə etməklə nail olmaq mümkündür.
Şə
hərin (rayonun) rabitə xidməti imkan verməlidir ki, mülki müdafiə
rəhbərləri öz idarəetmə məntəqələrindən tabelikdəki təşkilatların və mülki
müdafiə xidmətlərinin başçıları ilə yuxarı və qarşılıqlı fəaliyyət gösrən mülki
müdafiə qərargahları ilə, eləcə də ərazi mülki müdafiə dəstələrinin komandirləri,
kəşfiyyat orqanları, əhalini köçürmə (qəbuletmə), nəqliyyata mindirmə
(düşürmə) məntəqələri ilə etibarlı əlaqə saxlaya bilsin, həmçinin, hər cür
təhlükəli hallar barədə vəzifəli şəxsləri və bütün əhalini vaxtında xəbərdar etmək
mümkün olsun.
Obyektlərdə də rabitənin rolu və əsas vəzifələri mahiyyətcə şəhərdə (rayonda)
olduğu kimidir. Burada rabitə sistemi konkret olaraq müəssisənin rabitə
qovşağını (rabitə vasitələrini) və mülki müdafiə dəstələrinin rabitə vasitələrini
özündə cəmləşdirir. İri müəssisələrin rabitə qovşaqlarında adətən, istehsalat
avtomat-telefon stansiyası (İATS), radioyayım qovşağı, texnoloci rabitə xətləri
(sexlərlə, şöbələrlə dispetçer rabitəsi) olur.
Obyektlərin idarəetmə məntəqələrindəki rabitə qovşağında isə kommutator
(telefon
stansiyası),
radiorabitə
vasitələri
(əsasən
ultraqısadalğa
radiostansiyaları), siqnal vasitələri, vacib obyektlərdə isə həmçinin son bloku
xəbərdarlıq aparaturu olmalıdır.
Mülki müdafiə qüvvələrinin rabitə vasitələri-müxtəlif tipli telefon
aparatlarından, telefon kabelindən, ultraqısadalğa radiostansiyalarından və tabel
üzrə verilən digər avadanlıqdan ibarətdir.
Obyektlərdə də rabitənin adları çəkilən bütün dörd növündən aşağıdakı
qaydada istifadə olunur:
- məftilli rabiətə – rayonun (şəhərin) nazirliyin (yuxarı idarənin) rəhbərliyi ilə:
- obyektin sığınacaqları, müşahidə postu, öz iş yerlərindəki sex və şöbə
rəisləri və obyektin mülki müdafiə xidmətləri ilə əlaqə saxlamaq mümkündür.
- radiorabitə - obyektdə, adətən mülki müdafiə rəhbərinin radioşəbəkəsi təşkil
edilir, buraya dəstə komandirlərinin radiostansiyaları qoşulur.
Obyekt mülki müdafiə rəhbərlərinin radiostansiyası isə şəhər (rayon)
rəhbərinin radioşəbəkəsinə daxil edilir. Radiorabitədən xüsusən yürüş zamanı və
zədələnmə ocaqlarında xilasetmə işləri aparılarkən istifadə olunur.
- səyyar rabitədən - texniki rabitə avadanlıqları olan əsas istiqamətlərdə əlavə
vasitələr kimi, belə avadanlıq olmayan hallarda – əsas rabitə növü kimi istifadə
edilir.
- siqnalla rabitə vasitələri - sirenalar, siqnal raketləri və bayraqcıqları həm
xəbərdarlıq üsün, həm də mülki müdafiənin sərəncam və komandalarını
çatdırmaqdan ötrü yardımçı vasitələr kimi işlədilir.
Rabitə xidmətini icra etmək üçün obyektlərdə, eləcə də mülki müdafiə
qüvvələrində rabitə qrupları və manqaları yaradılır. Bunlardan təşkilati
strukturu, şəxsi heyətinin sayı və avadanlıqla təchizat normaları yuxarı mülki
müdafiə rəhbərləri tərəfindən müəyyən edilir. Obyektin rabitə sistemi mülki
müdafiəin bütün fəaliyyət mərhələlərində - yəni müəssisənin daimi yerləşdiyi
yerdə və xilasetmə işləri aparılan sahələrdə obyekt rəhbərini etibarlı rabitə ilə
təmin etməlidir.
Müəssisənin daimi yerində mülki müdafiə hazırlıq səviyyələrinə keçirilərkən
rabitə burada əvvəlcədən hazırlanm
ış idarəetmə məntəqəsindən təşkil edilir.
Məntəqədə aşağıdakı rəbitə vasitələri olmalıdır:
- obyektin xəbərdarlıq vasitələrini idarə edən aparatlar;
- nazirliyin (şirkətin) eləcə də rayonun (şəhərin) mülki müdafiə qərargahı
digər təşkilatları ilə telefon rabitəsi;
- müəssisənin sığınacaqları, «Hava həyacanı» siqnalı üzrə işini
dayandırmayan sexləri, eləcə də mülki müdafiə qüvvələri, o cümlədən də
müşahidə postu ilə bilavasitə, yaxud, obyektdəki ATS vasitəsilə telefon rabitəsi;
- rayonun köçürmə (qəbuletmə), toplanış, nəqliyyata mindirmə (düşürmə)
məntəqələri ilə
şə
hərin ATS-i vasitəsilə telefon rabitəsi;
- obyektin şəhərdənkənar zonadakı operativ qrupu ilə sifariş sistemi
qaydasında telefon rabitəsi;
- yerli mülki müdafiə qərargahı və fəaliyyətdə olan kəşfiyyat bölmələri ilə
radio rabitəsi. Digər hallarda da rabitənin müxtəlif növlərindən kompleks
surətdə istifadə edilir.
MM sistemində siqnalların və xəbərlərin verilməsi qaydası belədir:
- xəbərdarlıq siqnallarının həm respublika Mülki müdafiə idarəsi tərəfindən
verilib, regional şöbələrə, şəhərlərə və rayon mərkəzlərinə çatdırılması
mümkündür, həm də siqnal, məlumat və xəbərlər şəhər, rayon və obyekt mülki
müdafiə qərargahlarının özləri tərəfindən verilə bilər.
Birinci halda - respublika Mülki müdafiə idarəsindən, yaxud onun regional
ş
öbələrindən, rayon mərkəzlərinə çatdırılan siqnallar yerli qərargah tərəfindən
təkrar olunmalı, ərazidəki bütün obyektlər və əhali xəbərdar edilməlidir.
Rəhbər-heyət iş və mənzillərdəki telefon vasitasilə xəbərdar edilir. Əhaliyə
siqnal, xəbər və məlumatlar iş və yaşayış yerlərindən müvafiq mülki müdafiə
rəhbərləri tərəfindən, eləcə də yerli radioyayım şəbəkəsi ilə çatdırılır. İstehsal,
sosial və digər təşkilatların rəhbərlərinə rayonun, bir sıra hallarda isə paralel
nazirliyin mülki müdafiə qərargahları xəbər verirlər. Obyektlərdə isə öz
növbəsində əvvəlcədən avadanlıqla təchiz edilmiş xəbərdarlıq sistemi yaradalır,
eləcə də rabitə və xəbərdarlıq sxemi tərtib edilir.
Xəbərdarlıq sxemi obyektdə rəhbər heyətin, mülki müdafiə qüvvələrinin və
digər işçilərin iş və qeyri iş vaxtı xəbərdar edilməsi qaydasını müəyyən edən
sənəddir.
Siqnal və sərəncamları tez çatdırmaq üçün vacib obyektlərin mülki
müdafiənin mərkəzləşdirilmiş avtomat xəbərdarlıq sisteminə qoşurlar. Belə
sistem obyektin özündə də yaradıla bilər.
Mərkəzləşdirilmiş avtomat xəbərdarlıq sisteminin tərkibi S-40 və S-28
elektrik sirenalarından məsafədən idarəetmə və məcburi çağırış aparaturundan
(MN-MÇA) və rabitə xətlərindən (kanallarından) ibarətdir.
S-40 elektrik sirenası küçələrdə qoyulmaq üçündür, səsi 300-700 metrdən
eşidilir.
S-28 sirenası isə sənaye müəssisələrinin səs-küylü sexlərində qoşulur.
Məsafədən idarəetmə və məcburi çağırış P-160 aparaturu elektrik sirenalarının
mərkəzdən işə qoşulmasını, xəbərdarlıq siqnalları vermək üçün radioyayım
qovşağı proqramının məsafədən məcburi surətdə dəyişdirilməsini, eləcə də
rəhbər heyətin iş və mənzil telefonlarına çağırış siqnallarının məcburən
verilməsini təmin edir.
Aparatura saz telefon şəbəkəsinin danışıq gedən və ya baş xətləri üzrə işləyir.
Beləliklə, bütün bu vasitələrdən istifadə rayonlarda, obyektlərdə təhlükə
yarandığı barədə «Hamının diqqətinə!» xəbərdarlıq siqnalını əhaliyə
çatdırmağın vahid sistemi yaradılır.
Təbii fəlakət və qəza baş verən, yaxud, belə təhlükə yaranan hallarda, habelə
düşmən basqını barədə əhalini xəbərdarlığın əsas üsulu radio və televiziya
vasitəsilə şifahi xəbərlərin verilməsidir. Belə xəbərlərdən əvvəl hökmən
«Hamının diqqətinə!» siqnalı elan edilməlidir. Əldə olan xəbərvermə
vasitələrindən – elektrik və əl sirenalarından, yaxud bu siqnallar yazılmış maqnit
məlumat daşıyıcılardan istifadə etməklə siqnalı, eləcə də «Hava həyəcanı»,
«Hava həyəsanı qurtardı», «Kimya həyəcanı», «Radiasiya təhlükəsi», həmçinin
müxtəlif təbii fəlakət və istehsalat qəzaları barədə xəbərlərin məzmununu
dinləyicilərə çatdırır, belə hallarda əsas davranış qaydalarına riayət olunmalıdir.
Təhlükə potensiallı obyektlər yerləşən sahələrdə, əlavə olaraq, lokal (məhəlli)
xəbərdarlıq sistemi də yaradılmalıdır. Bu sistem obyektlərin və ərazinin vahid
bir struktura birləşdirilmiş xəbərdarlıq vasitələrindən ibarətdir. Məqsədi -
fövqəladə hallar yarandığı barədə həmin obyektin işçilərini, habelə ehtimal
olunan zəhərlənmə, yaxud fəlakətli subasma zonalarında yerləşən müəssisələrin,
idarə və təşkilatların rəhbərlərini, eləcə də əhalini vaxtında xəbərdar etməkdir.
Lokal xəbərdarlıq sisteminin quraşdırılması sxemi və iş prinsipi, kimyəvi
təhlükəli müəssisələrdə belə ola bilər:
- kimyəvi təhlükəli obyektin radiotranslyasiya (radioyayım) qovşağı-buradan
yaşayış məntəqəsinə əvvəlcədən çəkilmiş xüsusi kabel xətti və son xəbərvermə
vasitələri – elektrik sirenaları, küçələrdəki səsucaldan cihazlar və mənzillərdəki
radio reproduktorlar. Burada elektrik sirenaları ancaq «Hamının diqqətinə!»
siqnalını vermək, küçə və mənzil radio reproduktorları isə hadisə şifahi xəbər və
məlumatları, eləcə də davranış qaydalarını elan etmək üçündür.
Təhlükə barədə siqnal və məlumatlar obyektin radioyayım qovşağından ya
bilavasitə, ya da şəhərin (rayonun) mərkəzi radioyayım qovşağı vasitəsilə verilə
bilər. Güclü qəzalar zamanı şəhərin lokal xəbərdarlıq sistemi ilə əhatə
olunmamış rayonlarda əhalini xəbərdar etmək və onların zəhərli zonaya
girməsinin qarşısını almaq məqsədilə səs ucaldan səyyar vasitələrdən də istifadə
etmək mümkündür.
Vəzifəli şəxslərə isə operativ məlumatları obyektin və şəhərin avtomat-telefon
stansiyalarında quraşdırılmış məcburi çağırış telefon dayağı vasitəsilə çatdırmaq
daha məqsədə uyğundur.
Lokal xəbərdarlıq sistemindən istifadə qaydası belədir: “kimyəvi təhlükəli
obyektdə güclü, təsirli, zəhərli maddələrin ətrafa yayılması ilə baş verən qəza
hallarında növbətçi dispetçerin fəaliyyət qaydası haqqında birtipli təlimat”
mövcuddur. Bu sənədə görə, belə obyektlərdə fövqəladə hallar yaranarkən
müəssisənin növbətçi dispetçeri obyektdəki bütün işçilərə, həmçinin 2.5 km-dək
radiusda yerləşən digər müəssisələrin, idarə və təşkilatların rəhbərlərinə, eləcə
də əhaliyə xəbər vermək üçün müstəqil olaraq qərara gəlmək səlahiyyətinə
malikdir.
Deməli, o, belə hallarda heç bir əlavə göstəriş gözləmədən müəssisənin
rəhbərliyinə, işçilərinə, qəza xidmətlərinin (qazdan xilasetmə, yanğınsöndürmə,
tibb xidmətlərinin) növbətçilərinə mülki müdafiə qüvvələrinə, digər idarə və
təşkilatların rəhbərlərinə yerli hökumət orqanlarına, şəhərin (rayonun) fövqəladə
hallar komissiyası və mülki müdafiə qərargahlarının növbətçisinə, habelə
ə
haliyə xəbər verməlidir.
Mülki müdafiə qərargahı əvvəlcədən yazılmış siqnalı və xəbərlərin mətnlərini
texniki vasitələrlə elan edərək, bundan sonrakı davranışı nizama salır. Adətən,
xəbər və göstərişlərin mətnlərini proqnoz məlumatları əsasında müxtəlif
variantlarda tərtib edib qərargahların operativ növbətçilik otaqlarında
saxlayırlar.
Mülki müdafiə İdarəsi idarəetmə prosesində məlumatların toplanması və
sistemləşdirilməsi, sərəncamların, siqnalların tez və dəqiq çatdırılması üçün
texniki vasitələrdən geniş istifadə etməyə çalışmalıdır. Kiçik şəhərlərin, kənd
rayonlarının və obyektlərin mülki müdafiə qərargahlarında bu məqsədlə vahid
formalı formalaşdırılmış sənədlərdən, operativ vəziyyətin dəyişməsi, göstərilən
maqnit əsaslı iş xəritəsindən kodlaşdırılmış danışıq və siqnal cədvəllərindən,
zəhərlənmə zonaların xəritələrdə qeyd etmək üçün şablonlardan, müxtəlif
sənədlərin blanklarından və idarə prosesini sürətləndirən digər sadə vasitələrdən
istifadə olunur.
Fövqəladə hadisələr zamanı idarəetmənin təşkili.
FH komissiyası Respublikanın inzibati-ərazi bölgüsünə və sahə idarəetmə
orqanlarının strukturuna müvafiq olaraq ərazi üzrə respublikanın şəhər, rayon və
digər yaşayış məntəqələrini, istehsalat sahələri üzrə bütün nazirlikləri, baş
idarələri və hər cür sosial obyektlərini əhatə edir:
- rəhbər orqanlar;
- gündəlik idarəetmə orqanları;
- ətraf mühitə və təhlükə potensiallı obyektlərə nəzarət və müşahidə edən
qüvvə və vasitələr: fövqəladə halların nəticələrini aradan qaldırmaq üçün qüvvə
və vasitələr rabitə və xəbərdarlıq sistemi və digər lazımi maddi-texniki vəsaitlər
müəyyən edilmişdir.
Komissiyanın əsas vəzifələri aşağıdakılardan ibarətdir:
- Fövqəladə halların qarşısını almaq və onların nəticələrini zəiflətmək
məqsədilə tədbirlər hazırlayıb həyata keçirmək;
- ətraf mühitə və təhlükə potensialı obyektlərdə daimi müşahidə və nəzarətin
təşkil
edilməsi,
fövqəladə
hallarda
baş
verə
biləcək
vəziyyətin
proqnozlaşdırılması və qiymətləndirilməsi;
- fövqəladə hallar yaranarkən idarəetmə orqanlarının, qüvvə və vasitələrin
fəaliyyət göstərməyə daim hazır olmasını təmin etmək;
- fövqəladə hallara qarşı profilaktika tədbirləri görmək, qüvvə və vasitələri
saxlamaq və təchiz etmək, xilasetmə işləri aparmaq və zərər çəkmiş əhaliyə
yardım göstərmək üçün lazımi maliyyə, maddi-texniki vəsait ehtiyatları
yaratmaq;
- fövqəladə hallar ehtimalı barədə xəbər və məlumatlar toplamaq, elə halların
nəticələrinin aradan qaldırılmasına kömək göstərmək, sahəsində digər
rayonların, regionların fövqəladə komissiyaları ilə qarşılıqlı fəaliyyəti təşkil
etmək;
- fövqəladə hallar yaranərkən və onların nəticələri aradan qaldırılarkən
fəaliyyətə rəhbərlik etmək.
Fövqəladə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sisteminin gündəlik
idarəetmə orqanları aşağıdakılardan ibarətdir:
- fövqəladə hallara görə bütün səviyyədən onlar ərazi komissiyalarının
növbətçi xidmətlərindən (deməli, bütün komissiyalar yanında növbətçi
xidmətlər olmalı, onlar fəaliyyətə daim hazır halda saxlanmalıdır);
- nazirliklərin, baş idarələrin, sənaye və sosial təyinatlı obyektlərinin
növbətçi-dispetçer xidmətlərindən (belə xidmətlər təhlükə potensiallı bütün
obyektlərdə olmalıdır);
- bütün səviyyədən olan Mülki müdafiə qərargahlarından;
- respublikanın əhəmiyyətli xilasetmə qüvvələrinin və digər qüvvələrin
növbətçi xidmətlərindən.
Beləliklə, fövqəladə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət sisteminin
rəhbər orqanları (komissiyalar) və saydığımız bu gündəlik idarəetmə orqanları
onun idarəetmə sistemini təşkil edir.
Dostları ilə paylaş: |