Meteoroloji fövqəladə hadisələr:
- 11-12 ballıq fırtına, 12-15 ballıq qasırğa;
Qasırğa
(Tufan)
- çox şiddətli külək və leysan yağışları ilə səciyyəvidir. O, dəniz və
quru üzərində atmosferin kəskin dəyişməsi nəticəsində baş verir.
Fırtınalar (tufan, tayfun) güclü küləklər nəticəsində meydana gələn təbii hadisələrdən
biridir. Yağışla birlikdə əsən şiddətli küləklər tufan, quraq və yağışsız havada əsən
küləklər isə tayfun adlanır.
İ
ldırım
– bulud topalarından elektrostatik yüklərinin boşalmasıdır, ani şimşək, qəfil və
çox güclü səslə müşayiət olunur.
İ
ldırım boşalması böyük gərginliyin yaranması ilə xarakterizə olunur. Onun
temperaturu 300 000 dərəcəyə qədər yüksəlir. İldırım vurması zamanı ağac parçalana və
hətta yana bilər. Ağacın parçalanmasına səbəb ağacın daxilindəki nəmişliyin ani olaraq,
buxarlanması nəticəsində baş verir.
İ
ldırımın birbaşa insanın üstünə düşməsi ölüm ilə nəticələnə bilər. Hər il dünyada
ildırım vurmasından təxminən 3000 insan həlak olur.
İ
ldırım zərbəsi adətən hara dəyir? Statik elektrik boşalması müqavimətin ən aşağı
səviyyədə olması nəticəsində baş verir. Beləliklə, ən yuxarı yüksəklikdə olan obyekt ilə
bulud topası arasında məsafə azdırsa, deməli elektrik müqaviməti də aşağıdır. Buna
uyğun olaraq da, ildırım zərbəsi ilk növbədə ən hündürdə olan obyektə (ağac, dirək və s.)
dəyir.
Tufan və ildirim baş verdiyi zaman tədbirlər:
İ
ldırım o zaman təhlükəlidir ki, qığılcımdan sonra göy gurultusu müşahidə olunsun. Bu
halda dərhal təhlükəsizlik tədbirləri görün. Əgər kənd yerindəsinizsə, pəncərə, qapı, baca,
ventilyasiya dəliklərini bağlayın. Sobanı yandırmayın. Çünki yüksək temperaturlu
qazların müqavimət qüvvəsi aşağı olur. Telefon ilə danışmayın: ildırım bəzən simlərin
üzərinə də düşür.
İ
ldırım çaxan zaman elektrik daşıyıcılarına, ildırım keçiricilərə, damdakı novlara,
antenaya yaxınlaşmayın, mümkün qədər televizor, radio və digər elektrik cihazlarını
söndürün.
Ə
gər meşədəsinizsə, meşənin alçaq ağaclıq yerinə sığının. Hündür ağacların, xüsusilə
ş
am, palıd və qovaq ağacının yanında gizlənməyin.
Su hövzəsi, yaxud onun sahilində dayanmayın. Sahildən kənarlaşın, hündür yerdən
aşağı düşün.
Düzənlikdə və ya daldalanmağa yer olmayan bir ərazidəsinizsə, yerə uzanmayın.
Bununla bütün bədəninizi elektrik cərəyanının təsiri altında qoyursunuz. Dayaz bir yerdə,
yarğanda və ya digər təbii bir dərinlikdə əyləşin, əlləriniz ilə ayaqlarınızdan tutun.
Qasırğa
- isti iqlim qurşağında, ani təzyiq fərqlərindən qaynaqlanan və sürəti saatda
100-150 km-ə qədər çata bilən çox şiddətli küləklər.
Zəlzələdən sonra ikinci yerdədir.
Küləklər necə yaranır?
Külək fərqli temperatur mərkəzləri arasında əmələ gələn hava axınıdır. Atmosferdəki
fərqli temperaturlar fərqli hava təzyiqləri əmələ gətirdiyinə görə, hava davamlı olaraq
yüksək təzyiqdən alçaq təzyiqə doğru yer dəyişir. Təzyiq mərkəzləri, yəni atmosferdəki
temperaturlar arasındakı fərq əgər çox olarsa, hava axını, yəni külək güclü olur, bu da
böyük dağıntılara səbəb olan qasırğaları əmələ gətirir.
Qasırğalar Asiyanın cənub sahillərində və Avstraliyanın Sakit okean sahillərində
Tayfun
sayılır.
Tropik bir siklonun qasırğa olaraq adlanıla bilməsi üçün küləyin sürətinin heç olmasa
117 km/saat olması lazımdır. Ümumiyyətlə, qasırğalar saatda 240 km-dən sox surətə
malikdirlər. Qasırğalar həm də böyük dəniz dalğalarına və dənizin qabarmasına da gətirib
çıxarır. Qasırğalarla birlikdə yağış da gəlir. Tropik bir külək qurşağının orta yağış
miqdarı 75-150 mm-dir. Belə yağışlar ciddi sellərin meydana gəlməsinə də səbəb olur.
BMT-ninn fəlakətlərin təhlükəsini azaltma üzrə beynəlxalq strategiya çərçivəsində
hazırladığı hesabata görə, 2008-ci ildə daha çox Myanmada baş verən "Nərgiz" qasırğası
can alıb. Nə az, nə çox, 138 min nəfər həyatdan məhrum olub, yüz minlərlə insan evsiz-
eşiksiz qalıb. "Nərgiz" Myanmaya 4 milyard dollar ziyan vurub.
Leysan yağışlar
Leysan - qısamüddətli atmosfer yağıntısı. Adətən yağış halında qəflətən düşür.
İ
ntensivliyi adətən 1-3 mm/dəq və daha çox olması ilə fərqlənir. 1-2 saat müddətində
olur. İldırımlarla və küləyin qısamüddətli güclənməsi ilə müşahidə olunur.
Yağışlar nəticəsində dağ çaylarında suyun səviyyəsi qalxır və əhali üçün ciddi
problemlər yaradır, su kəmərlərini yararsız hala salır, yolları dağıdır və orada nəqliyyatın
hərəkətinı çətinləşdirir, körpülərə ciddi ziyan dəyir.
Dünyada ən güclü Leysan Havay adalarında (21 mm/dəq, 1913) olmuşdur.
Azərbaycanda isə Zaqatala rayonunda (10,7 mm/dəq, 1959) müşahidə edilmişdir.
İ
ri dolu
Dolu dənələri 1 mm-dən az qalınlığa malik olmayan şəffaf buz qatlarından ibarətdir.
Dolu dənələri həddən artıq soyumuş buludda təsadüfi olaraq donan ayrı-ayrı
damcıların yaranması nəticəsində meydana gəlir. Sonradan bu damcılar onlarla toqquşan
digər donmuş dənələr hesabına iri ölçülər almağa başlayır.
Dolu dairəvi və ya qeyri-düzgün formalı buz hissəciyi olub, diametri 5-50 mm, bəzən
daha böyük ölçüdə ola bilir. Ölçüləri 130 mm-dək, çəkisi isə 1 kq-a qədər olan dolu
dənələrinə də rast gəlmək mümkündür.
Dolu adətən ilin isti dövrlərində sıx toplanmış bulud topasından yağır. Düşən dolu qatı
bəzən bir neçə santimetrə çatır. Dolunun yağma müddəti isə bir neçə dəqiqədən yarım
saata qədər çəkir. Əsasən yağma müddəti 5-10 dəqiqə, bəzi hallarda isə 1 saata qədər çata
bilər .
Dolunun vurduğu ziyan.
Dolu yağmuru geniş ölçüdə əkinçilik sahələrinə, binalara və nəqliyyat vasitələrinə
zərər verir. Dolu xüsusən kənd təsərrüfatına ciddi ziyan vurur. İnkişaf etməkdə olan
ə
kinçilik məhsulları üzərinə düşdüyü zaman dəyən ziyanın nəticələri böyük olur. Bu
ziyanın miqyası dolu dənələrinin iriliyi, sıxlığı və yağma müddəti ilə bağlıdır.
Dolu hadisəsi hər yerdə və hər mövsümdə, xüsusilə yaz və yay mövsümlərində
müşahidə olunur. Dolu yazda nə qədər gec yağsa, zərəri o qədər böyük olar. Dolu
ə
kinlərin məhv olması, tərəvəz və meyvələrin yararsız vəziyyətə düşməsi ilə yanaşı - iri
və xırda buynuzlu heyvanların ölümünə də səbəb ola bilir.
Dolunun meydana gətirdiyi zərərlər quraqlıq, sel kimi digər meteoroloji fəlakətlərdə
olduğu kimi geniş miqyaslı olmasa da, yetərincədir. Dolu bitkilərin inkişaf və böyümə
mərhələsində yağdığı zaman gənc çiçək, yarpaq və meyvələri qoparır və məhv edir,
ağaclara zərər vuraraq, onların gələcək illər üçün səmərəsini xeyli aşağı salır.
Quraqlıq
Quraqlıq - havanın yüksək hərarətinin və rütubətinin aşağı səviyyəsi zamanı uzun
müddətli yağışın yağmaması nəticəsində torpaqda nəmişliyin ehtiyatının azalmasına
səbəb olur ki, bu da məhsuldarlığın azalmasına və ya məhv olmasına gətirib çıxarır.
Havanın istiliyi, quruluğu buxarlanmanın səviyyəsini yüksəldir (atmosfer quraqlığı
ə
mələ gəlir), torpaqda su ehtiyatı artmadığı şəraitdə su ehtiyatı azalır (torpaq quraqlığı
ə
mələ gəlir.) Tədricən çaylar, göllər, bulaqlar, çeşmələr quruyur və hidroloji quraqlıq
yaranır.
Güclü qar.
Qar — çox kiçik buz kristallarından ibarət atmosfer yağıntısı.
Elektron mikroskop alıtında böyüdülmüş qar dənəcikləri.
Qar, havanın soyuq olduğunu göstərir.
Güclü, küləklə yağan qar nəticəsində yollar buz bağlayır, nəqliyyatın hərəkətini iflic
edir. Yollarda tıxaclar yaranır. Komunal, rabitə xidmətlərin işi pozulur, kənd təsərufatının
işində çətinliklər əmələ gəlir.
Elektrik naqillərinin qırılmasına gətirib çıxarır.
Çoxlu sayda təyyarə reysləri təxirə salınır.
Çox güclü qar görüntünü məhdudlaşdırır. Ağaclar zədələnir.
Güclü qar çovğunu
Qar çovğunu - güclü külək zamanı çoxlu qarın yağması, qarın yer üzərində külək
vasitəsi ilə aparılaraq, yer səthinə çatıb hərəkətsiz qalmasıdır.
24 m/san-dən çox sürətlə hərəkət edir. Çovğun yerüstü, aşağı və ümumi növlərə ayrılır.
Yerüstü və aşağı çovğunlar zamanı yeni yağmış qar sovrulur. Ümumi çovğun zamanı isə
yerdə olan qar sovrulmaqla eyni zamanda qar yağır.
Ağacların kökündən çıxaraq insanların üzərinə aşma təhlükəsi yarandığından, parklar
bağlanır, təmir-tikinti işləri dayandırılır.
Güclü külək elektrik dirəklərini aşırır, naqilləri sıradan çıxarır, ağacları aşırır.
Kəndlərin bəzilərində evlərin dam örtüyünü atır. Dağlıq ərazilərində yerləşən yaşayış
məntəqələri isə 10 -25 sm qar yağır.
Azərbaycanın şimal bölgəsinə ən çox qar Qubanın Xinalıq kəndi ərazisində yağır.
Qarın qalınlığının 22 santimetr olduğu bildirilir. Qusarin Dağliqləzə kəndinin ərazisində
isə 15 santimetr qalınlığında qar yağır. Şimal bölgəsində havanın temperaturu 10
dərəcəyə qədər aşağı düşür.
Şə
ki ərazisi də güclü qar yağan ərazi hesab edilir. Bəzi dağlıq hissələrdə qarın
hündürlüyü 20 sm-ə çatır. Güclü küləklə müşayiət olunan qar bölgədə bəzi fəsadlara da
səbəb olur. Regional elektrik şəbəkəsinin məlumatına görə, güclü külək və əraziyə düşən
yağıntı bölgənin bəzi rayonlarında elektrik xəttlərinin qırılmasına səbəb olur.
Güclü buzlaşma, donvurma.
Ş
axtalı hava - havanın və torpağın temperaturu 0°S-dən aşağı düşən haldır.
Buzlaşma - donmuş su. Qışda sular donub buz olur. Buz bağlamaq (tutmaq) - buzla
örtülmək, donmaq. Suyun üzü buz bağlayır. Axar çayları buz tutur. Ətrafda nə varsa,
donub buz bağlayır.
Buza dönmək:
1) bərk üşümək, soyuqdan donmaq dərəcəsinə gəlmək;
2) tamamilə soyumaq.
İ
nsanlar düşünür ki, qış fəslində əsasən texnogen xarakterli baş verə biləcək fövqəladə
hallardan qorunmaq lazımdır. Onlar əsasən qaz sobaları və elektrikdən istifadədə
təhlükəsizlik qaydalarına riayət etməklə öz işlərini bitmiş hesab edirlər. Lakin unutmaq
olmaz ki, texnogen proseslərlə yanaşı təbiətdə baş verə biləcək hər hansı bir fəlakət
onların sağlamlığına, həyat və təsərrüfat fəaliyyətlərinə mənfi təsir edə bilər.
Qış fəsli olduğundan insanlar soyuq hava şəraitində sırsıra, sallaq buzlar, donma,
nəqliyyatda hərəkət və digər təhlükəli vəziyyətlərlə rastlaşırlar. Havanın kəskin
soyuması, şaxtanın düşməsi və qar örtüyünün əmələ gəlməsi insanların sağlamlığına
mənfi təsir edir, onların şikəst olmasına və hətta ölümünə də səbəb ola bilir.
Qış fəslində ənənəvi xəstəliklərdən (soyuqdəymə, qrip) əlavə müxtəlif qış zədələri də
geniş yayılır. Onların əksəriyyəti bilavasitə sərt şaxtalarla əlaqədardır. Bu da sırsıra və
sallaq buzlar kimi zədə təhlükəsi yaradan faktorların əmələ gəlməsi ilə müşayiət olunur.
Bina və evlərin üzərində sallanan buz kütlələri insanlara çox ciddi zərər yetirə bilər,
hətta onların ölümünə də səbəb ola bilər. Bunun qarşısını almaq üçün qış və yaz
aylarında müntəzəm olaraq binaların damları vaxtı-vaxtında təmizlənməlidir. Əhali isə
evlərin yaxınlığından keçdikdə xüsusən ehtiyatlı olmalı və təhlükəsizlik qaydalarına
riayət etməlidirlər.
Sallaq buzlar qədər sırsıralar da insanların həyatı üçün çox təhlükəli hesab olunur.
Belə ki, sırsıra döyəclənərək bərkimiş və sürüşkən səth və ya buz qatı əmələ
gətirməklə qış fəslində baş verən yol-nəqliyyat qəzalarının yaranmasına səbəb olur.
Nəzərə alsaq ki, soyuq və şaxtalı havalarda insanların tələsməsi və sürüşkən yerlərdə
hərəkət edərkən yararlı olmayan ayaqqabıları geymələri müxtəlif sınıqların, əzələ
dartınmalarının və kəllə-beyin travmalarının almaları ehtimalını daha da artırır.
Qarın yağması, külək, temperaturun tez-tez dəyişməsi və yolların buz bağlaması qış
zədələnmələrinin artması üçün münbit şərait yaradır.
Sallaq buzun başınızın üzərinə düşməsi və ya sırsıraya yıxılaraq başın zədələnməsi
beyin silkələnməsinə gətirə bilər.
Müxtəlif mexaniki zədələrlə yanaşı qış sizə həm də aşağı temperaturun təsirindən
termik zədəni yetirə bilər. Söhbət donmadan gedir. Donma sizə yalnız şaxtalı hava
zamanı deyil, həm də temperaturun sıfır dərəcəyə yaxın olduğu halda belə zərər yetirə
bilər. Bunun üçün bir neçə amilin olması kifayətdir: rütubətli hava, aşağı temperatur və
soyuq külək.
Donmaya əsasən ayaq və əl barmaqları, burun, qulaqlar və yanaqlar məruz qalır.
Hidroloji fövqəladə hadisələr:
Suyun səviyyəsinin qalxması (daşqınlar) və düşməsi.
Daşqın
- ərazinin surətlə su qatı ilə örtülməsidir və bu zaman ərazinin xeyli hissəsini
müəyyən müddətə su basır. Səbəbi adətən, leysan yağışları və qarın surətlə əriməsidir.
Belə hal su qovşaqları, su-elektrik bəndlərinin zəlzələ, müharibə, terror və digər
səbəblərdən yarılması nəticəsində də baş verə bilər ki, bu zaman xeyli ərazi, yaşayış
məntəqələri su altında qalır.
Daşqın çayların su rejimində hər il təkrar olunan dövr. Qarın və buzların əridiyi,
yağışın ən çox yağdığı vaxtda olur. Daşqınlar çay hövzəsinin yerləşdiyi ərazinin fiziki-
coğrafi, iqlim şəraitindən asılı olaraq çaylarda rejim fazasıdır və bu il ərzində əsasən yaz
və payız fəsillərində baş verir. Müstəsna hallarda ayrı-ayrı dövrlərdə də ola bilər.
Çayların suyunun artması, səviyyəsinin qalxması, yatağın tamamilə su altında qalması,
bəzən də sahilləri basması ilə səciyyələnir. Çayların illik axımının 60-80%-ə qədəri
daşqın dövrünə düşür.
Sahildən çıxan çay və ya dəniz suyu qurunu, ətrafı basır. Güclü yağışlardan sonra
çayda daşqın əmələ gəlir.
Daşqın zonası - çaykənarı və ona bitişik ərazidə yerləşən və daşqın nəticəsində su
basmasına məruz qalan torpaq sahəsidir. Daşqın zonasını müəyyən etmək üçün əlli ildən
bir təkrarlanmaq ehtimalı olan daşqın əsas götürülür.
Daşqın zonalarının hüdudları, sahil mühafizə zolaqları çayın daşqınının gücünə uyğun
təyin edilir. Bu ərazilərdə təbiətdən istifadəyə və təsərrüfat fəaliyyətinə məhdudiyyətlər
və qadağalar müəyyən edilərək, onların tətbiq edilməsi xüsusi rejimə uyğun həyata
keçirilir.
Daşqın zonaları və onların mühafizə zolaqlarının hüdudlarında daşqın zonası rejimi
barədə əhali məlumatlandırılır və ona müvafiq olaraq hər bir zolaqda torpaqdan istifadə
üzrə tövsiyələr verilir.
Su hövzələrinin daşması.
İ
qlim dəyişiklikləri şəraitində Kür və Araz çaylarının Azərbaycandan keçən hissəsində
suyun səviyyəsinin yüksəlməsi və daşqınlar nəticəsində su hövzələrinin mühafizə
bəndlərinin dağılması ilə əlaqədar yaranmış vəziyyətdir.
Fəlakət zonasında yaranmış vəziyyət əhaliyə ziyan vuru, mümkün ekoloji qəzalara
səbəb olur.
Respublikamızda aprel-may aylarında çayların daşması və mənsəbinin dəyişməsi,
böyük ərazilərin su altında qalması nəticəsində münbit torpaqlara, eləcə də həmin
ə
razilərin flora və faunasına ziyan dəyir.
Su hövzələrindəki suyun böyük miqdarda, həcmdə olması mühafizə bəndlərinin
dağılması zamanı ətraf əraziləri su qatı ilə örtür, çoxlu insan və digər canlıların həyatına,
təbiətə böyük təhlükə yaradır. Yollar dağılır, nəqliyyat tunelləri su ilə dolaraq, keçilməz
olurlıar.
Yeraltı suların səviyyəsinin qalxması (subasma).
Yer səthindən dərində, süxurların məsamələrində, laylar arasında və başqa boşluqlarda
yerləşən suya yeraltı su deyili.
Yeraltı suların müxtəlif növləri var. Bunlardan məsamə suyu, məsamə-lay suyu,
məsamə-çat-lay suyu, lil suyu, torpaq suyu, arteziyan suyu, vulkanik su, geyzer suyunu
göstərmak olar.
Yeraltı suların təsnifatı: Yeraltı sular mənşəyinə, yaşına, yatım şəraitinə, kimyəvi
tərkibinə və digər xüsusiyyətlərinə görə müxtəlif siniflərə bölünür.
Atmosfer çöküntülərinin süxurların məsamələri və çatlarından süzülüb, başqa bir layda
toplanması nəticəsində infiltrasiya sularının yığımı əmələ gəlir.
Yeraltı suların qalxması nəticəsində subasma əmələ gəlir və həmin fəsadlar daşqınlara
gətirib çıxarır.
Geoloji fövqəladə hadisələr:
Sel
- sel adətən qəflətən başlayır. Güclü leysan yağışları, bəzən də qarın sürətlə
ə
rinməsi nəticəsində dağ yamaclarından axıb tökülən su özü ilə gil, qum, çınqıl, daş və
hətta qaya parçaları gətirir, qarşısına çıxan hər şeyi- ağacları, binaları, qurğuları dağıdır,
ə
kin sahələrini, körpüləri, bir sıra hallarda sənaye və kənd təsərrufatı tikililərini məhv
edir. Selin başlanmasını gördükdə, ərazinin hündürlüklərinə qalxmağa çalışın. Binada
olduqda - yuxarı mərtəbələrə, evin damına qalxın.
Sel hadisələrinin yaranmasına əsas səbəb ərazinin fiziki-coğrafi şəraiti, o cümlədən,
oroqrafik-geomorfoloji quruluşu - iqlim, torpaq, bitki örtüyü və hidrometeoroloji
proseslər təşkil edir. Sellər çay suları olan və olmayan dərələrdə qəflətən yağan şiddətli
yağışlar və ya temperaturun artması ilə qısa müddətdə sürətlə əriyən qar suları hesabına
yaranır. Bəzən faza rejimi kimi baş verən daşqınlara sel hadisəsi kimi baxırlar. Bu
düzgün deyil.
Sel və daşqın hadisələrini fərqləndirmək lazımdır. Daşqınlar çay hövzəsinin yerləşdiyi
ə
razinin fiziki-coğrafi, iqlim şəraitindən asılı olaraq çaylarda rejim fazasıdır və bu il
ə
rzində əsasən yaz və payız fəsillərində baş verir. Müstəsna hallarda ayrı-ayrı dövrlərdə
də ola bilər. Sel və daşqın axımlarını fərqləndirən əsas cəhətlərindən biri də odur ki, sel
axımlarında gətirmə-aşınma materialları daha çox üstünlük təşkil edir və sellərin 1m³ su
kütləsinin təxminən 65-70%-i gətirmə materialları, qalanını su kütləsi təşkil edir.
Daşqınlarda isə bu əksinədir.
Sel axımları tərkibindəki maddələrinin həcminə görə 3 yerə bölünür:
Sulu-daşlı sellər;
Sulu-palçıqlı sellər;
Daşlı-palçıqlı sellər.
Sellər növlərinə görə 2 yerə ayrılır:
- Turbulentli sellər;
- Strukturlu sellər.
Turbulentli sellərdə gətirmə materialları daha az olur (30-40%) və sel axımının
dağıdıcı təsirinə görə strukturlu sellərə nisbətən zəif olur.
Strukturlu sellər daşlı-palçıqlı və ya sulu-palçıqlı olmaqla onların 1m³ kütləsində
gətirmə materialları daha çox üstünlük təşkil edir.
Torpaq sürüşməsi
- torpağın alt və ya üst qatının müəyyən qədər kəskin yer
dəyişməsidir.
Torpaq sürüşmələri dağ süxurları, torpaq kütlələrinin dağ yamacları, yarğanlar, çay,
göl, dənizlərin sıldırım sahilləri boyu öz ağırlığının təsiri altında sürüşərək yerini aşağıya
doğru dəyişməsidir.
Sürüşmənin xarakteri və onun təhlükəlik dərəcəsi yerin geoloji qatlarının
xüsusiyyətlərindən və necə yerləşdiyindən asılı olur. Sürüşmələr təbii hadisələrin və ya
insan fəaliyyətinin nəticəsində torpağın yuyulması, yaxud aşınması prosesləri sayəsində
baş verir və daha çox zəlzələ və fırtına zamanı müşahidə edilir.
Sürüşmə kütlələri müxtəlif süxurlardan təşkil olunur ki, onlar arasında tarazlığın
pozulması davamlığın zəifləməsinə səbəb olur. Sürüşmələrin yaranmasına təbii və süni
(antropogen) faktorlar səbəb ola bilər. Təbii faktorlara yamaclarda sıldırımların
böyüməsini, onların torpaqda olan əsasının su kütlələri ilə yuyulmasını,
seysmik təkanları, süni və ya antropogen faktorlara isə yol çəkilməsi zamanı yamacların
dağıdılması, meşələrin qırılmasını aid etmək olar.
Beynəlxalq statistik məlumatlara görə, sürüşmələrə 80% antropogen faktorlar səbəb
olur. Sürüşmələr 10° və daha çox bucaq altında olan yamaclarda baş verir. Gilli süxurlara
malik zonalarda isə həddindən çox nəmişlik hətta 5-7° bucaq altında sıldırım olduqda
belə sürüşmələrə gətirib çıxara bilər.
Sürüşmələr hadisənin miqyasına, baş vermə yerinə, sürüşmə prosesinin gücünə,
mexanizminə və aktivliyinə görə təsnif edilir.
Miqyasına görə sürüşmələr iri, orta və kiçik həcmli olur.
İ
ri sürüşmələr adətən təbii faktorların təsirindən baş verir və yamac boyunca yüz
metrlərlə sahəni əhatə edir. Sürüşmənin cismi çox zaman öz monolitliyini qoruyub
saxlayır.
Orta və kiçik həcmli sürüşmələr isə daha kiçik ölçülərdə olur və çox zaman antropogen
faktorların təsirindən yaranır.
Sürüşmənin miqyası prosesə cəlb olunan sahə ilə xarakterizə olunur.
Miqyasına görə sürüşmələr bu cür təsnif edilir:
- Nəhəng - 400 ha və daha çox,
- Çox böyük - 200- 400 ha,
- Böyük - 100-200 ha,
- Orta - 50-100 ha,
- Kiçik - 5-50 ha,
- Çox kiçik - 5 ha
sahəni əhatə edir.
Gücünə görə torpaq sürüşmələri kiçik, orta, böyük və çox böyük ola bilir və yerini
dəyişən süxur
kütlələlərin həcmi ilə
xarakterizə olunur. Bu kütlələrin həcmi 100
kubmetrdən bir milyon kubmetrədək dəyişə bilər.
Torpaq sürüşmələri, sellər və uçqunlar təsərrüfatlara, tikililərə, təbii mühitə böyük
ölçüdə zərər verməklə itkilərə səbəb olur və insan həyatı üçün təhlükə törədir. Onların
ə
sas zədələyici faktorları hərəkət edən və yerini dəyişən dağ süxurlarıdır.
Onların təsiri nəticəsində binalar, tikililər dağılır, kənd təsərrüfatı obyektləri, meşə
massivləri süxur layları ilə örtülür, çayların yataqlarının və təbii landşaftın dəyişməsinə,
insanların həlak olmasına səbəb olur. Bir çox hallarda bu təhlükəli geoloji hadisələr
dağlıq yerlərində yerüstü nəqliyyat üçün təhlükə yaradır, körpülərin dayaqlarını, relsləri,
avtomobil yollarını zədələyib dağıdır, elektrik və rabitə xətlərini, neft kəmərlərini,
hidroelektrik stansiyalarını, yaşayış məntəqələrini sıradan çıxarır.
Sellər, torpaq sürüşmələri və uçqunların törətdiyi nəticələrin həcmi aşağıda göstərilən
göstəricilərlə müəyyən edilir:
- sürüşmə zonasında olan əhalinin sayı;
- həlak olan, yaralanan və evsiz qalan insanların sayı;
- təbii fəlakət zonasında olan yaşayış məntəqələrinin miqdarı;
- dağılmış və zədələnmiş xalq təsərrüfatı obyektlərinin, sosial- mədəniyyət və səhiyyə
obyektlərinin miqdarı;
- su və süxur kütlələri altında qalmış kənd təsərrüfatı sahələrinin ölçüsü;
- ölmüş kənd təsərrüfatı heyvanlarının sayı.
Sürüşmə və sel təhlükəli zonalarda yaşayan əhali bu təbii hadisələr, onların
xarakteristikası, istiqamətləri haqqında məlumatlı olmalıdırlar. İnsanların öncədən
məlumatlandırılması hadisə baş verdikdə yarana biləcək stress hallarının və panikanın
qarşısını alır.
Yaranan təhlükə haqqında məlumat hidrometeoroloji xidmətlər və digər müvafiq
qurumlar tərəfindən daxil olur. Burada ötürülən məlumatın vaxtında təyinat yerinə
çatması çox vacibdir. Əhalinin xəbərdar edilməsi müəyyən edilmiş qaydada sirenlərin,
radio, televiziyanın köməyi ilə, eyni zamanda regional xəbərdaretmə sistemləri tərəfindən
həyata keçirilir.
Sel, torpaq sürüşməsi və uçqun təhlükəsi olduqda müəyyən zaman çərçivəsində
ə
halinin, kənd təsərrüfatı heyvanlarının və avadanlıqların təhlükəsiz yerə təxliyəsi həyata
keçirilir. Öncədən təxliyə həyata keçirilərkən, tərk edilən mənzillərdə qalan, özünüzlə
apara bilmədiyiniz qiymətli əşyaları nəmişliyin təsirindən qorunan bir yerdə qoymanız,
qapı - pəncərələri kip bağlamanız lazımdır. Elektrik xətlərini ayırın, qaz və suyu
bağlayın, tezalışan və zəhərli maddələri evdən çıxarıb ilk düşən imkanda zirzəmilərdə və
ayrıca çalalarda basdırın.
Ə
gər öncədən xəbərdarlıq olmayıbsa, əhali baş verən təhlükənin yaxınlaşdığını
gördükdə evdəki qiymətli əşyalar haqqında düşünməyərək sərbəst surətdə təhlükəsiz yerə
doğru hərəkət etməlidir. Bu zaman yaxınlaşan təhlükə haqqında qonşularınızı xəbərdar
etməlisiniz.
Təhlükədən tez uzaqlaşmaq üçün yaxınlıqda olan təhlükəsiz yerə doğru hərəkət yolunu
bilmək lazımdır. Bu yollar təhlükənin hərəkət istiqamətini bildirən proqnozlar əsasında
müəyyən edilir. Yolda hərəkət edərkən xəstə insanlara, yaşlılara, uşaqlara kömək etmək
lazımdır.
Torpaq sürüşmələri geoloji fəlakətlərin ən təhlükəli növlərindən biridir.
1911 - ci ildə Pamir dağlarında baş verən zəlzələ böyük bir sürüşməyə səbəb oldu.
Nəticədə 2.5 milyard kubmetr torpaq sahəsi sürüşdü. Usoy qışlağı əhalisi ilə birlikdə
torpaq kütləsinin altında qaldı. Sürüşmə kütlələrinin Murqab çayının qarşısını kəsməsi
nəticəsində yaxınlıqda olan Saraz qışlağı yeni yaranmış gölün dərinliyində qaldı. Bu cür
böyük təbii fəlakətlər tez-tez baş verməsə də çox ağır nəticələrə səbəb olur.
3 aprel 2010-cu il. Peruda 400 nəfərlik kəndin əhalisi torpaq sürüşməsi nəticəsində
torpağın altında qaldılar. Kimsə xilas oluna bilib, ancaq əsas əhali uçqunun altında qaldı.
Dostları ilə paylaş: |