Azərbaycan Dövlət



Yüklə 4,71 Mb.
Pdf görüntüsü
səhifə6/21
tarix24.04.2020
ölçüsü4,71 Mb.
#30961
1   2   3   4   5   6   7   8   9   ...   21
mulki az03032016


Müharibə dövrünün fövqəladə һadisələ
ladə hallar, onların əhaliyə və obyektlə
dələyici  amilləri.  Kimyəvi  zədələ
dələnmə ocağı, onun xarakteristikası.
ə
lər - döyüşlərin aparılması ilə əlaqədar və
ə
 hadisələrdi. 
rbi xarakterli fövqəladə hadisələrin mənbəyi: 
vasitələrin yüksək dəqiqliklə istifadəsi. 
aid edilir: 
qurğuları; 
 sursatları, hansılarda ki partlayıcı maddələrdən istifad
 idarəolunan vasitələrindən istifadəsi mühüm rol oynay
rinin  yerləşməsi  stasionar  olduğu  üçün  dü
koordinatlarının, zəif yerlərinin müəyyən edilməsinə
  adi  silahlar  yüksək  effektə  maliq  qırıcı  vasitələrdir  v
 iqdisadiyyat obyektlərinin dağıdılmasına gərtirə
Kütləvi qırğın silahları 
 
ğ
ın silahları, onların növləri,  təyinatı.
 
ın  silahları    və  yaxud  yüksək  dağıdıcı  qabiliyyətə
ıntılara gətirən silahdır.  
ş ğ
ıdakılardır: 
Bakterioloji (bioloji) silah.   
vi  qirğın  silahlarının  içərisində  ən  güclü  z
silahında müxtəlif nüvə reaksiyaları nəticəsində ayrılan enerjid
si tikililərin dağılması, yanğınların, şua xəst
ncirvari  reaksiya  nəticəsində  əmələ  gə
 gücü trotil ekvivalenti
 ilə xarakterizə edilir. 
ndi  hava  limanının  yaxınlığında  sərnişin 
r yaralandı. 
ə
ləri. 
ə
rə təsiri. 
ə
nmə    ocağı,  onun 
xarakteristikası. 
dar və ya onların nəticəsində 
ə
rdən istifadə edilir. 
si mühüm rol oynayır. 
u  üçün  düşmənə  onların  məhv 
ə
sinə imkan verir. 
ə
rdir  və  onların  istifadəsi 
ə
rtirəgəkdir.
 
 
yinatı. 
ə
  malik  silahlar  kütləvi 
n  güclü  zədələmə  xassəsinə 
ayrılan enerjidən istifadə 
stəliyinin əmələ gəlməsi 
ə
lən  enerjiyə  əsaslanır.    
 

Trotil ekvivalenti
 - partlayış enerjisi nüvə silahının partlaması nəticəsində alınan enerjiyə 
bərabər  (ekvivalent)  adi  partladıcı  maddənin  (trotilin)  tonla  miqdarına  deyilir.  Müxtəlif 
nüvə  silahının  gücü  bir  neçə  milyon  tona  (meqatona)  qədər  olur.  Nüvə  partlayışı  həm 
zədələyici  təsirinin  gücünə,  həm  də  müxtəlif  amillərin  zərərli  təsirinə  görə  adi  döyüş 
sursatlarından fərqlənir.  
Nüvə silahı ilk dəfə 1945-ci ilin avqustunda ABŞ tərəfindən təyyarədən atom bombası 
atmaqla  Yaponiyanın  Xirosima  və  Naqasaki  şəhərlərində  tətbiq  olunmuşdur.  Nəticədə 
313000 nəfərdən artıq dinc sakin həlak olmuş, 238000 nəfərdən artıq xəsarət almışdır. 
Nüvə  silahını  hədəfə  çatdırmaq  üçün  müxtəlif  növlü  raketlərdən,  təyyarələrdən,  sualtı 
gəmilərdən, habelə artilleriya toplarından istifadə etmək mümkündür. Tətbiqi məqsədindən 
və  basqın  hədəfinin  xarakterindən  asılı  olaraq  nüvə  silahı  kosmosda,  havada,  yerdə,  yer 
altında, suda və su altında partladıla bilər. 
Nüvə silahının istifadəsi zamanı yaranmış vəziyyət.  
Nüvə zədəsinin mərkəzindəki ərazi, harada ki nüvə silahı tətbiqi nəticəsində insanların, 
heyvanların  və  bitkilərin  zədələnməsi  və  məhv  edilməsi,    binaların.  qurğuların. 
kommunal-enerqetik xətlərin. nəqliyyat qovşaqlarının və digər obyektlərin dağılması və 
zədələnməsi baş verir. 
Nüvə  silahından  qorunmaq  üçün  düzəldilmiş  sığınacaq  və  daldalanacaqlardan  istifadə 
edilir. 
Nüvə silahının partlayışı nəticəsində 5 cür zədələyicı amillər (zərərli təsir)  əmələ gəlir. 
    
 Bunlar aşağıdakılardır:            
                  
 
SS 
Amillə
şən enerji 

Zərbə dalğası 
50% 

İş
ıq şualanması 
35% 

Nüfuzedici radiasiya 
4% 

Radioaktiv zəhərlənmə 
10% 

Elektromaqnit impulsu 
1% 
 
 Göründüyü kimi, zədələyicı amillərin hər birinin müəyyən təsir qüvvəsi, həcmi var. 
Nüvə silahının zədələyici amillərinin təsir xüsusiyyətləri 
 
 
 

Zərbə  dalğası
-  partlayış  mərkəzindən  hər  tərəfə  çox  yüksək  (səsdən  iti)    sürətlə  və 
yüksək  (bir  neçə  on  minlərlə  dərəcədə)  temperaturla    yayılan  sıxılmış  hava  təzyiqlə 
tikililərin dağılmasına, insanların ölümünə gətirib çıxarır. 
Zərbə dalğasının zədələyici təsirini xarakterizə edən əsas parametrlər: 
- dalğanın ön həddindəki (cəbhəsindəki) izafi təzyiq; 
-  dalğanın sürət təzyiqi; 
- izafi təzyiqin təsir müddətidir. 
İ
zafi  təzyiq  yaranmış  maksimal  atmosfer  təzyiqi  ilə  zərbə  dalğasından  əvvəlki  normal 
atmosfer təzyiqinin fərqinə bərabərdir. 
 İzafi təzyiq hər kvadrat santimetrə düşən kiloqram-qüvvə (kqq/sm
2
) ilə ifadə edilir. İzafi 
təzyiq həmçinin, N/m
2
 və ya Pa ilə ölçülür.  
1 N/m
2
  =  1 Pa                             1 kPa  ≈  0,01  kq/sm
2
 
Zərbə dalğasının zədələyici təsiri sursatın gücündən, partlayışın növündən və partlayış 
mərkəzindən (episentrdən) olan məsafədən, yerin relyefindən asılı olur.  
Məsələn, 20 kilotonluq (ktn) nüvə silahının zərbə dalğası 1 km məsafəyə - 2 saniyə, 2 
km-ə - 5 saniyə, 3 km məsafəyə - 8 saniyə ərzində çatır; 3 meqatonluq partlayış zamanı isə 
bu müddətlər müvafiq surətdə 0,5; 2 və 3 saniyə olur. 
Zərbə dalğasının insanlara bilavasitə və dolayı ola bilər.  
Bilavasitə təsiri zamanı havanın təzyiqinin ani qalxması nəticəsində kəskin zərbə kimi 
qəbul  edilir  və  sınıqlara,  daxili  orqanların  zədələnməsinə  və  qan  damarlarının 
partlamasına səbəb olur. 
Dolayı təsir nəticəsində insanlar binaların və qurğuların qırılmış parçaları ilə,  daşlarla, 
ağaclarla,  şüşə  qırıqları  ilə  və  digər  əşyalarla  zədələnə  bilərlər.  Dolayı  təsir  bütün 
zədələrin 80%  təşkil edir. 
   Mühafizə olunmayan adamlar: 
-  0,2-0,4 kq/sm
2
 (20-40 kPa) izafı təzyiq zamanı yüngül zədələnməyə, kontuziyaya; 
- 0,4-0,6 kq/sm
2
 (40-60 kPa) nəticəsində orta dərəcəli zədələnməyə, huşun itirilməsinə,   
eşitmə orqanlarının zədələnməsinə, əl-ayağın çıxmasına, daxili orqanların zədələnməsinə; 
- 0,6-1 kq/sm
2
 (60-100 kPa) nəticəsində ağır dərəcəli zədələnməyə;  
-  1  kq/sm
2
  (100  kPa)  artıq  olan  izafi  təzyiq  nəticəsində  çox  ağır  dərəcəli  zədələnməyə 
məruz qalırlar. 
Belə zədələnmələr adətən ölümlə nəticələnir.  
Zərbə  dalğasının  təsirindən  qorunmaq  üçün    xəndəklərdən,  yeraltı  binalardan,  habelə 
yerin relyefındən də (çala, dərə, meşə) müəyyən dərəcədə istifadə etmək mümkündür.  
Xəndəklər zərbə dalğasının təsirini 1,5-2 dəfə, daldalanacaqlarb 2-3 dəfə, sığınacaqlar 3-
5 dəfə azldır,  
 
İş
ıq  şualanması-
  nüvə  partlayışında    zəncirvari  reaksiya  nəticəsində  od  kürəsinin 
saçdığı gözə görünən ultrabənövşəyi və ultraqırmızı güclü şua enerjisi selindən  ibarətdir. 
Ə
mələ gələn yüksək temperaturun (on minlərlə dərəcədə) təsir sahəsində olan tikililər, 
tezalışan maddələr, insanın üst paltarı alovlanır, bədənin açıq yerlərində yanıqlar əmələ 
gəlir,  gözlərin  müvəqqəti  və  ya  daimi  korluğu  olur.  İşıq  şualanması  bir  anda  yayılır  və 
qısa  müddətdə  (nüvə  silahının  gücündən  asılı  olaraq)  10-20  saniyə  müddətində  olur  və 
təsir göstərir.  
İş
ıq şüalanmasının zədələyici təsiri işıq impulsundan, yəni işıq şüalarına nisbətən şaquli 
yerləşmiş səthin hər bir kvadrat santimetrinə bütün şüalanma ərzində düşən işıq enerjisinin 
miqdarından  asılı  olur.  İşıq  impulsunun  ölçü  vahidi  olaraq  ks/m

və  yaxud  kal/sm
2
  qəbul 
edilmişdir.  Müxtəlif  sahələrdə  yaranan  işıq  impulsunun  kəmiyyəti  nüvə  partlayışının 
gücündən,  növündən,  məsafədən  və  hava  şəraitindən  asılı  olur.  Təsirinin  qısa  müddətinə 
baxmayaraq  işıq  şüalanması  xeyli  uzaq  məsafələrdə  bədənin  açıq  yerlərində  yanmalara, 

gözlərin  müvəqqəti  və  ya  daimi  korluğuna,  müxtəlif  materialların  alovlanmasına, 
kömürləşməsinə  və  ya  əriməsinə,  yaşayış  məntəqələrində,  meşələrdə,  mədənlərdə 
yanğınlara səbəb ola bilər.  
Məsələn, havada gücü 1 mln. tonluq nüvə partlayışı zamanı 4 kal/sm
2
 işıq impulsu - 19 
km;  10  kal/sm

-  15  km;  16  kal/sm

-  10  km  məsafədə  mövcud  olur  ki,  nəticədə  müvafiq 
surətdə bədənin açıq hissələrində yanıqlar baş verə bilər.  
İ
nsan orqanizminə təsirinin ağırlıq dərəcəsinə görə yanıqlar 4 dərəcəyə ayırd edilir.  
- Birinci dərəcəli
 yanıq zamanı dəri qızarır, şişkinləşir, ağrılı olur. Orqanizm üçün 
təhlükəli deyil, ağırlaşmadan sağalır.  
- İkinci dərəcəli
 yanıqlar zamanı içi açıq rəngli məhlulla dolu suluqlar yaranır və 
xüsusi müalicə tələb olunur.  
- Üçüncü dərəcəli
 yanıqlar zamanı dərinin daha dərin qatları zədələnir.  
- Dördüncü dərəcəli
 yanıqlar zamanı dəri kömürləşir.  
Üçüncü və dördüncü dərəcəli yanıqlar ölümlə nəticələnə bilər. 
İş
ıq  şüalanması  qeyri-şəffaf  materiallardan  (divar,  taxta,  bina)  keçə  bilmir.  İşıq 
ş
üalanması  yaşayış  məntəqələrində,  meşələrdə,  tarlalarda  güclü  yanğınlar  törədə  bilər. 
İş
ıq şüalanmasının təsiri meteoroloji şəraitdən çox asılı olur. Qatı duman,  yağış və qar 
onun  təsirini  10-20  dəfə  zəiflədir.  Sığınacaqlar  və  daldalanacaqlar  işıq  şüalanmasının 
təsirindən qorunmaq  üçün ən etibarlı  yerlərdir. İşıq şüalanmasının düz təsirindən hər bir 
kölgə yaradan maneənin arxasında qorunmaq olar. 
 
 
Nüfuzedici radiasiya-
 ionlaşdırıcı şualanma nüvə partlayışı anında partlayış yerindən 
ə
trafa yayılan, gözə görünməyən  ઻ qamma-şualar və neytron selidir. 
Adi nüvə partlayışı  zamanı neytronlar ઻ qamma-şualarmanın  30%,  neytron sursatının 
partlayışı zamanı isə - 70-80% təşkil edir. 
Nüfuzedici  radiasiyanın  təsir  müddəti  10-15  saniyədir,  təsir  məsafəsi  partlayışın 
mərkəzindən (episentrindən) 2-3 km. 
Radiasiya təhlükəsi simvolu 
Üzərində radiasiya təhlükəsi nişanı olan hər hansı naməlum əşya tapılan zaman dərhal 
Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə məlumat vermək lazımdır. 
 
Nüfuzedici  radiasiyanın  təsiri  ondan  ibarətdir  ki,  qamma-şualar  və  neytronlar  canlı 
toxumaların  molekullarını  ionlaşdırır.  Bu  isə  insan  və  digər  canlıların  orqanizmində 
maddələr  mübadiləsinin  pozulmasına,  hüceyrələrin  və  müxtəlif  üzvlərin  həyat 
fəaliyyətinin  dəyişməsinə,  yoluxucu  xəstəliklərə  qarşı  orqanizmin  mübarizə 
qabiliyyətinin zəifləməsinə səbəb olur. Xəstəliyin əlamətləri müəyyən  müddətdən sonra 
aşkara çıxır, xəstəliyin gedişi orqanizmin aldığı şuanın dozasından asılı olur. 
Neytronlar, bundan əlavə, bəzi əşyaların atomları ilə qarşılıqlı əlaqədə olaraq, metalda 
və texnikada yönəldilmiş aktivliyi yarada bilir. 
Nüfuzedici radiasiyanı xarakterizə edən əsas parametrlər: 
- ઻ qamma-şualarma üçün -
 
doza və dozanın gücüdür; 
- neytronlar ücün- axın və axının sıxlığıdır. 

Nüfuzedici radiasiyanın təsiri udulan doza ilə qiymətləndirilir və Qrey (Qr),  Rentgen 
(R), Rad. ölçü vahidləri ilə ölçülür. 
      1 qr. – 100 rad; 1 R.- 0,95 rad. 
Ş
ualanma- ionlaşdırıcı radiasiyanın bioloji obyektlərə təsiridir. 
      Udulan dozanın miqyasından asılı olaraq, insanlar şua xəstəliyinə tutulurlar: 
 
I-ci yüngül dərəcəli       - D = 100-200 rad (1-2 qr.); 
II-ci  orta      dərəcəli     - D = 200-400 rad (2-4 qr.); 
III-ci  ağır      dərəcəli   -  D = 400-600 rad (4-6 qr.) ; 
IV-ci  çox ağır dərəcəli -  D -  600 rad (6 qr.) yuxarı. 
 
Təhlükəsiz radiasiya dozaları:  
- sülh dövründə təhlükəli obyektlərdə işləyənlər - bir il ərzində 5R, (həmin obyektlərin 
yaxınlığında yaşayanlar bir il ərzində 0,5 R);  
müharibə dövründə: 
 
bir dəfəlik doza 4 gün ərzində 50 R; 
çoxdəfəlik dozalar:  
- bir ay ərzində 100 R; 
- üç ay ərzində 200 R; 
- bir il ərzində 300 R təşkil edilir. 
 
Müxtəlif sıx və qalın materiallar nüfuzedici radiasiyanın təsirini 2 dəfə zəiflədir: 
- Polad   -       2,7 sm. 
- Beton   -       10 sm. 
- Torpaq -       14 sm. 
- Su        -        23 sm. 
- Ağac   -         30 sm. 
Bunlara yarımzəiflətmə qatı deyilir. 
 
- Üstü örtülmüş xəndək – 40 dəfə,  
- Mühafizə üçün uyğunlaşdırılmış zirzəmi isə 400 dəfə nüfuzedici radiasiyanın təsirini 
zəiflədir. 
Neytron seli tərkibində hidrogen olan maddələrdə (suda, parafində, betonda) daha çox 
zəifləyir. 
Nüfuzedici  radiasiyanın  təsirindən  qorunmaq  üçün  onun  təsirini  200  -  5000  dəfə 
azaldan mülki müdafiənin mühafizə qurğularından istifadə olunur.  
1,5 metr qalığında torpaq qatı nüfuzedici radiasiyanın təsirindən tam qoruyur. 
 
Radioaktiv  zəhərlənmə-
  yerdə  nüvə  partlayışı  baş  verəndən  sonrakı  anlarda 
radioaktiv  zərrəciklər    odlu  kürənin  tərkibində  olur.  Odlu  kürə  buxara  və  tüstüyə 
bürünərək, hündürə qalxır və bir neçə saniyədən sonra 1700°S-də topa buludlara çevrilir. 
Hündürə  qalxan  hava  axınları  yerdən  toz-torpağı  göyə  qaldırıb  (ona  görə  o  göbələk 
formasında  olur)  onları  radioaktiv  buludla  birlikdə  aparır.  Yuxarı  qalxan  toz-torpaq 
radioaktivləşir. İri toz buludlarının bir hissəsi bilavasitə partlayış rayonunda yerə çökur. 
Qalan  hissəcikləri  isə  buludun  tərkibində  qalıb  hava  axınları  vasitəsilə  partlayış 
mərkəzindən  kilometrlərlə  məsafələrə  aparılır  və  hərəkət  istiqamətində  radioaktiv 
maddələr yerə tökülür.  
Radioaktiv  maddələrin  buludda  olan  mənbəyi  nüvə  silahının  tərkibində  olan  və 
partlayış  zamanı  istifadə  edilməyən  uran,  plutoniy  və  radioaktiv  izotoplardır.  Onların 
torpağa  təsiri  nəticəsində  istiqamətləşdirilmiş  aktivlik  əmələ  gəlir.  Həmin  radioaktiv 
maddələr  obyektlərin  üstünə  düşərək,  bölünürlər  və  ionlaşdırıcı  şualanma  əmələ 
gətirərək, faktiki olaraq zədələyici amil olurlar.  

Radioaktiv  çirklənmənin  parametrləri  radiasiya  ilə  ölçülür  (insanlara  təsirinə)  və 
ş
ualanma  dozasının  gücü  ilə  -  radiasiyanın  səviyyəsinə  (ərazinin  və  obyektlərin 
çirklənməsi  səviyyəsinə)  görə.  Bu  parametrlər  zədələyici  amillərin  kəmiyyət 
xarakteristikalarıdırlar-  radioaktiv  maddələrin  dağılması  ilə  müşahidə  olunan  radioaktiv 
çirklənmənin, nüvə silahı partladılması nəticəsində radioaktiv çirklənmənin və nüfuzedici 
radiasiyanın.   
 
Radioaktiv zəhərlənmənin dərəcəsi asılı olur: 
- partlayışın növündən; 
- partlayışın gücündən; 
- partlayışdan sonra keçən müddətdən; 
- partlayış mərkəzinə qədər olan məsafədən; 
- meteoroloji şəraitdən; 
- yerin relyefindən. 
Radioaktiv zəhərlənmə başqa zədələyici amillərdən aşağıdakıları ilə fərqlənir: 
- zəhərlənmənin böyük sahəni əhatə etməsi - minlərlə və on minlərlə kvadrat-kilometr;   
-  zədələyici  təsirin  uzun  müddət  -  günlərlə,  həftələrlə  və  hətta  aylarla    qalması  və  təsir 
göstərməsi; 
-  radioaktiv  zəhərlənmənin  rəngi,  iyi  və  başqa  xarici  əlamətləri  olmadığı  üçün  -  çətin 
aşkar edilməsi; 
- qeyri-sabit xarakterli olur. 
Radioaktiv  maddələrin  fasiləsiz  olaraq  parçalanması  sayəsində  zəhərlənmiş  ərazinin             
ölçülərinin müəyyən müddət ərzində azalmasıdır. 
Radioaktiv  çirklənməyə  məruz  qalmış  ərazi  iki  sahəyə  bölünür:  partlayış  sahəsi  və 
buludun izi. 
Radioaktiv zəhərlənməyə məruz qalmış ərazi (radioaktiv zəhərlənmiş ərazi) formaca 
ellipsə bənzəyir.  
 
 
Şə
kil  1.  Radioaktiv  çirklənməyə  məruz  qalmış  ərazinin  nüvə  partlayışı  rayonunu  və 
buludun hərəkəti istiqaməti üzrə sxemi. 
 
Buludun xarici sərhədlərində  radiasiyanın  səviyyəsi  müvafiq olaraq  8, 80,  240,  800 
rad/saat. 
Ə
razinin  radioaktiv  çirkləntisini  əmələn  gətirən  radioaktiv  çöküntülər  nüvə 
partlayışından sonra 10-20 saat ərzində buluddan yerə tökülürlər. 

 
Şə
kil  2.  Radiasiyanın  səviyyəsinin  buludun  izi  ilə  bölüşdürülməsi:  1-  radioaktiv 
buludun izi; 2- izin oxu; 3- radiasiyanın səviyyəsi buludun izinin eni ilə
 
Zəhərlənmənin  gücünə  görə  radioaktiv  zəhərlənmə  zolağını  adətən  dörd  zonaya 
bölünürlər:  
Zona  А  -  mülayim  (zəif) zəhərlənmə  zonası.  Radioaktiv  maddələrin zonanın xarici 
sərhədində  -  40  rad.  və  daxili  sərhədində  400  rad.  ilə  xarakterizə  edilir.  A  zonasının 
sərhədi zəhərlənmə zolağının bütün sahəsinin 70-80 % -dir. 
 Zona B - güclü zəhərlənmə zonası. Radioaktiv maddələrin zonanın xarici sərhədində 
-  400  rad.  və  daxili  sərhədində  1200  rad.  ilə  xarakterizə  edilir.  B  zonasının  sərhədi 
zəhərlənmə zolağının bütün sahəsinin 10 % -dir. 
Zona  V  -  təhlükəli  zəhərlənmə  zonası.  Radioaktiv  maddələrin  zonanın  xarici 
sərhədində - 1200 rad. və daxili sərhədində 4000 rad. ilə xarakterizə edilir.  
Zona  Q  -  çox  təhlükəli  zəhərlənmə  zonası.  Radioaktiv  maddələrin  zonanın  xarici 
sərhədində - 4000 rad. və daxili sərhədində 7000 rad. ilə xarakterizə edilir.  
 
 Müəyyən  müddətdən  sonra  radiasiyanın  səviyyəsi  tədricən  azalır.  Bu,  radioaktiv 
maddələrin öz-özünə parçalanıb qeyri-aktiv maddələrə çevrilməsi nəticəsində baş verir.  
Radioaktiv maddələrin heç bir xarici əlaməti (rəngi, iyi) yoxdur, zəhərlənməni ancaq 
xüsusi  doza  ölçən  (dozimetrik)  cihazlar  vasitəsilə  aşkar  etmək  mümkündür.  Ərazinin 
zəhərlənmə dərəcəsi radiasiyanın səviyyəsi (yəni gücü) ilə xarakterizə edilir və rentgen 
- saatla (R/s) ölçülür. 
Radioaktiv  zəhərlənmədən  mühafizə  etmək  üçün  insanları  ümumi  xarici 
ş
üalanmadan  qorumaq,  həm  də  radioaktiv  maddələrin  dəri  səthinə,  burunun,  gözlərin 
selikli  qişalarına  düşməsinin  və  hava,  ərzaq,  su  ilə  orqanizmə  keçməsinin  qarşısını 
almaq  lazımdır.  Bu  məqsədlə  radiasiya  əleyhinə  daldalanacaqlardan,  sığınacaqlardan 
istifadə  olunur.  Fərdi  mühafizə  vasitələri  (əleyhqaz,  respirator,  tozdan  qoruyan  parça 
maska,  habelə  pambıqlı  tənzif  sarğı)  tənəffüs  üzvlərini  zəhərlənmədən  etibarlı  surətdə 
qoruyur. Bədənin səthini adi paltarlarla da mühafizə etmək mümkündür. 
 
Elektromaqnit  impulsu  (EMİ)
 
-  nüvə  partlayışı  anında  külli  miqdarda  qamma  - 
kvantlar və neytronlar yaranır və ətrafa yayılır. Bunlar ətraf mühitin atomları ilə qarşılıqlı 
təsirə qoşularaq elektromaqnit sahələri yaradır. Təsir müddəti bir neçə milli saniyə olur. 
Nəticədə hava və yeraltı rabitə - kabel xətlərində, elektrik xətlərində, radiostansiyaların 
antennalarında qısa müddətli, lakin güclü cərəyan və gərginlik əmələ gətirir ki, bunlar da 
radioelektron cihazlarını, xarici xətlərə qoşulmuş elektrik qurğularını sıradan çıxarır. 

Bəzi  hallarda  elektrik  avadanlıqları  ilə  işləyən  insanları  da  zədələyə  bilər.  Buna 
elektromaqnit  impulsu  deyilir.  Elektromaqnit  impulsunun  zədələyici  amili  partlayış 
mərkəzinin bir neçə kilometrliyində müşahidə olunur.  
Elektromaqnit impulsundan ən effektli mühafizə üsulu- elektrik təminatı və idarəetmə 
xətlərinin,  radio  və  elektrik  aparatları  xətlərinin  ekranlaşdırılması,  qoruyucu  avtomat 
tərtibatlarından istifadə edilməsidir. 
 
Kimyəvi silahlar
 
Kimyəvi  silah  kütləvi  qırğın  silahlarından  biridir.  Onun  təsiri  zəhərli    döyüş  kimyəvi 
maddələrin  istifadəsinə  əsaslanır.  Onların  əsasını  zəhərləyici  maddələr  (ZM)  və  toksinlər  
təşkil  edir.  ZM  -  hərbi  sənaye  və  xalq  təsərrüfatı  obyektlərini,  qoşunları,  əhalini  sıradan 
çıxaran, yaxud onların döyüş və əmək fəaliyyətinin zəifləməsinə, insanların və heyvanların 
zədələnməsinə,  habelə  bitkilərin  məhvinə  səbəb  ola  bilən  xüsusi  kimyəvi  birləşmələrdən 
(zərərli maddələrdən) ibarətdir. 
Kimyəvi zəhərlənmə ocağı o əraziyə deyilir ki, orada kimyəvi silahın (ZM) və ya güclü 
təsirli  ZM  (GTZM)  təsiri  nəticəsində  həmin  ərazidə  əhalinin,  heyvanların  və  bitkilərin 
zədələnməsi  baş  verir.  Kimyəvi  zəhərlənmə  ocağının  ölçüləri  zəhərləyici  maddələrin 
işlədilməsi miqyasından, onların növündən, tətbiq edilmə üsulundan, meteoroloji şəraitdən 
və yerin relyefindən asılı olur. 
Kimyəvi zəhərlənmə ocağı iki zonaya bölünür- ZM-lə bilavasitə zəhərlənən əsas zonaya 
və ZM-nin buxar və ya aerozolları yayılan ikinci zona. 
 
ZM mühafizə olunmaq üçün sənaye əleyhqazlarından və xüsusi respiratorlardan istifadə 
olunur. 
Zəhərləyici maddələr və onların təsnifatı. 
 
Zəhərləyici maddələr
 - kimyəvi birləşmələrdirlərdir ki, müəyyən zəhərləyici və fiziki-
kimyəvi  xassələrə  malikdirlər.  Onları  döyüş  şəraitində  istifadə  etdikdə  canlı  qüvvəni 
(insanları) zədələyir, havanı, paltarı, texnikanı və ərazini zəhərləyirlər.  
Hərbi  məqsədlərlə  bitkiləri  zəhərləyici  kimyəvi  maddələr  herbisid,  defoliant  və 
desikant  maddələrdə  tətbiq  edilə  bilər  ki,  bunlar  dənli  bitki  əkinlərinin,  meşələrin, 
məhv olmasına kənd təsərrüfatı heyvanlarının zəhərlənməsinə səbəb olur. 
Zəhərləyici maddələr kimyəvi silahın əsasını təşkil edirlər.  

Zəhərləyici  maddələr  zəhərlənmiş  hava  ilə  nəfəs  aldıqda,  ZM  dəri  üzərinə  və  selikli 
qişaya düşdükdə, həmçinin zəhərlənmiş yeyinti məhsullarından və sudan istifadə etdikdə 
insanları  və  heyvanları  zədələyir.  Ona  görə  onların  seçilməsi  və  tətbiqi  üsulları  yerli 
şə
raitdən, ZM-in xassələrindən və qarşıya qoyulmuş məqsəddən asılı olaraq müxtəlif ola 
bilər. 
Kimyəvi  silah  təyyare  bombalarında,  top  güllələrində,  mayesi  tökülə  bilən  təyyarə 
cihazlarında  və  müxtəlif  tərtibatlarda  ərazini  zəhərləmək  üçün,  damcı-maye  halında 
zəhərləmək üçün buxar və aero-zoI (tüstü, duman) şəklində tətbiq edilə bilər. 
Zəhərləyici  maddələr  küləyin  istiqamətində  on  kilometrlərlə  məsafəyə  yayıla  bilən 
zəhərli bulud yaradır. 
Havanın  zəhərlənmə  təhlükəsinin  dərəcəsi  ZM-in  qatılığı  və  mühafizə  olunmayan 
adamın zədələndiyi vaxtla müəyyən edilir. 
Ə
razinin və ya obeyktin zəhərlənmə dərəcəsi düşən ZM-in miqdarından asılıdır və 
ZM-in  qramlarla  miqdarının  1  m
2
  səthə  nisbəti  ilə  ifadə  olunan  zəhərlənmə  sıxlığı  ilə 
müəyyən edilir. 
Zəhərləyici maddələrin təsnifatı. 
 
Müasir ZM orqanizmə: 
- fizioloji təsiri; 
- toksikliyi (zədələmə ağırlığı); 
- tez təsiretməyi; 
- dayanıqlığı 
ilə təsnif olunurlar.
 
Yüklə 4,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin