Komissiya aşağıdakı hüquqlara malikdir:
- Özünün səlahiyyətləri dairəsində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
sərəncamı şəklində verilən qərarlar qəbul etmək;
- Komissiyanın səlahiyyətlərinə aid edilən məsələlərin Azərbaycan Respublikası Nazirlər
Kabinetinin digər orqanları, nazirliklər, baş idarələr, təşkilatlar, müəssisələr, konsernlər və
assosiasiyalar tərəfindən aparılan müzakirələrində iştirak etmək;
- adamların həyatının və sağlamlığının qorunması, maddi və mədəni sərvətlərin, təbii
mühitin mühafizəsi üzrə respublikada fövqəladə halların qarşısının alınması və belə
hallarda fəaliyyətə dair qüvvədə olan qanunlarda, normativ aktlarda nəzərdə tutulmuş
tədbirlərin həyata keçirilməsinin yerlərdə vəziyyəti barədə nazirlik, baş idarə rəhbərlərinin,
fövqəladə hallar üzrə şəhər və rayon Komissiyaları sədrlərinin məlumatlarını dinləmək və
müvafiq qərarlar qəbul etmək;
- Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Respublika Dövlət
Sisteminə («Azərdövlətfövqəlfəaliyyət sistemi») daxil edilmiş qüvvə və vasitələrin
hazırlanmasına nəzarət etmək;
- Fövqəladə halların qarşısının alınması və belə hallarda Azərbaycan Dövlət Sisteminə
daxil edilmiş qüvvə və vasitələri müəyyən olunmuş qaydada lazımi xilasetmə və qəza-
bərpa işlərinin yerinə yetirilməsinə cəlb etmək;
- regional fövqəladə hallar baş verərkən Azərbaycan Respublikasının ərazisində xilasetmə
və qəza-bərpa işlərinin aparılmasına bilavasitə rəhbərlik etmək;
- fövqəladə halların yaranması təhlükəsi meydana çıxarkən, sahə tabeliyindən asılı
olmayaraq Azərbaycan Respublikasının ərazisindəki xalq təsərrüfatı obyektlərinin işini
müvəqqəti dayandırmaq;
- Respublika xalq təsərrüfatının aparıcı mütəxəssislərini təhlükə potensiallı obyektlərdə
ekspertizalar keçirilməsi və belə obyektlərin təhlükəsizliyinə nəzarət üzrə tədbirlərə cəlb
etmək;
- Fövqəladə vəziyyət haqqında Azərbaycan Respublikasının 4 fevral 1992-ci il tarixli
Qanununun 1-ci maddəsinin və 2-ci maddəsinin «a» bəndinə əsasən Azərbaycan
Respublikasının təbii fəlakət rayonunda fövqəladə vəziyyət tətbiq etmək barədə təkliflər
vermək.
Komissiyanın işinin təşkili
Gündəlik fəaliyyətində Komissiya öz işlərini Komissiyanın sədri tərəfindən təsdiq
edilən iş planı əsasında yerinə yetirir.
Komissiyanın iclaslarında fövqəladə halların qarşısının alınması və belə hallarda
fəaliyyət məsələləri müzakirə edilir. Komissiya öz səlahiyyətləri dairəsində qərarlar qəbul
edir ki, bu qərarların icrası bütün respublika nazirlikləri, baş idarələri, icra hakimiyyəti
orqanları, həmçinin sahə tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün
təşkilatlar, müəssisələr, idarələr üçün məcburidir. Komissiyanın iclasları arasındakı dövrdə
lazımi qərarlar Komissiyanın sədri tərəfindən qəbul edilir və müvafiq göstərişlər şəklində
icraçılara çatdırılır. Fövqəladə hallar yaranarkən qəzanın, təbii fəlakətin, epidemiyanın,
epizootiyanın və epifitotiyanın növündən, miqyasından və nəticələrindən asılı olaraq
Komissiyanın heyətindən operativ qruplar yaradılır və onlara fövqəladə halların
nəticələrinin aradan qaldırılmasına rəhbərlik etmək həvalə olunur.
Komissiyanın Sədri Komissiyaya tapşırılan vəzifələrin və funksiyaların yerinə
yetirilməsi üçün şəxsi məsuliyyət daşıyır. Komissiyanın üzvləri arasında vəzifə bölgüsü
aparır. Komissiyanın və onun aparatının işini təşkil edir.
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə
Komissiyanın Sədrinə aşağıdakı hüquqlar verilir:
- fövqəladə hallar zonasında ictimai asayişin mühafizəsini, xeyli maliyyə vəsaiti və maddi
sərvətlər toplanmış yerlərin, əhalinin həyat fəaliyyətini təmin edən obyektlərin və xalq
təsərrüfatı obyektlərinin mühafizəsini gücləndirmək;
- fövqəladə hallar zonasına vətəndaşların gəliş-gedişi üzrə xüsusi rejim qoymaq;
- fövqəladə halların qarşısının alınması və ya nəticələrinin aradan qaldırılmasından ötrü
lazımi nəqliyyat vasitələrini, tibb, xilasetmə, bərpaetmə və digər qüvvə və vasitələri cəlb
etmək;
- fövqəladə hallar zonasında fəaliyyət göstərərkən və belə halların nəticələrini aradan
qaldırmaq üçün bütün lazımi maddi-texniki, tibbi, ərzaq və digər dövlət və sahə
ehtiyatlarından və mənbələrindən istifadə etmək;
- lazım gələrsə fövqəladə hallar zonasındakı müəssisələrdə, təşkilatlarda (idarə
tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq) xüsusi iş rejimi tətbiq etmək,
onların ehtiyatlarından fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan
qaldırılması üçün, habelə əhalinin həyat fəaliyyətinin xüsusi rejimini təmin etməkdən ötrü
istifadə etmək;
- əmək qabiliyyətli əhalini fövqəladə halların nəticələrini aradan qaldırmaq işlərinə cəlb
etmək.
Azərbaycan Respublikası Dövlət orqanlarının fövqəladə halların qarşısının
alınması və belə hallarda fəaliyyət üzrə funksiyaları müəyyən edilmişdir:
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- Azərbaycan Respublikası nazirlikləri və baş idarələrinin, dövlət birlikləri, konsernləri,
assosiasiyaları və digər təşkilati-istehsalat strukturlarının istehsalatda təhlükəsizliyin
yüksəldilməsi, qəza və faciələrin, təbii və ekoloji fəlakətlərin epidemiya və epizootiyaların
qarşısının alınmasına, onların nəticələrinin zəiflədilməsinə və aradan qaldırılmasına
yönəldilmiş fəaliyyətini əlaqələndirmək.
- Təbii fəlakət və qəza nəticələrinin aradan qaldırılması üçün fondlar yaratmaq.
- Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında qarşılıqlı
yardım məsələləri üzrə beynəlxalq əməkdaşlığın təşkili.
Azərbaycan Respublikasının Elmlər Akademiyası:
- Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət
Sisteminin təkmilləşdirilməsi və inkişafına yönəldilmiş elmi araşdırmalar aparılmasına
dövlət yardımı göstərmək, belə araşdırma və elmi tədqiqatların aparılmasını təşkil etmək
və əlaqələndirmək.
Azərbaycan Respublikasının Dövlət Tikinti Komitəsi:
- Tikintidə təhlükəsizliyin təmin edilməsinə, şəhərlərin və yaşayış məntəqələrinin təbii
təsirlərdən mühafizəsinə xidmət edən tədbirlər işləyib hazırlamaq.
- Fövqəladə hallar yaranmış rayonlarda qəza-bərpa işlərinin təşkil olunmasında iştirak
etmək.
Azərbaycan Respublikasının aqrar-sənaye kompleksinə daxil olan nazirliklər və
baş idarələr:
- (Kənd Təsərrüfatı Nazirliyi, Azərbalıqsənaye birliyi)
- Epizotoloji, fitopotoloji və toksikoloji nəzarəti təşkil etmək və həyata keçirmək, öz
sahələrində təbii və ekoloji xarakterli fövqəladə halları proqnozlaşdırmaq, onların
nəticələrini qiymətləndirmək.
- Epizootiya və epifitotiyaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə
tədbirləri təşkil etmək və həyata keçirmək.
- İxtisaslaşdırılmış dəstələrin epizootiya və epifitotiyaları aradan qaldırılmağa hazırlığını
və bu işlərdə iştirakını təmin etmək.
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyaları Nazirliyi,
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti
:
- Rabitə və əhalinin xəbərdarlıq vasitələrini daim hazır halda saxlamaq. Fəaliyyətdəki
xəbərdarlıq sisteminin və baş vermiş fövqəladə hallar və onların nəticələrinin aradan
qaldırılmasının gedişi barədə nazirliklərə, baş idarələrə, respublikanın icra hakimiyyəti
orqanlarına, həmçinin əhaliyə müntəzəm məlumat çatdırmaq sisteminin (o cümlədən,
kütləvi informasiya vasitələrinin) səmərəliliyini yüksəltmək üzrə tədbirlər hazırlamaq.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi:
- Silahların və hərbi texnikanın saxlanılması, istismarı və daşınması ilə əlaqədar fövqəladə
halların aradan qaldırılması işlərini təşkil etmək.
- Qoşunlar (silahlı qüvvələr) yerləşdirilən rayonlarda radiasiya şəraitinə, kimyəvi və
bioloji (bakterioloji) şəraitə nəzarət etmək.
- Fövqəladə halların nəticələrinin aradan qaldırılmasında, müxtəlif qəzalar, təbii və ekoloji
fəlakətlər, epidemiya rayonlarına hərbi-nəqliyyat vasitələrinin qüvvələrilə maddi
ehtiyatların daşınmasında iştirak etmək.
- Qanunvericiliyə müvafiq olaraq digər vəzifələri yerinə yetirmək.
Fövqəladə Hallar Nazirliyi:
- Fövqəladə hallar təhlükəsi yaranan və baş verən şəraitdə əhalinin fəaliyyətə
hazırlanmasının təşkili və ona nəzarət, qəzaların, təbii və ekoloji fəlakətlərin
nəticələrindən əhalinin mühafizə olunmasına yönəldilmiş tədbirlərin yerinə yetirilməsi.
- MM-ni idarəetmə, xəbərdarlıq və rabitə sisteminin daimi hazırlığını təmin etmək,
fövqəladə hallar təhlükəsi yaranarkən və belə hallar baş verərkən fəaliyyət qaydası barədə
ə
haliyə məlumat vermək.
- Azərbaycan Dövlət fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət
Sisteminə daxil olan mülki müdafiə qüvvələri və vasitələrinin hazırlığına nəzarət etmək.
- Azərbaycan Dövlət fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət
Sisteminə daxil olan mülki müdafiə qüvvələri və vasitələrindən istifadə olunmasının
planlaşdırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və idarə edilməsi,
fövqəladə hallarda əhalinin həyat təminatının təşkili, Mülki müdafiə qüvvələrinin
fəaliyyətinin təminatını və vəzifələrin yerinə yetirilməsi zamanı onların qarşılıqlı
fəaliyyətini təşkil etmək.
- Su təsərrüfatı obyektlərinin və hidrotexniki qurğuların vəziyyətini və onlarda fövqəladə
hallar yaranarkən ehtimal edilən nəticələri proqnozlaşdırmaq və qiymətləndirmək.
- Ekoloji tələbləri və fövqəladə halların nəticələrini aradan qaldırmaq üzrə fəaliyyəti
nəzərə almaqla, belə halların qarşısının alınması və suların mühafizəsi tədbirlərinin yerinə
yetirilməsinə yönəldilmiş su təsərrüfatı işlərini əlaqələndirmək və bu işlərə metodiki
rəhbərlik göstərmək.
- Təhlükə potensiallı su təsərrüfatı obyektlərinin və su mənbələrindəki hidrotexniki
qurğuların istismarı zamanı ehtiyat işlərinin görülməsini təşkil etmək, onların təbii
fəlakətlərdən və texnogen qəzalardan dağılmasının nəticələrini aradan qaldırmaq.
- Su anbarlarının vəziyyətinə operativ nəzarəti təşkil etmək.
- Seysmik dayanıqlıq tədbirlərini nəzərə almaqla, su təsərrüfatı obyektlərinin tikilməsi
üzrə işlərin əlaqələndirilməsini və həyata keçirilməsini təmin etmək.
- Su təsərrüfatı obyektlərində və hidrotexniki qurğularda qəza-bərpa işlərinin yerinə
yetirilməsində iştirak etmək;
- Texniki təhlükəsizliyin təmin edilməsi, qəza və fəlakətlərin qarşısının alınması məqsədilə
Komitənin təşkilati strukturuna daxil olan bölmələrin təhlükə potensiallı obyektlərə və
istehsalatlara nəzarətini təkmilləşdirməyə yönəldilmiş fəaliyyətini əlaqələndirmək;
- Obyektlərdə və istehsalatlarda qəza nəticələrinin aradan qaldırılması üzrə işlərə metodiki
rəhbərlik göstərmək;
- Respublikanın ərazisində müəssisələrin, obyektlərin və istehsalatların sənaye
təhlükəsizliyi və yeraltı sərvətlərin qorunması tələblərini nəzərə almaqla yerləşdirilməsi
üzrə təkliflərin hazırlanmasında iştirak etmək.
Azərbaycan Respublikası DİN:
- Fövqəladə hallarda ictimai asayişi təmin etmək. Qəza-xilasetmə işlərinin və digər
təxirəsalınmaz işlərin yerinə yetirilməsində hərbiləşdirilmiş yanğınsöndürən bölmələrin
qüvvələrilə iştirak etmək.
- Yol-nəqliyyat hadisələrinin, yollarda və xalq təsərrüfatı obyektlərində qəzaların,
yanğınların profilaktikası və qarşısının alınması.
Qanunvericiliyə müvafiq olaraq digər vəzifələri yerinə yetirmək.
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Dövlət Maddi-
Texniki Təchizat Komitəsi, Maliyyə Nazirliyi, Dövlət Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət
Maddi Ehtiyatlar Komitəsi, Dövlət Sığorta Kommersiya Şirkəti:
- Fövqəladə halların sosial - iqtisadi nəticələrinin proqnozlaşdırılması və
qiymətləndirilməsi.
- Fövqəladə halların qarşısının alınması, nəticələrinin aradan qaldırılması və zərər çəkmiş
ə
haliyə yardım göstərilməsi üzrə işlərin maliyyələşdirilməsinin təmin edilməsi.
- Fövqəladə halların maliyyələşdirilməsinin təmin edilməsi.
- Fövqəladə halların qarşısının alınması üzrə işlərin təminatından ötrü lazımi sığorta və
ehtiyat fondlarının, maddi vəsait ehtiyatlarının yaradılması.
- Zərər çəkmiş əhalinin gündəlik tələbat malları ilə təchizatını təşkil etmək.
- Sənaye və ekoloji təhlükəsizlik üzrə tələbləri nəzərə almaqla xalq təsərrüfatı
obyektlərinin respublika ərazisində yerləşdirilməsi işlərini əlaqələndirmək (Azərbaycan
Respublikasının İqtisadiyyat və Planlaşdırma Komitəsi).
Azərbaycan Respublikasının Ekoloqiya və Təbiəti sərvətlər Nazirliyi::
- Respublikada ekoloji şəraitdə nəzarəti təşkil etmək, onun yaxşılaşdırılması üzrə tədbirləri
planlaşdırmaq və həyata keçirmək.
- Fövqəladə halların ekoloji nəticələrini aradan qaldırmaq üzrə işlərə metodiki rəhbərlik
göstərmək.
- Təhlükəli istehsalatlar yerləşdirilən, intensiv təsərrüfat fəaliyyəti aparılan rayonlarda, o
cümlədən güclü qəzalar və təbii fəlakətlər zamanı ekoloji şəraitin dəyişməsinin
proqnozlaşdırılması işlərini təşkil etmək.
- Respublikanın ərazisində müəssisələrin, obyektlərin və istehsalatların ekoloji
təhlükəsizlik tələblərini nəzərə almaqla yerləşdirilməsi və tikilməsi üzrə təkliflərin
hazırlanmasında iştirak etmək.
- Respublikanın ərazisində monitorinqi, ətraf mühitin radioaktiv və kimyəvi
zəhərlənməsinin proqnozlaşdırılmasını təşkil etmək və yerinə yetirmək.
- Təbii hidrometeoroloji hadisələrin baş verməsi ehtimalını və bununla əlaqədar olaraq
yarana biləcək fövqəladə halların miqyasını proqnozlaşdırmaq və bu barədə xəbərdarlıq
etmək.
- Müxtəlif qəzalar və təbii ekoloji fəlakətlər rayonlarında radioaktiv çirklənmələrə və
kimyəvi zəhərlənməyə operativ nəzarəti və bunların ən dəqiq (presizion) ölçülmələrini
təşkil etmək.
- Azərbaycan Dövlət fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət
Sisteminin idarəetmə orqanlarını hidrometeoroloji məlumatlarla təmin etmək.
- Respublikanın meşələrində fövqəladə hallar yaranması ehtimalını proqnozlaşdırmaq.
- Respublikanın meşələrində fövqəladə hallar yaranmasının qarşısını almaq və nəticələrini
aradan qaldırmaq tədbirlərinin təşkili və həyata keçirilməsi.
- Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət
Sistemi daimi hazırlıq qüvvələrinin heyətinə daxil edilmiş sahə qəza-xilasedici bölmələrin
qüvvələri ilə qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsində iştirak
etmək.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi:
- Respublikada sanitariya və epidemioloji şəraitə nəzarəti təşkil etmək və həyata
keçirmək.
- Fövqəladə hallar yaranmış rayonlarda epidemioloji şəraiti proqnozlaşdırmaq və
qiymətləndirmək, epidemiya əleyhinə tədbirlər hazırlamaq və həyata keçirmək.
- İxtisaslaşdırılmış təcili tibbi yardım dəstələrinin daimi hazırlığını təmin etmək, fövqəladə
hallar yaranmış rayonlarda təcili tibbi yardım göstərilməsi işlərini təşkil etmək.
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və dövlət konsernləri, tərkibində
nəqliyyat vasitələri olan konsern və idarələr («AZAL», «Azəravtonəqliyyat»,
Azərbaycan Respublikasının Energetika Nazirliyi, dövlət konsernləri, Azərbaycan
Dəmir Qapalı Səhmdar Cəmiyyəti, Xəzər Gəmiçiliyi İdarəsi, Azərbalıqsənaye):
- Nəqliyyatda qəza və fəlakətlər baş verməsinin qarşısının alınması və onların nəticələrinin
aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsini təşkil etmək.
- Fövqəladə halların aradan qaldırılması işləri üçün lazımi qüvvə və vasitələrin, maddi-
texniki ehtiyatların daşınmasını, köçürülmə tədbirlərini nəqliyyatla təmin etmək.
- Fövqəladə hallar baş vermiş rayonlardakı qəza-xilasetmə, qəza-bərpa işləri və digər
təxirəsalınmaz işlərin aparılmasında idarə dəstələrinin qüvvələri ilə onların taktiki-texniki
imkanları daxilində iştirak etmək.
- Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri və baş idarələri, respublikanın
dövlət birlikləri, konsernləri, assosiasiyaları və digər təşkilati-istehsalat strukturları
Nazirliklərin və baş idarələrin obyektlərində qəzaların qarşısının alınması və
nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin təşkili və yerinə yetirilməsi.
Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan
Dövlət Sistemi daimi hazırlıqlı qüvvələrin heyətinə daxil edilmiş idarə tabeli hərbiləşmiş
və peşəkar qəza-xilasetmə bölmələrinin qüvvələri ilə qəza-xilasetmə və digər
təxirəsalınmaz işlərdə iştirak etmək.
Azərbaycan Respublikasının ixtisaslaşdırılmış dövlət tikinti birlikləri, konsernləri,
assosiasiyaları və digər təşkilati-istehsalat strukturları:
- İxtisaslaşdırılmış dəstələrin qüvvələri ilə fövqəladə hadisələr rayonlarında
həyattəminatlı obyektləri bərpa etməklə qəza-bərpa işlərində iştirak etmək.
- İstehsalat obyektlərində qəza və fəlakətlərin qarşısının alınması tədbirlərinin yerinə
yetirilməsini təşkil etmək.
Azərbaycan Respublikası Nazirlər Kabineti fövqəladə komissiyasının tərkibi
müəyyən edilmişdir.
Komissiyanın sədri- baş nazırın müavini Şərifov Abiq Qoca oğlu təyin edilib.
Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə
Azərbaycan Dövlət Sistemi haqqında
Ə
sasnamə
Bu Əsasnamə Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə
Azərbaycan Dövlət Sisteminin əsas vəzifələrini, təşkilini və iş qaydalarını müəyyən edir.
Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan
Dövlət Sistemi fövqəladə halların qarşısının alınması, belə hallar yarandıqda isə,
ə
halinin təhlükəsizliyinin təmin edilməsi və xalq təsərrüfatında ziyanın azaldılması
məqsədilə təşkil edilmişdir.
Azərbaycan Dövlət Sisteminin əsas vəzifələri aşağıdakılardan ibarətdir:
- Fövqəladə hallar yaranarkən respublikanın ərazisində adamların həyatının və
sağlamlığının, maddi və mədəni sərvətlərin, təbii mühitin mühafizəsi üzrə bir sıra iqtisadi
və hüquqi tədbirlərin həyata keçirilməsi, bunlardan ötrü uzunmüddətli məqsədyönlü
proqramların işlənib hazırlanması və yerinə yetirilməsi, elmi araşdırmaların və təcrübə-
konstruktor işlərinin təşkili;
- təbii mühitin və təhlükə potensiallı obyektlərin vəziyyətinin müşahidə və nəzarət üzrə
respublika Sisteminin etibarlı işinin təmin edilməsi, müxtəlif fəlakətlər baş verməsi
ehtimalının proqnozlaşdırılması, təhlükə potensiallı obyektlərin vaxtında aşkar edilməsi,
ə
mək təhlükəsizliyi tələblərini ödəməyən istehsalatların yenidən qurulması, yaxud
bağlanması üzrə lazımi tədbirlər görülməsi, xalq təsərrüfatı obyektlərində və sahələrində,
ə
halinin həyat təminatı sistemlərində işin dayanıqlığının artırılması, maddi-texniki
vasitələr, tibbi avadanlıq və dərmanlar, ərzaq ehtiyatları və digər xüsusi ehtiyatların
yaradılması;
-Azərbaycan Dövlət sistemi idarəetmə orqanlarının, qüvvə və vasitələrinin fövqəladə
hallarda fəaliyyətə yüksək hazırlığının, baş vermiş hadisələrin xarakterini, miqyasını və
ehtimal olunan nəticələrini düzgün qiymətləndirməklə çevik fəaliyyətinin, müvafiq dövlət
idarəetmə orqanlarını və əhalini fövqəladə halların törənməsi və ya baş verdiyi barədə
operativ xəbərdar edilməsinin, qüvvə və vasitələrin fəlakət rayonlarına vaxtında
yeridilməsinin təmin olunması;
- Fövqəladə halların nəticələrini aradan qaldırmaqdan ötrü axtarış-xilasetmə, qəza-bərpa
və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi;
- Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məsələlərində
qarşılıqlı yardım məqsədi ilə digər dövlətlərlə qarşılıqlı fəaliyyətin və xarici ölkələrlə
ə
məkdaşlığın təşkili.
Azərbaycan Dövlət Sistemi respublikada müəyyən edilmiş inzibati-ərazi bölgüsünə və
sahələrarası dövlət birlikləri idarələrinin, dövlət konsernləri və assosiasiyalarının
strukturuna müvafiq olaraq ərazi və xalq təsərrüfatı vəsilələrini əhatə edir.
Sistemin ərazi və sahə vəsilələrinin konkret strukturları Respublika nazirlikləri, baş
idarələri, habelə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, şəhər və rayon icra
hakimiyyəti orqanları tərəfindən müəyyən olunur və bu vəsilələr haqqında Əsasnamələrlə
təsbit edilir.
Bu zaman, adətən, hər bir vəsilə rəhbər orqanlardan, gündəlik idarəetmə orqanlarından,
təbii mühitin və təhlükə potensiallı obyektlərin vəziyyətini müşahidə və nəzarət edən
qüvvələr və vasitələrdən, fövqəladə halların nəticələrini aradan qaldıran qüvvə və
vasitələrdən, rabitə və xəbərdarlıq sistemindən, digər maddi-texniki vasitələrdən, həmçinin
tədris müəssisələri və elmi-tədqiqat təşkilatlarından ibarət olur.
Dostları ilə paylaş: |