Kimyəvi silahın ən vacib xüsusiyyətləri aşağıdakılərdır:
- maddi sərvətləri məhv etmədən canlı qüvvəni zədələmək imkanı;
- ZM-in maddi sərvətlərə təsiri onların zəhərlənməsi ilə məhsdudlaşır ki, bu da
onlardan istifadəni çətinləşdirir;
- geniş sahələri zədələmək və zədələyici təsirini uzun müddət saxlamaq qabiliyyəti;
- zəhərlənmənin sürətlə baş verməsi və zədələnmənin ağır olması;
- istehsalının nisbətən ucuz başa gəlməsi.
Məlum olan bütün zəhərləyici maddələr orqanizmə təsirinin xarakterinə görə
(toksikoloji təsnifatına), döyüş təyinatına və ərazidə zəhərlənmənin davamlığına görə
(taktiki təsnifatı) qruplara ayrılır.
Bir sıra ölkələrin cəbhəxanalarında müasir zəhərləyici maddələri toksikoloji təsnifatına
görə bu qruplara ayırmaq mümkündür.
Fizioloji təsirinə görə ZM 7 qrupa bölünürlər:
SS
ZM qrupları
ZM adları
1 Sinir iflicedici təsirli (fosforlu üzvü) ZM
Zarin
Zoman
V-qazlar
2 Ümümzəhərləyici təsirli ZM
Sianid turşusu
Xlorsian
3 Dərini zədələyən (rezobrtiv təsirli) ZM
Texniki (kükürdlü) iprit
Saf iprit
Azotlu iprit
(trixlortrietilamin)
Lüizit
4 Boğucu təsirli ZM
Fosgen
Difosgen
5 Qıcıqlandırıcı təsirli ZM
Adamsit
Si-ES
6 Psixokimyəvi təsirli ZM
Bi-zet (BZ)
LSD (Lizerkin turşusunun
törəmələri)
Psilosibin
Tremorin
Meskain
7 Gözyaşardıcı təsirli ZM
Xlorasetofenon
Brombenzilsianid
Xlorpikrin
1. Sinir iflicedici təsirli (fosforlu üzvü) ZM
- kimyəvi strukturuna görə fosforlu-
üzvü maddədir (FÜM).
Belə maddələrə Zarin, Zoman və V - qazlar aiddir.
Zarin və Zoman rəngsiz (və ya sarımtıl rəngli), səciyyəvi iyli mayelərdir; bunların
xüsusi çəkisi vahiddən bir qədər artıqdır (1,02-1,1). Bu maddələr üzvi əridicilərdə, o
cümlədən yağlarda və yağaoxşar maddələrdə yaxşı, suda isə zəif həll olunur, havada tez
bir zamanda ölümcül konsentrasiyalı buxar törədir. Yay vaxtı ərazini maye damcıları
zarin 8 saata, zoman isə bir sutkaya qədər müddətə zəhərləyə bilər. Zarinin buxarları
havadan 4,77 dəfə, zomanınkı isə 6,33 dəfə ağırdır. Zarinin ikinci buludunun zədələyici
təsiri 4-7 saatadək, sinir iflicedici ZM qrupuna aid digər maddələrinki isə onların bütün
buxarlanması dövründə davam edir. Suaxmazlarda zarinin zəhərləyici təsiri 25
sutkayadək, zomanınkı isə 2,5 ayadək qalır.
V - qazlar suda zəif, üzvi əridicilərdə, yanacaq, sürtgü materiallarında yaxşı həll
olunan rəngsiz mayedir. Rezin-texniki məmulatlara və böyük lak örtüklərə yaxşı hopur.
Yavaş buxarlandırıcı üçün (20°S-də 10
-3
mq/l) ərazidə üzun müddət qalır. V - qazın
kimyəvi adı fosforiltioxolinlərdir.
V - qazlar, Zoman, Zarin davamlı ZM-dir.
Fosforlu üzvü ZM (FÜZM) tətbiq edilərkən zəhərlənmə adətən maye damcılarının
dərinin səthinə düşməsi hallarında, yaxud həmin ZM-in buxarları tənəffus yollarından
keçərkən baş verəcəkdir.
Fosforlu zəhərli maddələrin konsentrasiyası 5-10
-7
mq/l-dən az olan hallarda 5-6 saat
müddətində əleyhqazsız qalmaq mümkündür.
2. Ümümzəhərləyici təsirli ZM -
ə
sasən tənəffüs üzvlərindən keçib orqanizmin ən
vacib sistemlərinə sürətlə təsir göstərən tezbuxarlanan kimyəvi birləşmələrdir.
Zəhərləyici maddələrin bu qrupuna Sianid turşusu və Xlorsian aiddir.
Sianid turşusu həddən artıq zəhərlidir. Turşunun buxarı ilə nəfəs aldıqda və ya o
dərinin zədələnmiş hissəsinə düşdükdə ölümlə nəticələnir. Sianid turşusunun buxarları
paltarlara yaxşı hopur (sığınacağa daxil olarkən nəzərə alınmalıdır) və ümumzəhərləyici
təsir göstərir.
Deqazasiya - əsasən hava dəyişmə yolu ilə aparılır.
Xlorsian - kəskin iyli, sudan ağır rəngsiz mayedir. 13°S-də qaynayır, mənfi 7°S-də
bərkiyir. 20°S-də buxarların maksimal konsentrasiyası 3300 mq/l-dir. Suda məhdud
miqdarda (7%), azotlu, üzvi maddələrdə (spirt, efir), yağ və lipoidlərdə yaxşı həll olunur.
Xlorsian sianid turşusundan 2-4 dəfə az zəhərlidir. Qıcıqlandırıcı təsirə malikdir. İlk
qıcıqlandırma konsentrasiyası 0,0025 mq/l, güclü yaşaxma və bəbəklərin spazmasma
səbəb olan dözülməz konsentrasiya 0,06 mq/l-dir. Bundan artıq konsentrasiyalar sianid
turşusunun təsirində olduğu kimi orqanizmin ümumi zəhərlənməsi ilə nəticələnir.
Xlorsian davamsız zəhərli maddədir.
3. Dərini zədələyən (rezobrtiv təsirli) ZM
- elə zəhərli birləşmələrdir ki, onlar hətta
ə
n cüzi miqdarda bədənin dəri örtüyünü zədələyə bilərlər.
Zəhərləyici maddələrin bu qrupuna Texniki (kükürdlü) iprit, Saf iprit, Azotlu iprit
(trixlortrietilamin) və Xlorsian aiddir.
Saf iprit -Kimyəvi təmiz iprit - zəif gənəgərçək iyli şəffaf, yağlı rəngsiz mayedir. Üzvi
ə
ridicilərdə, yağ və yağaoxşar maddələrdə yaxşı, suda xeyli zəif (10°S-də - 0,07) həll
olunur.
Ə
rzaq məhsullarına, məsaməli materiallara, boyaq örtüklərinə, rezin-texniki məmulatlara
asanlıqla hopur və onların uzun müddətli zəhərlənməsinə səbəb olur. Ərazi uzun müddət:
yayda - 7 sutka, qışda bir neçə həftə zəhərli qalır.
İ
prit suda yavaş hidroliz olunur və neytrallaşır (zəhərsizləşir). Qələvilərin təsirindən
ipritin hidrolizi sürətlənir.
Xlorlu əhəng, xloraminlər və sulfidlər ipriti tez zərərsizləşdirir.
İ
prit təmasda olduğu orqanlara və toxumalara (tənəffüs yollarına, gözlərə, dəri, mədə -
bağırsaq sisteminə) təsir edir, bədənin zədələnmiş yerindən qana sorulması nəticəsində isə
ümumzəhərləyici təsir göstərir. Bədənin səthinə düşən iprit damcıları 7 dəqiqədən sonra
dərinin alt qatlarına keçir. 20-30 dəqiqə ərzində isə heç bir ağrı hissi
törətmədən orqanizmdə
tamamilə sorulur. İprit davamlı zəhərli maddədir.
4. Boğucu təsirli ZM
- elə maddələrə deyilir ki, onlar xüsusən ağciyəyər toxumalarını
zədələyir, orqanizmin digər toxumalarına güclü təsir göstərmirlər.
Boğucu təsirli zəhərli maddələr qrupuna Fosgen və Difosgen aidddir.
Son zamanlar Fosgen güclü təsirli zəhərli maddələrə (GTZM) şamil edilir.
Fosgen- ağ ciyərlərə təsir göstərir, onlarda şiş əmələ gətirir, nəticədə orqanizmin
oksigenlə təchizatı pozulur. Havada 0,006 mq/l qatılıqda ölümlə nəticələnir. Fosgenlə
nəfəs aldıqda ağızda şirin dad, sonra öskürək, baş gicəllənməsi və ümumi zəiflik hiss
olunur. Zəhərli zonadan çıxdıqdan sonra adətən 2-12 saat ərzində adam özünü yaxşı hiss
edir. Bu dövr gizli dövr adlanır. Bundan sonra insanda kəskin dəyişiklik baş verir. Əgər
vaxtında həkim yardımı göstərilməsə, ölümlə nəticələnə bilər.
Deqazasiya – havadəyişmə və yaxud ammonyak iyləməklə mümkündür.
Difosgen- qaynama temperaturu 128°S olan mayedir, Fosgenə nisbətən yavaş buxarlanır,
havadan 7 dəfə ağırdır. Yayda ərazini açıq yerlərdə - 1 saata, meşəlik yerlərdə isə bir neçə
saatadək zəhərləyir. Difosgen suda pis həll olunur, bu zaman xlorid turşusu və karbon qazı
yaratmaqla parçalanır. Difosgen su hovuzlarını zəhərləmir.
Difosgen zəhərləyici xassələrinə görə fosgenə oxşayır. O, davamsız zəhərləyici
maddələrə aiddir.
5. Qıcıqlandırıcı ZM-
(Sİ-ES) və Adamsit aid edilir. Sİ-ES suda pis həll olunan rəngsiz
maddədir. O, spirtdə bir qədər, asetonda, dioksanda, metilxloriddə, etilasetatda,
benzolda isə yaxşı həll olunur. Aerozol şəklində tətbiq edilir.
Sİ-ES maddəsinin ümumi zəhərliliyi zəifdir, lakin o, qızdırıcı təsirə malikdir ki, bu
da asqırtıya, öskürəyə, gözlərdən bol yaş, burundan selik axmasına, tənəffiisün
çətinləşməsinə səbəb olur. Bunlardan başqa, dəriyə gicitkən kimi qaşındırıcı təsir
göstərir, yüksək konsentrasiyalarda ürək bulanması və qusma törədir. Sıradan çıxarıcı
orta konsentrasiyası 0,001 - 0,005 mq/l-dir. Gözyaşardıcı maddələr gözlərin burun-
qırtlağın selikli qişalarını qıcıqlandırır, bu isə gözdən yaş axması, bəbəklərinl
spazması, burundan güclü selik axması ilə nəticələnir. Bunlar tərkibində haloid olan
üzvi maddələrdir. Belə maddələrdən əsasları xlorasetofenon və brombenzilsianiddir.
Adamsit yaşımtıl rəngli bərk maddədir, suda həll olunur, üzvi əridicilərdə, xüsusən
qızdırılarkən və asetonda yaxşı həll olunur. Yavaş buxarlanması və pis həll olunmasına
görə torpağı uzun müddət zəhərləyə bilər. Suda parçalanmır, qələvi maddələr onun suda
hidrolizini sürətləndirir və nəticədə fenassazin oksidi yaranır.
Adamsitin 1,41 mq/l konsentrasiyası olan havada 2 dəq. və ya 0,28 mq/l
konsentrasiyalı havada 20 dəq. qalarkən ölümcül zəhərlənmə baş verir.
6. Psixokimyəvi təsirlı ZM
- Bi-zet (BZ)
- LSD (Lizerkin turşusunun törəmələri)
- Psilosibin
- Tremorin
- Meskain
Bi-zet - suda həll olunmayan ağ kristal tozdur. Bi-zet orqanizmə tənəffüs və mədə-
bağırsaq yolları ilə keçir.
LSD - rəngsiz bərk kristal maddədir, suda zəif, üzvi əridicilərdə yaxşı həll olunur. Bu
maddənin duzları davamlı məhlullar yanatmaqla suda yaxşı həll olunurlar.
Orqanizmə tənəffüs yolları ilə təsir edəcəyi daha çox ehtimal olunur. Mədə-bağırsaq
yolları ilə zəhərlənmə də mümkündür.
7. Gözyaşardıcı təsirli ZM-
Xlorasetonfenon bənövşə və ya meşəgilası iyi verən bərk
maddədir. Üzvi əridicilərdə yaxşı həll olunur. Suda hətta qaynadılarkən də dağılmır.
Müsbət 20°S-də buxarlanması 0,105 mq/l-ə bərabərdir, buxarları havadan 5,3 dəfə
ağırdır. Yayda ərazidə bir neçə giin təsirini saxlayır.
Brombenzüsianid - acı badam iyli, rəngsiz, yaxud sarımtıl kristal maddədir. Suda
demək olar ki, həll olunmur, üzvi əridicilərdə isə yaxşı həll olunur. Suda hidroliz
olunmur, torpaqda bir ayadək qala bilər. Spirtin su məhlulunda natrium-sulfidlə
reaksiyaya qoşularaq zəhərsiz maddəyə çevrilir.
Bakterioloji silah.
Bakterioloji silah (BS) - kütləvi qırğın silahlarının bir növüdür.
Bu silah bakterial vasitələrlə və onları tətbiq etmək üçün işlədilən döyüş
sursatına, cihaz və tərtibatlara deyilir.
Bakterioloji silah (BS) əsasən xəstəlik törədən mikroblar və onlardan alınan zəhər-
toksinlər təşkil edir.
Bakterioloji vasitələrin insanlara, heyvanlara və bitkilərə zədələyici təsiri bir sıra fərdi
xüsusiyyətlə xarakterizə edilir. Onların hətta çox kiçik dozaları belə yoluxucu xəstəlik
törədə, yaxud insanları və heyvanları zəhərləyə bilər. Bir çox xəstəliklər xəstə adamdan
sağlam adama keçir, insanlar və heyvanlar arasında tez yayılır. Xəstəlik törədən
mikroblar və toksinlər müəyyən müddət xarici mühitdə və ya yoluxmuş həşaratlar,
gənələr və gəmiricilərdə qala bilər. Bakterioloji vasitələrin zədələyici xassələrindən biri
də onlarda inkubasiya və ya gizli təsir dövrünün olmasıdır.
Düşmən bakterioloji vasitələri təyyarə bombaları, top güllələri, raketlər və içərisinə
maye, yaxud quru halda mikrob və zəhər qatışığı (reseptur) doldurulmuş xüsusi
konteynerlər və cihazlar vasitəsilə ata bilər. Onlan zəhərlənmiş daşıyıcılar da (həşəratlar,
gənələr, gəmiricilər) yaya bilər.
Bakterioloji silahın tətbiqi nəticəsində şübhəsiz ki, şəhərlər və başqa yaşayış
məntəqələri, dəmir yolu qovşaqları, limanlar, su təchizatı mənbələri, həmçinin kənd
təsərrüfatı bitkiləri, əkilmiş tarlalar zədələnə bilər.
Xəstəliyin yayılmasının ən sadə üsullarından biri havanın yoluxmasıdır. İçərisində
bakterioloji vasitələr olan hərbi sursat havada duman və ya tüstüşəkilli aerozol buludu
yaradır. Onun zədələyici təsiri tətbiq edilən xəstəliktörədicidən, ərazinin relyefındən,
meterioloji şəraitdən asılıdır.
İ
nsan və heyvanlar təkcə bakterioloji vasitələrin tətbiq edildiyi zaman deyil, buluddan
ayrılmış aerozol hissəciklərinin zədələyici xüsusiyyətlərini saxlaya bildiyi vaxtdan asılı
olaraq, bir neçə saat, gün, həftə, hətta ay müddətində də zədələnə bilər. Ona görə
üzərinə həmin hissəciklər düşmüş əşyalara toxunduqda və ya yoluxmuş yeyinti
məhsullarından və ya sudan istifadə edildikdə zədələnmək olar.
Şə
kil 3 Bioloji zədələnmə ocağı
Bioloji silahlarda, əsasən taunun, vəbanın, Sibir yarasının, tulyaremiyanın,
brüselyozun, melioidozanın sarı və başqa isitmə növlərinin, təbii çiçəyin, psitmakozanın
(ornitlozanın), səpmə və qarın yatalağının, qripin, malyariyanın dizentiriyanın törədiciləri
olan müvafiq mikroorqanizmlərdən, viruslardan, bakteriyalardan, göbələklərdən istifadə
olunur.
Bioloji silahlar da, eynilə kimyəvi silahlar kimi hədəfə müxtəlif raket, artilleriya,
fuqas, mərmi, mina, qumbara, xüsusi səpmə qurğuları vasitəsilə və ya su mənbələrini,
qida anbarlarını, rəqib milli valyutasını yoluxdurmaqla, istehlak bazarına bu maddələrlə
yoluxdurulmuş ərzaq ixrac etməklə, ayrı-ayrı təşkilatlara bu maddələrlə yoluxdurulmuş
məktub göndərməklə çatdırılır ki, sonrakı mərhələdə artıq o, kimyəvi silahdan fərqli
olaraq eskalasiya, zəncirvari reaksiya doğuraraq epidemiya şəklində yayılır.
Bakterioloji silahın tətbiqi nəticəsində bioloji zədələnmə ocağı yarana bilər.
Bioloji zədələnmə ocağı o əraziyə deyilir ki, orada bakterioloji silahın tətbiqi
nəticəsində insan, heyvan və bitki tələfatı olsun.
Bioloji zədələnmə ocağı yaranan yerdə karantin və müşahidə rejimləri tətbiq olunur
(şəkil 3).
Yoluxucu xəstəlik yayan həşəratlar bir yerdən başqa yerə keçdikləri üçün bakterioloji
yoluxmanın ilk sərhədləri də genişlənir və deməli, yoluxucu xəstəliklərin yayılma
təhlükəsi artır.
Profilaktika aparmaq və lazımi tədbirləri görmək üçün bakteriloloji vasitələrin
vaxtında aşkar edilməsinin çox böyük əhəmiyyəti var. Düşmənin bakterioloji silahdan
istifadə etdiyini zahiri əlamətlərə, bu vasitənin hansı yoluxucu xəstəlik törədəcəyini isə
laboratoriyada aparılmış tədqiqatlara görə müəyyən etmək olar.
Bakterioloji vasitələri olan hərbi sursat partladıqda boğuq səs eşidilir, ətrafa iri
qəlpələr yayılır, torpaq və bitki üzərinə damcılar və tozşəkilli maddələr çökür. Bəzən
təyyarələrdən müxtəlif yüklərin - konteynerlərin, kisələrin, bağlamaların atıldığmı da
müşahidə etmək olar. Yoluxucu xəstəlikyayan həşəratlar tətbiq edildikdə, hərbi
sursatların partladığı yerdə əvvəllər təsadüf edilməyən xeyli miqdarda həşərat və gənə
toplaşa bilər.
Düşmənin bakterioloji vasitələr tətbiq etdiyi rayonlarda insanlar arasında kütləvi
epidemiya, həmçinin mal-qaranın qırılması halları baş verə bilər.
Bunun qarşısını almaq üçün observasiya və karantin-postları təyin edilir.
Observasiya -
epidemiya ocağında yoluxucu xəstəliklərin yayılmasının qarşısını
almaq məqsədilə həyata keçirilən təcridetmə -məhdudlaşdırma və müalicə-profılaktika
tədbirləri sisteminə deyilir.
Tibb bölmələri təcili profılaktika və müalicə tədbirləri görür. Əgər bütün əhali
təhlükəli yoluxucu xəstəliklə mübarizə aparsa, bu tədbirlərin effektli nəticəsi olar.
Həkimin və ya başqa tibb işçisinin göstərişi ilə yaşayış yerini, ictimai istifadə
yerlərini, yeyinti məhsullarını, suyu, qab-qacağı, paltarı, ayaqqabını, yorğan-döşəyi,
mebeli dezinfeksiya etmək lazımdır.
Xəstəliyin qarşısını alan profılaktika peyvəndlərindən və dərman qəbulundan imtina
etməyin.
Düşmənin bakterioloji silahının təsirinə məruz qalmış rayonda hakimiyyət orqanları
xüsusi karantin rejimi yaradirlar və həmin rayona gediş-gəliş qadağan edilir.
Karantin - bakterial yoluxma ocağını təcrid etmək, xəstəliklərin yayılmasının
qarşısını almaq və aradan qaldırmaq məqsədilə yerinə yetirilən, epidemiya rejimli
profılaktika tədbirlər sistemidir. Karantin dövründə əhalinin vəzifəsi qoyulmuş
qaydalara ciddi riayət etməkdir. Yadda saxlamaq lazımdır ki, bütün tədbirlər insanların
həyatını və sağlamlığını mühafızə etmək üçün görülür.
Dezinfeksiya -
xəstəlik törədən mikroorqanizmlərin məhv edilməsi və ya
zərərsizləşdirilməsidir. Dezinfeksiyanı həm infeksiya ocağında, həm də profilaktika
məqsədilə aparırlar.
Nə vaxt aparılmasından və məqsədindən asılı olaraq infeksiya ocağında aparılan
dezinfeksiya cari və son dezinfeksiyaya bölünür.
Cari dezinfeksiyanı infeksiyalı xəstənin, yaxud infeksiya gəzdirənin olduğu bütün
müddətlərdə xəstənin çarpayısı yanında və onun ətrafında aparılır. Cari dezinfeksiyada
məqsəd infeksiyanı yayılmağa qoymamaqdır. Dezinfeksiya məqsədilə xlorlu əhəng,
xloramin, dixloramin, fenol, formalin, krezol və digər maddələr işlədilir. Eyni zamanda
bu məqsədlə qaynatmadan, yandırmadan və isti buxardan da istifadə etmək olar.
III. Yekun hissə - 5 dəq.
Tələbələrə dərsin məqsədinə nail olunmasını elan edirəm, növbəti dərs üçün tapşırıqlar
verirəm.
Mövzuya aid yoxlama suallar:
1. Mülki müdafiənin müasir dövrdə rolu nədən ibarətdir?
2. Mülki müdafiə fənnin öyrənilməsində tələbələr nələri bilməlidirlər, nələri
bacarmalıdırlar?
3. Mülki müdafiə Qanunda istifadə olunan əsas anlayışlar, onların məzmu?
4. Mülki müdafiənin təşkil edilmə prinsipləri, onların məzmunu, mülki müdafiənin
məqsədi?
5. Mülki müdafiə sahəsində dövlətin vəzifələri nədən ibarətdir?
6. Mülki müdafiə sahəsində hüquqi şəxslərin vəzifələri nədən ibarətdir?
7. Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının vəzifələri
nədən ibarətdir?
8. Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının hüquqları
hansılardır?
9. Fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri və ümumi anlayışı?
10. Miqyasına görə Fövqəladə hadisələr hansılardır, onların məzmunu?
11. Təbii xarakterli fövqəladə hadisələr, onların baş vermə səbəbləri?
12. Texnogen xarakterli fövqəladə hadisələr,onların baş vermə səbəbləri?
13. Bioloji fövqəladə hadisələr, onların baş vermə səbəbləri?
14. Ekoloji xarakterli fövqəladə hadisələr, onların baş vermə səbəbləri?
15. Sosial - iqtisadi fövqəladə hadisələr, onların məzmunu?
16. Nüvə silahının nədir və onun istifadəsi zamanı hansı vəziyyət yaranır?
17. Nüvə silahının zədələyici amillərinin təsir xüsusiyyətləri nədən ibarətdir?
18. Zərbə dalğası və onun təsir xüsusiyyətləri nədən ibarətdir?
19. İşıq şualanması nədir və onun təsir xüsusiyyətləri nədən ibarətdir?
20. Nüfuzedici radiasiya nədir və onun təsir xüsusiyyətləri nədən ibarətdir?
21. Radioaktiv zəhərlənmə nədir və onun təsir xüsusiyyətləri nədən ibarətdir?
22. Elektromaqnit impulsu nədir və onun təsir xüsusiyyətləri nədən ibarətdir?
23. Radiasiya səviyyəsinin buludunun izi, zəhərlənmə zolağının zonalarının
xüsusiyyətləri nədən ibarətdir?
24. Kimyəvi silah nədir və onun yaratdığı zəhərlənmə ocağı nəcə təsfir olunur?
25. Zəhərləyici maddələr və onların qısa təsnifatı?
26. Bakterioloji vasitələrin zədələyici təsiri hansı xüsusiyyətlə xarakterizə edilir?
27. Bioloji zədələnmə ocağı nədir və orada aparılan işlər nədən ibarətdir?
Mülki müdafiə fənninin müəllimi Neymət Lətifov
Mövzuya aid yoxlama suallar:
1. Mülki müdafiə nin müasir dövrdə rolu nə də n ibarə tdir?
İ
nsanların təhlükəsizliyinin təminatı son illərdə kəskin hal almışdır. Bu ona görədir ki,
elm və texnikanın sürətlə inkişaf etdiyi son dövrlərdə sənayedə, nəqliyyatda və digər
sahələrdə qəzaların, təbii fəlakətlərin sayı xeyli artmışdır.
Elmi-texniki tərəqqinin yüksəlişi, mürəkkəb sistemlərin tətbiqi ilə elmi-texniki və
istehsalat fəaliyyətinin miqyasının genişlənməsi, onların istismarında riskin artması
insanların həyat və sağlamlığına, ətraf mühitə və istehsalatın normal fəaliyyətinə təhlükə
yaradırlar. 25 ildən artıqdır ki, Azərbaycan müharibə şəraitində yaşayır.
Bütün bunlarla əlaqədar gələcək mütəxəssislərə müasir sülh dövründə və silahların
tətbiqi zamanı istehsalatda insanların həyat fəaliyyətinin və ətraf mühitin mühafizəsini
təmin etmək biliyi, bacarığı vermək günün vacib məsələsidir.
Mülki müdafiə (MM) insanın ə traf mühitdə tə hlükə sizliyi və sağ lamlığ ının
qorunması haqqında elmdir.
O, təhlükəli və zərərli amilləri aşkara çıxarmalı və eyniləşdirməli, insanın mühafızəsinin
metod və vasitələrini, yollarını zərərli və təhlükəli amillərin minimum dərəcəyə qədər
azaldılmasını araşdırmalı, dinc və müharibə dövrü baş verən qəza hallarının, fəlakətlərin
nəticələrini aradan qaldırmaq tədbirləri hazırlamalıdır.
MM-in müharibə vaxtındakı rolu xüsusilə böyükdür. Bununla belə qeyd etmək lazımdır
ki, əmin-amanlıq dövründə MM-in rolu təbii fəlakətlərin, böyük istehsalat qəzalarının
nəticələri ilə mübarizədə xeyli artmışdır.
2. Azə rbaycan Respublikası Mülki müdafiə sinin ə sas və zifə lə ri hansılardır?
Azə rbaycan Respublikası Mülki müdafiə sinin ə sas və zifə lə ri aş ağ ıdakılardır:
Dostları ilə paylaş: |