Azərbaycan Dövlət



Yüklə 4,71 Mb.
Pdf görüntüsü
səhifə4/21
tarix24.04.2020
ölçüsü4,71 Mb.
#30961
1   2   3   4   5   6   7   8   9   ...   21
mulki az03032016


Torpaq  uçqunu- 
dağ,  torpaq  uçqunlarının  baş  verməsinə  intensiv  yağışlar,  yeraltı 
təkanlar adətən səbəb olur. Dağ uçqunlarının baş verməzdən bir neçə saat əvvəl ərazidə 
yer  altı  təkanlar  hiss  edilə  bilər.  Zəlzələ  yerin  alt  qatının  aktifləşməsinə,  dağların 
müəyyən hissəsinin uçmasına səbəb olur.  

Yağışlar iri qayaların alt hissəsini yuyaraq, torpaqla onların arasındakı qatı yumşaldır, 
qayanın ağırlığı, kütləsi onu saxlayan qüvvəyə üstün gələrək, yerindən tərpədir və aşağı 
düşür. 
Dağ uçqunu nəticəsində dağ çaylarının qarşısı kəsilir, yeni su yataqları yaranır. Həmin 
su yataqlarının həcmi artdıqca ətrafda yaçayan əhaliyə təhlükə artır. Ərazidən keçən nəft-
qaz kəmərləri və digər kommunikasiya xətləri dağılır, ətraf mühit çirklənir. 
Uçmuş  qaya  parçaları  və  torpaq  şose  yollarını  bağlayır,  bu  da  nəqliyatın  hərəkətinin 
məhdudlaşdırmasına səbəb olub.  
 
 Qar  uçqunu  (marxallar)-
  bütün  yüksək  dağlıq  sahələrdə  müşahidə  edilir.  Bəzən 
güclü marxallar həcmi milyon kubometrə çatan qar uçqunu şəklində geniş ərazini əhatə 
edib çoxlu maddi zərərə, tələfatlara səbəb olur. 
Qar  uçqunu–  20-30  m/s  sürəti  ilə  hərəkət  edən  qar  kütləsidir.  Qar  uçqunu  böyük 
dağıntılara səbəb olan uçqun öncəsi hava dalğasının yaranması ilə müşayiət olunur.  
Qar  uçqununun  yaranmasının  səbəbi  uzun  müddət  yağan  qar,  intensiv  qar 
ə
riməsi,   dağ   və  hava  titrəmələri  ilə  nəticələnən  zəlzələ,  partlayışlar  və  digər  insan 
fəaliyyətidir.  
Qar  uçqunu  binaların,  mühəndis  qurğularının  dağılmasına  səbəb  ola,  qarın  altında 
qalmış  yollar  və  qar  cığırları  örtülə  bilər.  Qar  uçqununa  məruz  qalmış  dağ  kəndlərinin 
ə
halisi,  turistlər,  alpinistlər,  geoloqlar  və  digər  kateqoriyadan  olan  insanlar  zədələr  ala, 
qalın qar altında qala bilərlər. 
Mümkün  qar  uçqunu  ərazilərindən  uzaq  olmaq  məsləhətdir  Onlara  əsasən  meylliliyi 
30
o
 və daha çox olan ərazilərdə rast gəlinir. Əgər yamacda ağac və kol yoxdursa bu hal 
meyllilik 20
o
- dən çox olduqda da baş verə bilər. Meyllilik 45
o
- dən çox olan yerlərdə isə 
qar uçqunu demək olar ki, hər dəfə qar yağandan sonra baş verir. 
Qar  uçqunu  təhlükəsi  varsa,  qar  uçqununun  mümkün  istiqamətlərində  nəzarət  təşkil 
edilir.  Yaranmış  qar  yığınlarının  düşməsi  üçün  süni  şərait  yaradılır,  müdafiə  qurğuları 
qurulur, xilasedici vasitələr hazırlanır və xilasetmə işi planlaşdırılır. 
İ
stənilən  havada  meyliliyi  30
o
-  dən  çox  olan  dərələrdən  keçmək  məsləhət  deyil. 
Meyliliyi  20
o
-  dən  çox  olan  dərələrdən  isə  qar  yağandan  yalnız  2-3  gün  sonra  keçmək 
olar. Qar uçqunun ən təhlükəli vaxtları yaz və yay mövsümləri, səhər saat 10-dan günəş 
batanadəkdir. 
Yenicə yağmış qar bizə çox yüngül görünür, amma onun bir kubmetri 50- 60 kq çəkiyə 
malikdir.  Çoxdan  yağmış  qarın  bir  kubmetrinin  çəkisi  300-400  kq-dır.  Yazda  qar 
örtüyünə su hopur, bu da çəkinin iki dəfə artmasına səbəb olur. 
İ
ri ölçüdə qar uçqunu düşdükdə, məsələn, həcmi 100 min m
3
 olduqda, onun çəkisi 70 
min ton ola bilər. Uçqun dayandıqda, qar o qədər sıxlaşır ki, hətta onu güclü buldozerlə 
təmizləmək mümkün olmur. 
Qar uçqununun 3 növü müəyyən edilir: 
- Qarlı uçqunları - onun müəyyən düşmə kanalı olmur. Çox zaman bir neçə yüz metr 
ölçüsü olan qarlı yamac qopub, aşağıya sürüşür. 
- Novlu qar uçqunları - meşəsiz oyuqlar, çökəkliklərlə mütləq bir məcra ilə  hərəkət 
edir. 
-  Atlanan  qar  uçqunları  -  qayaların,  buzluqların  çıxıntılarından  sərbəst  sürətdə 
dərənin dibinə düşür. 
Qar uçqunu təhlükəsinin əlamətləri. 
Dağlara gedən istənilən insan qar uçqunu təhlükəsinin əsas əlamətlərini bilməlidir: 
-  köhnə  qarın  hündürlüyü,  köhnə  qar  süxurlardakı  əyrilikləri   doldurur,  kolluqları  yerə 
yatırdıb hamar, sürüşkən səth əmələ gətirir.  

Köhnə  qarın   hündürlüyü  nə  qədər  çoxdursa,  qar  uçqunu  ehtimalı  da  bir  o  qədər 
çoxdur. 
-  dağın   üst  örtük  səthinin  vəziyyəti:  dağ  meşələri,  sıx  kolluqlar,  iri  qayaların  saxlayıcı 
təsiri  hamıya  məlumdur,  kiçik  qayalar  qarın  aşağı  qatlarının  yumşalmasına  və  onun 
süxurlara yapışmasına səbəb olur; 
- yeni yağan qarın hündürlüyü, yəni bərk qar yağan zaman onun sorulmaz %; 
- yeni yağan qarın görünüşü; 
- qar yağmanın intensivliyi, müəyyən bir vaxt ərzində yağan qarın miqdarı ilə müəyyən 
edilir, qarın 10-12 saat müddətdə 50 sm artması qar uçqununa səbəb olur; 
- qarın çökməsi qar örtüyünün stabilizasiyasına səbəb olur. Bu prosesin sürəti 0
o
C selsidə 
daha çox olur; 
- sürəti saniyədə 7-8 metrə çatan külək qar "lövhələrindən" uçqunlara səbəb olur; 
-  havanın  temperature  -  qışın  soyuq  dövründə  qar  örtüyünün  temperaturu   mənfi 
qalır, havalar  isindikdə  günəş  radiasiyası  qarın  üst  qatını  əridir,  qar  suyu  qar 
qatının  daxilinə nüfuz edir və onu ərimə nöqtəsinə qədər qızdırır, belə olduqda sərbəst su 
qar örtüyündə "sürtgü yağı" rolunu oynayır, islanmış qardan qar uçqununun yaranmasını 
asanlaşdırır. 
Bundan  başqa  qar  uçqununa  heyvanlar,  yüksək  səs,  silah  səsi  və  insan  da  səbəb  ola 
bilər. 
Qar uçqunu baş verdiyi zaman tədbirlər: 
Ə
gər  uçqun  çox  hündürdən  gəlirsə,  cəld  qaçaraq  uçqunun  yolundan  çəkilin  və 
təhlükəsiz bir yerə, qayaların altında gizlənin. 
 Əgər  uçqundan  qaçmaq  mümkün  deyilsə,  üstünüzdə  olan  əşyaları  atın  və  üfqi 
vəziyyət  alın,  dizlərinizi  qarnınıza  sıxın  və  gövdənizi  uçqunun  hərəkəti  istiqamətində 
ə
yin.  Burunuzu  və  ağzınızı  əlcək,  şərf,  yaxalığınız  ilə  bağlayın.  Uçqunun  sürətinin  az 
olduğu  tərəfə  çəkilib,  uçqunun  mümkün  qədər  üst  hissəsinə  çıxmağa  çalışın.  Uçqun 
dayanan  kimi  üz  və  sinənizin  ətrafında  əliniz  ilə  boş  zona  yaratmağa  çalışın;  bu  nəfəs 
almağa  kömək  edə  bilər.  İmkan  olarsa,  yuxarı  tərəf  hərəkət  etməyə  çalışın  (yuxarı 
istiqaməti  ağzınızdan  tökülən  tüpürcək  vasitəsi  ilə  təyin  edə  bilərsiniz).  Qar  uçqununa 
düşdükdə əlləriniz, ayaqlarınızla üzmə hərəkətləri edin. Bu sizə qarın səthində qalmağa 
kömək  edər.Uçqunun  altında  qalanda  qışqırmayın.  Çünki  qar  səsi  keçirmir   və  bu  kimi 
digər hərəkətlər yalnız sizin gücünüzü, oksigeni və istiliyinizi əlinizdən alacaq. Özünüz 
üzərində  nəzarəti  itirməyin.  Unutmayın  ki,  sizi  axtarırlar  (uçqun  altından  3  və  hətta  5 
gündən sonra xilas olunmuş insanlar var). 
Uçquna düşəndə yatmamağa çalışın. 
 
Yerin  yuxarı  qatının  çökməsi- 
yer  qatının  yuxarı  hissəsinin  çökməsinə  səbəblər 
müxtəlifdir. Yerin yuxarı hissəsinin hərəkəti təbiətdə gedən proseslər və insan tərəfindən 
keçirilən  texniki  amillərdir.  Yerin  altından  çıxarılan  su,  neft,  qaz    boşluqların  əmələ 
gəlməsinə  və  yerin  yuxarı  hissəsinin  həmin  boşluqlara  çökməsi  ilə  nəticələnir.  Yer 
üzərində təhlükəli dərinliklər əmələ gəlir ki, bu da insanların normal yaşayışına maneçilik 
törədir, bədbəxt hadisələrə səbəb olur.  
 
Geniş  miqyaslı  kortəbii  yanğınlar  -  meşə  yanğınları,  yeraltı  yanğınlar,  zəmi  və  çöl 
yanğınları da təbii fəlakət sayıla bilər. 
 
Yanğın-
 od insanların nəzarətindən çıxdıqda səhlənkarlıq üzündən, bəzən də istehsalat 
qəzası və təbii fəlakət üzündən baş verir. 
Məişət yanğınları 
- bu zaman alov yanan materialların növündən asılı olaraq sürətlə 
yayılıb müxtəlif dərəcədə ziyan törədir.  
 

Meşə yanğınları - 
ə
sasən kortəbii hadisələrlə yayılan yanğına deyilir. Meşə yanğınları 
ə
n çox əhalinin təqsiri üzündən baş verir (meşədə tonqal qalamaq, ov etmək, ot çalmaq). 
Meşə yanğını zamanı canlı və ölü örtük, töküntü, yarpaq, budaqlar, meşə döşənəyi yanır. 
Meşə  yanğınları  meşə  təsərrüfatına  böyük  ziyan  vurur:  çoxlu  oduncaq  məhv  olur, 
meşənin tərkibi pisləşir, ağacların boy artımı zəifləyir, heyvanat aləmi məhv olur. Meşə 
yanğınlarına qarşı mübarizə meşə təsərrüfatları tərəfindən yerinə yetirilir.  
 
Meşə yanğınlarının əsas baş vermə səbəbləri: 
- meşədə təhlükəsizlik tədbirləri görülmədən oçaq qalanması; 
- qalanan oçağın söndürülmədən tərk edilməsi; 
- söndürülməmiş siqaret və ya kibriti meşəyə atılması; 
- meşədə gecə gəzintisi zamanı, fakeldən istifadə edilməsi; 
-  şüşə  qırıqlarını  meşəyə  tullaması-  şüşə  qırıntılarından  çıxan  şüaların  meşədə  əks 
olunması ilə yanğın baş veir; 
- uşaqların meşədə odla oynaması, əyləncə məqsədi ilə təhlükəsiz şəraitdə oçaq qalaması. 
 
Texnogen xarakterli fövqəladə hadisələr. 
 
Texnogen  fəlakət  -  insan  tələfatı,  insanların  sağlamlığının  pozulması,  obyektlərin 
dağılması, yaxud məһv edilməsi, һəmçinin ətraf müһitin çirkləndirilməsi ilə nəticələnən 
nəһəng qəzaya deyilir.  
Texnogen  qəza  dedikdə  isə  nəqliyyat,  tikinti,  sənaye  obyektlərində  və  texniki 
sistemlərdə  baş  verən,  insan  һəyatı  və  sağlamlığına  təһlükə  yaradan  və  texnolojı 
proseslərin  pozulmasına,  dağıntılara  səbəb  olan,    һəmçinin  ətraf  müһitə  ziyan  vuran 
təһlükəli һadisələr başa düşülür. 
Texnogen  qəzalar  texnogen  obyektdə    böyük  həcmli  qəzalardır  ki,  nəticədə  ekoloji 
dəyişikliklərə səbəb ola bilər. Bu hadisələr təsərrüfata böyük ziyan vurmaqla yanaşı insan 
həyatına təhlükə yaradır. 
Qəza  dedikdə  müəyyən  şərtlər  daxilində  insanın  həyat  fəaliyyətinə  zərər  vura  bilən 
hadisə və proseslər nəzərdə tutulur. 
Yayılma  miqyasına  nəinki  fövqəladə  һal  yaranan  ərazinin  ölçüsü,  eјni  zamanda 
dolayışı ilə onun əmələ gətirə biləcəyi bütün sosial-ekoloji nəticələr - rabitə, su təcһizatı 
və  sistemlərinin  pozulması,  təmir  işlərinin  aparılması,  yaxud  zədələnmiş  bina  və 
tikintilərin sökülməsi də daxildir. 
Antropogen  (texnogen)  xarakterli  qəzalar  -  buraya  sənaјe,  nəqliyyat  və  digər 
kommunikasiya  sistemlərində  baş  verən  qəzalar,  partlayışlar,  bina,  tikintilərin  uçması, 
antropogen xarakterli uçqunlar daxildir. 
Təhlükə  "insan  -  ətraf  mühit"  sisteminin  yetkin  olmaması  ilə  şərtlənir  və  onların 
xarakteristikası  üst-üstə  düşmədikdə  yaranır.  Təhlükə  ilə  insan  daima  üzləşib.  Əvvəllər 
bu  təbii  xarakterli  təhlükələr  -  təbii  fəlakətlər,  insanların  vəhşi  heyvanlarla,  zəhərli 
həşəratlarla  qarşılaşması  kimi  hallar  idisə,  zaman  keçdikcə,  texnikanın  inkişafı  ilə 
ə
laqədar  olaraq  bura  texnogen  mənşəli  təhlükələr  də  daxil  oldu.  Texnogen  təhlükələr 
texniki  sistemlərdə  qəza,  yanğın,  partlayış  və  bu  kimi  formalarda  təzahür  edir.  Bu 
hadisələrin  baş  verdiyi  ərazidə  olan  insanlar  isə  xəstəliklər  və  müxtəlif  ağırlıq  dərəcəsi 
olan travmalar ala bilər.  
Texnogen xarakterli fövqəladə hadisələrə iri istehsalat qəzaları, sənaye müəsisələrində 
partlayışları,  enerji  sistemlərində,  mühəndis  şəbəkələrindəki  qəzaları,  hidrotekniki 
qurğularda, kommunal təsərrüfat obyektlərində qəzaları misal göstərmək olar. 
Azərbaycan  Respublikasında  yüksək  dərəcədə  texnogen  təhlükələr  mövcuddur  ki, 
bunlar da müxtəlif növ fövqəladə hadisələrin başlıca mənbələri hesab edilir. 

Texnogen  qəzalar  formaca  bir-birindən  fərqlənsələr  də  maһiyyətcə  һamısı  insan 
tələfatı,  ətraf  müһitin  çirklənməsi,  müəyyən  iqtisadi  itkilərə  səbəb  olan  gərgin  sosial-
ekoloji  şəraitlə  nəticələnir.  Texnogen  qəza  və  ekoloji  fəlakətlərin  miqyasıın 
qiymətləndirilməsi zamanı ölənlərin və zərər çəkənlərin ümumi sayı, ətraf müһitə dəyən 
ziyanın  xarakteri,  iqtisadiyyata  vurulan  zərər  və  maliyyə  itkiləri  һesablanaraq 
dəyərləndirilir.  
Ə
traf  müһit  və  insan  həyatı  üçün  ən  çox  təһlükə  törədən  nəqliyyatda  baş  verən  
texnogen qəzalardır ki, bunlar da ətraf müһitə zərərli kimyəvi və radioaktiv maddələrin 
atılması  ilə  müşaһidə  olunur.  Ətraf  müһit  və  insan  sağlamlığı  üçün  ən  çох  ekоlоji 
problem  yaradan  təhlükəli  maddələrin  daşınması  ilə  əlaqədar  baş  verən  bəzi  tехnоgеn 
qəzaları buna misal göstərə bilərik. 
Nəqliyyatda  baş  verən  föqəladə  һalların  əsas  xarakterik  xüsusiyyətlərindən  biri  də 
onların  formalaşma  tempidir.  Təcrübəyə  əsasən,  davam  etmə  müddətinə  görə 
(əmələgəlmə  səbəbindən  tutmuş  kuliminasiya  nöqtəsinə  qədər)  bütün  fövqəladə  һalları 
iki qrupa - «partlayışlı» və “rəvan” fövqəladə һallara bölmək olar. Birinci tip fövqəladə 
һ
adisələrin davam etmə müddəti bir neçə saniyədən bir neçə saata qədər ola bilər. Belə 
ekstremal һallara neft və qaz kəmərlərində baş verən qəzaları misal gətirmək olar. 
Nəqliyyatda baş verən texnogen qəzalardan biri də 1989-cu il iyulun 3-dən 4-nə keçən 
gecə  Başqırdırstan  Respublikasında  baş  vermişdir.  Bu  texnogen  qəzanın  əmələ  gəlmə 
mərһələlərinə  nəzər  salaq.  Həmin  gecə  neft  daşıyan  Qərbi  Sibir  -  Ural  Povolјye  boru-
kəməri xəttində çat əmələ gəlmiş və təzyiq altında axan yüngül karboһidrogen məһsulları 
ə
trafa dağılmışdır. Kəmərdə baş verən texniki qəza nəticəsində ətrafa, təxminən 11.000 
tona yaxın neft məһsulu axmışdır. Çat əmələ gələn yerdən dəmir yolu xəttinə qədər olan 
məsafə 300-500 metr təşkil etməsinə baxmayaraq, qarşı-qarşıya һərəkət edən iki qatarın 
keçməsi  zamanı  təsadüfi  yaranan  qığılcımdan  karboһidrogen  məһsulları  buxarları  ilə 
һ
ava  qarışığının  partlayışı  baş  vermişdir.  Texnogen  fəlakət  nəticəsində  573  nəfər  һəlak 
olmuş, 693 nəfər isə yaralanmışdır. 
Ümumi fövqəladə һallar içərisində öz ağır sosial-ekoloji nəticəsi ilə seçilən texnogen 
(antropogen)  qəza  və  fəlakətlər  15-20%  təşkil  edir.  Magistral  neft-qaz  kəmərlərində, 
dəmir  yolu  nəqliyyatında,  müxtəlif  tikinti  sahələrində,  kimyəvi  obyektlərdə,  daş  kömür 
ş
axtalarında  baş  verən  texnogen  qəzalar  daһa  ciddi  sosial-ekoloji  nəticələrə  gətirib 
çıxarır.  Təkcə,  1991-1995-ci  illərdə  boru-kəmər  nəqliyyatında,  xüsusən  neft 
kəmərlərində, orta һesabla, hər il 20 min müxtəlif kateqoriyalı qəza qeydə alınmışdır ki, 
bu  da  torpağın  və  təbii  su  һövzələrinin  çirklənməsinə,  eləcə  də  1mln.  ton  neft  itkisinə 
səbəb  olmuşdur.  Araşdırmalar  göstərir  ki,  ekoloji  qəzaların  yaranmasında  mühüm  rol 
oynayan amillərdən biri də açıq neft və qaz fontanları, eləcə də səmt qazlarının çoxsaylı 
məşəlləridir. 
Nəqliyyatda baş verən fövqəladə hallaradan biri də 1994-cü ildə Rusiya Federasiyası-
nın Komi Respublikası ərazisində Xaryaqa-Usinski neft kəmərində baş vermiş qəzadır. 
Qəza  nəticəsində 80 min ton neft ətrafa dağılaraq 69 һa ərazini çirkləndirmişdir. 
Miqyasına  görə  regional  fövqəladə  hal  hesab  edilən  nəqliyyat  hadisələrindən  biri  də  
1997-ci  ildə  Saratov  vilayətinin  Ternovka  qəsəbəsində  Samara-Tixoretskaya  neft 
kəmərində  baş  vermişdir.  Hadisə  zamanı  ətraf  müһitə  1500  ton  (quru  һissəsinə),  su 
obyektlərinə isə 600 ton neft dağılmışdır ki, nəticədə һəmin ərazilərdə təһlükəli ekoloji 
şə
rait yaranmışdır. 
Ümumiyyətlə, statistik araşdırmalara görə təkcə, 1994-1998-ci illərdə dünyada һər gün 
sərnişin  və  yük  qatarlarında  8-15  iri  qəza  baş vermişdir.  Dəmiryol  maqistrallarında  baş 
verən qəzalar zamanı əsas sosial-ekoloji təһlükə mənbəyi həssas (odatəhlükəli, partlayıcı, 
kimyəvi)  yüklərin  daşınması  ilə  əlaqədar  olmuşdur.  Hələ  1979-cu  ildə  Kanadanın 

Massisauqa şəһərində dəmir yolunda baş verən qəza nəticəsində ətraf müһitə çoxlu xlor 
dağılaraq 125 km
2
 ərazidə fövqəladə ekoloji şərait yaratmışdır ki,  bunun nəticəsində də 
dövlət, təһlükəli olan bu ərazidən 240 min insanı evakuasiya etməyə məcbur olmuşdur. 
Hesablamalara  görə  hadisə  zamanı  yaranan  ümumi  ekoloji  zərər  1  mln.  funt  strelinq 
həcmində olmuşdur. 
Araşdırmalara  əsasən  demək  olar  ki,  inkişaf  etməkdə  olan  və  keçid  iqtisadiyyatını 
yaşayan ölkələrin tikinti və nəqliyyat sektorunda baş verən qəzaların sayının artmasının 
ə
sas texnoloji səbəbləri aşağıdakılarla xarakterizə olunur: 
- əsas isteһsal fondlarının köһnəlməsi və aşınması; 
- isteһsal və texnolojı intizamın zəifləməsi; 
- mövcud texnologiyanın tələbata cavab verməməsi; 
- bəzi müəssisələrdə zəruri normativ-hüquqi bazanın olmaması; 
- fövqəladə һalların fəaliyyətdə olan xəbərdarlıq sisteminin tələbata cavab verməməsi. 
Bütövlükdə  tikinti  və  nəqliyyatda  baş  verən  texnogen  və  antropogen  mənşəli  ekoloji 
qəzalar  ətraf  müһit  və  insan  sağlamlığı  üçün  ciddi  təһlükə  törədən  sosial-ekoloji 
nəticələrə səbəb olur. Ona görə ki, texnogen və antropogen mənşəli qəzalar nəticəsində 
təbii  ekosistemlərin  tarazlığının  pozulması  və  bioaləmin  çoxlu  komponentlərinin  məһv 
edilməsi,  bəzən  bərpa  olunmaz  xarakter  daşıyır.  Müxtəlif  ölkələrin  tikinti  və  nəqliyyat 
sektorlarında  texnogen  qəzaların  çoxalması  ətraf  müһitin  qorunması  və  insan 
sağlamlığının bərpasına qoyulan xərclərin artımına səbəb olur. 
 
Texnogen xarakterli fövqəladə hadisələrə aşağıdakilər aid edilir: 
 
- binaların qəflətən uçması; 
- radioaktiv maddələrin yayılması ilə baş verən qəzalar; 
-  istehsalat  qurğularının  və  ərazinin  radioaktiv  çirklənməsi  ilə  müşahidə  edilən  AES 
qəzalar; 
-  ərazinin  radioaktiv  çirklənməsi  ilə  müşahidə  edilən  mühıəndis  -  təcrübə  nüvə 
qurğularında qəzalar; 
- kimyəvi təhlükəli obyektlərində GTZM ətrafa yayılması ilə baş verən qəzalar; 
-  bakterioloji  və  bioloji  maddələrin  hazırlanması,  istehsalı,  saxlanılması,  daşınması  ilə 
məşqul  olan  elmi  -  tədqiqat  müəssisələrində  həmin  maddərin  ətrafa  yayılması  ilə  baş 
vermiş qəzalar; 
- su nəqliyyatında baş vermiş qəzalar; 
- iri miqyaslı avtomobil qəzaları (fəlakətləri); 
-  çoxsaylı  insan  itkiləri  ilə  nətigələnən  və  axtarış-xilasetmə  işləri  tələb  edən  aviasiya 
fəlakətləri; 
-  çoxsaylı  insan  itkiləri  ilə  nəticələnmiş,  dəmir  yolu  xətlərinin  dağılması,  qatarların 
(metropoliten vaqonlarının) relslərdən çıxması, yaşayış məntəqələrində dağıntılara səbəb 
olmuş qəzalar; 
- insan itkiləri, sahil sularının, daxili su hövzələrinin zəhərləyici maddələrlə çirklənməsi 
ilə nəticələnən  su qovşaqlarında baş vermiş qəzalar; 
-  yaşayış  məntəqələrinə  yaxın  ərazilərdə  nəql  edilən  maddələrin  dağılması  və  ətraf 
mühitin çirklənməsi ilə nəticələnən kəmərlərdə baş vermiş qəzalar; 
- elektrik sistemlərində baş vermiş qəzalar; 
- təmizləyici qurğularda baş vermiş qəzalar; 
- hidrodinamik qəzalar; 
- su bəndlərinin dağılması; 
- yanğın təhlükəli obyektlərdə baş vermiş partlayışlar nəticəsində əmələ gələn yanğınlar. 
 

İ
stehsalat  qəzaları
  -  çox  təhlükəlidir.  Güclü  istehsalat  qəzası  -  sənayə  
müəssisələrində,  nəqliyyat  vasitələrində  və  digər  obyektlərdə  istehsalat  prosesinin 
gözlənilmədən pozulması ilə əlaqədar maddi sərvətlərin məhv olunmasına deyilir. İnsan 
tələfatı ilə nəticələnən qəza halları fəlakət adlanır. Neft və qaz mədənləri, neftayırma və 
neft emalı zavodları, habelə qüclü təsirli zəhərləyici maddələr işlədilən, saxlanılan digər 
obyektlər istehsalat qəzaları ehtimalına görə təhlükəli obyektlər sayılır. Belə obyektlərdə 
qəzalar adətən partlayış və yanğınlarla müşaiyət edilir, xeyli tələfata, maddi itkilərə səbəb 
olur.  Güclü  təsirli  kimyəvi  zəhərlı  maddələrin    ətrafa  yayılması  ilə  baş  verən  istehsalat 
qəzaları daha fəlakətli sayılır. 
Radiasiya  qəzası 
-  atom  qurğusunda  və  ya  radioaktiv  maddələrin  daşınması  zamanı 
baş verən, eləcə də insanlar və ətraf mühit üçün müəyyən dərəcədə təhlükəli radiasiyanın 
meydana çıxması ilə müşayiət olunan hadisədir. 
Atom  elektrik  stansiyalarındakı  qəza  radioaktiv  zəhərlənmənin,  çirklənmənin    baş 
vermə şəraiti ilə fərqlənir. Nüvə partlayışı olmadığı üçün bu zaman zərbə dalğası əmələ 
gəlmir, dağıntılar olmur.  İşıq şualanmasının olmaması səbəbindən yanğınlar baş vermir. 
Ancaq radioaktiv zəhərlənmə, nüfuzedici radiasiya həmin qayda ilə öz təsirini göstərir.   
Radioaktiv  maddənin  heç  bir    xarici  əlaməti  yoxdur.    Radioaktiv  çirklənməni  xüsusi 
dozaölçən (dozimetrik) cihazların vasitəsi ilə aşkar etmək mümkündür. 
Ə
razinin radioaktiv çirklənmə dərəcəsi radiasiyanın səviyyəsi ilə xarakterizə edilir və 
rentgen- saatla (R/s) ölçülür. 
İ
nsanları  radioaktiv  zəhərlənmədən,  radioaktiv  çirklənmədən  mühafizə  etmək  üçün 
onları  ümumi  xarici şualanmadan  qorumaq,  həm  də  radioaktiv  maddələrin  dəri səthinə, 
nəfəs  orqanlarına,  gözlərinin  selikli  qışalarına  düçməsinin  və  hava,  ərzaq,  su  ilə 
orqanizmə  keçməsinin  qarşısını  almaq  lazımdır.  Bu  məqsədlə  radiasiya  əleyhinə 
daldalanacaqlardan, sığınacaqlardan istifadə olunur.              
 
Radiasiya qəzalarının xronikası: 
 
- 13.10.1960-cı il - Sovet sualtı gəmisinin nüvə reaktorunda qəza- 13 nəfər sualandı; 
-  12.02.1965-ci  il-  Severodvinsk  ş.  atom  sualtı  gəminin  aktiv  zonasını  yükləyərkən, 
personalın  səhlənkarlığı  nəticəsində  reaktor  özbaşına  işə  düşüb  -  bütün  ətraf  ərazilər 
radioaktiv çirklənməyə məruz qalıblar; 
- 08.09.1967-ci il- “Lenin komsomolu” atom sualtı gəmisinin 1-ci və 2-ci bölmələrində 
baş  vermiş  yanğın  nəticəsində  şualanmadan  39  nəfər  həlak  oldu.  Kəsilmiş  reaktor 
bölməsi “Novaya zemlya” adasının yanında dənizin dibinə atıldı. 
-  08.03  1968-ci  il  -  nüvə  silahı  ilə  silahlanmış  K-129  Sovet  sualtı  gəmisinin  batması 
nəticəsində 97 nəfər həlak oldu. 
- 24.05.1968-ci il. Şimal Donanmasının K-27 atom sualtı gəmisinin reaktorunda qəza baş 
vermiş,  ekipajın  üzvləri  şualanmışdırlar.  5  nəfər  hospitalda  ölmüşdür.  Gəmidən  nüvə 
yanacağını  boşaltmadan  buksirlə  “Novaya  zemlya”  adasının  yanına  apararaq,  dənizdə 
batırmışdılar. 
-  26.07.1973-cu  il.  Pleseks  poliqonunda  “Kosmos-3M”  raketdaşıyıcısının  yanacaq 
komponentlərini  boşaldarkan,  partlayış  baş  vermişdir.  Radioaktiv  komponentlərdən  9 
nəfər həlak olmuş, 10 nəfər hospitala yerləşdirilmişdir.  
- 12.08.2000-ci  il.  Rusiyanın  “Kürsk”  atom  sualtı  gəmisi  qəza  nəticəsində  Barensovo 
dənizində batmışdı. 118 nəfər ekipaj üzvü həlak oldu.  
 
Yüklə 4,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin