Kimyəvi qəza
- istehsalat obyektlərində baş verən və dərhal insanlara, avadanlıqlara və
ə
traf mühitə ciddi zərərli təsir göstərən hadisədir. Kimyəvi maddələrin qəza halında
ə
trafa yayılması heç bir iyə və rəngə malik olmayan zəhərli buludun əmələ gəlməsi ilə
nəticələnə bilər.
Kimyəvi qəza, istehsalatda texnoloji proseslərin pozulması, insanların həyatı və
sağlamlığı üçün qorxulu olan təhlükəli kimyəvi - zəhərli maddələrin saxlandığı
anbarların, onları nəql edən boru xətlərinin, daşıyan nəqliyyat vasitələrinin zədələnmasi,
qəzalı vəziyyətə düşməsi nəticəsində atmosferə yayılması hadisəsidir.
Tərkibində xlor, ammonyak, fosgen, sianid, sulfat turşusu maddələrin olduğu bu cür
kimyəvi zəhərli məhsullar əsasən kimya müəssisələri, sellüloz kağız emalı kombinatları,
mineral gübrələr istehsal edən, həmçinin qara və əlvan metallurgiya zavodları, pivə
zavodları, şirniyyat fabrikləri, meyvə - tərəvəz anbarlarında tədarük olunub saxlanılır.
Kimyəvi qəzanın insanlar və heyvanat aləmi üçün əsas təhlükəsi - orqanizmin normal
fəaliyyətinin pozulması və bəzən də genetik dəyişmələrə səbəb olması ehtimalıdır ki, bu
da müəyyən situasiyalarda kimyəvi təhlükəli maddələrin nəfəs orqanları, dəri, selikli
qişa, yaralar və həmçinin qida vasitəsilə canlı orqanizmə keçməsi yolu ilə baş verir.
Bioloji fövqəladə hadisələr.
Bioloji fövqəladə hadisələr - bu ele bir haldır ki, mənbənin əmələ gəlməsi nəticəsində
müəyyən bir ərazidə insanların normal həyat və fəaliyyət şəraiti pozulur, infeksion
xəstəliklərinin yayılması təhlükəsi əmələ gəlir, kənd təsərrufatı heyvanlarının, bitkilərin
məhv olması təhlükəsi yaranır.
Epidemiya -
hər hansı bir yoluxucu xəstəliyin insanların arasında ölkədə, rayonda,
kollektivdə kütləvi halda geniş yayılması və föqəladə hadisə mənbəyi olmasıdır.
Epidemiya yerli və gətirilmə ola ilər. Epidemiya bir neçə ölkəni, qitəni və ya bütün yer
kürəsini əhatə etdikdə pandemiya, birdən-birə baş verdikdə eksploziv, yaxud epidemik
alovlanma adlanır.
Epidemiya ilə mübarizə bu istiqamətdə təşkil olunur: infeksiyanı zərərsizləşdirmək və
ya tamam məhv etmək (taun tulyaremiya xəstəliyi zamanı gəmiriciləri qırmaq, xəstələri
təcrid etmək); xəstəlik törədiciləri yoluxma yolunda dizenseksiya və dizenfeksiya üsulları
ilə məhv etmək; əhali arasında xəstəliyə qarşı kütləvi peyvənd etməklə immunitet
yaratmaq.
Yoluxucu xəstəliklər insanlar arasında ardı kəsilmədən yayılır. Onların artması iqtisadi
itkiyə və olkədə epidemik şəraitin pozulmasına səbəb olur.
Məlumdur ki, mikroorqanizmlər çox tez çoxalma qabiliyyətinə malikdirlər, onlar
yüksək dəyişilmə, uyğunlaşma qabiliyyətinə malik olub, xarici təzyiqlərə qarşı möhkəm
olurlar.
İ
nfeksion xəstəliklər insanın heyvanlar aləmindən ayrıldığı və növ kimi təşəkkül
tapdığı andan müşayiət edir. Cəmiyyət əmələ gəldikcə və insanın sosial həyat tərzi
inkişaf etdikcə bir çox infeksiyalar kütləvi yayılmışdır.
İ
nfeksion xəstəliklərin bütün dövrlərdə çox geniş yayılması milyonlarla insanın ölümü
ilə nəticələnmiş, həm də insan ömrünün qısalmasının əsas səbəbi olmuşdur. Keçmişdə
insan ömrü 20-30 ildən artıq deyildi. Afrikanın bəzi rayonlarında indi də 35-40 ildir.
İ
nfeksion xəstəliklər insan xəstəliklərinin patogen virusların, bakteriyaların,
ibtidailərin törətdiyi geniş qrupudur.
Xüsusi təhlükəli yoluxucu xəstəliklər:
- vəba;
- təbii çiçək;
- taun;
- qarayara;
- sibir xorası;
- tulyaremiya;
- tetanus;
- sarı qızdırma;
- quduzluq;
- tif epidemiyası;
- qızılca;
- vərəm;
- epidemik parotit;
- «B» viruslu hepatit.
Tetanus — kəskin infeksion xəstəlikdir. Törədicisi — sinir sisteminə çox güclü təsir
edən ekzotoksin buraxan sporlu çöpdür. Ümumi və yerli tetanus olur. Ümumi (yayılmış)
tetanus ağır keçir və ölüm faizi yüksək olur (40-60%).
Vəba — ağır ümumi intoksikasiyası nazik bağırsağın zədələnməsi, su-duz
mübadiləsinin pozulması ilə gedən kəskin infeksion xəstəlikdir; çox qorxulu infeksiyalar
qrupuna aiddir. Törədicisi - vəba vibrionudur (son vaxtlar Əl-Tor tipi).
Ə
l-Tor vəbasının xüsusiyyəti - keçirilmiş xəstəlikdən sonra uzun müddət
vibrongəzdirmə, xəstəliyin silinmiş formaları, Əl-Tor vibrionlarının əlverişsiz amillərinin
təsirinə çox davamlı olmasıdır. Vibrion ət, balıq məhsullarında və tərəvəzdə otaq
temperaturunda 2-5 gün yaşayır. Vəba ən çox süd, su kəmərinin və açıq su hövzələrinin
suyu ilə yayılır.
Havanın temperaturu düşdükdə və su mənbələri donduqda belə vəba vibrionları qışdan
salamat çıxa bilir.
Hərgah bir yerdə epidemiya varsa, həkimlərimizdən tələb edirik ki, tezliklə bunun
qarşısını alsınlar.
“Ebola” virusu
“Ebola” virusu - keçici Ebola hemorragik qızdırmasının səbəbi olan virusdur.
Virus tər, qan, tüpürcək yolu ilə yayılır. Virusun qarşısını almaq üçün heç bir vaksin
mövcud deyil. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və ishaldır. Bəzi
insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir.
Ə
vvəllər bu virusun yayılması 2002-ci ildə qeydə alınıb ki, həmin vaxt Uqanda və
Konqoda 57 nəfər ölüb. 2007-ci ildə isə Konqoda virus 187 nəfərin həyatına son qoyub.
Virusun ən son yayılması 2014-cü ildə olub.
Virus ilk dəfə nə vaxt peyda olub?
"Ebola" virusuna ilk yoluxma faktı hələ 1976-cı ildə qeydə alınıb. Həmin il Sudanın
Nzara bölgəsində və o zamankı Zairin Yambuku rayonunda (indiki Konqo Demokratik
Respublikası) ilk virusa yoluxma halları aşkar edilib. Yeni epidemiyaya Yambuku
yaxınlığındakı Ebola çayının adı verilib. Epidemiya, əsasən Mərkəzi və Qərbi Afrikanın
tropik meşələrə yaxın kənd ərazilərində yayılmağa başlayıb. Sonuncu yayılma dalğası isə
bu ilin martından etibarən Qərbi Afrika, xüsusilə Qvineya, Sierra Leone və Liberiyada
başlanıb.
[2]
"Ebola" virusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “bəşər tarixinin ən
qəddar virus xəstəliyi” adını alıb. Bu vrusun beş müxtəlif tipi var və ona yoluxanların
həyatda qalma şansı 25%-dən 90%-dək dəyişir. "Ebola" virusuna qarşı hələlik heç bir
təsdiq edilmiş peyvənd növü mövcud deyil.
Bu virus necə yayılır?
- "Ebola" virusu insanlara, əsasən qan və digər bədəndaxili mayelər, eləcə də həmin
virusun daşıyıcısı olan heyvanlardan keçir. Yarasa, meymun və digər heyvan növləri bu
virusun daşıyıcısı ola bilər;
- dəfn mərasimlərində ölü insana toxunmaq yolu ilə də "Ebola"ya yoluxmaq mümkündür;
- virusun inkubasiya müddəti (infeksiyaya yoluxma anı ilə xəstəliyin əlamətlərinin
müşahidə olunması arasındakı müddət) iki gündən 21 gün arasında dəyişə bilir;
- insanlar qanlarında və daxili orqanlarında bu virusu daşıdıqları müddət ərzində
infeksiya daşıyıcısı hesab olunurlar
Epizotiya
Böyük bir ərazidə çoxsaylı kənd təsərrüfatı heyvanları arasında yoluxucu, infeksion
xəstəliklərin adi səviyyəni keçərək yayılması.
Epizotiya heyvanların çoxalmasının qarşısını alan faktorlardan biridir. Heyvanlar
arasında bruselyoz, tuberkulyoz, qrip xəstəlikləri ən təhlükəli sayılır.
Epizotiya təsərrüfat, rayon, vilayət və ya ölkəni əhatə edə bilər. Epizotiya törədicilərin
mənbəyi, yoluxmaların eyni vaxta düşməsi, yoluxma hallarının sayı, xəstəlik qeydə
alınan təsərrüfatlar arasındakı məsafə ilə xarakterizə edilir. Epizotiya dabaq, taun
xəstəliklər zamanı baş verə bilər.
Epifitotiya -
kənd təsərrüfatı bitkilərinin infeksiya xəstəliyinin geniş yayılması və
ziyanvericilərin təsirinə məruz qalmasıdır. Taxılda pas və sürmə xəstəliyi, kartofda
fitoftora xəstəliyi. Epifitotiyanın səbəbləri epizootiyada olduğu kimidir.
Ekoloji xarakterli fövqəladə hadisələr.
Ekoloji xarakterli fövqəladə hadisələrin təsnifatı:
Ekoloji fəlakət zonalarında ətraf müһit bərpa olunmayan dəyişikliklərə məruz qalır və
bu zonalarda insanların sağlamlığının əһəmiyyətli dərəcədə pisləşməsi müşaһidə edilir,
ümumi və uşaq ölümü һalları isə artmaqda davam edir.
Ekoloji fövqəladə hadisələr 4 növə bölünürlər:
1. Atmosferin (mühitin) tərkibi və xassələrinin dəyişməsi
ilə əlaqədar fövqəladə
hadisələr (iqlimin kəskin dəyişməsi, şəhərlərdə kəskin oksigen azlığı, ozon qatının
pozulması);
Atmosferin (mühitin) tərkibi və xassələrinin dəyişməsi iki səbəbdən baş verir:
a) təbii səbəblərdən:
- kosmik tozlar;
- vulkanların fəaliyyətindən;
- küləyin torpağa və dağlara təsirindən.
b) insan fəaliyyəti ilə əlaqədar səbəblərdən:
- istehsalat müəssisələrinin
atmosferə atdığı zərərli maddələrdən;
- elektrik stansiyalarının fəaliyyəti;
- nəqliyyat vasitələrinin atmosferə atdığı maddələrdən;
- meşələrdə odla ehtiyatsız davranışdam.
2. Hidrosferin (su mühitinin) vəziyyətinin dəyişməsi
ilə əlaqədar fövqəladə hadisələr
(su mənbələrinin quruması, çirklənməsi və su ehtiyyatlarının kəskin surətdə azalması).
Hidrosferin (su mühitinin) vəziyyətinin dəyişməsi iki səbəbdən baş verir:
- su ehtiyatlarının azalması;
- suyun çirklənməsi.
Su ehtiyatlarının azalması- su ambarlarında suyun səviyyəsinin düşməsi, çayların yox
olması və göllərin quruması.
Müxtəlif səbəblərdən baş verə bilər.
- meşələrin qırılması;
- səhraların əkilməsi;
- bataqlıqların qurudukması;
- mal-qaranın nəzarətsiz otarılması;
- suyun istifadəsinin çoxalması.
Suyun çirklənməsi iki səbəbdən baş verir:
a) təbii səbəblərdən:
- suyun səviyyəasinin qalxması;
- sel;
- sahillərin yuyulması;
- yağıntılarla çirklənməsi.
b) insan fəaliyyəti ilə əlaqədar səbəblərdən:
- istehsalat sahələrindən axıdılan sular;
- suya atılan və axıdılan maddələrdən;
- kənd təsərrufatı istehalı səbəbindən.
3. Yerin (torpağın, yer təkinin və səthinin) vəziyyətinin dəyişməsi
ilə əlaqədar
fövqəladə hadisələr.
Yerin (torpağın, yer təkinin və səthinin) vəziyyətinin dəyişməsi iki səbəbdən baş
verir:
a) təbii səbəblərdən:
- torpaqların yuyulması;
- küləyin təsirindən;
- şoranlanma;
- torpaq sürüşməsi, dağılması, yarğanların əmələ gəlməsi.
b) insan fəaliyyəti ilə əlaqədar səbəblərdən:
- ağır metallarla, radioaktiv elementlərlə, kimyəvi və üzvi maddələrlə çirklənməsi;
- antisanitariya səbəbindən torpaqların çirklənməsi;
- torpaqların tükənməsi;
- bataqlıqların əmələ gəlməsi;
- səhraların əmələ gəlməsi.
4. Biosferin vəziyyətinin dəyişməsi ilə əlaqədar
fövqəladə hadisələr (yaşayış mühitinin
dəyişməsinə həssas olan heyvan və bitkti növlərinin yox olması, yerin bitki örtüyünün
məhv olması).
Yer kürəsində canlı orqanizmlərlər yaşayır - bitkilər, heyvanlar, mikroorqanizmlər.
Onlar Yer kürəsinin canlı qabığıdırlar.
Yer kürəsinin canlı qabığının dəyişməsi təbii səbəblərdən və insan fəaliyyəti ilə
ə
laqədar baş verir. Bu yaşayış mühitinə həssas olan heyvanların, bitkilərin yox olmasına,
böyük ərazilərdə bitkilərin məhv olmasına, heyvanların kütləvi ölümünə səbəb olur.
Canlı mühit bərpa olma qabiliyyətini itirir.
Canlı və cansız təbiət daim əlaqədədirlər.
Canlı və cansız təbiətin əlaqələri
Bunların birində dəyişiklik baş verdikdə ekoloji tarazlığın pozulmasına gətirib çıxarır.
İ
ndiki zamanda canlı və cansız təbiətə ən güclü təsiri insan göstərir. Antropogen təsir -
insanın bilavasitə orqanizmlərə və ya onların yaşayış mühitinə təsiridir. İnsan ovçuluqla
və əkinkiliklə məşqul olduqdan o təbiətə təsir etməyə başlayıb. XIX əsrin ortalarından
intensiv sənaye inkişafı baş verib ki, bu ətraf mühitin çirklənməsinə səbəb olub. XX
ə
srin sonuna istehsalat sahələrinin, yeni texnologiyaların əmələ gəlməsi və kənd
təsərrufatının inkişafı nəticəsində insanın hava mühitinə, suya və torpağa təsirini
çoxaldıb. Bir çox hallarda insan fəaliyyəti ətraf mühitin çirklənməsinə və canlıların
məhfinə səbəb olur. Bu öz nəticəsində insanın özü üçün təhlükə yaradır.
Yer kürəsinin canlı qabığı insanın müxtəlif fəaliyyətinin təzyiqi altındadır və insan
canlılar varlığı üçün qoruyucu tədbirlər görməlidir.
Torpaq
Su
Hava
Bitkilər
Mikroorqanizmlər
Heyvanlar
İ
nsan fəaliyyəti səbəbindən ətraf mühitin ekoloji çirklənməsi nə ilə nəticələnir:
- təbii ehtiyatların azalması;
- ozon qatının dağılması;
- iqlimin dəyişməsi;
- heyvanların və bitkilərin məhv olması;
- torpağın, yer təkinin və səthinin dəyişməsi və dağılması;
- obyektlərin intensiv dağılması;
- məhsuldarlığın düşməsi;
- məhsulun keyfiyyətinin düşməsi;
- insan sağlamlığının və maddi rifahının pisləşməsi.
Parnik effekti
Ozon qatının dağılmasının mənfi nəticələri
Güclü meşə, çöl, tarlaların yanmsı da ekoloji xarakterli fövqəladə hadisələrə aid edilir.
Meşə yanğını
Marallar suda dayanaraq, meşə yanğınından qorunurlar.
Meşə yanğını -
alovun idarəolunmaz, təbii qaydada meşə sahələrində yayılmasıdır.
Meşələrdə yanğınların baş verməsi təbii və antropogen səbəblər ilə fərqlənir. Ən çox
meşələrdə geniş təbii yanğınlar ildırımlardan baş verirdi. Geniş yanğınları hətta
kosmosdan da müşahidə etmək olur.
Cavan meşələrdə, harda ki yaşıllıqlar çoxdur, çox yaşlı və quru ağaclar olan
meşələrdən ildırımdan yanğınların baş verməsi ehtimalı azdır.
Beləliklə, təbiətdə insanlara qədər özünəməxsus tarazlıq var idi. Meşə yanğınların
ekoloji təsiri meşələrin təbii təzələnməsində idi.
Hazırda təbii yanğınların (ildırımdan) həcmi 7%-8%, yəni meşə yanğınlarının böyük
hissəsi insan fəaliyyəti ilə bağlıdır.
Çöl yanğınları
Çöl yanğını- təbii, nəzarət edilməyən yanğının bitki örtüyü üzərində yayılmasıdır.
Yayılmasına görə meşə yanğınlarından daha sürətlə yayılır. Yerin təbii mühitinə - bitki
örtüyünə və heyvanlar aləminə çoxlu ziyan verir, insanlara iqtisadiyyat obyektlərinə
təhlükə yaradır.
Söndürülməsi meşə yanğınlarına nisbətən yanğınsöndürən maşınların hərəkətinə az
çətinlik olduğuna görə daha hasandır.
İ
ldırımlar və digər təbii faktorlar çöl yanğınlarına daha az səbəb olurlar.
Mənzərəli sahələrdə yanğınlar-
kor-təbii yayılan yanğınlardır və ətrafda hər şeyi
məhv edirlər. Tarlalara, yaşıllıqlara ciddi təhlükədir.
Yanğınların səbəbi adətən insan laqeydliyi olur - siqaretdən, kibritdən və uşaqların
oyunlarından. Episentrində olan yüksək temperatur yaxında olan hər bir şeyi alovlandırır.
Böyük miqdarda tüstülənmə əmələ gəlir ki, insanların, heyvanların tüstüdən
boğulmasına gətirir.
Sosial - iqtisadi fövqəladə hadisələr
Sosial - iqtisadi fövqəladə hadisələr-
hansı bir ərazidə əmələ gəlmiş təhlükəli sosial
və ya sosial-siyasi durumdur ki, yaranmış vəziyyət insanların, cəmiyyətin, dövlətin
maraqlarına təhlükə yaradır, çoxsaylı insan və maddi itkilərlə nəticələnir.
Sosial - iqtisadi fövqəladə hadisələrə aid edilir:
- hərbi toqquşmalar;
- lokal və sosial - milli və dini zəmində olan münaqişələr;
- aclıq;
- iri miqyaslı tətillər;
- kütləvi iğtişaşlar, talanlar, yanğınların törədilməsi, tüğyan edən cinayətkarlıq.
- terror aktları.
Bir növ fövqəladə hadisələr digər fövqəladə hadisələrin yaranmasına səbəb ola bilərlər.
Sosial - iqtisadi fövqəladə hadisələrər baş verdiyi ərazinin sahəsinə, xəsarət alanların
sayına və itkilərin ölçüsünə görə təsnif olunurlar:
Terror aktları-
partlayışların, yanğınların, insanların qorxudulmasına və insan ölümü
təhlükəsinin yaranmasına, maddi itkilərin baş verməsinə, ekoloji fəlakətin əmələ
gəlməsinə və digər ağır hadisələrin baş verməsinə yönəldilmiş hərəkətlərdir.
Terror aktlarının məqsədi:
- dövlət, yerli özünüidarəetmə orqanlarının, beynəlxalq təşkilatların qərar qəbul etməsinə
qeyri-qanuni təsir göstərmək;
- radioaktiv, partlayıcı, kimyəvi və bioloji təhlükəli maddələrin oğurlanması;
- şəxsi və millətlər arası münasibətlər zəminində kütləvi ixtişaşların törədilməsi;
- içtimai asayişin pozulması;
- fasiləsiz iş texnoloqiyası ilə işləyən, şəhərlərin əhalisinin həyat fəaliyyətini təmin edən
obyektlərdə, nəqliyyatda və səhiyyə müəssisələrində icazəsiz və qəflətən işin
dayandırılması.
Terror aktları:
- sərnişin avtobuslarında törədilmiş terror aktları;
- sərnişin və yük qatarlarında törədilmiş terror aktları;
- hava nəqliyyatında törədilmiş terror aktları;
- metropolitendə törədilmiş terror aktları;
- sərnişin daşıyan dəniz bərəsində törədilmiş terror aktı;
- mülki şəxslərə və hərbiçilərə qarşı törədilmiş terror aktları;
- mülkü və dövlət obyektlərinə qarşı törədilmiş terror aktları.
1980-cı illərin sonlarından başlayaraq, Ermənistan dövlətinin və nüfuzlu erməni
diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət
göstərən erməni terror təşkilatları, “Terrorizmlə mübarizə” bölməsi “erməni terrorizmi alt
bölməsi” Azərbaycana qarşı terror müharibəsinə başlamışlar.
Faktlar göstərir ki, SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Ermənistan
Respublikası dövlət səviyyəsində terroru dəstəkləyərək, təcavüzkar siyasətinin əsas tərkib
hissələrindən biri kimi qəbul etmişdir.
Azərbaycanda törədilən terror aktları:
1994-cü ildə Bakı metropolitenində iki terror aktı törədilib:
- 19 mart tarixdə saat 13.00-da metronun “20 yanvar” stansiyasında qatarın 1-ci
vaqonunda partlayış baş verdi. Terror aktı nəticəsində 14 nəfər həlak oldu, 49 nəfər
yaralandı.
- 3 iyul tarixdə səhər saat 08.30-da metronun “28 may” və “Gənclik” stansiyaları arasında
qatarın 2-ci vaqonunda partlayış baş verdi. Terror aktı nəticəsində 14 nəfər həlak oldu, 58
nəfər yaralandı.
- 16 sentyabr 1989-cu il tarixdə “Tbilisi-Bakı” marşrutu ilə hərəkət edən avtobus
partladıldı. 5 nəfər həlak oldu, 25 nəfər yaralandı.
- 18 fevral 1990-cu il tarixdə Bakı-Laçın avtotrassasının 105-ci km. “Şuşa-Bakı”
marşrutu ilə hərəkət edən avtobus partladıldı. Çoxlu insan həlak oldu.
- 11 iyul 1990-cı il tarixdə “Tərtər-Kəlbəcər” marşrutu ilə hərəkət edən avtobus
partladırıb. 14 nəfər həlak oldu, 35 nəfər yaralandı.
- 10 avqust 1990-cı il tarixdə “Tbilisi-Ağdam” marşrutu ilə hərəkət edən avtobus
partladıldı. 20 nəfər həlak oldu, 30 nəfər yaralandı.
- Həmin gün də “Şəmkir-Gəncə” yolunda Xanlar rayonunun ərazisində Nadel kəndinin
yaxınlığında “LAZ” markalı 43-80 AQF dövlət nömrə nişanlı avtobus partladıldı. 17
nəfər həlak oldu, 26 nəfər yaralandı.
- 30 noyabr 1990-cı il tarixd
avtobusunun partladırması n
Bu siyahıya bir çox digər terror aktlarını
Müharib
Hə rbi xarakterlı fövqə lad
Nüvə partlayış ının zə d
xarakteristikası. Bioloji zə d
Hərbi fövqəladə hadisələr
ə
mələ gəlmiş fövqəladə hadis
Bu zaman hərbi xarakterli fövq
- Adi qırğın silahların, vasit
- Kütləvi qırğın silahlar.
Adi qırğın silahlar aid edilir:
- atıcı silahlar;
- artilleriya, mühəndis qurğ
- gəmi silahları;
- raket qurğuları;
- aviasiya silah və sursatlar
Dəqiq nişanalma və idarə
İ
qtisadiyyat obyektlərinin yerl
edilməsi üçün koordinatlarının, z
Bu günə adi silahlar yüks
ə
halinin məhvinə və iqdisadiyyat obyektl
Kütlə vi qırğ ın silahları, onların
Kütləvi qirğın silahları v
insan qırğınına və dağıntılara g
Onların növləri aşağıdakılardır:
1. Nüvə silahı.
2. Kimyəvi silah.
3. Bakterioloji (bioloji) silah.
Nüvə silahı- kütləvi qirğ
malikdir. Nüvə silahında müxt
olunur. Onun istifadəsi tikilil
ilə müşahidə olunur.
Onun təsiri daxildə zəncirvari reaksiya n
Nüvə silahının
partlayış gücü trotil ekvivalenti
cı il tarixdə Xankəndi hava limanının yaxınlı
avtobusunun partladırması nəticəsində 2 nəfər həlak oldu, 11 nəfər yaralandı.
r terror aktlarını əlavə etmək olar.
Dostları ilə paylaş: |