Azərbaycan elmi nə etməli nədən başlamalı 18 Fevral 2022 14: 32



Yüklə 35,72 Kb.
səhifə1/4
tarix19.05.2022
ölçüsü35,72 Kb.
#58584
  1   2   3   4
Azərbaycan elmi nə etməli nədən başlamalı 18 Fevral 2022 14


Azərbaycan elmi nə etməli nədən başlamalı 18 Fevral 2022 14:32
Bu gün elmimiz və xüsusən Milli Elmlər Akademiyası özünün çətin, xoşa gəlməyən günlərini yaşayır. Aşağı maaşlar, dedi - qodular və çəkişmələr. Bundan öncə həm Azərbaycan, həm də rus dilində çap olunmuş məqalələrimdə (haqqin.az/news/180352, 07.06.2020, news.day.azpolitics/1433570, 07/02/2022, modern.az, moderator az., azedu.az, https://sherg.az/tehsil/189290 və s.) elmdə yaranmış vəziyyətlə bağlı bəzi düşüncələrimi ifadə etmişdim. Bu məqalələrə çoxlu sayda rəy və dəstək aldım və fürsətdən istifadə edib hər kəsə dərin təşəkkürümü bildirirəm. Əminəm ki, elmimiz və xüsusən Azərbaycan Milli Elmlər Akademiyası özündə güc tapıb yaranmış vəziyyətdən çıxacaq və elmimizi ona uyğun olan səviyyəyə qaldıraraq, ölkəmizin inkişafına lazımı töhvələri verəcəkdir.
Nə etmək və nədən başlamaq lazımdır?
Azərbaycan Milli Elmlər Akademiyası. İlk və ən önəmli məsələ Akademiyanın qalıb qalmamsı məsələsinə aydınlıq gətirmək lazımdır. Dünyada elə ölkə yoxdur ki, onun elmlər Akademiyası olmasın və bütün tanınmış Akademiyaların yaradılması məhz, böyük dövlət xadimlərinin və tanınmış alimlərin adları ilə bağlıdır. Yüksək nüfuza malik olan Amerika Milli elmlər Akademiyası Prezident Avraam Linkolnun təşəbbüsü və qərarı ilə, məhşur Fransa (Paris), ölməzlər elmlər Akademiyası, dünyanın ilk Akademiyalarından biri olan, XIV Lyudoviq , Peterburq (Rusiya) elmlər Akademiyası Böyük Pyotr, Ümumdünya elmlər Akademiyası Nobel mükafatı laureatı, tanınmış fizik Əbdüs Salam tərəfindən yaradılmışdırlar. Bu şəxslər Akademiyanın dövlətin inkişafında nə qədər vacib olmasını dərindən anlayaraq belə təşəbbüsü irəli sürmüşlər.
Əsas məsələ ondan ibarətdir ki, Akademiya necə fəaliyyət göstərməlidir. Bu məsələdə universal ya optimal yol yoxdur. Əsas məsələ ondan ibarətdir ki, Akademiya dövlətin tələblərinə uyğun olaraq fəaliyyət göstərməlidir və dövlətə xidmət etməlidir. Məsələn, ABŞ-da bir yolu seçilib, Rusiya, Çin isə başqa yol, Fransa özünə məxsus yol seçib. Cəmiyyətimizdə bəzi zamanlar diletant fikirlər səslənir, güya Akademiyanın institutları universitlərə verilərsə hər şey öz yoluna düşər. Bu həm səhv, həm də təhlükəli yoldur. Biz bu yolla getsək həm Akademiyanı, həm də universitetlərimizi itirə bilərik. Qeyd edim ki, hətta insanlarda orqan transplantasiyası zamanı bədən tərəfindən rədd etmə və imtina prosesləri baş verir və insan həyatını itirə bilir. Əsas məsələ ondn ibərətdir ki, Akademiya dövlətin sifarişlərini yerinə yetirməlidir və bunun üçün savadlı, böyük elmi məktəb keçmiş və beynəlxalq elmi aləmdə qəbul olunan alimlərə böyük ehtiyac var. Bu gün dünyada səmərəli çalışan Akademiyalar mövcuddur. Rusiya, Çin, Fransa elmlər Akademiyalırını və Almaniyada fəaliyyət göstərən Plank Cəmiyyətini misal gətirmək olar.
Plank Cəmiyyəti öz sıralarında 80-dən çox elmi-tədqiqat institutlarını birləşdirir və Azərbaycan Milli Elmlər Akademiyası, Rusiya Elmlər Akademiyası, Çin Elmlər Akademiyası kimi tam dövlət tərəfindən məliyyələşdirilir. Bu ölkələrdə kimsə Akademiyaları nə bağlamağa nədə ki universitetlərlə birləşdirməyə çəhd göstərmir. Hətta, Almaniyada 2008-ci ildə Plank Cəmiyyətinə paralel olaraq Milli elmlər Akademiyası - Leopoldina yaradıldı. Hamımızın yaddaşında unudulmaz Heydər Əliyevin gözəl kəlamı qalıb. O deyirdi:" Azərbaycan Elmlər Akademiyası xalqın sərvətidir və onu qoruyub saxlamaq lazımdır". Məhz, Heydər Əliyevin təşəbbüsü ilə Akademiyaya Milli status verildi. Hələ qədim dövrdə Hippokrat deyirdi: "Həyatda iki əsas amil var. Elm və Fikir".
Ona görə Akademiyanın bağlanması ya universitetlərə verilməsi məsələsi birdəfəlik gündəmdən çıxarılmalıdır və güçümüzü onun inkişafına və yüksəlməsinə yönəltməliyik. Heç kəs Akademiyada islahatların keçirilməsinin əleyhinə deyil, bu bir zərurətdir və zəmanənin tələbidir. Akademiya var, olmalıdır və yüksək səviyyədə dövlətə xidmət etməlidir. Belə vacib məsələyə aydınlıq gətirilməlidir. Bəzi zamanlar gözlənilmədən yeni elmlər doktorları ortaya çıxır və dərhal Akademiyaya müxbir-üzv hətta bəzi hallarda birbaşa akademik də seçilir. Ədalət naminə qeyd etmək lazımdır ki, Akademiyanın yeni nizamnaməsinə uyğun olaraq, akademiklər müxbir üzvləri sıralarından seçilməlidir və bu prinsipə ciddi yanaşmalı və heç bir halda pozmağa imkan verilməməlidir. Müxbir üzvlərinin seçilməsi zamanı iddiaçının doktorluq dissertasiyasının müdafiəsindən sonra gördüyü işlər və aldığı nəticələr nəzərdən keçirilməli, bu göstəricilərə görə qərar qəbul edilməlidir. Akademik seçkilərində isə iddiaçının müxbir- üzv seçildiyindən sonra aldığı nəticələri nəzərə alıb qərar verilməlidir. Bu prinsipləri əsas götürərək Akademiyanı təsadüfi psevdo- alimlərdən qorumaq lazımdır.
Hər kəs anlamalıdır ki, doktorluq dissertasiyasında alınan nəticələr artıq qiymətləndirilmişdir və bu şəxs doktor dərəcəsinə yüksəlmişdir. Yeni iddia üçün ortada yeni nəticələr olmalıdır. Müstəqilliyimiz bizə elmdən uzaq, psevdo- alimlərin hazırlanmasını deyil, ölkəmizi və elmimizi inkişaf etdirməyə tarixi imkan yaradıb və biz bundan faydalanmalıyıq.
Bu gün Azərbaycanda çox sayda elmlər doktorları ortaya çıxıb. SSRİ zamanında bu adamların heç yuxularına girməzdi ki, onlar elmlər doktoru ola bilərlər. Bu insanlar və onları himayə edənlır özlərinə sual verməlidirlər ki, SSRİ zamanında bu yollarla elmlər doktoru ola bilərdilərmi? Bu sualın cavabı bəllidir, çünki onları elmi şuralara yaxın qoymazdırlar. Bəla burasındadır ki, belə şəxslər, nəinki ayıblarına kor olmurlar, hətta zaman keçdikdən sonra Akademiyanın üzvləri və akademikləri olmaq istəyir, bəzi hallarda isə hətta akademik olub özlərinə bənzər psevdo-alimlər də hazırlayırlar. Buna qarşı ciddi mübarizə aparmaq və bir daha belə hallara imkan verməmək lazımdır.
90-cı illərin sonunu yaxşı xatırlayıram, AMEA- ya seçkilər ərəfəsundə, çoxlu sayda məmur Akademiyaya seçilməyə cəhd edirdi, özü də müxbir üzvü deyil, bir başa akademik. Məhz, dahi Heydər Əliyevin bu məsələyə qarışması Akademiyanı belə fəlakətdən xilas etdi. Ammm yenə də elmi qrantların verilməsində məhz, bu məmurlar son sözü deyirdilər. Heç bir elmi əsası olmayan qərarlar qəbul edib istədikləri adamlara qrantları paylayırdılar. Bu bir anti-dövlət yanaşması idi. Zaman keçdi və belə məmurlar vəzifələrindən azad olundu, amma qırılmış taleləri və haqsızlıqları kim bərpa edəcək. Sözsüz ki, biz keçmişlə yaşamamalıyıq və gələcəyə baxmalıyıq. Amma biz keçmişi unutmamalıyıq və onun acı səhvlərini təkrar etməməliyik.

Yüklə 35,72 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin