Azərbaycan elmi nə etməli nədən başlamalı 18 Fevral 2022 14: 32


Niyə belə oldu? Maraq nə idi?



Yüklə 35,72 Kb.
səhifə3/4
tarix19.05.2022
ölçüsü35,72 Kb.
#58584
1   2   3   4
Azərbaycan elmi nə etməli nədən başlamalı 18 Fevral 2022 14

Niyə belə oldu? Maraq nə idi?
Bu günə qədər mən bu suala cavab tapa bilmirəm. Yuxarıda qeyd etdiyim kimi, bu məmurlar artıq vəzifələrini itiriblər, amma qırılmış taleləri və itirilmiş gözəl imkanları kim bərpa edəcək ya qaytaracaq.
Bu gün Azərbaycan "Qoşulmama hərəkatında" sədirlik edir. Ümumdünya elmlər Akademiyası (1983-cü ildə yaradılıb) inkişafda olan ölkələrin alimləri üçün yaradılmışdır və yaradılarkən onun adı belə Üçüncü ölkələrin elmlər Akademiyası kimi keçirdi (Third World Academy of Sciences). Amma sonralar böyük elmi gücə çevrilərək, öz aralarında bir çox aparıcı alimləri, Nobel mükafatı laureatlarını birləşdirərək Ümumdünya elmlər Akademiyasına çevrildi və ona uyğun olaraq adıda dəyişdirildi (The World Academy of Sciences). Bu gün Akademiyanın sıralarında 90 ölkədən olan 1000-ə yaxın alim var və onlardan 15 Nobel mükafatı laureatıdır. Təəssüf ki, Ümumdünya elmlər Akademiyasının Azərbaycanla əlaqələrini möhkəmləndirmək cəhdimiz yenə də məmur müdaxiləsi və özbaşınalığı nəticəsində mümkün olmadı. Əməkdaşlıqla bağlı Azərbaycan məmurlarının qoyduğu şərtlər Akademiyanın Nizamnaməsinə zidd idi. Bu səlahiyyət sahibləri anlamadılar ki, belə əməkdaşlıq bizim ölkəmizə lazımdır, qarşı tərəfə yox.
Hesab edirəm ki, bu gün Ümumdünya elmlər Akademiyası ilə əlaqələri genişləndirmək məqsədə uyğun olardı.
Ümumdünya elmlər Akademiyasının ümumi iclası bir qayda olaraq keçirilən ölkənin prezidentinin çıxışı ilə başlayır bu da təşkilatın yüksək nüfuzundan xəbər verir. Ümumdünya elmlər Akademiyasının illik iclasının Bakıda keçirilməsi ölkəmizin həm nüfuzunun yüksəlməsinə, həmdə elmin inkişafına dəstək olardı.
Kadr hazırlığı
Elmin inkişafı bir başa təhsilin inkişafı ilə bağlıdır. Nə qədər təhsilin səviyyəsi yüksək olarsa o qədər elm imkişaf edər. Fəlsəfə doktoru dissertasiyalarının hazırlanmasında ciddi, bəlkə də inqilabi dönüş yaradılmalıdır. Bu haqda mən dəfələrlə mətbuatda və AMEA-nın ümumi iclaslarında demişəm, amma bu günə qədər bir dəyişiklik yoxdur. Təcrübə göstərir ki, bizdə bu gün fəlsəfə doktoru və ümumiyyətlə disertasiya müdafiə edən şəxslər dərin elmi biliklərə malik deyirlər. Fəlsəfə doktoru dissertasiyasını müdafiə etmək üçün ixtisas üzrə sadəcə bir (namizədlik minimumu) imtahanı verilir.
Dünya sürətlə inkişaf edir və bu gün bir imtahanla gənc alimin potensialını aşkara çıxartmaq və ondan geniş düşüncəli mütəxəssis hazırlamaq mümkün deyil. Biz artıq dünyanın tutduğu yolla getməliyik. Hətda SSRİ zamanında, M.V.Lomonosov adına Moskva dövlət universitetində (bu gündə) aspirantlar mütləq 3-4 imtahan və 3-4 zaçet verirlər. Şəxsən mən aspiranturada oxuyarkən 3 imtahan və dörd zaçet vermişdim. Təbii ki. o zaman biz gənclər narazılığımızı ifadə edirdik ki, digər universitetlərdən fərqli olaraq daha çox imtahan veririrk, amma həyat bu yolun doğru və səmərəli olduğunu təsdiq etdi. Belə praktika Qərb ölkələrində qəbul olunub və artıq bir çox keçmiş Sovet Respublikaları da yenidən bu sistemə keçiblər.
Müasir tələblərə cavab verən mütəxəssis hazırlamaq üçün lazımdır ki, fəlsəfə doktoru dissertasiyasının müdafiəsi üçün, elmi məsləhətçinin tövsiyəsi ilə, imtahaların sayı ciddi sürətdə artırılsın. Bu proses eyni zamanda dərs yükünü və müəllimlərin maaşlarının artmasına gətirəcəkdir. Pilot proyekti kimi, ilk olaraq fundamental (məsələn, riyaziyat sahəsində) elmlər sahəsində bunu AMEA-da, BDU və ADİU həyata keçirmək olardı.
Bu iki universitetlərin rektorları təhsildə yeni ideyaların tərəfdarlarıdır və uğurlu innovasiyalar həyata keçirirlər. Sonradan belə yanaşma digər elmlərə də şamil olunabilər. Şəxsən mən elm və təhsildə evolyusiya yollarının tərəfdarıyam, amma hesab edirəm ki, bəzi zamanlar istisnalar ola rbilər. Mən əminəm ki, geci - tezi biz də bu sistemə keçəcəyik, amma vaxt gedir və nə üçün biz gözləməliyik.
Məlumdur ki, dünyada alimlər üçün ən produktiv yaş 35-55 arasıdır. Məhz, bu yaşda alimlər ciddi nəticələr, qrant və mükafatlar alırlar. Azərbaycanda elmdə bu nəsil çox zəif təmsil olunur. Çox az sayda yaşları 30-dan az və 55 yaşından yuxarı olan olan aktiv alimlərimiz var. Elmi baxımdan ən produktiv olan bölmədə (35- 55 arası) böyük boşluq var.
Akademiyanın üzvlərinin yaşlarına nəzər salsaq görürük ki, ortalama yaş 60-ın xeyli üzərindədir. Bu isə seçki zamanı problem və doğru seçimə əngəl yaradır. Gənclər lazımı səviyyəyə hələ çatmamış, 35-55 arası isə ciddi kadr boşluğu vardur. Hesab edirəm ki, AMEA müvafiq icra strukturları ilə birgə islahatlar paketi hazırlayıb həyata keçirməlidir və elmə ayrılan vəsaitin xərclənməsi istiqamətləri və məbləği ciddi sürətdə nəzərdən keçirilməlidir.
Ümumiyyətlə, AMEA- nın səmərəli fəaliyyəti üçün yol xəritəsi hazırlanmalı və bu məsələlər orada öz əksini tapmalıdır.

Yüklə 35,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin