3.
II Fәsil
Qarabağ "kiçik Azәrbaycandır". Rusiya çarı "Şuşalı vә Qarabağlı İbrahim xanın vә
onun varislәrinin әyalәtinin bütövlüyünün saxlanmasına öz imperator zәmanәtini verir"
(türk vә rus mәnbәlәrindәn)
Yuxarıda adı çәkilәn İ.Lenski iddia edir ki, XVIII әsrdә “Rusiya Qarabağda tәyinedici
tәsirә malik olmuşdur”. Bunu guya “sәnәdlәr sübut edir”. Hansı sәnәdlәr? Müәllif bir
dәnә dә olsun sәnәd göstәrmir. V.Stupişin isә mәsuliyyәtcәsinә iddia edir ki, “Qarabağ
xanlığı İran әlindәn Rusiya әlinә keçmişdir” vә guya “hәmin zaman Qarabağ xanlığında
heç bir Azәrbaycan yerli-dibli yox idi”, Stupişin dә Lenski kimi heç bir sәnәd, heç bir fakt
gәtirmir.
Orta әsr mәnbәlәrindә “Arran Qarabağı”, “ermәni Qarabağı” yox, mәhz “Arran
(Azәrbaycan) Qarabağı” adlandırılan bu diyar Azәrbaycanın çox böyük bir regionudur.
XVII әsr türk sәyyahı Evliya Çәlәbi yazmışdır:
“Azәrbaycanda üç Qarabağ vardır ki, onların hәr biri behişt gülüstanını, bağını
xatırladır.”
81
Biri Naxçıvanın Qarabağlar şәhәridir. E.Çәlәbinin yazdığına görә, burada minlәrlә ev,
qırx mәscid, çoxlu karvansara, hamam vә s. olmuşdur. Orada bağda gәzәrkәn bağban
Çәlәbigili 26 növ armuda qonaq edib. Çәlәbi yazır ki, “mәlәci”, “abbasi”, “ordubadi”
deyilәn armudları yeyәnin ağzında nabat gülabı qәtrәsi әmәlә gәlir... Lәlә oxşar narları
olur. Rәvan düyüsü, plovu, Hәlimaşı lәzzәtli olur. Aşpazları son dәrәcә tәmiz vә hamısı
müsәlmandır”
82
Digәri “Azәrbaycanın kiçik şәhәrlәrindәn olan Qarabağ şәhәridir”. Çәlәbinin
yazdığına görә, “Tәbriz әyalәtindә ayrıca sultanlıq” olmuşdur. 3000 evi, 7 cümә mәscidi,
7 hamamı, 3 karvansarası, 600 dükanı var imiş. İldә İran şahına hәdiyyә olaraq 100
dәvә yükü “ordubadi” , “mәlәci”, “abbasi” növ armud qurusu, albuxara, әrik, heyva,
әncir, quru üzüm, digәr meyvә qurusu verәrmiş.
83
Diqqәt edәk: Naxçıvan Qarabağları ilә
Tәbriz Qarabağının armudlarının da adları eyniymiş!
Tofiq Köçərli
- 30 -
Qarabağ: Yalan və Həqiqət
Üçüncüsü, Şimali Azәrbaycanın Qarabağ әyalәtidir. Bu Qarabağı E.Çәlәbi “kiçik
Azәrbaycan”
84
adlandırmışdır.
Görünür, “üç Qarabağı” qarışıq salmamaq vә fәrqlәndirmәk üçün orta әsr müәlliflәri
әsas Qarabağı “Arran Qarabağı”, yәni, Şimali Azәrbaycan Qarabağı kimi qәlәmә almışlar.
“Qarabağ” sözü iki Azәrbaycan sözündәn - “qara” vә “bağ” sözlәrinin birlәşmәsindәn
yaranmışdır. Bu halda “qara” sözünün “rәng” yox, “böyük” mәnasını ifadә etdiyini
ehtimal edәn mütәxәssislәr zәnnimcә, haqlıdırlar. Görünür, “Qarabağ” Böyük bağ
demәkdir.
Ehtimal ki, diyarın “Qarabağ” adı artıq XIV әsrә qәdәr tam bәrqәrar olubmuş. XIV
әsr qaynaqlarında “Qarabağ” anlayışı artıq diyarın yeganә adı kimi işlәdilmişdir. Hәmin
zamanlardan da Azәrbaycan sez birlәşmәsi “Qarabağ” ermәni, fars, әrәb vә s. dillәrdә
işlәnmiş, nәhayәt bütün dünya dillәrinә, o cümlәdәn rus dilinә daxil olmuşdur. Hәmin
zamanlardan Qarabağın dağlıq hissәsindә mәskunlaşmış ermәnilәr dә yaşadıqları diyarı
azәrbaycancada olduğu kimi, yәni “Qarabağ” adında adlandırmışlar.
Yusif Vәzir Çәmәnzәminli yaxşı deyib: “Hәr sözdә bir tarix yuvası var”. Bu,
“Qarabağ” sözünә bilavasitә aid edilә bilәr. Ermәnilәrin dә, farsların da, bir sözlә
hamının hәlә uzaq keçmişlәrdәn qәbul edib әsrlәr boyu işlәtdiklәri Azәrbaycan sözü
“Qarabağ”, hәtta tәkcә bu söz, Qarabağın mәhz azәrbaycanlıların tarixi vәtәni olması
haqqında etimoloji vә toponomik sәnәddir.
Albaniya dövlәti dövründә Qarabağın dağlıq hissәsi Arsax adlanmışdır. Arsaxın
әhalisi qarqarlardan, hunlardan, utilәrdәn, xәzәrlәrdәn vә basillәrdәn ibarәt idi.
85
Antik
mәnbәlәr Arsaxda ermәnilәrin olmasını qeydә almamışdır.
Azәrbaycan mütәxәssislәri hesab edirlәr ki, Arsax I-VI әsrlәrdә alban çarları
Arşakidlәrin, VI-VII әsrlәrdә isә Albaniyanın fars mәnşәli böyük Mehranid knyazlarının
hakimiyyәti altında olmuşdur.
86
Ermәni müәlliflәrinin fikrincә, Arsax, 387-ci ilә qәdәr, yәni Ermәnistan Bizans vә İran
arasında bölünәnә qәdәr vә İran ermәni çarlığı lәğv edilәnә qәdәr (428-ci il) Ermәnistan
tәrkibindә olmuşdur.
Bu barәdә kimin, hansı tәrәfin, haqlı olmasına dair qәti fikir söylәmәk imkanım
xaricindәdir. Ancaq hәr halda, oxuduğum antik mәnbәlәr, habelә Kalankatuklunun
Tofiq Köçərli
- 31 -
Qarabağ: Yalan və Həqiqət
“Albaniya tarixi” әsәri deyilәn dövrdә Arsaxın mәhz Albaniya tәrkibindә olması barәdә
Azәrbaycan mütәxәssislәrinin fikrinә tәrәfdar çıxmağa әsas verir.
Bu da mәlumdur ki, bәzi ermәni müәlliflәri özlәri Arsaxın ermәni vilayәti olmamasını
etiraf ediblәr. N.Adons hәlә 1908-ci ildә yazmışdı: “Arsax hәmişә ermәni tәsiri
dairәsindәn kәnarda olmuşdur”.
87
Fәlsәfә doktoru B.İşxanyan ermәnilәrin Zaqafqaziyada mәskunlaşması barәdә daha
qәti fikir söylәmişdir. Onun 1913-cü ildә Berlindә almanca, 1916-cı ildә Peterburqda
rusca çıxmış kitabında oxuyuruq:
“Ermәnilәrin.....hәqiqi vәtәni............Kiçik Asiyadır yәni Rusiya hüdudlarından
kәnardadır vә Zaqafqaziyada bir neçә tәmiz ermәni әyalәtindәn (başlıca olaraq İrәvan
quberniyasında) başqa, Qafqaz әrazisinin müxtәlif hissәlәrinә ermәnilәr yalnız yüzilliklәr
әrzindә sәpәlәniblәr”
88
(“Bir neçә tәmiz ermәni әyalәti (başlıca olaraq İrәvan
quberniyasında)” haqqında İşxanyanın fikri mübahisәlidir. Azәrbaycan Elmlәr
Akademiyasının müxbir üzvü İqrar Әliyev ermәni mәnbәlәrinә, İ.M.Dyakonov vә b. ciddi
tәdqiqatçılara istinad edәrәk yazır ki, ermәnilәr indiki Ermәnistan әrazisinin yerli әhalisi
deyil, buraya gәlmә elementdir).
89
Müasir ermәni müәlliflәri Adonsun, İşxanyanın, habelә İ.P.Petruşevski vә d. rus
müәlliflәrinin Arsax haqqında fikirlәrini görmәmәzliyә vururlar.
Bir tarixi hәqiqәt dә var: 387-ci ildәn, yaxud, 428-ci ildәn ta 1918-ci ilә qәdәr, yәni
әsrlәr boyu Ermәnistan dövlәti olmamışdır, ermәni xalqı dövlәtçilikdәn mәhrum
olmuşdur. Demәli, IV-V әsrlәrdәn sonra da Arsax, mövcud olmayan Ermәnistan dövlәti
tәrkibindә vә Ermәnistan dövlәti hakimiyyәti altında ola bilmәzdi vә olmamışdır.
Digәr bir danılmaz hәqiqәt dә var: әrәb istilasından sonra Arsax әsrlәr boyu
Azәrbaycanda bir-birini әvәz etmiş müxtәlif müsәlman dövlәtlәrinin -Sacilәr, Salarilәr,
Şәddadilәr, Atabәylәr, Elxanilәr, Qaraqoyunlular, Ağqoyunlular dövlәtlәrinin tәrkibindә
olmuşdur. Doğrudur, 1080-1375-ci illәr әrzindә Kilikiya ermәni çarlığı var idi. Lakin
Türkiyә әrazisindә olan bu ermәni çarlığına Arsaxın heç bir aidiyyatı olmamışdır. Heç bir!
Gәlәk İ.Lenskinin dediyi XVIII әsrә.
Hәmin әsrin әvvәllәrindә, elәcә dә XVI-XVII әsrlәrdә Qarabağ banisi Azәrbaycanın
şair oğlu Şah İsmayıl Xәtai olan qüdrәtli Sәfәvilәr dövlәtinin bәylәrbәyindәn (vilayәt) biri
Tofiq Köçərli
- 32 -
Qarabağ: Yalan və Həqiqət
olmuşdur. Belә vә bu adda, yәni Qarabağ adında inzibati-әrazi vahidi ilk dәfә idi ki,
yaranmışdı. Qarabağ bәylәrbәyiliyinә Beylәqandan başlamış Borçalıya qәdәr olan
(Borçalı da daxil olmaqla) böyük bir әrazi daxil idi. Bәylәrbәyiliyin mәrkәzi Gәncә şәhәri
idi. Mәrkәzi Gәncәnin adı ilә Qarabağ bәylәrbәyiliyinә Gәncә bәylәrbәyiliyi dә deyiblәr.
Qarabağ bәylәrbәyiliyinin ilk bәylәrbәyi Şahverdi Soltan Ziyad oğlu olmuşdur. Qarabağ
bәylәrbәyiliyi mövcud olduğu bütün dövr әrzindә bәylәrbәyiliyә I Şah Abbasın bәylәrbәyi
tәyin etdiyi Davud xan istisna olmaqla Ziyadoğlular sülalәsi başçılıq etmişdir (axırıncı
Gәncә xanı mәşhur Cavad xan, habelә Azәrbaycan azadlıq hәrәkatının tanınmış
xadimlәri İsmayılxan vә Adilxan Ziyadxanov qardaşları da Ziyadoğlu sülalәsindәndir).
Qarabağ bәylәrbәyiliyi dövründә Qarabağın ermәnilәr yaşayan dağlıq hissәsindә
mәliklik adlanan beş inzibati-әrazi vahidi var idi (Dizaq, Vәrәndә, Xaçın, Çilәbird vә
Külüstan).
Ermәni müәllifi P.Arutunyanın yazdığına görә, Sәfәvilәr dövründә Qarabağın iri
ermәni feodalları “torpaq sahәlәri әldә etmiş” vә “öz әrazi hüdudlarında inzibati
funksiyaları hәyata keçirmәk hüququna malik olmuşdular”. Mәlikliklәr Qarabağ
bәylәrbәyiliyi tәrkibindә olmaqla, bilavasitә Qarabağ bәylәrbәyilәrinә tabe idilәr.
“Mәliklik” çox böyük sәslәnir. Sәnәdlәrlә tanışlıq göstәrir ki, hәlә o zamanlar ermәni
xadimlәri Rusiya rәhbәrliyindә elә tәsәvvür yaratmağa çalışıblar ki, guya hәr bir mәliklik
böyük әyalәtdir, mәliklәr “Qarabağın hakim ermәni knyazlarıdır”. Hәlә 18-ci әsrin
әvvәllәrindә, 1717-ci ildә ermәni xadimlәri Rusiyanın diqqәtini özlәrinә cәlb etmәk üçün
I Pyotra yazmışdılar ki, Qandzasar patriarxının himayәsi altında” doqquz yüz kәnd var vә
bu kәndlәr böyük kәndlәrdir; hәr birindә yüz vә iki yüz, üç yüz, dörd yüz vә daha çox
ailә vardır”.
90
Başqa bir mәktubda imperatora yazırdılar ki, Qarabağda ermәnilәrin
“altmış minә qәdәr qoşunu var” Bu, milçәyi fil kimi tәqdim etmәk nümunәsi sayıla bilәr.
(Ümumiyyәtlә ermәni başçıları yalan uydurmaqda adәtkar olmuşdular. 1790-cı ildә
onlar imperator II Yekaterinaya yazmışdılar ki, tәkcә Şamaxı әtrafında 17 min silahlı
ermәni var.
91
Halbuki hәtta 1811-ci ildә Şamaxı xanlığında yaşayan 24 min ailәnin yalnız
1500-ü ermәni ailәsi idi.
92
Aydındır ki, 1500 ailә, yәni 7500 nәfәr heç bir zaman 17000
әsgәr verә bilmәz). Güman edәk ki, sözügedәn hәr bir kәnddә 300-400 vә daha çox
yox, orta hesabla 150 ailә vә hәr bir ailәdә orta hesabla 5 ailә üzvü var idi. Bu halda
Tofiq Köçərli
- 33 -
Qarabağ: Yalan və Həqiqət
1717-ci ildә Dağlıq Qarabağda nә az-nә çox 675 min (150x5x900) ermәni yaşamış olar.
Bu, әlbәttә, uydurmanın lap yekәsidir.
Dağlıq Qarabağın ermәni әhalisinin sayı haqqında biz irәlidә xüsusi danışacağıq. Ona
görә 1823-cü ilә aid tәkcә bir fakt gәtirmәklә kifayәtlәnәk. Rusiya hakimiyyәt
orqanlarının hәmin ildә Qarabağda apardıqları kameral sayım materialları әsasında
Azәrbaycan müәlliflәri hesablamışlar ki, 1823-cü ildә Qarabağ әyalәtindә 4366 ermәni
ailәsi vә 15729 azәrbaycanlı ailәsi yaşamışdır.
93
Ermәnistan müәlliflәri isә hәmin
materiallara әsaslanaraq Qarabağ әyalәtindә 5107 ermәni ailәsi olmasını göstәrirlәr.
Hәtta ermәni müәlliflәrinә inansaq belә, Qarabağ әyalәtindә 25 min nәfәrdәn
(5107x5) bir az çox ermәni olmuş olar. Özü dә XVIII әsrin әvvәllәrindә deyil, mәhz XIX
әsrin әvvәllәrindә! Әlbәttә, 675 minlә 25 min arasında fәrq azacıq deyildir!
900 kәndә gәldikdә isә o da tam uydurmadır. Rusiya statistikasına görә, XIX әsrin
әvvәllәrindә Qarabağda 113 ermәni kәndi olmuşdur. XIX әsrdә, özü dә beş mәliklik dә
daxil olmaqla bütün Qarabağda! Yәqin XVIII әsrin әvvәllәrindә hәmin kәndlәrin sayı
bundan az olmuşdur. Mütәxәssislәr belә bir cәhәtә diqqәt yetirmişlәr ki, deyilәn
kәndlәrin әksәriyyәtinin adları Azәrbaycan mәnşәlidir.
94
XIX әsrin sonlarında rus
tәdqiqatçısı M.A.Skibitski Qarabağ dağlarında 567 yaylaq vә yurd yeri qeydә almışdır.
Mütәxәssislәrin fikrincә, bu 567 addan yalnız bir toponimin rus dilinә, iki toponimin isә
ermәni dilinә aid olmasını ehtimal etmәk olar. Bu yerlәrin o zamankı azәrbaycan mәnşәli
adlarına indi çox az rast gәlәrsәn. Bәzi adları vaxtı ilә xaricdәn Qarabağa köçürülәn
ermәnilәr dәyişmişdilәr. Sovet hakimiyyәti dövründә isә Dağlıq Qarabağın azәrbaycan
mәnşәli toponimlәri kütlәvi surәtdә dәyişdirilәrәk ermәnilәşdirildi.
İstәrdim ki, Stupişinlәr bir düşünsünlәr: bu necә “әzәli” Ermәnistandır ki, bu necә
“ermәni Qarabağı”dır ki, onun adı da, ermәni kәndlәrinin әksәriyyәtinin adı da, coğrafi
adlar da heç bir fәrmansız-nәsiz azәrbaycanca olmuşdur, beş inzibati ermәni vahidi dә
ermәnicә (“naxarar”) deyil, azәrbaycanca (“mәliklik”) adlanmışdır?! Yaxud, bu necә
“ermәni Qarabağı”dır ki, 1823-cü ildә onun әhalisinin yalnız 27,5 faizi ermәni olmuşdur
(әvvәlki dövr vә illәr üçün statistik mәlumat yoxdur). Özü dә o ildә ki, hәmin il
Qarabağda azәrbaycanlıların sayı xeyli azalmışdı! Çarizm 1805-ci ildә verdiyi zәmanәtә-
Qarabağ xanlığının “bütövlüyünün saxlanmasına imperator zәmanәtinә” naxәlәf çıxıb
Tofiq Köçərli
- 34 -
Qarabağ: Yalan və Həqiqət
xanlığı 1822-ci ildә lәğv etdikdә axırıncı xan Mehdiqulu xanla birlikdә “böyük miqdarda”
azәrbaycanlılar İrana köçmәyә mәcbur olmuşdular.
Qriboyedov Qarabağdan Mehdiqulu xanla üç min ailәnin köçmәsini qeyd edir. Başqa
bir mәnbәdә Qarabağdan Cәnubi Azәrbaycana 4845 azәrbaycanlı ailәsinin köçmәsi
vurğulanır. Bu rәqәmlәrin hәqiqәtә uyğun olmasını müәyyәnlәşdirmәk hәlә mümkün
olmamışdır. Bununla belә o zaman 3 min, yaxud 4845 ailәnin nә demәk olduğunu
tәsәvvür etmәk üçün onu demәk kifayәt edәr ki, 1823-cü ildә Rusiya statistikasına görә,
Qarabağ әyalәtindә 4 min 366 ermәni ailәsi olmuşdur. Demәli birinci halda az qala
Qarabağın ermәni әhalisi qәdәr, daha dәqiqi, onun 75 faizi qәdәr, ikinci halda Qarabağın
bütün ermәni әhalisindәn çox azәrbaycanlı ailәsi çarizmin siyasәtinin qurbanı olmuş,
doğma torpağını tәrk etmәk mәcburiyyәtindә qalmışdı. Әgәr bu üç-beş min azәrbaycanlı
әhalisi Qarabağdan didәrgin salınmasaydı, 1823-cü ildә Rusiya hakimiyyәt orqanları
Qarabağda 18729 ya da 20574 azәrbaycanlı ailәsi qeydә almış olardılar. Bu halda 4366
ermәni ailәsi Qarabağ әhalisinin 21, 7 faizini deyil, daha az faizini tәşkil etmiş olardı.
Onu da tәkrar edәk ki, Qarabağ ermәnilәri mәnşә etibarı ilә alban tayfalarındandır.
Mütәxәsislәrin fikrincә, әrәb istilası ilә әlaqәdar Albaniyanın xristian әhalisinin әksәriyyәti
islam dinini qәbul etmәklә müsәlmanlaşmış, Albaniyanın vilayәtlәrindәn biri olan Arsaxın
(Dağlıq Qarabağın) alban әhalisi isә xristian dinlәrini saxlamış vә nәticә etibarı ilә ermәni
kilsәsinin tәsiri altında tәdriclә qriqoryanlaşmış, ermәni dilini qәbul etmiş vә
ermәnilәşmişdir.
95
Hәlә XII әsrdә Qarabağ albanlarının heç dә hamısı ermәni dilini bilmirdi vә öz alban
dilindә danışırdı. Ziya Bünyadov XII әsrdә yaşamış gәncәli Kirakos Qandzaketsinin belә
bir fikrini gәtirmişdir ki, ermәni dilini yalnız Alban “rәislәrinin” әksәriyyәti bilir vә bu dildә
danışır.
96
Dağlıq Qarabağ albanlarının ermәnilәşmәsini bir çox müәlliflәr, o cümlәdәn müasir
ermәni tarixçisi qeyd etmişlәr. Mәsәlәn, Yeremyan Dağlıq Qarabağın “qәdim Albaniyanın
ermәnilәşdirilmiş hissәsi” olmasını vurğulamışdır.
97
Lakin Dağlıq Qarabağ әhalisini ermәnilәşdirmә prosesinin nә zaman baş vermәsi
mәsәlәsindә fikir ayrılığı vardır. Hәmin proses Veliçkoya görә, XV-XVI әsrlәrdә olmuş,
Tofiq Köçərli
- 35 -
Qarabağ: Yalan və Həqiqət
Yeremyana görә VIII әsrin әvvәllәrindә başlamışlar. Z.Bünyadov isә yazır ki, Sünik
vilayәti vә Arsaxın xeyli hissәsi XII әsrin әvvәllәrinә yaxın ermәnilәşdirilmişdir.
98
Dağlıq Qarabağ ermәnilәri alban mәnşәli olmalarını tarixi yaddaşlarında uzun
müddәt yaşatmışdır. Onlar, daha dәqiqi utilәr Dağlıq Qarabağdan I Pyotra yazmışdılar:
“Biz aqvanlarıq, milliyyәtçә utilәrik”
99
Utilәrin nәsillәri-udinlәr indi dә Azәrbaycanda
(Nicdә vә Oğuzda) yaşayırlar.
100
Hәtta 1702-1728-ci illәrdә Alban katolikosu olmuş İsay
hәsәn Cәlalyanın böyük möhüründә bu sözlәr yazılmışdı: “İsaiә, sobornıy Aqvanskiy
patriarx svәtoqo prestola Kanüesarskoqo” (Qandzasar). Әksәr hallarda İsay mәktublarını
“Aqvan ölkәsinin ermәni patriarxı” sifәtilә imzalamışdır. Hәmin katalikosun “Alban
ölkәsinin qısa tarixi” adlı әsәri dә vardır Әsәrdә 1722-ci ildә Dağlıq Qarabağda “Alban
dövlәtinin bәrpa edilmәsi” xәbәr verilir. B„ mәlumatın düzgün olub olmaması mәnә
mәlum deyil. Burada diqqәti cәlb edәn cәhәt odur ki, İsay Hәsәn Cәlalyan mәhz “Alban
dövlәtinin bәrpa edilmәsindәn”
101
danışır (İsay Alban çarları Mehranidlәrin nәslindәn
olmuşdur. Onun ulu babası Albaniya çarı Hәsәn Cәlal XIII әsrdә mәşhur Qandzasar
monastırını tikdirmişdi. Monastırın epiqramında monastırın alban patriarxının tәkidi ilә
alban çarı Hәsәn Cәlal tәrәfindәn albanlar üçün tikilmәsi qeyd olunmuşudur. Qandzasar
monastırı 1511-ci ildәn alban katolikosunun iqamәtgahı idi. Nәticә etibarı ilә alban kilsәsi
qriqoryanlaşmış vә çar hökumәtinin 1836-cı il fәrmanı ilә alban katolikosatı lәğv
edilmişdi).
102
XVIII әsrin әvvәllәrindә Rusiyanın Azәrbaycanda, o cümlәdәn Qarabağda heç bir
tәsiri yox idi. Lakin bu dövr Rusiyanın qüdrәtinin artması, 1709-cu ildә Poltava
döyüşündә Rusiya qoşunlarının isveçlәri darmadağın etmәsi, imperator I Pyotrun öz
nәzәrini cәnuba, o cümlәdәn Azәrbaycana yönәltdiyi dövr idi. Bunu hiss edәn Dağlıq
Qarabağ katolikosu İsay vә mәliklәr fәallaşdılar vә Rusiyadan “xristian qardaşlarına”
kömәk istәdilәr.
Arqutinskinin 1790-cı ildә II Yekaterinaya yazdığı kimi, “dağılmış Ermәnistanın
Qarabağ hüdudlarında qalmış qüvvәlәri” I Pyotrun “Dәrbәnd, Bakı, Şamaxı vә digәr
әyalәtlәri Rusiya imperiyasına birlәşdirmәsi ilә dirçәldi”.
103
Qarabağdan xüsusi emissar - Aşağı Xaçen monastrının baş keşişi vardapet Minas
Peterburqa göndәrildi. Minasın vә ondan әvvәl Peterburqa getmiş İzrael Orinin
Tofiq Köçərli
- 36 -
Qarabağ: Yalan və Həqiqət
Peterburqda necә işlәmәlәri barәsindә aşağıdakı sәnәd müәyyәn tәsәvvür yaradır.
Hәmin sәnәd belә adlanır: “1712, iyunun 8-i. İzrael Ori adından vardapet, Minasın çara
verdiyi hәdiyyәlәr haqqında”. Hәmin sәnәdә görә I Pyotra 31 adda qiymәtli hәdiyyәlәr
verilmişdi (qızıl vә gümüş bilәrziklәr, Şamaxı ipәk parçası, bir neçә növ İran vә Hind
parçaları, beş xalça, yeddi bәbir dәrisi, iyirmi altı at..., bir pud kofe, fındıq-qoz).
104
Bununla kifayәtlәnmәyәn ermәni xadimlәri, mәsәlәn, katolikos İsay I Pyotra yeni
hәdiyyәlәr hazırlamışdılar. 1716-cı il avqustun 13-dә İsay I Pyotra tam açıqlıqla
yazmışdı:
“İzrael Ori mәni Hәştәrxana gәtirmişdi ki, aparıb Siz imperator әlahәzrәtinә tәqdim
etsin, mәn isә özümlә Siz çar әlahәzrәti üçün hәdiyyәlәr götürmüşdüm”, lakin Ori
Hәştәrxanda vәfat etdi, mәn Qarabağa geri qayıtdım.
105
Ermәni emissarları I Pyotru İran ilә müharibәyә sövq etmәyә vә belәliklә rus qoşun-
larının Azәrbaycanı tutmasına cәhd göstәrirdilәr. Lakin emissarlar birinci dәfә vaxtı düz
seçә bilmәmişdilәr. İsveçlә müharibәnin qızğın çağı idi. Veliçkonun yazdığına görә, I
Pyotr “avantürist İzrael Orinin ... tәlәsinә düşmәdi” vә ermәni nümayәndәlәrinә bildirildi
ki, I Pyotr “hazırda İsveç müharibәsi ilә mәşğuldur”. Belәliklә I Pyotr “özünü avantüraya
cәlb etmәyә qoymadı”.
106
Bununla belә ermәni emissarları I Pyotrun qәlbini әlә almağa nail olmuşdular.
Bunun nәticәsi idi ki, I Pyotr, İzrael Orinin sәrәncamına qırx minlik Rusiya qoşunu
vermәyi tapşırmışdı. Lakin “İzrael, hәr bir adama xas olan tәvazökarlıq göstәrib padşaha
dәrin minnәtdarlıq bildirәrәk, hәmin yüksәk lütfdәn imtina etmişdi”.
107
Mәsәlә әsla “tәvazökarlıqda” deyildi. Oriyә tәvazökarlıq yad idi. Veliçkonun yazdığı
kimi, Ori fırıldaqçı (“proxodimeü”) vә avanturist idi. Onun mәqsәdi Rusiyanı İranla
bilavasitә geniş miqyaslı müharibәyә, Azәrbaycana bilavasitә qoşun yeritmәyә tәhrik
etmәk idi. Qarabağ ermәnilәri fәallaşaraq I Pyotra dalbadal mәktublar göndәrirdilәr.
Katolikos İsay 1716-cı ilin avqustun 13-dә I Pyotra yazırdı ki, qoşunu Azәrbaycana
yeridәrkәn “bizә qabaqcadan әmr edin, qoşununuzu müşayiәt etmәk üçün öz
adamlarımızı göndәrәk, Sizin qoşunlarınıza münasib keçid yolu göstәrsinlәr”.
108
Tofiq Köçərli
- 37 -
Qarabağ: Yalan və Həqiqət
Başqa bir mәktubda Qarabağ ermәni mәliklәrinin Rusiyaya birlәşmәk istәyi, habelә
“öz güclәri ilә tatarları qırmaq” әzmi ifadә olunurdu. Eyni zamanda mәliklәr “öz güclәri
ilә tatarları qırmaq” üçün I Pyotrdan qoşunla kömәk göstәrmәyi xahiş edirdilәr!
Azәrbaycanı zәbt etmәkdә, Rusiyanın tәsir dairәsini genişlәndirmәkdә xüsusi marağı
olan I Pyotr mәliklәrә hәrtәrәfli kömәk vәd edir, onların separatizminә rәvac verirdi.
I Pyotrun Xәzәryanı vilayәtlәrә yürüşü başladı. 1722-ci ilin iyulunda rus hәrbi
flotiliyası Hacıtәrxandan (Hәştәrxan) Xәzәr dәnizinin Azәrbaycan sahilinә istiqamәt
götürdü. Bu sәfәrdә qarabağlı vardapet Minas da iştirak edirdi.
109
Lakin flotiliya müxtәlif
sәbәblәrә görә Bakıya gölә bilmәdi. I Pyotrun başçılığı altında Hәştәrxandan quru yolla
hәrәkәt edәn Rusiya qoşunları avqustun 23-dә Dәrbәndi tutdular. I Pyotrun fikri şәxsәn
Şamaxıya gәlmәk idi vә bu haqda gürcü çarı VI Vaxtanqı xәbәrdar etmişdi.
Ermәni mәliklәrinin tәlәm-tәlәsik tәşkil etdiklәri silahlı dәstәlәr VI Vaxtanqın silahlı
qüvvәlәri ilә birlikdә Şamaxıya getmәli vә orada I Pyotrun qoşunları ilә birlәşmәli idilәr.
Vaxtanqın vә mәliklәrin qüvvәlәri Gәncә yaxınlığında toplaşaraq, 25 gün orada
qaldılar.
110
I Pyotrun Şamaxıya gәlmәsini gözlәdilәr.
Lakin I Pyotr tezliklә Dәrbәnd qalasını tәrk edib geri qayıtmalı oldu.
Bununla belә I Pyotr Azәrbaycanı tutmaq planından әl çәkmәdi. Onun göstәrişi ilә
1723-cü ilin iyununda Rusiya hәrbi donanması Hәştәrxandan Bakı istiqamәtindә hәrәkәt
etdi. Donanma general Matyuşkinin komandanlığı altında iyulun 6-da Bakıya çatdı.
Bakı sultanı Mәhәmmәd Hüseyn bәy rus qoşunlarını Bakıya buraxmaq haqqında
Matyuşkinin tәlәbini qәti rәdd etdi vә şәhәr darvazalarını bağlamaq әmri verdi. Lakin
şәhәri müdafiә etmәk mәsәlәsindә birlik yox idi. 700 nәfәr әsgәrdәn ibarәt Bakı
qarnizonunun komandiri yüzbaşı Dәrgahqulu bәy şәhәri tәslim etmәk tәrәfdarı idi. Artıq
rus hәrbi donanmasının Bakıya yan almasından 20 gün keçmişdi. Ancaq Bakı hәlә
tutulmamışdı. Nәhayәt, iyulun 27-dә Matyuşkin Bakı sultanı Mәhәmmәd Hüseyn bәyә
mәktub göndәrәrәk, şәhәri danışıqsız tәslim etmәyi tәlәb etdi. F.M.Әliyevә görә, hәmin
mәktub Bakının hakim qrupları arasında mübarizәdә hәlledici rol oynadı. Matyuşkinin
mәktubuna sultan Mәhәmmәd Hüseyn bәy yox, yüzbaşı Dәrgahqulu bәy vә onun
qardaşı Hacı Әmin cavab verdilәr, Müsbәt cavab. İyulun 28-dә şәhәr heç bir
müqavimәtsiz tәslim edildi.
111
Rus komandanlığı Mәhәmmәd Hüseyn bәyi vә onun
Tofiq Köçərli
- 38 -
Qarabağ: Yalan və Həqiqət
qardaşlarını hәbs edәrәk Hәştәrxana göndәrdi. Oradan isә onlar I Pyotrun şәxsi göstәrişi
ilә Roqaçevskә köçürüldülәr. Lakin bununla iş bitmәdi. Akademik Butkov yazır: 1724-cü
ildә “Bakıda qәsd aşkar edildi. Xәbәr çatdı ki, yüzbaşı Mahmud Dәrgahqulu öz
qızılbaşları ilә Rusiya qarnizonuna hücum etmәk vә rus әsgәrlәrinin hamısını qırmaq
niyyәtindәdir. Bu haqda o, artıq Davud bәylә (Hacı Davud Şamaxı xanı idi - T.K)
yazışmışdır. Davud bәy seçmә qoşunla, tәyin olunmuş gündә Şamaxıdan Bakıya gәlmәli,
yüzbaşı onunla birlәşmәli vә Bakıda bütün xristianlar qılıncdan keçirilmәli idi. Şәhәrdә
kiçik bir qarnizon var idi, düşmәnlәr öz niyyәtlәrini rahatca hәyata keçirә bilәrdilәr, lakin
onların qәsdi vaxtında aşkar olundu: yüzbaşı adlı-sanlı cinayәt yoldaşları ilә Portunun
himayәsinә keçdi, başqaları hәbs olundular, bәzilәri ölümә mәhkum edildi, qalanları ...
Rusiyaya göndәrildi; şәhәr olduqca boşaldı”
112
O ki, qaldı Dәrgahqulu bәyә, o, 1727-ci
ildә bağışlandı vә tәzәdәn Bakının sultanı oldu. 1730-cu ildә o, Tәhmasib şah tәrәfinә
keçdi. Sәlim xan Bakının sultanı oldu. İki il-dәn sonra Dәrgahqulu bәy tәzәdәn
bağışlandı vә Bakıya qayıdaraq Maştağada yaşadı.
113
Rusiyanın Bakıda hökmranlığı uzun çәkmәdi. 1732-ci ildә Rәştdә Rusiya ilә İran
arasında bağlanan müqavilә әsasında Bakı vә Azәrbaycanın digәr Xәzәryanı vilayәtlәri
tәzәdәn İrana verildi.
Lakin mәtlәbdәn uzaqlaşmayaq.
I Pyotrun Dәrbәnddәn Petroqrada qayıtması vә onun Şamaxıya gәlmәk niyyәtinin
baş tutmaması nәticәsindә VI Vaxtanqın vә ermәni mәliklәrinin I Pyotrla Şamaxıda
birlәşmәk planı puç oldu. Vaxtanq Tiflisә, mәliklәr isә öz yerlәrinә qayıtmağa mәcbur
oldular. İsay yazmışdı: “Ümidlәrimizdә aldanmış bizlәr, hәr birimiz öz yerlәrimizә
qayıtdıq vә çәtinliklә gedilә bilәn dağlarda möhkәmlәndik”.
114
1723-cü ildә osmanlılar Tiflisi tutdular. “Ümidlәrindә aldanmış” Qarabağ ermәni
mәliklәri tamamilә tәklәndilәr vә dәrhal yeni sәmt götürdülәr. Bu haqda ermәni müәllifi
P.Arutunyan belә bir sәnәd gәtirir: “Çilәbirddәn Sarkis qızılbaşların, Gülüstandan İsay
osmanlıların tәrәfdarıdır; İsay (Tiflisә) osmanlıların yanına getdi ki, onları (Qarabağa)
gәtirsin. Mәlik Nağının nәvәsi Mәlik Bağır da qızılbaşların tәrәf-darıdır”.
115
I Pyotrun Xәzәryanı vilayәtlәrә basqını zamanı Gәncә bәylәrbәyiliyinә tamamilә
etinasızlıq göstәrәn mәliklәr Gәncә ilә әlaqәlәrini bәrpa etmәyә çalışdılar. Onlar
Tofiq Köçərli
- 39 -
Qarabağ: Yalan və Həqiqət
bildirdilәr ki, “әgәr bundan sonra onlar Gәncә әhalisi vә mülkәdarları, digәr şiәlәr
әleyhinә bunt qaldırsalar vә itaәtsizlik göstәrsәlәr, düşmәnçilik etsәlәr ... hökmdarlar
onların adamları, daşınar vә daşınmaz әmlakı ilә istәdiklәri kimi rәftar edә bilәrlәr”.
116
Lakin Qarabağın ermәni mәliklәri iki-üzlülük edirdilәr: onlar Azәrbaycan әleyhinә
gizli fәaliyyәtlәrini davam etdirmәkdә idilәr. I Pyotr isә Petroqraddan onlara ürәk-dirәk
vermәkdә idi. İmperator bәyan edirdi ki, o, Rusiya imperiyasına birlәşdirilmiş İran
torpaqlarını nәzәrdәn keçirmәyә gәlәcәk vә mәliklәr o zaman üçün qüvvәlәrini hazırla-
malıdırlar. Hәm dә I Pyotr İrana yaxşı bәlәd olan Lazar adlı ermәnini yanına çağırıb, ona
general rütbәsi verir vә tapşırır ki, Qarabağın bәrpa edilmәsi üçün” Lazarın ixtiyarına 40
minlik qoşun verilsin. Lakin Lazar tәklifdәn imtina edir. Belә olduqda I Pyotr bәyan edir
ki, “onların (Qarabağ ermәnilәrinin - T.K.) xilas edilmәsi üçün şәxsәn özü
gedәcәkdir”.
117
Çar hökumәti özünün bir agentini - İvan Karapet adlı bir ermәnini Azәrbaycana
göndәrәrәk, ona başqa göstәrişlәrlә yanaşı tapşırmışdı ki, patriarx İsay Hәsәn Cәlalyanı
Qarabağ ermәnilәrini Xәzәryanı vilayәtlәrә köçürmәyә sövq etsin.
118
Görünür, İvan Karapetin sәyi ilә 1724-cü ilin axırlarında ermәni mәliklәri I Pyotra
mәktub yazıb “әl tutmaq vә yaxud heç olmasa onlara köçmәk üçün Xәzәr dәnizi
sahillәrindә yer bağışlamaq” haqqında xahiş etdilәr. Әgәr köçmәk üçün yer ayrılarsa,
“Qarabağ ölkәsindәn xalqla birlikdә tәhlükәsiz getmәyi” tәmin etmәk üçün qoşun
göndәrmәk dә xahiş olunurdu.
119
İmperator hәmin müraciәtә dәrhal münasibәt bildirdi. 1724-cü il noyabrın 10-da I
Pyotr artıq ölüm ayağında ikәn ermәni nümayәndәlәrini şәxsәn qәbul etdi vә Onların
özlәri ilә Dәrbәndә general Kropotova fәrman göndәrdi.
120
Görünür, onlar Qarabağ vә
Qafan ermәnilәrinin nümayәndәlәri keşiş Antoniy vә Kovxa Çәlәbi imişlәr. Onlara verilәn
rәsmi sәnәddә deyilirdi ki, Rusiya Osmanlı imperiyası ilә müqavilә imzaladığına görә,
ermәnilәrә açıq kömәk edә bilmәz. Ona görә ermәnilәrә Xәzәryanı rayonlara (Gilan,
Mazandaran, Bakı, Dәrbәnd vә s.) köçmәk tәklif olunurdu.
121
Kropotova tapşırılırdı ki,
Qarabağ ermәnilәrinә köçmәk üçün Xәzәr sahilinin Dәrbәnd rayonunda yer ayırsın,
“onlara hәr cür әl tutsun, onları möhkәm qorusun , onlarla elә rәftar etsin ki, onlardan
heç bir şikayәt olmasın; artıq ermәni xalqını xüsusi imperator rәhminә vә proteksiyasına
Tofiq Köçərli
- 40 -
Qarabağ: Yalan və Həqiqət
qәbul etmişik.”
122
Hәmçinin generala, fәrmanı gәtirәn ermәni deputatlarını gәlәn kimi
dәrhal dәniz ya quru yolla Qarabağa yola salmaq tapşırığı verilmişdi.
123
Hәmin gün I Pyotr Bakıya general Mat-yuşkinә vә briqadir Levaşevә dә bir fәrman
imzalamışdı:
“Bütün vasitәlәrlә ermәnilәri vә başqa xristianları Rusiya qoşunlarının tutduqları İran
vilayәtlәrinә: Gilan, Mazandaran, Bakı, Dәrbәnd vә digәr әlverişli yerlәrә köçmәyә
çağırmaq lazımdır, onları nәvazişlә qәbul etmәk, lütfkarlıqla saxlayıb qorumaq, onlara
yaxşı yerlәrdә әlverişli torpaq ayırmaq, şәhәr vә kәndlәrdә boş olan evlәri vә
avadanlıqları onlara vermәk lazımdır. Düşmәnçilik edәn, yaxud şübhәlәnilәn
müsәlmanları qovub rәdd edin (müsәlmanları qovub rәdd edin!-T.K.), onların yerlәrini
xristianlar tutsun”.
124
Akademik Butkovun verdiyi mәlumata görә, Matyuşkinә göndәrilәn
fәrmanı 1725-ci il fevralın 11-dә xarici işlәr kollegiyası, 1726-cı il fevralın 22-dә isә
imperator I Yekaterina tәsdiqlәmişdir.
125
Ermәnilәri müsәlman ölkәlәrinә köçürmәk I Pyotrun vә ondan sonra gәlәnlәrin
strateji xәtti idi.1724-cü ilin sentyabrında İstanbula göndәrilәn general Rumyansevә belә
bir tapşırıq verilmişdi: “nә qәdәr mümkündürsә ermәnilәri Gilana vә oradakı (İran) digәr
yerlәrimizә köçmәyә tәhrik etmәk, әgәr onlar çox olsalar, farslar başqa yerlәrә
köçürülәcәklәr vә farslardan tәmizlәnmiş yerlәr onlara, ermәnilәrә verilәcәkdir.”
126
Göründüyü kimi, I Pyotr Dağlıq Qarabağ ermәnilәrinә Dәrbәnd rayonunda yer
ayırmaq haqqında rәsmi fәrman vermişdi. Lakin mәliklәr bu şansdan istifadә etmәdilәr.
1725-ci il iyulun 25-dә (artıq yanvar ayında I Pyotr rәhmәtә getmişdi) onlar Peterburqa
mәktub göndәrәrәk, “Xәzәr dәnizi sahilinә yaşamağa keçmәk haqqında” fәrmanı
aldıqlarını tәsdiq etdilәr. Bununla birlikdә Dağlıq Qarabağdan keçmәkdәn imtina olundu.
Buna mәliklәr belә bәhanә gәtirdilәr: “indi yaşadığı yerlәr -Gәncә, Qarabağ, Qafan,
Sisyan vә b. möhkәm vә böyük әyalәtlәrdir” vә “әgәr onlar öz möhkәm yerlәrindәn
çıxsalar, әtrafdakı düşmәn türklәr vә farslar onları tamamilә viran edә bilәrlәr”. Buna
görә dә onların “әlahәzrәt imperatorun әyalәtlәrinә yaşamağa keçmәlәri mümkün deyil,
hәrçәnd onlar әlahәzrәtin fәrmanına hәvәslә vә böyük arzu ilә әmәl etmәyә şad
olardılar.
127
Tofiq Köçərli
- 41 -
Qarabağ: Yalan və Həqiqət
Bunun ardınca İvan Karapet mәktubla Petroqrada bildirdi ki, “keçmәk üçün
ermәnilәrә torpaq ayrılması” haqqında “xahiş әhalinin arzularına uyğun olmamışdır”.
128
Ezov, İ.Karapetin mәktubunun mәtnini ermәnicә çap etdirmişdir. Mәn dә onu tәrcümә
etdirmәk әziyyәtinә qatlaşmadım, çünki mәktubun rusca verilmiş adı onun mәzmununu
açır. Ad belәdir: “Письмо Ивана Карапета о том, что, ходатайство священника
Антония I Ковги Челеби об отводе армянам земель для поселения, не
соответствовало желаниям, послашего их населения” (naşirin belә bir qeydi var ki,
Karapetin mәktubunun tarixi yoxdur, “lakin o mәzmununa görә әvvәlki mәktubla
(yuxarıda gәtirilәn 25 iyul tarixli mәktubla - T.K.) bilavasitә bağlıdır”).
129
Karapetin mәktubunda diqqәti cәlb edәn cәhәt odur ki, Qarabağdan köçmәk
haqqında xahişlәr әhalidәn xәlvәt edilmişdi. Dağlıq Qarabağ ermәnilәri gündәlik
qayğılarla yaşadıqlarından harasa köçmәyi ağla belә gәtirmirdilәr.
Mәliklәr Qarabağdan Rusiyaya keçmәyi özlәri xahiş etmişdilәr. Onlar özlәri dә
köçmәkdәn imtina etdilәr. Yaşadıqları yerlәrin doğmalılığı, “әzәli ermәni әrazisi” olması,
o yerlәrә bağlılıq dilә belә gәtirilmirdi. Köçmәkdәn imtina “tәhlükәsizlik” vә yaşadıq-ları
yerlәrin “möhkәm vә böyük әyalәtlәr” olması mülahizәlәri ilә әsaslandırılırdı.
Mәliklәr köçmәk mәsәlәsini qaldırmaqla әsla köçmәk niyyәtindә olmamışdılar.
Onların fikri-zikri Rusiyanın diqqәtini özlәrinә cәlb etmәk, Rusiyanı Azәrbaycanın işğalını
sürәtlәndirmәyә tәhrik etmәk vә belәliklә regionda siyasi vә iqtisadi imtiyazlar
qazanmaq idi. 1727-ci ildә ermәni xadimlәri Dәrbәnd rayonuna köçmәk mәsәlәsini
tәzәdәn qaldırmışdılar. Onlar hәmin ilin aprelindә Dәr-bәndә, Xәzәryanı vilayәtlәrdә rus
qoşunlarının komandanı Dolqorukovun yanına nümayәndәlәr göndәrәrәk, “әbәdi olaraq
imperator hәzrәtlәrinin tәbәәliyindә olacaqlarını” bildirmiş vә xahiş etmişdilәr ki, onlara
keçmәk üçün “imperator hәzrәtlәrinә mәnsub olan vilayәtlәrdә yer verilsin”. Hәmin yer
onlara göstәrildi vә “ermәnilәr o yerlәri görәrәk razı qaldılar; çox gözәl, bәrәkәtli vә
meşәli yerlәrdir, ermәnilәr hәmin yerlәrә köçmәyi arzulayırlar”.
Lakin bu da növbәti kәlәk idi.
Artıq qeyd olunduğu kimi, Rusiya Xәzәryanı vilayәtlәri-Bakını, Dәrbәndi boşaltmağa
vә İrana qaytarmağa mәcbur olmuşdu.
Tofiq Köçərli
- 42 -
Qarabağ: Yalan və Həqiqət
1736-cı ildә İranda Hakimiyyәtә gәlәn Nadir şah bәylәrbәyilik inzibati-әrazi sistemini
lәğv edәrәk, Tәbriz mәrkәz olmaqla Azәrbaycan vilayәti tәşkil etdi. Vilayәt bütün Cәnubi
vә Şimali Azәrbaycan әrazilәrindәn ibarәt idi. Nadir şah 1747-ci ildә öldürüldükdәn
sonra, Azәrbaycanda xanlıqlar yarandı. İran mәnbәlәrindә bu xanlıqlar elә belә dә
adlanır: “Azәrbaycan xanlıqları”. Azәrbaycan xanlıq-larının tәşkili Azәrbaycan tarixindә
görkәmli bir hadisә idi. Bununla Azәrbaycanda milli dövlәtçilik bәrpa olundu. Yenidәn
istiqlal nәsimi әsmәyә başladı.
Qarabağ bәylәrbәyiliyi әrazisindә iki xanlıq - Qarabağ vә Gәncә xanlıqları tәşkil
olundu (Mәnbәlәrdә Qarabağ xanlığı “Şuşa vә Qarabağ xanlığı” da adlanır). Qarabağ
xanlığının banisi Pәnah Әli Xan idi. Ermәni müәllifi Artemiy Araratski vaxtı ilә itgin
düşmüş doğma anasına istinad etmәklә Pәnah Әli xanı “alicәnab vә әdalәtli insan”
adlandırmışdır (A.Araratski 1796-cı ildә general Zubovu Şamaxı yürüşündә müşayiәt
etmişdi).
130
Qarabağ ermәni mәliklәrinin Qarabağ xanlığının yaranmasına münasibәti necә
olmuşdu?
Qarabağda beş ermәni mәlikliyi (rayonu) olması yuxarıda qeyd edilmişdir.
Salnamәçilәrin yekdil fikrinә görә, bu beş mәliklikdәn dördünün mәliklәri yerli
sakinlәr deyildilәr. Dizaq mәliyi Yegan Loridәn qaçıb gәlmişdi. Vәrәndә mәliyinin
(Şahnәzәr) әsli Göyçә mahalından, Çilәbird mәliyinin (Allahqulu) әsli Mәcavizdәn,
Talışınkı (Usub) Şirvandan idi. Yalnız Xaçın mәliklәri (Mirzә, oğlu Allahverdi vә nәvәsi
Qәhrәman) Qarabağlı idilәr, Mirzә Adıgözәl bәyin yazdığı kimi, “Cәlalyan övladları”
idilör.
131
(XIII әsr Albaniya çarı)
Nadir şah İranda hakimiyyәti әlә aldıqdan sonra, senator, akademik P.Q.Butkovun
yazdığı kimi, “ermәnilәri öz diqqәti ilә şәrәfyab etdi, mәliklәrin hәr birini öz malikanәsinә
tәsdiqlәdi vә onları bilavasitә şah әlahәzrәtinә tabe etdi”
132
Belәliklә, mәliklәr Qarabağ
bәylәrbәyiliyi tәrkibindәn vә tabeçiliyindәn çıxardıldı. Heç bir çәrçivәyә vә mәntiqә
sığmayan bu vә digәr buna oxşar addımlarla Nadir şah nüfuzlu vә böyük sülalә olan
Ziyadoğluları - Qarabağ bәylәrbәyilәrini sarsıtmaq istәyirdi. Bәhanә isә bu idi ki,
Ziyadoğlular Nadir xanın İran şahı taxtında olmasına etiraz etmişdilәr (Ziyadoğlular
istәyirdilәr ki, Sәfәvilәr sülalәsinin nümayәndәsi şah olsun).
Tofiq Köçərli
- 43 -
Qarabağ: Yalan və Həqiqət
Nadir şahın şirnikdirdiyi vә әl-qol açdırdığı ermәni mәliklәri Qarabağ xanlığının
yaranmasını birmәnalı qarşılamadılar. Vәrәnd mәliyi dәrhal Pәnah Әli xanın hakimiyyәtini
qәbul etdi. Qalan mәliklәr dә nәticә etibarı ilә Qarabağ xanına tabe oldular. Qarabağ
mәliklәrinin bilavasitә İran şahına tabe olmaları kimi qeyri-tәbii siyasi vә hüquqi
vәziyyәtә son qoyuldu.
Bunu amerika professoru R.Ovanesyan da etiraf edir. O yazır ki, Dağlıq Qarabağı
“bir vaxt Qarabağ xanları idarә etmişdilәr. Mәdәni cәhәtdәn Qarabağ şöhrәtli
Azәrbaycan yazıçılarının vә musiqiçilәrinin vәtәni olmuşdur”. Başqa ermәni müәlliflәri bu
haqda da susurlar.
Әksәr mәliklәr “itaәt halqasını qulaqlarına taxıb, sәdaqәt xәlәtini çiyin” lәrinә”
133
salsalar da, naxәlәf adamlarıydı.
Onlar Qarabağ xanlığının ilk günlәrindәn xanlıq әleyhinә tәxribata başlamış, Pәnah
Әli xana xain çıxmışdılar. Mәhz onlar Şәki hökmdarı Çәlәbi xanı Pәnah Әli xanla
mübarizәyә tәhrik etmişdilәr. Çәlәbi xana mәxfi mәktub göndәrәrәk yazmışdılar ki,
Qarabağda “Pәnah xan taxta çıxmış, qala (Bayat qalası -T.K) vә sәngәr tikdirmişdir.
Әgәr vәdindә bir qәdәr tәxir edilsә, sonra onun qarşısında durmaq mümkün
olmayacaqdır”.
134
Çәlәbi xan bu kәlәyә uyur vә Qarabağ xanlığının ilk paytaxtı Bayat qalasına qoşun
yeridir. Lakin Çәlәbi xan mәğlub olur. Mirzә Camal Qarabağinin yazdığına görә, geri
qayıtmağa mәcbur olan Çәlәbi xan etiraf edir: “Pәnah xan bir xan idi. Biz gәldik Onunla
dava elәdik vә bir iş dә görә bilmәdik. Biz indi onu şah edib qayıdırıq”.
135
Lakin şeytan
barmağı öz işini görmüşdü. Yenicә yaranmış iki Azәrbaycan xanlığı arasında әdavәt vә
düşmәnçilik toxumu sәpilmişdi. Azәrbaycan xanlıqları arasında belә münasibәtlәr, xarici
qüvvәlәr qarşısında birlәşә bilmәmәlәri, әksinә, biri digәri ilә çәkişmәsi, digәr amillәrlә
birlikdә nәticә etibarı ilә fәlakәtә - Xanlıqlardan bәzilәrinin Rusiya tәrәfindәn işğalına,
digәrlәrinin mәcburiyyәt qarşısında Rusiyanın tәbәәliyini qәbul etmәsinә, nәhayәt,
hamısının öz müstәqilliyini itirmәsinә, Azәrbaycan dövlәtçiliyinin lәğv olunmasına gәtirib
çatdırdı.
Tәdriclә Pәnah Әli xan hakimiyyәtini möhkәmlәndirdi vә genişlәndirdi. Mirzә
Adıgözәl bәyin yazdığına görә, Pәnah Әli xan Meqri vә Güney mahallarını (Bәrgüşada
Tofiq Köçərli
- 44 -
Qarabağ: Yalan və Həqiqət
qәdәr) Qaradağ hakiminin, Tatef vә Sisyan mahallarını Naxçıvan hakiminin, Zәngәzur vә
Qafan mahallarını Naxçıvan bәylәrbәyinin, Uşacıq kәndindәn Göyçә sәrhәdinә qәdәr
uzanan yerlәri İrәvan hakiminin, Xudafәrin körpüsündәn Kürәk çayına qәdәr olan yerlәri
Gәncә hakiminin әlindәn alıb özünә tabe etdi.
136
Qarabağ xanlığı Azәrbaycan xanlıqları
içәrisindә әrazicә әn böyük, güclü vә nüfuzlu xanlıqlardan birinә çevrildi.
Qarabağ xanlığının uğurlu addımları İran Hökumәtinin diqqәtindәn yayınmayırdı.
Nadir şahdan sonra İran Hökmdarı olmuş Adil şahın Azәrbaycan sәrdarı tәyin etdiyi
Әmiraslan xan “Pәnah xanın Qarabağda olan şöhrәt vә istiqlaliyyәtini eşitdikdә, öz adın-
dan ona (hәdiyyә olaraq) at, qılınc vә xәlәt göndәrәrәk, onu Adil şaha itaәt etmәyә
dәvәt vә tәşviq etdi”.
137
Mirzә Adıgözәl bәyin yazdığına görә, Әmiraslan xan Qarabağa
gәlib Pәnah Әli xanla görüşdü vә ona “sultanlıq vә ... xanlıq mәrhәmәt etdi”.
138
Pәnah Әli xan Adil şahın tәbәәliyini qәbul etdi. Adil şah xüsusi fәrmanla ona xan adı
verib, Qarabağın hakimi tәyin etdi. Lakin az sonra Pәnah Әli xan İran itaәtindәn çıxdı vә
digәr Azәrbaycan xanlıqları ilә yanaşı, Veliçkonun düzgün yazdığı kimi, “İrandan ayrılıb
müstәqillik әldә etmәyә”
139
nail oldu Bunu hәlә 1830-cu ildә rus generalı K.O.Zubarev
dә qeyd etmişdi. O yazmışdı ki, Pәnah xan Cavanşirli “Qarabağı İrandan asılı olmadan
müstәqil idarә edirdi”
140
Qarabağ xanlığının tarixi faktiki olaraq İran asılılığından
qurtarmaq uğrunda mübarizә tarixidir. İranla mübarizәdә Qarabağın istiqlalını qoruyub
saxlamaq uğrunda mübarizә tarixidir.
Azәrbaycan sәrdarı Әmiraslan xan öldürüldükdәn sonra yeni sәrdar
Mәhәmmәdhәsәn xan Qacar 1751-ci ildә Qarabağa hücum etdi. Lakin sәrdarın qoşunu
döyüşdә mәğlubiyyәtә uğradı. Әhmәd bәy Cavanşirin yazdığına görә, Pәnah Әli xan
hәtta sәrdarı Әrdәbilә qәdәr tәqib etdi vә döyüşlә Әrdәbili tutaraq Dәrgahqulu bәyi
Әrdәbil hakimi qoydu.
Qarabağlıların Mәhәmmәdhәsәn xan Qacara qalib gәlmәsi Pәnah Әli xanın şöhrәtini
daha da artırdı.
Fәtәlixan Әfşar (Nadir şahın tanınmış sәrkәrdәsi olmuşdu) Pәnah Әli xanı
“cilovlamaq” istәdi. O, “Pәnah xanın yanına mahir elçilәr göndәrib onu itaәtә vә ittifaqa
dәvәt etdi. Lakin Pәnah xan belә sәrdarlara itaәt etmәyi haqlı olaraq özü üçün әskiklik
vә ar bilib, elçilәri kobud cavablarla geri qaytardı”.
141
Tofiq Köçərli
- 45 -
Qarabağ: Yalan və Həqiqət
Fәtәlixan Әfşar 1756-cı ildә Qarabağa qoşun yeritdi. Fәtәlixan “7 dәfә fitnә vә fәsadı
göylәrә qaldırdı. Lakin hәr dәfәsindә mәqsәdә çatmadan; külli tәlәfatla geri qayıtdı.
Axırıncı dәfә ulduzlar qәdәr saysız qoşunla gәlib Ballıca çayı ilә Xacә Әlili çayı arasında
olan geniş bir sәhrada düşdü. ... Bu zaman Çilәbörd vә Talış mәliklәri- mәlik Hatәm vә
mәlik Usub da gәlib Fәtәli xanın qoşunları ilә birlәşdilәr ... Axırda o, mәliklәrlә bәrabәr
böyük bir qüvvә ilә hücuma keçdi ... Pәnah xan da müharibә meydanında üz ağardan vә
düşmәni qırmaq üçün ürәklәri lalә tәk dağlı olan Qarabağ qoşunu ilә müdafiәyә
girmişdi. Fәtәlixan gördü ki, arzusunun gözәli varlıq aynasında görünmür. Ciddi-cәhdi ...
zәrәr vә peşmançılıqdan başqa bir şey . vermir. Tәdbirlәr gördü, vasitәçilәr saldı, saziş
vә barışıq binası qoydu ... Pәnah xan da ... onun xahişini qәbul etdi: (onlar) Ağa
körpüsündә görüşәrәk sülh etdilәr. Barışıq әhd vә peymanla mehkәmlәndi”.
142
Bәzi mәlumatlara görә, son döyüşdә Fәtәlixanın qoşunundan iki min nәfәr
öldürülmüşdü.
Lakin Fәtәlixan hiylә işlәdәrәk “öz Qızını Pәnahın oğlu İbrahim xana әrә vermәk
bәhanәsi ilә İbrahim xanı ordugaha qonaq çağırdı” vә onu xaincәsinә girov edәrәk İrana
apardı. Bununla әlaqәdar Pәnah Әli xan o zaman İranda mәşhur olan Kәrim xan Zәndlә
ittifaqa girәrәk, Fәtәlixandan intiqam almağa başladı. Pәnah Әli xan qoşunu ilә Arazı
keçәrәk Kәrim xanla birlәşdi. Birlәşmiş qüvvәlәr Urmiya qalasına - Fәtәlixanın üzәrinә
hücuma keçdilәr. Fәtәlixan mәğlub edildi vә sonra edam olundu. İbrahim Xәlil
zindandan buraxıldı vә Qarabağa qayıtdı.
143
Lakin Pәnah Әli xan Kәrim xanın hiylәsinin
qurbanı oldu. Kәrim xan onu özü ilә Şiraza apararaq, әslindә әsir etdi. Bir rәvayәtә görә,
o, Şirazda vәfat etmiş, cәnazәsi Ağdama gәtirilib, orada dәfn olunub. Başqa bir rәvayәtә
görә, Pәnah Әli xan Şuşaya qayıtmış vә Şuşada da vәfat etmişdir.
Bu, 1759-cu ildә olmuşdur. O zamandan da ta 1806-cı ilәdәk İbrahim Xәlil xan
Qarabağda hakimlik etmişdir.
Belәliklә Fәtәlixanla müharibәdә dә Pәnah Әli xan Qarabağın müstәqilliyini saxlaya
bilmişdi. Onun oğlu İbrahim Xәlil xan da öz ağıllı vәziri görkәmli şair Molla Pәnah Vaqiflә
birlikdә uzun müddәt Qarabağ xanlığının müstәqilliyini qorumağa nail olmuşdu. Mәsәlәn,
hamı bilir ki, 1795-ci ildә Şuşa hәtta Ağa Mәhәmmәd Qacar üçün alınmaz bir qalaya
çevrilmişdi. Rus hәrbi tarixçisi Potto haqlıdır: “Ağa Mәhәmmәd Şah Qacarın
Tofiq Köçərli
- 46 -
Qarabağ: Yalan və Həqiqət
basqınlarından Şuşanın qәhrәmancasına müdafiә olunması İbrahim xanın bioqrafiyasının
әlamәtdar sәhifәlәrindәn biridir”.
144
M.F.Axundov 1854-cü ildә Şuşaya Qasım bәy Zakirә mәnzum mәktub yazmışdı:
... İndi Qarabağın igidlәrinә,
Kimdir şücaәtdә ola qәrinә?
Yetişәcәk hәr biri düşmәn sәrinә,
De ki, baydaq yıxıb, top alan gәrәk.
Köhlәn at üstündә, qılınc belindә,
Meydana üz qoyub tüfәng әlindә.
Gah sağına xәsmin, gahi solunda,
Çıxarda naleyi-әlaman gәrәk!
Doğmamış Qafqazda analar qorxaq.
Bizә döyüş gәrәk, nә biçin-başaq ...
145
Bu misralar tamamilә başqa münasibәtlә vә başqa dövr üçün deyilmişdi. Lakin
qarabağlıların döyüşkәnliyini, qorxmazlığını vә igidliy.ini vәsf edәn bu misraları XVIII
әsrdә Qarabağ xanlığının, Şuşanın qәhrәman müdafiәçilәrinә dә tamamilә aid etmәk
olar.
Bәli, Qarabağ xanlığı İran sәrkәrdәlәri, İran şahları ilә mübarizәdә öz müstәqilliyini
saxlamışdı. Qarabağ xanlığını İran xanlığı hesab edәnlәr, o cümlәdәn Stupişin, tarixi
faktlarla hesablaşmalıdırlar.
Qeyd olunduğu kimi, ermәni mәliklәrindәn ikisi (Hatәm vә Usub) Qarabağ xanlığına
xain çıxmış vә Pәnah Әli xana qarşı Fәtәlixanla birlikdә vuruşmuşdular.
Fәtәlixanın uğursuzluğundan vә edam edilmәsindәn sonra ermәni mәliklәri dәrhal
başqa istiqamәt götürdülәr. Yenidәn Rusiyaya üz tutdular. Rusiya Şimali Qafqazda
möhkәmlәndikcә mәliklәr Qarabağ xanlığı әleyhinә gizli pozuculuq işlәrini güclәndirdilәr.
Bu dәfә onlar Rusiya çarı II Yekaterinaya girişdilәr vә onu öz tәrәflәrinә çәkmәyә nail
oldular. V.L.Veliçkonun yazdığı kimi, “II Yekaterina ermәnilәrә lütfkarlıqda ifrat hәddә
çatmışdı, bu, ola bilsin, onun sarayında hökm sürәn әxlaqsızlıq vә fövqәladә cah-cәlalla
bağlı idi. Tәәccüblü deyil ki, ermәni tacirlәrindәn qiymәtli mallardan “peşkәş” alan saray
әyanları var idi”.
146
1780-ci il yanvarın 10-da ermәni xadimlәri sәrkәrdә A.Suvorova xüsusi mәktubla
bildirdilәr ki, “Ermәnistan artıq bir neçә әsrdir öz hökmdarını vә idarәçiliyini itirmişdir” vә
“öz millәtindәn hansısa bir başçı olarsa Ermәnistan çox asanlıqla bәrpa edilә bilәr”. Bu
Tofiq Köçərli
- 47 -
Qarabağ: Yalan və Həqiqət
mәqsәdlә tәklif olunurdu ki, “xalqın iradәsi ilә yaxud imperatorun icazәsi ilә millәtdәn bir
başçı seçilsin” vә o, “Dәrbәnddә möhkәmlәnә bilsin vә onun Şamaxı vә Gәncәni
tutmasına kömәk edilsin. O zaman, şübhәsiz Qarabağdan vә Sıqnaxdan gәlib onunla
birlәşәrlәr; başçı kifayәt qәdәr qoşun toplayıb asanlıqla İrәvan vә digәr şәhәrlәri
tutar”.
147
Hәm dә Suvorova yazırdılar ki, “ermәni xalqı öz hökumәtinin hakimiyyәti
altında olarsa vә öz sәrhәdlәrini bir qәdәr genişlәndirәrsә”, hәmişә 15-20 minlik qoşun,
vә Türkiyә ya İranla müharibә olduqda isә 60 min vә daha çox qoşun saxlaya bilәr.
Mәqsәd olduqca sadә vә aydın idi. Rusiyanı Zaqafqaziyaya hücuma tәhrik etmәk,
Rusiyanın, mәhz Rusiyanın әli ilә Şamaxı vә Gәncәni tutmaq, İrәvanı tutmaq,
Ermәnistan dövlәti yaratmaq. 1790-cı il yanvarın 23-dә hәrbi kömәk haqqında şәxsәn II
Yekaterinaya müraciәt olundu: “Barbarları devirmәk üçün qoşunla, az miqdarda da olsa
qoşunla kömәk edilsin, zira Rusiya qoşunu tәkcә öz zәhmli adı ilә farsların qüvvәlәrinә
üstün gәlәr vә Şuşa xanının hökmranlığını devirә bilәr”.
148
Bu müraciәtlәrә II Yekaterinanın konkret olaraq necә münasibәt bәslәmәsi mәnә
mәlum deyil. Mәlum olan odur ki, Qafqaz xәttindә baş komandan P.S.Potyomkin
Qarabağ mәliklәrinin müraciәtinә cavab olaraq, onlara II Yekaterinanın mәrhәmәt
göstәrdiyini vә onları “tatar zülmündәn xilas etmәk” haqqında әmr aldığını xәbәr vermiş
vә onları “hazır olmağa” çağırmışdı.
149
Mәliklәr dәrhal “hazır olduqlarını” P.S.Potyomkinә çatdırdılar vә “Rusiya qoşun-
larının onların sәrhәdlәrinә yeridilmәsini” xahiş etdilәr. Potyomkin dә dәrhal “yüksәk
mәnsәb sahibi olan ermәni әyanı” göndәrilmәsini istәdi. Mәliklәr cavab verdilәr: “Xan
(İbrahim Xәlil xan-T.K.) .qarşısında öz niyyәtlәrini vaxtından әvvәl açmaq vә mütlәq
mәhv edilmәk tәhlükәsinә görә bunu edә bilmәzlәr”.
150
Bu, Arqutinskinin etirafıdır.
Maraqlıdır ki, imperatora vә P.S.Potyomkinә mәktublarında “Şuşa xanının
hökmranlığını devirmәk” әzmi ilә qürrәlәnәn mәliklәr bu halda Potyomkinin çox da çәtin
vә böyük olmayan tәlәbini (“yüksәk mәnsәb sahibi olan ermәni әyanı” göndәrmәk)
yerinә yetirmәyә cәsarәt etmәmişdilәr. Ümumiyyәtlә mәliklәr “özgә әli ilә od tutmaq”
istәyirdilәr.
İbrahim Xәlil xan öz tәbәәlәri olan ermәni katolikosu vә mәliklәrinin satqınlığından
vә bәd әmәllәrindәn xәbәr tutmuşdu. İ.Arqutinskinin yazdığına görә, “Şuşa xanı general
Tofiq Köçərli
- 48 -
Qarabağ: Yalan və Həqiqət
Potyomkinin tez-tez göndәrdiyi adamlardan, mәliklәrin vә katolikosun hәrәkәtlәrindәn
xәbәrdar olub, onları ifşa etdi vә cәzalandırdı, (ifşa vә cәzalandırdı! - T.K.). İbrahim xan
mәlik Abovu hәbs etdi vә malikanәsini müsadirә etdi. General (Potyomkin -T.K.) xana
mәktub yazaraq, onu mәlik Abovu azad etmәyә vadar etdi”.
151
Lakin sonra İbrahim xan
“mәlik Mәclumu (Cәrabert mәliki-T.K.), mәlik Abovu (Gülüstan mәliki - T.K.), mәlik
Bәhtәmi (Dizak mәliki - T.K.) yanına çağıraraq, onları hәbs etdi ... Mәclum vә Abov
(Gürcüstana) qaçdılar”. Xan “mәlik Abovun yerinә başqa adam qoydu. Abovun
malikanәsindәn beş yüz ailә qaçaraq, Gürcüstanla Gәncә arasında olan Şamxorda
yerlәşdi”.
Mәclum vә Abov Gürcüstan çarı II İraklidәn hәrbi kömәk istәdilәr. Qarabağda öz
marağı olan II İrakli knyaz Arabelyanovun komandanlığı altında 4 minlik qoşun ayırdı.
Lakin bu zaman Burnaşovun batalyonu Gürcüstandan tәcili olaraq Rusiyaya qayıtmalı
oldu. Bununla әlaqәdar II İrakli Mәclum vә Abova vәdindәn imtina etdi.
152
Arqutinski
yazmışdır ki, Mәclum vә Abovun ataları da - mәlik Adam vә mәlik Usub - qabaqca Pәnah
xan ilә yola getmәmiş vә qaçıb Gürcüstan çarı Teymuraza pәnah aparmışdılar. Sonra
onlar Gәncәyә gәlәrәk Gәncә xanının vasitәçiliyi ilә Pәnah Әli xandan mәrhәmәt
istәmişdilәr. Pәnah Әli xan onları bağışlamış vә “malikanәlәrinә sahib olmaq hüququnu”
saxlamışdı. Adam vә Usub Fәtәlixan Әfşara qoşulub öz Qarabağ xanlığına qarşı
müharibә aparan xainlәr idi. Bu satqınlıq haqqında Arqutinski susmuşdur.
Gürcüstana qaçmış Mәclumla Abovun nә yuvanın quşu olması haqqında V.L.Veliçko
yazmışdır: “Tarix gürcülәrә göstәrdi ki, şpionluğa vә satqınlığa meyli olan insanlara
etibar etmәk olmaz: II İraklinin mәrhәmәt edib fars (oxu: İbrahim Xәlil xan - T.K.)
tәqiblәrindәn gizlәtdiyi (vә әlavә edәk: 4 minlik qoşunla kömәk etmәk istәdiyi - T.K.)
ermәni mәliklәri Abo vә Mәcmun (Abov vә Mәclum - T.K.) fәlakәtli anda farslara
satıldılar vә 1795-ci ildә Tiflisi qarәt edib qana boyayan Ağa Mәhәmmәd xanın qoşununa
bәlәdçilik etdilәr”.
153
Ermәni mәliklәri belә adamlar idi. Qarabağ xanlığına qarşı gizli iş aparan satqınların
başçısı vә tәşkilatçısı Qand-zasar katolikosu İoannes Hәsәn Cәlalyan idi. O da ez cәzasını
almışdı, Arqutinskiyә görә, İbrahim Xәlil xan katolikosu zәhәrlәyib öldürmüşdü. Lakin
xanın İoannesi vә mәliklәri darmadağın etmәsinin şahidi Sarkis (İoannesin qardaşı)
Tofiq Köçərli
- 49 -
Qarabağ: Yalan və Həqiqət
zәhәrlәnmәni tәsdiqlәmir. Gürcüstana qaça bilmiş Sarkis 1804-cü ildә general Sisianova.
yazmışdı ki, İbrahim xan katolikosun vә mәliklәrin knyaz Potyomkinә göndәrdiklәri
mәktubları әlә keçirib “İoannesi öldürdü, mәni isә hәbs etdi”, lakin mәn hәbsdәn qaça
bildim, Gәncәyә, oradan da Gürcüstana gәldim.
154
Göründüyü kimi, Qarabağın müstәqilliyinә qәsd edәnlәrә qarşı İbrahim Xәlil xan da
atası Pәnah Әli xan kimi qәti vә amansız olmuşdur. İbrahim Xәlil xan separatçıları xain
çıxdıqlarına vә satqınlıq etdiklәrinә görә layiqincә cәzalandırmışdı. Separatçılar İbrahim
Xәlil xana heç bir formada müqavimәt göstәrmәyә cәhd etmәmişdilәr, çünki onların
bunu öz gücü ilә etmәyә heç bir imkanları yox idi.
“Әlac” yenә çarizmi İbrahim xana qarşı, bütün Azәrbaycana qarşı sövq etdirmәyә
qalmışdı.
Zaqafqaziya ermәnilәrinin dini vә siyasi lideri İ.Arqutinski Qarabağ xanlığı әleyhinә
yeni plan cızdı. O, üç ermәni mәliki adından 1790-cı il yanvarın 23-dә Rusiya imperatoru
II Yekaterinaya mәktub göndәrәrәk, “Şuşa xanının hökmranlığını devirmәk” üçün hәrbi
kömәk istәdi; kömәk mümkün olmasa, Böyük Pyotrun mәrhәmәtli fәrmanı әsasında
onları Dәrbәnd әtrafına köçürüb, “mәskunlaşacaqları yerlәri onlara tәhkim etmәyi,
mәliklәr vә onların xәlәflәrinә tәbәәlәri üzәrindә tam hüquq vermәyi” xahiş etdi.
155
Artıq
bu zaman üçün II Yekaterina ermәni kәmәndinә düşmüşdü.
Knyaz Q.A.Potyomkinin II Yekaterinaya mәktubundan (1783) aydın olur ki, II
Yekaterina ermәni mәliklәrinә Qarabağda “xristian dövlәti” yaratmağı vәd edibmiş.
Mәktubda deyilir: “Mәn Şuşalı İbrahim xanı itaәtә yaxınlaşdırmaq haqqında general-
poruçik Potyomkinә göstәriş verdim... Әlverişli halda Şuşalı İbrahim xanın ermәni
xalqlarından ibarәt vilayәtini milli idarәyә vermәk vә onun vasitәsi ilә Asiyada xristian
dövlәtini bәrpa etmәk lazımdır. Bu, Siz imperator Hәzrәtlәrinin mәnim vasitәmlә ermәni
mәliklәrinә verdiyiniz vәdlәrә uyğundur”. (Potyomkindә vә gerünür, II Yekaterinada belә
tәsәvvür yaradılıbmış ki, İbrahim xanın vilayәti “ermәni xalqlarından ibarәtdir”). Bu da
maraqlıdır ki, Potyomkin “Bakı vә Dәrbәndi tutub Gilana birlәşdirmәk vә zәbt olunmuş
әrazini Albaniya adlandırmaq” istәyirdi.
Tofiq Köçərli
- 50 -
Qarabağ: Yalan və Həqiqət
II Yekaterina Azәrbaycanı Rusiyanın tәsir dairәsinә salmağa başladı. 1796-cı ilin
yazında rus qoşunları Azәrbaycana yeridildi. Qısa müddәt әrzindә Rusiya qoşunu Qubanı
vә Bakını tutaraq, Şamaxıya gәldi. V.Zubovun ordugahı Şamaxıda yerlәşdi.
Qarabağ xanı İbrahim Xәlil xan İran tәcavüzündәn, Gәncә xanı Cavad xan isә Kartli-
Kaxetiya çarı II İraklinin vә İbrahim Xәlil xanın düşmәnçilik hәrәkәtlәrindәn
ehtiyatlanaraq, öz nümayәndәlәrini, birincisi oğlu Lütfәli bәyi, ikincisi Mәhәmmәd Qulu
bәyi Şamaxıya Zubovun düşәrgәsinә göndәrdilәr vә Rusiya himayәsini qәbul etdiklәrini
bildirdilәr.
156
Hadisәlәrin belә cәrәyanı әlbәttә, Zubovu tamamilә tәmin edirdi.
“Harada aş, orada baş” İ.Arqutinski Zubovun düşәrgәsindә peyda oldu vә
Azәrbaycanın işğalını planlaşdırmaqda bilavasitә iştirak etdi. Zubov Gәncәyә general
Rimski-Korsakovun komandanlığı altında qoşun göndәrdi. Hәmin qoşunu Arqutinski
müşayiәt edirdi.
157
1796-cı ilin noyabrında II Yekaterina öldükdәn sonra onun oğlu I Pavel Rusiya
imperatoru oldu. Yeni imperator Rusiya qoşunlarını Azәrbaycandan geri çağırdı.
Rusiyanın Azәrbaycanda möhkәmlәnmәsi baş tutmadı. Azәrbaycan xanlıqları, o
cümlәdәn Qarabağ xanlığı әvvәlki statuslarını saxladılar.
Rusiya qoşunlarının Azәrbaycanı tәrk etmәsi Ağa Mәhәmmәd şah Qacarın әl-qolunu
açdı. O, 1797-ci ildә öz qoşunu ilә Qarabağa basqın etdi. Bu dәfә Şah Qacar Şuşa
qalasını tutmağa nail oldu. Lakin İran Şahını Şuşada öz keşikçilәri öldürdülәr. İran
qoşunu Qarabağdan getmәli oldu. Qarabağ xanlığı yenә dә öz statusunu saxladı. İranın
Qarabağa sahib olmaq cәhdlәri tam boşa çıxdı.
Rusiya qoşunlarının Azәrbaycandan getmәsi Arqutinskini vә Qarabağ ermәni
mәliklәrini mәyus etdi. Ancaq onlar öz planlarından әl çәkmәdilәr. Mәqsәdlәrinә çatmaq
üçün ermәni xadimlәri indi dә I Pavelin qәlbini әlә almağa girişdilәr. Bu yolda onlar
hәtta әn alçaq vasitәlәrdәn belә çәkinmәdilәr.
Bir sәnәdә - Rusiya daxili işlәr nazirliyi polisiya departamentinin 1908-ci ildә
hazırladığı hesabata müraciәt edәk. Orada deyilir ki, “özlәrinә şәfqәt qazanmaq üçün
ermәnilәr öz dinlәri ilә dәlәduzluq etdilәr vә özlәrini pravoslav kimi qәlәmә verdilәr.
İmperator Maltiya ordeninin Qrossmeysteri adını vә bununla birlikdә xristianların
müdafiәçisi adını alanda, ermәnilәr deputasiya göndәrәrәk, ondan ermәnilәri öz
Tofiq Köçərli
- 51 -
Qarabağ: Yalan və Həqiqət
himayәsinә götürmәyi xahiş etdilәr. 1799-cu ildә hәtta I Pavelә İosif Arqutinskinin tәrtib
etdiyi liturgiya tәqdim olundu. Orada deyilirdi ki, pravoslav Ümumrusiya imperatoruna
vә Avqust evinә ibadәt edilmәlidir. O zamandan Rusiyada ermәnilәri pravoslav kiçik
qardaş hesab etmәyә başladılar. Az qala yüz il belә davam etdi. Bütün bu fırıldaq 1891-
ci ildә ermәni keşişi Ter-Voskakovun mәhkәmә işinin gedişindә üzә çıxdı...”.
158
I Pavel borclu qalmadı vә “pravoslav kiçik qardaşı” ermәnilәrin harayına çatdı. 9
may 1799-cu il tarixli fәrmanı ilә imperator Arqutinskini birinci dәrәcәli Müqәddәs Anna
ordeni İlә tәltif etdi. Әn başlıcası, 1799-cu il 2 iyun tarixli fәrmanla imperator Qarabağ
ermәnilәrinә, o zaman Gürcüstan tәrkibindә olan Qazax torpaqlarını verdi.
159
(Nadir şah
Kaxetiya çarı Teymurazın xanımı “Tamaranın xahişi ilә ... әvvәllәr Gәncә xanına mәnsub
olan iki әyalәti - Borçalını vә Kiziki (Qazax -T.K.) Kaxetiya çarına” bağışlamışdı
160
. Başqa
bir fәrmanla I Pavel Kaxetiya çarına tapşırdı ki, Qarabağ ermәnilәrinin köçürülmәsinә
kömәk etsin, onlara istәdiklәri torpağı versin, onların bütün ehtiyaclarını ödәsin,
qonaqlara layiq asudәlik versin vә i.a.
161
Lakin bu dәfә dә mәliklәr Qarabağdan keçmәk şansından istifadә etmәdilәr.
Görünür, Qarabağ mәliklәrinә xüsusi qayğı göstәrәn çarizm dә bu dәfә ermәnilәrin
köçürülmәsindә maraqlı deyildi. Çarizmin hәrbi müdaxilәsi artıq Azәrbaycanın qapısını
taqqıldadırdı. Ermәnilәr Gәncәdә, Qarabağda rus qoşunlarına xidmәt göstәrә bilәrdilәr.
Göstәrdilәr dә!
1801-ci ildә Rusiya Şәrqi Gürcüstanı özünә birlәşdirdi. Sonra Quba, Lәnkәran xan-
ları (1902) vә Bakı xanı (1903) Rusiya tәbәәliyini qәbul etmәyә mәcbur oldular. Növbә
Car-Balakәnә, Gәncә, Qarabağ, İrәvan vә digәr Azәrbaycan xanlıqlarına çatdı. Öncә
Car-Balakәn camaatlığı işğal olundu. Car-Balakәn hәrbi әmәliyyatında rus qoşunları
әhalinin ciddi müqavimәtinә rast gәldilәr. Hәtta Zәkәrtala (Zaqatala) hәndәvәrindәki
döyüşlәrdә rus qoşunları dәstәsinin başçısı general Qulyakov öldürüldü.
Rusiyanın işğalçılıq planlarında Gәncә xanlığının zәbti mühüm yer tuturdu. Gәncә
Rusiya üçün Gürcüstan tәrәfdәn Şirvanın da, Qarabağın da, İranın da әsas qapısı idi.
Digәr tәrәfdәn, Rusiya qoşunlarının Qafqazda baş komandanı general Sisianovun
fikrincә, “asiyalıların alınmaz qala hesab etdiklәri Gәncә bütün Azәrbaycanı vahimәdә
saxlayırdı”.
Tofiq Köçərli
- 52 -
Qarabağ: Yalan və Həqiqət
Sisianov öncә dilә tutma vә hәdә-qorxu ilә Cavad xanı tәslim etmәk cәhdi göstәrdi.
1803-cü il fevralın 25-dә Sisianov Tiflisdәn Cavad xana mәktub yazıb xanlığın hәlә 1796-
cı ildә Rusiya tәbәәliyini qәbul etmәsini xatırlatdı vә bununla әlaqәdar Cavad xanı itaәtә
çağırdı. Tәlәb etdi ki, Cavad xan itaәt әlamәti kimi böyük oğlu Uğurlu xanı Tiflisә girov
(“amanat”) göndәrsin.
162
Cavad xan belә şәrәfsizliyi qәbul etmәdi.
Sisianov Cavad xana bir-birinin dalınca mәktublar göndәrәrәk ona “xan qalmağı vә
bac verәn” olmağı tәklif etdi. Sisianov qraf A.Voronosova yazmışdı ki, Cavad xan bu
tәklifi “nәinki qәbul etmәdi, hәtta cavab vermәdi”.
163
Cavad xan Gәncә xanlığının mәnafeyini vә azadlığını öz şәxsi mәnafeyindәn, xan
rütbәsindәn üstün tutdu, qәsbkarlara qarşı ölüm-dirim mübarizәsi yolunu seçdi.
Sisianov Cavad xana axırıncı mәktublarının birindә (29 noyabr 1903) iddia edirdi ki,
“çar Tamara dövründә Gәncә mahalı ilә birlikdә Gürcüstana mәxsus olmuşdur vә Gürcü
çarlarının zәifliyi üzündәn Gürcüstandan qoparılmışdır”, ona görә Gürcüstanın havadarı
Rusiya razı ola bilmәz ki, “Gürcüstanın tәrkibi” olan Gәncә “yadların әlindә” qalsın.
164
Cavad xan bu iddianı qәti rәdd edәrәk bildirdi ki, “bu nağıla heç kәs inanmaz. Ancaq
bizim babalarımız Abbasqulu xan vә başqaları Gürcüstanı idarә ediblәr”, bunu bu gün
demәklә “Gürcüstanı bizә vermәzlәr”.
165
“Savaş istәyirsәnsә, savaşarıq”.
153
“Bәlkә әcәl sizi (Sisianovu - T.K.) Peterburqdan
buraya gәtirib”. Sisianovun hәdә-qorxularına mәrdanә vә qorxmaz cavab belә oldu.
Dekabrın 3-dә Sisianov Cavad xana yazdı: “Bir daha soruşuram: qalanı Rusiya rәisinә
verirsәn, ya yox?”.
166
Yox, yox vә yenә dә yox! - Cavad xan әzmi, Cavad xan qәtiyyәti belә idi.
Gәncәnin bir aylıq mühasirәsindәn sonra Sisianovun qoşunları Hücuma keçib şәhәrә
soxuldular. Qanlı döyüşlәr oldu. Gәncәlilәr çox saylı vә yaxşı silahlanmış işğalçılara
qәhrәmanlıqla müqavimәt göstәrdilәr. Cavad xan әlindә silah mәrdliklә döyüşә-döyüşә
Gәncә müdafiәçilәrini ruhlandırdı.
Gәncәnin müdafiәsindә Cavad xan qәhrәmancasına hәlak oldu (3 yanvar 1904).
Cavad xan Vәtәnin azadlığı uğrunda bu şәrәfli. ölümlә ölmәzlәşdi. Deyilәnlәrә görә,
şair Әbdürrәhmanağa Dilbazi oğlu hәmin döyüşlәrin şahidi olub. O, döyüşlәri belә
tәrәnnüm edib:
Tofiq Köçərli
- 53 -
Qarabağ: Yalan və Həqiqət
Yağdı lәşkәr, girdi meydana, әdavәt qıldılar,
Qırdılar әdayi ol dәmdә fәrağәt qıldılar,
Xub döyüşdü Gәncә xalqı bir rәşadәt qıldılar,
Haqq yolunda bәzi kәs ol dәm şәhadәt qıldılar.
167
Artıq qeyd edildiyi kimi, dәrhal Gәncәnin adı dәyişdirildi. İmperator I Aleksandr 5
fevral 1804-cü il tarixli “ali reskripti” ilә Sisianovun Gәncәnin adını Yelizavetpol qoymaq
haqqında tәklifini qәbul etdi.
Sisianov Gәncәnin milli tәrkibini dәyişdirmәyә başladı. O, 1805-ci il avqustun 13-dә
ermәni arxiyepiskopu İoannesdәn xahiş etdi ki, Gәncәyә “İrәvan ermәnilәrini köçürsün”.
Sisianov bildirdi ki, Gәncәyә köçәn ermәnilәrin “Hәr birinә hazır ev, bağ, әkin sahәsi”
verilәcәkdir.
168
Gәncәyә İrәvandan, habelә Avlabardan, Pambakdan ermәnilәr köçürüldülәr ...
Cavad xanın qanına bais olan, Gәncәni qana qәrq edәn istilaçı Sisianov 1806-cı ilin
fevralında cәzasına çatdı. O, Bakıda öldürüldü.
Rus qoşunlarının yәni komandanı markiz Pauliççi Gәncәdә olarkәn Cavad xan
şәxsiyyәtilә çox maraqlanır, onun әskәri şücaәtindәn, dәyanәtindәn xәbәrdar olur.
Mәktublarının birindә Pauliççi yazır: “Vәtәnә lәyaqәtlә xidmәt edәnlәr Cavad xan adını
hörmәtlә yad edirlәr. Ona görә mәn dә qalanı әlindә silah müdafiә edәn zaman hәlak
olan Cavad xana haqq qazandırıram”.
XIX әsr ermәni müәllifi M.Y.Qarabaği (Nesterov) Gәncә xanı Cavad xanın “qüdrәtli
rus dövlәtinә tabe olmaq” haqqında Sisianovun tәklifini rәdd edәrәk, “döyüş meydanına”
girmәsini vә “düşmәnә ağır zәrbәlәr vuraraq özünü qәhrәmancasına müdafiә” etmәsini
vә qәhrәmancasına hәlak olmasını qәlәmә almışdır.
Ermәni müәllifi hәm dә yazmışdır: “Cavad xanın qәtli barәsindә türk dillәrindә çoxlu
şerlәr vә beytlәr deyilmişdir. Bunlardan bir hissәsini biz burada qeyd edirik ki, oxucular
Gәncә әhlinin nә kimi vәziyyәtlәrdәn sonra tabe olduğunu bilsinlәr.
... Cavad xan bu nә olacaq
Dildәn dilә söylәnәcәk
Cavad xan bir xan olacaq,
Alәmdә dastan olacaq ...”
169
Belә bir şәraitdә, 14 may 1805-ci ildә İbrahim xan Sisianovla Qarabağ xanlığının
Rusiya hakimiyyәti altına keçmәsi haqqında müqavilә imzaladı.
Tofiq Köçərli
- 54 -
Qarabağ: Yalan və Həqiqət
Müqavilәdә Şuşalı vә Qarabağlı “İbrahim xanın bütün ailәsi, nәsli vә әyalәti ilә
Ümumrusiya imperiyasının tәbәәliyinә daxil olması” elan edildi. Başqa cür yox, mәhz
belә: ermәnilәrin; yaxud ermәni mәliklәrinin deyil, mәhz İbrahim xanın öz әyalәti vә s.
ilә Rusiyaya daxil olması. İbrahim xanın “әyalәtinin (Qarabağ xanlığının - T.K.)
bütövlüyünün saxlanmasına imperator zәmanәti”
170
verildi. Ermәni mәliklәrinin deyil,
mәhz İbrahim xanın “әyalәtinin bütövlüyünün saxlanmasına imperator zәmanәti” verildi!
Bu gün rus xadimlәrinin öz sәlәflәri tәrәfindәn imzalanmış hәmin müqavilәni
görmәmәzliyә vurmaları vә qulaqardına vermәlәri әn azı tәәccüb doğurur,.
Müqavilәdә “Şuşalı vә Qarabağlı İbrahim xan ... Gürcüstan Baş hakimi ilә
qabaqcadan qarşılıqlı razılıq olmadan qonşu hakimlәrlә әlaqә saxlamamağa, onlardan
elçilәr gәlәrsә vә ya mәktub göndәrilәrsә, onlardan mәzmunca tutarlı olanları Baş
hakimә göndәrmәyә vә ondan icazә istәmәyә, dәyәri az olanlar haqda isә mәlumat
vermәyә vә Gürcüstan Baş hakimi tәrәfindәn” xanın yanına “tәyin edilmiş şәxsә
mәlumat vermәyә vә onunla mәslәhәtlәşmәyә söz” verdi.
Belәliklә Qarabağ xanı xarici dövlәtlәrlә әlaqә saxlamaq hüququnu itirdi. Lakin
“İbrahim xan zati-alilәrinin vә onun ocağından olan varislәrin vә arxasının Qarabağ
xanlığı üzәrindә hakimiyyәtinin dәyişmәz” saxlanmasına, habelә “daxili idarә etmә ilә
bağlı hakimiyyәt işlәrinin, mәhkәmә vә divanxana işlәrinin, bununla yanaşı ölkәdәn
yığılan gәlirin zati-alilәrin (xanın) sәlahiyyәtindә” qalacağına zәmanәt verildi.
171
Gәtirilәn faktlar göstәrir ki, XVIİ әsrdә Rusiya, ermәni xadimlәrinin bilavasitә tәhriki
ilә Qarabağı, bütün Azәrbaycanı әlә keçirmәyә çox cәhd göstәrmişdir. Lakin Rusiya
hәmin әsrdә hәlә Azәrbaycanda, o cümlәdәn Qarabağda möhkәmlәnә bilmәmişdi,
Rusiyanın Qarabağda “tәyinedici tәsiri” olmamışdı. Bu sahәdә vәziyyәt XIX әsrin
әvvәllәrindә dәyişmişdir. Faktlar hәm dә göstәrir ki, müstәqil Azәrbaycan xanlığı
Qarabağ Rusiyaya İrandan keçmәmişdir. Qarabağ xanı İranın rәyini soruşmadan, onunla
hesablaşmadan vә İranın mәnafelәrinin tam ziddinә olaraq Rusiyanın vassalığını qәbul
etmişdir. Әlacsızlıqdan, Rusiya kimi böyük bir dövlәtә müqavimәt göstәrmәk imkanı
olmadığına görә etmişdir. Nәhayәt, tarixi faktlar Qarabağ xanlığında “heç bir Azәrbaycan
yerli-dibli olmamışdır” deyәnlәri tamamilә ifşa edir.
Tofiq Köçərli
- 55 -
Qarabağ: Yalan və Həqiqət
Dostları ilə paylaş: |