7.
VI Fәsil
"Dövlәtlәrin әrazi bütövlüyünә aid hüquq normalarına uyğun hәrәkәt edәrәk
xalqların öz müqәddәratını tәyin etmәk hüququna hörmәt" bәslәmәli!
Avropada tәhlükәsizlik vә әmәkdaşlıq tәşkilatının üzvü olan ölkәlәrin dövlәt vә
hökumәt başçılarının Lissabon zirvә görüşündә (dekabr, 1996) başqa sәnәdlәrlә yanaşı
ATӘT-in fәaliyyәt göstәrәn sәdrinin Dağlıq Qarabağ münaqişәsi haqqında bәyanatı
qәbul edilmişdir. Bәyanatda Dağlıq Qarabağ münaqişәsini tәnzimlәmәk üçün üç әsas
prinsip müәyyәnlәşdirilib:
“ - Ermәnistan Respublikasının vә Azәrbaycan Respublikasının әrazi bütövlüyü;
- Azәrbaycanın tәrkibindә Dağlıq Qarabağa öz müqәddәratını tәyin etmәyә
әsaslanan bir razılaşmada müәyyәn edilәn, Dağlıq Qarabağ üçün әn yüksәk
özünüidarәetmә dәrәcәsi verәn hüquqi status;
- ... Dağlıq Qarabağın vә onun bütün әhalisinin tәminatlı tәhlükәsizliyi;
Ermәnistan istisna olmaqla bütün digәr( iştirakçı dövlәtlәrin - 53 dövlәtin yekdilliklә
qәbul etdiyi bu bәyanat Azәrbaycanın haqq işinin siyasi vә Diplomatik qәlәbәsidir,
Azәrbaycanın әrazi bütövlüyünün dünya miqyasında dәstәklәnmәsi demәkdir. Eyni
zamanda bu, Ermәnistanın dünya miqyasında tәklәnmәsi, Ermәnistanın Dağlıq
Qarabağa iddialarının rәdd edilmәsi, Ermәnistan İşğalçılıq siyasәtinin pislәnmәsi vә iflası
demәkdir.
Ermәnistan rәhbәrliyi, siyasi xadimlәri Lissabon görüşü ilә әlaqәdar Dağlıq Qarabağ
mәsәlәsi әtrafında yaranmış yeni beynәlxalq şәraiti, düşdüklәri ağır diplomatik vәziyyәti
başa düşәrәk, ATӘT sәdrinin Dağlıq Qarabağ haqqında bәyanatına qarşı bir növ “sәlib
yürüşü” tәşkil etmişlәr. Onlar, habelә onların Moskvadakı züy tutanları hәmin bәyanatın
әhәmiyyәtini heçә endirmәk niyyәti ilә Dağlıq Qarabağ mәsәlәsindә xalqların öz
müqәddәratını tәyin etmәk hüququ prinsipini bayraq ediblәr vә sözügedәn bәyanatı
Avropada tәhlükәsizlik vә әmәkdaşlıq üzrә müşavirәnin (Helsinki 1975) Yekun Aktına
qarşı qoymaq xәtti götürüblәr. Bu istiqamәtdә onlar hәtta Yekun Aktını tәhrif etmәkdәn
çәkinmirlәr.
Tofiq Köçərli
- 116 -
Qarabağ: Yalan və Həqiqət
Stupişinin adı çәkilәn mәqalәsi bu qәbildәndir. Azәrbaycan Respublikasının Rusiyada
sәfiri R.H.Rizayevlә polemika aparan müәllif yazır ki, Ç.Rizayev “köhnә mahnı oxuyur:
әrazi bütövlüyü hәr şeydәn üstündür, hәr bir xalqın öz müqәddәratını tәyin etmәk tәbii
hüququ ilә hesablaşmamaq da olar”. .
R.H.Rizayevә aid etdiyi fikri tәkzib üçün Stupişin Helsinki Yekun Aktına müraciәt
edir. İddia edir ki, hәmin fundamental sәnәddә “bu (әrazi bütövlüyü - T.K.) ya dikәr
prinsipin (öz müqәddәratını tәyin etmәk hüququ -T.K.)” üstünlüyünә hәtta işarә yoxdur.
Әksinә, onların bәrabәr mәnalılığı qeyd olunmuşdur”. Müәllif Lissabon zirvә görüşündә
ATӘT sәdrinin Dağlıq Qarabağa dair bәyanatını az qala lağa qoyaraq yazır: “Bәyanat
hüquqi norma deyildir. Beynәlxalq birliyin deklarativ olmayan başlıca, özü dә hüquqi
sәnәdindә “әrazi bütövlüyü” yoxdur. “Әrazi bütövlüyü” BMT-nin Nizam-namәsindә
yoxdur”. Bunun ardınca müәllif belә nәticәyә gәlir: “Lissabonda, yaxud ha-radasa başqa
yerdә nә deyirlәrsә desinlәr, kim bәyan edirsә etsin, Azәrbaycanın Qarabağa heç bir
hüququ olmamışdır, yenә dә Azәrbaycan Qarabağa heç bir hüquq almamışdır”.
Bәri başdan deyәk: Stupişin Azәrbaycan Respublikasının sәfirinә böhtan atmışdır.
Eyni zamanda Helsinki müşavirәsinin Yekun Aktını saxtalaşdırmışdır. Üçüncü halda o,
Lissabon sammitinin әsas sәnәdini Helsinki Yekun Aktına qarşı qoymuş, BMT
Nizamnamәsini saxtalaşdırmış vә ağ yalan uydurmuşdur. hәmçinin o, Dağlıq Qarabağ
mәsәlәsindә elmi nadanlığını, siyasi qәrәzini vә beynәlxalq hüquq mәsәlәlәrindә
kütlüyünü nümayiş etdirmişdir.
Deyilәnlәri ayrı-ayrılıqda nәzәrdәn keçirәk.
R.H.Rizayev “Независимая газета”dakı “Moskva Bakı üçün mühüm partnyor olaraq
qalır” adlı mәqalәsindә (04.04.97) Lissabonda qәbul olunmuş üç prinsipi xatırladaraq
yazmışdır:
“Rusiya diplomatiyasının bu formulanı, hәm xarici tәcavüzә mәruz qalmış
Azәrbaycan dövlәtinin әrazi bütövlüyünü qorumaq prinsipi baxımdan, hәm dә hәr bir
millәtin öz müqәddәratını tәyin etmәk tezisini dәstәklәmәk baxımdan qüsursuz olan bu
formulanı әmәli olaraq hәyata keçirmәyә kömәk etmәsi Rusiyanın qәrәzsiz vasitәçi kimi
Ermәnistan vә Azәrbaycan arasında münaqişәnin nizama salınmasında nüfuzunu
әhәmiyyәtli dәrәcәdә artırardı...”
Tofiq Köçərli
- 117 -
Qarabağ: Yalan və Həqiqət
Vәssalam. hәmin prinsiplәr haqqında Azәrbaycan sәfiri yalnız vә yalnız bunları
yazmışdır! Görünür ki, Azәrbaycan sәfiri diplomatik takt göstәrәrәk hәmin prinsiplәrdәn
heç birinә üstünlük vermәmiş, әrazi bütövlüyü prinsipini hәr bir millәtin öz
müqәddәratını tәyin etmәk prinsipinә qarşı qoymamış vә “öz müqәddәratını tәyin etmәk
hüququ ilә hesablaşmamaq da olar” fikrini söylәmәmişdir..
Aydın olur ki, Stupişin Azәrbaycan sәfirin açıq-aşkar qara yaxıb. hәm dә aydın olur
ki, Stupişin peşәkar böhtançıdır, peşәkar uydurmaçıdır.
Bu keyfiyyәtlәr, üstәlik qәrәz Stupişinin Helsinki Yekun Aktına münasibәtindә dә
özünü bariz şәkildә göstәrmişdir. Tәkrar edәk: Stupişin yazır ki, yekun Aktında “bu ya
dikәr prinsipin üstünlüyünә hәtta işarә yoxdur. Әksinә, onların bәrabәr mәnalılığı qeyd
olunmuşdur”.
Belәdirmi?
Yekun Aktının “Xalqların hüquq bәrabәrliyi vә öz müqәddәratını tәyin etmәk
hüququ” adlanan VIII fәslinә diqqәt yetirәk.
Orada deyilir:
“İştirakçı dövlәtlәr daim BMT Nizamnamәsinin mәqsәdlәrinә, müvafiq beynәlxalq
hüquq normalarına, o cümlәdәn dövlәtlәrin әrazi bütövlüyünә aid hüquq normalarına
uyğun hәrәkәt edәrәk xalqların hüquq bәrabәrliyinә vә öz müqәddәratını tәyin etmәk
hüququna hörmәt bәslәyәcәklәr.
Xalqların hüquq bәrabәrliyi vә öz müqәddәratını tәyin etmәk hüququ prinsipinә
әsasәn bütün xalqların hәmişә öz daxili vә xarici siyasi statatusunu kәnardan müdaxilә
olmadan tam azadlıq şәraitindә, istәdiyi vaxt vә istәdiyi kimi müәyyәn etmәk, öz siyasi,
iqtisadi vә mәdәni inkişafını öz istәdiyi kimi hәyata keçirmәk hüququ vardır.
İştirakçı dövlәtlәr tәsdiq edirlәr ki, xalqların hüquq bәrabәrliyinә, öz müqәddәratını
tәyin etmәk hüququna hörmәt bәslәnilmәsi vә bunların sәmәrәli şәkildә hәyata
keçirilmәsi onların arasında, elәcә dә bütün dövlәtlәr arasında dostluq münasibәtlәrinin
inkişafı üçün ümumi әhәmiyyәtә malikdir; onlar hәmçinin xatırladırlar ki, bu prinsipin hәr
hansı bir şәkildә pozulmasına yol vermәmәyin böyük әhәmiyyәti vardır”.
Fәslin tam mәtni belәdir.
Tofiq Köçərli
- 118 -
Qarabağ: Yalan və Həqiqət
Bu mәtni oxuyacaq hәr bir qәrәzsiz şәxs özü yәqinlik hasil edә bilәr ki, Yekun
Aktında әrazi bütövlüyü prinsipinin üstünlük tәşkil etmәsi vә öz müqәddәratını tәyin
etmәk prinsipinin әrazi bütövlüyü prinsipinә tabe vә asılı xarakteri birmәnalı, xüsusi
olaraq vә qәti vurğulanmışdır. Açıq-aşkar vә eyhamsız deyilmişdir ki, “müvafiq
beynәlxalq hüquq normalarına, o cümlәdәn dövlәtlәrin әrazi bütövlüyünә aid hüquq
normalarına uyğun hәrәkәt” etmәklә xalqların öz müqәddәratını tәyin etmәk hüququna
hörmәt bәslәnilmәlidir!
Stupişinin görmәmәzliyә vurduğu bir prinsipial cәhәti dә nәzәrә çatdıraq. Yekun
Aktında birmәnalı qeyd edilir ki, öz müqәddәratını tәyin etmәk hüququ prinsipi әsasında
xalqlar öz daxili vә xarici siyasi statusunu “kәnardan müdaxilә olmadan” müәyyәn
etmәlidirlәr.
Dağlıq Qarabağ mәsәlәsindә “kәnardan müdaxilә” olubmu?
Gün kimi aydındır ki, Dağlıq Qarabağ hadisәlәri kәnar barmağın işidir. Dağlıq
Qarabağ separatizmi Yerevanda düşünülüb, planlaşdırılıb vә Xankәndinә ixrac edilib,
Yerevandan idarә olunub vә olunur. Stupişin bu hәqiqәtlәrә göz yumur.
Rusiya Federasiyasının Ermәnistanda sәfiri olmuş Stupişin öz rәisi Rusiya Xarici İşlәr
Nazirinin birinci müavini işlәmiş Fedor Şelov-Kovedyayevi dә eşitmәmәzliyә vurur. O
Şelov-Kovedyayevi ki, Qalina Starovoytova SSRİ Ali Sovetinә Yerevandan deputat
seçilәrkәn, onun vәkili olmuşdu vә birinci müavin işlәyәndә dә ermәnipәrәstliyi ilә
fәrqlәnmişdi.
Rusiya Xarici İşlәr Nazirinin birinci müavini Şelov-Kovedyayev etiraf etmәli olmuşdu:
“Dağlıq Qarabağ münaqişәsi yaxşı planlaşdırılmış (“yaxşı planlaşdırılmış”! - T.K.),
qabaqcadan hazırlanmış (“qabaqcadan hazırlanmış”! - T.K.) aksiyadır. Bunu hәyata
keçirmәk Ermәnistanın (“Ermәnistanın” - T.K.) kommunist rәhbәrliyinә nәsib oldu ...
“Qarabağ hәrәkatının” liderlәri millәtin öz müqәddәratını tәyin etmәk prinsipini hәddәn
artıq şişirdәrәk, Onu separatizm başlanan (“separatizm başlanan”! - T.K.) ifrata
çatdırdılar”.
“Qarabağ hәrәkatı” statusun “kәnardan müdaxilә olunmadan” müәyyәnlәşdirilmәsi
haqqında Helsinki müşavirәsinin tәlәbinә tamamilә ziddir. Çünki bu “hәrәkat” ideyası
Dağlıq Qarabağa kәnardan - Ermәnistandan gәtirilmişdir, bu “hәrәkatı” kәnar qüvvә -
Tofiq Köçərli
- 119 -
Qarabağ: Yalan və Həqiqət
Ermәnistan hazırlayıb, tәşkil edib, bu “hәrәkat” Ermәnistanın sayәsindә mövcuddur, bu
“hәrәkat”ın liderlәri yalnız vә yalnız Ermәnistanın vә Ermәnistanı açıq dәstәklәyәnlәrin
sayәsindә xoruzlanırlar.
Qarabağ hәrәkatı”nı bu vә ya başqa şәkildә dәstәklәyәn hәr bir dövlәt, ya hәr bir
kәs obyektiv olaraq beynәlxalq hüquq normalarına, Helsinki Yekun Aktına qarşı çıxır,
obyektiv olaraq işğalçını qızışdırır, separatizmә rәvac verir.
Helsinki Yekun Aktında dövlәtlәr “bir-birinin ... әrazi bütövlüyü” Hüququna hörmәt
etmәyi, “hәr hansı bir dövlәtin әrazi bütövlüyünә ... qarşı ... hәr hansı başqa bir yolla
zor işlәtmәyәcәklәrini vә zorla hәdәlәmәyәcәklәrini” öhdәlәrinә götürmüş vә bәyan
etmişlәr ki, “bu prinsipi pozmağı, yәni zor işlәtmәklә hәdәlәmәyi vә ya zor işlәtmәyi heç
bir mülahizә ilә әsaslandırmaq olmaz”.
Azәrbaycan Respublikası dikәr dövlәtlәrlә, o cümlәdәn Ermәnistanla münasibәtlәrdә
göstәrilәn prinsiplәrә dönmәdәn vә ardıcıl olaraq әmәl etmişdir vә edir. Azәrbaycanla
münasibәtlәrdә hәmin prinsiplәri kobudcasına pozan Ermәnistandır. Mәhz Ermәnistan
Azәrbaycanın әrazi bütövlüyü hüququna hörmәtsizlik göstәrmiş, bu hüquqa qәsd etmiş
vә Azәrbaycanın әrazi bütövlüyünә qarşı zor işlәtmişdir.
Helsinki müşavirәsi bәyan edibdir ki, iştirakçı dövlәtlәr, “heç dә bir-birinin әrazisini
beynәlxalq hüquqa zidd olaraq hәrbi işğal obyektinә, yaxud başqa vә ya .... dolayı
zorakılıq tәdbirlәrin obyektinә çevirmәyәcәklәr. Bu cür işğal vә ya zәbtetmә qanuni
hesab edilmәyәcәkdir”.
Ermәnistan bu öhdәliyi dә kobudcasına vә nümayişkaranә pozmuşdur: Ermәnistan
Azәrbaycan әrazisinin 20 faizini işğal etmiş, bir milyon Azәrbaycan vәtәndaşının öz yurd-
yuvasından qaçqın vә köçkün düşmә-sinә, on minlәrlә günahsız insanların ölümünә bais
olmuşdur.
Dünya dövlәtlәri BMT, ATӘT, beynәlxalq ictimaiyyәt bu hәqiqәtlәrә etinasızlıq
göstәrmәmәli, azğınlaşmış tәcavüzkarı cilovlamaq üçün tәsirli tәdbirlәr görmәlidirlәr.
Yekun Aktı bәyan etmişdir ki, “Avropa dövlәtlәrinin sәrhәdlәri pozulmaz
sәrhәdlәrdir”, “dövlәtlәrin sәrhәdlәri beynәlxalq hüquqa uyğun surәtdә, dinc yolla vә
razılığa gәlmәk әsasında dәyişdirilә bilәr”, “bu sәrhәdlәrә heç bir şәkildә qәsd”
edilmәmәlidir. Bununla әlaqәdar öhdәlik götürülüb ki, “hәr hansı bir iştirakçı dövlәtin
Tofiq Köçərli
- 120 -
Qarabağ: Yalan və Həqiqət
әrazisini qismәn vә ya bütünlüklә işğal vә qәsb etmәk mәqsәdini güdәn heç bir tәlәb
irәli sürmәyәcәk vә heç bir hәrәkәt etmәyәcәklәr”.
Ermәnistan bu müddәaları da kobudcasına pozmuşdur, bu öhdәliyә dә
nümayişkaranә naxәlәf çıxmışdır. Sözdә beynәlxalq normalara, sadiqliyini bildirәn
Ermәnistan, işdә hәmin normaları kobudcasına pozaraq, ATӘT üzvü olan Azәrbaycanın
sәrhәdlәrinә qәsd etmiş, onun sәrhәdlәrini hәrbi yolla dәyişdirmişdir.
Yekun Aktında bәyan edilmişdir ki, “iştirakçı dövlәtlәr qarşılıqlı münasibәtlәrdәn asılı
olmayaraq, dikәr iştirakçı dövlәtin daxili sәlahiyyәtinә aid daxili vә ya xarici işlәrә hәr
hansı bir şәkildә, bilavasitә vә ya dolayısı ilә, fәrdi vә ya kollektiv surәtdә qarışmaqdan
çәkinәcәklәr”, “silahlı müdaxilәnin ... heç bir formasına әl atmayacaqlar”.
Ermәnistan bu öhdәliyә dә mәhәl qoymamış, Azәrbaycanın daxili işi olan Dağlıq
Qarabağ mәsәlәsinә bilavasitә qarışmış, Azәrbaycana qarşı silahlı müdaxilәnin hәr bir
formasını tәtbiq etmişdir.
BMT, ATӘT, dünya ictimaiyyәti bu hәqiqәtlәrә göz yummalıdırlar.
Yekun Aktında yuxarıda sadalanan prinsiplәrdәn bәzilәrinin hәyata keçirilmәsinә aid
mәsәlәlәr dә müәyyәnlәşdirilmişdir. Mәsәlәn, iştirakçı dövlәtlәr boyun olmuşlar ki, BMT
“mәqsәdlәrinә vә prinsiplәrinә, iştirakçı dövlәtlәrin qarşılıqlı münasibәtlәrdә rәhbәr
tutacaqları prinsiplәr haqqında Bәyannamәnin müddәalarına zidd olaraq başqa iştirakçı
dövlәtә qarşı heç bir silahlı qüvvә tәtbiq etmәyәcәk, xüsusәn onun әrazisinә
soxulmayacaq vә ya basqın etmәyәcәkdir”. Bu bir danılmaz faktdır ki, Ermәnistan
Azәrbaycana qarşı silahlı qüvvә tәtbiq etmiş, Azәrbaycan әrazisinә soxulmuş,
Azәrbaycan әrazisini işğal etmәkdә davam edir.
Әkәr ATӘT özü müәyyәnlәşdirdiyi prinsiplәrә әmәl olunmasına ciddi nәzarәt
etmәsә, hәmin prinsiplәrin bu gün Ermәnistan, sabah hansısa başqa bir dövlәt
tәrәfindәn nümayişkaranә rәdd edilmәsinә prinsipial qiymәt verә bilmәsә, tәcavüzkara
qarşı tәsirli tәdbirlәr görә bilmәsә, ona bәslәnәn ümidi doğrultmayacaq, ket-kedә
sәmәrәsiz vә perspektivsiz bir tәşkilata çevrilәcәkdir.
Zәnnimcә, Ermәnistanın 1988-çi ildәn üzü bәri Azәrbaycanda törәtdiyi cinayәtlәri
tәhqiq etmәk üçün fövqәladә Dövlәt Komissiyası, habelә Fövqәladә İctimai Komissiya
yaradılmalıdır. Daha yaxşı olar ki, qeyri-hökumәt beynәlxalq tәşkilatları da cәlb etmәklә
Tofiq Köçərli
- 121 -
Qarabağ: Yalan və Həqiqət
Ermәnistanın Azәrbaycanda törәtdiyi cinayәtlәri tәhqiq edәn Beynәlxalq İctimai
Komissiya tәşkil olunsun. Bu komissiya Dövlәt Komissiyası ilә yanaşı vә onunla әlaqәdә
işlәyәrәk, Ermәnistanın Helsinki Yekun Aktını konkret olaraq neçә pozduğunu,
Ermәnistanın Azәrbaycanda törәtdiyi cinayәtlәri ümumilәşdirib dünya ictimaiyyәtinә
çatdırmaqda, Ermәnistanın tәcavüzkar bir dövlәt kimi ifşa vә ittiham edilmәsindә
müәyyәn rol oynaya bilәr.
İndi görәk Stupişin Lissabon sammitinin әsas sәnәdindә “әrazi bütövlüyü yoxdur”
deyәrkәn mәsuliyyәt hissinә malik olub ya yox.
Lissabon zirvә görüşündә iki bәyannamә qәbul edilmişdir. Bir sәnәd “XXI әsr
Avropası üçün ümumi vә hәrtәrәfli tәhlükәsizlik modeli haqqında Lissabon bәyannamәsi”
adlanır. O birisi, “Lissabon zirvә görüşünün bәyannamәsi”dir. hәr iki sәnәd hüquqi
sәnәddir. Adından mәlum olduğu kimi, sәnәdlәrdәn biri kәlәn әsrdә Avropada
tәhlükәsizlik modeli mәsәlәlәrinә hәsr olunub.
Orada konkret olaraq deyilmişdir: “Biz birlikdә öhdәmizә götürürük:
- Hәmrәy hәrәkәt edәrәk, ATӘT çәrçivәsindә qәbul edilib Helsinki Yekun Aktın-da
tәsbit edilmiş prinsip vә öhdәliklәrin tamamilә yerinә yetirilmәsini tәmin etmәk
- beynәlxalq hüququ pozub hәr hansı bir iştirakçı dövlәtin әrazi bütövlüyünә, ya
siyasi müstәqilliyinә qarşı zor işlәdәn, ya zor işlәtmәklә hәdәlәyәn iştirakçı dövlәtә
kömәk göstәrmәmәk”.
Nә mәlum olur? Lissabon sammitinin hüquqi sәnәdindә “әrazi bütövlüyü” anlayışı
aydın vә birmәnalı vurğulanıbmış! Bir dә ki, әgәr sәnәddә hәtta “әrazi bütövlüyü” ifadәsi
heç olmasaydı belә orada dәfәlәrlә dövlәtlәrin suverenliyi prinsipi vurğulanmışdır! Axı,
әrazi bütövlüyü hüququ suverenliyin tәrkib hissәsidir. Stupişin zәhmәt çәkib Helsinki
Yekun Aktını diqqәtlә oxusaydı, görәrdi ki, sәnәdin “Suveren bәrabәrlik, suverenliyә xas
olan hüquqlara hörmәt” fәslindә deyilir ki, “iştirakçı dövlәtlәr bir-birinin suveren
bәrabәrliyi-nә vә xüsusiyyәtlәrinә, habelә onların suverenliyi üçün sәciyyәvi olan vә
hәmin suverenliyә daxil olan bütün hüquqi bәrabәrlik, әrazi bütövlüyü ... hüquqlarına
hörmәt edә-çәkdir”!
Tofiq Köçərli
- 122 -
Qarabağ: Yalan və Həqiqət
İkinci sәnәdi - “Lissabon zirvә görüşünün bәyannamәsi”ni nәzәrdәn keçirәk.
Bәyannamә “ATӘT-in Helsinki Yekun Aktında ... tәsbit edilmiş prinsiplәri bir daha
tәsdiq” edir, 20 vә 21-çi bәndlәrdә isә “әrazi bütövlüyü” prinsipini açıq-aşkar vurğulayır!
Demәli, Stupişin Lissabon sammitinin әsas sәnәdlәrini dә mәsuliyyәtsizcәsinә tәhrif
etmişdir.
Bәs alim-diplomat BMT Nizamnamәsinә neçә yanaşmışdır?
Vicdansızcasına vә mәsuliyyәtsizcәsinә!
Stupişin iddia edir ki, BMT Nizam-namәsindә “әrazi bütövlüyü” yoxdur.
Bu, tam uydurmadır vә ağ yalandır. Nizamnamәnin 2-çi maddәsindә deyilir: BMT
üzvlәri “öz beynәlxalq münasibәtlәrindә hәr bir dövlәtin әrazi toxunulmazlığını ya siyasi
müstәqilliyini zorla hәdәlәmәyәcәklәrini, ya zor işlәtmәyәcәklәrini” öhdәlәrinә
götürürlәr. Ümumiyyәtlә, “әrazi toxunulmaz-lığı”, başqa sözlә “әrazi bütövlüyü” prinsipi
BMT Nizamnamәsinin mәhәk daşını tәşkil edir.
Deyilәnlәrdәn tam aydın olur ki, diplomat Stupişin beynәlxalq hüquq mәsәlәlәrindә
dә kәmsavad vә naşı imiş.
Belә bir meyl müşahidә olunur: xalq-ların öz müqәddәratını tәyin etmәk hüququ
haqqında yazan bәzi moskvalı müәlliflәr yalnız Dağlıq Qarabağdan, bәzәn dә
Abxaziyadan söhbәt açırlar. Dağlıq Qarabağ mövzusu әlbәttә, heç kimin inhisarı altında
deyildir. Lakin elә bil Rusiyanın özündә bu cür problem yoxdur! Dağlıq Qarabağı hәdәf
seçәn, onun öz müqәddәratını tәyin etmәk hüququ carçısı olan qәzәbli vә tәhrikçi
Moskva müәlliflәri Rusiyada qeyri-rus xalqlarının hәmin hüququ problemi barәdә
ümumiyyәtlә ağızlarına su alıb susurlar. Stupişin dә o cümlәdәn.
Rusiya, mәlum olduğu kimi, çoxmillәtli dövlәtdir. Rusiyada, deyәk ki, Çeçenistan var,
Tatarıstan var, Dağıstan var vә i.a. Bu әzә-li çeçen, tatar ya Dağıstan torpaqlarına rus
әsgәrlәrinin ayağı dәydiyi vaxt da, Rusiyanın bu ölkәlәri işğal etdiyi vaxt da dәqiq
bәllidir.
Bir tarixçi, nәzәriyyәçi vә diplomat kimi Stupişinlәr hәmin xalqların, Rusiya
tәrkibindәki dikәr belә taleli xalqların gәlәcәk tarixi yolu barәdә nә fikirlәşirlәr? hәmin
xalqların müqәddәratını tәyin etmәk hüququ problemi varmı? Susurlar. Başqasına
vәkillik iddiasına düşüb öz problemlәrini “unudurlar”.
Tofiq Köçərli
- 123 -
Qarabağ: Yalan və Həqiqət
Rusiyada hamı bilir ki, Rusiya vaxtı ilә hansı sәrhәdlәrdә mövcud olub, yaxud әzәli
çeçen, tatar vә s. torpaqlara rus әsgәrlәrinin ayağı nә vaxt dәyib, Rusiya hәmin әrazilәri
özünә nә vaxt vә necә ilhaq edib. Yәqin tarixi әdalәt, beynәlxalq normalar tәrәfdarları
bilirlәr ki, qәhrәman çeçen xalqının vә Rusiyaya ilhaq edilmiş dikәr әrazilәrin xalqlarının
ayrılmağa vә müstәqil dövlәt yaratmağa tarixi hüquqları var. Buna baxmayaraq bir çox
Rusiya xadimlәri (hәm dövlәt, hәm siyasi, hәm hәrbi, hәm dә elm xadimlәri) bu vә ya
başqa milli respublikanın Rusiyadan ayrılmaq cәhdlәrini pislәyir, rәdd edir, ayrılmağın
yolverilmәzliyi vurğulayırlar. Dövlәt isә belә cәhdlәri atom bombasından savayı bütün
dikәr kütlәvi qırğın silahlarını işә salmaqla mәhv etmәyә, bütöv xalqın azadlıq ruhunu
öldürmәyә çalışır. Çeçenistanda olduğu kimi.
“Xalqlar hәbsxanası” olan çar Rusiya-sının, sonra Müvәqqәti hökumәtin, Kolçakların
vә Denikinlәrin “Vahid vә bölünmәz Rusiya” şüarı indi Rusiyada dәbdәdir, dildәn
düşmür. Bәyan edilir ki, Rusiya sәrhәd-lәri pozulmaz vә toxunulmazdır.
Mәsәlәnin belә qoyuluşunun nә dәrә-cәdә әdalәtli vә haqlı olması ilә işimiz yoxdur.
Bizi maraqlandıran cәhәt Rusiya xadimlәrinin Rusiya üçün ali prinsip hesab etdiklәri әrazi
bütövlüyü prinsipini başqa müstәqil dövlәtlәrә şamil edib etmәmәlәri mәsәlәsidir.
Tәәssüflә qeyd olunmalıdır ki, Rusiya müәlliflәri ölkәnin bölünmәzliyi, onun
sәrhәdlәrinin toxunulmazlığı problemindә Rusiyaya rәva bilmәdiklәrini başqa müstәqil
dövlәtlәrә rәva bilirlәr: Mәsәlәn, bir tәrәfdәn deyirlәr ki, Rusiya bölünmәzdir, Çeçenistan
ayrılıb müstәqil dövlәt olmamalıdır, dikәr tәrәfdәn, Dağlıq Qarabağın Azәrbaycandan
ayrılıb müstәqillik almasını tәlәb edirlәr!.
Bu, ikili standart, ikili әxlaq siyasәtinin klassik nümunәsidir, xüsusәn dә Rusiya kimi
böyük dövlәtә şәrәf gәtirmәyәn haldır.
Rusiya xadimlәri nәzәrә almalıdırlar ki, Qarabağ nә Çeçenistandır, nә dә Tatarıstan.
Rusiyadan ayrılmağa vә müstәqillәşmәyә tam tarixi hüququ olan Çeçenistandan fәrqli
olaraq, Dağlıq Qarabağın belә tarixi hüququ yoxdur. Әgәr Rusiya hәmin ölkәlәri
müharibә ilә Rusiyaya ilhaq etmişdirsә, Azәrbaycan Qarabağı “işğal” edib özünә
qatmayıb. XVIII әsr sәyyahı Evliyә Çәlәbinin sәrrast dediyi kimi, Qarabağ “kiçik
Azәrbaycan” olub. Qarabağ, elәcә dә onun dağlıq hissәsi, yәni Dağlıq Qarabağ bir gün
dә olsun Ermәnistanın olmayıb, bir gün dә olsun Ermәnistan tәrkibindә olmayıb.
Tofiq Köçərli
- 124 -
Qarabağ: Yalan və Həqiqət
Qarabağ, tarixi Azәrbaycanın - Albaniyanın әrazisi olub. Antik dövr müәllifi
Strabondan üzü bәri bir çox elm nüfuz-larının qeydә aldıqları kimi, Albaniyada bir çox
müxtәlif dilli tayfa yaşamışdır. Strabonlar hәmin tayfalar içәrisindә ermәnilәrin olmasını
qeydә almamışlar. Dağlıq Qarabağın da aborigen әhalisi, tәbii, albanlar olmuşlar. Onlar
sonralar ermәni kilsәsinin tәsiri altında öz dillәrini itirmiş, ermәni dilini vә dinini qәbul
etmiş, ermәnilәşmişlәr. Bir çox Rusiya, habelә bәzi ermәni tәdqiqatçıları (mәsәlәn, akad.
Yeremyan) Dağlıq Qarabağ ermәnilәrinin albanlardan dönmә olmalarını tәsdiqlәmişlәr.
Albaniya dövlәti süqut etdikdәn sonra Dağlıq Qarabağ daim Azәrbaycan әrazisindә
mövcud olmuş müsәlman dövlәtlәrinin, nәhayәt Pәnah Әli xanın yaratdığı Qarabağ
xanlığının tәrkibindә olmuşdur. 1805-ci ildә Qarabağ xanlığı mәcburiyyәt qarşısında
Rusiyanın vassallığını qәbul edәndә, Rusiya çarı mәhz “Şuşalı vә Qarabağlı İbrahim
xanın ... ölkәnin bütövlüyünün saxlanmasına öz imperator zәmanәtini” verdi. Rusiya
imperator zәmanәtinә naxәlәf çıxıb 1822-ci ildә Qarabağ xanlığını lәğv edәndә Qarabağ
“müsәlman әyalәti” kimi, “ermәni әyalәti” deyil, mәhz “müsәlman әyalәti” kimi Rusiyaya
birlәşdirildi.
Bir gün dә olsun Ermәnistan tәrki-1-bindә olmayan Qarabağ, Rusiya tәrkibinә da-xil
edildikdәn Sonra da Azәrbaycan әrazisi olmaqdan çıxmamışdı. Müstәqil Azәrbaycan
Cümhuriyyәti yaradılarkәn bütün Qarabağı әhatә edәn Qarabağ general-qubernatorluğu
tәşkil olundu. 1918-1921-ci illәr әrzindә Ermәnistan dәfәlәrlә Dağlıq Qarabağı
Azәrbaycandan ayırıb Ermәnistana birlәşdirmәyә cәhd göstәrmişdi (diplomatik, siyasi vә
hәtta hәrbi cәhdlәr). Lakin hәmin cәhdlәr, kәlәk vә hiylәlәr puç olmuşdu.
Rusiya müәlliflәri bütün bu tarixi faktlara köz yumurlar. Onlar Qarabağda
ermәnilәrin xüsusi çәkisi haqqında tarixi faktlarla da hesablaşmırlar.
Qarabağ әhalisinin etnik tәrkibi haqqında faktları tәkrarlayaq: Rusiya mәmurlarının
1823-çü ildә hazırladıqları vә sonra Tiflisdә rusca çap olunmuş “Qarabağ әyalәtinin
tәsviri...” kitabına görә, 1823-çü ildә Qarabağ әyalәtindә 20095 ailә, o cümlәdәn 15729
Azәrbaycanlı ailәsi vә 4366 ermәni ailәsi olmuşdur, yәni ermәnilәr Qarabağ әhalisinin
cәmi 21,7 faizini tәşkil etmişlәr. Qarabağın paytaxtı Şuşa şәhәrindә hәmin 1823-çü ildә
ermәnilәr әhalinin 27,5 faizini tәşkil etmişdilәr.
Tofiq Köçərli
- 125 -
Qarabağ: Yalan və Həqiqət
Rusiyanın ermәnilәri İrandan vә Türkiyәdәn Zaqafqaziyaya, başlıca olaraq
“müsәlman әyalәtlәrinә” köçürmәk siyasәti ermәnilәrin sayının Azәrbaycan әrazisindә
әhәmiyyәtli dәrәcәdә artması ilә nәticәlәndi. Rusiya mәnbәlәrinә görә, artıq 1832-çi ildә
ermәnilәr Qarabağ әhalisinin 31,6 faizini (1823-cü ildә 21,7 faiz), Şuşa әhalisinin isә
44,9 faizini (1823-cü ildә 27,5 faiz) tәşkil etmişdilәr.
Tarixi baxımdan vә etnik tәrkib baxımından “ermәni Qarabağı” (ifadә Z.Balayanın,
V.Stupişinin vә dikәr “yan”larındır) belә Qarabağ olmuşdur!
Rusiya, mәhz Rusiya “müsәlman әyalәti” olan Qarabağın, onun mәrkәzi Şuşa
şәhәrinin “ermәnilәşdirilmәsini” tәşkil etmişdi.
Stupişinlәr üçün bu tarixi faktlar ya yoxdur, ya da heç nәdir. Onları maraqlandıran
başqa şeylәrdir. Mәsәlәn, Stupişin, 1991-çi ildә Düzәn Qarabağın “iyirmi beş ermәni
kәndinin deportasiyaya mәruz qalmasına” köz yaşı tökür. Anaq 1848-1953-çü illәr
әrzindә Ermәnistanda dövlәt sәviyyә-sindә Azәrbaycanlılara qarşı törәdilәn çinayәti-150
min nәfәr Azәrbaycanlının kütlәvi surәtdә öz doğma “oğuz-türk diyarı”ndan deportasiya
edilmәsini, yaxud Ermәnistanda qalmış yüz minlәrlә Azәrbaycanlının 1988-çi ildә
deportasiya edilmәsini vә belәliklә Ermәnistandan Azәrbaycanlıların tamamilә zorla
deportasiya olunmasını heç dilә gәtirmir.
Belә “yaddaşsızlığa”, belә qәrәzә, belә prinsipsizliyә nә ad verәsәn?!
Lakin Stupişin Düzәn Qarabağ mәsәlә-sindә inadlı vә ardıcıldır. “O yazır:
“Düzәn Qarabağ sadәcә Azәrbaycan SSR-in öz tәrkibinә daxil edildi”.
Qәribәdir, görәsәn Düzәn Qarabağ hansı dövlәtin tәrkibindә idi: ki, oradan
Azәrbaycan tәrkibinә daxil edilәydi? Yaxud o, Azәrbaycanın tәrkibindәn çıxmışdımı ki,
onu Sovet Azәrbaycanının tәrkibinә “daxil edәsәn”.
Sәrsәm danışmağın da hәddi olmalıdır, Ç.Stupişin!
1918-çi ildә Azәrbaycanın müstәqilliyinin elan edilmәsi vә Azәrbaycan
Cümhuriyyәtinin yaradılması ilә Rusiyanın Azәrbaycanda, o cümlәdәn Qarabağda
hökmranlığına son qoyuldu. Azәrbaycan Cümhuriyyәti yaradılıb onun әrazisi vә
sәrhәdlәri müәyyәnlәşdirilәrkәn, heç kәsin, nә rusun, nә Azәrbaycanlının, nә ermәninin,
heç kәsin, hәtta әn gic adamın belә xәyalına Düzәn Qarabağın kimә mәxsus olması
Tofiq Köçərli
- 126 -
Qarabağ: Yalan və Həqiqət
mәsәlәsi gәlmәmişdi. Çünki bu, hamı üçün gün kimi aydın idi. Rusiya da belә bir iddiada
olmamışdı: nә 1918-çi ildә Azәrbaycan Cümhuriyyәti yaradılanda, nә dә sonra.
Rusiya Bakıya iddia etmişdi! 1918-çi il avqustun 27-dә, artıq Bakıda Sovet
hakimiyyәti devrildiyi şәraitdә RSFSR Almaniya ilә Brest-Litovsk müqavilәsinә “Әlavә
müqavilә” imzalayaraq, Azәrbaycan xalqından, Azәrbaycan Cümhuriyyәtindәn tam
xәlvәt Azәrbaycanın paytaxtını - Bakını Rusiyaya ilhaq etmәk haqqında sövdәlәşmişdilәr:
Almaniya üçüncü dövlәti (Türkiyәni) Bakıya buraxmamalı, bunun әvәzindә Rusiya Bakı
neftinin dörddә birini Almaniyaya vermәli idi!
RSFSR Xarici işlәr komissarı Q.V.Çiçerin dәrhal, sentyabrın 2-dә “Bakı qәzasının
hәmişәlik olaraq Rusiyada qalmasını” rәsmәn vә tәntәnәli şәkildә elan etmişdi. 1918-
1919-çu illәrdә RSFSR dәfәlәrlә Bakının Rusiya şәhәri olmasını vurğulamışdı. Hansı
hüquqla? Yalnız “güc hüququ” ilә!
Lakin RSFSR ilә Almaniyanın antiazәrbaycan sövdәlәşmәsi Bakının azad edilmәsinin
vә Bakının Ana Vәtәn - Azәrbaycanla qovuşmasının qarşısını ala bilmә-di. Rusiyanın Bakı
şәhәrini vә Bakı qәzasını Azәrbaycandan qoparıb “hәmişәlik” Rusiyaya birlәşdirmәk
niyyәti, Almaniyanın isә Bakı neftinin dörddә birinә sahib ol-maq niyyәti baş tutmadı.
RSFSR-in Bakı vә Bakı qәzası haqqında Azәrbaycan xalqından, onun milli
dövlәtindәn xәlvәti bağladığı “Әlavә müqavilә” geniş oxucu kütlәsinә az mәlumdur.
Hәmin müqavilә RSFSR rәhbәrliyinin Azәrbaycan xalqına düşmәn münasibәt
bәslәmәsinin bariz nümunәsidir. Azәrbaycan xalqına qarşı cinayәtkar vә xәyanәtkar bir
aksiyadır, Azәrbaycan xalqının milli hüquq vә milli mәnafelәrinin hәyasızcasına
tapdalanması demәkdir.
Moskvada fәaliyyәt göstәrәn Ermәni icmaları konfederasiyasının icraçı katibi
K.E.Mikaelyan “Независимая газета”da “Üzülmüş missiya” adlı mәqalә dәrc etdirmişdir.
(29.02.96). Mikaelyana görә, Dağlıq Qarabağ münaqişәsi ermәnilәrә öz müqәddәratını
tәyin etmәk vә Dağlıq Qarabağın ermәni әhalisinin hüquqlarını müdafiә etmәk mәsәlәsi
kimi kәnardan qәbul etdirilmişdir. Özü dә ermәnilәrә bunu kәnardan kim qәbul etdirsә
yaxşıdır? Rusiya! Mikaelyan belә düşünür.
Mәsәlәnin ermәnilәrә mәhz Mikaelyan deyәn şәkildә “qәbul etdirilmәsinin” düz vә
ya yalan olması ilә işimiz yoxdur. Buna qoy ruslar özlәri münasibәt bildirsinlәr.
Tofiq Köçərli
- 127 -
Qarabağ: Yalan və Həqiqət
Mikaelyan tәkid edir ki, Dağlıq Qarabağ mәsәlәsinә “köhnә hәll edilmәmiş әrazi
mübahisәsi kimi” yanaşılsın. Onun fikrincә, Dağlıq Qarabağ vaxtilә “mübahisәli әrazi”
olmuş, lakin bolşeviklәr mәsәlәni guya әdalәtsiz hәll edәrәk Dağlıq Qarabağı
Azәrbaycana “bağışlamışlar”.
Dağlıq Qarabağın “hәll edilmәmiş mübahisәli әrazi” olması barәsindә iddia uy-
durmadır.
Tәkrar da olsa bir daha qısaca qeyd edәk:
- Dağlıq Qarabağ bütün orta әsrlәr vә yeni tarix әrzindә bir gün dә olsun
Ermәnistanın tәrkibindә olmamışdır. Bu günә qәdәr hәlә heç bir ermәni müәllifi, yaxud
başqa bir müәllif Dağlıq Qarabağın konkret olaraq nә zaman, hansı әsrdә, hansı illәrdә
Ermәnistan tәrkibindә olmasını, yaxud Azәrbaycanın Dağlıq Qarabağı konkret olaraq nә
zaman, hansı ildә “zәbt edib” özü-nә “ilhaq etmәsini” göstәrә bilmәmişdir. Çünki belә
fakt yoxdur. Tarix Dağlıq Qarabağın Ermәnistan әrazisi olmasını qeydә almamışdır.
- 1918-çi ildә Azәrbaycan, Gürcüstan vә Ermәnistan respublikaları yarananda mәhz
Ermәnistan Dağlıq Qarabağa iddia irәli süzmüş, Dağlıq Qarabağı “mübahisәli әrazi”
hesab etmiş vә onu Ermәnistana birlәşdirmәyә cәhd göstәrmişdi.
Bu hәqiqәt tarix elmindә qәbul olunmuşdu: 1926-çı il Böyük Sovet
Ensiklopediyasında. BSE-nin qiymәtini ermәni müәlliflәri dә qәbul edib tәkrarlamışdılar.
1988-çi ilә qәdәr belә olmuşdu.
Bolşeviklәrin Dağlıq Qarabağı Azәrbaycana “bәxşiş” etmәlәri haqqında iddia da
uydurmadır vә tam әsassızdır. Artıq qeyd olunduğu kimi, RK(b)P MK Qafqaz bürosu
Ermәnistanın Dağlıq Qarabağa iddiasını rәdd edәrәk, “Dağlıq Qarabağı Azәrbaycan SSR
hüdudlarında saxlamaq” (“saxlamaq”! -T.K) haqqında qәrar qәbul etmişdir. Ermәni
müәlliflәri vә onların züy tutanları bu olduqca aydın qәrarı Dağlıq Qarabağı Ermәnistanın
tәrkibindәn “çıxarıb” Azәrbaycana “daxil etmәk”, Azәrbaycana “bәxşiş etmәk” qәrarı kimi
tәfsir vә tәqdim edirlәr.
Bu iddialar XX әsrin sonlarının әn böyük yalanlarından biridir. Tarixi hәqiqәt ondan
ibarәtdir ki, deyilәn qәrarla әvvәlki gün, yәni iyulun 4-dә çıxarılan qәrar -”Dağlıq
Qarabağ Ermәnistan SSR-in tәrkibinә daxil edilsin” (“daxil edilsin”! - T.K) qәrarı lәğv
olunmuş vә belәliklә Ermәnistan hökumәtinin Dağlıq Qarabağı Azәrbaycan tәrkibindәn
Tofiq Köçərli
- 128 -
Qarabağ: Yalan və Həqiqət
çıxarıb Ermәnistana ilhaq etmәk cәhdi rәdd olunmuşdur. Eyni zamanda Dağlıq
Qarabağın Azәrbaycan әrazisi olması tәsdiqlәnmişdir.
Dağlıq Qarabağ mәsәlәsi әtrafında gedәn kәskin siyasi mübarizәnin, bәzәn dә qanlı
müharibәnin nәticә etibarı ilә göstәrilәn şәkildә hәll olunması, yәni “Dağlıq Qarabağı
Azәrbaycan SSR-i hüdudlarında saxlamaq” haqqında qәrar qәbul edilmәsi Nәriman
Nәrimanovun әvәzsiz xidmәtidir.
- O vaxtdan Dağlıq Qarabağ mәsәlәsi deyilәn mәsәlә ortadan götürüldü. Mәsәlә
әtrafında sәs-küy yatdı. Bu vәziyyәt 1945-çi ilin axırlarına qәdәr davam etdi.
Hәmin ilin noyabr ayında Ermәnistan rәhbәrliyi Dağlıq Qarabağ mәsәlәsini yenidәn
qaldırdı.
1945-çi ilin noyabrında Ermәnistan K(b)P MK aşağıdakı mәktubla ÜİK(b)P MK-ya,
İ.V.Stalinә müraciәt etdi. Gәrәk ki, hә-min mәktub Azәrbaycanca çap olunmayıb. Ona
görә ermәnilәrin rusca çap etdiyi hәmin mәktubun tam mәtnini vermәyi lazım bilirәm.
“ÜİK(b)P Mәrkәzi Komitәsinә.
Yoldaş Stalinә.
İosif Vissarionoviç!
Ermәnistanın әrazisinә bitişik olan Dağlıq Qarabağ Muxtar Vilayәti 1923-çü ildәn
Azәrbaycan SSR tәrkibindәdir.
Vilayәtin әhalisi әsasәn ermәnilәrdir.
153 min әhalinin 137 mini ermәnidir.
Dağlıq Qarabağın kәnd tәsәrrüfatı Ermәnistanın dağlıq hissәsinә oxşardır. Dağlıq
Qarabağın Ermәnistanın tәrkibinә daxil olması onun inkişafına xeyli kömәk edәrdi vә
tәsәrrüfata rәhbәrlik yaxşılaşardı.
Ermәnistan respublika orqanlarının rәhbәrliyi sayәsindә әhaliyә ana dilindә kütlәvi -
mәdәni vә siyasi xidmәt güclәnәrdi.
Dağlıq Qarabağ Vilayәtinin Ermәnistana daxil olması yerli kadrlara Ermәnistan ali
mәktәblәrindә ali tәhsili davam etdirmәk imkanı verәrdi. Dikәr tәrәfdәn, Ermәnistan
SSR-i Dağlıq Qarabağ vilayәtindәn öz işgüzarlığı ilә fәrqlәnәn vә hazırda tәbii olaraq
Azәrbaycanda tamam kamal istifadә edilmәyәn milli kadrlar alardı.
Tofiq Köçərli
- 129 -
Qarabağ: Yalan və Həqiqət
Bunu vә Dağlıq Qarabağ әhalisinin arzusunu nәzәrә alaraq, Ermәnistan Mәrkәzi
Komitәsi vә Xalq Komissarları Soveti Azәrbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayәtini
Qarabağ vilayәti sifәtilә Ermәnistan SSR tәrkibinә daxil etmәk haqqında mәsәlәyә
baxmağı ÜİK(b)P MK vә İttifaq hökumәtinә tәklif edirlәr.
Bu mәsәlә müsbәt hәll olunarsa, Ermәnistan MK vә Xalq Komissarları Soveti Sovet
hakimiyyәti qurulması әrәfәsindә dağılmış Qarabağın keçmiş mәrkәzi Şuşa şәhәrinin
bәrpa olunması haqqında hökumәtә tәklif verәcәklәr.
Ermәnistan K(b)P MK-nin katibi Arutinov Q.R.”
Mәktubda gәtirilәn dәlillәr qondarma, әsassız vә saxta dәlillәrdir. Dağlıq Qarabağın
1923-çü ildәn Azәrbaycan tәrkibindә olması haqqında iddiaya gәlincә, o da tamamilә
uydurmadır. Әgәr Dağlıq Qarabağ 1923-cü ilә qәdәr Azәrbaycanın tәrkibindә deyildisә,
bәs kimin tәrkibindә idi? Ermәnistan Respublikasınınmı? Әsla yox vә hәtta bir gün dә
olsun yox. Dağlıq Qarabağ 1923-cü ilә qәdәr dә Azәrbaycanın tәrkib hissәsi idi, 1921-ci
il iyulun 5-dә qәbul olunmuş qәrarla Dağlıq Qarabağın Azәrbaycan әrazisi olması
tәsdiqlәnmiş vә onun Azәrbaycan tәrkibindә saxlanması qәt edilmiş vә Azәrbaycan
Mәrkәzi İcraiyyә komitәsinin dekreti ilә dә Dağlıq Qarabağ Muxtar Vilayәti yaradılmışdı.
Dağlıq Qarabağ әhalisinin “arzusunun” nәzәrә alınması mәsәlәsindә dә Arutinov
saxtakarlıq etmişdi. Stalinә mәktub ictimaiyyәtdәn, әhalidәn tam xәlvәt hazırlanmışdı.
Dağlıq Qarabağ әhalisinin rәyi heç bir şәkildә öyrәnilmәmişdi. Nә rәy sorğusu, nә dә
deyәk ki, kütlәlәrin hansısa yığıncağı keçirilmәmişdi. Vilayәtin partiya vә sovet orqanları
Da mәsәlә barәsindә heç bir qәrar qәbul etmәmişdilәr.
Dağlıq Qarabağın mәhz “Qarabağ vilayәti” adı altında Ermәnistana qatılması tәklifi
dә yәqin boş yerә edilmәmişdi. Görünür, tәklif reallaşdığı halda, Ermәnistanın Qarabağ
vilayәti gәlәcәkdә bütün Qarabağa iddia etmәk üçün әsas kimi düşünülürmüş.
ÜİK(b)P MK-sı Ermәnistanın mәktubunu baxılmaq üçün Azәrbaycan K(b)P MK-nın
birinci katibi Mir Cәfәr Bağırova göndәrir. M.C.Bağırovun göstәrişi ilә Azәrbaycanın
1918-çi il xәritәsi hazırlanır. Xәritә vә M.C.Bağırovun müvafiq mәktubu Stalinә
göndәrilir. M.C.Bağırov Dağlıq Qarabağın Şuşa rayonu istisna olmaqla, Ermәnistana
verilmәsinә etiraz etmir. Lakin bunun әvәzindә Azәrbaycanlıların qәdimdәn mәskunlaşıb
kip yaşadıqları Ermәnistan rayonlarının Azәrbaycana birlәş-dirilmәsini tәlәb edir.
Tofiq Köçərli
- 130 -
Qarabağ: Yalan və Həqiqət
M.C.Bağırovun tәkliflәrinin ÜİK(b)P MK-da müzakirәsi haqqında әlimizdә sәnәd
yoxdur. Bu mәlumdur ki, Ermәnistan rәhbәrlәrinin Dağlıq Qarabağı Ermәnistan tәrkibinә
daxil etmәk haqqında tәklifi qәti rәdd edilmişdir.
O zaman Azәrbaycan K(b)P MK katibi işlәmiş mәrhum Hәsәn Hәsәnovun vaxtı ilә
şәxsi söhbәtdә mәnә dediyinә görә, Stalin Bağırovun cavab mәktubu ilә tanış olduqdan
sonra belә qısa vә yığcam bir dәrkәnar qoymuşdu:
“Dәli-zad olmamısınız ki? Arxivә”
Belәliklә, M.C.Bağırovun qәtiyyәtli demarşı, ölçülüb-biçilib әsaslandırılmış alternativ
tәklifi Ermәnistanın Dağlıq Qarabağ haqqında planlarını puç etdi.
1985-çi il gәldi. Gәldi öz yenidәn-qurması” ilә! Bu vaxta qәdәr ermәni diasporu
bәyan edirdi ki, “bizim әrazi tәlәblәrimiz yalnız Türkiyәyәdir”. 1985-çi ilin dekabrında
ABŞ-dakı daşnak partiyası vә Ermәni milli komitәsi birlәşmiş Ermәnistan yaratmağı vә
Qarabağla Naxçıvanı, habelә Gürcüstanın Axalkalaki bölgәsini Ermәnistanla birlәşdirmәyi
strateji mәqsәd elan etdilәr.
O vaxtlardan Ermәnistanın Dağlıq Qarabağa iddiaları aşkar xarakter aldı. Zori
Balayanlar maneәsiz meydan oxumağa başladılar. M.S.Qorbaçovun yaxın adamı vә
mәslәhәtçisi akademik Abel Aqanbeqyan müәyyәn mәnada ittifaq rәsmi dairәlәrinin vә
әlbәttә ki, Ermәnistan rәhbәrliyinin Dağlıq Qarabağ kartını açdı. Aqanbeqyan 1987-çi ilin
noyabrında Parisdә bәyan etdi ki, o, Qarabağın Ermәnistana verilmәsini arzulayır. O,
bunu belә “әsaslandırdı”: “Bir iqtisadçı kimi hesab edirәm ki, Qarabağ Azәrbaycandan
daha Çox Ermәnistanla bağlıdır”.
Bu, tam saxta “dәlil” idi.
Heç bir zaman Dağlıq Qarabağ iqtisadi cәhәtdәn Ermәnistanla bağlı olmamışdı. heç
bir zaman!
Әn başlıcası, Aqanbeqyanın Parisdәki çıxışından mәlum oldu ki, Dağlıq Qarabağı
Ermәnistanla birlәşdirmәk istiqamәtindә әmәli addım atılmışdır. Aqanbeqyan açıq bildirdi
ki, “bu mәsәlәyә (Dağlıq Qarabağa - T.K) dair mәn bir tәklif tәqdim etmişәm. İnanıram
ki, bu problem yenidәnqurma, demokratiya şәraitindә öz hәllini tapacaqdır”.
Aqanbeqyanın Parisdәki çıxışı ilә әslindә “Qarabağ hәrәkatının” başlanmasına işarә
vә istiqamәt verildi. Bunun üçün vaxt tәsadüfi seçilmәmişdi.
Tofiq Köçərli
- 131 -
Qarabağ: Yalan və Həqiqət
- Qorbaçovun dağıdıcı “yenidәnqurma”sı başlamışdı. İttifaq partiya vә Sovet
hakimiyyәtindә möhkәmlәnmiş Şahnazarov, Aqanbeqyan, Brutens, Sitaryan vә b.
Qorbaçovun Azәrbaycan siyasәtinә nәinki tәsir edir, hәtta bu siyasәti tәyin edirdilәr.
- Azәrbaycana fәrsiz rәhbәrlik nәsib olmuşdu. Qәtiyyәtli Heydәr Әliyev
hakimiyyәtdәn uzaqlaşdırılmışdı.
Bu amillәr Dağlıq Qarabağda separatizmin tüğyan etmәsini şәrtlәndirmişdi,
Qondarma “hәll edilmәmiş әrazi mübarizәsinin” qısa tarixçәsi belәdir.
Mikaelyanın Dağlıq Qarabağ mәsәlәsi-nә mәhz “hәll edilmәmiş әrazi mübahisәsi
kimi” yanaşmaq tәlәbi tarixi cәhәtdәn әsas-sız vә strateji planda perspektivsizdir.
Nә üçün Mikaelyan bütün başqa ermәni müәlliflәrindәn, habelә Stupişindәn fәrqli
olaraq Qarabağ mәsәlәsindә öz müqәddәratını tәyin etmәk hüququna deyil, “mübahisәli
әrazi” mәsәlәsinә üstünlük verir?
Görünür, o, beynәlxalq hüququ, mәsәlәn, diplomat vә elmlәr doktoru Stupişindәn
daha yaxşı bilir vә başa düşür ki, müstәqil dövlәt yaratmağa vә ayrılmağa qәdәr öz
müqәddәratını tәyin etmәk hüququ heç dә hamının şәksiz hüququ demәk deyildir.
Zәnnimcә, bu hüquq hәr hansı bir mil-lәtin bu vә ya başqa dövlәtdә mәskunlaşan,
hәtta kip mәskunlaşan hissәlәrinә deyil, bütövlükdә millәtә aiddir. BMT müstәqillik
hüququnu müstәmlәkә xalqları vә anneksiya olunmuş әrazilәr üçün elan etmişdir. hәmin
hüquq beynәlxalq cәhәtdәn tanınmış dövlәtlәrin milli azlıqlarına aid deyil.
Mütәxәssislәrin yazdığına görә, hazırda dünyada 3 minә yaxın millәt vә
formalaşmaqda olan potensial millәt, 10 min etnik qrup var.
Dünyada olan dövlәtlәrin sayı isә çәmi 200-ә qәdәrdir.
Moskvalı müәllif Viktor Zotov haqlıdır: әgәr “ayrılmağa vә müstәqil dövlәt yaratmağa
qәdәr” hüququnu bütün xalqlar hә-yata keçirsәlәr, bütün beynәlxalq münasibәtlәr
dağılar. “Hamının hamı ilә müharibәsi” başlayar (“Свободная мысль” jurnalı, № 4,
1997). Bununla әlaqәdar Zotov tanınmış müәlliflәrin vә siyasi xadimlәrin fikirlәrini gәtirir.
Hәmin fikirlәr belәdir:
- İsveçin keçmiş baş naziri İ.Karlsonun fikrincә, öz müqәddәratını tәyin etmәk
mәsәlәsi “tәshih olunmalıdır”, öz müqәddәratını “yeni suveren dövlәtlәr yaratma-dan
da” tәyin etmәk olar;
Tofiq Köçərli
- 132 -
Qarabağ: Yalan və Həqiqət
- milli problemlәr üzrә tanınmış tәdqiqatçı U.Pfaff, “Forin polis” jurnalının baş
redaktoru Ç.U.Mayno, “Ответственное общество” jurnalının naşiri A.Etsioni hesab
edirlәr ki, “milli öz müqәddәratını tәyin etmәyә ümumi hüququ dәstәklәmәk bugünkü
şәraitdә tarixi inkişafda geriyә doğru addımdır”;
- Etsioni daha qәtidir:
“Bu hәrәkatların (“Qarabağ hәrәkatı” kimilәrinin - T.K.) әksәriyyәtini mәnәvi
cәhәtdәn bәyәnilmәkdәn mәhrum etmәk vә onları neçә varsa elә dağıdıcı qüvvә kimi
görmәk vaxtı çatmışdır!”;
Nәhayәt, Zotov BMT-nin keçmiş baş katibi B.Butros Qaliyә istinad edir. Butros Qali
yazmışdır:
“Mütlәq vә müstәsna suverenlik dövrü keçmişdir, onun nәzәri konsepsiyası heç bir
zaman real hәyatla tәsdiqlәnmәyib ... әgәr hәr bir etnik, din ya dil qrupu dövlәtçiliyә
iddia etsә, parçalanmaya hәdd olmayacaqdır, ümumi sülh, tәhlükәsizlik, iqtisadi rifah
daha da çәtinliklә әldә edilә bilәcәk mәqsәd olacaqdır”.
SSRİ-dә “... ayrılmağa qәdәr virusu” (ifadә V.Zotovundur) Dağlıq Qarabağda
yarandı vә oradan da kәnara yayıldı. Yәqin, Rusiyada bu virusu dәstәklәyәnlәr belә
ümiddә idilәr ki, hәmin virus Rusiyadan yan keçәcәkdir. Lakin onlar bәrk yanılmışdılar.
Virus virusdur vә onun üçün sәrhәd, “sanitar zona” yoxdur.
Nәhayәt, hәmin virus Rusiyanı da yaxa-ladı vә silkәlәdi. Bәrk yaxaladı. Bәrk
silkәlәdi! ...
Keçmiş SSRİ әrazisinә әn çox sәpәlәnәn xalq rus xalqıdır. Deyәk ki, tәkcә Bakıda
200 min nәfәr rus yaşayır. MDB dövlәtlәri arasında elәsi dә vardır ki, orada milyonlarla
rus mәskunlaşıb. İndi ayrı-ayrı dövlәtin tәrkibindә mәskunlaşan bu ruslar, yaxud dikәr
xalqın hissәlәri öz müqәddәratını tәyin etmәk hüququnu bayraq edib ayrılmaq, müstәqil
dövlәt yaratmaq vә ya hansısa dövlәtlә birlәşmәk istәsә bu böyük fәlakәtlәrә aparıb
çıxarar. Bu nә qәdәr tez başa düşülsә, aqressiv separatizm nә qәdәr tez cilovlansa,
bütün xalqlar udarlar. Әlbәttә, çox yerlәrdә milli azlıqların kәskin problemlәri var: onlar
malalanmamalıdır, sivil yolla, demokratikcәsinә, әdalәtlә vә qanun çәrçivәsindә hәll
edilmәlidir. BMT Nizamnamәsinә, beynәlxalq hüquq normalarına, “o cümlәdәn
Tofiq Köçərli
- 133 -
Qarabağ: Yalan və Həqiqət
dövlәtlәrin әrazi bütövlüyünә aid hüquq normalarına uyqun surәtdә vә kәnardan
müdaxilә olunmadan hәll edilmәlidir.
Әks halda monomilli dövlәtlәr istisna olmaqla bütün qalan dünyada, birinci növbәdә
dә Rusiyada fәlakәt baş verәr, ümumbәşәri fәlakәt olar.
Bu real tәhlükәni nәzәrә alaraq BMT-nin Baş mәclisi müharibәnin qurtarmasının 50
illiyinin bayram edilmәsi haqqında bәyannamәdә bir daha elan etdi: “a) hәr hansı bir
dövlәtin әrazi bütövlüyünә ... qarşı zor işlәtmәkdәn ya zorla hәdәlәmәkdәn çәkinmәk
barәdә öhdәlik tәsdiq olunsun”
BMT-nin 50 illiyi ilә әlaqәdar bәyannamәdә isә bir daha vurğulandı: Biz “dövlәtlәrin
suveren bәrabәrliyi vә әrazi bütövlüyü prinsiplәrinә uyğun olaraq bütün dövlәtlәr
arasında әdalәt qurmaq vә himayә etmәk” әzmindәyik.
BMT müstәqillik hüququnu müstәmlәkә xalqları vә anneksiya olunmuş әrazilәr üçün
elan etmişdir! Hәmin hüquq heç bir vәchlә beynәlxalq cәhәtdәn tanınmış dövlәtlәrin
milli azlıqlarına aid deyil.
Ermәni xalqına gәldikdә isә, o da başqa xalqlar kimi öz müqәddәratını tәyin etmәk
hüququnu realizә edәrәk milli dövlәtini yaratmışdır. Dağlıq Qarabağ ermәnilәri dә
muxtariyyәt şәklindә öz müqәddәratını tәyin etmişdir.
Qonşuluq Azәrbaycan vә ermәni xalq larının qismәtidir, taleyidir. Xoşumuza kәlsә
dә, gәlmәsә dә belәdir. Bu hamılıqla Ermәnistanda başa düşülüb düşmәnçilik aradan
qaldırılmasa, nә ölkәlәrimizә әmin-amanlıq gәlәsidir, nә de evlәrimizә dinclik vә firavan
hәyat. Azәrbaycan vә Ermәnistan dövlәtlәrinin müstәqilliyinin qorunub saxlanması vә
möhkәmlәndirilmәsi dә, ümumiyyәtlә “Zaqafqaziya evi”ndә sülh dә nәticә etibarı ilә
ümumi dil tapıb düşmәnçiliyi, siyasi vә hәrbi qarşıdurmanı aradan qaldırmaqdan asılı
olacaqdır.
Ermәnilәrin Qarabağda “ermәni silahının ümumdünya tarixi qәlәbәsi” (ifadә
“Literaturnaya qazeta”nındır) şәrәfinә badә qaldırmalarından xәbәrdarıq.
Lakin bu vaxtından әvvәl edilәn bayramdır. Rusiyanın kömәyi, rus silahı olmasaydı,
ermәnilәr cıqqırlarını çıxara bilmәzdilәr, çıxarsalar da Azәrbaycan xalqı qarşısında,
Azәrbaycan ordusu vә silahı qarşısında duruş gәtirә bilmәzdilәr.
Tofiq Köçərli
- 134 -
Qarabağ: Yalan və Həqiqət
Hәrbi mәğlubiyyәtimizin daxili sәbәblәri dә çoxdur. Qeyri-sivil, qeyri-demokratik
hakimiyyәt davası zәminindә kәskin daxili didişmәlәrlә, o cümlәdәn milli orduda
parçalanma vә qarşıdurma ilә, amansız çәkişәn tәrәflәrin hakimiyyәtpәrәstlik,
mәnsәbpәrәstlik vә mәblәğpәrәstlik ehtirasının bir çox hallarda vәtәnpәrvәrliyi, milli
mәnafelәri üstәlәmәsi ilә özümüz-özümüzü hәrbi mәğlubiyyәtә uğratmışıq. Bәli,
özümüz-özümüzü!
Hәrbi mәğlubiyyәtimizin әlbәttә, başqa sәbәblәri dә var. Biz milli tariximizin
dәrslәrindәn ibrәt dәrsi almağa, qonşumuzun kimliyini, kәmfürsәtliyini, mәkrli
niyyәtlәrini dәrk etmәyә etinasız qalmışdıq. hәm dә özümüzdәn razılıq bәlasına tutularaq
“ermәnilәrin işinә barmaqarası, lağlağı bir nәzәrlә” (M.S.Ordubadi) baxmaqda davam
etmişdik. Nәticәdә biz müharibә aparmağa psixoloji cәhәtdәn hazır deyildik. Bir var
ömrün boyu, nәsildәn-nәsilә müharibәyә hazırlaşasan, bir dә var müharibәni heç ağlına
belә gәtirmәyәsәn, sabah sәnә әl qaldıracaq qonşuna sәmimilik göstәrmәkdә davam
edәsәn, ona inanasan vә inana-inana aldanasan.
Onsuz da 80-çi illәrin әvvәllәrin-dәn başlayaraq ümummilli lider sarıdan işimiz
sarımamışdı. Sonralar isә Azәrbaycanda böyük Sabirin 1911-çi ildә yazdığına bәnzәr
vәziyyәt yaranmışdı:
...Hәr yetәn keçdi cәmaәt başına,H
Hәr ötәn silsilәcünban oldu;
...Hәr kәs ancaq bacarıb aldı lәqәb,
Daxili-zümreyi-әrkan oldu;
Dürtülüb soxdu özün parlamana,
Parlaman mәcmәi-irfan (?) oldu.
Pah nә çoxdur bütün İranda lәqәb,
Kimi bәy oldu, kimi xan oldu ...
Çıxdı meydana mülәqqәb kişilәr,
Bәxtәvәrlәr hamı әyan oldu.
...Lәqәb iş görmәz, әfәndim,kişinin ,
Adı ya Samu Nәriman oldu.
Kişidәn istәnilәn işdi, iş,
Kim ki, iş yapdı, o zişan oldu!
De görәk şimdi müqәddәs vәtәnin
Hansı bir müşkülü asan oldu?
Ancaq iş gördü lәqәb “fabrikası”,
Bütün işlәr ona qurban oldu.
İndi qandınsa işin әngәlini,
Tofiq Köçərli
- 135 -
Qarabağ: Yalan və Həqiqət
Demә İran niyә viran oldu?!
80-çi illәrin axırlarından 1993-çü ilin әvvәllәrinә gәdәr Azәrbaycanda yaranmış belә
traqikomik vәziyyәt, fәrsiz rәhbәrlik, hakimiyyәt iflici, bunlarla әlaqәdar yaranmış
dәrәbәyilik, qanunsuzluq, özbaşınalıq mәğlubiyyәtimizin әsas sәbәblәrindәndir.
Taleyran yazıb:
“Xalqlar bilsәlәr ki, onlara neçә xırda adamlar (“мелкие люди”) hökmranlıq edirlәr,
dәhşәtә gәlәrlәr”
Biz dә öz tәcrübәmizdә bildik vә gördük ki, “xırda adamların”, “hәr ötәnin”, “hәr
yetәnin” “çәmaәt başına” keçmәsi bәdbәxtlikdir, fәlakәtdir, sarsıntılara, siyasi
zәlzәlәlәrә, mәğlubiyyәtlәrә, o cümlәdәn rüsvayçı hәrbi mәğlubiyyәtә aparan yoldur.
Bәli, hәrbi mәğlubiyyәtә uğramışıq. Ancaq sarsılmamışıq. Başımızı itirmәmişik.
Ümidsizliyә qapılmamışıq. İnamımızı itirmәmişik. Artıq evimizin içindә milli sülh, milli
birlik bәrqәrar olub. Uşaqdan böyüyә hәr bir Azәrbaycanlı Azәrbaycanın bütövlüyü,
Azәrbaycanın bölünmәz, dönmәz vә şәriksiz istiqlalı naminә lazım gәlәrsә canını belә
qurban vermәk әzmindәdir. Bu amillәr, insan potensialımız, iqtisadi potensialımız,
mәnәvi-siyasi vә psixoloji potensialımız vә onların tam gücü ilә hәrәkәtә gәtirilmәsi,
müasir hәrb elmi әsasında müasir güclü ordu yaradılması, artıq Azәrbaycana sәriştәli
rәhbәrlik edilmәsi, bütün bunlar hansı yol ilә olursa-olsun işğal altındakı әrazilәrimizin
azad olunmasını tәmin edәcәkdir. Mütlәq edәcәkdir!
Biz tarixi hüququmuzu qoruyuruq. Vicdanımız pakdır. haqq, әdalәt bizim
tәrәfimizdәdir. Tarixi baxımdan, strateji baxımdan haqq işimizin qalib gәlәcәyinә zәrrә
qәdәr dә şübhә olmamalıdır.
Tofiq Köçərli
- 136 -
Qarabağ: Yalan və Həqiqət
Dostları ilə paylaş: |