5.
IV Fәsil
Daşnaklar Azәrbaycanın tәrkibindә olan Qarabağa, Naxçıvan diyarına iddia etdilәr"
(BSE-dәn, 1926)
Tarixi saxtalaşdıranlar bir ağızdan deyirlәr ki, guya Qarabağ “ermәni Qarabağıdır” vә
guya 1918-ci ildә Azәrbaycan bu diyara iddia irәli sürmüşdür.
Mәsәlәn, İ.Lenski yazmışdır:
1918-ci ildә yaradılmış Azәrbaycan Cümhuriyyәti “Şәrqi Zaqafqaziyanın geniş
әrazilәrinә, o cümlәdәn ermәnilәrin mәskunlaşdığı Dağlıq Qarabağa iddialar irәli sürdü.
Hәmin illәrdә dünya dövlәtlәri münaqişәyә Ermәnistan vә Azәrbaycan arasında әrazi
mübahisәsi kimi baxırdılar. Lakin әgәr o zaman Ermәnistan öz mәnafelәrini Qarabağ
xalqının öz müqәddәratını tәyin etmәk hüququna tabe etdisә, Azәrbaycan problemi
dәrhal hәrbi yolla hәll etmәyә cәhd göstәrdi. Әlamәtdardır ki, hәmin anda dünya
Azәrbaycanın hәrәkәtlәrinә tәnqidi yanaşdı vә onun Millәtlәr Cәmiyyәtinә qәbul
olunması rәdd edildi”.
Çarizm İbrahim Xәlil xanın “әyalәtinin bütövlüyünün saxlanılmasına imperator
zәmanәtinә” naxәlәf çıxdı. 14 iyun 1806-cı ildә Şuşa komendantı mayor Lisaneviç bir
dәstә qoşunla gecә Xankәndә gәlәrәk, orada İbrahim Xәlil xanı, onun ailәsini, 17 nәfәr
adamı qәtlә yetirdi. Nәhayәt, “İmperator silahı gücünә әldә edilmiş xanlıqlar”
202
(A.S.Qriboyedov, P.D.Zaveleyski) - Qarabağ, Bakı, Quba, Şәki, Şirvan vә Talış xanlıqları
lәğv edilәrәk eyni adlı әyalәtlәr, habelә Car-Balakәn okruqu yaradıldı. Gәncә xanlığı lәğv
edilәrәk Yelizavetpol okruqu tәşkil olundu. Sonra Naxçıvan vә İrәvan xanlıqları
әrazilәrindәn ibarәt “Ermәni vilayәti” tәşkil edildi. Bununla Azәrbaycan milli dövlәtçiliyi
lәğv olundu.
Qarabağ әyalәti Şәki, Şirvan vә Talış әyalәtlәri ilә birlikdә “Müsәlman әyalәtlәri
başçısına” (iqamәtgahı Şuşa şәhәrindә idi) tabe edildi. “Müsәlman әyalәtlәri başçısına”!
Qarabağın real siyasi vә etnik vәziyyәti ilә bilavasitә tanış olan çarizm hakimiyyәt orqan-
ları Qarabağı mәhz “müsәlman әyalәti” hesab etdilәr, mәhz “müsәlman әyalәti”
adlandırdılar: “Ermәni әyalәti” deyil, mәhz “müsәlman әyalәti”! Rusiyanın o zamankı
Tofiq Köçərli
- 68 -
Qarabağ: Yalan və Həqiqət
sәnәdlәrindә Qarabağ bәzi hallarda “tatar distansiyası”da adlandırılmışdır. (General
Rtişşev 1813-cü il noyabrın 19-da müxtәlif vaxtlarda İrana әsir düşmüş çoxlu adamları
Şimali Azәrbaycana qaytarmağı tövsiyә etmişdi. Bu, onun fikrincә, tezliklә “Qarabağ,
Yelizavetpol vә digәr tatar distansiyalarının”
203
әhalisini çoxaldardı). Lakin bir dәnә dә
olsun XIX әsr rus sәnәdindә, yaxud da bir nәfәr dә olsun rus müәllifinin әsәrindә
Qarabağın “ermәni әyalәti”, yaxud “ermәni distansiyası” adlandırılmasına rast gәlinmir.
O zaman çarizmin Azәrbaycanda, necә deyәrlәr, yazısına pozu yox idi. Çarizm
istәsә, 1828-ci ildә İrәvanın vә Naxçıvanın işğalından sonra Naxçıvan xanlığını vә İrәvan
xanlığını lәğv edәrәk, bu iki xanlıq әrazisindә “Ermәni vilayәti” adı altında yeni inzibati-
әrazi vahidi yaradanda Dağlıq Qarabağı, lap bütün Qarabağı “Ermәni vilayәtinә” qata
bilәrdi. Lakin bu haqda heç bir mәsәlә qalxmadı. Nә Dağlıq Qarabağın ermәnilәri
tәrәfindәn, nә dә çarizm hakimiyyәt orqanları tәrәfindәn.
Rusiya hakimiyyәt orqanları Qarabağda “xristian dövlәti” dә tәşkil edә bilәrdilәr.
Doğrudur, nә II Yekaterina var idi, nә dә Potyomkin. Lakin onların Qarabağda “xristian
dövlәti” haqqında ideyası yaşayırdı. Bununla belә hәmin istiqamәtdә heç bir addım
atılmadı. Çünki, görünür, Rusiya hakimiyyәt orqanları Qarabağa gәlib Qarabağla, onun
mәrkәzi Şuşa ilә tanış olduqda vә xüsusәn dә 1823-cü ildә Qarabağda kameral sayım
aparıb ermәni әhalisinin sayını müәyyәnlәşdirdikdә yәqinlik hasil etdilәr ki, ermәni
xadimlәrinin hay-küy salıb şişirtdiklәri beş Qarabağ ermәni mәlikliyindә cәmi 4366
ermәni ailәsi yaşayır vә belә bir zәmindә yaradılan “xristian dövlәti”, heç mәsәlәnin
prinsipial aspektlәri nәzәrә alınmasa belә, yalnız cırtdan, cumbulu vә demәli gülünc
dövlәt ola bilәr.
1840-cı ildә Rusiya Zaqafqaziyada mәrkәz Tiflis olmaqla Gürcüstan-İmeretiya
quberniyası vә mәrkәz Şamaxı olmaqla Xәzәr vilayәti tәşkil etdi. Keçmiş Naxçıvan vә
İrәvan xanlıqlarının әrazilәri deyilәn quberniyaya, Qarabağ isә Xәzәr vilayәtinin tәrkibinә
verildi. Sonra Qarabağ Şamaxı quberniyasının, az sonra Bakı quberniyasının, 1867-ci
ildәn 1919-cu ilә qәdәr isә Gәncә quberniyasının tәrkibindә olmuşdur.
Belәliklә, Dağlıq Qarabağın әsrlәr boyu Azәrbaycan tәrkibindә olması danılmaz
faktdır.
Tofiq Köçərli
- 69 -
Qarabağ: Yalan və Həqiqət
Hәtta fәrz edәk ki, ermәni müәlliflәri haqlıdırlar: Dağlıq Qarabağ Nuhun dövründә,
yaxud 428-ci ildә İran ermәni çarlığı lәğv edilәnәdәk Ermәnistan әrazisi olmuşdur. Fәrz
edәk ki, Dağlıq Qarabağ nә vaxtsa hansısa başqa bir dövlәtin hakimiyyәti altında olub.
Fәrz edәk.
Lakin belә bir “dәlil” bu gün bir dövlәtin başqa bir dövlәtә әrazi iddiası irәli sürmәsi
üçün әsas ola bilәrmi? Әgәr mәsәlәyә belә baxış beynәlxalq münasibәtlәrdә üstünlük
tәşkil etsә, dünyada nәlәr baş vermәz?
Cavab aydındır.
Bütün XIX әsr әrzindә ermәnilәrin dini vә siyasi xadimlәri Dağlıq Qarabağdan
harayasa köçmәk, yaxud mәsәlәn, Gәncә quberniyası tәrkibindәn çıxıb deyәk ki, İrәvan
Qubernatorunun hakimiyyәti altına keçmәk, yaxud da Dağlıq Qarabağa muxtariyyәt ya
müstәqillik vermәk mәsәlәsi qaldırmamışdılar. Hәmin dövrdә “Dağlıq Qarabağ mәsәlәsi”
deyilәn mәsәlә dә olmamışdır.
1905-ci ilә qәdәr Qarabağda ermәnilәr azәrbaycanlılarla milli sülh şәraitindә
dolanmışdılar. Gürcü müәllifi Qaribi haqıdır: daşnak partiyası meydana çıxana qәdәr
“Zaqafqaziya sülh vә әmin-amanlıq şәraitindә yaşamışdır... Ermәnilәr, tatarlar
(azәrbaycanlılar - T.K.), gürcülәr әsrlәrlә bir yerdә olmuşlar. Burada dinc әhali heç bir
zaman milli zәmindә heç bir qanlı münaqişә etmәmişdir... Daşnaklar Ermәnistanın
gәlәcәk muxtariyyәti üçün başdan-başa ermәni әrazisi yaratmaq moizәsi ilә gәldilәr,
bununla Zaqafqaziya kәndinin patriarxal hәyatına milli әdavәt vә nifrәt hisslәri
soxuldu”.
204
Vaxtı ilә Rusiyanın Van vә Әrzurumda baş konsulu işlәmiş Mayevski dә min
qat haqlıdır: “Mәn daha çox tәkidlә tәsdiq edә bilәrәm ki, “Daşnakstyun” vә ona bәnzәr
cәmiyyәtlәr hәm Türkiyәdә, hәm dә Qafqazda ermәni xalqının bәdbәxtliyinin başlıca
mәnbәyidir... Daşnaktsyun”, “Qnçak” vә digәr cәmiyyәtlәrin mövcud olmaları hәmişә
ermәni әhalisini yeni-Yeni müsibәtlәrlә hәdәlәyәcәkdir”.
Hәlә 1905-ci il gәlmәmişdi. Millәtlәr arası toqquşmalar başlanmamışdı. Ancaq
Rusiyanın aqil adamları ermәni başçılarının Zaqafqaziyanı fәlakәtә apardıqlarını
qabaqcadan görürdülәr. Ermәni başçılarının, daşnakların saysız-hesabsız bәd әmәllәrini
şәxsәn müşahidә edәn Veliçko yazmışdı ki, ermәni başçıları “әxlaqı pozanlardır, sosial
çürümә mikroblarıdır, parazitlәrdir” vә ona görә dә “çox qorxuludurlar”. “Mәsәlә
Tofiq Köçərli
- 70 -
Qarabağ: Yalan və Həqiqət
bitmәyib, ermәni qiyamına son qoyulmayıb. Biz yalnız vaxtından әvvәl açılmış çiçәklәri
görmüşük, zәhәrli gilәmeyvәlәr isә hәlә irәlidәdir. Rus hökumәti ermәnilәri tәhlükәli
tәbәә adlandıran yaxşı mәlumatlı ermәnipәrәst Pyer Moranın sözlәrini yadda
saxlamalıdır”.
Rusiya hökumәti Veliçkoların xәbәrdarlıqlarını eşitmәk istәmәdi. “Zәhәrli
gilәmeyvәlәr” tezliklә yetişdi.
1905-ci ilin fevral ayında daşnaklar Bakıda milli münaqişә tәşkil etdilәr. Bu qığılcım
bütün Zaqafqaziyada, o cümlәdәn Qarabağda alovlandı. “Ermәnilәrin özlәrinin pәrәstiş
etdiklәri” Qafqaz canişini İ.İ.Voronsov-Daşkov imperatora yazmışdı: “Şuşada kütlәvi
atәşi, görünür, ermәnilәr, Bakıda ikinci iqtişaşda (1905-ci ilin avqustunda) tatarlar,
Tiflisdә ermәnilәr baş-lamışdılar”
204a
Göründüyü kimi, canişin ümumiyyәtlә daşnakların
ermәni-azәrbaycanlı münaqişәsinin başlanmasında, Bakıda 1905-ci il fevral hadisәlәrindә
mәnhus rolunu açıqlamaqdan çәkinmişdi.
Şuşa münaqişәsi zamanı faciәni ermәni millәtçilәri başlayıb qanlı cinayәtlәr
törәtsәlәr dә, azәrbaycanlılar mәrhәmәtliliyi saxlamışdılar. 1905-ci il avqustun 18-dә,
Şuşada “ermәnilәrin mәğlubiyyәti son hәddә yetişdi”. Bu anda axund mәscidin
minarәsindәn әhaliyә müraciәt etdi: “Camaat! Vay olsun o müsәlmanın halına ki, bu
gündәn ermәnidәn bir dinar mal qarәt edә vә onların namusuna toxunub müsәlmanların
ayaqları altında qalan xanımlarına әl uzada”
205
Mir Möhsün Nәvvab şәhadәt verir ki,
ertәsi gün ermәni arxi-mandriti, “keşişlәr әllәrindә xaç, incil vә bayraqlar bir parası
ağlaya-ağlaya mәscid hәyәtinә daxil oldular ki, bizi әfv edin, bağışlayın”.
206
Qubernator
Baranovski dә onlarla bir yerdә gәlmişdi. Arximandrit mәscidin hәyәtindә belә
yalvarmışdı: “Amandır müsәlmanlar! Şuşada ermәnilәr müqәssir olsalar da, daha ermәni
qalmadı. İndi bir ovuc әlsiz-ayaqsız ermәni qalıbdır, onlara rәhm ediniz - deyib ağlaya-
ağlaya sülh tәklif etdi.”
207
Barışıq elan olundu. M.S.Ordubadinin yazdığına görә, avqustun 21-dә “müsәlmanlar
evlәrindә saxladıqları ermәnilәri aparıb sağ-salamat ermәnilәrә tapşırdılar. Ermәnilәr dә
ancaq beş altı nәfәr müsәlmanı salamat buraxdılar. Bu barışıqdan sonra ermәnilәr realnı
mәktәbin tәmirindә işlәyәn 17 nәfәr iranlı fәhlәsinin başını kәsib müsәlmanları yenә
pәrişan etdilәr...”.
208
Tofiq Köçərli
- 71 -
Qarabağ: Yalan və Həqiqət
Mir Möhsün Nәvvab şәhadәt verir ki, ermәnilәr hәmin iranlı fәhlәlәri “böyük zülm vә
işgәncә ilә öldürmüş”, “onların başına mismar çalaraq әzdikdәn sonra bir dәrәyә”
atmışdılar.
209
1918-ci ilin may ayında Azәrbaycan, Gürcüstan, Ermәnistan respublikaları yarandı. O
zamanlardan da “Dağlıq Qarabağ mәsәlәsi” deyilәn mәsәlә meydana gәldi.
C.Stupişin iddia edir ki, “Qafqaz tatarları ingilis vә türklәrin, sonra Qızıl Ordunun
kömәyi ilә Bakıda hakimiyyәti әlә keçirmişlәr”.
Vallah-billah, tarix elmlәri doktoru üçün eyibdir, rüsvayçılıqdır belә әllamәlik, belә
cәfәngiyat!
Әvvәla onu deyәk ki, Azәrbaycanda 28 may 1918-ci ildә vә *28 aprel 1920-ci ildә
baş vermiş bir-birinә daban-dabana әks iki hadisәni eynilәşdirmәk elmi-siyasi kütlükdür.
Çünki 28 may 1918-ci ildә Azәrbaycan Rusiyadan faktiki ayrılmağını rәsmilәşdirmiş,
Rusiyadan müstәqilliyini elan etmiş, bir bayraq altında vahid mәrkәzlәşmiş milli dövlәt,
Azәrbaycan Cümhuriyyәti, milli hakimiyyәt yaratmışdı. 28 aprel 1920-ci ildә isә Qızıl
Ordu Azәrbaycanı işğal etmiş, müstәqil Azәrbaycan Cümhuriyyәtini devirmiş,
Azәrbaycanı faktiki olaraq yenidәn Rusiyaya ilhaq etmişdi. Qızıl Ordunun Qafqaz
tatarlarına” “kömәyi” belә kömәk idi, C.Stupişin!
Sonra. “Qafqaz tatarları” öz vәtәnlәrindә hakimiyyәti “әlә keçirmәmәli” idisә, bәs
kim “әlә keçirmәli” idi? Başqa sözlә Azәrbaycanda hakimiyyәti deyәk ki, ruslar ya
ermәnilәrmi, yaxud fransızlar ya almanlarmı “әlә keçirmәli” idilәr?
Azәrbaycan kimin vәtәni idi? Yoxsa Rusiya Azәrbaycanda yüz il at çapdığına görә
Azәrbaycan, xalqımızın vәtәnliyindәn çıxmışdı? Yoxsa rus ayağı dәyәn yer rusun, bu
yerin hakimiyyәti isә rusun hakimiyyәti olmalı idi?
Götürәk “Qafqaz tatarlarının” kimlәrin kömәyi ilә “hakimiyyәti әlә keçirmәlәri”
mәsәlәsini. İngilislәrin adını Stupişin birinci çәkir. Ancaq istәrdim ki, Stupişin bilsin vә
yadda saxlasın: o zaman İngiltәrә hәlә “Vahid vә bölünmәz Rusiya”ya üstünlük verirdi.
İngiltәrәnin Azәrbaycan, elәcә dә Gürcüstan vә Ermәnistan istiqlalının elan edilmәsindә
“әli” olmamışdı!
Türklәrin “kömәyi” mәsәlәsinә nәzәr salaq. Oktyabr inqilabından sonrakı tarixi
proses Tiflisdә әvvәlcә Zaqafqaziya Komissarlığının, sonra Zaqafqaziya Demokratik
Tofiq Köçərli
- 72 -
Qarabağ: Yalan və Həqiqət
Federativ Respublikasının (ZDFR) yaranmasına gәtirib çıxartdı. (1918-ci ilin fevralında
yaradılmış Zaqafqaziya Seymi (buraxılmış Rusiya Mәclisi-Müәssisina Zaqafqaziyadan
seçilmiş deputatlardan ibarәt sәlahiyyәtli ümumzaqafqaziya orqanı) mart ayında
Zaqafqaziyanın Rusiyadan ayrılmasını rәsmәn elan etmişdi). Lakin bu ümumzaqafqaziya
respublikası gödәk ömürlü oldu. 1918-ci il mayın 26-da Gürcüstan Zaqafqaziya
federasiyasından çıxmağını vә istiqlalını elan etdi. İki gündәn sonra Tiflisdә bir neçә
Azәrbaycan siyasi partiyalarının tәmsil olunduğu Azәrbaycan Milli Şurası Azәrbaycanın
istiqlalını, Azәrbaycan Cümhuriyyәti vә ilk Azәrbaycan hökumәti tәşkil olunmasını elan
etdi. Ermәnistan Milli Şurası da bu qaydada hәrәkәt etdi. (Zaqafqaziya Seyminin
Müsәlman fraksiyası Azәrbaycan Milli Şurasına çevrilmişdi. O, Azәrbaycanda
parlamentarizmin rüşeymi olmaqla parlament funksiyasını hәyata keçirirdi). Hәmin
günlәrdә ZDFR nümayәndә heyәti Batumda Türkiyә nümayәndә heyәti ilә danışıqlar
aparırdı. ZDFR-in süqutu ilә әlaqәdar, onun vahid nümayәndә heyәti dә fәaliyyәtini
dayandırdı. Azәrbaycan, Gürcüstan, Ermәnistan nümayәndә heyәtlәri ayrılıqda Türkiyә
ilә Sülh vә dostluq haqqında müqavilә bağladılar.
Azәrbaycan-Türkiyә müqavilәsini Azәrbaycan Cümhuriyyәti adından Milli Şura sәdri
M.Ә.Rәsulzadә vә Xarici işlәr naziri M.H.Hacınski imzaladılar. Bu müqavilәlәrlә Türkiyә
Azәrbaycan, Gürcüstan vә Ermәnistanın müstәqilliyini tanıyan ilk dövlәt oldu.
Gürcüstan vә Ermәnistan respublikalarının elan edilmәsindә, gürcülәrin vә
ermәnilәrin hakimiyyәti “әlә keçirmәlәrindә” Türkiyәnin kömәyi nә qәdәr olmuşdusa,
Azәrbaycan Respublikasının elan edilmәsindә dә bir o qәdәr olmuşdu. Nә az, nә çox!
İlk mәrhәlәdә Ermәnistan hökumәti Dağlıq Qarabağa münasibәtdә hәlә müәyyәn
diplomatik takt gözlәyir, mәkrli niyyәtlәrini hәlә tam açmırdı. Belә bir fakt mәlumdur:
1918-ci ilin avqust ayında Ermәnistanın Tiflisdәki diplomatik nümayәndәsi Azәrbaycanın
oradakı diplomatik nümayәndәsindәn Şuşaya Ermәnistanın “xüsusi nümayәndә heyәti”
göndәr-mәsinә razılıq vermәyi xahiş etmişdi. Bu rәsmi müraciәtә aşağıdakı rәsmi cavab
verilmişdi: “Әgәr Azәrbaycan hökumәti әmin olsa ki, nümayәndә heyәti Azәrbaycan
mәnafelәri, onun sәrhәdlәri hüdudlarında mövcud olan qanunların vә qaydaların әksinә
işlәmәyәcәk vә nümayәndә heyәti Azәrbaycan hökumәtinin müşahidәsi altında fәaliyyәt
Tofiq Köçərli
- 73 -
Qarabağ: Yalan və Həqiqət
göstәrәcәk”, Ermәnistan xüsusi nümayәndә heyәtinin Şuşaya getmәsinә icazә
verilәcәkdir.
Dağlıq Qarabağa “xüsusi nümayәndә heyәti” göndәrilmәsi mәsәlәsinin nәticә etibarı
ilә necә hәll olması mәnә mәlum deyil. Düzü, bu, o qәdәr әhәmiyyәt dә kәsb etmir.
Әhәmiyyәtli vә diqqәti cәlb etmәli cәhәt odur ki, Ermәnistan hökumәti Azәrbaycan
hökumәtindәn Şuşaya “xüsusi nümayәndә heyәti” göndәrmәyә icazә istәmәklә, faktiki
olaraq Dağlıq Qarabağın Azәrbaycana mәnsubiyyәtini etiraf edirdi.
Әgәr Dağlıq Qarabağ Ermәnistanın idisә, nә üçün Ermәnistan hökumәti oraya xüsusi
nümayәndә heyәti göndәrmәk üçün Azәrbaycan hökumәtindәn icazә istәyirdi?
Dövlәtlәr tarixindә, dövlәtlәr tәcrübәsindә elә bir hal olubmu ki, hansısa bir dövlәt
özünün hansısa şәhәrinә, hansısa әyalәtinә nümayәndә göndәrmәk üçün başqa bir
dövlәtdәn icazә istәmiş olsun?
Belә vә bu kimi addımlarla Ermәnistan hökumәti ilk növbәdә Dağlıq Qarabağa
“mübahisәli әrazi” statusu verilmәsinә nail olmaq vә belәliklә hәmin amildәn
Azәrbaycanla münasibәtlәrdә, strateji planlarının hәyata keçirilmәsindә istifadә etmәk
istәyirdi. Azәrbaycan Cümhuriyyәtinin fövqәladә elçisi Ә.M.Topçubaşov İstanbulda ingilis
polkovniki Tampla ilә söhbәtdә (19 noyabr 1918-ci il) demişdi: “Ermәnistan hökumәtinin
nümayәndәlәri bizә dәfәlәrlә bildiriblәr gi, әgәr onlara Qara dәniz sahilindә liman
verilsә, özlәrinin Qarabağa iddialarından könüllü imtina edәrlәr; onlar әhali mübadilәsi
ilә dә kifayәtlәnәrdilәr, zira nәzәrә almamaq olmaz ki, İrәvan quberniyasında 200 min
müsәlman var”.
210
Tәdriclә Ermәnistan Dağlıq Qarabağı zor-la Azәrbaycandan ayırmağa girişdi. General
Andranikin silahlı dәstәlәri Dağlıq Qarabağa yeridildi. Azәrbaycan deyil, mәhz
Ermәnistan Dağlıq Qarabağ problemini hәrbi yolla hәll etmәyә girişdi, c. Lenski! Bununla
әlaqәdar Azәrbaycan hökumәti avqustun 15-dә Ermәnistan hökumәtinә qәti etiraz
bildirdi. Ermәnistan cavab vermәkdә lәngimәdi. İki gündәn sonra, avqustun 17-dә
Ermәnistanın Tiflisdәki diplomatik nümayәndәsi rәsmi bәyan etdi ki, “hәm general
Andranik, hәm dә onun bütün dәstәsi xüsusi ermәni korpusunun әmri ilә artıq çoxdan
ermәni qoşunlarının tәrkibindәn vә siyahısından çıxarılmışdır, bundan sonra onlar
Ermәnistan hökumәtini, onun vәzifәli şәxslәrini tanımaqdan vә onlara tabe olmaqdan
Tofiq Köçərli
- 74 -
Qarabağ: Yalan və Həqiqət
imtina ediblәr. Belәliklә, general Andranikin vә onun dәstәsinin ermәni milli qoşunlarına
vә orqanlarına heç bir aidiyyәti yoxdur vә Ermәnistan hökumәti mәsuliyyәtsiz fәaliyyәtә
cavab verә bilmәz”.
211
Belә de! Ermәnistan hökumәtinin Andraniklә, onun “mәsuliyyәtsiz fәaliyyәti” ilә heç
bir әlaqәsi yox imiş! Bircә onu deyәk ki, Andranik min nәfәr süvari dәstәsi ilә
Zәngәzurdan İrәvana qayıdanda, “hökumәt (Ermәnistan hökumәti - T.K.) Andranikә
lәyaqәtli әsgәri ehtiram göstәrmәk üçün Dronu Andraniki qarşılamağa göndәrmişdi”.
Bunu İrәvanda çıxan qәzetlәrdәn biri 1919-cu il aprelin 27-dә yazmışdı. Bir vacib cәhәti
dә qeyd edәk. Ermәnistan Azәrbaycanın Andraniklә әlaqәdar tәlәbinә heç bir etiraz
bildirmәmişdi. Әgәr Qarabağ vә Zәngәzur Ermәnistanın olmuş olsaydı, Ermәnistan
şәksiz car çәkәrdi vә mәntiqә görә car çәkmәli idi ki, bu yerlәr Ermәnistan әrazisidir,
Qarabağ vә Zәngәzurda Andranikin hәrәkәtlәrinin Azәrbaycana nә dәxli var, öz daxili
işimizdir vә özümüz bilәrik; Ermәnistanın daxili işlәrinә qarışmayın!
Hәlә Ermәnistan Qarabağ vә Zәngәzura açıq iddia etmirdi. Ermәnistan vaxt
qazanmaq, Ermәnistan hökumәtinә guya “tabe olmayan” Andranikin әli ilә Dağlıq
Qarabağı vә Zәngәzuru işğal edib Azәrbaycanı baş vermiş fakt qarşısında qoymaq
istәyirdi.
Andranikin Azәrbaycan hüdudlarına bas-qını Azәrbaycan Cümhuriyyәtinin olduqca
ağır günlәrindә baş vermişdi. Azәrbaycanın paytaxtı Bakı şәhәri hәlә düşmәn әlindә idi.
Azәrbaycan Cümhuriyyәti hökumәtinin vәzifәlәr vәzifәsi paytaxtı azad etmәk idi. Bu
mәsәlә, M.Ә.Rәsulzadәnin Azәrbaycan hökumәti adından avqustun 27-dә İstanbuldakı
Almaniya sәfirliyinә göndәrdiyi notada deyildiyi kimi, “Azәrbaycan üçün yalnızca tövsii-
әrazi mәsәlәsi tәşkil etmәyib bir hәyat vә mәmat (ölüm - T.K.) şәklini iqtisab” etmişdi.
212
M.Ә.Rәsulzadә sentyabrın 6-da İstanbuldan Gәncәyә teleqram göndәrәrәk Azәrbaycan
hökumәtini xәbәrdar edirdi: “Bakı alınmasa, hәr şey bitdi. Әlvida, Azәrbaycan”.
213
Nәhayәt, Azәrbaycan hökumәtinin rәsmi müraciәti ilә Azәrbaycana gәlәn türk
qoşunları milli qoşun hissәlәri ilә birlikdә türk sәrkәrdәsi Nuru paşanın ümumi
komandanlığı altında sentyabrın 15-dә Bakını yad qüvvәlәrdәn azad etdilәr. Türk
sәrkәrdәsi Mursәl bәyin (sonralar Bakı yürüşünün şәrәfinә özünә “Baku” familiyasını
götürmüşdü) demәsinә görә. onun komandanlığı altında olan azәrbaycanlılardan ibarәt
Tofiq Köçərli
- 75 -
Qarabağ: Yalan və Həqiqət
hәrbi hissәlәr Kürdәmir, Şamaxı vә Bakı cәbhәlәrinin bir çox döyüşlәrindә әsgәri şücaәt
vә igidlik göstәrmişdilәr.
Bakının azad edilmәsi Azәrbaycanın müstәqilliyinin vә әrazi bütövlüyünün tәmin
edilmәsi uğrunda mübarizәnin görkәmli, önәmli vә şanlı sәhifәsi idi.
Lakin Bakı azad edildikdәn vә dәrhal Azәrbaycan hökumәti öz paytaxtında fәaliyyәtә
başladıqdan az sonra beynәlxalq vәziyyәt Azәrbaycanın zәrәrinә dәyişdi.
Almaniya - Türkiyә bloku birinci dünya müharibәsindә mәğlub oldu. Dünya
müharibәsinin mәğlub dövlәti kimi Türkiyә oktyabrın 30-da Mudros barışığını
imzalamağa mәcbur oldu. Barışığın şәrtlәrinә görә Türkiyә öz qoşun hissәlәrini Bakıdan
vә bütün Azәrbaycandan çıxartmalı, Bakını müttәfiq qoşunlar tutmalıydı.
Bununla beynәlxalq vәziyyәti onsuz da ağlagәlmәz dәrәcәdә ağır vә çәtin olan
Azәrbaycanın vәziyyәti daha da mürәkkәblәşdi. Azәrbaycan real hәrbi kömәk aldığı vә
başqa sahәlәrdә dә yardımına güvәndiyi müttәfiq Türkiyәnin kömәyindәn mәhrum
olurdu. Digәr tәrәfdәn, Bakını vә bütün Azәrbaycanı yeni vә böyük tәhlükә - Antanta
tәhlükәsi yaxalayırdı.
Noyabrın 17-dә müttәfiq qoşunların (faktiki olaraq ingilis qoşunlarının) ilk dәstәsi
ingilis generalı Tomsonun komandanlığı altında Bakıya gәldi. Tomson hәmin әrәfәdә
Әnzәlidә Azәrbaycan nümayәndәlәrinә (N.Yusifbәyov, Ә.Ağaoğlu vә M.Rәfiyevә)
demişdi: “Bizim bildiyimiz, Azәrbaycan xalqının arayi-ümumiyyәsindәn doğan doğma bir
cümhuriyyәt yoxdur. Yalnız türk komandanlığının intriqası ilә tәşәkkül etmiş bir hökumәt
var. Madam ki, siz bunun әksini iddia ediyorsunuz, o halda gәlir, mәhәllindә tәdqiq, ona
görö dә qәrar veririz”.
214
Tomson Bakıya varid olduqda nümayişkaranә qeyd etmişdi ki, Bakı Rusiya
imperiyasının әrazisidir vә mәn “Bakıya, 1914-cü il müharibәsinә qәdәr olan sәrhәdlәrdә
Rusiya hüdudlarına, Rusiyaya mәxsus olan Qafqaza gәlmişәm”. Tomson özü ilә İrandan
Bakıya Biçeraxovun kazaklardan ibarәt dәstәsini dә gәtirmişdi. O isә Bakıya gәlәr-
gәlmәz Azәrbaycan hökumәtinә meydan oxumağa başlamış, Bakının “rus vәtәndaşlarını
tәkrar ana vәtәnә (Rusiyaya -T.K) iadәsi ilә tәbrik” etmişdi.
215
“Qafqaz tatarları” ingilislәrin “kömәyi ilә” hakimiyyәti belә “әlә keçirmişdilәr”,
C.Stupişin!
Tofiq Köçərli
- 76 -
Qarabağ: Yalan və Həqiqət
Noyabrın 17-dә “iki Bakı vardı. Mәhzun müsәlman Bakısı ilә mәmnun xristian Ba”
kısı”.
216
Müttәfiq qoşunların vә Biçeraxovun gәlişindәn qanadlanan monarxiyapәrәst rus
tәşkilatları hәyasızcasına vә yekәxanalıqla azәrbaycanlılara “elan etdiyiniz istiqlaldan
istinkaf (imtina - T.K) ediniz vә sizin üçün şәfaәt edәlim” deyorlar vә müvәqqәtәn tәşkil
edәcәklәri hökumәti-mәhәlliyәdә azәrbaycanlılara bilnisbә daha mühüm bir mövqe
tәmin edәcәklәri lütfünü dә ayrıca әlavә” edirlәrdi. “Ermәni tәşkilatının xüsumәt vә inadı
isә daha bariz idi”.
217
Müttәfiq qoşunların Bakıya daxil olması ilә vә türk qoşunlarının Bakıdan,
Azәrbaycandan getmәsi ilә gәnc Azәrbaycan Cümhuriyyәti özünün çox ağır günlәrini, od
ilә su arasında qalmaq anını yaşayırdı. Ancaq Azәrbaycan rәhbәrliyi büdrәmәdi,
sarsılmadı, başını itirmәdi, çeviklik vә mәtanәt, siyasi manevrlәr etmәk mәharәti
göstәrdi, dövlәti inamla idarә etdi.
Azәrbaycan Cümhuriyyәti tәsisçilәri Böyük Fransa inqilabının görkәmli xadimi
Maksimilian Robespyerin “Sәltәnәti zorla devirmәk mümkündür, ancaq respublikanı
yalnız müdrikliklә qurmaq olar” kәlamından xәbәrdar idilәr. Tam әsasla demәk olar ki,
Azәrbaycan rәhbәrlәri Respublikanı misilsiz çәtinliklәr vә mürәkkәbliklәr şәraitindә ağılla,
aqilliklә vә müdrikliklә qururdular.
Azәrbaycan hökumәti Gәncәdәn Bakıya gördükdәn sonra qısa bir müddәt әrzindә
Azәrbaycan Milli Şurası әsasında Mәclisi-mәbusan (parlament)tәşkil etmәyә nail oldu.
Dekabrın 7-dә onun tәntәnәli açılışında M.Ә.Rәsulzadә, bu gün dillәr әzbәrinә
çevrilmiş mәşhur “Bir kәrә yüksәlәn bayraq bir daha enmәz!” şüarını söylәdi. Mәclisi-
mәbusan Fәtәli xan Xoyski başda olmaqla yeni hökumәt tәşkil etdi. Bununla әlaqәdar
general Tomson “Fәtәli xanın tәhti-sәdarәtindә koalision Azәrbaycan hökumәti tәşәkkül
etdiyindәn müttәfiqlәr komandanlığının Azәrbaycan daxilindә yeganә mәşru bir hökumәt
olmaq üzrә bu hökumәti tanıyacağını vә ona mühazirәti-tammәdә bulunacağını” bәyan
etdi.
218
1919-cu il yanvarın 22-dә Bakıya gәlәn İngiltәrә qoşunlarının Balkanda vә Qafqazda
baş komandanı Milton isә Azәrbaycan hökumәtinә ingilis hökumәtinin münasibәtini
bildirmişdi. O, F.Xoyskiyә bәyan etmişdi ki, “İngiltәrә hökumәti Azәrbaycanın mövcud
hökumәtini yeganә qanuni hakimiyyәt tanıyır”.
Tofiq Köçərli
- 77 -
Qarabağ: Yalan və Həqiqət
Әgәr nәzәrә alsaq ki, Tomson Bakıya gәlmәk әrәfәsindә Azәrbaycan Cümhuriyyәtini
azәrbaycan xalqının ümumi arzusundan doğmayan cümhuriyyәt, Azәrbaycan hökumәtini
isә “yalnız türk komandanlığının intriqası ilә tәşәkkül etmiş bir hökumәt” adlandırmışdı,
onda Tomsonun yeni bәyanatının vә Miltonun bәyanatının әhәmiyyәti daha aydın olar.
Onu da qeyd edәk ki, müttәfiq dövlәtlәr komandanlığı çox qısa bir müddәt әrzindә
azәrbaycan xalqının müasir, inkişaf etmiş vә sivil bir xalq olmasını başa düşmüşdü. Bu
cәhәti Ü.Hacıbәyov qәlәmә almışdır. O, hәlә müttәfiq qoşunlar Bakıda olduğu zaman,
1919-cu il mayın 28-dә “Azәrbaycan” qәzetindә yazmışdı:
“İngilislәr bizim içimizә girәrkәn özlәrini vәhşi bir heyvan qarşısına çıxmış bir ovçu
vәziyyәtindә saxlamaq ehtiyatına heç bir lüzum olmadığını bir-iki gündәn sonra kәmali-
tәәccüblә anladılar vә haqqımızda bәslәmәkdә olduqları nәzәr vә tәsәvvüratın
bilmәmәzlik vә ya düşmәn tәbliği nәticәsi olaraq xәta vә yanlış olduğunu da dәrk
etdilәr; әminәm ki, bunu da dәrk etdilәr ki, istibdad altında tәrәqqi vә tәalidәn cәbrәn
mәhrum vә cәhalәtә mәhkum edilmiş olan bir millәt, azad olduqdan sonra çox çәkmәz
ki, alәm mәdәniyyәt bazarlarında öz milliyyәtlәri tәqazası ilә әmәlә gәlmiş mәdәni
mәtalarını әnzari-bәşәriyyәtә tәqdim ilә mәdәniyyәti qoca olan millәtlәri dә heyran
qoyarlar”.
Tomsonun yeni mövqeyi Azәrbaycanın beynәlxalq vәziyyәtini möhkәmlәndirmәkdә,
Azәrbaycan hüdudlarında Azәrbaycan hakimiyyәtinin fәaliyyәtini tәmin etmәkdә müsbәt
rol oynadı.
Tomson Andranikin Azәrbaycan әrazisindәki azğınlığını vә cinayәtlәrini dayandırmaq
işindә Azәrbaycan hökumәtinә kömәk göstәrdi. Onun tәkidi ilә “Ermәni xüsusi zәrbә
dәstәsinin rәisi” Andranik “Vәrәndә, Dizaq, Xaçın vә Cavanşir hәrbi baş komandanlarına,
bütün komissarlara vә ermәni әhalisinә” belә bir әmr verdi: “Müttәfiqlәr bizdәn bütün
hәrbi hәrәkәtlәri dayandırmağı tәlәb edirlәr. Müttәfiqlәrin nümayәndәlәri - ingilis vә
fransız kapitanları yanıma gәlib bildirdilәr ki, Qafqazda müharibәyә yol vermәmәk qәrara
alınmışdır... Bütün mәsәlәlәr Sülh konqressindә hәll edilmәlidir. Nümayәndәlәrin mәnә
verdiklәri mәktubda Baş komandan ingilis generalı Tomson. xәbәrdarlıq edir ki, indәn
sonra hәr cür düşmәn hәrәkәtlәri ermәni mәsәlәsinin hәllinә pis tәsir edә bilәr” Bununla
Tofiq Köçərli
- 78 -
Qarabağ: Yalan və Həqiqət
әlaqәdar Andranik “tatar vә türklәrә qarşı hәrbi әmәliyyatları dәrhal da-yandırmağı”
219
әmr etdi.
Tomsonun tәlәbi Andranikin köpünü alsa da, onun Azәrbaycan әleyhinә hәrbi
әmәliyyatlarını dәrhal dayandırmadı, Andranik Azәrbaycanı dәrhal tәrk etmәdi.
Ü.Hacıbәyov “Azәrbaycan” qәzetindә (15 dekabr 1918) yazırdı ki, “hәtta general
Tomsonun tәhdidi belә Andranikә heç bir әsәr elәmir, o öz işindәdir; müsәlman
kәndlәrini dağıdır, әhalisini öldürür, ya qaçırdır... Andranikin qoşunu ermәni hökumәtinә
heç bir dәxli yoxsa vә gördüklәri vәhşiliklәrin cavabdehәndәliyi dәxi öz boynuna isә - o
halda bu Andranik, ermәni camaatının gözündә “igid” olsun, “qәhrәman” olsun, bizim
gözümüzdә adi bir quldurdur”.
Azәrbaycan Cümhuriyyәtini sarsıtmaq mәqsәdi ilә Andraniki fitlәyәn. 0NU
maliyyәlәşdirәn başqa qüvvәlәr dә var idi. Mәsәlәn, Tiflisdә çıxan “Qruziә” qәzeti (29
yanvar 1919) general-mayor Andranikin belә mәktubunu çap etmişdi:
“Zati-alilәri general Biçeraxova.
Zәngәzur ermәni milli şurasının üzvlәri Arşaq Şiranyan vә Nikolay Osipov Bakıdan
gәlәrәk, mәnә milyon manat (1.000000) verdilәr. Bu haqda onlar sizә iltizamnamә
veriblәr. Adı çәkilәn şura üzvlәri mәnә dedilәr ki, bu pulu siz general Baqratuninin xahişi
ilә vermisiniz. Mәnim dәstәmi vә bәdbәxt qaçqınları unutmadığınız üçün sizә dәrin vә
sәmimi tәşәkkürümü bildirirәm”.
220
Bu xarakterli kömәk vә fitlәmәlәrdәn ruhlanan Andranik Gorusda möhkәmlәndi.
Andranik, guya Zәngәzur kәndli qurultayının vә Zәngәzur ermәni milli şurasının tәklifi ilә
“silahlı qüvvәlәrin baş komandanı” oldu vә azәrbaycanlıları qılıncdan keçirmәkdә davam
etdi. Tәkcә bir sәnәd gәtirәk: 1919-cu ilin yanvarın 10-da Zәngәzur qәza rәisi
M.Namazәliyev qәza mәrkәzi Gorusdan Azәrbaycan hökumәtinә yazırdı: “Ermәnilәr
başda Andranik olmaqla, ingilis-fransız missiyasına verdiklәri vәdlәrә xilaf çıxaraq, 30
müsәlman kәndini dağıdıb oda tutmuşlar vә әmlakını qarәt etmişlәr. Qaçıb canını
qurtara bilmәyәn sakinlәr cinslәrindәn asılı olmayaraq vәhşicәsinә öldürülmüşdür”...
221
Zәngәzurda, Dağlıq Qarabağda yaranmış vәziyyәtlә әlaqәdar, Azәrbaycan
Cümhuriyyәtinin daxili işlәr naziri 1919-cu il yanvarın әvvәllәrindә hökumәtә tәklif etdi
ki, Şuşa, Cavanşir, Cәbrayıl vә Zәngәzur qәzaları Gәncә quberniyasının tәrkibindәn
Tofiq Köçərli
- 79 -
Qarabağ: Yalan və Həqiqət
çıxarılsın vә hәmin qәzalardan ibarәt müvәqqәti Qarabağ general-qubernatorluğu tәşkil
edilsin. 1919-cu il yanvarın 25-dә Azәrbaycan hökumәti hәmin tәkliflә razılaşdı. Şuşa,
Cavanşir, Cәbrayıl vә Zәngәzur qәzaları Gәncә quberniyası tәrkibindәn çıxarılaraq,
onlardan mәrkәz Şuşa olmaqla Qarabağ general-qubernatorluğu tәşkil olundu.
Azәrbaycanın birinci hökumәtindә hәrbi nazir olmuş Xosrov bәy Sultanov Qarabağa
general-qubernator tәyin edildi. Ermәnistan hökumәti general-qubernatorluq yaradılması
vә Sultanovun general-qubernator tәyin edilmәsi ilә әlaqәdar Azәrbaycan hökumәtinә,
müttәfiq qoşunların komandanı general Tomsona etiraz bildirdi.
222
Artıq Ermәnistan
hökumәti necә deyәrlәr, kartları tam açdı vә bu yerlәrin “çox hissәsinin Ermәnistan
әrazisinә daxil olmasını” vurğulayaraq, “general-qubernatorun funksiyasının vilayәtin
ermәni hissәsindә dayandırılmasını” tәlәb etdi. Mart ayında general Tomson İrәvanda
olanda Ermәnistan baş naziri onun qarşısında mәsәlәni belә qoydu: “Ermәnistan
hökumәti arzu edir ki, Qarabağın ermәnilәr yaşadığı dağlıq hissәsinin idarә olunması
milli şuranın (ermәni milli şurasının -T.K.) әlindә saxlansın... İdarә etmә üzәrindә ingilis
komandanlığının qoyacağı nәzarәt yalnız milliyyәtçә ingilis olan şәxs tәrәfindәn hәyata
keçirilә bilәr”.
223
Ermәnistan hökumәtinin etirazı, general Tomsonun qılığına girmәk cәhdi bir şey
vermәdi:
- әvvәla, Azәrbaycan hökumәti etirazı rәdd edәrәk bildirdi ki, “hәmin rayonlar
Azәrbaycanın şәksiz vә ayrılmaz hissәsidir” vә Ermәnistanın etirazı Azәrbaycanın
“suverenliyinә qәsddir, daxili işlәrimizә qarışmaq cәhdidir”;
224
- general Tomsonun nümayәndәsi Şatelvort 1919-cu ilin aprelindә Bakıdan Şuşaya
gәlәrәk ermәnilәrdәn Azәrbaycan Cümhuriyyәti hakimiyyәtini qәbul etmәyi, yaxud
general A.İ.Denikinin yazdığına görә, “Sultanovun qanuni hakimiyyәtini” tanımağı tәlәb
etdi;
225
- Şuşada ingilis hәrbi missiyasının razılığı ilә general-qubernator Sultanov ermәni
milli şurasının başçılarını tutub şәhәrdәn Tiflisә qovdu.
226
İyunun 6-da Yepiskop
Şahnazarov vә ermәni icmasının nümayәndәlәri Sultanovla görüşәrәk, Azәrbaycan
Cümhuriyyәtinin hakimiyyәtini qәbul etdiklәrini bildirdilәr;
Tofiq Köçərli
- 80 -
Qarabağ: Yalan və Həqiqət
- iyulun 30-da Şuşaya gәlәn baş nazir N.Yusifbәyov vә hәrbi nazir S.Mehmandarov
ermәni kilsәsindә çörәk-duzla qarşılandı. Yepiskop onları azәrbaycan dilindә
salamladı;
227
- müttәfiq dövlәtlәrin Zaqafqaziyada Ali Komissarı amerikan polkovniki Haskel
Bakıda N.Yusifbәyova bildirdi ki, o, “Qarabağın, o cümlәdәn Zәngәzurun qәti olaraq
Azәrbaycana keçmәsini zәruri hesab edir”;
228
- 1919-cu il avqustun 15-dә Şuşada keçirilәn Dağlıq Qarabağ ermәnilәrinin qurultayı
“Dağlıq Qarabağ ermәnilәrinin Azәrbaycan hökumәti ilә müvәqqәti sazişi”ni qәbul etdi.
Orada deyilirdi ki, “Qarabağın dağlıq hissәsi, ermәnilәr yaşayan (Dizaq, Vәrәndә, Xaçın
vә Carabet) rayonları, özünü müvәqqәti olaraq Azәrbaycan Respublikasının hüdud-
larında hesab edir”. Saziş mәsәlәnin Paris sülh konfransında hәll edilәcәyi vaxta qәdәr
qüvvәdә qalmalı idi.
229
Bu sazişin qәbul olunması Ermәnistanın Dağlıq Qarabağı “Ermәnistan әrazisi” elan
etmәk siyasәtinin iflası idi.
Hәmin saziş bir mәnalı qarşılanmadı. Әhali onu ümidlә qәbul etdi. Sazişin qәbul
olunmasında böyük xidmәti olan Qarabağ general-qubernatoru X.Sultanov sazişә yüksәk
qiymәt verәrәk bildirdi ki, “Azәrbaycan hökumәti vә onun nümayәndәlәri üçün nә ellin
(qәdim yunanların adı - T.K.), nә dә iudey (qәdim yәhudilәrin adı - T.K.) yoxdur, yalnız
Azәrbaycan Cümhuriyyәtinin vәtәndaşları var”, vәtәn-daşların bәrabәrliyi vә birliyi
prinsipi Qarabağda dönmәdәn hәyata keçirilәcәkdir. Tiflis qәzeti “Borba” yazırdı ki, “milli
düşmәnçiliklә yaşayan” daşnak partiyası “instinktiv olaraq hiss edir ki, bu sazişdә iki
xalqın düşmәnçiliyini dayandırmaq üçün hәr halda az da olsa rüşeym var. Lakin hәyat
partiya mövhumatçılığından vә dini fanatizmdәn güclüdür. Qarabağda sazişi hәyat
doğurdu, saziş ermәni-müsәlman mübahisәsini qırğınla yox, qarşılıqlı müqavilә yolu ilә
hәll etmәyin ilk ciddi tәcrübәsidir”
.230
Noyabrın 23-dә Tiflisdә Azәrbaycanla Ermәnistan arasında sülh sazişi imzalandı.
Razılığa gәlindi ki, (a) bütün mübahisәli mәsәlәlәr, o cümlәdәn sәrhәd mәsәlәlәri silah
gücünә yox, danışıqlar yolu ilә hәll edilmәlidir, (b) saziş imzalanan andan Azәrbaycan vә
Ermәnistan hökumәtlәrindәn heç biri bu vaxta qәdәr onun hakimiyyәtini tanımayan
rayonları silah gücünә özünә tabe etmәmәlidir.
Tofiq Köçərli
- 81 -
Qarabağ: Yalan və Həqiqət
Azәrbaycan qoşun hissәlәrini Zәngәzurdan çıxartdı. Ermәnistan isә sazişi pozdu.
Zәngәzura qoşun hissәlәri göndәrdi. O zaman Qarabağda olmuş ingilis jurnalisti
Skotland-Liddel Londona mәlumat verirdi ki, 23 noyabr sazişinin ardınca, ermәnilәr
“Azәrbaycan qoşunlarının getmәsindәn istifadә edәrәk xaincәsinә Zәngәzura
müsәlmanlar üzәrinә hücuma keçdilәr vә qırxa qәdәr müsәlman kәndini dağıtdılar...
Ermәnilәr Zәngәzura bu hücumlarının müvәqqәti müvәffәqiyyәt qazana-cağına şübhә
etmirlәr... Lakin bir gün gәlәcәkdir ki, bütün müsәlmanlar düşmәnlәri әleyhinә ayağa
qalxacaqlar vә hәmin gün gәlәndә heç nә ermәni xalqını xilas edә bilmәyәcәk” dir”.
231
İngilis jurnalisti hәm dә Londona bildirirdi: “Londonda ermәni bürosu var. Buna
bәnzәr tәşkilatlar Fransada da vә Birlәşmiş Ştatlarda da var. Onların әn sevdiyi metod
әn alçaq reklam üçün “xristian” sözündәn istifadә etmәkdir. Burada (Zaqafqaziyada)
hәqiqәti bilirlәr, әgәr ingilis ictimaiyyәti bilmirsә dә, ingilis nazirliklәri hәqiqәti bilmә-
lidirlәr”.
232
Ermәnistanın hәrbi tәcavüzü ilә әlaqәdar olaraq Azәrbaycan hökumәti dekabrın 30-
da müttәfiq dövlәtlәrin Zaqafqaziyada Ali Komissarı Haskeldәn ermәni tәcavüzünü
dayandırmaq üçün tәcili tәdbirlәr görmәyi tәlәb etdi. Xarici işlәr naziri F.X.Xoyski xüsusi
nota ilә Ermәnistan hökumәtini xәbәrdar etdi ki, dinc әhaliyә qarşı hәrbi әmәliyyatlar
dayandırılmasa, Azәrbaycan hökumәti öz vәtәndaşlarının hәyatını vә әm-lakını qorumaq
üçün tәxirә salınmaz tәdbirlәr görmәyә mәcbur olacaqdır.
Lakin Ermәnistan bu xәbәrdarlıqlara mәhәl qoymadı, әksinә, Dağlıq Qarabağda
Ermәnistanın tәxribatı daha da güclәndi.
Qarabağa münasibәtdә Ermәnistan hökumәti belә bir taktika seçdi: Qarabağın
ermәnilәr mәskunlaşan hissәlәrindә ermәni idarә sistemi yaratmaq üçün qızğın surәtdә
tәdbirlәr görmәk olduqca zәruridir”.
233
Demәli, Qarabağın ermәnilәr mәskunlaşan yerlәrindә ermәni hakimiyyәti yox,
Azәrbaycan hakimiyyәti var idi. Ona görә hәmin yerlәrdә ermәni hakimiyyәti yaratmaq
başlıca vәzifә hesab edilirdi.
Sonra: “(Qarabağa) göndәrilәn komissiya mümkün qәdәr böyük pul vәsaiti ilә tәhciz
olunur. Bu komissiya sәssiz-küysüz, hәtta respublikanın (Ermәnistanın - T.K.) adını dilә
Tofiq Köçərli
- 82 -
Qarabağ: Yalan və Həqiqət
gәtirmәdәn (Ermәnistanın “adını dilә gәtirmәdәn”! - T.K) Qarabağın ermәnilәr
mәskunlaşan hissәlәrindә mülki idarәçilik tәtbiq edib qaydaya salacaqdır”.
234
Demәli, Ermәnistan (a) Dağlıq Qarabağa “mümkün qәdәr böyük pul vәsaiti”
göndәrir, (b) İrәvandan gәlәn komissiya ermәni hakimiyyәti yaradarkәn “sәssiz-küysüz”
iş görmәli, (v) komissiya öz fәaliyyәtindә Ermәnistan Respublikasının “adını” belә dilә
gәtirmәmәli idi.
Sәnәddә sonra deyilirdi ki, Qarabağda mülki idarәçilik, yәni hakimiyyәt yaradanlar
“Respublika adından hәrәkәt etmәmәlidirlәr. İdarәçiliyi “yerli әhali yerli özünüidarә
şәklindә tәtbiq etmәlidir.
235
Demәli, Ermәnistanın Azәrbaycanın daxili işlәrinә qarışması, Dağlıq Qarabağda
tәxribatçılığı maksimum gizli şәkildә aparılmalıdır. Elә tәsәvvür yaradılmalıdır ki, Dağlıq
Qarabağda baş verәn hadisәlәrdә guya Ermәnistanın heç bir әli vә iştirakı yoxdur, orada
gedәn bütün proseslәr Qarabağın yerli әhalisinin öz tәşәbbüsüdür, öz işidir.
Hәmin taktika Dağlıq Qarabağda dönmәdәn hәyata keçirilirdi. 1922-ci ildә
Tevodrosun yazdığına görә, Ermәnistan hökumәti 1919-cu ilin axırlarında Dağlıq
Qarabağı “azad etmәk üçün” 19 milyon manat pul ayırdı. Emissarlar hәmin pulla
İrәvandan gәldikdәn sonra Dağlıq Qarabağda “azadlıq” qarışıqlığı başlandı vә emissarlar
Qarabağ kәndlәrini öz avantyuralarına cәlb etmәyә girişdilәr.
236
Emissarların vә
separatçıların tәhriki ilә 1920-ci il martın 22-dәn 23-ә keçәn gecә Dağlıq Qarabağda
Azәrbaycan hakimiyyәtinә qarşı silahlı çıxış tәşkil olundu. Şuşada, Xankәndindә vә digәr
yerlәrdә yerlәşmiş Azәrbaycan milli ordu dәstәlәrinә qәflәtәn hücum edildi. Ermәni
silahlı qüvvәlәri hәtta strateji әhәmiyyәtli Әsgәran qalasını tutmağa nail oldular. Burada
Dәli Qazarın komandanlığı altında 4 minә yaxın ermәni silahlı qüvvәlәri cәmlәşdi.
Yaranmış şәraitdә Azәrbaycan milli ord hissәlәri general Sәlimovun komandanlıq
altında qәti hücuma keçәrәk aprelin 2-d Әskәranı azad etdilәr. Bu döyüşlәrdә Dәl Qazar
öldürüldü. Ertәsi günü Azәrbaycan qoşun hissәlәri döyüşsüz Xankәndinә daxil oldular.
Ermәni qoşun hissәlәri Şuşa-Xankәndi yoluna nәzarәti әlә almağa vә Şuşadakı
Azәrbaycan hәrbi dәstәsini mühasirәyә almağa cәhd göstәrdilәr. Lakin onların cәhdi baş
tutmadı. Nәticә etibarı ilә ermәni silahlı qüvvәlәri darmadağın edildilәr.
Tofiq Köçərli
- 83 -
Qarabağ: Yalan və Həqiqət
Mirzә Bala Mәmmәdzadә haqlıdır: “Azәrbaycan ordusu bütün qabiliyyәt vә
sәriştәsini,; “Әskәran müharibәsi” adı ilә mәşhur olan müharibәdә göstәrdi...
Azәrbaycan ordusu Şuşa; qalasına daxil ola bildi vә Şuşanı, Xankәndini qoruyan
әsgәrlәrә qarışdı. Ermәnilәrin tarmar olunması ilә nәticәlәnәn, bu müharibәdәn sonra
cәbhәyә gәlәn Azәrbaycan hәrbiyә naziri Sәmәd paşa (Mehmandarov - T.K.) şәxsәn
xain düşmәnә qarşı göstәrdiyi igidliyә görә zabitlәrә vә orduya tәşәkkür etmişdir:
“Qәhrәman әsgәrlәr. Mәn şәxsәn Almaniya cәbhәsindә bir çox vuruşmalarda olmuşam,
ancaq sizin qәdәr qәhrәman әsgәrlәrә nadir hallarda rast gәlmişәm. Siz mәnim
ümidlәrimi qüvvәtlәndirdiniz. Siz öz qanınızla gәnc Azәrbaycan ordusunun namusunu
qorudunuz”.
237
Belәliklә, Dağlıq Qarabağı hәrbi yolla Azәrbaycandan ayırıb Ermәnistana birlәş-
dirmәk cәhdi bu dәfә dә boşa çıxdı.
Ermәni mәnbәlәrinә görә, o zaman 30 min ermәni mәhv olmuşdu. Zәnnimcә, bu
rәqәm şişirdilmişdir, lakin ermәnilәrin külli miqdarda itki vermәlәri faktdır.
Bu faciәnin başlıca sәbәbkarı, tәşkilatçısı Ermәnistan idi, daşnak partiyası idi.
Qarabağ ermәni tәhsil müәssisәlәri inspektoru R.Şaxnazarov aprel ayında Bakıya ermәni
yepirkopu Baqrata yazmışdı:
“Qarabağın sәadәti Araratın agentlәrinin әmәllәri ilә mәhv edilmişdir. Yuxarı
Qarabağ ermәnilәrinin bәdbәxtliyi üçün bütün mәsuliyyәt daşnak hökumәtinin üzәrinә
düşür. Daşnak bandalarının hәrbi kazarmalara vә qaraul mәntәqәlәrinә alçaq vә xain
basqını Şuşada vә Xankәndindә vә deyilәnә görә xәtt boyu eyni vaxtda baş vermişdi.
Yepiskop hәzrәtlәri, bunu bütün hәmyerlilәrimizә bildirmәk Sizin borcunuzdur.
Bәdbәxtliyin qarşısını almaq üçün gördüyümüz bütün işlәr daşnakların alçaqlığı vә siyasi
idiotizmi ilә puç oldu. Ermәni xalqı bizim dinc yaşayışımızı pozub mәhv edәnlәri
tanımalıdır. Qarabağ qanlı hadisәlәr dairә-sindәn kәnarda qalmalıydı, qala bilәrdi vә
әgәr daşnakların avantürası olmasaydı, şübhәsiz, qalardı.
Bütün namuslu işçilәrlә * ermәnilәrlә vә müsәlmanlarla birlikdә bütün gücünüzü
bәdbәxtliyin qarşısını almağa verin. Ermәni xalqının düşmәnlәrinә t gözәl vә dinc
Qarabağı mәhv edәn daşnaklara lәnәt olsun”.
Tofiq Köçərli
- 84 -
Qarabağ: Yalan və Həqiqət
Hәmin qarmaqarışıqlıqda, aprelin axır-larında “Dağlıq Qarabağın әmәkçi kәndlilәrinin
doqquzuncu qurultayı” Dağlıq Qarabağın Azәrbaycan Cümhuriyyәti hüdudlarında olması
haqqında sazişin guya Azәrbaycan hökumәti tәrәfindәn pozulmasını nәzәrә alaraq,
“Dağlıq Qarabağın Ermәnistan Respublikasına birlәşdirilmәsini elan” etdi.
Bu qәrarı Yerevanda rusca “Kommunist” qәzetindә çap edәn (13 iyul 1989)
V.Evoyan belә qәnaәtә gәlmişdir ki, hәmin qәrarla “1920-ci ilin aprelindә, yәni
Azәrbaycanda Sovet hakimiyyәti qurulması әrәfәsindә Arsax Ermәnistanla tәzәdәn
birlәşmişdir”.
Sadә bir sual doğur: Hәmin qәrardan sonra Dağlıq Qarabağın әrazi statusunda
hansısa bir dәyişiklik baş vermişdimi? Vermişdisә, hansı şәkildә, Hansı qaydada
olmuşdu? Sәnәdlәr sübut edir ki, heç bir şәkildә Dağlıq Qarabağ Ermәnistanla “yenidәn
birlәşmәmişdi”. O, siyasi, hüquqi vә inzibati cәhәtdәn Azәrbaycanın tәrkibindә qalmaqda
davam etmişdi. Bir günlüyә dә Dağlıq Qarabağ Ermәnistanın tәrkibinә daxil
olunmamışdı. Hәtta Ermәnistan hökumәti, Ermәnistan parlamenti hәmin qәrara heç bir
rәsmi münasibәt bildirmәmişdi. Hәmin qәrar kağız üzәrindә qalmışdı.
Ermәnistan Xarici İşlәr Nazirliyi 1920-ci il mayın 3-dә Leninә vә Çiçerinә teleqram
göndәrәrәk, Dağlıq Qarabağda baş vermiş böyük miqyaslı hәrbi münaqişә üçün tәqsiri
artıq devrilmiş Azәrbaycan Cümhuriyyәti hökumәtinin boynuna atmağa çalışdı. Guya
ermәnilәr yox, Azәrbaycan hökumәti Dağlıq Qarabağ ermәnilәri ilә 1919-cu il avqustun
T5-dә bağlanan müvәqqәti sazişi pozubmuş (Artıq qeyd olunduğu kimi, hәmin sazişlә
Qarabağın ermәnilәr yaşayan dağlıq hissәsi “özünü müvәqqәti olaraq Azәrbaycan
Cümhuriyyәtinin hüdudlarında” hesab etmişdi). Bu, heç bir әsası olmayan iddia idi.
Mәhz Ermәnistan 1918-ci ildә Dağlıq Qarabağa iddia irәli sürmüşdü. Mәhz
Ermәnistan Dağlıq Qarabağ problemini hәrbi yolla hәll etmәyә girişәrәk, qanlı faciәyә
bais olmuşdu. Onu da xatırladaq ki, 1919-cu ildә Ermәnistan Paris sülh konfransına
tәqdim etdiyi tәlәblәrdә nә az, nә çox Türkiyәnin yeddi şәrq vilayәtinә vә dörd Kilikiya
sancağına, Qars vә Әrdәhana, bütün keçmiş İrәvan quberniyasına, o cümlәdәn
Naxçıvana, keçmiş Tiflis quberniyasının cәnub hissәsinә vә keçmiş Yelizavetpol
quberniyasının cәnub hissәsinә, o cümlәdәn Dağlıq Qarabağa iddia etmişdi. Bununla
әlaqәdar İngiltәrәnin baş naziri Lloyd Corc bildirmişdi ki, ermәnilәr Aralıq dәnizindәn
Tofiq Köçərli
- 85 -
Qarabağ: Yalan və Həqiqət
Qara dәnizәdәk böyük bir әrazilәri bir vaxtlar mövcud olmuş ermәni çarlığına istinad
edәrәk tәlәb edirlәr, lakin bu әrazilәrdә ermәnilәr әhalinin çox aşağı faizini tәşkil edirlәr.
Paris sülh konfransında Azәrbaycan nümayәndә heyәtinin üzvü M.Mehdiyev sәrrast
demişdir: “Ermәni millәtçilәri vә dövlәt başçıları mövcud Ermәnistan әrazisini it ilindә
onlara mәxsus olmuş tarixi әrazi sәviyyәsinә çatdırmaq kimi gülünc vә xam bir xәyala
düşdülәr”.
239
İngiltәrәnin xarici işlәr naziri Kerzon isә, 1920-ci ilin martında İngiltәrә
parlamentindә bәyan etmişdi: “Mәnә belә gәlir ki, siz ermәnilәri sәkkiz yaşında tәmiz vә
mәsum bir qız kimi zәnn edirsiniz. Bu fikirdә çox yanılırsınız. Halbuki ermәnilәr özlәrinin
son vәhşi davranışları ilә nә qәdәr qan tökәn bir xalq olduqlarını qeyd-şәrtsiz isbat
etmiş”lәr”.
240
Deyәsәn, bu gün Stupişinlәr dә “ermәnilәri sәkkiz yaşında tәmiz vә mәsum bir qız”
sanırlar!
Mәhz Ermәnistanın Azәrbaycana әrazi iddiaları irәli sürmәsi vaxtı ilә o qәdәr şәksiz
vә aydın idi ki, bunu keçmiş SSRİ mәkanında demәk olar, әksәr müәlliflәr, o cümlәdәn
ermәni müәlliflәri etiraf etmişdilәr. Mәsәlәn, Rusiya tarixçisi V.Qurko-Kryajin 1926-cı ildә
nәşr edilmiş “Böyük Sovet ensklopediyası”nda yazmışdı: “Daşnaklar... Gürcüstanın
tәrkibinә daxil olan Әhәlkәlәk vә Borçalı әrazilәrinә vә Azәrbaycanın tәrkibinә daxil olan
Qarabağa, Naxçıvan diyarına, böyük Yelizavetpol quberniyasının cәnub hissәsinә
yiyәlәnmәk iddiasında olduqlarını bildirdilәr. Hәmin әrazilәri zorla ilhaq etmәk cәhdlәri
Gürcüstanla müharibәyә (dekabr 1918) vә Azәrbaycanla uzun, qanlı mübarizәyә sәbәb
oldu. Nәticәdә mübahisәli rayonların әhalisi 10-30 faiz azaldı vә bir sıra yaşayış
mәntәqәlәri, sözün әsl mәnasında, yerlә yeksan edildi. Daşnak partizanlarının Möhkәm
qәrar tutduqları Qarabağda xüsusilә amansız mübarizә gedirdi...”.
241
Bәlkә o zaman, yaxud sonra kimsә, yaxud ermәni tarixçilәri Qurko-Kryajinin hәmin
obyektiv, tarixi hәqiqәti düzgün әks etdirәn fikrini tәkzib ediblәr? Әsla yox. Әksinә,
ermәni tarixçilәrinin özlәri Qurko-Kryajinin fikrini tәsdiq edib tәkrarlayıblar. Qurko-
Kryajinin fikri 1983-cü ildә Moskvada nәşr olunmuş “Гражданская война и военная
интервенция в СССР” adlı - ensiklopediyada tәkrar edilibdir. Ermәni müәlliflәrinin
hәmin kitaba daxil edilmiş mәqalәsindә deyilir ki, “daşnaklar Gürcüstan burjua
Tofiq Köçərli
- 86 -
Qarabağ: Yalan və Həqiqət
respublikasının tәrkibinә daxil olan Әhәlkәlәk vә Borçalı әrazilәrinә vә Azәrbaycan burjua
respublikasının tәrkibinә daxil olan Qarabağa, Naxçıvan diyarına vә Yelizavetpol
quberniyasının cәnub hissәsinә iddia irәli sürdülәr”.
242
Kimin Dağlıq Qarabağa iddia irәli sür-mәsi haqqında tarixi hәqiqәt Qurko-Kryajinin
dediyindәdir, adı çәkilәn ensiklopediyada ermәni müәlliflәrinin özlәrinin yazdıqlarındadır.
1988-ci ildә Dağlıq Qarabağ hadisәlәrinin başlanması ilә әlaqәdar ermәni müәlliflәri
valı dәyişdilәr. İ.Lenski orijinallıq etmәmişdir, o, sadәcә hәmin tәzә ermәni valına
oynamışdır. Lakin bir mәsәlәdә Lenski “orijinallıq” göstәrmişdir: yazmışdır ki, o zaman
(Dağlıq Qarabağ mәsәlәsindә) “dünya Azәrbaycanın hәrәkәtlәrinә tәnqidi yanaşdı vә
onun Millәtlәr Cәmiyyәtinә qәbul olunması rәdd edildi”..
Bununla әlaqәdar aşağıdakıları demәk lazımdır:
a) O zaman dünyanın (ABŞ, İngiltәrә, Fransa, Almaniya vә digәr dövlәtlәrin
hökumәtlәrinin) Dağlıq Qarabağ mәsәlәsindә hansı mövqe tutması, Dağlıq Qarabağ
mәsәlәsinә rәsmi münasibәt bildirib bildirmәmәsi, hәmin mәsәlә ilә әlaqәdar
Azәrbaycana, yaxud Ermәnistana tәnqidi yanaşıb-yanaşmaması mәlum deyil. Mәlum
olan odur ki, müttәfiq dövlәtlәrin Zaqafqaziyada Ali Komissarıq amerikan polkovniki
Haskel Azәrbaycanın mövqeyini әdalәtli saymış, “Qarabağın, o cümlәdәn Zәngәzurun
qәti olaraq Azәrbaycana keçmәsini zәruri” hesab etmişdir. Mәlum olan odur ki, müttәfiq
qoşun-ların Bakıda komandanı ingilis generalı Tomson vә onun nümayәndәlәri Dağlıq
Qarabağda separatizmә qarşı çıxmışlar, Andraniki Azәrbaycan hüdudlarını tәrk etmәyә
vadar etmişlәr vә Dağlıq Qarabağda Azәrbaycan Cümhuriyyәti hakimiyyәtinin bәrqәrar
olmasına kömәk etmişlәr. İstәr Haskelin, istәrsә dә Tomsonun Dağlıq Qarabağ
mәsәlәsinә münasibәtlәri bu vә ya başqa şәkildә müttәfiq dövlәtlәrin mövqeyini әks
etdirmәyә bilmәzdi. Heç dә tәsadüfi deyildi ki, 1919-cu ilin iyununda Parisdә Fransa
prezidenti Puankare ilә görüşәrkәn, Andranik müttәfiqlәrin Dağlıq , Qarabağ
mәsәlәsindәki mövqeyindәn narazı olduğunu bildirmişdi.
243
b) Azәrbaycan, elәcә dә Gürcüstan vә Ermәnistan Millәtlәr Cәmiyyәtinә üzv olmağa
çalışırdılar. Bunun üçün birinci növbәdә müstәqilliyin dünya dövlәtlәri tәrәfindәn
tanınmasına nail olmaq lazım idi. Hәmin istiqamәtdә Azәrbaycan hökumәti, Paris
konfransına göndәrilmiş nümayәndә heyәti olduqca gәrgin vә sәmәrәli iş aparmışdılar.
Tofiq Köçərli
- 87 -
Qarabağ: Yalan və Həqiqət
Bunun nәticәsi idi ki, mәsәlәn, o zaman dünya liderlәrindәn olan İngiltәrә hökumәtinin
başçısı Lloyd Corc Azәrbaycanın müstәqilliyini tanımaq tәrәfdarı olmuşdu, 1919-cu ilin
noyabrında o, ABŞ dövlәt katibinin müavini Polka demişdi ki, “Gürcüstan, Azәrbaycan,
Ukrayna, Bessarabiya, Baltik әyalәtlәri vә Finlandiya, ola bilsin ki, Sibirin müstәqilliyi
tanınmalıdır”.
244
Lloyd Corcun Azәrbaycanın müstәqilliyinin tanınmasını lazım bilmәsi vә Ermәnistanın
müstәqilliyini tanımaq mәsәlәsini dilinә gәtirmәmәsi ermәnilәri çox pәrişan vә narahat
etmişdi. Bununla әlaqәdar ermәni mәtbuatı yazırdı: “ermәni xalqı böyük tәәssüf hissilә
bildirir ki, bizim ümidlәrimiz boşa çıxmışdır, uzun müddәt әrzindә bizim yerit-
diyimiz ingilispәrәst siyasәt nәticәsiz qur-tarmışdır”.
245
1920-ci il yanvarın 11-dә Paris sülh konfransının Ali Şurası İngiltәrә xarici işlәr naziri
Kerzonun tәklifi ilә Azәrbaycanın vә Gürcüstanın müstәqilliyi de-fakto tanıdı. Az sonra
Ermәnistanın da müstәqilliyi de-fakto tanındı.
Nәhayәt, Azәrbaycan digәr yeni dövlәtlәrlә yanaşı, Millәtlәr Cәmiyyәtinә qәbul
olunmasını xahiş etmişdi. Lakin Azәrbaycan, Ermәnistan vә bir sıra başqa dövlәtlәr hәlә
de-yure tanınmadığından, onların Millәtlәr Cәmiyyәtinә qәbul edilmәsi mәsәlәsi
müvәqqәti dayandırılmışdı.
246
Dağlıq Qarabağ mәsәlәsinin Azәrbaycanın Millәtlәr Cәmiyyәtinә qәbul edilmәsi
mәsәlәsinә heç bir tәsiri olmamışdı. Mәhz de-yure tanınmasına görә Azәrbaycanın
Millәtlәr Cәmiyyәtinә qәbul edilmәsi tәxirә salınmışdı. hәmin sәbәbdәn dә Ermәnistan vә
Gürcüstan respublikaları Millәtlәr cәmiyyәtinә qәbul olunmamışdı.
Tofiq Köçərli
- 88 -
Qarabağ: Yalan və Həqiqət
Dostları ilə paylaş: |