Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan


Rəvvadilər dövləti.( 981- 1054 )



Yüklə 227,84 Kb.
səhifə20/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   ...   16   17   18   19   20   21   22   23   ...   66
null-23

Rəvvadilər dövləti.( 981- 1054 ) Rəvvadi nəslinin Azərbaycana ilk gəlişi VIII əsrin sonlarına təsadüf edilir.Bu dövrdə Əzd qəbiləsindən olan yəmənli Rəvvad öz qəbiləsi ilə Təbrizə gəliblər.Rəvvadilər əvvəlcə sacilərə , sonra isə salarilərə vergi ödəyirdilər.Rəvvadi nəslindən olan Əhər hakimi Əbülheyca Salarilərin zəifləməsindən istifadə edərək onlara vergi verməkdən imtina etdi.Əbülheyca Salari hökmüdarı İbrahimə tabe olmadı, ona qarşı mübarizəyə başladı və 981-ci ildə qalib gələrək Rəvvadilər dövlətini yaratdı.Paytaxt Ərdəbildən Təbrizə köçürüldü.Təbriz , Marağa və Əhərdə hakim olan Rəvvadilər bütün Cənubi Azərbaycanı ələ keçirdilər,Ərməniyyə, Xoy, Urmiyanı tutdular.Əbülheycanın varislərindən olan Əbu Mənsur Vəhsudanın ( 1020- 1059 ) dövründə dövlətin möhkəmlənməsi üçün tədbirlər görüldü.

1028-ci ildə Qəznəvi hökmüdarı Mahmud ( 998- 1030 ) qiyam qaldıran oğuzlara zərbə vurdu. 2000 oğuz-səlcuq ailəsi rəvvadilər dövlətinin ərazisinə pənah gətirdilər.Vəhsudan onları qəbul etmiş, onlara torpaq sahələri ayırmışdı.Vəhsudan onlardan bizans- erməni- gürcü feodallarına və mərkəzi hakimiyyətə tabe olmayan feodallara qarşı istifadə etmişdi.

1042- ci ildə Təbrizdə baş verən güclü zəlzələ nəticəsində 40 mindən artıq insan həlak oldu, binalar, müdafiə istehkamları, qalalar dağıldı.Təbriz bərpa olunmamış 1054-cü ildə səlcuq sultanı Toğrul bəyin başçılığı altında səlcuq qoşunları Təbrizə yaxınlaşdılar.Vəhsudan və onun oğlu II Məmlan müqavimət göstərməyə hazır olmadıqlarından Toğrul bəyin hakimiyyətini tanımağa məcbur oldular.1059-cu ildə Vəhsudan öləndən sonra Toğrul bəy II Məmlanı Azərbaycana hakim təyin etdi.

1063-cü ildə səlcuqlar Xoy şəhərindən on min dinar xərac tələb etmişdilər .Şəhər hakimi bu pulu verməkdən imtina edəndə şəhər səlcuqlar tərəfindən mühasirəyə alındı.Əhali səlcuqlardan aman diləyib şəhəri təslim etdilər.Səlcuqlar əhalidən 30-min dinar xərac alsalar da, əhaliyə də divan tutdular. İ Toğrulun vəfatından sonra onu qardaşı oğlu Alp Arslan əvəz etdi.Onun dğvründə Rəvvadilər səlcuqlardan asılı olsalar da müstəqil olmağa cəhdlər göstərirdilər.Bu hərəkətlərinə görə Məmlan Hakimiyyətdən kənar edildi, uşaqları ilə birlikdə zindana salındı.Təbriz səlcuq əmiri tərəfindən idarə olundu.Bir əsrə qədər mövcud olmuş Rəvvadilər dövləti Azərbaycanın siyasi-iqtisadi və mədəni həyatında mühüm rol oynamışdır.

Şirvanşah Məzyədilər,Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər sülalələri mənşəcə müxtəlif olsalar da, onların yaratdıqları dövlət Azərbaycan ərazisində milli zəmində,dövlətçilik ənənələri əsasında yaranmışdı.Lakin xırda dövlətlər xarici hücumların və ara müharibələrinin qarşısını ala bilmirdi.


Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin