Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan



Yüklə 227,84 Kb.
səhifə41/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   ...   37   38   39   40   41   42   43   44   ...   66
null-23

Hürufilik təlimi.

Hürufilik hərf sözündəndir, şiəlikdə təriqətdir. Teymurilərin zülmünə qarşı narazılıq durmadan artırdı. XIV əsrin sonlarında Azərbaycanda Teymurilərin hökmüranlığına qarşı yönəldilmiş dini-siyasi hərəkat- hürufilik yayılmağa başladı.Bu təlimin banisi Şeyx Fəzlullah Cəlaləddin Nəimi idi.Hürufilik Allahın təbiətdə, əşyada, sözdə, xüsusən insanda təcəssümünü əsas götürürdü. Hürufilər Allahın Fəzlullahda təcəssüm etdiyinə inanırdılar. Həmin təlimə əsasən insan öz varlığında olan ilahi ünsürü əxlaqi mənəvi təkamül yolu ilə inkişaf etdirir və Allah dərəcəsinə yüksəlir, onunla eyniyyət təşkil edir. Hürufilər deyirdilər ki, hökmüdarlar və din xadimləri ədalətsiz, qaniçən və riyakardırlar. İnsanları ədalətə qovuşdurmaq üçün yeni tipli hökmüdar, kamil insan lazımdır. Belə insan isə Fəzlüllahdır. Fəzlüllah Allahın timsalı, onun naibi və əvəzidir. O, öz qüvvəsi ilə ədalətsizliyi, qanlı müharibələri, zülmü, işğalçılığı, soyğunçuluğu aradan qaldıracaq, dini ehkamların mənasız qanun-qaydalarını; oruc, namaz, məscid xurafatını ləğv edəcəkdir. Göründüyü kimi bu cərəyan fəal fəlsəfi panteizmə əsaslanır və praktik sosial-siyasi məqsəd güdürdü.

Hürufilikdə Allah eyni zamanda söz-kəlam şəklində təcəssüm edir, sözlər isə hərflərlə ifadə olunur. Deməli, Allah sözlərdə təcəssüm etdiyi üçün eyni zamanda hərflərdə əyan olur Hürufiliyə görə Allahın yaratdığı dünya daim dövr edir və bu görünən dəyişikliklərin səbəbidir. Allah iki yolla təzahür edir; Allahın özünəbənzər yaratdığı insanda və Allahın nitqində - Quranda və şeylərin adında. Allahın insanda təzahürü insanın qurtuluşu pillələrindən ibarət üç mərhələyə ayrılır; Peyğəmbərlik (nöbüvvət), ilahi himayədarlıq (vilayət) və ilahilik (uluhiyyat).Peyğəmbərlik Məhəmmədlə başa çatmışdır, ondan sonra ilahi himayədarlar şiə imamları gəlir. Nəimi isə axırıncı himayədar və həm də birinci canlı Allahdır (xuda), üçüncü mərhələnin banisidir.

Hürufilik ilk dəfə Naxçıvanda, Astrabadda yayılmış, teymurilərə qarşı mübarizədə əhəmiyyətli rol oynamışdır. Fəzlullah Nəimi Teymurun əmri ilə 1394-cü ildə Miranşah tərəfindən həbs olunaraq dəhşətli şəkildə öldürülmüşdür. Hürufiliyin digər görkəmli nümayəndəsi İmadəddin Nəsimi, Əbdülhəsən Əli ül-Əla və başqaları idi. İmadəddin Nəsimi 1417-ci ildə Suriyanın Hələb şəhərində tutulmuş, dərisi soyularaq edam edilmişdir. Azərbaycanın görkəmli şairi M. Füzulinin şerlərind. Hürufilik motivləri vardır.




Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin