Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan


I İbrahimin xarici siyasəti və Azərbaycan torpaqlarını birləşdirmək cəhdi



Yüklə 227,84 Kb.
səhifə40/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   ...   36   37   38   39   40   41   42   43   ...   66
null-23

I İbrahimin xarici siyasəti və Azərbaycan torpaqlarını birləşdirmək cəhdi.

Azərbaycanın cənub vilayətlərini və Əlincə qalasının tutulması Şirvanı da böyük təhlükə altına atırdı. Yenicə hakimiyyət başına gəlmiş və döləti tam möhkəmləndirə bilməmiş I İbrahim Şirvanın təhlükəsizliyi qayğısına qalaraq Teymurla danışıqlara girdi və 1386-cı ilin payızında hədiyyələrlə Teymurun Kür sahilində, Bərdə yaxınlığındakı düşərgəsinə getdi. Rəvayətə görə Şirvanşah Teymurun hüzuruna gedəndə külli miqdarda cəvahirat və ipəklə birgə səkkiz qul aparıbmış. Əmir Teymurun düşərgəsində İbrahimin karvanından yükü qəbul edən mehtər soruşub:”Qayda üzrə hədiyyənin üstündə doqquz qul verərlər, sən niyə səkkizini gətirmisən ?” İbrahim cavabında deyib:”doqquzuncu qul özüməm”. Güya Əmir Teymura da xoş gələn bu olub. Bir başqa səlnaməçi özündən əvvəlki səlnaməçinin “doquzuncu qul” əhvalatını təkzib etmədən yazır ki, hədiyyələrin üstündə şah Nizaminin yeddi gözəl i timsalında yeddi dünya gözəli aparıbmış. Əmir Teymur hədiyyələr qoyulan çadırda yeddi rəng tül altında dayanmış gözəllərə valeh olub və elə buna görə də İbrahimdən xoşu gəlib. İ İbrahimlə danışıqlar zamanı Dərbənd keçidinin qızılordalılardan qorunması Şirvan qoşununa həvalə olundu. Eyni zamanda şirvanlılar Teymurun hərbi yürüşlərində iştirak etməli idilər. Hələ 1387-ci ilin əvvəlində Toxtamışın dəstələri Dərbənddən ikinci dəfə Azərbaycana soxulanda Miranşahın Kürün şimalında yerləşən qoşununa qarşı dura bilməyib geri çəkildi. İki qorxulu fatehlə vuruşmağın çətinliyini dərk edən İbrahim Teymurla ittifaq bağlayıb Toxtamışa qarşı çıxdı və vuruşmalarda öz döyüşçüləri ilə iştirak etdi.1395-ci il aprelin 15-də Terek çayı sahilində vuruşmada Teymur Şirvan qoşunları ilə birlikdə Toxtamışın hərbi qüvvələrini məğlub etdi. Toxtamış Volqadan şərqdəki torpaqlarını itirdi.Toxtamışı Sibir xanı Şadı bəy öldürdü. İ İbrahimin Şirvan qoşunları və Seyid Əhmədin Şəki dəstələri 1402-ci ildə Osmanlı Sultanı İldırım I Bəyazidə qarşı Teymurun yürüşündə iştirak etdilər. Osmanlı qoşunları Ankara yaxınlığında məğlub oldu. Bu qələbədən sonra Yaxın Şərqin xeyli hissəsi Teymurun əlinə keçdi.

I İbrahim Şirvanı möhkəmləndirmək və Azərbaycan torpaqlarını birləşdirmək siyasətini yeridərək Teymur hakiniyyətindən öz məqsədləri üçün istifadə edirdi. İ İbrahim Teymurla Toxtamış arasında olan ədavətdən istifadə edərək Şirvanı düşmən hücumundan qurtardı və Şirvan daxilən müstəqil qaldı. Şirvanşah öz təsirini Qarabağ, Şəki, Dərbənd və Qəbələyə yaymağa müvəffəq oldu. Teymur Dərbəndin müdafiə istehkamlarını təmir etdirdi. Dərbənddən Şabran-Şamaxı yolu ilə Kür çayının sahilinə gəlib Şeyx İbrahimi Şirvan vilayətinin hakimi təyin etdi. I İbrahim 1398- ci ildə Şəki vilayətinin hakimliyini Əlincə ətrafındakı döyüşlərdə həlak olmuş Seyid Əlinin oğlu Seyid Əhmədə qaytarmaq barədə Teymurun razılığını aldı. I İbrahimin köməyi ilə gürcü çarı VII Georgi Teymurla sülh müqaviləsi bağladı. I İbrahimin köməyi ilə Gürcüstan Teymurun talanlarından xilas oldu.

Əmir teymurun vəfatından sonra onun yaratdığı imperiya parçalanmağa başladı. Bundan istifadə edən I İbranim teymurilərə qarşı yeni siyasi xətt yeritməyə başladı. Çünki, 1406-1410-cu illərdə Azərbaycan ərazisi Teymurilər, Cəlairilər və Qaraqoyunlular arasında mübarizə meydanına çevrildi. Bundan istifadə edən I İbrahim Azərbaycan torpaqlarını birləşdirmək siyasətini davam etdirdi. Gəncə, Şəki, Qarabağ, Təbriz, Ərdəbil, Marağa və başqa yerlərdə teymurilərə qarşı başlamış xalq hərəkatından istifadə edən I İbrahim Gəncə və Qarabağı tutdu. O, teymurilərə qarşı mübarizə aparan qüvvələri birləşdirməyə çalışaraq, gürcü çarı Konstantin, Şəki hakimi seyid Əhməd, Ərdəbil hakimi Bəstam Cəyir, Qaraman tayfasından Yarəli ilə ittifaqa girdi.

I İbrahim öz qüvvələrini Kür shilinə toplayıb Təbrizə hücuma hazırlaşırdı. Bunu eşidən teymuri Mirzə Ömər Qarabağa hücum etdi. Lakin Kür sahilidə döyüşdə məğlub oldu. Bu zaman Təbrizdə üsyan baş verdi və üsyançılar hakimiyyəti ələ keçirdilər, I İbrahimdən kömək istədilər. 1406-cı ilin mayında I İbrahim Təbrizə daxil oldu. Lakin 1406-cı ilin iyununda Sultan Əhməd Cəlairi və Qara Yusif Təbrizə yaxınlaşdılar. Bunu eşidən I İbrahim Təbrizi tərk edib Şirvana qayıtdı. Onun Azərbaycan torpaqlarını birləşdirmək cəhdi baş tutmadı


Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin