Fakültə: Filologiya İxtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi Qrup: AZD-2104B Tələbə: Alıyeva Jalə Müəllim: b.m. Əliyev Həsən Fənn: Mülki müdafiə və ilkin tibbi yardım Mövzu: Azərbaycan Respublikası ərazisi üçün ehtimal olunan təbii fəlakətlər və bu zaman əhalinin davranışı.
BAKI-2022 Təbii fəlakətlər (zəlzələ, sürüşmə, uçqun, sel, marxal) zonalarından (yaşayış məntəqələrindən) əhalinin köçürlməsinə belə fəlakət qorxusu yaranarkən dərhal, plan üzrə başlanır, köçürülən əhali, yaranmış konkret vəziyyətdən asılı olaraq, təhlükəsiz sahələrdə yerləşdirilir. Bu zaman köçürüləcək əhalinin sayı hər bir konkret vəziyyət nəzərə alınmaqla müəyyən edilir. Əhali piyada sürətdə, habelə idarə mənsubiyyətindən asılı olmayaraq bütün nəqliyyat vasitələrində daşınır.
Yuxarıda sadalanan bütün hallarda zədələnmiş şəxslərin onlara ixtisaslı yardım göstərilməsi üçün köçürülməsi – təcili tibbi yardım stansiyalarının nəqliyyat vasitələrində və şəhər nəqliyyatının bütün növlərindən istifadə olunmaqla yerinə yetirilir. Təbii fəlakət rayonlardan köçürülən əhaliyə tibbi xidmət ərazi səhiyyə orqanları tərəfindən göstərilir, lazımi hallarda onlar qonşu rayonların səhiyyə orqanların hesabına gücləndirilir.
Köçürülən əhali şəhərdənkənar zonadakı (təhlükəsiz sahələrdəki) şəhər və yaşayış məntəqələrinin mənzillərində, inzibati binalarda, istirahət evlərində, pansionatlarda, pioner düşərgələrində və abadlaşdırlmış çadır şəhərciklərində yerləşdirilir.
Təbii xarakterli fövqəladə vəziyyətlər Təbii fəlakətlər – insan iradəsinə tabe olmayan, təbiət qüvvələrinin hərəkəti nəticəsində qəflətən baş verən, çoxsaylı insan itkisi, böyük maddi zərər və başqa ağır nəticələrə səbəb olan faciəli təbii təzahür və ya proseslərdir.
Təbii fəlakətlərə zəlzələlər, vulkan püskürmələri, sellər, sürüşmələr, uçqunlar, daşqınlar, quraqlıqlar, qasırğalar, tufanlar, qar basqınları və uçqunları, uzun müddətli güclü yağışlar, güclü davamlı şaxtalar, genişmiqyaslı meşə və torf yanğınları aiddir. Bura həm də 1974-ci ildə Venesuella Konfransında epidemiyalar, epizootiyalar, epifitotiyalar, meşə və kənd təsərrüfatı zərərvericilərin kütləvi yayılması da daxil edilmişdir.