FÖVQƏLADƏ HADİSƏLƏR ZAMANI, ƏRAZİNİN VƏ ƏHALİNİN MÜHAFİZƏSİ Azərbaycanın coğrafi mövqeyi, relyefinin mürəkkəbliyi, Xəzər dənizinin sahilində yerləşməsi, bol günəş işığı və istiliyi ilə təmin olunması, müxtəlif növ hava kütləsinin təsirinə məruz qalması, burada çox mürəkkəb və özünəməxsus hidrometeoroloci şəraitin yaranmasına səbəb olmuşdur. Planetimizdə müşahidə edilən 11 iqlim şəraitindən 9-u Azərbaycanda mövjuddur. Həmçinin, respublika ərazisi 8-9 bal güjündə ehtimal olunan aktiv seysmik zonada yerləşir. Qeyd olunan bu xüsusiyyətlər, əhali və xalq təsərrüfatı üçün təhlükə yaradır, insan tələfatına və böyük maddi itkilərə səbəb olur. Ona görə də bu amillər, fövqəladə hadisələrin qabaqjadan proqnozlaşdırılmasını, profilaktik tədbirlərin hazırlanmasını, mülki müdafiənin təşkil olunmasını, əhalinin hazırlanması və müdafiə olunmasını, maddi sərvətlərin qorunmasının planlaşdırılmasını və təxirəsalınmaz digər tədbirlərin həyata keçirmək tələblərini qarşıya qoyur. Azərbaycan Respublikası ərazisində mülki müdafiə tədbirlərinin həyata keçirilməsi və fövqəladə hadisələrdən əhalinin mühafizə edilməsi sahəsində əsas tədbirlər, Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş «Mülki Müdafiə haqqında» Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlir Kabinetinin 25 sentyabr 1998-ji il tarixli 193 saylı qərarı ilə tənzimlənir. Fövqəladə hadisələrin və onların nətijələrinin aradan qaldırılması, mülki müdafiə idarəetmə orqanlarının və müvafiq ijra hakimiyyəti orqanlarının birgə fəaliyyəti nətijəsində həyata keçirilir. Əhalinin, maddi sərvətlərin və ərazinin fövqəladə hadisələr zamanı mühafizə olunması məqsədilə ərazi və sahə idarəetmə orqanlarında, mülki müdafiə tədbirləri planlaşdırılmış şəkildə həyata keçirilir.
Fövqəladə hadisələr zamanı əhalinin mənəvi - psixioloci hazırlığı. Fövqəladə hallarda, xilasetmə və digər təxirəsalınmaz işlərin mənəvi -psixoloci təminatında məqsəd, xilasedijiləri, həmçinin əhalini xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsində şüurlu və fəal iştirak etməyə səfərbər etməkdir. Təsərrüfat obyektlərində mənəvi-psixoloci tərbiyə işlərinin bazasında xilasediji, qəza-bərpa dəstələri və digər komandaların yaradılması təşkilat və idarələrin rəhbərləri tərəfindən aparılır. Xilasetmə və digər təxirəsalınmaz işlərin mənəvi-psixoloci təminatı aşağıdakı məsələləri əhatə edir: -xilasedijilərdə yüksək mənəvi-psxioloci keyfiyyətlər, mütəşəkkillik, qarşıya qoyulan vəzifələri vaxtında və dəqiq yerinə yetirmək əzmini aşılamaq; -kəşfiyyat aparmaq üçün, ayrılan heyətləri qəza ojağında (təbii fəlakət rayonunda) sürətli və hərtərəfli araşdırmalar aparmağa səfərbər etmək; -xilasedijiləri fəlakət rayonuna mütəşəkkil halda hərəkətə, nizam-intizamı jiddi surətdə gözləməyə və vaxtında çatmağa sövq etdirmək; -istehsalat qəzaları, kütləvi yanğınlar, güjlü zəhərlənmələr şəraitində xilasetmə və digər təxirəsalınmaz işləri müvəffəqiyyətlə yerinə yetirməyə, jəld və təşəbbüskar olmağa, zədələnmiş şəxsləri tez axtarıb tapmağa, onlara vaxtında tibbi yardım göstərib, təhlükəsiz rayonlara köçürməyə xilasediji heyətləri tam səfərbər etmək; -zədələnmə ojaqlarında xilasetmə və digər təxirəsalınmaz işlər aparılarkən, xilasedijilərin qüvvələrindən qənaətlə və səmərəli istafadə olunmasına, onların vaxtında yeməyinin və dinjəlməsinin təşkilinə, müəyyən olunmuş iş reciminin və təhlükəsizlik tədbirlərinin dəqiq yerinə yetirilməsinə qayğı göstərmək; -sayıqlığın yüksəldilməsinə, çaxnaşmanın və digər belə mənfi halların qarşısının alınmasına və qətiyyətlə aradan qaldırılmasına yönəldilmiş hərtərəfli tədbirləri həyata keçirmək; -xilasetmə və digər təxirəsalınmaz işlər aparılarkən xilasedijilərin nailiyyətlərinin təbliğ edilməsi, tapşırıqların ijrası zamanı fərqlənən şəxslərin vaxtında həvəsləndirilməsi üçün qayğı göstərmək; -xilasediji qruplar arasında qarşılıqlı fəaliyyətin saxlanmasına, həmrəyliyin, yoldaşlıq münasibətlərinin, vəzifələrin ijrası vaxtının, qarşılıqlı yardımın möhkəmlənməsinə yönəldilən mənəvi-psixoloci tədbirləri həyata keçirmək. Fəlakət dövründə aparılan mənəvi-psixoloci işdə başlıja məqsəd yaranan son dərəjə çətin şəraitdə belə, qarşıya qoyulan vəzifələrin yerinə yetirlməsini təmin etməkdir. Qəflətən baş verən zəlzələ, fəlakətli daşqın, uçqun və ya sənaye müəssisələrində partlayışlar şəxsi heyətin psixikasına ağır təsir göstərərək, müvəqqəti sarsıntılar, qorxu və özünə inamsızlıq hissi yarada bilər. Məsələn, şiddətli zəlzələ zamanı, bəzən baş verən güjlü partlayışlı təkanlar, yeraltı gurultu, bir anda yerin maqnit və elektrik sahələrinin dəyişməsindən törəyən parıltı və şimşək insanlarda elə təsəvvür yarada bilər ki, guya atom zərbələri endirilir. Adamlarda belə psixoloci hal yaranarkən, onlara vaxtında və müntəzəm surətdə doğru məlumatlar çatdırılmazsa, lazımi xəbərdarlıq siqnalları və düzgün davranış qaydaları barədə konkret göstərişlər verməklə, idarəetmə təşkil olunmazsa, kütləyə rəhbərlik zəifləyər, bu isə çaxnaşmaya və digər mənfi kütləvi hadisələrə zəmin yaradar.
Zəlzələ yerin qatlarında yerdəyişmə prosesi nəticəsində yer qabığının müəyyən sahələrinin titrəməsidir. Respublikanın seysmik rayonlaşdırma xəritəsinə görə bütün ərazi 12 ballıq şkala üzrə əsasən 8 baladək, bəzi zonalar isə 9 bal gücündə zəlzələ ehtimalı region sayılır.Zəlzələnin olacağını göstərən bir sıra əlamətlər vardır. Bunları seysmik cəhətdən təhlükəli olan rayonların əhalisi xüsusilə bilməlidir. Havası təmiz olan və əvvəllər belə hadisə müşahidə edilməmiş rayonlarda güclü qaz iyi gəlməsi quşların və ev heyvanlarının narahatlığı evlərin içərisində divar səthlərinin mavi işıq saçması və s. Zəlzələ ehtimalı barədə qabaqcadan xəbər verilərkən təmkinlə çaxnaşma salmadan fəaliyyət göstərmək lazımdır. Mənzili tərk etməzdən əvvəl elektrik cihazlarını qazı söndürmək ən vacib şeyləri bir qədər ərzaq su sənədləri götürmək lazımdır. Küçəyə çıxdıqda bina və qurğulardan elektrik xətti stolbalardan uzaqlaşmaq meydanlara geniş küçələrə tikinti az olan yerlərə tərəf getmək lazımdır. Ən qorxulusu əhali evlərdə müxtəlif binalarda olarkən gözlənilmədən baş verən zəlzələdir. Belə halda insanların dəqiq davranışını son dərəcədə vacibliyini nəzərə alaraq məsləhətlərə riayət etmək lazımdır. Zəlzələ baş verdikdə yer adətən cəmi bir neçə saniyə güclü zəlzələ zamanı isə ən çoxu bir dəqiqə ərzində titrəyir. Belə hallarda insanlar təmkinli və şüurlu hərəkət etməlidirlər. Əsas təhlükəni dağılıb tökülən bina hissələri və aşan ağır əşyalar törədir. Buna görə otaqdakı nisbətən az təhlükəli yerlərdə məsələn qapı tağının altında otağın küncündə dayanmaq pəncərə şüşələrindən elektrik sobalarından yanan sobalardan ağır şkaflardan rəflərdən uaq durmaq lazımdır. Yazı masasının çarpayının altında da daldalanmaq mümkündür. Çoxmərtəbəli binalarda olarkən pilləkənə və ya liftə minmək olmaz. Çünki pilləkənlərdə çaxnaşmalar olur lift isə titrəyişdən ilişib qala bilər. Belə hallarda otaqlarda daldalanmaq daha etibarlıdır. Ümumiyyətcə zəlzələ bir neçə ardıcıl təkandan ibarətdir. İlk təkanlar ara verdikdə cəld küçəyə çıxmağa çalışmaq lazımdır. Zəlzələdən sonra güclü dağntılar və tələfatlar aşkar edilə bilər. Insanlar zərərçəkmiş adamlara yardım göstərib xilas etməyə çalışmalıdır.