Sərbəst iş Fakültə: Filologiya İxtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi Qrup: azd-2104B



Yüklə 0,74 Mb.
səhifə3/5
tarix12.12.2022
ölçüsü0,74 Mb.
#74078
1   2   3   4   5
Alıyeva Jalə sərbəst iş3

Zəlzələ - ən çox dağıdıcı qüvvəyə malik, ağlasığmaz, idarə olunmaz təbii fəlakətdir. Zəlzələ deyildikdə yeraltı təkan və yer qatının titrəmələri, yer qatının və yaxud mantiyanın üst qatlarının sürüşməsi və parçalanması nəticəsində, böyük məsafələrə elastik dalğavari ötürmələr başa düşülür. Zəlzələlər qəflətən yaranan və tez yayılan fövqəladə hallara aid olur. Bu zaman ərzində təxliyə və qabaqlayıcı tədbirlər görmək mümkün deyil.
Ölkəmizdə Böyük Qafqaz, Şamaxı-İsmayıllı, Gəncəbasar, Talış dağları, Xəzər dənizi seysmoaktiv zonalar hesab edilir. Bu ərazilərdə hələ qədimdən indiyədək müxtəlif vaxtlarda müxtəlif təkanlar qeydə alınıb. Alp-Himalay seysmo-aktiv bölgəsində yerləşən Azərbaycanda ilk böyük zəlzələ 5-ci əsrə təsadüf edib. 427-ci ildə Gəncə şəhərində baş verən təbii fəlakət zamanı 100 minlərlə adam həlak olub. 700 il sonra Gəncədə yenidən böyük bir zəlzələ baş verib. 1139-cu ildə isə Gəncədə olan təbii fəlakət zamanı Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göy Göl yaranıb. 1667-68-ci illərdə Şamaxıda da zəlzələlər seriyası başlayıb.Şamaxı zəlzələləri 17-ci əsrin 2-ci yarısında və 19-cu əsrin 2-ci yarısında baş verib: «Axırıncı zəlzələ 1902-ci ildə baş vermiş və 9-10 ballıq zəlzələ nəticəsində Şamaxı dağılmışdı». Şamaxıda 20-ci əsrdə baş verən zəlzələ dağıdıcılığı ilə tarixə düşdü. Həmin vaxt şəhər yerlə-yeksan olmuşdu. 1935-ci ildə Gəncədə yenidən böyük dağıntılara səbəb olan Zurnabad zəlzələsi qeydə alınıb. Bakı şəhərində isə ilk zəlzələ 1950-ci ilə təsadüf edib, lakin şəhərə ciddi ziyan dəyməyib. 1960-61-ci ildə Bakıda yenidən baş verən zəlzələlər zamanı dağıntıların və həlak olanların sayı bir o qədər də çox olmayıb. Paytaxtda sonuncu, ən yaddaqalan zəlzələ isə 2000-ci il noyabrın 25-də baş verib. Azərbaycan, o cümlədən də paytaxt Bakı təhlükəli seysmoaktiv zonada yerləşir. Bakı 8 ballıq, Şamaxı, Gəncə, Naxçıvan isə 9 ballıq aktiv zona sayılır.

Dolu – Atmosfer yağıntılarnın bir növüdür. Bulud daxilində qar topalarının hərəkəti nəticəsində yaranır. Tərkibində buz kristalları ilə bərabər soyuq su damcıları olur və Buz qatı ilə örtülür. Ölçüsü 5-dən 55 mm-ə qədərdir (təbiətdə 13sm, 1kq çəkisində müşahidə olunub). Xalq təsərrüfatına ən böyük ziyan vuran təbii fəlakətdir. Dolular ən çox Gədəbəy, İsmayıllı və Şəki rayonlarında müşahidə olunur.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin