AĞ ATIN NAĞILI
Xacca İsmayil qızı
Qazax - 1928
“Qan uyuşən” ovasında “Baytal qara xan” addı bir sinni kişi var idi. Munun da böyüyü “Baxdı xan”, ortancısı “Dilxuş”, kiçiyi “Güllü Gül Əndam” addı üç qızı var idi. Qızdarın içində Güllü Gül Əndam qənirsiz gözəl idi. Onun gözəlliyi bütün ovalara, mahallara bəlli idi. Qaraxanın əvvəllərdə malı, döləti çox idisə də sonraları oğul evladı olmadığınnan və özü qoja olub, mal-dölətin üstünə vaxdi-vaxdində getmədiyinnən, o mal-dölətdən tək bircə atı qalmışdı. Bu at mahallarda camahatın dilində-ağzında “Ağ at” adinnan tərif edilirdi. Ağ ata Qaraxan kişi əl-ayaxdan düşdüyünnən novat-novat qulaq asırdı. Ağ ata böyük və ortancıl qız arpa-saman, ot aparanda yeyərdi, əmbə kiçik qız aparanda o alafı yemiyif qıza baxa-baxa kişniyif əyaxlarını yerə döyüf, ipi qırmax istiyirdi. Eylə bil ki, dalafa gələn madyan atı görür. Ağ at qızın üsdünə ildırım kimi hüjum eylərdi. Bu halı görən Güllü Gül Əndam utandığınnan bu sirri bir müddət açmadisa da ağ atın munnan rəftarı getdikcə pişdəşdiyinnən canının qorxusunnan bu görünməmiş, eşidilməmiş sirri atasına aşdı. Atası dedi: Ay balam, heyvan olanda nolar; onun insannan bircə dili olmaması tafotdudu. Yəqin ki, o sənə aşiq oluf. Ona görə özünü gözdə görək axırı haraya çıxır. Bu kor gəzmədən bir az keçməmişdi ki, Qaraxan kişi ölümcül naxoşdadı. Ona görə qızdarın yanına çağırıf:
– Ay qızdarım, mənnən sizə vəsiyyət, mən öllənnən sonra burda qalmayın. Çünki, bu ağ at kirə tez sizi tələf eyləyər. Qızdar atalarının bullara etdiki vəsiyyətinə can-dildən irazı oldular. Qaraxan kişinin vəsiyyətindən bir az sora naxoşduğu daha da bərkidinnən bafat eylədi. Qızdar atalarını elin adəti üzərə dəfin eylədilər. Onun yurdunu şən saxlamax üçün bir qarina aj, bir qarina tox öylərində dolanırdılar. Bir gün nuvatinda Güllü Gül Əndam ağ ata alaf verməyə getmişdi. Ata alaf verdiyi zaman ağ at onu yaxında görüf bir yannan ayaxlarınnan, bir yannan döşünən, o biri yannan dişinən az qaldi ki, qızı öldürsün. Biçara qız bir təər atın əlinnən qurtarif haray şüvənnən bajılarının yanına gəldi.
– Ay baxdı qaralar, atamız bizə vəsiyyət eyləməmişdimi ki, bu ağ at axırda sizi tələf eyləyər, buradan gedin, vallah indijə az qalmışdı ki, məni öldürsün. Daha bilmərəm, gərək bu gün buradan əkilək. Böyük və ortancıl bajilar kiçikin məsləhətinə irazı olduxlarınnan ağ ata o günün alafını qoyannan və qapı-bajayı bərkidənnən sonra hər üçü qırıxdan-sökükdən götürüf yola düşdülər. Yazıxlar ağ atın qorxusunnan o gün və o gejə getdilərsə də bir yana çıxa bilmədilər. Çünki, yolu azmışdılar, bilmirdilər ki, hariya getsinlər. Hər yana baxırdılar, çöl-biyavandı. Heyran sərgərdan qalmışdılar. O yannan ağ at gün çişdə qalxana kimi yanı alaf vaxdina kimi qızdarı gözdədi. Nə gördü, hiş kəs alaf gətirmir. O farasatdı heyvan bildi ki, qızdar qaçiflar. Kişniyif ayaxlarını yerə vuruf, ipi qırdı. Sonra qızdarın izinən yola düzəldi. Ağ at qızdarın dalınca o qədər çaparax getdi ki, günortaüstu olara yaxınnaşdı. Yetim qızdar atın tarf-turfunu eşidif geriyə baxanda nə gördülər, ağ at yeldən yeyin, sudan iti gəlir. O fağırrar bir-birinə: “Ay baji, bir əlaj, ay baji, bir əlaj, vallə ağ at yetişən kimi bizimkin bizə verəjək”. Böyük və ortancıl qız üzünü kiçik bajılarına tutuf, ay fağır biz eşitmişik ki. atanın-ananın son beşiyi çox istəkli olar. Ona görə də gözə görünməz tanrı o istəkli evladın sözünü tez eşidər. İndi sən ona yalvar ki, əlinin üstündə əl yoxdu. Bəlkə kərəmi cuşa gəlif bizi ağ atın cəngəlinnən xilas eyləyə. Güllü Gül Əndam bajılarının sözünə görə: “gözə görünməz tanrı, sən eylə elə ki, yer yarılsın biz yerə girək, bu ağ atın əlinnən qurtarax” deyəndən tanrının hökmünnən o saat yer yarıldı, qızdar söyünə-söyünə yerə girdilər. Əmbə Güllü Gül Əndamın yaylığının uju eşikdə qaldı. O yannan ağ at həmən yerə gəlif Güllü Gül Əndamın yaylığının ujunu gördüyünnən kişniyif ayağını yerə döyüf axırda oradaja öldü. Qızdar ağ atı ölmüş görəndə söyünmuş yerdən çıxıf onun ətəyinnən hərəsi istədiyi qədər götürüf üz çöl-biyavana qoydular. Baxdı qaralılar çöl-biyavannan o qədər getdilər ki, axırda ağ atın əti yeyilif qurtardı. Axırda laf ajlıqlarınnan ölümcül oldular. Ona görə hər üçü ajınnan ölməsin deyən aralarınnan birini yemək fikirinə düşdülər. Munu duyan Güllü Gül Əndam: “Ay bajılar, mən sizdən kiçicik olduğumnan gərək əvvəl məni yeyəsiniz. Sonra növat sizə gələ. İndi siz burada oturun, mən gedim dağı-daşı gəzəyim, atamı, anamı ağlayayım, sonra gələyim, öldürüf yeyin. Ajdıx yaman bəla olduğuna görə rəhimsiz bajılar onu yeməyə irazı oldular. Güllü Gül Əndam dağı-daşı gəzif ata və anasını ağladığı zaman birdən bir yaxın yerdə tüsdü gəldiyini gördü. Söyünə-söyünə bajılarının yanına gəlif: “Bilin və eşidin, bu yaxında tüstü tutur. Yaqın ki, ora avadannıxdı. Gəlin oraya gedək. Havax yemək tafdix mənim canım qurtarar, tapbadıx genə məni yeyərsiniz. Böyük və ortancıl baji irazi olduxlarınnan hər üçü o tüstü tutən tərəfə gedən cığırı tutuf düz oraya getdilər. Həmən yerə yetişəndə nə gördülər: bu çöl biyavanda şəər öyü kimi bir ev var, öyün içinə gedəndə çörək, xörək, yemək həddən aşmış və ev-eşik tər-təmiz süpürülmüş gördükdə əvvəl doyunca çörək, xörək yedilər. Sonra üçü də diz-dizə oturuf fikrə heyrətə cumdılar: aya munun yiyəsi nejə olmuş ola: indi gərək biz xəlvətdə munun yiyəsinə busax, görək nəçi və nə karədi. Bu məsləhətdən sonra ollar bir xəlvətdə gizdənif öyə kim gələjəyini gözdədilər.
Sən diməyinən bu ev yiyəsi ellərdə ovalarda manşir olan “Qızıldaş” mahalının paççahı “Balxudar” imiş. Balxudar paççahın böyüyü “Ağlar hayva”, kiçiyi “Gülər nar” addı iki qənirsiz qızı var idi. Bu qızdar dölət içində ağ günnərnən yekələnif ərrik oldular. Bu zaman paççahzadalardan xan və bəy zadalardan qızdarı almax üçün elçi gəlməyinən baravar dövlər məkanı “Doqquz qaya” mahalında olan qırx sehrbaz dövin başçıları “İnat” və “Boyat” addı iki qardaş idilər. Bular sehrnən hər mahalı gəzərdi və hər nə istəsə tuturdular. Qazadan Ağlar hayvayınan, Gülər nar imaratdarının eyvanında özdərinə yeddi qələmnən zinət verif naz-qəmzəyinən sallana-sallana gəzərdilər. Bu zaman İnatnan Boyat həman gözəlləri görüf oların gözəlliklərinə vuruldular. Ona görə öz mahallarına qayıdıf qızdara elçi göndərdilər. Balxudar paççah elçilərə nalayıx sözdər deyif: – Mən bəni adam paççahı olduğum halda bəni adam duşmannarına yüz it küçüyüm olsa birini vermərəm. Elçilər paççahın hizurinnan mürəxəs oluf az vaxda dövlərin hizurinə yetişdilər. Bütün əhvalati İnatnan Boyata söylədilər. Bu iki qardaş dövlər paççah qızdarını bullara vermədiyinnən başdarına hesafsız dövlər topluyuf həmən Qızıldaş mahalına gəldilər. Qızıldaş əhli dövlərnən bir middət dava eylədilərsə də axırda basıldılar. Bu zaman dövlər mahalı talayıf, camahatı qırıf, dağıtdıxdan sonra bütün hər mahalda gərək olsun deyə paççahi sehrnən bir tülkü eylədilər. Onun qızdarı Ağlar hayvaynan Gülər narı götürüf gətirdilər. Dövlər nə qədər eylədilərsə də qızdar onlara ray vermədilər, ona görə hər ikisini zindana saldılar. İndi bu yannan dövlərin əlinnən qurtulan camahat daha tamam talandıxlarınnan və dövlərin qorxusunnan qaçıf dağıldılar. Qızıldaşda birjə mal dölət ilə Balxudar paççahı qaldı. Balxudar paççah da gündüzlər mal-ilxiyi otarır, axşamlar da yervəyer eyləyənnən sonra yeyif, içif gələn savaha kimi yatardı. Genə həmişəki kimi mal-ilxiyi otarmağa aparmışdı ki, həmən qara xanın qızdarı gəlif o öyə çıxdılar. Qızdar yuxuda idilər ki, Balxudar mal-ilxiyi irəmədər töküf qapıya getirdi. Bir az vaxda yervəyer eyləyif öyə gəldi. O şan-şökətini itirmədən yazıx: “Ay paççahnan tülkü olan canım nə yeyərsən” deyə-deyə o qədər ağladı-sızdadı ki, axırda aj-susuz yuxu apardı. O yannan xavardan xavarı olmuyan günü qaralar paççahı yatmış görüf onun yanına gəldilər və bir-birinə ai baji, beylə mal-döləti və cah-calali biz göydə gəzsək yerdə tapa bilmərik. İndi bu büsata sahib olmax üçün bir tülkünün başını batırmax lazımdı. Qızdar tülkünü öldürmək məsləhətinə irazi olannan sonra iki dəmir şişini ojaxda qifqırmizi qızardıf birini baş tərəfinnən, birini ayax tərəfinnən eylə soxdular ki, şişdər laf uj-uja dəgdi və paççah əlvə saat öldü. Bu zaman paççahin meyidini gizdətdilər. Qızdar o günnən novat-novat malı ilxiyi otarıf, dölət içində gözəl dolanmağa başdadılar. O yannan “Gəlin qanı” mahalının paççahı “Baxişullah”ın sinni səksən-doxsan olmağınnan baravar “Zəki”, “Rufan” və “Ərşan” kimi öylənəsi oğlannarı olduğu halda cavan qız almaq fikirinə düşür. Ona görə vəziri “Rizva”nı yerində paççah qoyuf ağsaqqal, qarasaqqal, nökər nəjifnən atdanıf mahal-ba-mahal, şənnik-bə-şənnik düşüf könlü tutan qız axtarardı. Bu zülmüdar və şorgöz paççah gəzə-gəzə gəlib Qızıldaş mahalında Qaraxanın qızdarına yetişdi. Baxişullah paççah cavan və qənirsiz gözəl Güllü Gül Əndamı görüf ürəyinin başınnan bir sancı tutdu, düz dırnağının ujunda əyləndi qızın eşqiynən dəli-divanə oldu. Ağzının suyu duvax öküz kimi davanının istaddı, bu biiman Güllü Gül Əndamnan da əl çəkməyif hər üçünə sahav olmaq niyyətinə tüşdü. Bu saqqalı ağarıf, ağlı ağarmayan biiman qoja hiyləynən üzünü qızdara tutuf: “Ay balalarım, mənim üç asıf kəsən, vuruf-tutan ijit oğlannarım var ki, addarı, sannarı hər mahalda söylənir. İndi mən ollar üçün qız axdarıram, havax irazı olsanız, Allahın əmrilə, peyğəmbərin şəriyyətilə sizdəri oğlannarıma allam”. Qızdar çöl biyavanda tək-tənha qaldıxlarınnan və paççah-zadalara nəsif olajaxlarınnan can dilinən irazı oldular. İrazılıx sözünü eşidən paççah oğlannarının adına qızlara sahav olajacını gözdəri mırov pişiyinin gözünə dönmüş qızdarı mal-dölətdəri ilə öz öyünə gətirdi. Tez-tələsik ollar üçün zaranqa-zaranq toy vurdurduqda oğlannarı bu sirrdən agah oldular. Bullar dura-dura vəziri öz yerində paççah qoymasını və qoja vaxdında irəyyətin cavan qızdarına sahav olmasının ajığına atalarını toyunu vaya döndərmək isdədilər. Ona görə paççahın bütün sirrərini camahata aşdılar və öz fikirlərini də söylədilər. İrəyyət paççahın belə zülmükarlığınnan nifrət eyləyif onun tərəfinnən oğlannarının tərəfinə keşdilər. Paççahzadalar camahatnan baravar silahlanıf paççahın toy öyünə getdilər. Paççahı və onu istəyənnəri az vaxda öldürdülər. Paççahı öldürəndən sonra oğlannarın arasında nairazılıx olmasın deyən camahat bir beylə tədbir tökdü. “Ay paççahzadalar, siz atanız getirdiyi qızdarın yanına gedin. Oların hası biri sizin hası birinizi bəyəndi onu alır və biz də hasınızı istəsək onu özümüzə paççah tikərik”.
Paççahzadalar üzdə camahatın tədbirinə irazı oldularsa da içəridə qırıla-qırıla qaldılar. Çünkü qənirsiz gözəl Güllü Gül Əndamı hər üçü almax istədiyi kimi, paççahlıx da hər üçünün könlünnən keçirdi. Oğlannar naillaş qalıf qızdarın yanına getdilər və atalarının sirrini olara açmaxnan baravar camahatın da tədbirini olara söylədilər. Qızdar paççahzadalara oların istədiyinə görə əvvəl başdarına gələn bütün qəzavü-qədəri söylədilər. Sonra oğlannarın baz-burətdarına, gözəlliyinə, mərifətinə baxıf və özdərinkinə də baxdılar. Bu zaman hay eyləyif o biri bajıları dillənənə kimi Güllü Gül Əndam ərz eylədi:
– Paççahzadalar bir-birimizə tay gəlmək üçün hər kəs öz tayını qavıl öyləsin. Yanı: yaşları baravar olannar bir-birini qavıl eyləsinnər. Güllü Gül Əndamın bajıları və kiçik qardaş Zəkinin qardaşdarı bu məsləhətə ajındılarsa da namusa boğuluf naillaş irazı oldular. Ona görə “Gəlin kanı” camahatı qapıları, pəncərələrivə tamam mahalı bəzədilər. Doqquz gün doqquz gejə toy eyliyif “Baxdıxan”ın əlini “Urfan”ın əlinə, “Dilxuz”un əlini “Ərşan”ın əlinə və “Güllü Gül Əndam”ın əlini “Zəki”nin əlinə tafşırmaxnan baravar “Baxışullah” paççahın ağıllı, kamallı və ədalət sahibi olan oğlu Zəkini özdərinə paççahlığa qavil eyləyif şaddığınan taxda çıxartdılar. Zəki paççah camahatın qaydına qalan və yaxşı iş güzar vəzir vəkil tutuf irəyətnən adilanə rəfdar eylədiyi halda qardaşları onun kiçik olduğu halda taxt-taja və qənirsiz gözəl Güllü Gül Əndama sahib olduğu üçün onu tələf etmək istədilər. Çoğul nə ölmuyuf və nə də öləjək, bunu Zəki paççaha xavar verdi. Paççah gözünün ilk öyu və gönlünün ilk söygüsü olan nişannısının paççahlığının və canının əlindən getməsinnən qorxuf bir gejə öz yaxın adamlarınnan bəy qafildan qardaşların öyünə tökülüf arvatdarınan baravar hər dördünü ölduruf meyitlərini də gizdətdilər. Çünki qardaşları ona duşman çıxdığı kimi qorxdu, qardaşı arvadları da bajılarına duşman çıxsın. Bu əhvalatdan çox keçməmiş camahat dəstə-dəstə Zəki paççaha şikayətə gəldilər. Ərz etdilər ki, “Ca deyə sinəm” deyilən bir sehrbaz peyda oluf, onun tərifə gəlməz gözəlliyinə aşiq oluf gedən cahallar hiş geri qayıtmırlar. Munnan əlavə mahallarda manişir Balxudar paççahının qızdarını aparan qırx sehrbaz hər bir cəhətdən camahata çox zərər vurur. Olsun ki, sənin qardaşdarını və qardaşın arvatdarını ollar tələf eyləmiş olalar. Həmişə irəyətin dərdinə-azarına qalan paççah belə balaları rəd eyləməzmi, həlvətdə can-dilinən rəd eyləməyə çalışacaq. Zəki paççah irəyitəninnən belə qorxulu şikayəti eşidən kimi hesabsız qoşunnan yaraxlanıf əvvəl Oşqafda Cadiyə sənəmi tələf etmək üçün yola tüşdü. Bir middətdən sonra Oşqafa yetişdi. Paççah və qoşun əhli nə gördülər, bər (bərri) -biyavanda bir imarət var ki, başı bulutdan ayağı dəryadan nəm çəkir. Bu imarətin dört yanında qoyun-quzu sürüsü kimi daş olmuş insan yatışır. Zəki paççah halı belə görəndə bildi ki, Cadiyə sənəmin oylağı buradı. Ona görə imarətin qapısına tərəf gəlif: “Ay imarət yiyəsi, bir eşiyə gəl, görüm nəçi və nə karəsən. Bu biyavanda tək-tənha meydan açıfsan. Cadəyə dənəm bəni adam səsi eşidif əlvəsaat eşiyə çıxdı. O bəni adam qoşununu görən kimi ədəti üzərə sehr oxuyuf Zəki paççahi qoşununan daş eylədi. Cadiyə sənəm gejə yuxuda yatdığı vaxt “Xıdır” (xızır) peyğəmbər o sehrbazın yuxusuna girif, qızmış şişi onun sinəsinə basdı. Cadiyə sənəm : Ay məni yandıran Aman, hər nə deyirsən əməl eyliyim, əmbə məni yandırma” deyə çığırdı. Xıdır peyğəmbər özünü nişan verənnən sora neçə yüz il munnan əvvəl ta indiyə kimi sehrnən daş eylədi bütün bəni adamları canlı insan eylə, bunnan beylə də dünən qoşununnan daş eylədin adil paççaha gedərsən, dedi. Havax bu buyurdduxlarıma əməl eyləməsən and olsun mənim nurdan xəlq eyləyən xalıqə sənin bütün cəmdəyini şişnən dağ-dağ eyləyəjəm. Cadiyə sənəm can şirin olduğuna görə Xıdır peyğəmbərin bütün buyurduxlarına əməl eyləməsinə and işdi. Ona görə həmən saat imarətin dörd tərəfində dəryalar mürəkkəb olub və meşələr qələm olsa hesaflamax mümkün olmayan cansız adamları bir su içimində sehrlə cana gətirdi. Tilsimnən qurtaran adamlar baş-başa yığışıf: “Ay bizi bu sehrbazın bəni adam cəlladının cəngəlinnən xılas eylətdirən, Allah sənin hər iki cahanda üzünü ağ eyləsin. Kimimiz yetmiş beşildi, kimimiz yüz-yüz əlli ildi ki, bu tisimdə yatırdıx. Olların bu sözünnən sonra Cadiyə sənəm üzünü Zəki paççaha tutuf dedi: “Ay adil paççah, bil və eşit mən bu Oşqaf paççahının qızı Cadiyə sənəməm. Mənim beş iyit qardaşım var idi, ollar bəni adama xoşdarı olduxu üçün gələn günü mahalınnan özdərinə qız söyməyə getdilər. Eşitdiyimə görə olları həmən mahalda öldürmüşlər.
Qardaşlarımın bəni adam tərəfinnən öldürüldügünə görə mən mauisir sehrbaz olduğumnan and işdim ki, gərək qardaşlarımın əvəzinə o qədər bəni adam cahalı sehrə salıf kürək eyliyəm ki, dəryalar mürəkkəb oluf meşələr qələm olsa hesavına yetə bilməyə. Əmbə axırda mənə qalib gələn bir bəni adama gedəm. İndi sən mənə qalib gəldin. Yanı xızır peyğəmbər səni bir adil paççah bilif mənə beylə buyurdu: neçə yüz ildən indiyə kimi daş eylədiyin bütün bəni adamları tilsimdən xılas eyləməginən baravar dünən qoşunnan daş eylədiyin paççaha get. İndi havax almax istəsən mən sənə gedərəm. Zəki paççah cavaf verdi ki, sənin kimi dünya gözəlini cannan-başnan alaram. Bu şərtnən ki, əvvəl “Doqquz dağ”da qırx sehrbazdarın davasına gedək, sora vətənə gedəndə toynan büsatnan vüsalına yetişərəm. Cadiyə sənəm ona cavab verdi ki, paççahzada baş üsdə, gedək, gör mən oların başına nələr gətirəjəm. Gərək o məlunnarı bir eylə əzafnan öldürəm ki, ta inqıraz aləmətən söylənsin. Zəki paççah Cadiyə sənəmnən baravar neçə yüz illərdən bəri camahatdan çalılıf-çapılıf toplanan malı döləti sehrdən xılas olan bəni adamlara payladı. Bəni adamlar paççaha xeyir-duva verif evlərinə yola tüşdülər. Zəki paççah Cadiyə sənəm və başındakı qoşun əhli ilə baravar Doqquz dağa yola düşdülər. Mənzil eyləyə-eyləyə altı aydan sonra bir çox tovudan baladan və sehrlərdən qurtarıf Doqquz dağa çatdılar. Cadiyə sənəm az vaxda qırx sehrbaz dövü batil sehrnən daş eylədi. Bu zaman Zəki paççah qırx dövün mal-dölətini talan eyləmək üçün qoşuna fərman verdi. Qoşun əhli talana cumulduğu vaxt bullardan bir nəfər İnat və Boyat dövün övünü talan eylərkən güzarı zindana tüşdü. O zindanda iki qənirsiz gözəl bəni adam qızı görüf o saat paççahın hizurinə getdi. Paççah qızdarın nəçi və nəkarə olmalarını söruşdu. Xuda olların Balxudar paççahın qızı “Ağlar” hayva ilə “Gülər nar” olduğunu bildi. Zəki paççah bir neçə gün Doqquz dağa qaldıxdan sonra qoşun əhli ilə atdanıf Gəlin kanı mahalına yola tüşdü. Doqquz dağdan getdikləri mahallardan ölduruf yeyə-yeyə və mənzillərdə yata-yata bir ildən sonra Gəlin kanına yetişdilər. Paççahın irəyyəti onun fəth zəfərinnən gəlməsini bilif yeddi ağaşdıxdan pişvazına çıxdılar, şaddıxnan hamısı gəlini kanı mahalına gətirdilər. Zəki paççah yol yorgununu alannan sonra mahalı əlvan çiçəklər və xalı zililərnən bəzətdi və bir addı-sannı toy vurduruf Gəlin kanı əhlini həmən toya çağırdı. Gəlin kanı əhli uşaxdan böyüyə kimi paççahın məjlisinə gəldilər və yeyif-içənnən sonra ağsaqqal, qarasaqqal və addı-sannı adamlar Cadiyə sənəmin kəvinini Zəki paççaha, Ağlar hayvanın kəvinini vəzirə və Gülər narın kəvinini vəkilə kəsdirif əl-ələ vurdular: – Allah yıldızınızı barışdırsın, yeddi oğul ata-anası olun, uruzunuz göydən yağsın, yerdən bitsin, şanınız-şökətiniz daha da ujalsın, ömürünüz Məyti (Mehti) ömürünə dönsün – deyif öylərinə dağıldılar. Zəki paççah da cah, calal, mal-dölət içində ağ günnən həm irəyətinən adilanə rəfdar edif və həm də ilk öyü Güllü Gül Əndamnan və qənirsiz gözəlliyinnən dünya gözəli adını alan Cadiyə sənəmnən gün keçirif, ömür sürməyə başdadı.
EL ƏDƏBİYYATINI NECƏ TOPLADIM
Uzun və çətin səfərdən sonra gəlib “Yeni gün” kəndinə çıxdım. Bu kənd Şuralar hökümətinin sayəsində qurulmuş yeni bir kənd idi. Evləri plan ilə düzülmüşdür: Üzüm bağları və mədəni əkinlər tazəcə əkilmişdi. Bu kənddə bir aşıq sorağını almışdım. Bunun şairliyi və nağılçılığı bütün Gəncə, Zaqatala və Qarabağ mahallarında tanınmışdı. Adı Aşıq Hüseyn idi. Kəndə çatar-çatmaz birisindən Aşıq Hüseyni xəbər aldım. El binaları ilə Çənbərək yaylağına getdiyini söylədi.
Kəndlidən bu sorağı alar-almaz Aşıq Hüseynin arxasınca Çənbərəyə getməyi qərarə aldım. Şosa yoluna gəlib çatmaq üçün Ağstafaya gəlib faytona oturdum. Qalın ormanlı, sıx meşəli yol ilə az keçər-keçməz Çənbərəyə çıxdım.
Çənbərək Tavus elinin üç ay yayladığı bir yer idi. İki dərənin arasında Tərs çayının üzərində qurulmuşdu.
Aşıqları xəbər aldıqda Gözəl dərə yaylağına getdiklərini söylədilər.
Qürub zamanı idi. Gecə Çənbərəkdə qalıb sabah getməyi qərarə aldım. Fəqət gecəni orada qalmaq bənim üçün çətin oldu. Çünki burada tanış olmadığı kibi mehmanxanə dəxi yox idi. Meşədi Nəzər adlı birisinin çayxanasına getdim. Bir yanda yatası vaxtınacən oturub əlimdəki kitab ilə mütaliəyə məşğul oldum. Yatmaq zamanı yorğan-döşək istədim, Meşədi Nəzərdən yox cəvabını aldım. Çox yuxusuz idim. Əlacsız qalıb quru taxta üzərində uzandım və sübhə qadar oyana-buyana çəvrilə-çəvrilə bir nev yatdım. Sübh açılar-açılmaz bazara çıxaraq bir at kirayə edib aşıqların dalısınca Gözəl dərə yaylağına çıxdım. Gözəl dərə başqa yaylaqlara heç də bənzəməyirdi: hər tərəfi rəngarəng çəmən-çiçək bəzənmişdi. Güllərin, çiçəklərin xoş ətirli qoxusu insanı bayıltmaq dərəcəsinə gətirirdi. Hələ yolda yamacda yığın-yığın otlayan qara qızıl mallar, sürü qoyunlar, ayğınlı uyqular nəzəri-diqqəti cəlb edirdi. Bir yanda da beş bir, üç bir sıra alaçıqların qapısında qız-gəlinin nəhrə çayxalaması, qurud sərməsi, sərin bulaqlardan böyük-böyük su gətirməsi köçəri həyatın ən canlı nümunələrini andırırdı. Bu yerlərin adəti də fəna deyil idi: Qonağa çox yaxşı hürmət edirdilər. Məni görər-görməz toy məclisinə dəvət etdilər.
Qadınlar bir tərəfdən ağzı, burnu yaşmaqlı dinməz-söyləməz oturduqları kibi, kişilər də bir tərəfdə əyləşmişdilər. İçəri daxil olub məclis əhlinə salam söylədim. Salamımı aldılar. Toy babası bənə yuxarı başda yer göstərdi. Keçib oturdum.
Hər tərəfə göz gəzdirirdim. Tanıdığım aşıqlardan Aşıq Əli, Aşıq Hüseyn, Aşıq Əsəd, Aşıq Mirzə, şair Vəli və Aşıq Ələs burada idilər. Toy başlamaq üzərə idi, bir də toy babası: “Aşıq Hüseyn uşaqlara deyəsən çala oxuya” dedi.
Heç bir Aşıq Hüseyn olan məclisdə ondan izinsiz oxuya bilməzimiş. Çünki o aşiqlər içərisində ustalar ustası hesab olunurmuş. Aşıq Hüseyn orta yaşlı, iri kəmikli, sağlam vücudlu bir şəxs idi.
Onun bütün ömrü üzünü bəxtiyar günlər keçirdiyi iri və həlqəvi gözdərindən və şən parlaq çöhrəsindən bəlli idi. O qadar də qabil saz çalmaq və gözəl oxumaq bilməyirsə də fəqət diri şairliyi və xüsusən “hazırcavablığı” ilə bütün hər yerdə məşhur idi. O, dodaqlarını büküb əyə-əyə: – Ay Mirzə, sazını götür, dur gör camaət nə istəyir, oxu – dedi.
Aşıq Mirzə sazını cəld çiyninə keçirib ortaya çıxdı:
– Ay cəmaət, nə oxuyum – deyə soruşdu.
– A Aşıq Mirzə! Hansı söz yaxşıdı, hansı söz könül açandır, ondan oxu – dedilər.
Aşıq Mirzə solu-sağı süzüb üç telli sazı köksinə qısaraq sözə başladı:
Yaxşıdır
Bahar çağı gül mevsimi gələndə
Süsənlər, sünbüllər, güllər yaxşıdır.
Tavus tamaşalı, tərlan cilvəli
Xoş danışan tuti dillər yaxşıdır.
Arif məclisində divan etməyə,
Dərdlilər dərdinə dərman etməyə
Pərişan olanda yüz qan etməyə
Ucu tər çığalı təllər yaxşıdır.
Bənəfşə əndamlı, nərgiz cəmallı
Şamama pustanlı xırdaca xallı
Dəstində dəstə gül yaşıllı-allı
Gəzəllər məkanı ellər yaxşıdır.
Yanıl yanaqları lalə gözəldə
Can alan gözdəri şəhla gözəldə
Müxtəsər cəmalı əla gözəldə
Qucmaq üçün incə bellər yaxşıdır.
Səvgi səvgisini salanda yada
Gönüldən gönülə işlədər cada
Şəhbazı qız talış oğlan arada
İşlətdiyi fitnə tellər yaxşıdır.
Bir xəlvət otaqda birdəmli gündə
Bir xublar xasının qolun boynunda
Gecələr sübhədək yarın qoynunda
Turunc oynatmağa əllər yaxşıdır.
Aşıq məşuqinə naz satsa əgər
Qaşların oynadıb göz atsa əgər
Yar mərhəmət edib oynatsa əgər
“Ülkər”in bağrında millər yaxşıdır.
Aşıq Mirzə uca gur səsilə gözəlləməsini bitirər-bitirməz şair Vəli ortaya atıldı.
Şair Vəli batıq gözlü, solğun çöhrəli, çıxıq kəmikli, ortaboy bir adam idi. Cəmaət: – şair Vəli, bir dağlar sözünü oxu – dedi.
Şair Vəli cəmaətin arzusu ilə dağları belə nəzmə çəkdi.
Dağlar
Bir ay yarım nobahardan keçəndə
Göksündən atlanır sellərin dağlar.
Çalxanar dəryalar çığırışar qazlar
Zəmzəm zümzüməli gölləri dağlar.
Sarı yoldan top tüfənglər atılar
Qarğı qulaq qoç kəllədə çatlar.
Hər əmliyin bir tümənə satılar
Xəzəl oldu pulların dağlar.
Mən halıyam ilin hər birisindən
Gecə gündüz yatmaz bir-birinin bəhsindən
Giyit nərəsindən, güllə səsindən
Dəyməmi türklər kalların dağlar.
“Xaç Bulaq” yurdunda yaylalar, ellər
Yaşılbaş sonalar, cığalı tellər
Mələklər dəstəsi, kürfə gözəllər
Sancaq ağ burda güllərin dağlar.
“Kəpəz” Muroyda bir neçə dağ var
Üstünə od düşsün ay dəli qoçlar
Yayın ortasında yağdırırsan qar
Səf çəkmir üstündən sərdərin dağlar.
Şair Vəli dağlar məzuməsini qurtarandan sonra başqa aşıqlar də birər-birər çıxıb oxudular. Hamısının oxuduğu gözəlləmədən, gəraylıdan başqa bir şey deyildi.
Məclis əhlinin arzusuna görə indi də Aşıq Hüseyn oxumalı idi. Hamı müntəzir ikən birdən o, saz əlində ortaya çıxdı. Cəmaət hər nə dedisə də, birər xamdan oxudu və sonra oturmaq istərkən dedim:
– Hüseyn yoldaş! Bənim də bir ricam var, olarmı ərz edim?
– Olar, olar, de görüm nədir.
Hərgah, mümkün olsa Şuralar höküməti haqqında bir söz oxu.
Cavabında şən çöhrəsi gülümsəyərək, baş üstə, komsomol yoldaş – dedi.
Aşıq Hüseyn heç düşünmədən, fikirləşmədən sədəfli sazı sinəsinə basıb şuralar haqqında oxumağa başladı:
Dostları ilə paylaş: |