Tədqiqatın obyekti: Mövzumuzda tədqiqatın obyekti həm insan həm də insanların ətrafda baş verənlərə yaxud baş verənləri ərz edərkən verdikləri reaksiyalardır. Bu reaksiyalara misal olaraq, bədən dili hərəkətlərini, ifadələri və mikro ifadələri göstərmək olar. Beləliklə, mövzunun aktuallığı bəndində də qeyd etdiyimiz, gerçəkləri üzə çıxarmaq üçün lazım olan bütün nüanslar əsas tədqiqat obyektimiz olan insan üzərində istifadə olunur.
Tədqiqatın predmeti:Sözügedən mövzuda olan araşdırmalar, araşdırmalar əsasında yazılmış kitablar, hər-hansı təcrübələrdən yola çıxılaraq alınan nəticələr, araşdırmaların dərinliyində yatan məsələlər və onların açıqlamaları tədqiqatımızın predmetini təşkil edir.