Saxlama müqaviləsi (Amanə və ya Vədiə). Bu müqavilənin məqsədi bir şəxsin
əşyalarının digər şəxsdə saxlanılması idi. Müqavilə əvəzsiz və müəyyən haqq müqabilində
bağlana bilərdi. Əşyaların saxlanılması yerini əşyanı verən seçə bilərdi. Əşyanın sahibi
ölərdisə mərhumun varisinə qaytarmalı idi. Digər saxlama müqaviləsi “Ariyət” var idi. Burda
əşya istifadəyə verilirdi əvəzində heç nə tələb olunmurdu.
“Zamin” və ya “kəfalə” adlanan zəmanət müqaviləsi bir şəxsin kreditor qarşısında
başqa bir şəxsin borcunu ödəməyəcəyi təqdirdə onun əvəzinə məsuliyyət daşıyacağını
öhdəsinə götürməsidir.
Dostları ilə paylaş: |