29.1920-1936-cı illərdə Azərbaycanda hüququn ümumi xarakteristikası
Azərbaycanda Sovet Sosialist dövləti qurulduqdan sonra “inqilabi qanunçuluq”
doktrinası yenidən qurulmaqda olan hüquq mühafizə orqanları sisteminin ideoloji
əsasına çevrildi. İnqilabi qanunçuluq dedikdə proletar diktaturasının ali orqanları
tərəfindən ümumməcburi sayılan hüquq qaydası başa düşülürdü. Ötən əsrin 20-ci
illərinin hüquqşünasları məhkəmə qararlarına daha çox önəm verirdilər. Bu dövrdə
vahid hüquqi baza formalaşmağa başladı. Dövlətin əsas qanunu konstitusiya qəbul
edildi. Mülki, torpaq, Cinayət, İslah-əmək, Nikah, Ailə, Qəyyumluq və Vətəndaşlıq
vəziyyəti haqqında aktları, Cinayət –prosesual və Mülki-prosesual məcəllələri qəbul
edildi.
|