33 .XIX əsrdə Azərbaycanda kəndli slahatları.
Şimali Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra burada əhalinin hüquqi
vəziyyətində nəzərəçarpacaq dəyişikliklər baş verdi. Kəndlilərin hüquqi vəziyyəti
1818,1830,1841 və 1846-cı illərdə verilmiş normativ aktlarda müəyyən dərəcədə əks
etdirilmişdi. 1846-cı il fərmanında kəndliləri ifadə edən rəiyyət,rəncbər,nökər və s.kimi
adların əvəzinə onlara ümumi ad-“ mülkədar tabeli” adı verilmişdi.1847-ci il aprelin 20-də
və dekabrın 28-də nəşr edilmiş”Kəndli əsasnamələri” də bu adı təsdiqləmiş və dövlət
kəndliləri ilə sahibkar kəndliləri arasında fərqli cəhətləri müəyyən etmişdi.Müəyyən şərtlərə
əməl edilməklə, sahibkar kəndlilərinə bir sahibkarın yanından başqasının yanına köçmək
hüququ verilirdi.Əsasnamələrə görə,maldar kəndlilər otlaqlardan istifadə müqabilində
ödəməli olduqları vergilərdən azad edilirdilər.”Bakı quberniyasında kənd icmaları,onların
ictimai idarələri və dövlət,ictimai mükəlləfiyyətləri haqqında“ 23 avqust 1866-cı il tarixli
əsasnaməsi və “Zaqatala dairəsində kənd cəmiyyətləri,onların ictimai idarələri və
dövlət,ictimai mükəlləfiyyətləri haqqında” 31 iyul 1867-ci il əsasnaməsi ilə Az-canda kəndli
cəmiyyətlərinin hüquqi status tənzimlənmişdi.Rusiyada 1861-ci ildə və Gürcüstanda 1864-cü
ildə təhkimçilik hüququ ləğv edildikdən sonra ,1870-ci il mayın 14-də” Zaqafqaziya
quberniyaları Bakı,Gəncə(Yelizavetpol),İrəvan və qismən Tiflis quberniyaları ali müsəlman
silkindən olan şəxslərin torpaqlarında sakin olan kəndlilərin torpaq quruluşu haqqında”
əsasnamə verilmişdi.1847-ci il əsasnaməsi kimibu əsasnamədə də kişi cinsindən olanlara 5
desyatin pay torpağının verilməsi nəzərdə tutulmuşdu.Fərqli cəhətlər isə kəndlilərin
feodaldan asılılığının ləğvi,kəndlilərin öz pay torpaqlarını sahibkarlarla qarşılıqlı razılıq
əsasında,barışıq münsifinin müəyyən etdiyi qaydada satın almaq hüququna malik olması və
s. idi.
Torpaqla bağlı hüquq münasibətləri 1818,1830,1841,1846,1847,1870-ci və s. illərdə qəbul
edilmiş əsasnamələrdə öz əksini tapmışdır.XIX əsrdə AZ-canda mövcud torpaq sahibliyi
formaları əsasən dövlət-xəzinə,mülk,tiyul,vəqf və icma idi.Kənd icmalarının istifadəsində
olan torpaqlar da dövlətə məxsus idi və onların 3-4 ildən bir dövlət kəndliləri arasında kənd
icmasının yığıncağında bölüşdürülməsi nəzərdə tutulurdu.1870-ci il əsasnaməsində həmdə
torpaqdan istifadə ilə bağlı münasibətlər də tənzim olunurdu.Pay torpağı alan kəndlilər
həmin torpağı satın almaq hüququnu barışıq münsifinə müracət etməklə gerçəkləşdirə
bilərdi.Torpaqların hərracla icarəyə verilməsi qaydası 1893-cü ildə verilmiş xüsusi qanunla
nəzərdə tutulurdu.İcarə müddəti 6 il müəyyən edilsə də ,ümumi qaydaya əsasən bu
müddətin 36 ilə qədər uzadılmasının mümkünlüyü qeyd olunurdu.Torpaq 12 ildən yuxarı
müddətə icarəyə götürüldükdə bu sahə ilə məşğul olan baş idarənin razılığı olmalı idi.1861-
ci il iyunun 29-da Zaqafqaziyada torpaqların mərzləşdirilməsi haqqında əsanamə təsdiq
olunmuşdu.Dövlət torpaqlarının sərhədlərini müəyyənləşdirmək qaydası qoyuldu.1887-ci
ildə torpaqların mərzləşdirilməsi haqqında yeni bir əsasnamə elan edildi.Bu əsasnamədə
onlarla kəndin və xeyli döv.torpaq+ının daxil olacağı dairələrin təşkil edilməsi və onlar
arasında sərhəd qoymaq nəzərdə tutulurdu.1896-cı ildə qanun layihəsi hazırlamaq üşün
xüsusi komissiya təşkil edildi.1897-ci ildə yeni qanun verildi.İcmanın bilavasitə istifadəsində
olan torp+ həmin kənddə yaşayan döv.kəndli+I üçün müəyyən edilmiş normadan artıq
olduqda belə torp+dan kəsib götürmək qadağan olunurdu.1900-cü il mayın 1-də verilmiş
Zaqafqaziya ölkəsində dövlət kəndlilərinin torpaq quruluşu haqqında qanun 1897-ci il
qanununu bir daha təsdiq etdi.
Dostları ilə paylaş: |