30. AXC- nin məhkəmə sisteminin
AXC dövründə məhkəmə sisteminin yeni əsaslarla təşkili məsələsinə də çox böyük diqqət
ayrılmışdı. Hökümət tərəfindən hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar 1918- ci il iyunun
15- də“Korpus məhkəmələrinin yaradılması haqqında ” qərar verilmişdi. Həmin məhkəmələr
əsasən, ağır cinayət işlərinin baxılması və həlli ilə məşğul olmalı idilər. Ədliyyə Nazirliyi elə ilk
günlərdən barışıq məhkəmələrinin bərpası yolunda işlər aparmağa başladı. Azərbaycan
höküməti 14 sentyabr 1918- ci ildə barışıq məhkəmələrinin bərpası uçün vəsait ayrılması
qərarını verdi. Paytaxtın Bakıya köçürülməsi ilə məhkəmənin yenidən qurulması işinə
başlanıldı. Bakı Kommunası dövründə təsis edilmiş bütün məhkəmə və istintaq orqanları ləğv
edildi. Bakı Dairə Məhkəməsi ona tabe olan idarələrlə birgə bərpa edildi. Nazirlər Şurası
tərəfindən 14 noyabr 1918 – ci ildə təsdiq edilən və 8 bənddən ibarət olan “ Azərbaycan
Məhkəmə Palatası haqqında” Əsasnamə ilə Bakı şəhərində Azərbaycan Məhkəmə Palatası
təsis olunurdu. Əsasnamənin 2 – ci bəndinə müvafiq olaraq bu palata 2 departamentdən –
mülki və cinayət üzrə departamentdən ibarət olmalı idi. Palata apellyasiya məhkəməsi
statusuna malik idi. Məhkəmə Palatasının nəzdində prokuror nəzarəti fəaliyyət göstərirdi.
Palata cinayət işləri üzrə 1- ci instansiya məhkəməsi kimi çıxış edirdi. Nəzdində prokurordan
və onun iki köməkçisindən ibarət Prokuror fəaliyyət göstərirdi. Prokuror nəzarətinə baş
prokuror rəhbərlik edirdi. O, eyni zamanda ədliyyə naziri qismində məhkəməidarəçiliyini
həyata keçirən Ali orqanın başçısı sayılırdı. Ədliyyə Naziri həm də, həbsxanalara himayədarlıq
cəmiyyətinin prezidenti idi. Bakı və Gəncədə də prokuror nəzarəti fəaliyyət göstərirdi. 27
iyun 1919- cu ildə Azərbaycan Parlamenti tərəfindən “ Müxtəlif idarələrdə vəzifələrini
cinayətləri və sui-istifadə hallarının istintaqı üzrə Xüsusi Təftiş – İstintaq Komissiyasi
yaradılması haqqında ” qanun qəbul olundu. Bu qanuna görə komissiya Ədliyyə Nazirinin
təqdimatı üzrə hökümətin qərarı ilə sədr və 8 üzvdən ibarət tərkibdə yaradılırdı. 1919 -cu ilin
əvvəllərində Azərbaycanda Milli Ordu hissələrdə quruculuq işlərinin sürətlənməsi ilə
əlaqədar olaraq hərbi məhkəmələrin də qurulmasına başlanılmışdı. Parlamentin tərəfindən
1919- cu il aprelin 14- də qəbul edilmiş “ Azərbaycan Cümhuriyyətində hərbi məhkəmə
quruluşu haqqında ”müvəqqəti əsasnaməyə uyğun olaraq hər bir hərbi hissədə alay
məhkəmələri və Azərbaycanin hərbi hissələri üçün Ümumi Azərbaycan Hərbi Məhkəməsi
təsdiq olunurdu. Hərbi məhkəmənin daimi üzvlərinin tərkibinə sədr və 2 üzv daxil idi.
Müvəqqəti üzvlər isə hərbi nazirin sərəncamıyla 6 aylıq müddətə hərbi hissələrdən 4
nəfərdən ibarət tərkibdə təyin edilirdilər. 1920- ci ilin mart ayında Ali Məhkəmənin
funksiyalarını yerinə yetirəcək bir orqan – Azərbaycan senatı haqqında əsasnamənin layihəsi
hazırlanaraq müzakirə üçün Parlamentə təqdimatı olundu. Senat mühafizə, inzibati,
kassasiya, məhkəmə funksiyalarinı həyata keçirməli idi. Senat cinayət, mülki, inzibati
departamentlərdən ibarət tərkibdə fəaliyyət göstərməli idi. AXC- nin işğalı ilə əlaqədar
olaraq bu tədbir həyata keçirilmədi. Bu dövrdə kənd məhkəmələri və şəriət məhkəmələri də
fəaliyyət göstərirdi. Kənd məhkəmələri kənd məclisləri tərəfindən 3 nəfər tərkibdə 3 il
müddətinə seçilirdi. Bu məhkəmələr kendlilərin arasında yaranmış məbləği 100 manata
qədər olan bütün mübahisələri və ona aid olan mülki iddiaları həll edirdilər. Şəriət
məhkəmələri nikah-boşanma məsələləri ilə məşğul olurdu. Ümumiyyətlə, məhkəmənin tam
müstəqilliyi üçün müəyyən addımlar atılmışdı. Ancaq hərbi məhkəmələr in icra
hakimiyyətindən asılılığı qalmaqda davam edirdi.
Dostları ilə paylaş: |