32. Müsəlman hüququnda məhkəmə və proses
.Məhkəmə.İlkin islam cəmiyyətində məhkəmə inzibati hakimiyyətdən ayrı deyildi.Müsəlman
icmasının başçısı kimi Məhəmməd Peyğəmbər gündəlik ibadəti başa vurduqdan sonra baş
verən mübahisələri həll edir və qərarlar verirdi.Yerlərdə hakim funksiyasını tayfa başçıları
olan şeyxlər və ya inzibati-ərazi bölgülərinin başçıları icra edirdilər.Erkən dövrlərdəki
müsəlman mühakimə icraatının xarakterik cəhəti vəkillik institutunun olmaması idi.Qazı eyni
bir iclasda məhkəmə baxışını başa çatdırıb qərar verirdi.Adətən,iş şifahi surətdə təhqiq edilir
və qəti nəticə bütünlüklə qazıdan asılı olurdu.Müsəlman hüququna görə yerli məhkəmələrin
tərkibinə qazı ilə yanaşı,şahidlərin şəxsiyyətini yoxlayıb katib funksiyasını yerinə yetirən
məzakki,əmlak bölgüsünün bütün qaydalarını bilən və həyata keçirən qasim,şahidlərin
gəlməsinə nəzarət edən,məhkəmə qərarını icra edən əmin əl-hökm də daxil idi.Məhkənədə
işə baxılması məzakkinin dəvət olunanların şəxsiyyətini yoxlaması ilə başlayırdı.Şəriət
məhkəməsində iddiaçı və cavabdehin iqrar etirafı və and içməsinin böyük əhəmiyyəti var
idi.Çünki həmin vaxt şahid və məhkəməni həyata keçirənlərin əsl müsəlman olmasına diqqət
yetirilmiş,iman sahiblərinin ifadələrinə daha çox etibar edilmişdir.Qazı sübutetmə vəzifəsini
yalnız müddəi üzərinə qoymamalı,öz səlahiyyətindən istifadə edərək məsələnin
aydınlaşmasını təmin etməlidir.Şahid hadisəni görməli,eşitməli,qavramalı idi,çünki mənbəyi
olmayan şəhadət əsassız sayılırdı.Ağır cinayət işlərində şahid gözü ilə görən şahid olduğu
halda,nikah,boşanma,mülki əqdlərin bağlanması ilə əlaqədar işlərdə həm gözü ilə
görən,həm də qulağı ilə eşidən şəxs şahid ola bilərdi.Müsəlman əleyhinə yalnız müsəlman
şahidlik edə bilərdi.Yaxın qohumluq,dostluq münasibətində olanların bir-birinə qarşı
şəhadət verməsi düzgün hesab edilmirdi.Müsəlman hüququnda müəyyən edilmiş şahidlik
qaydalarına görə iki qadın şahid bir kişi şahidə bərabər tutulurdu.Şəxsin etirafı(ikrar) və şahid
ifadələri ilə yanaşı,sübut kimi sənədlərdən də istifadə olunurdu.Məhkəmədə mülkiyyətçisi
bilinməyən mal meydana çıxdıqda beyt ül-mala və ya vəqfə verilirdi ki,yoxsul və kimsəsizlərə
sərf olunsun.Məhkəmə prosesi qazı tərəfindən şifahi qərarın verilməsi ilə başa
çatırdı.Abbasilər dövründə hpkmlər cavabdehin tələbi əsasında yazılı olaraq ifadə
olunurdu.Qazının çıxardığı qərardan narazı qalanlar qazı əl-qüzzatın başçılıq etdiyi
məhkəmə nəzarət divanına müraciət edə bilərdilər.
Dostları ilə paylaş: