Çar Rusiyası Osmanlı İmperiyası ilə 1812-ci ilin yayında imzaladığı Buxarest müqaviləsində Osmanlı
İmperiyası rusların Qafqazı işğalını tanıyır, bu torpaqlara iddiasından əl çəkir. 1812-ci ildə Napoleonun
Rusiya hücumundan dəyərlənməyə çalışan İran vəliəhdi Abbas Mirzə Rusiyanın işğal etdiyi Azərbaycan
xanlıqlarına hücum etsə də general P.Kotlyarevski bu hücumları dəf edir və bölgədə hərbi-siyasi üstünlük
qazanır. Bu hallar İngiltərəni bərk narahat edir və onların təkidi ilə İran Rusiya ilə müqavilə imzalamaq
qərarına gəlir. 1813-cü ilin 12 oktyabrında Gülüstan kəndində birinci Rusiya-İran müharibəsinin
qurtarmasını bildirən müqavilə imzalanır. Bu müqavilə tarixə imzalandığı yerin adıyla Gülüstan
müqaviləsi kimi daxil olur. Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən
isə Ratişev imzalayır. Bu sülh müqavilənin şərtlərinə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və
Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ,
Şəki) Rusiyaya verilir.Gülüstan sülh müqaviləsinə görə Bakı,Quba,Dərbənd,Gəncə,Şəki,Şirvan,talış
xanlıqları qəti olaraq Rusiyaya qatılmış status quo ad presentem prinsipiylə uyğun olaraq müqavilənin
bağlandığı ana qədər ki sərhədləri əks etdirirdi.Rusiyanın qafqazdaki hökmdarlığı 1826 ci ilin iyulunda
başlanmış yeni rus iran müharibəsinin nəticəsi olara 1828 fevral 10 da bağlanmış müqaviləsı ilə Naxçıvan
və İrəvan xanlıqları zorla özünə birləşdirmək hesabına genişləndi.
16 maddədən ibarət olan həmin müqaviləyə əsasən Xəzər dənizində yalnız rusiyanın donanma
yerləşdirmə hüququ göstərilir.Əsasən Xəzər dənizində yalnız rusiya hərbi donanma yerləşdirmə hüququq
nəzərdə tutulur rusiya tacirlərinə iran ərazisində gömrüksüz ticarət hüququ verilir iran üzərində 20
milyon rubl qiymətində təzminat qoyulur Azərbaycanın şimal hissəsi rusiyanın cənub hissəsi isə İranın
tərkibinə qatıldı.Müqavilədə əhalinin İrandan Qafqaza Qafqazdan İrana sərbəst keçməsi nəzərdə
tutulurdu.Digər tərəfdən müqavilədən sonra irandan azərbaycan ərazisinə kütləvi şəkildə Ermənilərin
köçürülməsinə başlanılmış və onlar əsasən qarabağın dağlıq hissəsində və zəngəzurdsa
yerləşdirilmişdilər.Azərbaycanın 2 yə bölünməsinin əsasını qoyan bu müqavilə nəticəsində azərbaycan
məfhumu leksikomdan çıxarılır hələ bir qədər əvvəl xanlıq idarə üsuluyla yaradılmış (1826) yeni inzibati
ərazi vahidlərinin əyalət dairə distansiyaların ərazisində tədricən həm idarəçilik həm də hüquqi
münasibətlərdə dəyişiklik baş verir.
Gülüstan müqaviləsindən fərqli olaraq, Türkmənçay müqaviləsinin ağır şərtləri daha tez reallaşdı. Yeni
işğal olunmuş İrəvan və Naxçıvan xanlıqlarının torpaqları "erməni vilayətləri" elan edildi. Halbuki qədim
İrəvan torpaqları lap qədimdən türk-müsəlman yurdu olmuş, düşmən qüvvələri qarşısında möhkəm
dayanmışdı. Hətta rus-İran müharibəsində burada yaşayan azərbaycanlılar çarın işğalçı qoşunlarına qarşı
qəhrəmancasına döyüşmüşdülər. Lakin ermənilərin xəyanəti üzündən İran həmin müharibədə məğlub
olmuşdu.
Ermənilər Türkmənçay müqaviləsinin şərtlərindən çox məmnun idilər. Tarixçilər erməniləri
Türkmənçayın övladları adlandırırdılar, çünki Türkmənçay müqaviləsindən əvvəl ermənilər, demək olar
ki, torpaqsız olublar. Erməni tarixçisi Anahid Terminasın qeyd etdiyi kimi, "ermənilər 1917-ci ilədək
Qafqazın heç bir məntəqəsində çoxluq təşkil etməmişlər və onların müəyyən bir əraziləri də yox idi".
Dostları ilə paylaş: