Mehranilər sülaləsi.Girdiman dövləti.VII əsrin əvvəllərində Albaniyanın Girdiman vilayətində (Şəmkir-Qazax bölgəsi) Mehranilər sülaləsinin hökmranlığı yaranmışdır.Dövlətin mərkəzi Partav (Bərdə) idi. Mehranilər sülaləsinin banisi Sasani şahı II Xosrovun qohumu Mehran (570-590) olmuşdur.II Xosrovun atasının ölümündə təqsirləndirilən Mehran qorxaraq Albaniyaya Uti vilayətinə qaçaraq xəzərlərlə birləşmək istəyirdi.Bundan ehtiyatlanan II Xosrov Mehrana Albaniyada istədiyi yerə sahib olmaq icazəsini verir.Mehran Girdiman vilayətində Mehrəvan şəhərini saldırdı.Girdiman vilayətində VI əsrin 70-ci illərində türk mənşəli Sabir tayfaları məskunlaşmışdılar.Mehran sabir türklərinin nəslindən idi.591-ci ildə Bizansla İran arasında bağlanmış müqaviləyə əsasən Girdiman vilayəti Sasanilər hakimiyyəti altında qalmışdı.Alban-Sabir mənşəli Mehranilər Albaniyada öz hakimiyyətlərini möhkəmləndirdilər.Mehran yerli əyanlardan 12 nəfəri öldürüb bütün Girdiman vilayətinə sahib çıxdı.Onun nəticəsi Vardan 600-615) Girdiman qalasını tikdirdi.Vardanın nəvəsi Varaz Qriqor (630-642) Bizans imperatoru İraklinin siyasi təsiri altına düşdü.Bu zaman xəzər türkləri Bizansla ittifaqa girib Sasanilərə qarşı mübarizə aparırdılar.Beləliklə, Varaz Qriqor Albaniyanın hakimi olmuşdur.Varaz Qriqorun oğlu Cavanşir (642-681) bütün Albaniyanın hakiminə çevrildi.O, Bərdəni paytaxt etdi.İlk dövrdə o,Sasani şahı III Yezdəgerdə tabe idi və ərəblərə qarşı vuruşurdu.651-ci ildə Sasani dövlətinə Ərəb xilafəti son qoydu. Cavanşir Bizans imperatoru tərəfinə keçdi. II Konstatinin (641-668) himayəsi sayəsində Cavanşir İberiya sərhədlərindən Araz çayına və “Hun darvazalarına” (Dərbəndə) kimi ərazini əhatə edən Alban ölkəsinin hakiminə çevrildi.Bu dövrdə Xəzər türklərinin Albaniyaya təkrar hücumlarından ölkəni xilas etmək üçün Cavanşir Xəzər xaqanının qızı ilə evləndi.Cavanşir cənubdan gələn təhlükəni Albaniyadan sovuşdurmaq və Albaniyanın bütövlüyünü saxlamaq üçün yüksəliş mərhələsində olan Ərəb xilafətinin asılılığına keçdi.
Erkən Orta əsrlərdə (III-VII əsr) Azərbaycanın vahid dövlətin-Sasanilərin tərkibində olması mədəniyyətin inkişafında böyük rol oynamışdır.Güman edilir ki,Atropatenada Sasani dövlətində tətbiq olunan pəhləvi yazı sistemindən,V əsrin əvvəllərində albanlar isə 52 işarədən ibarət fışıltılı və boğaz səsi ilə zəngin olan öz əlifbasından istifadə edirdilər.1948-ci ildə Mingəçevirdə aşkar edilmiş qısamətnli epiqrafik abidələr bu yazının bir növüdür.Yazı 21 işarədən ibarətdir, 4 sətirlidir.Üzərində alban yazısı olan dördünclü ştamp da tapılmışdır.V əsrdə alban dilində fərman tərtib edilmişdir.İslam dinini qəbul etmiş Azərbaycan əhalisi ərəb əlifbasından istifadə etməyə başlamışdır.
Bu dövrdə mövcud olan şəhərlərdən Dərbənd,Bərdə (Partav),Çola (Çora),Hunarakert ,Paytakaran,Təbriz,Şiz,Ərdəbil,Naxçıvan,Gəncə,Şəki, Şəmkir,Qəbələ,Şabran,Xalxal,Beyləqan və s. var idi.Şimala gedən yollar üzərində sədlər tikilmişdir.Beşbarmaq dağından dənizədək qoşa divar uzanırdı.Şirvan səddi (Gilgilçay boyu) Beşbarmaq divarından 23 km şimalda çəkilmiş,Çıraqqala bu səddin başlanğıcında dağ zirvəsində yerləşirdi.Digər sədd Samur çayından şimalda inşa edilmişdir.Ən əzəmətli Dərbənd səddi yüksəklikdən dənizin içinədək uzanırdı.Orta hissəsində qala var idi.Azərbaycan ərazisində Torpaqqala (Alazan çayı sahili), Govuqqala (Ağdam), Cavanşir (İsmayıllı), Çarabkert (Ağdam) qalaları inşa olunmuşdu.Alban məbədlərinin qalıqlarına Qəbələ, Qax, Yuxarı Qarabağ, Şəki, Zaqatala, Mingəçevir, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı və s. yerlərdə rast gəlinir.
Azərbaycanda təkallahlığa (monoteizmə) keçid tam müstəqil dövlət olmaması şəraitində baş verirdi.Zərdüştliliyin təkallahlılığa çağırışı Azərbaycanda (eləcə də İranda) atəşpərəstlik dini ehkamına qarışdı. Sasani hakimiyyəti illərində Mani, sonra məzdəkilərin təlimlərində Xeyirlə Şərin mübarizəsi ideyası Zərdüştlük dininin təsiri altında meydana gəlmişdir.Atəşpərəstlik, oda sitayiş Sasani imperiyasında dövlət dini səviyyəsinə qaldırılmışdır.Günəşə, Aya, suya, göyə və s. ibadət edirdilər.Sehr, cadu və rəmmallığa inam o qədər dərin imiş ki, Azərbaycanda xristianlığı yayanlar ilk növbədə bu işlərlə məşğul olanları cəzalandırırdılar.Xristianlıq zorla qəbul edilirdi.Albaniyada çoxları qədim dinlərini saxladı.Erkən Orta əsrlərdə Azərbaycanda alban,kaspi,müq, qarqar,udin,girdiman adları daşıyan əhali yaşayırdı.Azərbaycanda yaşayan etnosların çoxu (alban,qarqar,uti,sovde,sakasen,hun,girdiman və s.) türk mənşəli idi.Qədim və Erkən Orta əsrlərdə Azərbaycana 2 böyük etnik axın olmuşdur.I axında türk mənşəli kimmer,skit,sak tayfaları, II axında isə türk mənşəli hun tayfaları (kəngər, pesənək, onoqur, sabir, hun, herlat, oğuz və b.).İlk oğuzlar ümumtürk məkanının tərkib hissəsi olan Cənubi Qafqaza,o cümlədən Azərbaycan ərazisinə Dərbənd keçidi və Böyük Qafqazın başqa dağ aşırımlarından keçərək yayılmışdır.
Uzun tarixi dövr ərzində Azərbaycanın bütöv halda Sasani imperiyasının tərkibində olması mütərəqqi hadisə idi.Çünki ölkənin bütün bölgələri arasinda daxili əlaqələr,ilk növbədə ticarət əlaqələri genişləndi.Ölkəmizin etnik-siyasi və mədəni birliyinin yaranması yolunda mühüm irəliləyiş baş verdi.Sasani əsarətinə qarşı uzunsürən azadlıq mübarizəsi ölkənin türk və qeyri-türk əhalisini daha sıx birləşdirdi, onların qaynayıb-qarışmasına müsbət təsir göstərdi.Vahid xalqın yaranması prosesi sürətləndi.