tələblərinə uyğun gəlməyə bilərdi. Bu isə həmin ölkədə avtomobilin istismarını
qadağan edirdi.
Bu problemin həlli üçün 33 Avropa ölkəsi, Yaponiya və Avstraliya 1958-ci ildə
Cenevrədə birgə Beynalxalq konvensiya imzaladılar. Bu sənəddə avtomobilin
konstruktiv təhlükəsizliyini təmin edən sistem və aqreqatlara qoyulan tələblər və
onların sınaqlarının keçirilməsi qaydaları öz əksini tapmışdır. Bu tələblər həm
təkərli nəqliyyat vasitələrinə, həm də onların detallarına və üzərində qoyulan
avadanlığa aiddir.
Konvensiyaya əsasən ona qoşulan dövlətlər:
1.
Müxtəlif sistemlər və aqreqatlara hazırlanan tələblər və sınaq metodikaları
hamı tərəfindən qəbul edilməli və riayət olunmalıdır;
2.
Öz dövlət standartlarını hazırlayan zaman Konvensiyanın qoyduğu tələbləri
əsas kimi götürməli. Yəni onların standart və texniki aktların tələbləri Kon-
vensiyanın tələblərinə zidd olmamalıdır;
3.
Konvensiya iştirakçısı olan ölkələr, aqreqat və ya avadanlığın sınaqdan
keçməsi haqda nişanı öz ölkəsinin ərazisində qüvvədə olmasını qəbul et-
mək.
Konvensiyaya əsasən təkərli NV-ləri aşağıdakı 4 kateqoriyaya bölünür: L,M. N.
O.
Dostları ilə paylaş: