Mühərrikin qabaqda yerləşməsi – mühərrik sərnişin salonundan qabaqda
yerləşir. Belə komponovka sxemigeniş yayılmışdır və onun iki variantından is-
tifadə edilir:
-arxa aparan oxlu;
-qabaq aparan oxlu.
12.
2.
Mühərrikin ortada yerləşdirilməsi – mühərrik qabaq və arxa oxlar arasında
yerləşdirilir və minik avtomobillərində çox nadir hallarda istifadə olunur.
3.
Mühərrikin arxada yerləşdirilməsi – mühərrik sərnişin salonundan arxada
yerləşdirilir.
Avtomobilin dartıcı dinamikasını hərəkətin təhlükəsizliyi baxımından
qiymətləndirmək üçün aşağıdakı göstəricilərdən istifadə edilir: maksimum sürət
V
max
və maksimum təcil a
max
, minimum sürətlənmə zamanı t
min
və yolu S
min
.
Avtomobilin dartıcı dinamikası müəyyən yol vəziyyətlərində (məsələn ötmə
məliyyatları zamanı) sürücüyə hadisədən qaçmaq imkanı yarada bilər. Yəni sürücü
avtomobilin qısa müddətdə sürətlənməsi hesabına öz hərəkət zolağına qayıda bilər.
Bundan başqa yaxşı dartıcı dinamika avtomobilə sərt yoxuşları daha yüksək
pillələrdə dəff etmək imkanı verir.
Avtomobilin dartıcı dinamikasına onun aşağıdakı elementlərinin texniki
vəziyyəti böyük təsir göstərir:
-mühərrik;
-şassi aqreqatları (sürətlər qutusu, baş ötürücü, qabaq təkərlərin quraşdırılma
bucaqları və s.);
-şinlər (təzyiqi, protektor naxışlarının vəziyyəti)
Avtomobilin dartıcı dinamikasının yaxşılaşdırılması üçün aşağıdakı istiqa-
mətlərdə tədbirlər görülür:
-avtomobilin xüsusi kütləsinin azaldılması (bunun üçün ilk növbədə
avtomobildə mühərrikin və banın çəkisi azaldılmalıdır – bunlara yeni metalların və
kompozit materialların istifadəsi hesabına nail olmaq olar);
-mühərrikin litr gücünün artırılması, qabarit ölçü və kütlənin azaldılması, yana-
caq sərfinin azaldılması (bundan ötrü avtomobillərdə daha müasir alışdırma
yanacaq-püskürmə sistemlərindən istifadə olunur);
-avtomobil banının axımlılığının yüksəldilməsi;
-transmissiya aqreqatlarının yağlanmasında istifadə olunan yağların keyfiyyəti-
nin yüksəldilməsi;
13.