Azərbaycan memarliq və İNŞaat universiteti NƏQLİyyat fakultəsi



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə51/51
tarix16.12.2023
ölçüsü2,34 Mb.
#182852
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   51
NVT və ATE- mühazirə (əsas)

Yoxlama sualları: 
1. YNH-nin ümumi sayında, NV texniki nasazlığı səbəbindən yarananlar,neçə 
faiz təşkil edir? 
2. Təhlükəli nəticələrin baş verməsinin əsas səbəbləri NV hansı sistemlərinin 
nasazlıqları üzündən yaranır? 
3. Diskli tormoz mexanizmlərinin hansı növ nasazlıqları mövcuddur? 
78.


4. Tormoz intiqalının əsas nasazlıqları hansılardır? 
5. Tormoz sistemində nasazlıqların başlaması hansı əlamətlərlə müşayət 
olunur? 
6. Sükan idarəsinin əsas nasazlıqları hansı qruplara bölünür?
7. Sükan idarəsinin nasazlıqlarının başlanmasının əsas əlamətləri kimi nələri 
göstərmək olar?
8. İlişmə muftasının nasazlıqlarının xarici əlamətləri hansılardır? 
9. Sürətlər qutusunun nasazlıqlarını hansı qruplara bölmək olar? 
10. Sürətlər qutusunun nasazlıqlarını hansı xarici əlamətərə görə təyin etmək 
olar?
Ə D Ə B İ Y Y A T 
1.Heydərov Ş.H., Bayramov R.P. “Nəqliyyat vasitələrinin təhlükəsizliyi və 
avtotexniki ekspertizası”Bakı, “Təhsil”, 2009, 336 səh. (II hissə) 
Mövzu № 23. Maddi sübut
Mühazirənin planı: 
1. Maddi sübut anlayışı 
2. NV-nin sistemlərinin əsas elementlərinin maddi sübutlar kimi 
saxlanılmasının təmin edilməsi tədbirləri
Qoyulan sualların həlli üçün zəruri olan və qanunla müəyyən edilmiş qaydada 
ekspertizanı təyin edən orqan tərəfindən götürülərək ekspertə təqdim edilən hadi- 
sədə iştirak etmiş nəqliyyat vasitəsi və ya onun qovşaqları, detalları, ayrı-ayrı his- 
sələri və digər obyektlər – 
maddi sübut hesab olunur 

NV-nin yüklənməsi, boşaldılması və nəql etdirilməsi zamanı qovşaqların ayrı- 


ayrı elementlərinin əlavə zədələnməməsi üçün xüsusilə diqqətli olmaq lazımdır. 
Bərkidilmə vasitələri elə hissələrə bağlanmalıdır ki, NV qaldırıldıqda və endiril- 
dikdə onlar sürüşməsin və yerini dəyişməsin. 
Dərin zədələri və çatları olan detalların sınma səthləri ətraf mühitin təsirindən 
79. 


təcrid olunmalıdır. Bunun üçün sınma səthlərinə maye yağında isladılmış parçadan 
qoruyucu örtüklər bərkidilməlidir. Onlar səthləri korroziyadan, oksidləşmədən 
uzunmüddətli saxlamalar zamanı qoruyur. 
Siqnal və işıqlandırma elementləri, müxtəlif cihazlar, elektrik naqillərinin sın- 
maları, fara və fənərlərin zədələnmələri və s. hallarda akkumulyator batareyası 
sistemdən ayrılmalıdır. Bununla bərabər, qopmuş və asılmış vəziyyətdə olan 
elektrik naqilləri izolyasiya edilərək, kuzov elementlərinə bərkidilir. 
Aparılmş müşahidələr göstərir ki, bir çox hallarda hadisədə iştirak etmiş NV-
ri baxış keçirilənə qədər uzun müddət saxlanma yerlərində açıq havada qalırlar. Bu 
zaman onlar ətraf mühitin mənfi təsirinə (külək, yağış, qar və s.) məruz qalırlar. 
Nəticədə detallar özü və onların qirilma (çatlama) səthləri tədricən paslanır, elek-
trik naqilləri oksidləşir, bu isə öz növbəsində sonrakı ekspert tədqiqatlarına çoxsay- 
lı problemlər yaradır. 
Ona görə də NV-lərin uzunmüddətli saxlanılması örtülü otaqlarda təşkil edilmə- 
li və oraya kənar şəxslərin daxil olmasına imkan verilməməlidir. 
Bütün yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, NV-rinin qov- 
şaqlarında (detallarında) texniki nasazlıqların yaranma səbəblərinin və vaxtının 
ekspertlər tərəfindən dəqiq araşdırılması üçün, maddi sübutların düzgün götürül- 
məsi, qablaşdırılması, nəql etdirilməsi və saxlanması vacib rol oynayır. Bunun 
üçün də bu istiqamətdə ekspertlərin və istintaq orqanlarının birgə əməkdaşlığına 
böyük ehtiyyac var. Yəni ekspertlər tərəfindən bu sahədə məsləhətlərin verilməsi, 
onların maddisübutun götürülməsində iştirak etməsi və s., gələcəkdə istintaq 
tərəfindən onların qarşısında qiyulan sualların həllinə çox böyük dəstək ola bilərdi. 
Yoxlama sualları: 
1.Maddi sübut dedikdə sperizada nə başa düşülür? 
2.Ekspertizaya təqdim olunması üçün maddi sübutun götürülməsi zamanı hansı 
tədbirlər və hansı ardıcıllıqla yerinə yetirilməlidir? 
3.Maddi sübutun saxlanması zamanı hansı məsələlərə xüsusi diqqət 
verilməlidir? 
80. 


Ə D Ə B İ Y Y A T 
1.Heydərov Ş.H., Bayramov R.P. “Nəqliyyat vasitələrinin təhlükəsizliyi və 
avtotexniki ekspertizası”Bakı, “Təhsil”, 2009, 336 səh. (II hissə) 
81. 

Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin