AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
NƏQLİYYAT fakultəsi
NƏQLİYYAT TİKİNTİSİ VƏ YOL HƏRƏKƏTİNİN TƏŞKİLİ kafedrası
Fənnin adı: _NV-nin təhlükəsizliyi və avtotexniki ekspertizası
Mövzu № 1. Avtomobilləşmə prosesi və hərəkətin təhlükəsizliyi
Mühazirənin planı
.
1.Avtomobilləşmə və yol hərəkətinin təhlükəsizliyinin təmin olunması problemi
2.Fənnin predmeti və məqsədi
3.NV-nin konstruktiv təhlükəsizliyi və onun YHT-nin təmin olunmasında rolu
XX əsri avtomobilləşmə əsri kimi qəbul etsək səhv etmərik. Avtomobil ilk
yarandığı gündən insanların diqqətini özünə cəlb etmişdir. Əgər
ilk zamanlar ona
imkanlı insanlar yalnız bir əyləncə kimi yanaşırdılarsa, sonralar o, öz üstünlükləri-
nə görə cəmiyyətin və iqtisadiyyatın bütün sahələrində xüsusi mövqe tutmuşdur.
Avtomobilin əsas üstünlüklərinə aşağıdakıları aid etmək olar:
-
idarəetmə prosesinin sadəliyi;
-
yüksək hərəkət sürəti və manevrliyi;
-
yolsuzluq şəraitində hərəkət etmək qabiliyyəti;
-
sərnişinlərin və yüklərin tez bir zamanda və rahat şəraitdə lazım olan
məntəqəyə çatdırma imkanı;
-
texniki qulluq və təmir işlərinin həcminin nisbətən az olması
Əgər XX-ci əsrin ilk onilliyində dünyada cəmi 300 min avtomobil vardırsa,
1914-cü ildə onların sayı artıq 2,5 mln çatmış,1938-ci ildə isə artıq 35 mln
olmuşdur. Avtomobillərin istehsalı (xüsusilə də yük avtomobillərinin)
ikinci dünya
müharibəsi zamanı və ondan sonra – dağılmış iqtisadiyyatın bərpası dövründə,
daha da artmışdır. Dünya iqtisadiyyatı inkişaf etdikçə, ölkələr arasında
ticarət
əlaqələri gücləndikçə, insanlarn maddi durumu yaxşılaş- dıqça
avtomobillərin
1.
bütün növlərinə tələbat artmış və onların istehsalı daha
yüksək templərlə
davam etmişdir (bax şəkil 1.).
Lakin avtomobilləşmə prosesi müsbət tərəfləri ilə bərabər neqativ halların da
yaranmasına səbəb oldu. Onun yaratdığı problemlərin içində birinci yerdə hərəkə-
tin təhlükəsizliyinin təmin olunması məsələsi durur. Bildiyimiz kimi, bu gün yol
qəzalarının qarşısının alınması bütün inkişaf etmiş ölkələrin qarşısında
duran əsas
məsələlərdən biridir. Bu məsələnin həllinin çətinliyi ondan irəli gəlir ki, hərəkət
prosesi SAYM sisteminin bütün elementlərinin qarşılıqlı əlaqəsi nəticəsində yara-
nır və hər-hansı bir elementin fəaliyyətinin pozulması bütün sistemin fəaliyyətinə
təsir edir. Ona görə də YNH-nin qarşısının alınması üçün hər bir elementin normal
işinin pozulmasına təsir edən amilləri dərindən araşdırmaq lazımdır. Bu fənnin
öyrənilməsi zamanı bizi yalnız “avtomobil” elementinin fəaliyyəti ilə əlaqədar mə-
sələlər maraqlandıracaq.