Azərbaycan memarliq və İNŞaat universiteti NƏQLİyyat fakultəsi



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə3/51
tarix16.12.2023
ölçüsü2,34 Mb.
#182852
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   51
NVT və ATE- mühazirə (əsas)

Yoxlama sualları: 
1.Avtomobil nəqliyyatının digər növ nəqliyyat vasitələrinə nisbətən üstünlüyü- 
nü təşkil edən hansı xüsusiyyətləridir? 
2.Avtomobilləşmə prosesinin yaratdığı əsas neqativ fəsadları hansılardır? 
3.Avtomobilləşmə prosesinin səviyyəsinin müqaisəsi aparıldıqda (müxtəlif 
ölkələr arasında) hahsı göstəricidən istifadə edilir? 
4.Avtomobilin konstruktiv təhlükəsizliyi məsələlərinə nə zaman fikir verilməyə 
4. 


başlandı və bu nə ilə əlaqədar idi?
 
Ə D Ə B İ Y Y A T 
1.Heydərov Ş.H., Bayramov R.P. “Nəqliyyat vasitələrinin təhlükəsizliyi və 
avtotexniki ekspertizası”Bakı, “Təhsil”, 2009, 336 səh. (I hissə) 
Mövzu № 2. Avtomobilin konstruktiv təhlükəsizliyi üzrə normativ sənədlər
Mühazirənin planı

1.Cəmiyyətin nəqliyyat vasitələrinin konstruktiv təhlükəizliyinə qoyduğu əsas 
tələblər
2. NV-nin konstruktiv təhlükəsizliyi üzrə Beynalxalq konvensiyanın qəbul 
edilməsi
3. Beynalxalq konvensiyanın hərəkətin təhlükəsizliyinin təmin olunmasında 
rolu
Qeyd etdiyimiz kimi, avtomobillərin sayının durmadan artması və onların 
dinamiki göstəricilərinin yüksəlməsi son nəticədə yollarda baş verən YNH-nin sa- 
yının kəskin artmasına gətirib çıxartdı. Əvvəllər belə düşünürdülər ki, avtomobil- 
lə əlaqədar yol qəzalarının səbəbləri məs onların texniki nasazlığı ilə bağlıdır. La- 
kin aparılan təhlillər göstərdi ki, bir çox hallarda yol qəzalarında təzə və texniki 
cəhətdən saz olan NV-ləri iştirak edir. Yəni qəzanın baş verməsi avtomobilin tex- 
niki vəziyyəti ilə deyil, onun konstruksiyasının təkmil olmaması ilə bağlıdır. 
Bunları nəzərə alaraq cəmiyyət və dövlət tərəfindən XX əsrin 50-60-cı illərin- 
də iri istehsalçılar qarşısında avtomobillərin konstruktiv təhlükəsizliyinin 
artırılması məsələsi qoyuldu, mütəxəssislər tərəfindən bu sahədə çoxlu sayda elmi-
tədqiqat işləri aparılmağa başlandı (buna yeni texniki avadanlıqların yaradılması da 
dəstək verirdi). Bununla bərabər bu sahəni tənzimləyən müvafiq normativ 
sənədlərdə işlənib hazırlanırdı. Lakin nəqliyyat vasitələrinin konstruktiv 
təhlükəsizliyinə qoyulan tələblər müxtəlif ölkələrdə bir-birindən fərqləndiyindən 
avtomobillərin beynalxalq yük daşımaları zamanı problemlər yaranırdı. Yəni 
avtomobilin konstruktiv təhlükəsizliyi bir ölkənin tələblərinə cavab verdiyi halda, 
digər ölkənin 
5. 


tələblərinə uyğun gəlməyə bilərdi. Bu isə həmin ölkədə avtomobilin istismarını 
qadağan edirdi. 
Bu problemin həlli üçün 33 Avropa ölkəsi, Yaponiya və Avstraliya 1958-ci ildə 
Cenevrədə birgə Beynalxalq konvensiya imzaladılar. Bu sənəddə avtomobilin
konstruktiv təhlükəsizliyini təmin edən sistem və aqreqatlara qoyulan tələblər və 
onların sınaqlarının keçirilməsi qaydaları öz əksini tapmışdır. Bu tələblər həm 
təkərli nəqliyyat vasitələrinə, həm də onların detallarına və üzərində qoyulan 
avadanlığa aiddir. 
Konvensiyaya əsasən ona qoşulan dövlətlər: 
1.
Müxtəlif sistemlər və aqreqatlara hazırlanan tələblər və sınaq metodikaları 
hamı tərəfindən qəbul edilməli və riayət olunmalıdır; 
2.
Öz dövlət standartlarını hazırlayan zaman Konvensiyanın qoyduğu tələbləri 
əsas kimi götürməli. Yəni onların standart və texniki aktların tələbləri Kon- 
vensiyanın tələblərinə zidd olmamalıdır; 
3.
Konvensiya iştirakçısı olan ölkələr, aqreqat və ya avadanlığın sınaqdan 
keçməsi haqda nişanı öz ölkəsinin ərazisində qüvvədə olmasını qəbul et- 
mək.
Konvensiyaya əsasən təkərli NV-ləri aşağıdakı 4 kateqoriyaya bölünür: L,M. N. 
O. 

Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin