tutulur. Wards Auto kompaniyasının apardığı tədqiqatların nəticələrinə əsasən bu
gün dün- ya üzrə bu göstəricinin orta qiyməti 675 avt/1000 nəfər bərabərdir. Lakin
ayrı-ayrı ölkələrdə bu göstərici bir-birindən kəskin fərqlənir. Bunu daha aydın
aşağıdakı cədvəldən görmək olar:
Cədvəl 1.
Ölkə
Avtomobilləşmə göstəricisi
( avt/1000 nəfər)
ABŞ
769
İtaliya
690
Almaniya
598
Fransa
588
Böyük Britaniya
560
Yaponiya
557
Rusiya
226
Çin
6
Hindistan
1,8
Lakin avtomobilləşmə prosesi müsbət tərəfləri ilə bərabər neqativ halların da
yaranmasına səbəb oldu. Onun yaratdığı problemlərin içində birinci yerdə hərəkə-
tin təhlükəsizliyinin təmin olunması məsələsi durur. Bildiyimiz kimi, bu gün yol
qəzalarının qarşısının alınması bütün inkişaf etmiş ölkələrin qarşısında
duran əsas
məsələlərdən biridir. Bu məsələnin həllinin çətinliyi ondan irəli gəlir ki, hərəkət
prosesi SAYM sisteminin bütün elementlərinin qarşılıqlı əlaqəsi nəticəsində yara-
nır və hər-hansı bir elementin fəaliyyətinin pozulması bütün sistemin fəaliyyətinə
təsir edir. Ona görə də YNH-nin qarşısının alınması üçün hər bir elementin normal
işinin pozulmasına təsir edən amilləri dərindən araşdırmaq lazımdır. Bu fənnin
öyrənilməsi zamanı bizi yalnız “avtomobil” elementinin fəaliyyəti ilə əlaqədar mə-
sələlər maraqlandıracaq.
3.
Avtomobil nəqliyyatı sahəsində təhlükəsizlikdən danışdıqda nəzərə almaq la-
zımdır ki, bu kifayət qədər geniş məvhumdur. Bura həm nəqliyyatın istismarı, həm
onun texniki qulluğu, həm də təmir işlərinin aparılması zamanı təhlükəsizliyin tə-
min olunması məsələləri aiddir. Lakin bizim fənnimizin predmeti məs avtomobilin
konstruksiyasının təhlükəsizliyidir, yəni onun sistem və aqreqatlarının, həm də ba-
nının yol qəzalarının qarşısının alınması və ya onların fəsadlarının azaldılması ba-
xımından təkmil olması. Fənnin məqsədi avtomobilin müxtəlif sistem və aqreqatla-
rının hərəkətin təhlükəsizliyinin təmin olunmasında rolunu öyrənmək və bu istiqa-
mətdə olan perspektivləri araşdırmaq.
XX əsrin 50-ci illərinə qədər avtomobilin konstruktiv təhlükəsizliyi məsələsinə
çox fikir verilmirdi. Belə hesab edirdilər ki, avtomobilin banının dəmiri nə qədər
qalın olsa, yəni zərbə zamanı o
nə qədər az deformasiya olunsa, bir o qədər yaxşı-
dır. Lakin sonradan aparılan elmi tədqiqatlar və keçirilən kraş-testlər göstərdi ki,
bu fikir yalnışdır. Belə ki, avtomobilin banı az deformasiya
olduqda zərbədən ya-
ranan qüvvə azalmadan banın içərisinə doğru ötürülür. Nəticədə sürücü və sərni-
şinlər daha ağır xəsarətlər alır. Əksinə, deformasiya
çox olduqda içəriyə yönələn
təsir qüvvəsi azalır. Bundan başqa, avtomobillərin dinamiki göstəricilərinin art-
ması onların tormoz sistemlərinin daha effektiv etməyi tələb edirdi. Beləliklə XX
əsrin 50-ci illərindən sonra avtomobillərin banının və təhlükəsizliyi təmin edən
sistem və aqreqatların konstruksiyalarının təkmilləşdirilməsinə bütün istehsalçılar
tərəfindən çox böyük diqqət verilməyə başlandı və bu tələblər öz əksini müvafiq
standartlarda tapdı.
Dostları ilə paylaş: