I faza – bu faza
ilkin faza adlanır və hadisənin sürücü üçün təhlükə yarandığı
andan NV-nin bir-birilə və ya maneə ilə kontakta girdiyi ana gədər olan dövrü
əhatə edir. Bu faza ərzində sürücü hadisənin qarşını almaq və ya onun fəsadlarını
azaltmaq üçün tədbir görə bilir (yəni bu faza ərzində sürücü hadisənin qarşısını
almaq üçün aktiv tədbirlər görmək imkanına hələ malikdir). Bu fazada NV-nin
aktiv təhlükəsizliyi elementləri fəaliyyət göstərir.
II faza – bu faza
kulminasiya fazası adlanır və NV-nin bir-birilə (və ya maneə
ilə) kontakta girdiyi andan bir-birindən (və ya maneədən) ayrıldığı ana gədər olan
dövrü əhatə edir. Bu faza ərzində NV-nin passiv təhlükəsizliyi elementləri fəaliy-
yət göstərir. Bu dövr ərzində sürücü artıq hadisənin qarşısının alınması ilə əla-
qədar heç bir tədbir görə bilmir.
III faza – bu faza
son faza adlanır və NV-ləri bir-birindən (və ya maneədən)
ayrıldığı andan tam dayandığı ana gədər olan dövrü əhatə edir. Bu faza ərzində
NV-nin gəzadansonrakı təhlükəsizlik elementləri öz fəaliyyətini göstərir. Bu dövr
ərzində də sürücü hadisənin fəsadlarının qarşısının alınmasında acizdir.
Qeyd etmək lazımdır ki, bəzən aktiv təhlükəsizlik elementləri YNH-nin yalnız I
fazasında deyil, həmdə II fazasında da rol oynayır. Belə ki, sürücü tormozlamaqla
hadisənin qarşısını ala bilməsə belə, sürəti azaltmaqla baş verə biləcək fəsadların
ağırlıq dərəcəsini kiçildə bilir.
Yoxlama sualları :
1.Müasir zamanda nəqliyyat vasitələrinin konstruktiv təhlükəsizliyi element-
ləri neçə və hansı növlərə bölünürlər?
2.YNH-si neçə və hansı fazalardan ibarətdir?
3.Aktiv təhlükəsizlik elementləri nəyə xidmət edir və YNH-nin hansı fazasında
fəaliyyət göstərir?
4.Passiv təhlükəsizlik elementləri nəyə xidmət edir və YNH-nin hansı fazasında
fəaliyyət göstərir?
9.
5.Gözadansonrakı təhlükəsizlik elementləri nəyə xidmət edir və YNH-nin hansı
fazasında fəaliyyət göstərir?
6.Ekoloji və qaçıeılmağa qarşı təhlükəsizlik nəyə xidmət edirlər?