Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment


Səhmdar kapitalı, onların formalaşması



Yüklə 1,45 Mb.
səhifə33/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   29   30   31   32   33   34   35   36   ...   104
5.3. Səhmdar kapitalı, onların formalaşması

Səhmdarlar cəmiyyəti geniş miqyaslı təsərrüfat fəaliyyəti ilə məşğul olmaq və yüksək iqtisadi faydalılıq əldə etmək məqsədilə qiymətli kağızların – yəni səhmlərin buraxılması və satılması yolu ilə müxtəlif səhmdarların birləşdirilməsi nəticəsində yaranan iqtisadi təsərrüfat qurumlarıdır.


Səhm səhmdar banklar tərəfindən buraxılan qiymətli kağızdır. Səhm emissiyası nəticəsində banklar ilkin olaraq öz səhmdar kapitalını formalaşdırır, sonar isə bu yolla onun həcmini artırır.
Səhm onun sahibinin səhmdar kapitala (nizamnamə fonduna) öz payını verdiyini təsdiq edir və sahibinə aşağıdakı hüquqları verir:
1. Mülkiyyət hüququ
2. Səhmdar cəmiyyətin idarı edilməsində iştirak etmək
3. Mənfəətin bir hissəsini divident şəklində almaq
4. Bazarda qiymətli kağızlar almaq
Bu, ya payçıların əlavə haqqları hesabına, ya da ki, pay bankların digrə vasitələrinin payçılar arasında bölüşdürülməsi hesabına və eyni zamanda payçıların bu vasitərləri kapital kimi istifadə etmək qərarlarını qəbul etdikləri halda baş verir. Səhmlərin nominal dəyəri ölkənin milli valyutasında əks etdirirlir. Əgər səhm xarici valyutaya satılırsa, onun üzərində nominal dəyəri xarici valyuta ilə də göstərilir. Həm adi, həm də imtiyazlı səhmlər müxtəlif nominal dəyərə malik olaraq təkrarən buraxıla bilər
Dünya ölkələri sistemində ümumi qiymətli kağızlarda səhmlər ən yüksək faiz təşkl edir. Səhmlər qiymətli kağız kimi səhmdar cəmiyyətlər, müəssisələr, kommersiya bankları tərəfindən buraxılmaqla , onun sahibi səhmdar cəmiyyətndə şəxsi əmlak hüququna malik olmaqla, onun idarə olnması, əldə olunan mənfəətdən divident alması imkanlarını əldə edir. Səhmlər buraxmağa yalnız səhmdar cəmiyyətlərinin hüququ vardır. Səhmdar cəmiyyətinin əmlakı onun səhmlərinin yerləşdirilməsi, maliyyə-təsərrüfat fəaliyyəti nəticəsində, habelə qanunla qadağan edilməmiş digər mənbələr hesabına yaranır. Səhmlərin satılmasından daxil olan material və pul vəsaiti tam məbləğdə səhmdar cəmiyyətinin sərəncamına keçməklə, onun əmlakı hesab olunur.
Səhmdar cəmiyyəti Mülki Məcəlləyə müvafiq olaraq yeni cəmiyyətin yaradılması və ya Mülki Məcəllədə müəyyən edilmiş qaydalar və məhdudiyyətlər nəzərə alınmaqla fəaliyyət göstərən hüquqi şəxsin yenidən təşkili (birləşmə, bölünmə, ayrılma, çevrilmə) yolu ilə yaradıla bilər. Səhmdar cəmiyyəti bir şəxs (fiziki və ya hüquqi şəxs) tərəfindən yaradıla bilər və ya cəmiyyətin bütün səhmlərini bir səhmdarın əldə etdiyi halda bir şəxsdən (fiziki və ya hüquqi şəxsdən) ibarət ola bilər. Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən səhmdarların hüquqları müdafiə olunur. Səhmdar cəmiyyətləri iki tipli olurlar: qapalı tipli və açıq tipli.
Respublikamızda geniş formada səhmdar cəmiyyətlərinin yaranması və inkişafı son illərdə xeyli genişlənmişdir. Bununla əlaqədar olaraq səhmdar cəmiyyətlərində mühasibat uçotunun təşkili prinsipləri xüsusi əhəmiyyətə malikdir.
Səhmdarlar cəmiyyətlərinin yaradılması, idarə edilməsi və fəaliyyəti ilə əlaqədar məsələlər Azərbaycan Respublikasının 12 iyul 1994-cü il tarixli “Səhmdar cəmiyyəti haqqında”, 01 iyul 1994-cü il tarixli “Müəssisələr haqqında” və 28 dekabr 1999-cu il tarixli “Mülki məsələsi” qanunları ilə tənzimlənir.
Səhmdar cəmiyyətlərində mühüm məsələlərdən biri nizamnamə kapitalının formalaşması və onun uçotunun təşkilidir. Təsərrüfat fəaliyyətini həyata keçirmək üçün müəssisənin müvafiq maliyyə resurslarının əsas mənbələrindən biri ilkin kapitaldır. İlkin kapital müəssisənin təsisçilərinin payları hesabına formalaşır və nizamnamə kapitalı formasını alır.
Nizamnamə kapitalının əmələ gəlməsi üsulları müəssisənin təşkilati-xüsusi formalarından asılıdır. Nizamnamə kapitalının vəsaiti əsas fondların əldə edilməsinə və normal istehsal-təsərrüfat fəaliyyətinin aparılması üçün lazım olan ölçülərdə dövriyyə vəsaitlərinin formalaşdırılmasına yönlədilir. O, həmçinin lisenziyaların, patentlərin, nou-hauların və s. alınması üçün sərf oluna bilər.
Səhmdar cəmiyyəti dövlət qeydiyyatından keçdikdən sonra onun nizamnamə kapitalı təsisiedici sənədlərdə nəzərdə tutulan təsisçilərin qoyduğu məbləğdə (səhmlərə aparılan yazılış məbləğində) 171 (75) No-li “Təsisçilərlə hesablaşmalar” hesabı ilə müxabirləşməklə 301 (85) No-li “Nizamnamə kapitalı” hesabının kreditində əks etdirilir. Təsisçilərin qoyuluşları daxil olduqda pul vəsaitləri və digər qiymətliləri uçota alan hesablarla müxabirləşməklə, 171 (75) No-li “Təsisçilərlə hesablaşmalar” hesabının kreditində yazılış aparılır.
Səhmdar cəmiyyətinin resursları iki mənbədən ibarətdir.
a) şəxsi (xüsusi) vəsaitlər;
b) cəlb olunmuş vəsaitlər.
Xüsusi vəsaitlərin tərkibinə səhmdar kapital, ehtiyyat və digər fondlar, bölüşdürülməmiş mənfəət və digər mənbələr daxildir. Bankın xüsusi kapitalı onun fəaliyyətinin birinci günündən əsaslandığı dayaq rolunu, həmçinin onun, sonuncu müdafiə xətti rolunu oynayır.
Mahiyyətinə görə xüsusi kapital, daha doğrusu isə, səhmdar kapital şirkətin sahib olduğu bütün aktivlərin balans dəyərlərinə və şirkətə məxsus olmayan öhdəliklərə əsasən qiymətləndirilmiş səhmdarların şirkətdəki investisiyalarının (sərmayə qoyuluşlarının) dəyəri deməkdir.
Bu konsepsiyanı anlamaq o zaman asan olardı ki, əgər biz yadımızda saxlaya bilsək ki, şirkət tərəfindən müqavilə (istənilən müqavilə) direktor tərəfindən imzalanaraq bağlanılır, lakin, o, (kişi və ya qadın) bu müqaviləni şirkətin adından bağlayır. Yəni, müqavilə direktorun adından deyil, sadəcə olaraq, şirkətin adından bağlanılır. Normal şərtlər çərçivəsində, əgər işlər öz adi axarından çıxaraq qeyri-adi hal alarsa, bu zaman direktor deyil, şirkət məsuliyyətə cəlb olunacaqdır.
Xüsusi kapitala şirkətin maliyyə vəziyyətində il ərzində baş verən dəyişikliklər nöqteyi-nəzərindən də baxmaq olar. Yəni, şirkətin, ümumiyyətlə, hesabat dövrü ərzində təssərrüfat fəaliyyətinin nəticəsi olaraq mənfəət əldə etdiyi və ya zərər çəkdiyini göstərir.
Diqqət yetirin ki, şirkətin kommersiya fəaliyyəti nəticəsində xüsusi kapitalda dəyişikliklərin bölünməsi və xüsusi kapitalın hərəkəti (əksər hallarda, bu, kapitalın artması ilə müşayiət olunur, lakin, bu, həmişə belə olmur) nəticəsində meydana gəlmiş konsepsiyası vəsaitlər axınının əməliyyat, sərmayə qoyuluşu və maliyyə fəaliyyətlərindən əmələ gələn vəsait axınlarına bölünməsi konsepsiyasını hissə-hissə özündə əks etdirir.
Xüsusi kapital iki əsas hissədən ibarətdir: kapital və bölüşdürülməmiş mənfəət. Yaxud da, bu, şirkətin işə başlaması üçün şirkətə sərmayə qoyuluşu kimi edilmiş aktivlərin dəyəri üstəgəl təsərrüfat fəaliyyəti nəticəsində əldə olunmuş aktivlərin dəyəri deməkdir.
Kapital öz növbəsində buraxılmasına səlahiyyət verilən və buraxılmış kapital olur. Bu Balans hesabatındakı modulda müzakirə olunduğu şəkildə olur. Lakin, buraxılmış səhmdar kapital, bir qayda olaraq, şirkətin likvidasiya olunacağı hallar istisna olmaqla, səhmdarlar arasında bölüşdürülmür.
Qısaca olaraq, ona dividentlər ödənilməsi mümkün olmayan, şirkətin maliyyələşdirilməsinin müəyyən edilmiş komponenti kimi də baxmaq olar. Bu məhdudiyyətlər şirkətin kreditorları və əməkdaşlarının müdafiəsi məqsədi ilə edilir. Riyakarlıq halları çox primitiv ola bilir və praktiki olaraq qeyri-müümkündür, lakin sxem qısaca olaraq aşağıdakı kimidir:
Addım 1 – pul vəsaitləri üçün böyük sayda üstünlük təşkil edən səhmlərin buraxılmasından ibarət ola bilər.
Addım 2 – adi səhm sahiblarinə böyük dividentlərin ödənilməsindən (üstünlük təşkil edən səhmlərin buraxılmasından pul vəsaitlərindən istifadə etməklə) ibarətdir.
Addım 3 – qaçıb aradan çıxmaqdır!
Bölüşdürülməmiş mənfəət vergilərin və ödənilmiş dividentlərin çıxılması şərti ilə, mənfəət və zərər haqqında hesabatda əks olunmuş bütün məbləğlərin yekun cəmindən ibarətdir. Bu, şirkət tərəfindən təsərrüfat fəaliyyətinə əlavə sərmayələr qoyuluşu məqsədilə maliyyələşdirmənin təmin olunması üçün şirkət tərəfindən bölüşdürülməmiş mənfəət deməkdir. Bu o deməkdir ki, əgər şirkət zərər cəkmiş olsa belə, şirkət, məbləği bölüşdürülməmiş mənfəətin ümumi yığılmış məbləğindən çox olmamaq şərti ilə, dividendlər ödəmək iqtidarındadır.
Biz, səhmdarların öz şirkətlərinin iştirak paylarında dəyişiklikləri onların maraqlarının qorunması baxımından göstəririk. Eyni zamanda, burada məqsəd – real olaraq səhmdarların adından şirkəti idarə edən rəhbərlərin fəaliyyətlərinin düzgün qiymətləndirilməsindən ibarətdir.
Aktivlərin yenidən qiymətləndirilməsinin həyata keçirilməsi də məsələyə məntiqi yanaşma hesab oluna bilər. Aşağı dəyərli aktivlərə malik şirkətlər əksər hallarda xoşagəlməz məcburi təmərküzləşmə obyektlərinə çevrilə bilərlər və əgər səhmdarların aktivlərin real dəyərləri barədə təsəvvürləri yoxdursa, bu zaman təsərrüfat fəaliyyəti (biznes) real dəyərindən daha ucuz qiymətə satıla bilər.
Qısaca olaraq, bizə baş verən bütün dəyişiklikləri təfərrüatı ilə göstərmək vacibdir, beləki, ilk baxışdan cuzi dəyişiklik kimi gözə çarpan əslində bir neçə komponentlərdən ibarət ola bilər.
Xüsusi kapital səhmdarlar tərəfindən işə başlamaq məqsədi ilə sərmayə qoyulmuş vəsaitdir, yəni, səhmdar kapital üstəgəl kommersiya təşkilatı tərəfindən dividentlər və ya vergilər şəklində kənara ödənişin aparılmamasından yaranan mənfəətdir, daha doğrusu bölüşdürülməmiş mənfəətlərdir. Səhmdar kapital nominal (nizamnamə) kapitalına və müəssisə tərəfindən buraxılmış səhmdar kapitala bölünür. Xüsusi kapitala həmcinin emissiya gəliri və ehtiyatlar üzrə hesablar da daxildir.
Xüsusi kapital bilavasitə banka məxsus olan vəsaitlərdir. Bankın xüsusi kapitalının digər müəssisələrin kapitallarından fərqi və özünəməxsus cəhəti ondan ibarətdir ki, onun məbləği ümumi məcmuu kapitalın az bir hissəsini təşkil edir. Bu hissə banklarda orta hesabla 10-15%, müəssisələrdə isə 45-50%-ə çatır.
Xüsusi kapital öz çəkisinə görə ümumi kapitalda az bir hissəni təşkil etsə də kredit təşkilatının normal fəaliyyətini təmin etmək üçün mühüm funksiyaları yerinə yetirir.
Bu funksiyalar aşağıdakılardan ibarətdir:
- müdafiə funksiyası,
- operativ funksiya,
- tənzimləmə funksiyası.

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin