15.5. Koliforniya Açıq Təqaüd Fondunun (KATF) korporativ idarəetmə prinsipləri
İnstitutsional investorlar səhmdar hərəkətin inkişafında əsas rol oynayırlar. Məsələn, 80-cı illərin əvvələrində yaradılmış CalPRES (KATF) ABŞ-da ən iri və aktiv təqaüd fondlarından biridir. Onun fəaliyyəti təkcə Amerika maliyyə bazarı ilə məhdudlaşmır. O, xarici kompaniyalara da investisiya qoyuluşları edir.
CalPRES 1996-cı ildə korporativ idarə etmənin Qlobal Prinsiplərini nəşr etmişdir ki, bu prinsiplərə də aşağıdakılar aiddir:
1. Hesablılıq:
- direktorlar şurası və ya müşahidə şurası səhmdarlara hesabat verməlidirlər;
- direktorlar şurası menecmentə nəzarət etmək, investorlar isə direktorlar şurasına nəzarət etmək imkanına malik olmalıdırlar;
- menecmentin mükafatlandırılması kompaniyanın fəaliyyətinin uzun müddətli nəticələri ilə əlaqədar olmalıdırlar.
2. Şəffaflıq:
- qlobal rəqabət bazarları kompaniyalar tərəfindən təqdim olunan informasiyaların doğruluğundan və şəffaflığından asılıdır;
- kompaniyalar beynəlxalq mühasibat uçotu standartlarını qəbul etməlidirlər;
- kompaniya kodeksə daha yaxşı əməl olunması üzrə səhmdarlar qarşısında hesabat verməlidirlər.
3. Ədalətlilik:
- kompaniyalar minoritor səhmdarlara hörmət etməlidirlər. Onlar bütün səhmdalara qarşı ədalətli münasibəti təmin etməlidirlər;
- hər səhm öz sahibinə ümumi iclasda bir səs huququ təmin etməlidir.
4. Səsvermə metodları:
- etibarnamələr, aydın, yığcam olmalı və səhmdarları müvafiq informasiya ilə təmin etməlidirlər;
- səhmdarlara şəxsən və etibarnamə üzrə təqdim olunan səslər rəsmi şəkildə hesablanmalı və elan olunmalıdır;
- etibarnamə üzrə səslərin razılaşdırılması üçün yeni texnologiyalardan istifadə olunmalıdır.
5. Daha yaxşı təcrübə kodeksləri:
- bütün bazarlar kompaniya direktorlarının və menecmentinin əsaslana biləcəyi daha yaxşı təcrübə üçün müvafiq kodekslər işləyib hazırlamalıdırlar;
- kompaniyalar daha yaxşı təcrübə kodekslərində ifadə olunan prisplərə əməl etməlidirlər;
- bazar iştirakçıları daha yaxşı təcrübə kodeksini periodik olaraq daima nəzərdən keçirməlidirlər.
6. Uzun müddətli perspektiv ehtimallar:
- kompaniya direktorları və menecmenti əsas diqqətin səhmlərin dəyərinin yüksəlişinin təmin olunmasına sərf olunduğu uzunmüddətli starateji proqnozlara malik olmalıdırlar.
Dostları ilə paylaş: |