15.3. Avropa Yenidən Qurma və İnkişaf Bankının (AYQİB) korporativ idarəetmə prinsipləri
Bu sənəd 1997-ci ildə investisiya qərarlarının qəbul olunması zamanı kreditorların və investorların ümumi vəziyyətlərinin araşdırılması məqsədilə, AYQİB və “Kupere and leybrand” kompaniyasının birgə səyi nəticəsində hazırlanmışdır. AYQİB-nin korporativ praktikası və səmərəli işguzarlıq normalarına müvafiq olaraq, kompaniyalara maraqlı olan digər tərəflərlə qarşılıqlı münasibətlər zamanı aşağıdakı prinsiplərə əməl etmək məsləhət görülür:
1. Müştərilərlə qarşılıqlı münasibətlər:
- istehsal olunan məhsul və xidmətlərə rəqabət qabiliyyətli qiymət, yüksək keyfiyyət;
- məhsul və xidmətlər haqqında lazımı məlumatlandırma;
- münasibətlərdə uzunmüddətli perspektiv.
2. Əməkdaşlarla qarşılıqlı münasibətlər:
- əmək qanunvericiliyinə, o cümlədən, əməyin mühafizəsi və gigiyena normalarına riayət olunması;
- dəqiq prinsiplərin mövcudluğu: işə qəbul, əməyin ödənilməsi, xidməti yüksəlişin nəzərə alınması və diskriminasiyanın yoxluğu;
- həmkarlar ittifaqında işçilərin iştirak hüququna hörmət göstərilməsi.
3. Malsatanlarla qarşılıqlı münasibətlər:
- dəqiq və oxşar tədarük prinsipləri;
- hesabların vaxtında ödənilməsi;
- rüşvətxorluğun təqib olunması;
- hər hansı marağa görə razılaşmalardan imtina etmə.
4. Cəmiyyətlə qarşılıqlı münasibətlər:
- yerli əhalinin maraqlarının və fikirlərinin hesaba alınması;
- ətraf mühitin mühafizəsi üzrə tələblərə riayət olunması.
5. Dövlət orqanları və yerli hökumət ilə qarşılıqlı münasibətlər:
- vergilərin ödənilməsi;
- bütün məcburi normalara riayət olunması;
- bütün zəruri razılıqların və lisenziyaların əldə olunması;
- mənfəətliliyin (maraq, maraqlılıq) üstünlük təşkil etməməsi.
6. Kompaniyanın onun səhmdarları ilə qarşılıqlı münasibətləri də olduqca mühüm əhəmiyyətə malikdir. Bununla əlaqədar olaraq səmərəli işgüzarlıq normaları aşağıdakı tövsiyyələri nəzərdə tutur:
- kompaniyanın idarəetmə strukturunun dəqiq olması;
- idarəetmə orqanları və səhmdarların funksiya və vəzifələrinin nizamnamədə dəqiq möhkəmləndirilməsi;
- səlahiyyətlərin icraedici orqan, direktorlar şurası və ümumi yığıncaq arasında dəqiq bölüşdürülməsi;
- səhmdarların hüquqlarına qorunması;
- iri səhm paketlərinin real sahibləri və səsvermə qaydalarının nəşr olunması ilə birlikdə səhmdarların tərkibinin açıqlanması;
- səhmlərin “udulma” və ya digər dəyər itkilərindən mühafizə məqsədilə kiçik səhmdarların hüquqlarına hörmət edilməsi;
- informasiyanın nəşr olunması;
- səhmdarlarla açıq və sistemli əlaqə.
İllik hesabata daxil olan istehsal-maliyyə fəaliyyətinin xülasəsi (baxışı və ya icmalı), rəhbərlər tərəfindən qəbul olunan başlıca qərarların aydınlaşdırılması və kompaniya fəaliyyəti haqqında məlumatlar şəklində auditorlar tərəfindən təsdiq olunmuş hesabatların təqdim olunmasına aşağıdakılar aiddir:
direktorlar şurasına aid olan;
direktorlar şurasına səmərəli iş üçün zəruri informasiya mənbəyi, vaxt və biliklərə malik olan, müstəqil komitələrin yaradılması;
sazişlərin imzalanmasına direktorların maraqları haqqında məlumatların açıqlanması;
kompaniyanın siyasəti və strateji məqsədləri, kompaniyaya əhəmiyyətli dərəcədə təsir göstərə biləcək idarəetmə orqanlarına bütün vacib aspektlər haqqında lazımı informasiya ilə təmin edən hallar haqqında informasiyanın təqdim olunması;
lazımi daxili nəzarət, informasiya mübadiləsi və qərarların kollegial şəkildə qəbul olunması, maraqların aşkarlanması prosedurunun mövcudluğu, rəhbərlik tərəfindən kompaniya fəaliyyətinin, xüsusilə pul vəsaitlərinin hərəkətinə səmərəli nəzarət, direktorlar şurasına hesabat verən ixtisaslaşdırılmış daxili yoxlayıcıların və nəzarətçilərin, xarici müstəqil auditorların mövcudluğu.
Dostları ilə paylaş: |