14.4. Korporativ mülkiyyətin auditinin aparılma qaydalarının təkmilləşdirilməsi
Korporativ mülkiyyətin işlənilib hazırlanılmış audit şaxəsinin alqoritminin (riyazi sxeminin) formalaşdırılmasında əsas vəzifə keyfiyyətcə yeni funksional davranışların klassik, sınaqdan çıxmış audit əməliyyatlarında yerinin müəyyənləşdirilməsindən ibarətdir. Bir məqama da xüsusi diqqət yetirmək tələb olunur ki, ənənəvi əməliyyatların lokal məqsədləri yeni məqsəd və vəzifələrin müəyyənləşdirilməsi və həlli zamanı dəyişikliyə məruz qalır.
Korporativ mülkiyyətin auditinin qeydiyyat (mühasibat) sisteminin qiymətləndirilməsi prosesi sözügedən mülkiyyət formasında subyektlərin maraqlarının dinamik (mütəhərrik) tarazlığının təmin olunması ilə və ehtimal edilən risklərin qiymətləndirilməsi isə korporativ mülkiyyət münasibətlərinin ehtimal edilən inkişaf variantlarının proqnozları ilə uzlaşdırılaraq həyata keçirilir. Korporativ mülkiyyətin auditinin alqoritmi formalaşdırılarkən iqtisadi fəaliyyətin nəzərdən keçirilən növündəki təbii mühafizəkarlıq meyllərinə də diqqət yetirilməli, yeni elementlər elə tətbiq olunmalıdır kı, bütün sistemin üzvi fəaliyyət mexanizmi dağıdılmasın. Nəzərə almaq lazımdır ki, təsərrüfat fəaliyyətinin resurs, faktor və nəticələrini əks etdirən informasiyaya ictimai inamın əldə edilməsinə çalışan audit, eyni zamanda auditin funksional və struktur dayanıqlığını təmin edərək, iştirakçıların yüksək tələblər əsasında peşəkarlığının yoxlanılmasına da çalışır. Yuxarıda göstərilmiş tələbləri nəzərə almaqla korporativ mülkiyyətin riyazi sxeminin (alqoritm) mərhələlərini aşağıdakı ardıcıllıqla təklif etmək olar:
А. Korporasiya daxil maliyyə nəzarətinin səmərəliliyinin qiymətləndirilməsi.
Belə qiymətləndirmə daxili nəzarət sistemində aşağıdakı qiymətləndirmələr əsasında baş verir.
Nəzarət sisteminin məqsəd və vəzifələrinin korporasiyanın inkişaf etdirilməsi məqsədləri ilə eyniyyət təşkil etməsi (əsas nəzarət məqamları təkrara istehsal prosesinin nəticələrini dəqiq əks etdirən informasiya kimi çıxış edir, eyni zamanda həmin informasiyanın plan göstəriciləri ilə müqayisə olunaraq mövcud fərqlərin müəyyənləşdirilməsi və təhlil edilməsi);
qəbul edilmiş nəzarət sisteminin nisbətən sadə olması və onun korporasiyanın təhlil və qiymətləndirmə imkanlarına uyğun gəlməsi;
nəzarət sisteminin rentabelliyi.
B.Korporasiyanın mühasibat sisteminin qiymətləndirilməsinə korporativ mülkiyyət subyektlərinin maraqlarının dinamik tarazlığının təmin olunması aspekti daxildir.
Özü-özlüyündə mühasibat sisteminin qiymətləndirilməsi ənənəvi olaraq daxili nəzarət sisteminin təhlili və qiymətləndirilməsinə əsaslanır. Biz isə onu korporativ mülkiyyətin auditinin xüsusi mərhələsinə aid edirik, çünki qiymətləndirmələr korporativ mülkiyyətin təkrar istehsalı ilə əlaqədar əhəmiyyətli mövqelərdəki baxışlara müvafiq-yəni onun subyektlərinin razılaşdırılmasına əsasən aparılır.
Korporasiyanın mühasibat uçotu aşağıdakı tələblərə cavab verdikdə səmərəli sistem kimi qiymətləndirilə bilər:
- mühasibat sistemində aparılan əməliyyatların zamanı və ardıcıllıqları təsərrüfat subyektlərinin real olaraq aparılması zamanı və ardıcıllıqlarına uyğundur;
- mühasibatda dəyər real məsrəflər və əldə olunmuş dəyərlərə müvafiq müəyyən olunur;
- mühasibat uçotunun hesablamalarında real təsərrüfat əməliyyatlarının əks olunması normativ sənədlər və korporasiyanın mühasibat siyasətinə uyğun qəbul olunmuş aktlara uyğun əks olunur;
- mühasibat sistemi əhəmiyyətli dərəcədə sui istifadə hallarının qarşısının alınmasına imkan yaradır;
- mühasibat hesabatlarında real təsərrüfat əməliyyatları əks olunur, bu isə öz növbəsində əhəmiyyətli idarəetmə qərarlarının qəbul edilməsi üçün təhlil və hazırlıq işlərinin görülməsi üçün, eyni zamanda onların reallaşdırılması işlərinin həyata keçirilməsi zamanı spesifik xüsusiyyətlərin qeydə alınmasına imkan yaradır.
Mühasibatda dəyər real məsrəflər və əldə olunmuş dəyərlərə müvafiq müəyyən olunur:
mühasibat uçotunun hesablamalarında real təsərrüfat əməliyyatlarının əks olunması normativ sənədlər və korporasiyanın mühasibat siyasətinə uyğun qəbul olunmuş aktlara uyğun əks olunur;
mühasibat sistemi əhəmiyyətli dərəcədə sui istifadə hallarının qarşısının alınmasına imkan yaradır.
Sonucu iki tələb korporativ mülkiyyətin auditi çərçivəsində modifikasiyaya məruz qalır, qeyri legitim transaksiyalarla bağlı sui-istifadə hallarına qarşı mübarizə aparmağa imkan yaradır, hansılar ki, əldə olunmayan gəlirlərin, reallaşdırılmayan tələbatların, özünü doğrultmayan yüksək gəlirlərə olan ümidlərin və həmçinin korporasiya nərdivanında ləng karyera və yaradıcılıq irəliləyişlərinin kompensatoru kimi çıxış edir.
Milli korporativ idarəetmə praktikasında korporasiyanın bazardakı dəyərinin qiymətləndirilməsi müəyyən çətinliklər törədir.
Korporasiyaların səhmlərinin kursunun bazar qiymətləri ilə hesablanılması ilə, onun (korporasiyanın) dəyərinin hesablanılması ya qeyri mümkündür, çünki korporasiyaların ikinci eşalon səhmlərinin qiymətləri qiymətli kağızların ikinci əl bazarında təyin edilmir, yaxud səhmlərin azlığı səbəbindən aparılan sövdələşmələrin möhtəkir xarakter daşıyır.
Dostları ilə paylaş: |