14.5. Korporativ mülkiyyətin auditinin yoxlama planın formalaşması və gerçəkləşməsi.
Korporativ idarəetmənin təşkili prosesində korporativ mülkiyyətin yoxlanılması elementlərinin prosedurunun düzgün təşkil olunmasının yoxlanılmasının böyük əhəmiyyəti vardır.
Korporativ mülkiyyətin auditinin planının yoxlanılmasına tətbiq edilən təkrara istehsal yanaşması aşağıdakı elementlər arasında konseptual əlaqələrin yaradılmasını təmin edir:
- auditorun peşəkar bilik və vəridşləri;
- korporasiyanın maliyyə-təsərrüfat fəaliyyəti haqqında informasiya;
- auditor rəyində son qərar;
- korporativ mülkiyyətin real inkişaf prosesi.
Korporativ mülkiyyətin auditinin planın yoxlanılması zamanı aşağıdakıları nəzərə alamaq tələb olunur:
Birinci fəsildə müəyyənləşdirildiyi kimi real və qeyri real kapitalın tam əksi olan sözügedən mülkiyyət formasının mahiyyəti;
planın hər bölməsində klassik auditin analitik, qiymətləndimə, proqnoz funksiya və elementləri ilə çulğalaşma.
Bizim tərəfimizdən müəyyən olunmuş korporativ mülkiyyətin auditinin alqoritmi və funksional məzmununun xüsusi olaraq yoxlanılması proqramının işlənilib tərtib edilməsinə ehtiyac vardır:
Birincisi yoxlanılan obyektin funksional və struktur spesifikası nəzərə alınmalı- buraya korporasiyanın mülkiyyət kompleksi, korporativ mülkiyyətin subyektləri və onların maraqları, korporativ mülkiyyətin və korporativ münasibətlər sisteminin sonrakı inkişaf ssenariləri haqqında informasiyalar daxildir;
İkincisi, auditor fəaliyyətinin ümumi məqsədlərinin reallaşdırılması ilə yanaşı, korporativ mülkiyyətin inkişaf etməkdə olan təkrar istehsal tipinin formalaşdırılması üçün iqtisadi informasiyanın yoxlanılması və təhlili daxildir.
Korporativ mülkiyyətin auditinin yoxlanılması planına yuxarıda göstərilmiş tələb, prinsip və xüsusiyyətləri nəzərə almaqla onun tərkibinə daxil olan aşağıdakı əsas elementləri müəyyən etmək olar:
1. Nizamnamədə nəzərdə tutulmuş şərtlərə uyğun yəni kapitalın mücərrəd mənada və ölçüdə dərk olunması, onun real və qeyri real tərəflərinin ayrılmadan korporasiya kapitalının formalaşması və istifadə olunmasının yoxlanılması.
2. Təsərrüfat fəaliyyətinin inteqral subyekti kimi korporasiyaya məxsus real kapitalın elementlərinin uçotu əsasında əməliyyatların yoxlanılması.
3. Səhmdarlara məxsus qeyri real kapitalın elementlərinin uçotu ilə əlaqədar əməliyyatların yoxlanılması.
4. Korporativ mülkiyyətin əsas subyektlərinin gəlirli iştirakının uçot əməliyyatlarının yoxlanılması.
5. Korporasiyanın inkişaf etdirilməsinə investisiya yatırımları əməliyyatlarının uçotunun yoxlanılması.
6. Korporasiyanın xalis aktivlərinin uçotunun yoxlanılması və korporasiyanın qiymətli titul kağızlarının maddi təminatının qiymətləndirilməsi.
7. Təkrar istehsalın bütün mərhələlərində real və qeyri real kapitalın qarşılıqlı əlaqəsinin təhlili.
8. Korporativ mülkiyyətin mövcud növünün indendifikasiyası.
Bu bölmədə auditor əvvəlki bölmələrdə əldə edilmiş nəticələri yoxlayıb təhlil edərək qiymətləndirir və korporasiyada mülkiyyətin təkrar istehsal tipi barəsində əsas fikri formalaşdırır. Belə fikri təkrar istehsal yanaşması məcrasında nəzərdən keçirmək lazımdır ki, çünki burada aşağıdakılar nəzərdə tutulmuşdur:
-korporativ mülkiyyətin inkişaf səviyyələri barədə informasiyanı yekunlaşdırır;
- bunun nəticəsində isə korporativ mülkiyyətin sonrakı inkişaf üçün proqnozlar verərək yol açmış olur.
Aparılmış araşdırmalar nəticəsinə 14.1. cədvəli tərtib edilmiş və bizim tərəfimizdən ənənəvi auditin və korporativ mülkiyyətin auditinin yoxlama planlarının elementləri əks olunmuşdur.