15.2. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) korporativ idarəetmə prinsipləri
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) korporativ idarəetmə prinsipləri aşağıdakılardır:
Brinci prinsip - səhmdarlarların gəlirlərinin maksimallaşdırılmasıdır. Kompaniya onun səhmdarlarının daha böyük gəlir əldə etməsi üçün fəaliyyət göstərir. Bu zaman o, yalnız ayrıca səhmdarlar (mülkiyyətçilər) qrupunun və ya mencmentin maraqlarını deyil, bütövlükdə səhmdarların ümumi maraqlarını nəzərə almalıdır.
İkinci prinsip - maliyyə məlumatlarının aşkarlığıdır. Nəzarət orqanları, eləcədə səhmdarlar üçün beynalxalq mühasibat uçotu standartlarına əsasən, hazırlanmış müstəqil auditorlar tərəfindən audit olunmuş kompaniyanın maliyyə göstəriciləri haqqında informasiyanı açıqlamalıdır.
Üçüncü prinsip - xüsusilə menecment, affilləşdirilmiş strukturlar və 5%-dən çox səhmlərə sahib olan səhmdarların kompaniyadakı mülkiyyətinin şəffaf strukturu. Bu son mülkiyyətçinin mülkiyyətinin açıqlamasını nəzərdə tutur.
Dördüncü prinsip - adi səhmlər “bir səhm bir səs” qaydası ilə səs vermədə iştirak edir. Digər tərəfdən heç də həmişə səhmdarların qəbul etməli olduqları vacib qərarlar onların səviyyəsində qəbul olunmur.
Beşinci prinsip - direktorlar şurasını kompaniyanın səhmdarları seçirlər. Şura səhmdarlar qarşısında məsuliyyət daşıyır və həmçinin onun tərkibinə kompaniyanın menecerləri sırasına daxil olmayan müstəqil direktorlar daxil olur.
Altıncı prinsip - korporasiya daxilində həvəsləndirmə sistemi (əmək haqqı, mükafatlar, opsionlar və s.) səhmdarların maraqlarına uyğun olmalıdır. Bu o deməkdir ki, kompaniya əməkdaşları onun səhmdarlarıdırlar və ya kompaniya səhmlərini bonus şəklində əldə edirlər. Əgər menecer kompaniyanın mövqeyi ilə bağlı qərar qəbul edirsə, onun müavinəti birbaşa olaraq təşkilatın kapitallaşması ilə əlaqəli olmalıdır.
Yeddinci prinsip - korporasiyalar fəaliyyət göstərdikləri bütün ölkələrin qanunlarına əməl etməlidirlər.
Səkkizinci prinsip - hökümət və korporasiyalar daimi dioloq saxlayırlar (fikir mübadiləsi).