Bakı – 2021
15.1. Korporativ menecmentin əsas prinsipləri və beynəlxalq təcrübə
Korporativ menecment - şirkətin rəhbərliyi, müşahidə şurası, səhmdarları və digər maraqlı şəxslər arasında qarşılıqlı münasibətlər kompleksidir. Korporativ menecment sistemi isə şirkətin idarə edilməsi və ona nəzarət üçün nəzərdə tutulmuş struktur və proseslərdən ibarətdir. Şirkətlərdə korporativ menecmenntin əsas məqsədi ədaləti, şəffaflığı, qarşılıqlı cavabdehliyi təşviq etməklə davamlı inkişafa nail olmaqdır. Dünya Bankının istifadə etdiyi anlayışa görə: “Korporativ menecment özündə qanunvericiliyi, qanunvericilik aktlarını, özəl sektordakı işgüzar təcrübəni birləşdiri. Bu da şirkətlərə maliyyə və kadr resursları cəlb etməyə, təsərrüfat fəaliyyətini uğurla həyata keçirməyə, beləliklə də öz səhmdarları üçün uzunmüddətli dəyər yaratmaqla və təsisçilərinin maraqlarına riayət etməklə fəaliyyətini davam etdirməyə imkan yaradır”. Əgər, hər hansı bir şirkət güclü rəqabət mühitintdə fəaliyyət göstərmək, gəlir əldə etmək və inkişaf etmək istəyirsə, buna yalnız effektiv korporativ menecment sistemi vasitəsilə nail olmaq mümkündür. Beynəlxalq iqtisadi qurumların araşdırmalarına əsasən Effektiv Korporativ İdarəetmənin (EKİ) 4 əsas prinsipi fəqləndirilir:
- dürüstlük: sərmayədarlar öz əmlaklarının, sərmayələrinin etibarlı qorunmasından əmin olmalıdırlar;
- şəffaflıq: müəssisə vaxtlı-vaxtında öz maliyyə vəziyyəti barəsində tam və düzgün məlumatı ictimaiyyətə açıqlamalıdır;
- hesabat vermə: müəssisənin menecerləri müəssisənin sahiblərinə və ya onlar tərəfindən təyin olunan menecerlərə və auditorlara hesabat verməldirlər;
- məsuliyyət: müəssisə cəmiyyətdəki qanunlara və etik normalara əməl etməlidir.
EKİ sistemi daha nəzarət və strateji planlaşdırma, əməliyyat risklərinin və məhkəmə çəkişmələrinin azalması deməkdir. Bu sistemin tətbiqi şirkətlərdə şəffaflığı təmin etməklə cəlb olunmasını asanlaşdırır, cəlb olunan kapital üzrə xərcləri azaldır. Bununla belə, korporativ menecment sadəcə prosedura və qaydalardan ibarət deyil. Bu, eyni zamanda idarəetməyə fərqli baxışdır: “Öz maraqlarını digərlərinin maraqlarında görmək bacarığıdır”.
Dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən ölkələrdə yerli şirkətlərin beynəlxalq miqyasda rəqabət qabiliyyətliyini artırması, idxal yönümlü ölkədən ixrac cəlbediciliyinin artırılması istiqamətində aparılan dövlət siyasətini daha səmərəli təşkil etmək məqsədilə korporativ idarəetmə institutları yaradılır.
İqtisadiyyat Nazirliyi ölkədə fəaliyyət göstərən təsərrüfat subyektləri üçün müasir korporativ menecment sistemi modelinin hazırlanması və tətbiqi ilə bağlı digər dövlət orqanları ilə birlikdə müvafiq tədbirlər görür. Bu məqsədlə dövlət aktivlərinin səmərəli idarə edilməsi üçün təkliflər hazırlayır, korporativ menecment sahəsində dövlət siyasətini formalaşdırır, korporativ menecment ahəsində normativ-hüquqi bazanın hazırlanmasında iştirak edir. İqtisadi İnkişaf Nazirliyinin bu sahədə əsas vəzifələrindən biri də inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsinin öyrənməklə müasir korporativ menecment sistemlərinin hazırlanması və tətbiqini, beynəlxalq əməkdaşlığın qurulması istiqamətində müvafiq tədbirləri həyata keçirməkdir.
İnvestisiya cəlb etmək istəyən hər bir şirkət əvvəlcə şəffaflğı nöqteyi-nəzərindən poetnsial səhmdarların tələblərinə cavab verməlidir. Bu sahədə istiqamətləndirici vasitə kimi müxtəlif ölkələrin korporativ qanunvericilikləri çərçivəsində hazırlanmış standartlar, həmçinin müxtəlif məcəllə və tövsiyələr çıxış edir. İnvestorlar üçün investisiya qoyuluşu barədə qərarların qəbul edilməsində əsas istiqamətləndirici vasitə şirkətdə korporativ menecmentin vəziyyətinin qiymətləndirilməsidir. Bunu nəzərə alaraq, şirkət özünün korporativ menecment üzrə reytinqini müəyyən etmək üçün müvafiq qurumlarla əməkdaşlıq edir. Bu əməkdaşlıq ondan ibarətdir ki, şikət aidiyyatı qurum arasında bağlanmış müqavilə əsasında qiymətləndirmə meyarlarına uyğun olaraq şirkətin korporativ menecment standartlarına riayət etmə dərəcəsi müəyyən olunur.
Dostları ilə paylaş: |