Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment


İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) korporativ idarəetmə prinsipləri



Yüklə 1,45 Mb.
səhifə101/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   96   97   98   99   100   101   102   103   104
15.2. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) korporativ idarəetmə prinsipləri

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) korporativ idarəetmə prinsipləri aşağıdakılardır:


Brinci prinsip - səhmdarlarların gəlirlərinin mak­si­mal­laş­dı­rıl­ma­sıdır. Kompaniya onun səhmdarlarının daha böyük gəlir əldə et­məsi üçün fəaliyyət göstərir. Bu zaman o, yalnız ayrıca səhm­darlar (mülkiyyətçilər) qrupunun və ya mencmentin maraqlarını de­yil, bütövlükdə səhmdarların ümumi maraqlarını nəzərə al­ma­lı­dır.
İkinci prinsip - maliyyə məlumatlarının aşkarlığıdır. Nəzarət orqanları, eləcədə səhmdarlar üçün beynalxalq mühasibat uçotu standartlarına əsasən, hazırlanmış müstəqil auditorlar tərəfindən audit olunmuş kompaniyanın maliyyə göstəriciləri haqqında informasiyanı açıqlamalıdır.
Üçüncü prinsip - xüsusilə menecment, affilləşdirilmiş struk­tur­lar və 5%-dən çox səhmlərə sahib olan səhmdarların kom­pa­ni­ya­dakı mülkiyyətinin şəffaf strukturu. Bu son mülkiyyətçinin mül­kiyyətinin açıqlamasını nəzərdə tutur.
Dördüncü prinsip - adi səhmlər “bir səhm bir səs” qaydası ilə səs vermədə iştirak edir. Digər tərəfdən heç də həmişə səhm­dar­la­rın qəbul etməli olduqları vacib qərarlar onların səviyyəsində qə­bul olunmur.
Beşinci prinsip - direktorlar şurasını kompaniyanın səhm­dar­la­rı seçirlər. Şura səhmdarlar qarşısında məsuliyyət daşıyır və həmçinin onun tərkibinə kompaniyanın menecerləri sırasına daxil olmayan müstəqil direktorlar daxil olur.
Altıncı prinsip - korporasiya daxilində həvəsləndirmə sistemi (əmək haqqı, mükafatlar, opsionlar və s.) səhmdarların ma­raq­la­rı­na uyğun olmalıdır. Bu o deməkdir ki, kompaniya əməkdaşları onun səhmdarlarıdırlar və ya kompaniya səhmlərini bonus şək­lin­də əldə edirlər. Əgər menecer kompaniyanın mövqeyi ilə bağlı qə­rar qəbul edirsə, onun müavinəti birbaşa olaraq təşkilatın ka­pi­tallaşması ilə əlaqəli olmalıdır.
Yeddinci prinsip - korporasiyalar fəaliyyət göstərdikləri bü­tün ölkələrin qanunlarına əməl etməlidirlər.
Səkkizinci prinsip - hökümət və korporasiyalar daimi dioloq sax­layırlar (fikir mübadiləsi).



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin