Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment


Avropa Yenidən Qurma və İnkişaf Bankının (AYQİB) korpo­rativ idarəetmə prinsipləri



Yüklə 1,45 Mb.
səhifə102/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   96   97   98   99   100   101   102   103   104
15.3. Avropa Yenidən Qurma və İnkişaf Bankının (AYQİB) korpo­rativ idarəetmə prinsipləri

Bu sənəd 1997-ci ildə investisiya qərarlarının qəbul olunması za­manı kreditorların və investorların ümumi vəziyyətlərinin araş­dırılması məqsədilə, AYQİB və “Kupere and leybrand” kom­pa­ni­ya­sının birgə səyi nəticəsində hazırlanmışdır. AYQİB-nin kor­porativ praktikası və səmərəli işguzarlıq normalarına müvafiq ola­raq, kompaniyalara maraqlı olan digər tərəflərlə qarşılıqlı mü­na­sibətlər zamanı aşağıdakı prinsiplərə əməl etmək məsləhət gö­rü­lür:


1. Müştərilərlə qarşılıqlı münasibətlər:
- istehsal olunan məhsul və xidmətlərə rəqabət qabiliyyətli qiymət, yüksək keyfiyyət;
- məhsul və xidmətlər haqqında lazımı məlumat­lan­dırma;
- münasibətlərdə uzunmüddətli perspektiv.
2. Əməkdaşlarla qarşılıqlı münasibətlər:
- əmək qanunvericiliyinə, o cümlədən, əməyin mühafizəsi və gigiyena normalarına riayət olunması;
- dəqiq prinsiplərin mövcudluğu: işə qəbul, əməyin ödə­nil­məsi, xidməti yüksəlişin nəzərə alınması və diskriminasiyanın yox­luğu;
- həmkarlar ittifaqında işçilərin iştirak hüququna hörmət gös­tə­rilməsi.
3. Malsatanlarla qarşılıqlı münasibətlər:
- dəqiq və oxşar tədarük prinsipləri;
- hesabların vaxtında ödənilməsi;
- rüşvətxorluğun təqib olunması;
- hər hansı marağa görə razılaşmalardan imtina etmə.
4. Cəmiyyətlə qarşılıqlı münasibətlər:
- yerli əhalinin maraqlarının və fikirlərinin hesaba alınması;
- ətraf mühitin mühafizəsi üzrə tələblərə riayət olunması.
5. Dövlət orqanları və yerli hökumət ilə qarşılıqlı mü­na­si­bət­lər:
- vergilərin ödənilməsi;
- bütün məcburi normalara riayət olunması;
- bütün zəruri razılıqların və lisenziyaların əldə olunması;
- mənfəətliliyin (maraq, maraqlılıq) üstünlük təşkil etməməsi.
6. Kompaniyanın onun səhmdarları ilə qarşılıqlı mü­na­si­bət­lə­ri də olduqca mühüm əhəmiyyətə malikdir. Bununla əlaqədar ola­raq səmərəli işgüzarlıq normaları aşağıdakı tövsiyyələri nəzərdə tutur:
- kompaniyanın idarəetmə strukturunun dəqiq olması;
- idarəetmə orqanları və səhmdarların funksiya və vəzi­fə­lə­ri­nin nizamnamədə dəqiq möhkəmləndiril­məsi;
- səlahiyyətlərin icraedici orqan, direktorlar şurası və ümumi yığıncaq arasında dəqiq bölüşdürülməsi;
- səhmdarların hüquqlarına qorunması;
- iri səhm paketlərinin real sahibləri və səsvermə qay­da­la­rının nəşr olunması ilə birlikdə səhmdarların tərkibinin açıq­lan­ması;
- səhmlərin “udulma” və ya digər dəyər itkilərindən mühafizə məqsədilə kiçik səhmdarların hüquqlarına hör­mət edilməsi;
- informasiyanın nəşr olunması;
- səhmdarlarla açıq və sistemli əlaqə.
İllik hesabata daxil olan istehsal-maliyyə fəaliyyətinin xü­la­səsi (baxışı və ya icmalı), rəhbərlər tərəfindən qəbul olunan baş­lı­ca qərarların aydınlaşdırılması və kompaniya fəaliyyəti haqqında mə­lumatlar şəklində auditorlar tərəfindən təsdiq olunmuş he­sa­bat­ların təqdim olunmasına aşağıdakılar aiddir:
direktorlar şurasına aid olan;
direktorlar şurasına səmərəli iş üçün zəruri informasiya mənbəyi, vaxt və biliklərə malik olan, müstəqil komitələrin yaradılması;
sazişlərin imzalanmasına direktorların maraqları haq­qın­da məlumatların açıqlanması;
kompaniyanın siyasəti və strateji məqsədləri, kompaniyaya əhəmiyyətli dərəcədə təsir göstərə biləcək idarəetmə orqanlarına bütün vacib aspektlər haqqında lazımı informasiya ilə təmin edən hallar haqqında informasiyanın təqdim olunması;
lazımi daxili nəzarət, informasiya mübadiləsi və qərarların kollegial şəkildə qəbul olunması, maraqların aşkarlanması pro­se­du­runun mövcudluğu, rəhbərlik tərəfindən kompaniya fəa­liy­yə­ti­nin, xüsusilə pul vəsaitlərinin hərəkətinə səmərəli nəzarət, di­rek­tor­lar şurasına hesabat verən ixtisaslaşdırılmış daxili yox­la­yı­cı­ların və nəzarətçilərin, xarici müstəqil auditorların mövcudluğu.



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin