Korporativ biznesin inteqrasiya formalarının bütün mövcud müxtəlifliyindən korporasiyaların yaradılmasının aşağıdakı növlərini fərqləndirmək məqsədəuyğundur:
Üfüqi inteqrasiyalaşma əsasında yaranan korporativ strukturlar, bir sahəyə aid təşkilatların öz səylərinin birləşdirilməsi meylini əks etdirir. Burada əsasən, kapitalın mərkəzləşdirilməsi və konsentrasiyası təsərrüfat subyektlərinin möhkəmləndirilməsində (xüsusi ilə bircinsli stukturların birləşdirilməsi hesabına əlavə kapitalın cəlb olunması yolu ilə) öz əksini tapır.
Üfüqi inteqrasiya eynicinsli təkrar istehsal xarakteristikalı təşkilatların birləşməsini əks etdirir. Bu müasir şəraitində öz mənasını itirməmişdir. İqtisadiyyatın üfüqi inteqrasiya imkanları hələ tükənməmişdir. Bu isə eynicinsli məhsulların istehsalı və satışı sferasının natamam inkişaf etmiş bir çox sahələrində kapitalın konsentrasiyasının kafi olmayan səviyyə-sinin nəticəsidir. Üfüqi inteqrasiya strukturları üçün ümumi idarəetmə əsasında birləşmə forması, xarakterikdir. Qeyd olunan üfüqi əlaqələr sistemində korporativ təşkilatlar daha iri təşkilatların hissəsini təşkil edirlər.
İnkişafın müəyyən mərhələsində kapitalın təmərküzləşməsi meyli texnoloji əlaqəli istehsalla genişləndirilir. Bu şaquli inteqrasiyanın inkişafında öz əksini tapır. Geniş mənada şaquli inteqrasiya dedikdə, korporativ strukturun təsərrüfat subyektlərinin qarşılıqlı təsiri başa düşülür. Başqa sözlə, korporasiya tərəfindən istehsal funksiyalarının həyata keçirilməsi texnoloji mürəkkəb məhsul və xidmətlər bazarına səmərəli çıxış və istehsalatla əlaqədar olan ardıcıl təşkilati üsulların əsasında təmin olunur.
Şaquli inteqrasiya zamanı öz məhsullarını qabaqcıl kompaniyaya göndərən müxtəlif səviyyəli subpodratçıların ierarxiyası yaradılır. Qeyd olunan inteqrasiya tipinin əsasında istehsal proseslərinin texnoloji qarşılıqlı aslılığı dayanır. Şaquli inteqrasiya əsasında birləşmələri məhsulun işlənməsi, istehsalı və səmərəli şəkildə bazara çıxarılmasının maliyyə-təsərrüfat təşkilati idarə etmə üsulları kimi xarakterizə etmək olar.
Şaquli inteqrasiya əsas məhsulların istehsalı ilə əlaqədar xammal istehsalının zəbt olunmasına istiqamətlənməkdə inkişaf edə bilər. Təsərrüfat təcrübəsində bəzən onu yüksələn inteqrasiya adlandırırlar. Məsələn, alüminium sənayəsində: giltorpağın, boksitlərin hasilatı-metal istehsalı; şin istehsalında: kauçuk plantasiyasının zavodu, neft istehsalında: neft hasilatı-neft məhsullarının istehsalı və s. Əgər şaquli inteqrasiyanın inkişafı satış sisteminin zəbt olunmasına istiqamətlənirsə azalan inteq-rasiya: benzin istehsalı-yanacaq doldurma məntəqələri; şaquli inteqrasiya kombinələşmə metalurgiya zavodu-mexaniki zavod komponentlərinin istehsalını zəbt edə bilər.
Korporativ strukturlarda şaquli inteqrasiya əsasında meydana gələn nəzərə çarpacaq üstünlükləri təmin edir:
1. Məhsulun mürəkkəb istehsal tsiklləri üzrə hərəkəti zamanı iqtisadi qazanca nail olunur.
2. Dəstləşdirilmiş məmulatların təklifində hər sonrakı istehsal tsiklində müvafiq informasiyanın əldə olunması zəruriliyi ilə müşayiət olunan qeyri-müəyyənlik azalır.
3. İqtisadiyyatın bir sektorundan digərinə yenidən bölüşdürülməsi (paylanması) imkanı yaranır.
4. Transsəhm xərcləri azalır.
5. Çoxlu sayda əlavə təsirlər yaranır (əlavə informasiyanın mənimsənilməsi, vergilərdə qənaət və s).
Korporasiyanı stabil və daimi təchizat axtarışında müstəqilliyini təmin edən şaquli inteqrasiyanın üstünlükləri istehsala öz əməliyyətlarında dəyişiklik etmədən məhsul bazarlarının genişlənməsinə müvəffəq olmağa imkan verir, bu isə onun həyat qabiliyyətliliyini izah edir.
Şaquli inteqrasiya riskləri bütün texnoloji zəmin boyunca bölüşdürməyə imkan verir. Texnoloji əlaqəli olmayan məhsulların istehsal və satışı üzrə strukturların təqdim etdiyi konqlomerat birliklər başqa sözlə, istehsalın diversifikasiyası və ya əlavə inteqrasiya olduqca geniş yayılmışdır. Diversifikasiya olunmuş korporativ strukturun (konqlomeratın) iqtisadi qazancı ilk növbədə, müxtəlif sahələrin kapitalının dövriyyə vaxtındakı fərqdən ibarətdir. Bunun hesabına tənəzzül keçirən istehsaldan vəsaitlərin tərəqqidə olan istehsala yönəldilmə imkanı yaranır. Diversifikasiya satışın mövsümi tərəddüdlərini aradan qaldırır, istifadə olunmayan istehsalat obyektləri hesabına güclü ekspansiya mənbəyi rolunu oynayır, şəxsi resursların yenidən yönəldilməsi yolu ilə kapitalın yenilənməsinə imkan verir, rəqabət mübarizəsi ilə əlaqədar xərcləri azaldır. Belə strategiyanı həyata keçirərək şirkət öz biznesi çərçivəsindən kənara çıxaraq yeni məhsullar istehsal edir, yeni bazarlara yönəlir. Konqlomerat mülkiyyət və kapitalın birləşməsi prosesini əks etdirir, bu öz növbəsində qapalı kapital bazarıdır. Bu bazar çərçivəsində fəaliyyətin diversifikasiya olunmuş növlərindən pul vəsaitlərinin konsentrasiyası baş verir. Daha səmərəli lahiyələrə yönəldilən diversifikasiyalaşmış aktivlərin və pul axınlarının vahid idarəetmə mərkəzi yaradılır. Bu halda, əlaqələndirici mərkəz heç də həmişə konqlomeratın üzvlərinə lazımi təsiri göstərə bilmir.
İnteqrasiya proseslərini bütün mümkün müxtəlifliyindən üç tip birləşməni fərqləndirmək olar:
Əmlak münasibətləri əsasında inteqrasiya.
Resurs və xidmətlər üzərində nəzarətin təmərküzləşməsi əsasında inteqrasiya.
Bəzi əsas səlahiyyət strukturları iştirakçıların könüllü mərkəzləşdirilməsi əsasında inteqrasiya.
Birinci tip birləşmə çərçivəsində ilk növbədə, klassik holdinq fərqləndirilir. Burada təşkilatların rəsmi mülkiyyət hüqu-qunun nəzarət paketi ana şirkətin əlində cəmlənmişdir (söhbət yalnız “nəzarət paketindən” getmir, Azərbaycan holdinqləri sırasında “qız” (törəmə) təşkilatları səhmdar cəmiyyət hesab olunmurlar, məhdud məsuliyyətli cəmiyyət və ya dövlət unitar müəssisələri təşkilati formasına malik olurlar). Holdinqdən başqa, qeyd olunan qrupa: maliyyə-sənaye qrupu, konsern, konsorsium və trest daxildir.
Ayrı-ayrı istehsal resurslarının əldə olunmasına nəzarətin mərkəzləşdirilməsi ilə xarakterizə olunan birləşmənin ikinci qrupunda ilk növbədə məhsul satışı və təchizatını defisit resurslarla təmin edən, şirkət ətrafında formalaşan korporasiyaları qeyd etmək lazımdır: sindiqat, kartel.
Bəzi əsas səlahiyyətlərin könüllü mərkəzləşdirilməsi ilə əlaqədar olan üçüncü tip birləşmə, inteqrasiya olunmuş korporativ strukturların əvvəlki iki tipinə xas elementlərin istifadəsi ilə xarakterizə olunur. Bura daxildir: konsern, maliyyə-sənaye qrupu, konsorsium, sindiqat, trest.